Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-108/2024 18.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 1979-cu il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi, istintaqla dəqiq müəyyən edilməyən sayda narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin mart ayının sonlarında yaşadığı Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində qanunsuz olaraq torpağa əkmiş, həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 08 (səkkiz) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2024-cü ilin sentyabr ayının əvvəllərində əkib yetişdirərək kultivasiya etdiyi həmin 08 (səkkiz) ədəd çətənə bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi xeyli miqdarda - 103,42 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq yaşadığı evin otağında geyim dolabının üzərindəki qutunun içərisində 01 ədəd sellofan torbada saxlamış, 30 sentyabr 2024-cü il tarixdə Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə onun öz könüllü razılığı və iştirakı ilə saat 13:40dan 14:40-dək olan müddət ərzində keçirilmiş baxış zamanı onun qanunsuz olaraq əkibyetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən yəni, 08 (səkkiz) ədəd uzunluqları 86 sm-dən 164 sm-dək ümumi çəkiləri 1460,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri yaşadığı evin həyətyanı sahəsindən, eləcə də təmiz çəkisi 103,42 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin otağında geyim dolabının üzərindəki qutunun içərisindən 01 ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayon Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Fərdi əməklə məşğuldur. Narkotik vasitə marixuanadan istifadə edir.2024-cü ilin mart ayının əvvəllərində yaşadığı evdən çıxıb yaşadığı kəndin ərazisindən keçən “Mazımçay” adlanan çayın kənarına getmişdir.Orada olan zaman çay kənarında özü-özünə bitən qurumuş halda 1 ədəd narkotik bitkisini görmüşdür.Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik ağacının üzərində olan 10 ədəd toxumları yığıb özü ilə yaşadığı evə gətirmişdir. Həmin toxumları əkib yetişdirərək gələcəkdə onun məhsulundan özü üçün istifadə etmək məqsədi olmuşdur.Toxumları evə gətirib sellofan bükümə qoyub yatağının alt hissəsində saxlamışdır.2024-cü ilin mart ayının sonlarında narkotik bitkisinin toxumlarını əkmək qərarına gəlmiş və toxumları götürüb evinin həyətyanı sahəsində yerləşən dirrik sahəsinə gedib toxumları orada əkmişdir.Bir müddət sonra əkdiyi 10 ədəd toxumlardan 2 ədədi cücərməmiş, 8 ədədi isə cücərmişdir. Cücərən narkotik bitkilərini suvarmış, diblərini yumşaltmış və alaq otlarından təmizləyib qulluq etmişdir. Daha sonra isə görmüşdür ki, 8 ədəd narkotik bitkilərindən 4 ədədi yetişməyib, el dili ilə desə erkəkləyib.Yaxşı formada yetişən 4 ədəd narkotik bitkilərinə qulluq edib yetişdirmiş və 2024-cü ilin sentyabr ayının əvvəlində həmin bitkilərin üzərində olan yararlı hissələri yığmışdır.O, yaxşı formada yetişən 4 ədəd, həm də yetişməyən 4 ədəd olmaqla, ümumilikdə qalan 8 ədəd narkotik bitkilərini isə kökündən çıxarmayıb dirrik sahədə qoymuşdur.Yığdığı narkotik bitkisinin yararlı hissələrini özü ilə evə aparıb sellofan torbanın üzərinə sərib qurutmuşdur.Bir müddət sonra qurudulmuş narkotiki sellofan torbaya qoymuş və həmin sellofan torbanı isə qara rəngli sellofan torbaya büküb kardon qutuya qoyub yataq otağındakı paltar şkafının üzərinə qoymuşdur.Həmin narkotik vasitədən 1 dəfə istifadə etmişdir.30 sentyabr 2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxıb piyada Qabaqçöl qəsəbəsinin mərkəzi yerinə getmək istəmişdir.Evdən çıxıb piyada bir qədər kənarlaşıb yol ilə getmişdir ki, bu vaxt 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər.O da, polis əməkdaşlarının dəvəti ilə etiraz etmədən Balakən rayon polis şöbəsinin Qabaqçöl polis bölməsinə gəlmişdir. Qabaqçöl polis bölməsində ona hüquq və vəzifələri izah olunmuşdur. Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş ona təqdim edilmişdir.Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar ona elan edilmiş və həmin qərarla tanış olmuşdur. Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O, təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Müdafiəçi1 onun hüquqlarının müdafiə etməsini istəmişdir.Bir qədər sonra Müdafiəçi1 Qabaqçöl polis bölməsinə dəvət edilərək müdafiəçi kimi ona təqdim edilmişdir.O, bir daha Müdafiəçi1 tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirmişdir.Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etmiş, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsi ilə məlumat vermişdir.Bir daha hüquq və vəzifələri ona izah edilmişdir. Bundan sonra Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər hansı qeyri-qanuni əşya olub- olmaması barədə sual verilmişdir.Həmin vaxt o, üzərində hər hansı bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış apardıqlarında üzərində hər hansı qanunsuz əşya, predmet və narkotik vasitə aşkar olunmamışdır.Şəxsi axtarış zamanı ona hardasa narkotik vasitə saxlayıb-saxlamaması, həmçinin narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi barədə sual verildikdə, yaşadığı evdə narkotik vasitə saxlaması, həmçinin dirrik sahəsində narkotik tərkibli bitkiləri əkməsini etiraf etmişdir.Daha sonra üzərində şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra müdafiəçisinin, polis əməkdaşlarının və mütəxəssisaqronomun iştirakı ilə yaşadığı evə getmişdir.Evində olan yataq otağındakı paltar şkafının üzərində qutuda saxladığı içərisində narkotik olan sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 117,28 qram təşkil etmişdir. Həmin narkotik vasitə 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları paltar şkafının üzərinə baxış keçirdiklərində orada 1 ədəd qara rəngli tapança formasında olan alışqan aşkar etmişlər.Həmin alışqan polis əməkdaşları tərəfindən 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırlıb götürülmüşdür. Bundan sonra polis əməkdaşlarına dirrik sahədə əkdiyi narkotik bitkilərinin olduğu yeri göstərmişdir. Polis əməkdaşları dirrik sahəyə baxış keçirdiklərində orada 8 ədəd əkdiyi hündürlükləri 86 sm-dən 164 sm-dək olan narkotik bitkilərinin kök hissəslərini aşkar etmişlər.Mütəxəssis-aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir.Həmin hissələr polis əməkdaşları tərəfindən sintetik kisəyə qoyulub qablaşdırılıb götürülmüşdür.Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə lentə alınmışdır.Ekspert rəyi ilə tanış olduqdan sonra bilmişdir ki yaşadığı evdə olan qutunun içərisindəki 1 ədəd sellofan torbada aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 103,42 qramdır.Həmçinin yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisinin hissələrinin ümumi çəkiləri 1460,0 qramdır. Balakən RPŞnin Qabaqçöl polis bölməsində ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən çox peşimandır.Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməlliyyat müvəkkili vəzifəsində çalışır. 30 sentyabr 2024cü il tarixdə Balakən rayonu Meşəşambul kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkilib- becərməsi ilə bağlı məlumat daxil olmuş, daha sonra həmin məlumat tərəfindən raportla Balakən RPŞ-nin Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuşdur. Həmin tarixdə tərəflərindən keçirilən tədbir zamanı Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə saat 11:30-da Balakən rayon Meşəşambul kəndi ərazisində yaşadığı evin yaxınlığında yolda tərəflərindən saxlanılmışdır.Daha sonra Təqsirləndirilən şəxs özlərini təqdim edərək üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli olduğunu deyərək Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Balakən RPŞ-nin Qabaqçöl polis bölməsinə gəlmişdir.Polis bölməsində təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur.Hüquq və vəzifələrinin izah olunmasına dair yazılı bildiriş Təqsirləndirilən şəxs elan edilmişdir. Bundan sonra onun şübhəli şəxs qismində tutulması ilə bağlı tərtib edilmiş qərar Təqsirləndirilən şəxs elan edilmiş və həmin qərarla tanış olmuşdur.Daha sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş və sonuncunun vəkillər siyahısından seçdiyi Müdafiəçi1 polis bölməsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir.Təqsirləndirilən şəxs bir daha Müdafiəçi1 tərəfindən onun hüquqlarının müdafiə edilməsinə heç bir etirazının olmadığını bildirmişdir.Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Zaur Xəlilov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə sual verilmişdir.Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan edilmiş əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qadağan edilmiş əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər- hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamaması, həmçinin narkotik tərkibli çətənə bitkilərini əkib-əkməməsi barədə sual verildikdə, o, yaşadığı evdə narkotik vasitə saxladığını, həmçinin yaşadığı evin dirrik sahəsində narkotik tərkibli bitkiləri əkməsini etiraf etmişdir.Həmin bitkiləri göstərə biləcəyini demişdir.Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Şəxsi axtarış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır.Daha sonra Təqsirləndirilən şəxs, Müdafiəçi1 Masovnanın, mütəxəssisaqronom Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs Balakən rayon Meşəşambul kəndində yaşadığı evə getmişlər.Təqsirləndirilən şəxs yaşadığı evində olan yataq otağındakı paltar dolabının üzərində qutuda saxladığı,içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir.Həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 117,28 qram təşkil etmişdir.Daha sonra narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi 1 ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür.Bundan sonra paltar şkafının üzərində 1 ədəd qara rəngli tapança formasında olan alışqan aşkar edilmişdir.Həmin alışqan 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb götürülmüşdür.Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsində əkdiyi narkotik tərkibli bitkilərinin olduğu yeri göstərmişdir.Dirrik sahəyə baxış zamanı orada Təqsirləndirilən şəxs əkdiyi 8 ədəd hündürlükləri 86 sm-dən 164 sm-dək olan narkotik bitkilərinin kök hissələri aşkar edilmişdir.Mütəxəssis-aqronom Şahid3 həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir.Həmin hissələr sintetik kisəyə qoyulub qablaşdırılıb götürülmüşdür.Sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır.Baxış prosesi Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq videokamera vasitəsi ilə lentə alınmışdır. Şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayon İcra Hakimiyyətinin Balakən rayon Hənifə kəndi üzrə nümayəndəsi vəzifəsində işləyir. 30 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Müdafiəçi1, polis əməkdaşlarının, onun və Təqsirləndirilən şəxs özünün iştirakı ilə Təqsirləndirilən şəxs Balakən rayon Meşəşambul kəndində yaşadığı evin həyətində dirrik sahədə narkotik tərkibli bitkilər əkib-becərdiyi yerə baxış keçirilmişdir.Baxış zamanı dirrik sahədə 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının kök hissələri aşkar edilmişdir.Baxış zamanı o, həmin 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının kök hissələrinə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldığını bildirmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs həmin bitki narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarını şəxsi istifadəsi üçün əkib- becərdiyini bildirmişdir.Aşkar edilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının kök hissələrinin hündürlükləri ölçülmüş və hündürlükləri 86 santimetrdən 164 santimetrədək təşkil etmişdir.Aşkar edilmiş 08 ədəd tərkibli çətənə bitkilərinə oxşar bitki kollarının kök hissələri qablaşdırılaraq götürülmüşdür.Baxış prosesi polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır.Sonda təhqiqatçı Zaur Xəlilov tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 29-32-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 30 sentyabr 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan görünür ki, şəxsi axtarış 30 sentyabr 2024-cü il tarixdə Balakən RPŞnin Qabaqçöl polis bölməsinə dəvət edilərək gətirilmiş Balakən rayonu Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır.Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Balakən rayon vəkillər bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1 və digər iştirakçıların iştirakı ilə ona hüquq və vəzifələri elan edilərək şübhəli şəxs qismində tutulduğu bildirilmişdir.Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs onun üzərində narkotik vasitə və başqa qanunla qadağan edilmiş vasitə,kütlə olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmadığını bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər-hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamadığı, həmçinin narkotik vasitə əkib-əkmədiyi barədə ona sual verildikdə o, yaşadığı evində narkotik vasitə saxladığını, həmçinin 2024-cü ilin mart ayında narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı sahəsində əkdiyini bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı polis bölməsində hər-hansı fiziki və psixi təsir göstərilib-göstərilməməsi barədə soruşulduqda o, belə bir halın olmadığını bildirmişdir.Şəxsi axtarış prosesi Balakən RPŞnin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk şəxsi axtarış protokoluna əlavə olunmuşdur.Şəxsi axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən 30 sentyabr 2024-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib olunmuş “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Balakən rayon Meşəşambul kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Darvaza qapısından içəri daxil olduqda həyətyanı sahədə kürsülü, birmərtəbəli, 4 otaqlı yaşayış evi vardır. Həyətyanı sahə dirrik sahəsi ilə yanaşıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni harada saxlaması və əkib-becərməsi barədə sual verildikdə, o, yaşadığı evin yataq otağında olan geyim dolabının içərisindəki qutuda olan qara rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir.Həmin sellofan torbada rəngli torbanın içərisində spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 117.28 qram təşkil etmişdir. Həmin kütlə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılıb götürülmüşdür.Geyim dolabının üzərinə vizual baxış zamanı 01 ədəd qara rəngli tapançaya oxşar əşya aşkar edilərək 01 ədəd ağ rəngli zərfdə qablaşdırılıb götürülmüşdür.Bundan başqa Təqsirləndirilən şəxs göstərdiyi dirrik sahəsinə baxış keçirilən zaman 08 ədəd hündürlükləri 86 sm-dən 164 sm-dək narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının kök hissələri aşkar edilmişdir.Baxışda iştirak edən aqronom Şahid3 həmin kök hisssələrə aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir.Həmin hissələr kökündən çıxarılıb ağ rəngli kisədə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür.Baxış Balakən RPŞ-nin PPXB-nin polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən “Panasonic” markalı videokamera vasitəsi ilə qeydə alınmış və qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk baxış protokoluna əlavə olunmuşdur.Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 43-cü vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən ixtisasca aqronom Şahid3 verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl polis bölməsinin əməkdaşlarının iştirakı ilə Balakən rayonu Meşəşambul kənd sakinin Təqsirləndirilən şəxs Nğcməddin oğlunun yaşadığı evin həyətyanı sahəsində dirrik sahəsində aşkar edilmiş 8 ədəd hündürlükləri 86 sm-dən 164 sm-dək narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının kök hissələrinə aqrotexniki qaydada qulluq olunmuş, alaq otlarından təmizlənmişdir və suvarılmışdır. İşin 143-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 01 noyabr 2024-cü il tarixli 1814 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 52-55-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 30 sentyabr 2024-cü il tarixli 17/797 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi - 103,42 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkisinə oxşar hissələrdən ibarət maddi sübut yazısı və imzalar yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki, ümumi çəkiləri -1460,0 qram olan 08 (səkkiz) ədəd bitki hissələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir.Aqronom (mütəxəsis) Şahid3 xx.xx.2024-cü il tarixli rəyinə əsasən tədqiqata hissələri təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdim olunmuş 08 (səkkiz) ədəd çətənə (kannabis) bitkisinin hissələrinin üzərində yarpaqları olmadığından onların təqdim olunmuş qurudulmuş marixuana ilə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. İşin 139-141-ci vərəqələrində olan olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 01 oktyabr 2024-cü il tarixli 17/801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet, zavod üsulu ilə tapança formasında hazırlanmış alışqandır, odlu, qaz, soyuq və ya tullayıcı silah hesab edilmir.Ekspert qarşısında qoyulmuş “Güllə giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərdən həmin silahdan atılmışdırmı?” sualı ekspertin zəruri biliyinə aid olmadığından cavablandırılmadı . İşin 22-23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 30 sentyabr 2024-cü ildə saat 12:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır.Onun azadlığının faktiki olaraq 30 sentyabr 2024-cü ildə saat 11:30-da məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 100-103-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(019)-28/2024 nömrəli qərarından görünür ki,həmin qərarla Təqsirləndirilən şəxs barəsində üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən, saat 11:30-dan hesablanması qeyd edilmişdir. İşin 104-106-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2024cü ildə cəzasının sonu ilə azad edilmişdir. İşin 111-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Onun barəsində nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İşin 113-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən Rayon İcra Hakimiyyəti Meşəşambul kənd inzibati ərazi dairəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə verilmiş 516 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon Meşəşambul kənd sakinidir, himayəsində pensiyaçı anası, xx.xx.2009-cu il təvəllüdlü oğlu Nəcməddin vardır. İşin 115-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş doğum haqqında akt qeydindən görünür ki, X3 15.05 .2023-cu ildə anadan olmuşdur. İşin 120-124-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iş üzrə şahidlər- Şahid1,Şahid2 Rəsul oğlunun və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində, qəsdən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etməyə görə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndinə görə CM-in 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 25 fevral tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə (kannabis), xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 6 iyul tarixli Qərarı ilə müəyyən edilən hüquqi mövqeyə əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan xeyli miqdardan artıq miqdarda və yaxud satış məqsədilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri CM-in 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisələri baş vermişdir, həmin əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətlərin törədilməsində təqsirlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir,əməllərin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Onun əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 09 yanvar 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən, yəni cəzadan azad edildiyi vaxtdan 02 il keçməmiş hazırkı cinayət əməlini törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-65.2-ci maddələrinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan həddə, Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratdığından və əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkomaniyadan məcburi müalicə olunmalı, narkoloji kabinetdə qeydiyyata alınmalı və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,15 (altmış beş manat on beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs əkib-becərdiyi 08 ədəd uzunluqları 86 sm-dən 164 sm-dək, əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrinin tədqiqata sərf edilən 0,80 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1459,20 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələri, yaşadığı evindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 103,42 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 103,32 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş 01 ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış odlu, qaz, soyuq silah və tullayıcı hesab edilməyən alışqan hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 7 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin,Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. 65.15 (altmış beş manat on beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs əkib-becərdiyi 08 ədəd uzunluqları 86 sm-dən 164 sm-dək, əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələrinin tədqiqata sərf edilən 0,80 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 1459,20 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin hissələri, yaşadığı evindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 103,42 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 103,32 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin.Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş 01 ədəd zavod üsulu ilə tapança formasında hazırlanmış odlu, qaz, soyuq silah və tullayıcı hesab edilməyən alışqan hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-108/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-108/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver