Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-11/2022 12.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 03 avqust 1986-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 306.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 01 may 2017-ci il tarixdən başlayaraq 19 yanvar 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110,00 manat alimentin alınaraq, Zərərçəkmiş şəxs verilməsinə dair Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib 10 dekabr 2018-ci il və 14 iyul 2020-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 24.07.2020-ci il və 22.02.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 4412,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərərçəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi ifadəsində göstərimşdir ki, həqiqətən o, 05 fevral 2007-ci il tarixdə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə yaşayışdan 19 yanvar 2008-ci il tarixdə Amin adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan 2009-cu ilin iyun ayında ayrılmışlar. Ayrılarkən uşaq anası Şəbnəmin himayəsində qalmışdır. Bir müddət ayrı yaşadıqdan sonra Şəbnəm aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün ondan hər ay 50,00 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə ilə müəyyən edilmiş həmin məbləği tam olaraq ödəmişdir. Lakin Zərərçəkmiş şəxs aliment məbləğinin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsi ondan qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 01 may 2017-ci il tarixdən başlayaraq 19 yanvar 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110,00 manat alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair 30 mart 2017-ci il tarixli qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğundan müəyyən olunmuş aliment məbləğini tam ödəməmişdir. Zərərçəkmiş şəxs ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur və həmin ailədən iki azyaşlı uşağı vardır. Rəsmi heç yerdə işləmir. Bakı şəhərində rast gəldikdə günəmuzd işlərlə məşğul olur. İndiyə qədər ittiham verilən 4412 manat aliment borcundan 3180 manat ödəmişdir, qalan 1232 manatı da 2022-ci ilin may ayının sonuna qədər ödəyəcəkdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq hissi keçirir. Himayəsində iki azyaşlı uşaq vardır. 4412 manat aliment borcundan 3180 manatını ödəmişdir. Bu halları nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həqiqətən o, 05 fevral 2007-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Nikahlarını isə rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə 19 yanvar 2008-ci il tarixdə Amin adında bir uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, münasibətləri pozulduğundan 2009-cu ilin iyun ayından ayrılmışlar. Ayrılarkən uşaq onun himayəsində qalmışdır. Buna baxmayaraq, ayrı yaşadıqları müddətdə Elçin uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün 50,00 manat məbləğində aliment müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin məbləği də ödəməkdən yayınmış, görülmüş məcburi tdbirlərdən sonra isə ödəmişdir. Lakin müəyyən edilmiş aliment məbləği ilə uşağın zəruri xərclərini ödəmək mümkün olmadığından aliment məbləğinin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsi Təqsirləndirilən şəxs qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 19 yanvar 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110,00 manat alimentin alınaraq ona verilməsinə dair 30 mart 2017-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından dörd ildən çox müddətin keçməsinə baxmayaraq, Elçin məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki Elçin Bakı şəhərində tikinti işlərində usta işləyir və onun alimenti ödəməyə kifayət qədər maddi imkanı vardır. Buna baxmayaraq, o, qərəzli olaraq qətnaməni icra etməmişdir. Uşaq böyüdüyündən onun maddi təlabatları da xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkmişdir. Elçin isə maddi vəziyyətlərini bildiyi halda aralarında olan münasibətlərə görə alimenti ödəməmiş, ümumiyyətlə uşaqla maraqlanmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçi olmuş, alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmiş və alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə, həmçinin iki dəfə inzibati qaydada həbs edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs yenə də alimenti ödəməmiş və onun 23 aprel 2021-ci il tarixədək 4412,00 manat aliment borcu yaranmışdır. Lakin hazırda Təqsirləndirilən şəxs sözügedən 4412 manat aliment borcundan ona 3180 manat ödəmişdir. Təqsirləndirilən şəxs və onun atası qalan 1232 manat məbləği də 2022-ci ilin may ayının sonuna qədər ödəməyə söz vermişlər. Bütün bunlara baxmayaraq, Təqsirləndirilən şəxs və Elçinin atası ona və uşağına qarğış etdiklərinə və Elçin aliment borcunu tam ödəmədiynə görə Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, 10 aprel 2017-ci il tarixli qərarla icraata başlanılmış Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)- 568/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 01 may 2017-ci il tarixdən başlayaraq 19 yanvar 2008-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110,00 manat aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə icraata başlanılaraq, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icra şöbəsinə çağrılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, məsuliyyəti barədə xəbərdarlıq verilmişdir. Borclu müəyyən edilmiş alimenti ödəməsi üçün vaxt istəmiş, odur ki, borcluya vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq, ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 3(019)-475/2018 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, qətnamənin icrası dəfələrlə borcludan tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs hər dəfə aliment borcunu qısa müddətdə ödəyəcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq, ödəniş etməmişdir. Odur ki, borclu barəsində yenidən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 3(019)-219/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Lakin görülmüş icra tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. Nəticədə icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 23 aprel 2021-ci il tarixədək 4412,00 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək, uşağın maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini bildirərək, Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Hazırda Təqsirləndirilən şəxs aliment borcundan müəyyən ödənişlər etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı qətnaməsi və 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 19 yanvar 2008-ci ildə doğulmuş X11 atası olması müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs 19 yanvar 2008-ci ildə doğulmuş X11 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay sabit pul məbləğində 110 manat alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon İcra Şöbəsinin böyük icra məmurunun İcraata başlamaq haqqında 10.04.2017-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı icra vərəqəsi üzrə icraat başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin müvafiq sorğuları əsasında Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs işləməsi, aylıq qazanca malik olması, sosial müavinət alması, banklarda əmanətlərinin olması, daşınmaz əmlakının və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalarının olması və adına tələb yönəldilə biləcək hər hansı digər əmlakın olması müəyyən edilməmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 3 (019)-475/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan 27.12.2019-cu il tarixli Xəbərdarlıqdan görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı icra sənədi üzrə aliment borcunu ödəmədiyi halda Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 8 (019)-69/2019 saylı qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 14.07.2020-ci il tarixli, 3 (019)- 219/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan 24.07.2020-ci il tarixli bildirişdən görünür ki, inzibati məsuliyyətə cəlb edildikdən sonra Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 30 mart 2017-ci il tarixli, 2(019)-568/2017 saylı icra sənədini icra etməsi üçün yeni 10 gün müddət verilmiş və əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı ona xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş 03.08.2021-ci il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqinin 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və onun ittiham elan edilməsi üçün tutularaq Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və ümumən iş materiallarından görünür ki, Soduyev X9 Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 oktyabr 2021-ci il tarixdə tutularaq X16 gətirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqinə təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, X7 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqi tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 07 oktyabr 2021-ci il tarixdə saat 15.40-da azadlığa buraxılmışdır. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ 590292 nömrəli və 27 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ 955991 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 20 noyabr 2010-cu il tarixdə doğulmuş X14 və 05 sentyabr 2012-ci il tarixdə doğulmuş X15 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, ibtidai istintaq müddətində Təqsirləndirilən şəxs tərəfindən 4412 manat aliment borcundan 07.10.2021-ci il tarixdə 700 manat və 15.10.2021-ci il tarixdə 1300 manat olmaqla cəmi 2000 manat tələbkar Zərərçəkmiş şəxs ödənilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 01.02.2022-ci il tarixli, 1 (019)-11/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin 16.03.2022-ci il tarixli, 109-6807-1222 nömrəli məktub-arayışından və 16 mart 2022-ci il tarixli barəsində həbs qətimkan tədbiri seçilmiş axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə, saat 11.30 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 Balakən Rayon Məhkəməsinə ünvanladığı 18.03.2022-ci il tarixli, 17/33-1300 nömrəli məktub-arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16.03.2022ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən həbs edilərək saxlanılması üçün 18.03.2022-ci il tarixdə Penitensiar Xidmətin X4 gətirilmişdir. İş materiallarına əlavə olunmuş 10.11.2021-ci il tarixli, 31.03.2022-ci il tarixli, 08.04.2022-ci il tarixli və 12.04.2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki ittiham üzrə qalıq aliment borcundan müvafiq olaraq 180 manat, 400 manat, 200 manat və 400 manat olmaqla cəmi 1180 manat tələbkar X5 ödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə 4412 manat aliment borcundan 3200 manat aliment borcu ona ödənilmişdir. 1212 manatı da Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iş üzrə Zərərçəkmiş şəxs və Şahid ifadələrini, Balakən Rayon Məhkəməsinin 30 mart 2017-cü il tarixli, 2(019)-568/2017 nömrəli qətnaməsini və 30 mart 2017-cü il tarixli, 2(019)-568/2017 nömrəli icra sənədini, Balakən Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 14 iyul 2020-ci il tarixli qərarını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə; məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qaydada olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-nin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Konstitusiya Məhkəməsinin sözügedən 02 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanların olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir («İcra haqqında» Qanunun 82.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, himayəsində iki azyaşlı uşağın olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsi işdəki sübutlarla təsdiq olunur. Bu da o nəticəyə gəlməyə əsas verir ki, onun psixologiyasında hazırki cinayətin törədilməsində ifadə olunan antisosial yönüm davamlı olmamış, yəni psixologiyasında dominantlıq təşkil etməmiş, model davranışa çevrilməmişdir. Ona görə də məhkəmə tərəfindən bu hal Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Həm də təqsirləndirilən şəxsin cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olması onun konkret hərəkətləri ilə də sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs vurulmuş 4412 manat məbləğində ziyanın mütləq çox hissəsini-3180 manatı Zərərçəkmiş şəxs könüllü şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması və onun tərəfindən vurulmuş ziyanın qismən ödənilməsi isə qanunda cəza təyin edilməsi zamanı mütləq nəzərə alınmalı olan yüngülləşdirici hallar kimi nəzərdə tutulmuşdur və bu hallar da Təqsirləndirilən şəxs istər sosiumun qarşısında, istərsə də fərdi mənada müsbət xarakterizə edən hallardır. Təbii kimi, bu hallar da qanun normasının tələbinə, həm də ədalət və humanizm prinsiplərinə görə ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Şübhəsizdir ki, insan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli qərəzli olaraq həyata keçirmişdir. Belə ki, bu hərəkətlər ona yazılı xəbərdarlıq olunduqdan, inzibati məsuliyyətə cəlb edildikdən və icra üçün təkrar vaxt verildikdən sonra davam etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmə qətnaməsinin və ya digər məhkəmə qərarının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar icrasız qalır. Digər tərəfdən, bu əməllə demokratik cəmiyyət və ədalət mühakiməsinin fundamental hüquqlarından biri olan ədalətli məhkəmə araşdırması hüququ real mahiyyət kəsb etməyən xəyali bir hüquqa çevrilir. Məhkəmə nəzərə çatdırır ki, ədalət mühakiməsi cəmiyyətin fundamental dəyərlərinin qorunub saxlanması və bərpa olunmasına, insan toplumunun hüquq və azadlıqlardan yararlanmasına xidmət edən əhəmiyyətli bir mexanizmdir. Ədalət mühakiməsi isə dövlət adından çıxarılan konkret qərarlarda öz əksini tapır. Məhkəmə qərarlarının icra olunmaması isə ədalət mühakiməsinin nüfuzuna zərbə vurmaqla, onun insan hüquq və azadlıqlarının qorunması və bərpa olunmasında yerinə yetirdiyi etibarlı mexanizm rolunu aşağı salır və nəticədə insanların bu mexanizmdən yararlanmasının real mahiyyəti heçə enir. Bu nüfuzun bərpa olunması isə insan hüquq və azadlıqlarının deklarativ deyil, real mahiyyət kəsb etməsi üçün son dərəcə vacibdir. Avropa Məhkəməsi “Strən” yunan neftayırma müəssisələri Yunanıstana qarşı işdə arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “əmlak” hesab edilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsi Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, “Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi mülki hüquq və vəzifələri barədə mübahisə yaranan hər kəsin məhkəməyə müraciət etmək hüququnu təsbit edir; beləliklə, həmin bənd «ədalət mühakiməsi hüququnu» özündə ehtiva edir, bunun bir aspekti də məhkəməyə müraciət etmək hüququndan ibarətdir, bu hüquq məhkəmələrdə iddia icraatına başlamaq hüququnu bildirir. Lakin qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının tərəflərdən birinin maraqları əleyhinə olaraq qüvvəyə malik olmamasına Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi ilə yol verilsəydi, sözügedən hüquq xəyali olardı. Tərəflərə verilən prosessual təminatları sadalayan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində məhkəmə qərarlarının icrasının təmin olunması prosesinin nəzərdə tutulmaması ağlabatan deyil: Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququnu təmin edən və məhkəmə araşdırmasının qaydasını müəyyən edən müddəa kimi şərh edilməsi, yəqin ki, qanunun aliliyi ilə bir araya sığmayan situasiyalara gətirib çıxarardı, halbuki Avropa Konvensiyasının iştirakçısı olan dövlətlər Konvensiyanı imzalamaqla bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Beləliklə, istənilən məhkəmə tərəfindən qəbul edilmiş qərarın icrasına Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan mənada «məhkəmə araşdırmasının» tərkib hissəsini təşkil edən element kimi baxılmalıdır. Avropa Məhkəməsi Burdov Rusiyaya qarşı işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək, qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Tarverdiyev Azərbaycana qarşı işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Digər tərəfdən, təqsirləndirilən şəxsə ədalətli və qanuni cəza təyinatı zamanı məhkəmə onu da nəzərə alır ki, Avropa Konvensiyasına dair 4 saylı Protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktının 1-ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər qanun normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yeirməsi üçün maddi vəsaitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlmişdir. Həmçinin cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, işdə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən-çox məbləğinin könüllü olaraq ona ödənilməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci madddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, ilk dəfədir ki, cinayət əməli törədir, onun himayəsində iki azyaşlı uşaq vardır, dəymiş ziyanı qismən-bu ziyanın çox hissəsində könüllü olaraq zərərçəkmiş şəxsə ödəmişdir, cinayət əməli törətməsindən peşmançılıq hissi keçirir. Bu hallar, qeyd edildiyi kimi, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığını, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyini, həmçinin onun cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olmasını göstərir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Hazırki iş üzrə də ilk dəfə cinayət əməli törədən təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yünülləşdiriən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı halda, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl dörd cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə məhkəmə qərarlarının icrası ilə bağlı ədalət mühakiməsinin nüfuzunun qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, iş materiallarına əsasən onun daşınmaz əmlakının, pensiya, müavinət və digər hər hansı qazancının, gəlirinin və ümumiyyətlə tələb yönəldilə biləcək əmlakının müəyyən olunmadığı şəraitdə, Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan iki min manatdan dörd min manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun və ailəsi üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Təqsirləndirilən şəxs ictimai işlər cəzasının və rəsmi işləmədiyi halda islah işləri cəzasının təyin edilməsi də cəzanın məqsədlərinin təmin edilməsinə; sosial ədalətin bərpasına, ümumi və xüsusi prevensiyaya şərait yaratmazdı. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Məhkəmə, zərərçəkmiş şəxs X6 Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsi barədə təklifi ilə bağlı qeyd edir ki, CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır. Bununla bağlı nəzərə çatdırılmalıdır ki, istənilən cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Qeyd edildiyi kimi, CMnin 9.2-ci maddəsində nəzərdə tutulmuş humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə hansı cəzanın təyin edilməsinin cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu məhkəmə tərəfindən yuxarıda əsaslandırılmışdır. Bu xüsusda qeyd edilməlidir ki, hər hansı cəza, o cümlədən azadlıqdan məhrum etmə cəzası zərərçəkmiş şəxsin və ya digər şəxslərin istəyi və ya sifarişi ilə deyil, Azərbaycan Respublikası CM-nin 41-ci maddəsində göstərilən cəzanın məqsədlərinə nail olmaq və cinayət qanununun prinsiplərini təmin etmək (o cümlədən ədalət prinsipini təmin etmək) üçün tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində və digər maddələrində cəzanın təyin edilməsinin ümumi əsasları və şərtləri nəzərdə tutulmuşdur. CM-nin 58.1-ci maddəsinə görə şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və həddi cəzanın məqsədlərini təmin edə bilməsin. Qanun normasının tələbinə görə bu hal əsaslandırılmalıdır. Qanunun tələbindən kənara çıxmaq isə qanunsuzluqdur. Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın tətbiq edilməsi təklifini verərkən bu cəzanın təyin edilməsi üçün heç bir əsaslı faktoloji hala və hüquqi əsasa istinad etməmişdir. Qanuni əsaslar olmadan təqsirləndirilən şəxsə kiminsə istəyi ilə ən ağır cəzanın təyin edilməsi birmənalı şəkildə cəzanın ədalətliliyini və qanuniliyini şübhə altına almaqla cəza təyin etmənin ümumi əsaslarını və cəzanın məqsədlərinə nail olunması şərtlərini ciddi şəkildə pozmuş olardı. Qanun isə (Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsi) məhkəmə hökmünün qanuni və əsaslı olmasını tələb edir. O da nəzərə çatdırılmalıdır ki, şəxs haqqında heç bir əsas olmadan maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi heç də onu azadlıqdan məhrum etmə cəzası qorxusu altında alimenti ödəməyə məcbur etmək və ya qərəzli münasibətlərə görə ondan qisas almaq vasitəsi sayıla bilməz. Belə düşünmək və hərəkət etmək orta əsrlərdə hökm sürən «talion» prinsipinə, yəni şəxsdən qisas almaq, əvəz çıxmaq niyyətinə xidmət etmiş olardı ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Demokratik və hüquqi dövlət olan Azərbaycan Respublikasının qanunlarında və məhkəmə praktikasında cəza təyin etmədə «talion» prinsipinin tətbiqinə yer yoxdur. Ona görə də zərərçəkmiş şəxsin cəza ilə bağlı sözügedən təklifi məhkəmə tərəfindən əsaslı hesab edilmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və onun ittiham elan edilməsi üçün tutularaq Şəki ŞRPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmış, o, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 06 oktyabr 2021-ci il tarixdə göstərilməyən saatda tutularaq X16 gətirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqinə təhvil verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ədliyyə idarəsinin müstəntiqi tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 07 oktyabr 2021-ci il tarixdə saat 15.40-da azadlığa buraxılmışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 01.02.2022ci il tarixli, 1(019)-11/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmış, o, 16 mart 2022-ci il tarixdə, saat 11.30 radələrində Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X4 təhvil verilmişdir və həmin 16 mart 2022-ci il tarixdən hazırki vaxtadək həbsdədir. Bu konteksdə məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Ona görə də bu tələblər hazırki iş üzrə təqsirləndirilən şəxsin həbs müddətinin hesablanması zamanı da nəzərə alınmalıdır. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək və 16 mart 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 12 aprel 2022ci il tarixədək həbsdə saxlandığı cəmi 28 gün müddət həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 56 gün-1 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına gətirilib, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək və 16 mart 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 12 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı cəmi 28 gün müddət həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, haqqında azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunması nəticəsinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, həmçinin barəsində seçilən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda, şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək və 16 mart 2022-ci il tarixdən hazırki hökmün çıxarıldığı 12 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı cəmi 28 gün müddət həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X12 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-11/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-11/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver