Məhkəmə qərarları › İş №1(019)-11/2025

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-11/2025

11.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-11/2025 11.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclаs kаtibi X4 оğlunun kаtibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirаklаrı ilə xx xxxx 1972-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dаir cinayət işinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, Balakən rayonu Meşəşambul kəndində yaşayan Zərərçəkmiş şəxs4 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 2019-cu ilin may ayının ortalarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Meşəşambul kəndində 1600 manat dəyərində 01 baş erkək, sarı rəngli, 160 kq çəkidə olan bir yaş yarımlıq yerli sort olan iribuynuzlu heyvanı etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Balakən rayonu Qaysa kəndində yaşayan Zərərçəkmiş şəxs5 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 2019cu ilin sentyabr ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Qaysa kəndində 1600 manat dəyərində 01 baş yerli sort, üç yaşında, qara rəngli, dişi iribuynuzlu heyvanını (inəyini) etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1600 (min altı yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Balakən rayonu Qazma kəndində yaşayan Zərərçəkmiş şəxs3 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 2021ci ilin dekabr ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Qazma kəndində hər biri 1000 manat dəyərində 02 baş erkək qara rəngli hər birinin təmiz çəkisi 102 kq olan bir yaş yarımlıq iribuynuzlu heyvanlarını (camışlarını) etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Zaqatala şəhəri Bakı prospekti ev 16-da yaşayan Zərərçəkmiş şəxs7 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs7 2022ci ilin sentyabr ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Zaqatala rayonu A.Çardaxlar kəndində 1050 manat dəyərində 01 baş 05 yaşında, sarı rəngli, yerli sort inəklə birlikdə 05 aylıq həmin inəyin balasını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 1050 (min əlli) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Balakən rayonu Qaysa kəndində yaşayan Zərərçəkmiş şəxs6 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə Zərərçəkmiş şəxs6 2022-ci ilin noyabr ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Tülü kəndində 1500 manat dəyərində 01 ədəd yerli sort iki yaşında qara rəngli erkək iribuynuzlu heyvanı, camışı, 2023-cü ilin iyun ayında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Tülü kəndində 3000 manat dəyərində 01 baş yerli sort, iki yaşında, qara rəngli, erkək iribuynuzlu heyvanını (camışını) etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Balakən rayonu Qazma kəndində yaşayan Zərərçəkmiş şəxs2 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 2024cü ilin iyun ayının sonlarında istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Qazma kəndində 2600 manat dəyərində 01 baş erkək boz rəngli 200 kq çəkidə olan bir yaş yarımlıq yerli sort olan iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, Balakən şəhəri Ə.Ansuxski küçəsi ev 31-də yaşayan Zərərçəkmiş şəxs1 sonradan pulunu verəcəyinə dair yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 2024-cü ilin avqust ayının əvvəllərində istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Balakən rayonu Qazbinə yaşayış məntəqəsində 4200 manat dəyərində 01 baş üç yaşında smental cinsindən olan qırmızı-ağ rəngli təmiz çəkisi 310 kq olan dişi heyvanını və 4000 manat dəyərində 01 baş şarole cinsindən ağ-boz rəngli təmiz çəkisi 300 kq olan erkək iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni ümumilikdə 8200 (səkkiz min iki yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi qaydada müxtəlif şəxslərdən iribuynuzlu heyvanlar alıb satırdı. Hazırda həmin işlə məşğul olmur. Zərərçəkmiş şəxslərdən cinayət işində qeyd olunan mal-qaranı almaqda məqsədi onları kəsib satmaq və pul qazanmaq olmuşdur. Malları nisyə alırdı. Ziyana düşdüyündən əti sata bilməmişdir. Zərərçəkmiş şəxslərlə özü tək danışırdı. Hazırda zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş, onlarla barışmışdır. Ailə vəziyyətini, zərərrçəkmiş şəxslərlə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Nəzir ondan 2019-cu ilin may ayının ortalarında 1600 manat dəyərində iribuynuzlu heyvan almış, kəsəndən sonra bir həftəyə pulunu verəcəyini demiş, amma verməmişdir. Polisə şikayət edəndən sonra, məhkəmə başlayanda təqsirləndirilən şəxs ziyanı ödəmişdir. Polisə şikayət edəndən qabaq pulu özündən tələb etmiş, verəcəyini demişdir. Təqsirləndirilən şəxslə aralarında əvvəl alqı-satqı olmamışdı, birinci dəfə idi. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Nəzir təxminən 5-6 dəfə ondan iribuynuzlu mal-qara almış və sonradan pulunu vermişdir. Beləliklə Nəzir onun etibarını qazanmışdır. 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs ona məxsus 01 ədəd iribuynuzlu heyvanı almışdır. Həmin satdığı heyvan diri 180 kq çəkidə olmuş və Nəzirlə 1600 manata razılaşmışlar. Nəzir də ona pulu bir həftə içində ödəyəcəyini demişdir. Əvvəllər də Nəzir ondan mal alıb pulunu bir həftədən ödədiyi üçün o, Nəzirə etibar etmiş və pulu ödəyəcəyini düşünmüşdür. Lakin bundan sonra Nəzir ona müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Sonra Nəzirə polisə şikayət edəcəyini bildirəndə Nəzir ona gətirib 1000 manat, sonra isə 300 manat ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının sonlarında ona məxsus olan 02 baş iribuynuzlu heyvanları, camışları baxıb ondan almışdır. Dediyi vaxt ərzində borcunu qaytarmamışdır. İlk dəfə idi, ondan heyvan götürürdü. Hazırda təqsirləndirilən şəxslə barışmış, onun tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının sonlarında ona məxsus olan 01 baş 5 yaşında sarı rəngli yerli sort inəyi və yanında 05 aylıq həmin inəyin balasını birlikdə 1050 manata 2 aya pulunu ödəmək şərti ilə almışdır. Ona vəd verdiyi müddətdə borcunu qaytarmamışdır. Ərizə ilə polisə şikayət edildiyini bildikdən sonra hissə-hissə borcunu qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxsla öncədən aralarındada alqı-satqı olub, ödəniş edib. Son dəfə 2 heyvan satmağa razılaşmışdır. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə şikayət edildiyini bildikdən sonra borcunu qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 2024-cü ilin iyun ayının sonlarında 01 baş iribuynuzlu heyvanı pulunu sonra ödəmək şərti ilə almışdır. Sonra imkanı olmadığı üçün borcunu qaytara bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə borc pulun 1000 manatını, daha sonra isə 1500 manatını ona geri qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. Vaxtilə təqsirləndirilən şəxsə 15-20 baş iribuynuzlu heyvan satmışdır. 2024-cü ilin avqust ayının əvvəllərində ən son 2 baş iribuynuzlu heyvanın 8200 manat borcu qalmışdır, onu da ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, o, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Cinayət işinin l cild 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin l cild 92-ci vərəqəsində olan Balakən rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 842 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü X1 adlı uşağı var. Cinayət işinin l cild 93-cü vərəqəsində olan Balakən rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Balakən rayon Tülü kənd inzibati ərazi dairəsinə heç bir şikayət daxil olmadığı qeyd edilir. Cinayət işinin l cild 171-172-ci vərəqələrində olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin l cild 185-186-cı vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2024-cü il tarixli 9/9531 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda göstərilən 05 adda iribuynuz heyvanların yuxarıdakı cədvəldə qeyd edilən tarixlərə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 14400.00 manat müəyyən edilir. Qərarda qeyd edilən 03 adda iribuynuzlu heyvanların ayrı-ayrılıqda çəkisi barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: Heyvan satışı bazarlarında mövcud olmuş tələb-təklifdən, heyvanın sağlamlıq durumundan, yaşından, cinsindən, çəkisindən, köklük dərəcəsindən və digər əlamətlərindən asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Həmçinin rəyin cədvəl hissəsində göstərilmişdir ki, 01 baş erkək boz rəngli 200 kq çəkidə olan bir yaş yarımlıq yerli sort olan iribuynuzlu heyvanın 2024-cü ilin iyun ayına olan orta bazar qiyməti 2600 manat, 02 baş erkək qara rəngli hər birinin təmiz çəkisi 102 kq olan bir yaş yarımlıq iribuynuzlu heyvanların (camışların) 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti hər biri 1000 manat olmaqla cəmi 2000 manat, 01 baş üç yaşında smental cinsindən olan qırmızı-ağ rəngli təmiz çəkisi 310 kq olan dişi heyvanın 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti 4200 manat, 01 baş şarole cinsindən ağ-boz rəngli təmiz çəkisi 300 kq olan erkək iribuynuzlu heyvanların 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti 4000 manat, 01 baş erkək sarı rəngli 160 kq çəkidə olan bir yaş yarımlıq yerli sort olan iribuynuzlu heyvanın 2019-cu ilin may ayına olan orta bazar qiyməti 1600 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Cəngavər Təhməzlinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat materialına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş 8200 manat maddi ziyanın tutularaq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, mülki iddianın ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində, bu əməlinin təkrar törədilməsinə görə 178.2.2-ci maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə isə 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinə görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 27-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin verdikləri ifadələrini və iş materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib hesab edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində ziyana düşdüyündən zərərçəkmiş şəxslərə mal-qaraya görə dəymiş ziyanı ödəyə bilməməsini bildirməsini cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, əgər ziyana düşmüşdürsə, onun hansı səbəbdən 2024-cü ilin avqust ayına qədər zərərçəkmiş şəxslərdən mal-qara götürməyə davam etməsi məlum deyildir. Həmçinin o, əvvəlcədən real maliyyə imkanının olmamasına baxmayaraq zərərçəkmiş şəxslərə malqaranın pulunu qısa müddətdə ödəyəcəyi ilə bağlı vəd vermiş, həmin müddətdə götürdüyü öhdəliyə əməl etməmiş, ancaq zərərçəkmiş şəxslər şikayət etdikdən sonra və cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə ödənişləri etmişdir. Bütün bunlar onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallardır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-in 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmusu ilə cinayət hadisəsinin olması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibinin olması, onun cinayətin törədilməsində aidiyyəti və cinayətin törədilməsində təqsirliliyi sübuta yetir. Onun əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 2019-cu ilin may ayının ortalarında 1600 manat məbləğində, Zərərçəkmiş şəxs5 2019-cu ilin sentyabr ayının sonlarında 1600 manat məbləğində, Zərərçəkmiş şəxs3 2021-ci ilin dekabr ayının sonlarında 2000 manat məbləğində, Zərərçəkmiş şəxs7 2022-ci ilin sentyabr ayının sonlarında 1050 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsi əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin) razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 42-ci bəndinə əsasən CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona CPM-in 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 qarşı törətdiyi dələduzluq cinayətləri hər biri ayrı-ayrılıqda böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur, həmin əməllərə görə məsuliyyətə cəlb etmə müddətləri keçsə də, həmin epizodlar üzrə müdafiə tərəfinin razılığı olmadığından cinayət təqibinə xitam verilməsi mümkün deyil. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə həmin cinayət əməllərinə görə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmçinin məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən bu əməllərin törədilməsi həmin əməllərə münasibətdə və Zərərçəkmiş şəxs6 qarşı cinayət əməlinə münasibətdə təkrarlıq yaratmır. Lakin təqsirləndirilən şəxs sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı cinayət əməlləri də törətdiyindən bu əməllər təkrarlıq yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 4500 manat, Zərərçəkmiş şəxs2 2600 manat, Zərərçəkmiş şəxs1 8200 manat məbləğində pullarını ələ keçirərək onlara maddi ziyan vurmaqla törətdiyi dələduzluq əməllərinə görə cəzalandırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 74.2.2-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Maddənin məzmunundan göründüyü kimi, cinayəti təşkil edən sonuncu epizod həm bütöv cinayətin törədildiyi yeri, həm də cinayətin başa çatdığı anı müəyyən edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan, müvafiq olaraq davam edən cinayətin başa çatma anı da son əməlin törədildiyi vaxtla müəyyən edilməlidir. Odur ki, Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə 2022-ci ilin noyabr ayında 1500 manat, 2023-cü ilin iyun ayında 3000 manat ziyan vurmaqla törətdiyi cinayət əməli davam edən cinayət olduğundan başa çatma anı da son əməlin törədildiyi vaxtla, yəni 2023-cü ilin iyun ayı hesab olunur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Balakən RPŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat materialına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verildiyindən ona CM-nin 73-1-ci maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. 2. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslərlə barışması, onlara dəymiş ziyanı tam ödəməsi, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilmiş, cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın növü və həddi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə uyğun olaraq məhkəmə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq müəyyən edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə Zərərçəkmiş şəxs1 ərizəsini nəzərə alaraq hesab edir ki, onun mülki iddiası baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. İş üzrə maddi sübut yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 7 iş saatı sərf etmişdir. Məhkəmə hesab edir ki, dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 144-146, 346-347, 349, 351-353 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7 qarşı törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən cəza təyini zamanı həmin epizodlar nəzərə alınmasın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri Balakən rayonu Tülü kəndindəki ünvanı gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsi baxılmamış saxlanılsın və tərəfindən dövlət rüsumu kimi ödənilmiş 102 manat (xx.xx.2025-ci il tarix, **********49 nömrəli qəbz) ona qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 42 manat vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar