Məhkəmə qərarları › İş №1(019)-11/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-11/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-11/2024 31.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, oğlunun, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2003-cü ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, məhkum olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 152.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə (qeyri təbii yolla –anal üsulla cinsi əlaqədə olma) cinayət əməlini törətmişdir. Belə ki, o, tanışı, Balakən rayonu Qullar kənd sakini, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə 2023-cü ilin yanvar ayının sonunda bir dəfə olmaqla, 2023-cü ilin fevral ayının sonunda bir dəfə olmaqla və 23 mart 2023-cü il tarixdə bir dəfə olmaqla 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun razılığı əsasında qəsdən onunla seksual xarakterli hərəkətlər etmiş, yəni qeyri –təbii yolla (anal üsulla) cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci imaddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Balakən rayonu Qullar kənd sakini, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə 2023-cü ilin yanvar ayının sonunda bir dəfə olmaqla, 2023-cü ilin fevral ayının sonunda bir dəfə olmaqla və 23 mart 2023-cü il tarixdə bir dəfə olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə onun razılığı əsasında qəsdən seksual xarakterli hərəkətlər etdiyini, qeyri-təbii yolla (anal üsulla) cinsi əlaqədə olduğunu təsdiq etmiş, cinayət əməli törətməsini etiraf edib bundan səmimi peşman olduğunu bildirmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci imaddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Əvvəllər heç vaxt məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qazma kəndində valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. X3 Qullar kəndində həyat yoldaşı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs bacısı Əminənin qonşuluğunda yaşayır. Zeynəblə həqiqi hərbi xidmətə getməzdən əvvəl tanış olmuşdur. Zeynəbin NZ1.57898 Qasımova “İnstaqram” səhifəsinə özünə məxsus olan Fedya adlı İnstaqram səhifəsindən sms-lər göndərərək onunla yazışmış, aralarında sevgi münasibətləri olmuşdur. Zeynəblə aralarında həmin vaxt heç bir intim münasibətləri olmamı və cinsi əlaqəyə girməmişlər. 2021-ci ilin iyul ayının 21-də həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidmətdə mobil telefondan və internetdən istifadə edə bilmədiyinə görə həmin muddət ərzində Zeynəblə əlaqə saxlamamışdır. 2022-ci ilin aprel ayının axırında həqiqi hərbi xidmətdən məzuniyyətə göndərilmişdir. Məzuniyyətə gəldiyi müddətdə də Zeynəblə “İnstaqram” səhifəsindən sms yazaraq əlaqə saxlamışdır. Zeynəbin özünə məxsus mobil telefonu olmadığından onunla zəngləşməmişlər, “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə də əlaqə saxlamamışlar. Zeynəb nənəsi Qanuni nümayəndə məxsus mobil telefondan internetə girərək “İnstaqram”dan onunla yazışmışdır. Məzuniyyətə gəldikdən bir neçə gün sonra, səhv etmirsə həftənin bazar günü Zeynəblə bir dəfə onun yaşadığı evin yaxınlığında yerləşən Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətində görüşüb söhbət etmişlər. Bazar günü olduğundan məktəbdə müəllimlər və şagirdlər olmamışdır. Kənardan onları görən olmasın deyə məktəbin həyətindəki tualetə girib görüşmüş, lakin cinsi əlaqəyə girməmişlər. Həqiqi hərbi xidmətdən 2023-cü ilin yanvar ayının 8-də tərxis olunmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Zeynəblə yenidən “İnstaqram” vasitəsi ilə əlaqə saxlamışdır. 2023-cü ilin yanvar ayının sonunda (dəqiq tarixini xatırlamır) Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə Zeynəblə görüşmüşlər. Orada Zeynəbə cinsi əlaqədə olmağı təklif etmiş, lakin Zeynəb ona evlənmədən cinsi əlaqədə olmayacağını bildirdikdə, Zeynəbə onsuz da evlənəcəklərini deyərək qeyri-təbii yolla cinsi əlaqədə olmağına icazə verməyini xahiş etmişdir. Zeynəbin razılığı ilə həmin vaxtı onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Növbəti dəfə 2023-cü ilin fevral ayının sonunda yenidən Zeynəblə Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə görüşərək onunla bir dəfə onun razılığı ilə eyni qaydada qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə isə 23 mart 2023-cü il tarixdə Zeynəblə Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə görüşərək yenə bir dəfə onun razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zeynəblə heç vaxt təbii yolla cinsi əlaqədə olmamışdır, qeyri təbii yolla cəmi 3 dəfə Zeynəbin də razılığı ilə cinsi əlaqədə olmuşlar. Törətdiyi əmələ görə çox peşmandır. Zeynəb yetikinlik yaşına çatdıqdan sonra onunla evlənmək fikri vardı. İş üzrə Zərərçəkmiş şəxs İbrahim qızı qanuni nümayəndəsi Qanuni nümayəndə ilə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, öz ifadəsini verdiyini bildirmiş, bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs İbrahim qızı məhkəmə iclaslarına təkrarən gəlməmişdir. Qeyd olunanları nəzərə alaraq, həmçinin ittiham və müdafiə tərəfləri hazırki cinayət işi üzrə məhkəmə proseslərinin Zərərçəkmiş şəxs İbrahim qızının iştirakı olmadan keçirilməsinə razı olduğundan, məhkəmə hazırki cinayət işinə Zərərçəkmiş şəxs İbrahim qızının iştirakı olmadan baxılmasını və onun ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını mümkün hesab edir. Bununla bağlı məhkəmə onu da bildirir ki, qüvvədə olan qanunvericilik zərərçəkmiş şəxsin cinayət işi üzrə məhkəmə prosesində iştirak etmək vəzifəsini deyil, iştirak etmək hüququnu tanıyır. Belə ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 315.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bü xüsusda məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Əfəndiyev Azərbaycana qarşı iş üzrə qərarına istinad etməyi zəruri hesab edir. Həmin qərarda Avropa Məhkəməsi iş üzrə şahidin (o cümlədən zərərçəkmiş şəxsin) məhkəməyə gətirilməsi üçün bütün səylərin göstərilməli olmasını, bu səylər nəticə vermədikdən sonra məhkəmə proseslərinin həmin şəxsin iştirakı olmadan keçirilməsinin mümkünlüyünü, belə olan hallarda İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozulmadığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs İbrahim qızı ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qullar kəndində nənəsi Qanuni nümayəndə himayəsində yaşayır. Valideynləri Türkiyə Respublikasında yaşayırlar. Balakən rayonu Qullar kəndində nənəsi ilə birlikdə yaşayır. Qullar kənd 2 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 2021-ci ildə qonşusu Əminəgildə onun qardaşı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarında sevgi münasibətləri yaranmışdır. Fərid əsgərliyə gedənə qədər aralarında sevgi münasibətləri davam etmişdir. Fəridi sevdiyini Əminə də bilmişdir. Onun öz mobil telefonu yoxdur və olmamışdır. Nənəsi Şəfiqənin istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən istifadə edərək özünə məxsus olan NZ1.57898 Qasımova “İnstaqram” səhifəsindən Fəridin istifadəsində olan hazırda xatırlamadığı “İnstaqram” səhifəsinə yazaraq Fəridlə əlaqə saxlamışdır. Nənəsinin xəbəri olmasın deyə Fəridlə mobil telefon vasitəsi ilə və ya “Vatsap” vasitəsilə əlaqə saxlamamışdır, ancaq internet vasitəsi ilə “İnstaqram” səhifəsində yazışmışdır. 2021-ci ilin təxminən may ayında Fərid əsgər getmişdir. Fəridin əsgərə getdiyi vaxtı dəqiq xatırlamır.Əsgərlikdə olduğu müddət ərzində Fəridlə əlaqə saxlaya bilməmişdir. Əsgərlikdə Fərid mobil telefondan və “İnstaqram” səhifəsindən istifadə edə bilmədiyinə görə əlaqə saxlaya bilməmişlər. Təxminən 10 ay sonra əsgərlikdən məzuniyyətə qayıtdığı zaman Fəridlə yenidən “İnstaqram” vasitəsi ilə əlaqə saxlamağa başlamışlar. Bir neçə dəfə də Qullar kənd 2 nömrəli tam orta məktəbinin həyətində dərs olmayan günləri, yəni həftənin 6-cı və bazar günləri görüşüb danışmışlar. Fərid onunla cinsi əlaqədə olmaq istəsə də həmin vaxtı razılıq verməmiş, ancaq evlənəndən sonra cinsi əlaqədə ola biləcəklərini ona demişdir. Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə qucaqlaşmışlar, öpüşmüşlər, lakin cinsi əlaqəyə girməmişlər. 2023-cü ilin əvvəlində Fərid həqiqi hərbi xidmətdən qayıtmışdır. Fərid qayıdandan sonra onunla yenə “İnstaqram “ vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Gələndən təxminən 10-15 gün sonra həftənin 6-cı və ya bazar günü (məktəbdə dərs olmayan vaxtı) Fəridlə görüşmüşlər. Fərid danışa-danışa onu Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbin tualetinə aparmışdır. Məktəbin tualetində Fərid ona cinsi əlaqədə olmağı təklif etmişdir. O, razı olmadıqda onsuz da onun 16 yaşı bitəndən sonra onunla evlənəcəyini, əsgərliyə getməzdən əvvəl ona bunu demədiyini, artıq əsgərliyini də başa vurduğunu, buna görə də ona evlənmək təklifini etdiyini bildirmişdir. Fəridə evlənmədən onunla cinsi əlaqədə olmaq istəmədiyini dedikdə, Fərid ondan qeyri-təbii yolla cinsi əlaqədə olmağa razı olmağını xahiş etmişdir. Fərid çox xahiş etdiyinə görə ona razılıq vermişdir və 2023-cü ilin təxminən yanvar ayının sonlarında Fəridlə ilk dəfə Balakən rayonu Qullar 2 nömrəli tam orta məktəbin tualetində qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Ondan sonra da Fəridlə bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Fəridlə həmişə 6-cı və ya bazar günləri, yəni dərs olmayan günləri həmin yerdə, Qullar kənd 2 nömrəli tam orta məktəbin tualetində cinsi əlaqədə olmuşlar. Təxminən ayda bir dəfə həmin yerdə Fəridlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 2023-cü ilin mart ayının 23-də Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbin tualetində Fəridlə yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olduğu zaman o, özündə olmamışdır, yəni həyəcanlı olmuşdur. Fərid onu əyib arxadan qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ona qarşı heç vaxt zor tətbiq etməmişdir. Öz xoşu ilə Fəridlə cinsi əlaqədə olmuşdur. Fəridlə münasibətini Fəridin bacısı Əminə bilmişdir. Əminə Fəridin onu sevdiyini bilmişdir. Fəridlə olan münasibətini başqa heç kim bilməmişdir. Fəridlə cinsi əlaqədə olduqlarını heç kim bilməmişdir. Öz şəxsi telefonu yoxdur.Nənəsi Qanuni nümayəndə məxsus mobil teleflondan “İnstaqram” səhifəsinə daxil olmuşdur. Fəridlə “İnstaqram” vasitəsi ilə əlaqə saxlamışdır. Telefon vasitəsilə Fəridlə əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxslə 2021-ci ildə tanış olmuşlar, aralarında sevgi münasibətləri olmuşdur, “İnstaqram” səhifəsində yazışmışlar, lakin cinsi əlaqədə olmamışlar. 2023-cü ilin yanvar ayının əvvəllərində Fərid əsgərliyini başa vuraraq evə qayıtmışdır. 2023-cü ilin yanvar ayının sonlarında ilk dəfə Fəridlə Balakən rayonu Qullar kənd 2 nömrəli tam orta məktəbinin həyətindəki tualetdə qeyri- təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. İkinci dəfə həmin hadisədən bir ay keçəndən sonra, yəni 2023-cü ilin fevral ayının sonlarında Fəridlə eyni yerdə, yəni Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə bir dəfə qeyri –təbii yolla cinsi əlaqədə olmuşdur. Sonuncu dəfə 2023-cü ilin mart ayının 23-də günortadan sonra Fəridlə Qullar kənd 2 nömrəli tam orta məktəbin həyətindəki tualetdə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Fəridlə heç vaxt təbii yolla cinsi əlaqədə olmamışdır. Fərid onu heç vaxt təhdid etməmişdir, Fərid ona evlənmək təklifini etdiyinə görə Fəridin xahişi ilə və öz razılığı ilə onunla qeyri- təbii yolla cinsi əlaqədə olmuşdur. Fərid ona şəkillərini yayacağını deməmişdir, Fəriddə onun şəkilləri olmamışdır. Balakən rayonunda keçirilən ilkin məhkəmə-tibbi ekspertizası zamanı Fəridlə bir dəfə təbii yolla cinsi əlaqədə olduğunu və evdə tumanının qabaq tərəfində qan gördüyünü deməyinin səbəbi də hamilə olmağı olmuşdur. Fikirləşmişdir ki, təbii yolla cinsi əlaqədə olduğunu deməsə heç kim ona inanmaz. Nənəsinin qınağından qorxaraq da Fəridin onu şəkillə təhdid etdiyini bildirmişdir. Halbuki Fəridddə onun şəkli olmamışdır və Fərid ona belə bir şey deməmişdir, yəni “mənimlə gəl, yoxsa sənin şəklini yayacağam” deməmişdir. Təqsirləndirilən şəxs cinsi əlaqədə olarkən ona qarşı zor tətbiq etməmişdir və onu təhdid etməmişdir. Fərid ona evlənmək təklifi etdiyinə görə Fəridlə 3 dəfə, 2023-cü ilin yanvar ayının sonunda, tarixini xatırlamadığı günü, 2023-cü ilin fevral ayının sonunda, tarixini xatırlamadığı günü və 2023-cü ilin mart ayının 23-də günortadan sonra Balakən rayonu Qullar 2 nömrəli tam orta məktəbin tualetində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxslə təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona 2000 (iki min) manat məbləğində maddi və mənəvi ziyan vurulmuşdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zeynəb onun nəvəsidir. Anası Zeynəbi ona tapşırıb getmişdir və Zeynəbə görə o, cavabdehlik daşıyır. Fərid əsgərliyə getməmişdən qabaq Zeynəblə telefonla danışıblar. O, Zeynəbi buna görə dəfələrlə döymüşdür. Fərid əsgərlikdən qayıtdıqdan sonra bunlar arasında yenidən məcarəlar başlamışdır. 2023-cü il may ayının 10-da Zeynəbin ürəyi bulanıb ögüməyə başladı. May ayının 11-i Zeynəbi UZİyə aparmışdır. Orada Zeynəbin 8 həftəlik hamilə olduğunu bildirmişlər. Xəstəxanadan rəis müavini Gündüzə zəng vuruldu. Sonra o, polis şöbəsinə getmişdir. Onların intim əlaqələri barədə xəbəri olmayıb. Ona Zeynəb heç nə deməmişdir. Uşaq 7-ci sinifdə oxuyanda telefon danışıqlarından məlumatı olub. Onun telefonu ilə danışıblar. Sərxanla və Telmanla elə-belə telefonla danışıblar. Təqsirləndirilən şəxsin valideynləri tərəfindən neçə dəfə barışıq üçün müraciətlər olunub. Vurulan ziyan ona ödənilmiş, təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir. Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, Azərbaycanda olmamış, Qazaxstan Respublikasının Almatı şəhərində olmuşdur. İbtidai istintaq zamanı müstəntiq Mətanət Şəfiqənin pul xərclədiyini deyib. Orada demişdir ki, hal-hazırda üstündə yoxdur. 15 gün aralıqla ümumilikdə Şəfiqəyə 2000 manat pul vermişdir. Bu pulu Şəfiqəyə barışıq üçün vermişdir. Nişan üçün yığılan vaxt o, orada olmamış, toyda olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Fəridi axtarmış və tapmamışdır. Sonradan bilmişdir ki, şöbədədir və qız üstündə tutulmuşdur. İbtidai istintaq vaxtı ad günündə üzük taxacağını və 18 yaşında gəlin kimi alacağını bildirmişdir. Barışıq üçün Şəfiqəyə 2000 manat pul vermişlər. Şəfiqə dedi ki, 2000 manat xərc çəkmişdir və bu xərcə görə 2000 manat lazımdır. Şəfiqə ona dedi ki, bu vəsaiti alıb barışacaqdır. Sonradan dedilər ki, gətirib qıza üzük taxsın. Qız üçün 150 manata hədiyyə üzük almışdır. Həmin gün barışıq üçün razı idilər. Noyabrın 23-ü məhkəmə iclasının əvvəli Zeynəb gətirib üzüyü cibinə salmış və ona demişdir ki, onlar onu 3 aydan artıq saxlamazlar. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2021-ci il tarixli 63 nömrəli sərəncamından görünür ki, Qullar kənd sakini Qanuni nümayəndə nəvəsi Zərərçəkmiş şəxs qəyyum təyin edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) xx.xx.2023-cü il tarixli 128 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq bəkarəti pərdəsi mürəkkəb quruluşa malik olduğu üçün və eləcə də anal yolunun müayinəsində çətinliklər olduğu üçün Bakı şəhəri MTE və P/A Birliyində yüksək ixtisaslı ekspertlər tərəfindən müayinə keçirilməsi məsləhətdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 223 №-li ekspert rəyinin (canlı şəxsin ekspertizası) “nəticə” hissəsində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uygun olaraq aşağıdakı nəticəyə gəlinir: 1-3. A.Z.İbrahim qızının bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi; 4-6. A.Z.İbrahim qızının qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir; 7. Qızlıq pərdəsinin pozulmadan da spermanın qızlıq pərdəsinin təbii dəliyindən uşaqlıq yoluna daxil olması nəticəsində hamilə qalması mümkündür; 8. 9.10.11. A.Z.İbrahim qızında anal yolla bir-neçə dəfə qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər vardır. Anal dəlik və onun ətrafında hər hansı bir xəsarət, xəsarət izi aşkar olunmadı. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyil. Qeyri-təbii yolla mütəmadi olaraq cinsi əlaqədə olma mövcud deyildir; A.Z.İbrahim qızının adına “X4” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, onda uşaqlıq boşluğunda həmin tarixdə 7-8 həftəlik hamiləlik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/505R nömrəli ekspert rəyinin “Nəticə” hissəsində göstərilmişdir: 1. Keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs hamiləliyi pozulduqdan sonra bətnindən götürülmüş qadın cinsindən olan dölün bioloji atası 99,99 % ehtimalla Təqsirləndirilən şəxsdur (eyni yumurta əkizi istisna olmaqla). İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin ekspert komissiyası tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli 404 nömrəli rəydə göstərilmişdir: İİ. Yekun hissəsi Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilirmi? Cavab. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müşahidə edilmir; Sual 2. Əgər müşahidə edilirsə, Zərərçəkmiş şəxs hadisə zamanı həmin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmişdirmi və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdurmu? Cavab. Zərərçəkmiş şəxs hadisə zamanı hər hansı psixi xəstəlik keçirmədiyindən öz əməlinin faktiki xarakterini dərk etmiş və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur; Sual 3. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab. Hazırki mərhələdə Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyi bu suala cavab vermək mümkün deyildir; Sual 4. Zərərçəkmiş şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem vardırmı? Cavab. Zərərçəkmiş şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem aşkar edilmir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə Sual 1. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri vardırmı? Cavab. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmur; Sual 2. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri vardırmı? Cavab. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri yoxdur. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin ekspert komissiyası tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli 473 nömrəli rəydə göstərilmişdir: İİ. Yekun hissəsi Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs cinayət törədərkən anlaqlı olmuşdurmu və hal-hazırda anlaqlıdırmı? Cavab. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur; Sual 2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmişdirmi və ya öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdurmu? Cavab. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmişdir, o, hazırda da öz hərəkətlərini tam dərk etmək iqtidarındadır; Sual 3. Təqsirləndirilən şəxs ruhi cəhətdən hal-hazırda xəstədirmi, əgər xəstədirsə onun məcburi müalicəyə ehtiyacı varmı? Cavab. Təqsirləndirilən şəxs ekspertiza zamanı hər hansı ruhi (psixi) xəstəlik əlamətləri aşkar olunmadı. Onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur; Sual 4. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab. Təqsirləndirilən şəxs- hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə Sual 1. Təqsirləndirilən şəxs hansı fərdi- psixi xüsusiyyətlərə malikdir? Cavab. Təqsirləndirilən şəxs aşağıdakı fərdi- psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; Sual

2. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillidirmi? Cavab. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir; Sual 3. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillidirmi? Cavab. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir; Sual 4. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdurmu? Cavab. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; Sual 5. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi-emosional halda olmuşdur? Cavab. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur; Sual

6. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri nədən ibarətdir? Cavab. Bu sual 5-ci sualda cavablandırılmışdır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 05 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hamiləliyi pozulduqdan sonra götürülmüş dölə məxsus toxuma fraqmentləri iş üzrə maddi sübut kimi tanınmışdır və saxlanılması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2023-cü il tarixli 8 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyan olaraq 4000 (dörd min) manat pul onlara ödənilmişdir. Onu da qeyd edir ki, cinayət işinin ibtidai istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində onlara dəymiş maddi və mənəvi ziyan olaraq 2000 (iki min) manat pul ödənilmişdir. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində onlara dəymiş maddi və mənəvi ziyan olaraq cəmi 6000 (altı min) manat pul ödənilmişdir. Həmin məbləğdə pulları o, Qanuni nümayəndə şəxsən təqsirləndirilən şəxsin yaxınlarından almışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə bununla bağlı heç bir şikayəti və tələbi olmayacaqdır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən yuxarıda qeyd edilən halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasını və Təqsirləndirilən şəxs Fruddin oğluna həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə ifadələrini, ekspertiza rəylərini, maddi sübutu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 nömrəli arayışı, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə (qeyri təbii yolla –anal üsulla cinsi əlaqədə olma) cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrinə, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarına istinad edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəisndə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Məhkəmə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə ödəməsini, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, heç şübhəsiz ki, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusat həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən,kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması,normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Bu xüsusda cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməklə cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Azərbaycan Respublikası CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər.Azərbaycan Respublikası CPMnin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. İş üzrə maddi sübut Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs hamiləliyi pozulduqdan sonra götürülmüş dölə məxsus toxuma fraqmentləri cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 31 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Balakən Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs hamiləliyi pozulduqdan sonra götürülmüş dölə məxsus toxuma fraqmentləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən:Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar