Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-114/2023 30.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Maisovnanın, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 128-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdrilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Balakən rayonu Tülü kəndində fərdi yaşayış evlərində arvadı Zərərçəkmiş şəxs sifətinə bir dəfə sillə ilə vurduqda Zərərçəkmiş şəxs yerə yıxılmış və yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs bel nahiyyəsinə qəsdən bir neçə dəfə təpiklə vuraraq, Zərərçəkmiş şəxs sağ 8-ci qabırğasının yerdəyişməyən qapalı sınığı xəsarəti alması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs İbadulla oğlunun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Balakən rayonu Tülü kəndində arvadı Arzu, anası Həlimət və iki azyaşlı övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində fəhlə işlədiyi yerdən evə gəlmiş və evdə olduğu zaman qardaşının qaynanası ilə telefonla danışmışdır. Telefon danışığını bitirdikdən sonra Arzu ona pis yola düşdüyünü demiş, bu zaman Arzuya qohumları ilə danışdığını söyləmiş, cavabında Arzu ona qardaşının qaynanası ilə deyil, başqa biri ilə danışdığını bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, sonra kontur almaq üçün evdən həyətə çıxmış, bu zaman Arzu pis yola getməsini deyərək ağlamış, cavabında Arzuya kontur alıb qayıdacağını demişdir. Buna baxmayaraq, Arzu qışqıraqışqıra ağladığı üçün əsəbləşərək, geri evə qayıtmış, Arzunun sifətindən bir dəfə sillə ilə vurmuş, nəticədə Arzu yerə yıxılmışdır. Arzu yıxıldıqdan sonra onun belindən də bir neçə dəfə təpiklə vurmuşdur. Sonra Zərərçəkmiş şəxs ayaqyalın həyətə qaçaraq yola çıxmış, bu zaman Arzunun qonşuya gedəcəyini düşünmüşdür. Sonra yola çıxaraq Arzunu axtarmış, lakin tapa bilməmişdir. Həmin gün Arzudan xəbər ala bilməmişdir. Həmin günün səhəri, yəni xx.xx.2023cü il tarixdə səhər saatlarında Arzunun anası ona zəng edərək, Arzunun onlara gəldiyini bildirmişdir. İki gün sonra Arzunun arxasıyca gedərək, onu evə gətirmişdir. Arzunu evə gətirdikdən sonra işə getməli olduğundan evdən çıxmamış, Arzu ona anasının evinə getmək istədiyini söyləmişdir. O da Arzunun getməsinə icazə verməmiş və işinə getmişdir. İşdə olduğu zaman Arzuya dəfələrlə zəng etmiş, lakin Arzu onun zənginə cavab verməmişdir. Axşam saatlarında evə gəldikdən sonra anası Arzunun getdiyini bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ona ödəmişdir. Zərərçəkmiş şəxs ilə bir ailədə yaşayırlar. Himayəsində iki azyaşlı uşaq vardır. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərimşdir ki, Balakən rayonu Tülü kəndində əri Elçin, qaynanası Həlimət və iki azyaşlı övladları ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxslə 2016-cı ildə ailə həyatı qurmuşdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evdə olduqları zaman Elçin içkili olmuş və onun yanında hansısa qadınla telefonda danışmışdır. Bu zaman Elçinə yanında nəyə görə qadınla danışdığıı barədə irad bildirdikdə, Elçin ona heç bir söz demədən evdən həyətə düşmüş, o da həmin vaxt ağlamışdır. Elçin yol qapısına çatdıqda geri evə qayıdaraq, nəyə görə ağlamasını soruşmuş, cavabında Elçinə başqa qadınla danışdığı üçün ağladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun sinəsindən tutaraq sifətindən bir dəfə sillə ilə vurmuş və həmin an o, yerə yıxılmışdır. Elçin yerə yıxılmış vəziyyətdə onu bir neçə dəfə təpiklə vuraraq, döyməyə başlamışdır. Sonra Elçin ona ayaqyalın evdən çıxıb getməsini demişdir. O da evdən ayaqyalın çıxaraq, Balakən rayonu Tülü kəndində yaşayan valideynlərinin evinə getmişdir. Valideynlərinin evinə çatdıqda belində ağrılar yaranmış, lakin əzik olduğunu düşünüb xəstəxanaya getməmişdir. Bir müddət keçdikdən sonra quşmağa başlamış və belində şiddətli ağrılar yaranmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Balakən Rayon Mərkəzi Xəstəxanasına getmiş və xəstəxanada həkimlər onu Zaqatala rayonuna rentgen aparatından keçmək üçün göndərmişlər. Zaqatala rayonuna gedərək, rentgendən çıxıb geri Balakən Rayon Mərkəzi Xəstəxanasına qayıtmış və xəstəxanada həkim rentgenin cavabına baxmaqla qabırğasının sındığını ona demişdir. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmiş və vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmişdir. Hazırda Elçinlə bir ailə olaraq yaşayırlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərimşdir ki, Balakən rayonu Tülü kəndində oğlu Elçin, gəlini Arzu və oğlunun iki azyaşlı uşağı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs 2016-cı ildə ailə həyatı qurmuşlar. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində evdə olduqları zaman Elçin işdən evə gəlmiş və sonra telefonla danışmışdır. Həmin vat Zərərçəkmiş şəxs Elçindən kiminlə danışdığını soruşduqda, cavabında Elçin Arzuya qudaları olan qadınla danışdığını bildirmişdir. X13 başqa bir qadınla danışdığını deyərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Arzu Elçinə ona xəyanət etdiyini demiş, sonra Elçin ondan pul götürərək, kontur almaq üçün getdiyini bildirmişdir. Elçin evdən həyətə çıxaraq yol qapısına çatmamış Arzu Elçinə pis yola düşdüyünü söyləyərək, qışqırmışdır. Elçin də həmin vaxt tez evə qayıdaraq Arzuya onları biabır etdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs Arzuya qışqıraraq, sifətindən bir dəfə sillə ilə vurmuş və Arzunu itələmiş, bu zaman Arzu yerə yıxılmışdır. Arzu yerə yıxıldıqdan X12n belindən təpiklə vurmağa başladığından araya girərərək, Elçini Arzudan ayırmışdır. Elçin Arzudan ayrıldıqdan sonra Arzu ayaqyalın evdən çölə çıxaraq küçəyə qaçmışdır. X12 axtarmaq üçün küçəyə çıxmış, lakin Arzunu tapa bilməmişdir. İş materiallarında olan məhkəmə tibbi-ekspertizasının 31 iyul 2023-cü il tarixli 262 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-sağ Vİİİ qabırğanın yerdəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)- 93/2021 nömrəli qərarından və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışdan görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)-93/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə olumuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 iyun 2017-ci il tarixdə verilmiş AZ-İİİ 956629 №-li və 01 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV 367774 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, bir yerdə yaşayırlar, 2 azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam şəkildə ona ödənilmişdir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələrini, məhkəmə-tibbi ekspertizasının 31 iyul 2023-cü il tarixli 262 nömrəli rəyini, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)-93/2021 nömrəli qərarını, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 5 saylı arayışı, ibtidai araşdırma və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, birbiri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün, təqsirləndirilən şəxsin həmin etirafın əks olunduğu məhkəmədə verdiyi ifadəsi sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə,Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Balakən rayonu Tülü kəndində fərdi yaşayış evlərində arvadı Zərərçəkmiş şəxs sifətinə bir dəfə sillə ilə vurduqda Zərərçəkmiş şəxs yerə yıxılmış və yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs belə nahiyyəsinə qəsdən bir neçə dəfə təpiklə vuraraq, Zərərçəkmiş şəxs sağ 8-ci qabırğasının yerdəyişməyən qapalı sınığı xəsarəti alması ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma xəsarəti yetirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq, qeyd edir ki,sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə iş materiallarına istinadən həmçinin hesab edir ki, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi ilə bağlı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsi və CM-nin 73.2-ci maddəsində göstərilən əsas üzrə hazırki iş üzrə icraata xitam verilməsi üçün faktoloji və hüquqi əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər; 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1 (019)- 93/2021 nömrəli qərarı ilə zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı tam ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə olan cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş, o, cinayət məsuliyyətindən azad edilmişdir. Yəni Təqsirləndirilən şəxs bundan əvvəl Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada CM-nin 128-ci maddəsilə cinayət məsuliyyətindən bir dəfə azad edilmişdir. Belə olan halda CM-nin 72ci maddəsinin “Qeyd” hissəsinin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən o, yenidən zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə, yəni CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş əsasla cinayət məsuliyyətindən azad edilə və onun barəsində hazırki iş üzrə icraata xitam verilə bilməz. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş Təqsirləndirilən şəxs tərəfindən yenidən cinayət törədilməklə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi, yəni zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsə vurulan ziyanı tamamilə ödəməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədlərindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktoloji hallarına və qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, həmçinin cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəmişdir. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi (CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələri) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosialpsixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır, o, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir, həmçinin cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Yuxarıda göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, himayəsində iki azyaşlı uşaq vardır, həyat yoldaşı olan zərərçəkmiş şəxslə barışıq əldə etmiş və cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə tamamilə zərərçəkmiş şəxsə ödəmişdir, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu hallar, Təqsirləndirilən şəxs onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xususilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasını-ona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl dörd cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə şəxsin fərdi sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir. Digər tərəfdən, «Azərbaycan Respublikasında 2023-cü il üçün yayayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən ölkə üzrə yaşayış minimumunun 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat müəyyən olunduğu, onun daşınmaz əmlakının, pensiya və digər müavinətlərinin olmadığı və yaşayış minimumu məbləğində aylıq qazancının olub-olmadığının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan min manatdan min beş yüz manatadək miqdarda cərimə cəzasının təyin edilməsi şübhə yoxdur ki, onun və ailəsi, xüsusilə azyaşlı uşaqları üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Bu xüsusda Təqsirləndirilən şəxs ictimai işlər cəzasının təyin edilməsi də cəzanın məqsədlərinin təmin edilməsinə; sosial ədalətin bərpasına, ümumi və xüsusi prevensiyaya şərait yaratmazdı. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində də insanların əmək hüququ təsbit olunmuş, əmək fərdi və ictimai rifahın əsası kimi qeyd edilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin müvafiq əmək fəaliyyətindən əldə etdiyi qazancdan hazırki hökmlə müəyyən edilmiş faizdə dövlət büdcəsinə ödəniş həm bu cəzanın çəkilməsinə, həm də fərdi və ictimai rifahın təmin edilməsinə şərait yaradardı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli, o, cəzasını iş yeri üzrə çəkməli və cəzasının əvvəli aylıq qazancından tutulmaların aparıldığı gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Maisovna Balakən Rayon Məhkəməsində hazırki işlə bağlı Təqsirləndirilən şəxs müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsində göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin; cəzasını iş yeri üzrə çəksin; cəzasının əvvəli aylıq qazancından tutulmaların aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsində göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-114/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-114/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver