Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-117/2023 17.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1965-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkum olunmayan, Balakən rayonu Mahamalar kənd inzibati ərazi vahidinin Qasbinə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci ilin may ayının əvvəllərində Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yolun kənarında yerdən taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 8,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq aparıb yaşadığı Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən evinin həyətyanı sahəsindəki yardımçı tikilidə saxlamışdır 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs dəvəti və icazəsi ilə saat 15:56 dəqiqədən saat 17:12 dəqiqəyədək olan müddət ərzində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə aparılmış axtarış zamanı onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz istifadəsi məqsədi ilə daşıyaraq saxladığı 01 ədəd sellofan bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 8,95 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun yaşadığı Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yerləşən evinin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər heç bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Təxminən 2 ildir ki, narkotik vasitə marixuana çəkir. 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsi ərazisində yolun kənarında 01 ədəd sellofan büküm tapmışdır. Həmin bükümü açıb içərisinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, arabir narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün həmin narkotik vasitəni də istifadə etmək məqsədilə özü ilə götürüb yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin içərisində saxlamışdır. Bir neçə dəfə həmin narkotik vasitədən istifadə etmişdir. Geri qalanını da istifadə etmək məqsədilə həmin yerdə saxlamışdır. 2023-cü ilin fevral ayında Balakən şəhəri ərazisində tanışı Balakən şəhər sakini X9 ilə hazırda xatırlamadığı kafedə görüşmüşdür. Rasim Yetimovla söhbət əsnasında Rasim özündə narkotik tərkibli çətənə bitkisinin toxumlarının olduğunu bildirmişdir. Bu zaman o, Rasimdən həmin toxumları ona verməsini xahiş etmişdir. Rasim də ona verdiyi sayını dəqiq bilmədiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını götürüb yaşadığı evə apararaq, balaca plastmas qaba doldurub yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin altındakı taxtaların üzərində saxlamışdır. Lakin həmin toxumları onun Rasim Yetimovdan götürməkdə məqsədi həmin toxumları əkmək olmamışdır. Sadəcə olaraq həmin toxumlara baxmaq üçün götürmüşdür. Buna görə də hazırda da həmin toxumları həmin yerdə saxlamışdır. O, Rasimə həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını əkib gələcəkdə əldə olunacaq narkotik vasitəni onunla böləcəyi ilə bağlı nə isə deməmişdir. O, ümumiyyətlə hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Həmçinin o, əvvəllər də heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Onun həmin plastmas qabda olan narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı saxlamağından ailə üzvlərinin və ya başqa şəxslərin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsində inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinin qərarı ilə İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinərək, barəsində 12 gün müddətinə inzibati həbs seçilmiş, tutulduğu iki gün çıxılmaqla qəti olaraq üzərində 10 gün müddətinə inzibati həbs qalmışdır. İbtidai istintaqda şahid qismində dindirilərkən yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin altında plastmas qabda həmin narkotik tərkibli çətənə bitkilərinin toxumlarını saxladığını, həmçinin həmin plastmas qabın yanında 01 ədəd sellofan bükümdə təxminən 5-10 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin plastmas qabda olan narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini demiş, bu barədə, yəni yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılmasına icazə vermiş, bu barədə etirazının olmadığını ərizə də yazmışdır. Daha sonra yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılması ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş, bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış aparılması üçün getmişlər. Yaşadığı evə getdikləri zaman o, yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin altında plastmas qabda olan narkotik tərkibli çətənə bitkilərinin toxumlarını saxladığını bildirmiş, həmçinin həmin plastmas qabın yanında olan 01 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuananı da təqdim etmişdir. Həmin plastmas qab açılaraq içərisində olan narkotik tərkibli çətənə bitkilərinin toxumları sayıldıqda 21 ədəd toxum aşkar edilmişdir. Həmçinin təqdim etdiyi 01 ədəd sellofan büküm açılıb içərisinə baxıldıqda,içərisində narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan büküm içərisində olan narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 9,24 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuana olan həmin sellofan büküm və 21 ədəd toxum olan plastmas qab ayrı-ayrılıqda iki ədəd kağız zərflərə qoyulub qablaşdırılmış, zərflər möhürlənmiş və üzərləri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra isə yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış davam etdirilmiş, lakin başqa qanunsuz nə isə aşkar olunmamışdır. Sonda axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış prosesi bir polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Həmçinin məhkəmə-bioloji ekspertizasının 04 iyun 2023-cü il tarixli 17/438 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,95 qramdır.Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsini daşıyır. 03 iyun 2023-cü il tarixdə narkotik vasətələrin qanunsuz dövriyyəsində şübhəli olan Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılması ilə bağlı müstəntiq tərəfindən qəbul edilmiş qərar əsasında həmin tarixdə saat təxminən 15 radələrində Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getdikləri zaman Təqsirləndirilən şəxs evdə, evin həyətyanı sahəsində və digər yardımçı tikililərdə axtarış aparılmasına etirazının olmadığını, axtarış üçün icazə verdiyini, həmçinin narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirib, həmin narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və narkotik vasitə qurudulmuş marixuananı təqdim edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən tikilinin altında plastmas qabda olan narkotik tərkibli çətənə bitkilərinin toxumlarını və həmin plastmas qabın yanında olan 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı onlara təqdim etmişdir. İçərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarının olduğunu bildirdiyi plastmas qab açılaraq içərisində olan narkotik tərkibli çətənə bitkilərinin toxumları sayılmış, ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar toxumlar aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm açılıb içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra həmin sellofan büküm içərisində olan narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,24 qram təşkil etmişdir. Bundan sonra içərisində narkotik vasitə marixuana olan həmin sellofan büküm və 21 ədəd toxum olan plastmas qab ayrı-ayrılıqda iki ədəd kağız zərflərə qoyulub qablaşdırılmış, zərflər möhürlənmiş və üzərləri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və digər yardımçı tikililərdə axtarış davam etdirilmiş, lakin başqa qanunsuz nə isə aşkar olunmamışdır. Sonda axtarış və götürmə aparılması barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 03 iyun 2023-cü il tarixli “axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, həmin tarixdə saat 15:56 dəqiqədən saat 17:12 dəqiqəyədək olan müddət ərzində polis əməkdaşlarının iştirakı ilə Balakən rayonu Mahamalar kəndinin Qasbinə yaşayış məntəqəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə həyata keçirilmişdir. Axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə və yardımçı tikilələrdə axtarış və götürmə aparılmasına icazə verdiyini bildirmiş və bu barədə rəsmi olaraq ərizə yazmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs istintaqa bildirdiyi yaşadığı evin həyətyanı sahəsindəki altıaçığın altında olan narkotik tərkibli çətənə bitkisinin toxumlarını və narkotik vasitə qurudulmuş marixuananı təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən saxlanc yeri kimi istifadə edilən yardımçı tikilinin içərisində 01 ədəd şüşə qab və 01 ədəd sellofan büküm təqdim edib, süşə qabın içərisindəkinin narkotik vasitə çətənə bitkisinin toxumunun olduğunu, sellofan bükümdə isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra 01 ədəd şüşə qab açılıb içərisinə baxıldıqda 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına oxşar bitki toxumlarının olması müəyyən edilmişdir. Həmçinin 1 ədəd sellofan büküm açılıb içərisinə baxıldıqda içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin olması aşkar edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə bitki kütləsinin çəkisi 9,24 qram təşkil etmişdir. Daha sonra 1 ədəd sellofan büküm və 1 ədəd şüşə qab ayrıayrılıqda 2 ədəd ağ kağız zərflərdə qablaşdırılmış,üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və digər yardımçı tikililərdə başqa hər hansı predmet, qanunsuz saxlanılan əşya və ya narkotik vasitə olub-olmaması barədə sual verilmiş, Təqsirləndirilən şəxs da başqa qanunsuz saxlanılan əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətyanı sahəsinə və digər yardımçı tikililərə axtarış aparılan zaman qanunsuz saxlanılan digər əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Keçirilən axtarış və götürmə istintaq hərəkəti Balakən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X10 tərəfindən Sony markalı videokamera ilə qeydə alınmış və həmin videogörüntülər protokola əlavə edilmişdir. Axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, hər hansı əlavə, şikayət, vəsatət daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarında olan 03 iyun 2023-cü il tarixli axtarış və götürmə barədə videogörüntülər əks olunmuş 1 ədəd DVD diskinə baxış keçirilmiş və 03 iyun 2023-cü il tarixli axtarış və götürmə aparılması barədə protokolda qeyd olunmuş hallar həmin DVD diskində olan videogörüntülərlə eynilik təşkil etməklə təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 iyun 2023-cü tarixli 17/438 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasit..." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 8,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar edilərək götürülmüş 01 ədəd qabın içərisində olan 21 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumları." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şüşə dərman qabında, 21 (iyirmi bir) ədəd, təmiz çəkisi 0,37qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil; tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid olmadığından həmin toxumlarla təqdim edilmiş qurudulmuş marixuananın müqayisəli (eynilik) tədqiqatı aparılmadı;qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Qeyd: Marixuananın təmiz çəkisi-8,95 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-8,90 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 04 iyun 2023-cü il tarixli aktdan görünür ki, 03 iyun 2023-cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd bükümdə narkotik vasitə CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 8,95 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2023 saat 11.55; 0,05 qram/ml nümunə götürüldü, 8,90 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2023 saat 13.22. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X5 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. İş materialarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 08 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 8,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,90 qramı, 01 ədəd şüşə dərman qabın içərisində olan 21 ədəd təmiz çəkisi 0,37 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları maddi sübut kimi tanınmış və saxlanılması üçün Balakın RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə aparılan axtarış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və ”Azersell” MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14535 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 03 iyun 2023-cü il tarixli Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə aparılan axtarış və götürmənin şəxsi axtarış protokolunu, həmin 03 iyun 2023-cü il tarixli axtarış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, 01 ədəd CD diskini, maddi sübutu, məhkəmə-bioloji ekspertizasının 04 iyun 2023-ci tarixli 17/438 nömrəli rəyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 04 iyun 2023-cü il tarixli aktı, ambulator məhkəmə narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1144 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 5 saylı arayışı, Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 08 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan ekspertiza rəylərini və digər sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanunla təsdiq olunmuş İ siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanunvericiliyin tələbinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması cəza təyinatı zamanı ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması baxımından onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması və ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs cəza təyin edilməsi üçün bu cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından və onu kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törədir və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi çəkir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1144 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 8,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,90 qramı və 01 ədəd şüşə dərman qabın içərisində olan 21 ədəd təmiz çəkisi 0,37 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə aparılan axtarış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və ”Azersell” MMCdən daxil olmuş xx.xx.2023-cü il tarixli 14535 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X6 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 8,95 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,90 qramı və 01 ədəd şüşə dərman qabın içərisində olan 21 ədəd təmiz çəkisi 0,37 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları məhv edilsin; Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və yardımçı tikililərdə aparılan axtarış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski və ”Azersell” MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 14535 nömrəli məktuba əlavə olunmuş 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 30 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-117/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-117/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver