Məhkəmə qərarları › İş №1(019)-11/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-11/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-11/2021 04.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, tərcüməçi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi,zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1977-ci ildə Qax rayonunun Qax İngiloy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonunun Qax İngiloy kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan artıq sürətlə idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən yolun sağından soluna keçən piyada xx.xx.2005-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ qanad hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün yerdəyişmiş sınığının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır, sağ əlin ovuc səthinin kəsilmişcırılmış yarası, İ, İİ, İİİ, İV barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ, İİ, İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı-ümumi əmək qabiliyyətinin 1/3-dən çox (45%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi,zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və onun avtomobilləri idarə etməyə hüquq verən B dərəcəli sürücülük vəsiqəsi vardır, lakin Gürcüstandan aldığı sürücülük vəsiqəsini qanunla müəyyən edilmiş qaydada dəyişdirməmişdir. xx.xx.2019-cu il tarixdə qonşusu Şahid3 ondan xahiş etmişdir ki, Balakən şəhərindən əri Şahid4 götürsünlər. Bundan sonra o, Firəngiz ilə birlikdə idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə yola düşmüşlər.Balakən şəhərindən Bayraq meydanının yaxınlığından Şahid4 götürdükdən sonra Qax rayonunun Qax İngiloy kəndinə qayıdarkən qabaq sağ oturacaqda Albert , arxa oturacaqda sağ tərəfdə Firəngiz əyləşmiş və o, Opel Astra markalı avtomobili Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdirmişdir. Təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də təxminən 70-80 metrlikdən yolun kənarında mikroavtobusun dayandığını görmüş, həmin mikroavtobusun bərabərliyinə çatmağına təxminən 20-25 metr qalmış sonradan adını bildiyi xx.xx.2005-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mikroavtobusun qarşısından çıxıb yolun sağından soluna doğru orta yerişlə qaçaraq idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmiş, lakin məsafə yaxın olduğundan idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra o, tez idarə etdiyi avtomobili saxlayıb avtomobildən düşmüş və Nihadın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Firəngiz və Albertlə birlikdə Balakən rayon Mərkəzi xəstəxanasına aparmış və xəstəxanada Nihada lazım olan bütün köməklikləri göstərmişdir. Bundan sonra o, hadisə yerinə qayıtmış və hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak edərək tərtib olunmuş protokol və sxemlə tanış olub imza etmişdir. İlk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərər və ziyanı könüllü olaraq tam ödəməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında onun qanuni nümayəndəsi Nümayəndə göstərdi oğlu Nihad Sumqayıtda yaşayır, səhhəti ilə bağlı məhkəmə iclasına gəlməsi mümkün deyildir. Özü yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olaraq məhkəmə iclasında iştirak edir. Ona görə də məhkəmə iclasının yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxsin iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini , qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, o, anası Nümayəndə ilə birlikdə Sumqayıt şəhərində yaşayır və yay tətilini Balakən rayonunun Qazbinə kəndində ata nənəsigildə keçirmək üçün qonaq getmişdir.xx.xx.2019-cu il tarixdə Balakən şəhərinə bazara getmiş və bazardan evə lazım olan ərzaq məhsullarını aldıqdan sonra Balakən şəhərindən Balakən rayonun Qazbinə kəndinə işləyən Mercedes Benz markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobusla nənəsigilə qayıdarkən yolda sonradan adını bildiyi Aysel adlı qadın mikroavtobusun sürücüsü Fikrətdən mikroavtobusu saxlatmasını xahiş etmiş, ondan isə xahiş etmişdir ki, yolun digər tərəfindəki çörək sexindən çörək alsın. Bundan sonra o, mikroavtobusdan düşmüşdür. Təxminən saat 13:50 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də yolu keçmək üçün Mersedes markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sağından geriyə baxmış və uzaqdan avtomobil gəldiyini görüb yolun sağından soluna doğru çəpinə orta yerişlə yolu keçmək istəmişdir.Bu zaman o, Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Bu zaman Nukri idarə etdiyi Opel Astra markalı avtomobilin qarşı sağ qanad və sağ güzgü hissəsi ilə onu vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra Nukri təxminən 50 metr qarşıya gedib Opel Astra markalı avtomobili saxlayıb avtomobildən düşmüş və onun xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Balakən rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə göstərdi ki, o, oğlu Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Oğlu Nihad 2019-cu ildə yay tətilini Balakən rayonunun Qazbinə kəndində ata nənəsigildə keçirmək üçün qonaq getmişdir.xx xxxxxx 2019-cu il tarixdə ona məlumat verilmişdir ki, Nihadı avtomaşın vurmuşdur, Balakən rayon Mərkəzi xəstəxanasındadır. O, oğlunun yanına getdikdən sonra ona məlum olmuşdur ki, Nihad xx.xx.2019-cu il tarixdə Balakən şəhərinə bazara getmiş və bazardan evə lazım olan ərzaq məhsullarını aldıqdan sonra Balakən şəhərindən Balakən rayonun Qazbinə kəndinə işləyən Mercedes Benz markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobusla nənəsigilə qayıdarkən yolda sonradan adını bildiyi Aysel adlı qadın mikroavtobusun sürücüsü Fikrətdən mikroavtobusu saxlatmasını xahiş etmiş, Nihaddan isə xahiş etmişdir ki, yolun digər tərəfindəki çörək sexindən çörək alsın. Bundan sonra Nihad mikroavtobusdan düşmüş, təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı avtomobilin qarşı sağ qanad və sağ güzgü hissəsi ilə onu vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra Nukri onun xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Balakən rayon Mərkəzi xəstəxanasına aparmışdır.Oğlunun müalicəsi üçün Təqsirləndirilən şəxs ona 6000 manat pul vermişdir. Onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Qax rayonunun Qax İngiloy kəndində olarkən qonşusu Təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona məxsus avtomobillə Balakən şəhərindən əri Şahid4 götürsünlər, bundan sonra Nukri onunla razılaşmış və Nukriyə məxsus Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhərinə yola düşmüşlər. Onlar Balakən şəhəri Bayraq Meydanı yaxınlığından əri Şahid4 götürdükdən sonra Qax rayonunun Qax İngiloy kəndinə qayıdarkən qabaq sağ oturacaqda Albert əyləşmiş, o, arxa oturacaqda sağ tərəfdə əyləşmiş və Nukri salonunda olduğu Opel Astra markalı avtomobili Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət etdirmişdir. Təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də yolun kənarında dayanmış mikroavtobusun bərabərliyinə çatmağına az qalmış sonradan adını bildiyi xx.xx.2005-ci il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qəflətən mikroavtobusun qarşısından çıxıb yolun sağından soluna doğru qaçaraq salonunda olduğu Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Bu zaman Nukri hadisənin qarşısını almaq üçün tormoz əyləcindən istifadə etmiş, lakin məsafə yaxın olduğundan salonunda olduğu Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanad hissəsi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra Nukri tez salonunda olduqları Opel Astra markalı avtomobili saxlayıb avtomobildən düşmüş və Nihadın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoymuş və onlarla birlikdə Balakən rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları eyni ilə öz ifadəsində təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, BDYPİ-nin 5-ci tağım üzrə inspektor vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2019-cu il tarixdə Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar həmin məlumata əsasən qeyd olunan əraziyə getmişlər, həmin vaxt orada ona məlum olmuşdur ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə təxminən saat 13:50 radələrində idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də yolun sağından soluna keçən piyada 2005-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada YYÇ-an Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarəti alaraq Balakən RMX-na daxil olmuşdur. Bundan sonra hadisə yerini mühafizə edərək baxış keçirilməsində iştirak etmiş və bu barədə tərtib olunmuş protokol və sxemə digər iştirakçılar ilə birlikdə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xususatları eyni ilə öz ifadəsində təstiq etmişdir. Məhkəmə iclasında işdə olan ifadəsi elan tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir “Mercedes Benz 208D” markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobus ona məxsusdur, onun avtomobilləri idarə etməyə hüquq verən BC dərəcəli sürücülük vəsiqəsi vardır. “Mercedes Benz 208D” markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Balakən şəhərindən Balakən rayonun Qazbinə kəndinə sərnişin daşımaqla məşğul olur. xx.xx.2019-cu il tarixdə Balakən şəhərindən çıxıb Balakən rayonunun Qazbinə kəndinə gedirmiş, həmin vaxt mikroavtobusun salonunda sonradan adlarını bildiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və digər sərnişinlər olmuşdur. Yolda xanım sərnişinlərdən biri ondan mikroavtobusu saxlatmağını xahiş etmiş və o, mikroavtobusu yolun sağında saxlamışdır.Daha sonra həmin xanım yetkinlik yaşına çatmayan Nihaddan xahiş etmişdir ki, yolun digər tərəfindəki çörək sexindən çörək alsın və bundan sonra Nihad mikroavtobusdan düşmüşdür. Təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də Nihad mikroavtobusun qarşısından yolun sağından soluna doğru çəpinə orta yerişlə yolu keçmək istəmiş, bu zaman Nihad Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan, sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt Nukri idarə etdiyi Opel Astra markalı avtomobilin qarşı sağ qanad və sağ güzgü hissəsi ilə Nihadı vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra X12 markalı avtomobili saxlayıb avtomobildən düşmüş və Nihadın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Balakən rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə iclasında işdə olan ifadəsi elan tədqiq edilmiş şahid X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə övladına dərman almaq üçün Balakən şəhərinə getmiş, o, Balakən şəhərində apteklərin birindən dərman aldıqdan sonra Balakən şəhərindən Balakən rayonun Qazbinə kəndinə işləyən Mercedes Benz markalı ** KM *** dövlət qeydiyyat nişanlı mikroavtobusla yaşadığı ünvana qayıdırmış. Yolda o, çörək almaq üçün mikroavtobusun sürücüsü Şahid5 salonunda olduğu mikroavtobusu saxlatmağını xahiş etmiş və sürücü mikroavtobusu yolun sağında saxlatmış, bu zaman mikroavtobusun salonunda olan sərnişin, sonradan adını bildiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs bildirmişdir ki, o da çörək alır. Bundan sonra o, Nihaddan xahiş etmişdir ki, çörək sexindən ona da çörək alsın.Ona pul vermiş və Nihad mikroavtobusdan düşmüşdür.Təxminən saat 13:50 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148- ci km-də Nihad mikroavtobusun qarşısından yolun sağından soluna doğru orta yerişlə yolu keçmək istəmişdir. Bu zaman Nihad Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkətdə olan sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmışdır. Həmin vaxt Nukri idarə etdiyi Opel Astra markalı avtomobilin qarşı sağ qanad və sağ güzgü hissəsi ilə Nihadı vurmuş və o, asfalta yıxılmışdır. Bundan sonra sürücü X12 markalı avtomobili saxlayıb avtomobildən düşmüş və Nihadın xəsarət aldığını görüb onu idarə etdiyi avtomobilə qoyub Balakən rayon Mərkəzi xəstəxanasına aparmış, sonra mikroavtobusla yaşadığı ünvana getmişdir. İşin 1-ci cild 99-102-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli 25257 №-li rəyindən göstərilmişdir ki:

1. İstintaq tərəfindən verilən məlumatlara əsasən Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki olmuşdur. İşin 2-ci cild 150-154-cü vəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T168/2020 №-li rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər:- sağ əlin ovuc səthinin kəsilmiş-cırılmış yarası, İ, İİ, İİİ, İV barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ, İİ, İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı -bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə hərəkətdə olan avtomobilin çıxıntılı hissələri ilə piyadanın vurulması zamanı yarana bilərdilər və dərəcəsinə görə sağ əlin ovuc səthinin kəsilmiş-cırılmış yarası, İ, İİ, İİİ, İV barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ, İİ, İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma ümumi əmək qabiliyyətinin 1/3-dən çox (45%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələndiyindən sağlamlığa Ağır zərər vurmaya, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı isə dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. YYÇ-an Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə əlaqədar hal-hazırda plastik cərrahi əməliyyatlar aparılmasına ehtiyac duyulur və buna görə müalicə Dövlət Tibb müəssələrində ödənişsiz, Özəl Tibb müəssisələrində isə onların təminatından asılı olaraq ödənişlə həyata keçirilir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AH-2440646 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, AH ******* nömrəli sürücülük vəsiqəsi Gürcüstanın Tbilisi DİO tərəfindən xx.xx.2010-cu ildə verilmişdir. İşin 1-ci cild 20-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli 110 nömrəli sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15:30-da Təqsirləndirilən şəxs oğlu ayıq olmuşdur. İşin 1-ci cild 90-92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild 95-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Baş Dövlət X11 Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2019-cu il tarixli 87412-1219 saylı məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. İşin 2-ci cild 106-107-ci vərəqələrində olan və məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X11 xx xxxxx 2020-ci il tarixli 016-31886-1220 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqələrinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar qeyd olunan Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q16-001-12 nömrəli qərarı ilə tənzimlənir. Qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavıilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərabycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirilməlidir. Vətəndaş Təqsirləndirilən şəxs onda olan sürücülük vəsiqəsinin milli sürücülük vəsiqəsinə dəyişdirilməsi məqsədi ilə DYP orqanlarına,eləcədə «ASAN» xidmət mərkəzlərinə müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş Qax rayon İHB Qax İngiloy kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Tartaraşvili Nukri Otariyeviç müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, X3 xx xxxxxx 2010-cu ildə, X4 xx xxxxxx 2012-ci ildə anadan olmuşdur. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu əsasında bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulduqda Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə,himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzadan azad edilməsi, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,Dövlət Xəzinədarlığı Aqentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan və BDYPİ-nin YPXA-nın 718 saylı postun duracağında saxlanılmış Opel-Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X6 çağırışa və gündəlik xərclərə görə 80 (səksən) manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.5.4-cü maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) bəraət hökmünün nəticəsi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,Dövlət Xəzinədarlığı Aqentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan Opel-Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün qəbzlə sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X6 80 (səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar