Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-109/2021 28.12.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 12 oktyabr 2021-ci il tarixdə Balakən rayonu Poştbinə kəndindən axan çay kənarına getdiyi zaman həmin çayın kənarında yabanı halda bitmiş 1 (bir) ədəd qurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən hissələrini yığıb qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,69 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitəni 1 ədəd salfet kağızına büküb, idarə etdiyi Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sürət qutusunun yanında yerləşən saxlanc yerinə qoymaqla daşıyaraq, şəxsi istehlakı məqsədi ilə idarə etdiyi avtomobildə saxlamışdır. Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, həmin gün saat 22:25-dan 23:10-dək olan müddət ərzində idarə etdiyi Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman onun şəxsi istehlakı məqsədi ilə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, daşıyıb saxladığı təmiz çəkisi 6,69 qram olan 1 ədəd salfet kağızı bükümündəki tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun idarə etdiyi “Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı sürət qutusunun yanında yerləşən saxlanc yerindən aşkar edilərək, götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər Rusiya Federasiyası CM-nin 228ci maddəsi ilə (narkotik vasitələri qanunsuz saxlama) məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Psixi xəstəliklərdən əzab çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin mahiyyətini anlayır və həmin cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Rusiya Federasiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ona 2011-ci ilin mart ayında 04 il şərti cəza verilmişdir. Anası xəstə olduğundan 2014-cü ildə Azərbaycana qayıtmışdır. 2015-ci ildə Rusiyaya getdiyi zaman şərti cəzanın tələblərini pozduğuna görə həbs olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu zaman öz istifadəsi üçün üzərində saxladığı az miqdarda qurudulmuş marixuana aşkar olunduğundan Rusiya Federasiyası Ulyanovsk şəhəri Jeleznodorojnıy Rayon Məhkəməsi tərəfindən 2018-ci ilin yanvar ayında 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2019-cu ilin iyun ayında həbsdən azad edilmişdir. Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməmişdir. Özü narkotik vasitə istifadəçisidir. 12 oktyabr 2021-ci il tarixdə Balakən rayonu Poştbinə kəndindən axan, adını bilmədiyi kiçik çayın kənarında yabanı halda bitmiş qurumuş vəziyyətdə olan bir ədəd narkotik tərkibli çətənə bitkisini tapmışdır. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik tərkibli bitkinin üzərindən az miqdarda yarpaqlarını və budaqlarını yığıb, həmin vaxtı cibində olan bir ədəd salfet kağızına büküb, gələcəkdə istifadə etmək üçün özünə məxsus olan «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerinə qoymuşdur. 22.10.2021-ci il tarixdə axşam radələrində tanışı olan Balakən şəhər sakini Şahid3 ilə birlikdə Balakən şəhərində kafedə birlikdə olmuşlar. Kafedən çıxdıqdan sonra Mahiri idarə etdiyi «Mercedes» markalı PM- 042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə mindirib, yaşadığı Balakən şəhəri M.Əsədov küçəsində yerləşən evinin qarşısına gətirib, avtomobildən düşürdüyü zaman polis əməkdaşları onlara yaxınlaşaraq, üzərlərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları polis şöbəsinə dəvət edərək, gətirmişlər. Təhqiqatçı ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, şübhəli şəxs qismində tutulduğunu bildirmiş və ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə 22.10.2021-ci il tarixdə saat 21 radələrində üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkarlanmamışdır. Təhqiqatçının ona verdiyi suala cavab olaraq idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olan “nəşə” saxladığını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. 22.10.2021-ci il tarixdə saat 23 radələrində onun, hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, şübhəli şəxs kimi tutulmuş Şahid3, Şahid3 hüquqlarını müdafiə edən vəkil Hidayət Muradovun və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edildikdə avtomobilin salonundakı sürət qutusunun yanındakı saxlanc yerində bir ədəd salfet kağızına bükərək saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi narkotik vasitə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə salfet kağızı ilə birlikdə çəkisi 8 (səkkiz) qram olmuşdur. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq,maddi sübut kimi götürülmüşdür. Baxış davam etdirilən zaman avtomobildən başqa heç bir qanunsuz əşya və yaxud narkotik vasitə aşkarlanmamışdır. Baxış başa çatdıqdan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Sonradan hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə AR ƏN MEM Şəki RB-dən daxil olmuş ekspert rəyi ilə tanış olduğum zaman ona aydın olmuşdur ki, idarə etdiyi avtomobildən aşkarlanmış quru bitki kütləsi narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 6,69 qram olan narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert rəyinin mahiyyəti ona izah olunmuşdur, aydındır. İdarə etdiyi avtomobildən aşkarlanmış narkotik vasitənin çəkisinin ekspert rəyində göstərildiyi kimi olduğunu hesab edir. Bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi avtomobildə saxlamaqda məqsədi özü üçün istifadə etmək olmuşdur. 12 oktyabr 2021-ci il tarixdə bir ədəd narkotik tərkibli çətənə bitkisinin üzərindən yığaraq əldə etdiyi narkotik vasitədən hələ istifadə etməmişdir. İdarə etdiyi avtomobildə öz istifadəsi üçün narkotik vasitə saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Bu barədə Şahid3 da bilməmişdir. Əvvəllər Rusiya Federasiyasında yaşadığı dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Narkotik tərkibli çətənə bitkisini tapdığı yeri hazırda xatırlamır. Cinayət əməli törətməsini etiraf edir və bu əməli törətməsindən səmimi peşmançılıq keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 22.10.2021-ci il tarixdə Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz olaraq üzərlərində, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarından 22.10.2021-ci il tarixdə Şahid3 yaşadığı Balakən şəhəri general Məhəmməd Əsədov küçəsindəki evin qarşısında «Mercedes» markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobil ilə birlikdə hər iki şəxs polis şöbəsinə dəvət edilərək, gətirilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 üzərində şəxsi axtarış keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi məqsədi ilə bu barədə Balakən RPŞ-nin rəisinə raportla məruzə etmişdir. 22 oktyabr 2021-ci il tarixdə saat 21 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, Balakən PRŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və Balakən RPŞ-nin RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 iştirak etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Vasif Əliyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək, üzərində hər hansı qanunsuz əşya və ya predmet olub-olmadığını soruşduqda, cavabında Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, həmin avtomobilin ona məxsus olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs avtomobilin özünə məxsus olduğunu bildirdikdə, təhqiqatçı ondan həmin avtomobildə hər hansı qanunsuz əşya və ya narkotik vasitə daşıyıb-daşımadığını, hazırda olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə olduğunu, həmin narkotik vasitəni çəkmək məqsədi ilə saxladığını, narkotiki yabanı halda bitən bitkidən əldə etdiyini bildirərək, həmçinin vəkilin sualına cavab olaraq polis şöbəsində ona hər hansı psixi və fiziki təsir göstərilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. 22 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Şahid3, onun hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, Balakən PRŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. 22 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsində də iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi, şübhəli şəxs Şahid3, onun hüquqlarını müdafiə edən vəkil Hidayət Muradov, Balakən PRŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov və Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 iştirak etmişlər. Baxış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, Təqsirləndirilən şəxs ona avtomobildə narkotik vasitə saxladığını bildirərək, avtomobilin sağ ön qapısına yaxınlaşıb, qapını açıb sürət qutusunun yanındakı saxlanc yerindən bir ədəd salfet kağızına bükülmüş kütləni çıxarıb təqdim etmiş və onun narkotik vasitə olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Avtomobildən başqa hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Avtomobildən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi salfet kağızı ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 8,0 qram təşkil etmişdir. Aşkar edilmiş kütlə bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da şahid Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Balakən Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəza çəkir. Psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ilə tanışlıq münasibətləri vardır. 22.10.2021-ci il tarixdə axşam radələrində tanışı Təqsirləndirilən şəxs ilə Balakən şəhəri “Qabaqçöl avtovağzalı” adlanan yerdə kafedə birlikdə oturub çörək yedikdən sonra Ayaz onu idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə mindirib, yaşadığı Balakən şəhəri M.Əsədov küçəsində yerəlşən ünvana aparmışdır. Yaşadığı evin qarşısında avtomobildən düşdüyü zaman polis əməkdaşları onlara yaxınlaşaraq, üzərlərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək, onları polis şöbəsinə dəvət edərək, gətirmişlər. Təhqiqatçı ona üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, şübhəli şəxs qismində tutulduğunu bildirmiş və ona təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X2 və polis əməkdaşlarının iştirakı ilə 22.10.2021-ci il tarixdə saat 22 radələrində üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkarlanmamışdır. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. 22.10.2021-ci il tarixdə saat 23 radələrində onun, hüquqlarını müdafiə edən vəkil Hidayət Muradovun, şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Ayaza avtomobildə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edildikdə avtomobilin salonundakı sürət qutusunun yanındakı saxlanc yerində bir ədəd salfet kağızına bükülmüş kütləni polis əməkdaşlarına təqdim etmişdir. Həmin qurudulmuş bitki kütləsi təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə salfet kağızı ilə birlikdə çəkisi 8 (səkkiz) qram olmuşdur. Həmin bitki kütləsi polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq maddi sübut kimi götürülmüşdür. Baxış davam etdirilən zaman avtomobildən başqa heç bir qanunsuz əşya və yaxud narkotik vasitə aşkarlanmamışdır. Baxış başa çatdıqda sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Sonradan hüquqlarını müdafiə edən vəkil Hidayət Muradovun iştirakı ilə Azərbaycan Respublikası ƏN MEM Şəki RB-dən daxil olmuş ekspert rəyi ilə tanış olduğu zaman ona aydın olmuşdur ki, baxış zamanı Ayazın avtomobilindən aşkarlanmış quru bitki kütləsi narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 6,69 qram olan narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert rəyinin mahiyyəti ona izah olunmuşdur, aydındır. Tanışı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobidə narkotik vasitə saxlaması barədə məlumatı olmayıb. Bu barədə avtomobilə baxış keçirilən zaman bilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında 22.10.2021-ci il tarixdə saat 20:40-dan 21:05-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: şəxsi axtarış başlanılmazdan əvvəl Balakən RPŞ-yə şübhəli olduğundan gətirilmiş Təqsirləndirilən şəxs vəkillər siyahısından seçdiyi Müdafiəçi iştirakı ilə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet olub-olmadığı soruşulduqda, o, üzərində heç bir qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərində qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirildiyi bildirilmiş, Təqsirləndirilən şəxs sual ünvanlayaraq idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşduqda o, idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilində «nəşə» saxladığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs vəkili Müdafiəçi ondan polis şöbəsində ona qarşı psixi və ya fiziki təsir göstərilib-göstərilmədiyini soruşduqda Təqsirləndirilən şəxs ona qarşı polis şöbəsində psixi və ya fiziki təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin baş inspektor-kriminalisti,polis mayoru Sadiq Vəzirov tərəfindən «Sony» markalı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında 22.10.2021-ci il tarixdə saat 21:45-dən 22:10-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: şəxsi axtarış başlanılmazdan əvvəl Balakən RPŞ-yə şübhəli olduğundan gətirilmiş Şahid3 vəkillər siyahısından seçmiş olduğu vəkil X8 təqdim olunmuşdur. Şəxsi axtarış başlanılarkən Şahid3 şübhəli şəxs qismimndə tutulduğu bildirilərək, ona hüquq və vəzifələri bildirilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadı soruşulduqda o, üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Mahir Məmədovun üzərinə baxdıqda onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı polis şöbəsində ona qarşı psixi və ya fiziki təsir göstərilib-göstərilmədiyi soruşulduqda Şahid3 belə bir şeyin olmadığını və baş vermədiyini bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin baş inspektor-kriminalisti, polis mayoru X10 tərəfindən «Sony» markalı videokamera vasitəsi ilə çəkilmişdir. Şəxsi axtarış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən RPŞ-nin inzibati binasının həyətində 22.10.2021-ci il tarixdə saat 22:25-dən 23:10-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: baxış zamanı Balakən şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid3 üzərlərində, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində qanunsuz olaraq narkotik vasitə saxalamaları və daşımalarında şübhəli olduqlarından polis şöbəsinə gətirildikləri, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilmədiyi, lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı idarə etdiyi avtomobildə narkotik vasitə saxladığını bildirdiyi izah edilmişdir. Şübhəli olduğundan polis şöbəsinə gətirilmiş Məmmədov Mahir Ramiz oğlunun üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşya və ya predmet olmadığı baxış iştirakçılarına bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun idarə etdiyi avtomobildə narkotik vasitəni saxlamasını bildirməsi səbəbindən onun idarə etdiyi «Mercedes» markalı PM-042-MP Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilir. Baxış başlanılarkən Təqsirləndirilən şəxs avtomobildə saxladığını bildirdiyi vasitəni təqdim etməsini bildirdikdə, ona məxsus avtomobilin sürətlər qutusunun yanında olan saxlanc yerindən bir ədəd salfet bükümdə olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkildikdə salfet bükümü ilə birlikdə ümumi çəkisi 8,0 qram olmuşdur. Sonradan həmin bir ədəd salfet kağızında olan büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, möhürlənmiş, möhürlənmiş zərf iştiirakçılar tərəfindən imzalanmışdır. Baxışın davamında Təqsirləndirilən şəxs məxsus avtomobildə baxış keçirilərkən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Baxış Balakən RPŞ-nin baş inspektor-kriminalisti, polis mayoru X10 tərəfindən «Sony» markalı videokamera vasitəsi ilə çəkilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 17/769 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus Mercedes markalı ..... avtomobilin sürətlər qutusunun yanından aşkar edilmiş....” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə, təmiz çəkisi-6,69 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi- 6,69 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-6,67 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ambulator məhkəmənarkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1406 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə əsasında verilmiş 08.11.2021-ci il tarixli 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunmamışdır, lakin Rusiya Federasiyası Ulyanovsk şəhəri Jeleznodorojnıy Rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli hökmü ilə RF CM-nin 228-ci maddəsinin 2-ci hissəsi 69-cu maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinib 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 31/145 nömrəli arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə, saat 20:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 24 oktyabr 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə o, Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X5 Hüquqi Şəxsinin 12.11.2021-ci il tarixli 309 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materialarında olan 01 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanaraq götürülmüş 6,69 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,67 qramı maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutularaq üzərlərində aparılan şəxsi axtarışların və Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski maddi sübut kimi tanıraraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 22 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və baxış keçirilməsi barədə protokolları, Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutularaq üzərlərində aparılan şəxsi axtarışların və Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diskini, maddi sübutu, məhkəməbioloji ekspertizasının 23 oktyabr 2021-ci il tarixli 17/769 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1406 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 08.11.2021-ci il tarixli 5 saylı arayışı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021ci il tarixli 31/145 nömrəli arayışını, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X5 Hüquqi Şəxsinin 12.11.2021-ci il tarixli 309 nömrəli arayışını, 01 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxsin ifadəsi könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməli və bu etiraf təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən onun 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1406 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanaraq götürülmüş 6,69 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,67 qramı məhv edilməli, Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutularaq üzərlərində aparılan şəxsi axtarışların və Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən dövlət büdcəsi vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 22 oktyabr 2021-ci il tarixdən 24 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X9 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanaraq götürülmüş 6,69 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 6,67 qramı məhv edilsin; Təqsirləndirilən şəxs və Şahid3 şübhəli şəxs qismində tutularaq üzərlərində aparılan şəxsi axtarışların və Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı PM-042-MP Gürcüstan qeydiyyat nişanlı avtomobilə keçirilən baxışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-109/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-109/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver