Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-111/2024 23.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, şikayət vermiş şəxs- X6 iştirakı ilə, Şikayət vermiş şəxs- X6 16 oktyabr 1969-cu il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi X7 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək 16 oktyabr 1969-cu il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,Balakən rayonu Tülü kəndində qeydiyyatda olan,ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə cəzaları qismən və tamamilə toplamaq yolu ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə hökm qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 21 sentyabr 2024-cü il tarixdə Balakən şəhərində yaşadığı evdə “Tik-tok” sosial şəbəkəsində özünə məxsus hesabından “arvadını satan qazbinəli” adlı səhifə açaraq həmin səhifədə “salam,adım Qımrıyev Sahibdir,pula ehtiyacım var. Arvadımı satıram,reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısını paylaşaraq böhtan,yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymış, o cümlədən həmin sosial şəbəkədə onu və ailə üzvülərini təhqir etmişdir. Şikayət vermiş şəxs- X7 məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs-X2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkrarən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 299.9.1-ci maddəsinə əsasən məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.9.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən təkrarən imtina etdiyi və ya boyun qaçırdığı halda məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı olmadan aparıla bilər. Şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edirəm ki, şikayətin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, X7 xüsusi ittiham qaydasında şikayət verərək 16 oktyabr 1969-cu il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə cəzaları qismən və tamamilə toplamaq yolu ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır həddə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə, Cinayət Məcəlləsinin 148-ci maddəsində isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Şikayət vermiş X7 barəsində şikayət etdiyi X1 ona böhtan atdığını və onu təhqir etdiyini göstərsə də bu dəlillərini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, şikayət vermiş X7 şikayətini təsdiq edən sübut olaraq “arvadını satan qazbinəli” başlıqlı sosial şəbəkə səhifəsinin və orada yazılmış “salam,adım Qımrıyev Sahibdir,pula ehtiyacım var. Arvadımı satıram, reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısının surətini,həmçinin Balakən RPŞ-nin baş təhqiqatçısı, polis mayoru X5 27 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarını şikayətinə əlavə etmişdir. Şikayətə əlavə edilmiş “arvadını satan qazbinəli” başlıqlı səhifənin kimə məxsus olması və orada yazılmış “salam, adım Qımrıyev Sahibdir, pula ehtiyacım var. Arvadımı satıram,reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısının kim tərəfindən paylaşılması sözügedən sənəddən müəyyən olunmur. Balakən RPŞ-nin baş təhqiqatçısı , polis mayoru X5 27 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından isə görünür ki, X3 Rayon Polis Şöbəsinə verdiyi ərizəsində 21 sentyabr 2024-cü il tarixdə qonşusu Nicat adlı şəxsin “İnstaqram” sosial şəbəkəsində onu və ailəsini təhqir etdiyini bildirərək bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.O,şikayəti ilə əlaqədar verdiyi izahatında da göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nicatın onun yaşadığı evin qarşısına yanında iki-üç nəfər uşaqla gəldiyini,Nicatın orada ondan üzr istədiyini, onu və ailəsini təhqir edən sözləri sosial şəbəkədə paylaşdığını həmin paylaşımı siləcəyini bildirdiyini və çıxıb getdiyini, bu zaman həmin təhqir olan paylaşımı görmədiyini,həmin vaxtdan 15 dəqiqədən sonra qonşusu Aqşinin ona yaxınlaşaraq Nicatın “İnstaqram” sosial şəbəkəsində “arvadını satan qazbinəli” adlı səhifə açaraq onu və ailəsini orada “salam, adım Qımrıyev Sahibdir, pula ehtiyacım var. Arvadımı satıram, reysi 5 manata, istəyən əlaqə saxlaya bilər” yazısı yazmaqla təhqir etməsini bildirdiyini və mobil telefonundan həmin səhifədəki təhqirin olduğu yazını çəkərək ona göndərdiyini bildirmişdir. Göründüyü kimi barəsində şikayət edilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində və Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi təsdiq olunmur. Azərbaycan Respublikası CPM-nin 302-ci maddəsinə əsasən: 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3.bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını,barəsində şikayət edilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində və Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin təsdiq olunmamasını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,X6 16 oktyabr 1969-cu il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 302 və 384.1-ci maddələrini rəhbər tutub məhkəmə qəraraaldı Şikayət vermiş şəxs- X6 16 oktyabr 1969-cu il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-111/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-111/2024
23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver