Məhkəmə qərarları › İş №1(019)-109/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-109/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-109/2023 19.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m üəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, 07 aprel 2023-cü il tarixdə saat 20:56 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri Heydər Əliyev prospekti ilə 65,2 km/saatdan artıq sürətlə üzü Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli, yəni maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili icazə verilən sürətdən yüksək sürətlə idarə etməməli olduğu halda, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə riayət etməli, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayandırmalı olduğu halda, bunları etməyərək, Heydər Əliyev prospekti ilə Əli Ansuxski küçəsinin kəsişməsində quraşdırılmış svetoforun qadağanedici qırmızı işığında dayanmadan Qullar kəndi istiqamətinə doğru hərəkətini davam etdirmiş, nəticədə Əli Ansuxski küçəsindən hərəkətə başlayıb Heydər Əliyev prospektinə daxil olan Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən vurmuş, toqquşma nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sol döş qəfəsinin ön səthində şişkinlik, sol 6-cı qabırğa qövsündə yerini dəyişməyən,11-12-ci qabırğa qövslərində minimal yerini dəyişmiş sınıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, həmçinin ehtiyatsızlıqdan VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs4 alnında sıyrıq, sağ üst göz qapağında yara ilə nəticələnən dərəcəsinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, eləcə də ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 məxsus olan BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6340 (altı min üç yüz qırx) manat, Zərərçəkmiş şəxs3 məxsus VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 3280 (üç min iki yüz səksən) manat məbləğində maddi zərər vurmaqla yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir, evlidir. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 07 aprel 2023-cü il tarixdə saat 17 radələrində dostu Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs4 ilə görüşmüşdür. Onlar görüşdükdə Zərərçəkmiş şəxs4 idarə etdiyi Vaz 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Həmin avtomobili etibarnamə əsasında Zərərçəkmiş şəxs4 anası Zərərçəkmiş şəxs3 almış və oğlu Zərərçəkmiş şəxs4 idarə etməsi üçün vermişdir. Yəni həmin avtomobili Zərərçəkmiş şəxs3 oğlu Zərərçəkmiş şəxs4 almışdır. Daha sonra o, Zərərçəkmiş şəxs4 ilə birlikdə Balakən rayonu Hənifə kəndində onlara məxsus bağa gedərək, bağda işləmiş və bağda işlərini qurtardıqdan sonra Balakən şəhərinə gəlmişlər. Balakən şəhərinə gəldikdə Zərərçəkmiş şəxs4 idarə etdiyi Vaz 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. Yəni Zərərçəkmiş şəxs4 avtomobili idarə etmək üçün ona vermişdir. Zərərçəkmiş şəxs4 isə onun yanında qabaq sərnişin üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir. Zərərçəkmiş şəxs4la birlikdə Balakən şəhərində VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir az gəzdikdən sonra Balakən rayonu Hənifə kəndinə getmək qərarına gəlmişlər. Daha sonra o, idarə etdiyi Vaz 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri Heydər Əliyev prospekti ilə Balakən rayonu Qullar kəndi istiqamətində hərəkətdə olduğu zaman Balakən şəhəri Heydər Əliyev prospektində olan işıqforun qadağanedici qırmızı işığında dayanmalı olduğu halda, avtomobili saxlamayaraq, Balakən rayonu Qullar kənd istiqamətinə hərəkət etmişdir. Bu zaman tez yolu keçmək istədiyindən yolun tam ortasına çatmışdır ki, getdikləri yolun sağ tərəfindən Balakən şəhəri Əli Ansuxski küçəsindən Balakən şəhəri Heydər Əliyev prospektinə tərəf hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS- *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxmış və həmin vaxt o, idarə etdiyi avtomobili saxlaya bilməmiş, əyləci basmış, lakin idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onun sürücülük vəsiqəsi yoxdur. Yolnəqliyyat hadisəsi baş verdikdə avtomobildə ondan başqa Zərərçəkmiş şəxs4 olmuş, başqa heç kim olmamışdır. Yol-nəqliyyat hadisəsi baş verdikdən əvvəl o, avtomobili 60-65 km/saat sürətlə idarə etmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdə spirtli içkinin, narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmamışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili gördüyü vaxt aralarındakı məsafə 5-6 metr olmuşdur. O, yol- nəqliyyat hadisəsi zamanı xəsarət almamışdır. Yolnəqliyyat hadisəsi zamanı BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və onun yanında sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerində tanımadıqları şəxslərin köməyi ilə Merlan Hətəmov və o, Balakən Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Natiq isə orada olan tanımadıqları şəxslərin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 həkimlər tərəfindən tibbi yardım göstərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 xəstəxanada hadisənin təsiri altında həyəcanlı olduğundan VAZ 21074 markalı **- DX-*** dövlət qeydiyyat nişanlı avtomobili özünün idarə etdiyini bildirmişdir. Məhkəmə tibbi ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 sol döş qəfəsinin ön səthində şişkinlik, sol 6-cı qabırğa qövsündə yerini dəyişməyən,11-12-ci qabırğa qövslərində minimal yerini dəyişmiş sınıqları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər, Zərərçəkmiş şəxs4 isə alnında sıyrıq, sağ üst göz qapağında yara ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər almışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ilə barışmış və vurulmuş ziyanı könüllü şəkildə tamamilə zərərçəkmiş şəxslərə ödəmişdir. Himayəsində bir azyaşlı uşağı vardır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Heç yerdə işləmir. Subaydır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 07 aprel 2023-cü il tarixdə saat 20:55 radələrində idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri Əli Ansuxski küçəsindən Balakən şəhəri Heydər Əliyev prospektinə tərəf gəlmişdir. X20 küçəsindən Heydər Əliyev prospektinə daxil olub idarə etdiyi avtomobillə Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Bayraq Meydanı” istiqamətinə doğru hərəkət etmək olmuşdur. Daha sonra idarə etdiyi avtomobillə Balakən şəhəri Əli Ansuxski küçəsi ilə Balakən şəhəri Heydər Əliyev prospektinin kəsişdiyi yerə çatmışdır. Bu zaman işıqforun qırmızı işığının yandığını görmüş və avtomobilini saxlayıb yaşıl işığın yanmasını gözləmişdir. Daha sonra işıqforun yaşıl işığı yandıqda Əli Ansuxski küçəsindən Balakən şəhəri Heydər Əliyev prospektinə doğru hərəkət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə üzü Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkət edərək, Heydər Əliyev prospekti ilə Əli Ansuxski küçəsinin kəsişməsində quraşdırılmış işıqforun qadağanedici qırmızı işığında dayanmadan hərəkətinə davam edərək, onun idarə etdiyi avtomobilin sol tərəfindən vurmuş və nəticədə toqquşma baş vermişdir. Baş vermiş toqquşma nəticəsində o, xəsarət almışdır. Həmçinin Təqsirləndirilən şəxs Firuddun oğlunun idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən sonradan adının Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxs də xəsarət almışdır. Daha sonra o, hadisə yerinə toplaşan tanımadığı şəxslərin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş və cərrahiyə şöbəsində müayinə edilmişdir. Həmçinin məhkəmə-tibbi ekspertizasının rəyindən sonra ona məlum olmuşdur ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sol döş qəfəsinin ön səthində şişkinlik, sol 6-cı qabırğa qövsündə yerini dəyişməyən, 11-12-ci qabırğa qövslərində minimal yerini dəyişmiş sınıqlar olmaqla dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Onun idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsində X8 adına olmasına baxmayaraq, həmin avtomobil onun qardaşı Zərərçəkmiş şəxs2 məxsusdur. X14 onun xalası X4 əridir. Yəni qohumlarıdır. Qardaşı Kamran avtomobili 10 il əvvəl Bakı şəhərindən almışdır. Avtomobil Balakən rayonuna qeydiyyata düşəcəyi təqdirdə isə **-SS-*** dövlət qeydiyyat nişanı dəyişdirilməli və “08” başlanğıc olmaqla Balakən rayonuna aid dövlət qeydiyyat nişanı alınmalı idi. Qardaşı Zərərçəkmiş şəxs2 isə avtomobilin **-SS-*** dövlət qeydiyyat nişanını dəyişdirmək istəməmişdir. Onun xalası Fazilə Osmanovanın əri X1 rayonunda doğulmuşdur, lakin daimi yaşayış yeri ünvan 2 ünvanıdır. Ona görə də qardaşı Zərərçəkmiş şəxs2 həmin avtomobili X8 adına rəsmiləşdirmiş və BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını dəyişməsinə ehtiyac olmamışdır. Həmçinin qardaşı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə yenidən X5 nəqliyyat vasitəsindən istifadə hüququ barədə xx.xx.2032-ci il tarixədək etirbarnamə almışdır. Yəni BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi onun qardaşı Zərərçəkmiş şəxs2dur. O da avtomobili qardaşından icazə alıb idarə etmişdir. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var, lakin BMW markalı **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Həmin avtomobili qardaşının şifahi razılığına əsasən idarə etmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Heç yerdə işləmir. Evlidir. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. 07 aprel 2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs1 ona məxsus olan BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri Əli Ansuxski küçəsindən Balakən şəhəri Heydər Əliyev prospektinə tərəf hərəkətdə olarkən, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospekti ilə üzü Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkət edərək, Heydər Əliyev prospekti ilə Əli Ansuxski küçəsinin kəsişməsində quraşdırılmış işıqforun qadağanedici qırmızı işığında dayanmadan hərəkətinə davam edərək, qardaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilin sol tərəfindən vurmuş, nəticədə toqquşma baş vermişdir. Baş vermiş toqquşma nəticəsində qardaşı Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Həmçinin Təqsirləndirilən şəxs Firuddun oğlunun idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən Zərərçəkmiş şəxs4 da xəsarət almışdır. Qardaşı xəsarət aldıqdan və Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra onun hadisə barədə məlumatı olmuş və Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişdir. BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsində X8 adına olmasına baxmayaraq, həmin avtomobil ona məxsusdur. X14 onun xalası X4 əridir. Yəni qohumlarıdır. O, həmin avtomobili 10 il əvvəl Bakı şəhərindən almış və xx.xx.2013-cü il tarixdə qohumu X8 adına rəsmiləşdirmişdir. Çünki avtomobil Balakən rayonuna qeydiyyata düşəcəyi təqdirdə **-SS-*** dövlət qeydiyyat nişanı dəyişdirilməli və “08” başlanğıc olmaqla Balakən rayonuna aid dövlət qeydiyyat nişanlı alınmalı idi. O isə avtomobilin **-SS-*** dövlət qeydiyyat nişanını dəyişdirmək istəməmişdir. Onun xalası Fazilə Osmanovanın əri X1 rayonunda doğulmuşdur, lakin daimi yaşayış yeri ünvan 2 ünvanıdır. Buna görə də o, həmin avtomobili X8 adına rəsmiləşdirmiş və BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət qeydiyyat nişanını dəyişməyə ehtiyac olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdə yenidən X5 nəqliyyat vasitəsindən istifadə hüququ barədə xx.xx.2032-ci il tarixədək etirbarnamə almışdır. Yəni BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi odur. Qardaşı Zərərçəkmiş şəxs1 avtomobili onun icazəsi ilə idarə etmişdir. Qardaşı Zərərçəkmiş şəxs1 avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır, lakin BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. O, qardaşının avtomobili idarə etməsi üçün qardaşına şifahi olaraq razılıq vermişdir. Ona məxsus olan BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə lazım olan avtohissələri və həmin avtohissələrin avtomobilə yerləşdirilməsi və avtomobilin rənglənməsi ilə birlikdə 6340 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan ona ödənilməmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında qanuni nümayəndəsi olan anası Zərərçəkmiş şəxs3 iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində pasport qeydiyyatındadır, lakin ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında daimi yaşayır. Balakən rayonu Hənifə kəndində evləri və bağları olduğundan il ərzində bir neçə dəfə Balakən rayonu Hənifə kəndinə gedir. 07 aprel 2023-cü il tarixdə saat 17 radələrində dostu- Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs ilə görüşmüş, daha sonra o, Şamo ilə Hənifə kəndində onların bağına gedərək, bağda işləmiş və bağda işlərini qurtardıqdan sonra Balakən şəhərinə gəlmişlər. Onlar görüşdükdə o, idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmişdir. Daha sonra Balakən şəhərinə gəldikdə VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o isə qabaq sərnişin üçün nəzərdə tutulmuş yerdə əyləşmişdir. Şamo ilə birlikdə Balakən şəhərində VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir az gəzdikdən sonra Balakən rayonu Hənifə kəndinə getmək qərarına gəlmişlər. Bu zaman Şamo idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən rayonu Qullar kəndi istiqamətində hərəkətdə olduğu zaman Heydər Əliyev prospektində olan işıqforun qadağanedici qırmızı işığında dayanmalı olduğu halda, avtomobili saxlamayaraq, Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkət etmişdir. Bu zaman yolun tam ortasına çatmışdır ki, getdikləri yolun sağ tərəfindən Balakən şəhəri Əli Ansuxski küçəsindən Balakən şəhəri Heydər Əliyev prospektinə tərəf hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşılarına çıxmış və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlaya bilməmiş, əyləci basmış, lakin idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və o, xəsarət almışlar. Daha sonra hadisə yerində olan tanımadığı şəxslərin köməyi ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına gəlmişlər. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Həmin avtomobili anası Zərərçəkmiş şəxs3 almış, yəni anası Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə X10 7900 manat məbləğində pul verərək, VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında alaraq ona vermişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi X9 adına olsa da, avtomobil anasına məxsusdur. Avtomobilin faktiki sahibi anası Zərərçəkmiş şəxs3dır. Onun 18 yaşı tamam olmadığı üçün avtomobilə etibarnamə götürə bilməmişdir. Qəza baş verdiyi vaxt saat 20:56 radələri olmuşdur. O, xəstəxanada həyəcanlı və hadisənin təsiri altında olduğu üçün avtomobili özünün idarə etdiyini bildirmişdir. Lakin hadisə baş verən vaxt avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Təqsirləndirilən şəxs qəzadan əvvəl avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Hənifə kəndində qeydiyyatdadır, lakin ailə üzvləri ilə birlikdə ünvan 5 ünvanında daimi yaşayır. Heç yerdə işləmir. Məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Hənifə kəndində evləri və bağları olduğundan il ərzində bir neçə dəfə Balakən rayonu Hənifə kəndinə gedir. Zərərçəkmiş şəxs4 onun oğludur. 07 noyabr 2022-ci il tarixdə o, X10 7900 manat məbləğində pul verərək, VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında alaraq, oğlu Zərərçəkmiş şəxs4 vermişdir. Lakin oğlu Zərərçəkmiş şəxs4 18 yaşı tamam olmadığı üçün sürücülük vəsiqəsi almamışdır. Həmin avtomobili, Zərərçəkmiş şəxs4 sürücülük vəsiqəsi olmadığı üçün, vaxtaşırı idarə etmişdir. Yəni avtomobili kənd ərazisində ara yollarda sürmüşdür. 07 aprel 2023-cü il tarixdə oğlu Marlen Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs ilə görüşmüş, sonra isə onların Balakən rayonu Hənifə kəndində olan bağlarında dostu Təqsirləndirilən şəxs ilə işləmişdir. Sonradan isə bacısı Mirvari Hətəmova zəng edərək, oğlu Zərərçəkmiş şəxs4 VAZ 21074 markalı avtomobillə qəzaya düşdüyünü ona bildirmişdir. Daha sonra o, Balakən Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Orada ona məlum olmuşdur ki, oğlu Marlen sağ göz qapağından, burun və alın nahiyyəsindən xəsarət almışdır. Həmçinin ona məlum olmuşdur ki, onun oğlu Marlen idarə etdiyi avtomobili dostu Təqsirləndirilən şəxs sürmək üçün vermişdir. Təqsirləndirilən şəxs isə Balakən şəhəri Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə onun oğlu Zərərçəkmiş şəxs4 və BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 xəsarət almışlar. Sonradan həmçinin ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən onun avtomaşınına vurulmuş ziyan könüllü şəkildə ona ödənilmiş və onunla barışıq əldə edilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Balakən RPŞnin DYPB-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir.07 aprel 2023-cü il tarixdə Balakən şəhəri ərazisində xidmətdə olduğu zaman Balakən şəhəri Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən baxış keçirilərkən hadisə yerində iştirak etmişdir.Yol-nəqliyyat hadisə yerinə baxış keçirilərkən hadisə yerində müəyyən edilmişdir ki, Balakən şəhəri Heydər Əliyev prospektində BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Hadisə yerinə təhqiqatçı Vasif Əliyev tərəfindən baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən şəhəri H.Əliyev prospekti ilə üzü Balakən rayonu Qullar kəndi istiqamətinə hərəkətdə olarkən H.Əliyev prospekti ilə Ə.Ansuxski küçəsinin kəsişməsində Ə.Ansuxski küçəsindən hərəkətə başlayıb H.Əliyev prospektinə daxil olan BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, toqquşma baş vermişdir. Hər iki avtomobili idarə edən sürücülər müayinə edilməsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar.Hadisə yerində təhqiqatçı Vasif Əliyev tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə protokol və həmin protokola əlavə sxem tərtib edilmişdir. Həmçinin fotoşəkillər çəkilmişdir. Daha sonra tərtib edilmiş protokol və protokola əlavə edilmiş sxem iştirakçılr tərəfindən imzalanmışdır. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli saat 21:10 dəqiqədən saat 22:00 dəqiqəyədək olan müddət ərzində “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən, fotoşəkillərdən və baş vermiş yolnəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən “Təhlükəsiz Şəhər” kamerasından əldə edilmiş görüntülərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 07 aprel 2023-cü il tarixdə Balakən şəhəri Heydər Əliyev prospektində, yaşayış məntəqəsi ərazisində magistral yolda, Heydər Əliyev prospekti ilə Əli Ansuxski küçəsinin kəsişməsində baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla hamar və quru olmuşdur. Hadisə baş verən yerdə, yəni Balakən şəhəri H.Əliyev prospektində asfalt örtüklü yolun ümumi eni 12 metrdir. Yolun iki hərəkət istiqaməti vardır. Hadisə yerində, yəni kəsişən küçələrin hər ikisində nəqliyyat vasitələrinin hərəkətini nizamlayan işıqfor vardır.Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axımını ayırmaq üçün uzununa qoşa nizamlanma xətti vardır.Hadisə baş verməmişdən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə Balakən şəhər istiqamətindən üzü Balakən rayon Qullar kəndi istiqamətinə hərəkətdə olmuş, BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 isə idarə etdiyi avtomobillə Balakən şəhəri H.Əliyev prospekti ilə sağ tərəfdən kəsişən küçədən, yəni Əli Ansuxski küçəsindən hərəkətə başlayıb H.Əliyev prospektindən Bayraq Meydanına doğru hərəkətdə olmuşdur. Hadisə yolun ortasında baş verdiyindən, toqquşma yerindən H.Əliyev prospektində yolun sağ və sol çiyininə tərəf olan məsafə 6 metrdir.Toqquşma baş verdiyi yerdən avtomobillərin toqquşmadan sonra dayandıqları yerə qədər olan məsafə isə, yəni toqquşmadan sonra avtomobillər arasındakı məsafə 1,8 metrdir. Hadisə yerində VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 21 metr uzunluğunda tormozlama izi vardır. Heydər Əliyev prospektində icazə verilən maksimum hərəkət surəti 50 km/saatdır. Həmçinin hadisədən əvvəl hər iki nəqliyyat vasitəsi saz vəziyyətdə olmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 11 aprel 2023-ci il tarixli 157 nömrəli aktdan görünür ki, VAZ 21074 markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs4 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 11 aprel 2023-cü il tarixli 156 nömrəli aktdan görünür ki, BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15 aprel 2023-ci il tarixli 87 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 müəyyən edilmiş xəsarətlər- alnında sıyrıq, sağ üst göz qapağında yara-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə yol- nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 aprel 2023-ci il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət olmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05 may 2023-ci il tarixli 88 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər- sol döş qəfəsinin ön səthində şişkinlik, sol 6-cı qabırğa qövsündə yerini dəyişməyən, 11-12-ci qabırğa qövslərində minimal yerini dəyişmiş sınıqlar- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 iyun 2023-cü il tarixli 8/1327 nömrəli rəyindən görünür ki, 1.İstintaq tərəfindən göstərilən şəraitdə BMW 528 markalı ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur; 2.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili icazə verilən sürətdən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 18 aprel 2023-cü il tarixli 3-13-16-6/2-155/2023 saylı məktubdan görünür ki, X15 İmtahan və X16 yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarında olan Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən Rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi BMW markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 4290 manat olmaqla göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 2050 manat olmaqla 6340 manat təşkil edir. İş materiallarında olan Balakən rayon 777 nömrəli Avtoservisdən Balakən Rayon Polis Şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli aktda göstərilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobilə dəymiş zərər 1980 manat olmaqla göstərilən avtohissələrin avtomaşına yerləşdirilməsi və avtomaşının rənglənməsi 1300 manat olmaqla 3280 manat təşkil edir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 07 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs3 Abdulla qızına məxsus olması və həmin avtomobilin faktiki sahibinin Zərərçəkmiş şəxs3 olması, BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 məxsus olması və həmin avtomobilin sahibinin Zərərçəkmiş şəxs2 olması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi BMVV markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və həmin avtomobillərin Balakən Rayon Polis X21 Polisi Bölməsinin cərimə meydançasında saxlanılması nəzərə alınmış, Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Balakən RPŞ-yə göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X11 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi zərəri tam ödəmişdir, ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 1(019)-109/2023 saylı qərarı ilə hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin və şahidin ifadələrini, 07 aprel 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu, həmin protokola əlavə edilmiş sxemi, fotoşəkilləri, baş vermiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən “Təhlükəsiz Şəhər” kamerasından əldə edilmiş görüntüləri, məhkəmə-tibbi ekspertizasının 15 aprel 2023-ci il tarixli 87 nömrəli rəyini, məhkəmə-tibbi ekspertizasının 24 aprel 2023-ci il tarixli 94 nömrəli rəyini, məhkəmə-tibbi ekspertizasının 05 may 2023-ci il tarixli 88 nömrəli rəyini, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 01 iyun 2023-cü il tarixli 8/1327 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 18 aprel 2023-cü il tarixli 3-13-16- 6/2-155/2023 saylı məktubu, tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5 nömrəli arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 07 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını və işdə olan digər sənədləri bir-biri ilə əlaqəli olaraq ziddiyətsiz şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, Cinayət Məcəlləsinin 263 və 263-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 13-cü bəndinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun; eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və qanun normalarının tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsinin, himayəsində bir azyaşlı uşağın olmasının, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsinin Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericilyin tələbindən irəli gəlir və qanun normalarında birbaşa göstərilmişdir. Ona görə də həmin hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi birbaşa nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsə tamamilə ödəməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X21 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan BMW 528 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Zərərçəkmiş şəxs1 və VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Zərərçəkmiş şəxs3 qaytarılmalı, Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASCin X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis X21 Polisi Bölməsinin cərimə meydançasında saxlanılan BMW 528 markalı **- SS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Zərərçəkmiş şəxs1 və VAZ 21074 markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki sahibi Zərərçəkmiş şəxs3 qaytarılsın; Balakən şəhəri H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasından əldə edilmiş hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar