Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-12/2021 23.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş-Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 01 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatında olan və yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə və 13 avqust 1990-cı il tarixdə Rusiya Federasiyasının Vladimir vilayətinin Kovrovo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2a yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikas CM) 234.1-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqadarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, 28 iyul 2020-ci il tarixdə,saat 17 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,875 qramdan artıq çəkidə narkotik vasitə-heroini şəxsi istifadəsi üçün 150 manata alıb əldə etməklə, daşıyaraq, üzərində saxlamışdır. 02 avqust 2020-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Alqayev X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2020-ci il tarixdə, saat 00:05 radələrində şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol arxa cibindən Təqsirləndirilən şəxs2 150 manata almış olduğu həmin kustar üsulla hazırlanmış narkotik vasitənin 1,875 qram çəkidə hissəsi aşkar edilərək, götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə əldə etdiyi 1,875 qramdan artıq çəkidə narkotik vasitə-heroini üzərində saxlayıb, daşıyaraq, 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində həmin 1,875 qramdan artıq çəkidə narkotik vasitə-heroini Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində Balakən rayon Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 150 manata satmışdır. 02 avqust 2020-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Alqayev X4 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2020-ci il tarixdə, saat 00:05 radələrində şübhəli şəxs qismində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol arxa cibindən Təqsirləndirilən şəxs2 150 manata satmış olduğu həmin kustar üsulla hazırlanmış narkotik vasitənin 1,875 qram çəkidə hissəsi aşkar edilərək, götürülmüşdür. İİ. Tərəflərin arqumentləri. 1.Təqsirləndirilən şəxs1 ifadəsi Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 11.02.2020-ci il tarixdə Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 01 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda cəza çəkir. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. 02 avqust 2020-ci il tarixdə, saat 16:00 radələrində Balakən şəhəri ərazisində olduğu zaman tanışı Şahid6 idarə etdiyi VAZ 21011 markalı avtomaşınla küçədə dayandığını görmüşdür. O da avtomaşına yaxılaşıb, Mahirlə salamlaşmış, daha sonra isə maşında oturub, Mahirlə söhbət etməyə başlamışdır. Bir müddət keçmiş saat 17:00 radələrində avtomaşına polis əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları onu avtomaşından düşürüb yerə yıxaraq, döyməyə başlamışlar. Həmin vaxt Mahir oradan qaçıb uzaqlaşmışdır. Həmçinin həmin vaxt oradan keçən və onun döyüldüyünü görən tanımadığı bir neçə qadın ora yaxınlaşmış və polis işçilərindən onu döyməmələrini xahiş etmişlər. Bundan sonra polis əməkdaşları onu zorla polis şöbəsinə gətirmişlər. Mahirin maşınını isə Şəmsəddin adlı polis işçisi şöbəyə sürüb, onlarla birgə gətirmişdir. Bundan sonra o, polis şöbəsinin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinə aparılmış, üzərində olan bütün əşyalar, o cümlədən cibində 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitəni, 1 manatlıq pul əskinaslarından hazırladığı 2 ədəd borucuqları və telefonu polis əməkdaşları götürmüşlər. Bundan sonra polis əməkdaşları yenidən onu döyməyə başlamış və narkotik vasitəni kimdən aldığını soruşmuşlar. O isə öz növbəsində narkotik vasitəni internet resurslarından istifadə edərək, Bakı şəhərindən aldığını bildirsə də, polis əməkdaşları ona inanmayaraq, onu döyməyə davam etmişlər. Bir müddət sonra polis əməkdaşları ondan telefonunun şifrəsini açmasını tələb etmişlər. Yenə də döyülməkdən qorxduğu üçün polisə telefonunun şifrəsini demişdir. Polis əməkdaşları telefonundakı informasiyalara daxil olduqdan sonra ona narkotik vasitəni kimdən aldığını bildiklərini və həmin şəxsin telefonunda Elvar adı ilə qeyd edilən şəxs olduğunu ona bildirmişlər. O, buna etiraz edərək, Elvarın onda aşkarlanmış narktik vasitə ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Həmin vaxt təsadüf nəticəsində Elvar ona zəng etmiş və polis işçiləri də ona telefonu açaraq, Elvarla danışmasını təklif etmişlər. O isə bundan sonra Elvarla danışmış və ondan harada olması barədə məlumat almışdır. Bundan sonra polis işçiləri onu da öz xidməti avtomobillərinə otuzduraraq, Zaqatala rayonu istiqamətdə hərəkət etdirmiş və həmin müddətdə Elvara zəng edərək, onu Balakənə gəlməyə razı salmağı bildirmişlər. O da polis işçilərindən qorxduğu üçün bununla razılaşmış və Elvarın Balakən rayonuna gəlməsi üçün Elvarla danışmışdır. Elvar onu saxlamış polis işçiləri tərəfindən Balakən rayonu ilə Zaqatala rayonunun sərhəddində yerləşən X34 postunun yaxınlığında qaynanası ilə söhbət edən zaman saxlanılaraq, onunla birlikdə polis şöbəsinə gətirilmişdir. Bütün bu hadisələri onu saxlayan polis işçiləri telefon vasitəsi ilə video qeydiyyata almışlar. Lakin istintaqın sonunda həmin görüntülərin yalnız polis şöbəsində olan hissəsinin işə əlavə olunduğunu bilmişdir. Polis şöbəsində 5-6 saat ona müdafiəçi təyin edilmədən saxlanılmış və həmin müddət ərzində üzərində aşkarlanmış narkotik vasitəni iş üzrə digər təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 alması yönündə izahat verməsi ilə bağlı ona polis işçiləri tərəfindən təzyiqlər edilmişdir. Növbəti gün, yəni 03 avqust 2021-ci il tarixdə, gecə saat 01:00 radələrində polis şöbəsində vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 gəlmişdir. Polis işçiləri həmin vaxt üzərindən götürdükləri 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitəni və 1 manatlıq pul əskinaslarından hazırladığı 2 ədəd borucuqları cibinə təkrar yerləşdirmiş, lakin telefonu geri qaytarmamışlar. Bundan sonra vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə üzərində təkrar şəxsi axtarış aparılmış, üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarın sol arxa cibində 1 ədəd sellofan bükümdə saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. O, həmçinin üzərində saxladığı narkotik vasitəni istifadə etmək üçün 1 manatlıq pul əskinaslarından hazırladığı 2 ədəd borucuqları da polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərində olan sellofan bükümdəki narkotik vasitəni elektron tərəzidə çəkmiş, həmin 1 ədəd sellofan bükümdə saxladığı narkotikin sellofan ilə birlikdə çəkisi 2,22 qram olmuşdur. Bundan sonra narkotik vasitəni və 2 ədəd narkotik vasitə qəbul etmək üçün hazırladığı borucuğu ayrı-ayrılıqda 2 ədəd ağ zərfə qoyaraq, qablaşdırıb götürmüşlər. Zərfin üzərini də iştirakçılarla birlikdə imzalamışdır. Üzərində şəxsi axtarış davam etdirilən zaman üzərindən başqa qanunsuz saxlanılan heç nə aşkar edilməmişdir. Video görüntülərdən də göründüyü kimi, telefonunu polislər özlərində saxladıqları üçün üzərinə baxış keçirilən zaman telefon aşkarlanmamışdır. Daha sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinə və evinin həyətyanı sahəsinə baxış keçirmiş, baxış zamanı qanunsuz hər hansı əşya, vasitə aşkar edilməmişdir. Həmçinin məhkəmə fiziki-kimyəvi ekspertizanın 03 avqust 2020-ci il tarixli, 17/478 nömrəli rəyi ilə tanış olandan sonra bilmişdir ki, üzərindən 1 ədəd sellofan bükümdə aşkar olunmuş narkotik vasitə heroinin təmiz çəkisi 1,875 qramdır. Həmçinin üzərində saxladığı narkotik vasitə qəbul etmək üçün 1 manatlıq pul əskinasından düzəltdiyi 02 ədəd boruşəkilli bükülülərin içərisindən də heroin hissəcikləri aşkar edilmişdir. Üzərində saxladığı narkotik vasitəni saxlamasından heç kimin məlumatı olmamışdır. İş üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ilə 1 ilə yaxın müddətdir ki tanışdır. Belə ki, Elvar həmin vaxt Balakən rayonunda yerləşən "xxxx" adlı şirkətdə işləmiş və o, şirkətə məxsus toyuq fermasından toyuq alan zaman Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Həmin fermadan onu tanımadıqları üçün dəfələrlə Elvarın adından nisyə toyuq götürmüş və satmışdır. Yekunda toyuqların dəyərini Elvar ödədiyi üçün Elvar mütəmadi olaraq qalıq qalan 500 manat borcun ona qaytarılmasını zəng və sms vasitəsi ilə ondan tələb etmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs2 borc pul da götürmüşdür. 370 manat pulu da Elvardan təxminən 2020-ci ilin iyun ayının ortalarında götürmüşdür. Lakin maddi imkanı yaxşı olmadığı üçün pulu geri qaytara bilməmişdir. Buna görə də Elvar onunla həmin qeyd olunan müddət ərzində, yəni 21 iyun 2020-ci il tarixdən 06.07.2020-ci il tarixdək olan müddət ərzində götürmüş olduğu pulu ondan istəmək üçün ona sms göndərib, telefonla zəng etmişdir. Qeyd etdiyi kimi, maddi imkanı yaxşı olmayıb, ona pulu qaytara bilmədiyi üçün Elvara müxtəlif bəhanələr gətirərək, pulu qaytaracağını bildirmişdir. Lakin həmin pulu Elvara qaytara bilməmişdir. O, Elvardan 370 manat borc pul götürmüş, həmin pulu geri qaytara bilməmişdir. Elvardan pul istəyərək, kiməsə pul verməli olduğunu, həmçinin Elvara “sən göndərdin məni onların yanınan” deyə bildirməsi ilə bağlı qeyd edir ki, göstərilən mesajlaşmanın səbəbini tam xatırlamasa da, deyə bilər ki, Elvar ona kimdənsə pul götürüb, borc verdiyini bildirmişdir. Yəni ondan pul istəyən zaman borcunu istəyən pul götürdüyü şəxsə qaytarmalı olduğunu bildirərək, buna görə də ona olan borcunu istəmişdir. Həmçinin istintaq zamanı Balakən Rayon Məhkəməsinin qərarı əsasında əldə edilmiş istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 14 iyul 2020-ci il tarixdə saat 14:39:25 saniyədən başlayaraq 22.07.2020-ci il tarixdə saat 13:17:04 saniyəyədək olan müddətdə mesajlaşma üsulu ilə aralarında baş tutmuş danışıqların məzmununda olan, yəni Elvardan kiməsə verməli olduğu 100 manat pulu istəməsi ilə bağlı qeyd edir ki, 2020-ci ilin iyul ayının əvvəllərində Elvar onunla əlaqə saxlayaraq, Balakən rayon ərazisində tanımadığı şəxsə pul verməsini ondan xahiş etmişdir. O da həmin şəxslə Balakən rayonu ərazisində görüşüb, Elvarın adından 100 manat məbləğində pul vermişdir. Lakin sonradan Elvar həmin pulu ona geri qaytarmadığı üçün Elvara kiməsə pul verməli olduğunu deyərək, pulunu qaytarmasını istəmişdir. Həmçinin 26 iyul 2020-ci il tarixdə saat 12:55:11 saniyədən başlayaraq 27.07.2020-ci il tarixdə saat 02:40:10 saniyəyədək olan müddətdə aralarında baş tutmuş danışıqların məzmununda olan, Elvarın ona oğlunun ad günün keçirdiyini restorana pul ödəməli olduğunu, buna görə də ona 500 manat pulu çatdırmasını bildirməsi ilə bağlı qeyd edir ki, "xxxx" zavoduna məxsus toyuq fermasından Elvarın adına götürdüyü toyuqların qalıq qalan hissəsinin dəyəri 500 manat olmuşdur. O da həmin pulu geri qaytara bilməmişdir. 27 və ya 28 iyul 2020-ci il tarixdə Elvarın övladının ad günü olduğundan və övladına ad gününü restoranda qeyd etdiyindən ondan pul götürüb restorana ödəniş etmək istəmiş, lakin həmin vaxt da imkanı olmadığı üçün Elvara 500 manat məbləğində pulu verə bilməmişdir. Ona verilmiş ittiham görə, yəni, 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində 150 manat müqabilində narkotik vasitə-heroin alması ilə bağlı qeyd olunanlar yalandır və özündə həqiqəti əks etdirmir. O, 28 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2la ümumiyyətlə görüşməmiş və Təqsirləndirilən şəxs2 150 manata, nə də başqa qiymətə narkotik vasitəheroin almamışdır. Həmin arqument həm də ona görə əsassızdır ki, Elvara olan 500 manat borcunu ödəmədiyi halda, Elvar ona 150 manata narkotik vasitə sata bilməzdi. O, narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilir və ona görə də barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilnin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə hökmün çıxarılmasını xahiş edir.
2. Təqsirləndirilən şəxs2 ifadəsi Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 28 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və ya başqa bir şəxsə narkotik vasitə satmamış, ümumiyyətlə heç kimə narkotik vasitə satmamış həmçinin narkotik vasitə də verməmişdir. O, Təqsirləndirilən şəxs1 təxminən 7-8 aydır ki, Balakən rayon sakini kimi tanımışdır. Belə ki, Balakən rayon "xxxx" zavodunda işlədiyi zaman Nurlan həmin zavoda gəlib-getmişdir. O da orada Nurlanla tanış olmuşdur. Onunla sıx əlaqəsi olmamışdır. Elə bir neçə dəfə Nurlanı zavoda gələndə görmüşdür. Balakən şəhər sakini X11 tanımışdır. Belə ki, Anarın atası Fərmanla birlikdə Balakən rayon Katex kəndi ərazisində quşçuluq fermasında işləyən zaman tanış olmuşdur. Onun Anarla normal münasibətləri olmuşdur. O, belə bir şeyi, yəni Anar Qarayevin vasitəsilə Nurlanla tanış olub-olmamasını xatırlamır. Ümumiyyətlə konkret olaraq Nurlanı kimin vasitəsilə tanıdığını xatırlamır. O, heç vaxt narkotik vasitənin alqı-satqısı ilə məşğul olmamışdır. Bir daha qeyd edir ki, Nurlana və ya heç kimə narkotik vasitə satmamış və ya veməmişdir. O, 02 avqust 2020-ci il tarixdə, saat təxminən 18 radələrində Balakən rayon Katex kəndi ərazisindəki X34 postunu keçib, qaynanası Şəmsin idarə etdiyi Hunday markalı avtomaşınla yolun kənarında dayandığından, onun hansı səbəbə yolun kənarında dayanmasını soruşmaq üçün maşından aşağıya düşüb, ona yaxınlaşmışdır. O, həmin vaxt müvəqqəti yaşadığı Balakən rayonu Katex kəndində yerləşən evinə gəlmək istəmişdir. Daha sonra isə geriyə, özünün idarə etdiyi Kia-optima markalı avtomaşına yaxınlaşıb, oturmaq istəyən zaman mülki geyimdə şəxslərin yaxınlaşdıqlarını görmüşdür. Həmin vaxt yolun kənarında maşınına minmək istəyəndə, həmin mülki geyimdəki şəxslər onun üzərinə hücüm etmiş, onu vurmuş və nəticədə oradakı kolluq sahəyə yıxılmışdır. Daha sonra isə bilmişdir ki, həmin mülki geyimdəki şəxslər polis işçiləridir və onlar onu zorla polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları 6-7 saat onu qanunsuz olaraq polis şöbəsində saxlamış, həmin müddətdə ona qeyri-insani rəftar göstərmiş, onu döymuş, hədələmiş və Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitəni özünün satdığı yönündə izahat verməsini tələb etmişlər. Halbuki Təqsirləndirilən şəxs1lə birlikdə narkotik istifadə etməmiş və ya Nurlana narkotik vasitə satmamışdır. Nurlanın ibtidai istintaq zamanı qeyd etdikləri yalandır. Narkotik vasitələrdən istifadə etmir. Polis işçiləri tərəfindən saxlanılan zaman maşında olan Musa adlı şəxsi əvvəllər tanımışdır, onunla yaxın münasibətləri olmasa da, həmin tarixdə Balakən rayonuna gələrək, Bakı şəhərinə getməli idi. Musa da Bakı şəhərinə gedəcəyi üçün onu da müştəri kimi Bakı şəhərinə aparmaq istəmişdir. Bunun üçün də Musa Balakən rayonu Katex kəndi ərazisində yerləşən X34 postuna çatmamış yerləşən yanacaq doldurma məntəqəsindən maşınına 30 manatlıq yanacaq doldurmuşdur. Onun tutulduğu vaxta kimi istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsi ona məxsus cib telefonunda vardır. Lakin həmin nömrəni hazırda xatırlamır. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonla onunla əlaqə saxlamışdır. Lakin neçə dəfə və hansı müddətlərdə onunla əlaqə saxladığını xatırlamır. Təqsirləndirilən şəxs1 sms mətnləri göndərmiş və əksər hallarda həmin sms-lər Nurlanın ona olan borcunun qaytarılması və yaxud Nurlanın quşçuluq fermasından götürdüyü toyuqların dəyərinin ödənilməsi ilə bağlı olmuşdur. Tutulmamışdan təxminən 1 saat əvvəl Nurlanla əlaqə saxlamışdır. Səhv etmirsə buna səbəb Nurlanın ona zəng etməsi (vızıv atması) olmuşdur. Təqsirləndirilən şəxs1lə bir neçə dəfə müxtəlif kafelərdə oturub çay içmişdir. Amma dəqiq hansı tarixlərdə və harada olduğunu xatırlamır. Təqsirləndirilən şəxs1 Balakən rayonu Katex kəndi ərazisində yerləşən quşçuluq fermasından toyuq-cücə almışdır. Tutulmamışdan əvvəl "xxxx" MMC şirkətinin Balakən rayonunda yerləşən Azəryem zavodunun direktorunun sürücüsü işlədiyi üçün tanıdığı şəxslərə də həmin fermadan toyuqcücə təşkil etmişdir. Təqsirləndirilən şəxs1 fermadan konkret olaraq neçə dəfə, nə vaxt və neçə ədəd toyuq-cücə aldığını xatırlamır. O, konkret olaraq Təqsirləndirilən şəxs1lə neçə dəfə və hansı məzmunda telefon əlaqəsi yaratmasını və hansı məzmunda telefon danışıqları etməsini xatırlamır. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi kimi, Katex kəndi ərazisində yerləşən fermadan toyuq-cücə almış, həmin vaxtlarda da Təqsirləndirilən şəxs1 borclu qaldığı üçün toyuq-cücənin əvəzində verməli olduğu pulu Nurlandan istəmişdir. Çünki Təqsirləndirilən şəxs1 onun tanışlığı ilə həmin fermadan toyuq-cücə almışdır. 370 manat pulun da konkret olaraq hansı tarixdə alınmış toyuq-cücənin borcu olduğunu xatırlamır. 02 avqust 2020-ci il tarixdə, saat 18:49-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 46 saniyə müddətinə etmiş olduğu danışığın səbəbi Nurlanın ona zəng etməsi (vızıv atması) olmuşdur və həmin vaxt o, Nurlana Balakən rayonu istiqamətində gəldiyini bildirmişdir. Həmçinin 02 avqust 2020-ci il tarixdə, saat 19:19-da Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 32 saniyə müddətinə baş tutmuş danışığın Təqsirləndirilən şəxs1 ona zəng edib Balakən rayonuna gəlib-gəlməyəcəyini maraqlanması ilə bağlı olmuşdur. Ona verilmiş ittiham görə, yəni Təqsirləndirilən şəxs1 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində 150 manat müqabilində narkotik vasitə-heroin alması ilə bağlı qeyd olunanlar yalandır və qətiyyən özündə həqiqəti əks etdirmir. O, 28 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1lə ümumiyyətlə görüşməmişdir. Həmin vaxt o, Zaqatala rayonunda olmuşdur. İşin bu halını işdə olan mobil operatorların anten dairələrinə dair məlumatla müəyyən etmək mümkündür. Qeyd olunan arqumenti həm də ona görə qərəzli və əsassız hesab edir ki, Nurlanda pul olmuş olsa idi, ondan 500 manat borcunu götürərdi. Ona görə də barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə bəraət hökmünün çıxarılmasını xahiş edir.
3. İttiham tərəfinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham olunmalarıı ilə bağlı təqdim etdiyi sübutlar-03 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd CD diski, 03 avqust 2020-ci il tarixli Təqsirləndirilən şəxs2 şəxsi axtarışı barədə protokol, həmin axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diski, Təqsirləndirilən şəxs1 ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs1 08 avqust 2020-ci il və 10 avqust 2020-ci il tarixli təqsiləndirilən şəxs qismində əlavə dindirmə zamanı verdiyi ifadələri, təqsirləndirilən şəxslərin üzləşdirmə protokolları, polis əməkdaşları - Şahid2, Şahid3, Şahid4 və Şahid1 ifadələri, «Azercell» və "xxxx" MMC-dən ələ keçirilmiş telefon danışıqları haqqında məlumatlar, materialların məhkəmə ekspertizasının 03 avqust 2020ci il tarixli, 17/478 nömrəli rəyi, materialların məhkəmə ekspertizasının 18.08.2020-ci il tarixli, 17/494 saylı rəyi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 oktyabr 2020-ci il tarixli, 878 saylı və 12 oktyabr 2020-ci il tarixli, 879 saylı rəyləri və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı tapılması göstərilən maddi sübutlarla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 avqust 2020-ci il tarixdə, təxminən saat 18 radələrində rayonun Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması ilə bağlı Balakən RPŞ-yə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 Balakən şəhəri ərazisindən polis şöbəsinə dəvət edilmiş və barəsində tədbir görülməsi məqsədilə Balakən RPŞ-nin rəhbərliyinə tərəfindən raportla müraciət edilmişdir. Polis şöbəsində olduqları zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefonuna ***-***-**-** saylı mobil nömrədən zəng gəldikdə, Bakı şəhər sakini Elvar adlı şəxsin olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 narkotik vasitəni də Elvar adlı şəxsən əldə etdiyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 telefonu açaraq danışması bildirilmişdir. Təqsirləndirilən şəxs1 telefonla danışan zaman Elvar adlı şəxs ona Balakən rayonu Qazbinə kəndi istiqamətinə gəldiyini və orada görüşmək istədiyini demişdir. Nurlan da görüşmək üçün Qazbinə kəndinə gələcəyini söyləmişdir. Bununla da danışıq başa çatmış və həmin telefon danışığı tərəfindən videoçəkilişlə qeydə alınmışdır. Bundan sonra da Təqsirləndirilən şəxs2 tutulması üçün əməliyyat tədbirləri həyata keçirilmiş və Təqsirləndirilən şəxs2 Balakən rayonu Katex kəndi istiqamətindən gələcəyi üçün polis əməkdaşları ilə birlikdə həmin istiqamətə getmişlər. Balakən rayon Katex kəndi istiqamətinə getdikləri zaman Təqsirləndirilən şəxs1 telefonla zəng edərək, Təqsirləndirilən şəxs2 harada olması ilə bağlı məlumat almasını istəmişlər. Bu zaman Elvar Zaqatala rayonu istiqamətindən Balakən rayonu istiqamətinə hərəkətdə olduğunu bildirmişdir. Onlar da Balakən rayonu Katex kəndi ərazisindəki X34 postunun yaxınlığında dayanmışlar. Bir az keçmiş Təqsirləndirilən şəxs2 körpüyə yaxınlaşaraq, idarə etdiyi Kia-optima markalı avtomaşınla dayandığını görmüşlər. Daha sonra isə Təqsirləndirilən şəxs2 avtomaşından düşmüş, bu zaman Təqsirləndirilən şəxs2 yaxınlaşaraq, onu polis şöbəsinə dəvət etmək istəsələr də, Elvar onların yaxınlaşdıqlarını görüb, körpünün başlanğıc hissəsindən dərəyə tərəf tullanmışdır. Bu zaman körpünün yaxınlığından baxdıqda Elvarın kolluq sahəyə düşdüyünü görmüşlər. Buna görə də əməliyyat müvəkkili Şahid1 Elvarın arxasınca həmin sahəyə tullanmışdır. O da onların arxasınca kolluq sahəyə tullandıqda, Elvar və Şamilin üzərinə düşmüşdür. Bu zaman hər üçü kolluq sahəyə düşdüklərindən bədənlərinin müxtəlif nahiyələrinə tikanlar və odunlar batmışdır. Buna görə də bədənlərinin həmin nahiyələri cızılmış və müxtəlif xəsarətlər almışlar. Həmçinin onlar kolluq sahədə olan zaman Elvar oradan çıxıb getmək istəsə də, onu tutub saxlamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz saxlanılan əşya və vasitə olub-olmaması, hər hansı bir qanunsuz əşya varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirərək, əynindəki şalvarın arxa cibindən 1 ədəd sellofan büküm çıxarıb, təqdim edərək, sellofan bükümdə olan maddənin heroin olduğunu, təxminən 4-5 gün əvvəl Elvar adında şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa həmin narkotik vasitəni təxminən 4-5 gün əvvəl ümumi çəkisi 4 qram olmaqla 150 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 2 ədəd 1 manatlıq pul əskinaslarından hazırlanmış boruşəkilli bükülüləri də təqdim edərək, həmin pul əskinaslarından hazırlanmış bükülüləri narkotik vasitəni istifadə etmək üçün saxladığını demişdir. Təqsirləndirilən şəxs1 içərisində narkotik vasitə heroin olaraq bildirib təqdim etdiyi sellofan büküm açıldıqda, içərisindəki digər sellofanın içərisində narkotik vasitə heroinə oxşar tünd boz rəngdə maddənin olması müəyyən edilmişdir. Narkotik vasitə olan heroinə oxşar maddə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkildikdə, sellofan bükümlə birlikdə çəkisi 2,22 qram olmuşdur. Həmin narkotik vasitə heroinə oxşar maddə olan sellofan büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılmış və DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Həmin zərfin üzərini də şəxsi axtarışda iştirak edən digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra isə Təqsirləndirilən şəxs1 təqdim edərək narkotik istifadə etmək məqsədilə saxlamış olduğu 2 ədəd 1 manatlıq pul əskinaslarından hazırlanmış boruşəkilli bükülülər də bir ədəd ağ rəngli kağız zərfə qoyulub qabılaşdırılaraq, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Həmin zərfin üzərini də imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilən zaman başqa qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra, yəni 03 avqust 2020-ci il tarixdə, saat təxminən 02 radələrində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar maddəni aldığını bildirdiyi Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 müdafiəçi Tural İsayevin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Elvara hüquq və vəzifələri izah edilərək, üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tanıdığını, təxminən 4 gün əvvəl rayonun Qazbinə kəndi ərazisində 1 bükümdə kokos olaraq adlandırdığı narkotik vasitəni 70 manat qarşılığında Nurlana satdığını demişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlanılan əşya, vasitə olub-olmaması soruşulduqda, Elvar əynindəki idman şalvarının sağ yan cibindən 1 ədəd elektron tərəzi çıxarıb, təqdim edərək, həmin elektron tərəzini Zaqatala rayonundan əldə etdiyini və üzərində narkotik çəkmək üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunsuz saxlanılan hər hansı bir əşya, predmet və sairə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd elektron tərəzi 1 ədəd kağız zərfə qoyulub, qabılaşdırılaraq, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənib, maddi sübut kimi götürülmüşdür. Həmin zərfin də üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi Kia-optima markalı avtomaşına baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Elvar avtomaşına baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra avtomaşına baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomaşında qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. Həmin protokolu da imza ilə təsdiq etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayonu Gərəkli kəndində yerləşən evinə baxış keçirilməsi üçün yaşadığı ünvana getmişlər. Baxış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs1 baxış keçirilməsi ilə bağlı etirazının olub-olmadığı soruşulduqda, etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən qanunsuz saxlanılan əşya, predmet və sairə aşkar edilməmişdir. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş, həmin protokolun doğruluğunu da öz imzası ilə təsdiq etmişdir. O və digər polis əməkdaşları 28 iyul 2020-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Qazbinə kəndinin ərazisində Təqsirləndirilən şəxs2 150 manata 1,875 qram heroini Təqsirləndirilən şəxs1 satmasını görməmişlər. Bunu Təqsirləndirilən şəxs1 eşitmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə satması barədə müvafiq sübutlara malik olmamış, onlarda bununla bağlı hər hansı fakt olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və Şahid1, həmçinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən və məcburi olaraq gətirilməyən və şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edələrək müvafiq qaydada tədqiq edilən polis əməkdaşı Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, Təqsirləndirilən şəxs2 tanıyır. Elvarla Zaqatala rayonunda tanış olmuş, həmçinin Elvarın Bakı şəhəri Nizami rayonunda kirayəyə qaldığı evin yaxınlığında yaşadığını bilmiş və onunla münasibəti olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşını ilə bir neçə dəfə Bakı şəhərinə getmişdir. 02.08.2020-ci il tarixdə aliment borcu ilə əlaqədar Zaqatala Rayon Məhkəməsi tərəfindən ona verilmiş 10 günlük inzibati həbsdən çıxmış, həbsdən çıxdıqdan sonra mobil telefonuna Elvarın inzibati həbsdə olduğu zaman zəng etdiyini görmüş, geri Elvara məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmiş, Elvarla danışdıqdan sonra ona Bakı şəhərinə getmək istədiyini demiş, ona 30 manat versə, Bakı şəhərinə aparacağını bildirmiş, o da razılaşmışdır. Elvarla Zaqatala şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında görüşmüş, o, “Kia optima” markalı avtomaşını idarə edərək, gəlmişdir. Onun idarə etdiyi avtomaşına əyləşdiyi zaman Elvar ona qaynanasının onu Balakən rayonu Katex kəndinə yerləşən DYP-postunun yaxınlığında gözlədiyini, onunla görüşüb geri Bakı şəhərinə gedəcəyini bildirmişdir. Onlar DYP postunu keçərək, yolun sağ tərəfində dayanmışlar. Yolun əks tərəfində isə Elvarı qaynanası idarə etdyi avtomaşında gözləmişdir. Elvar maşından düşərək qayınanasına yaxınlaşmış, onunla 5 dəqiqə söhbət etmiş, geri idarə etdiyi avtomaşına yaxınlaşdığı zaman polis əməkdaşları Təqsirləndirilən şəxs2 yaxınlaşmışlar. Bu zaman Elvar qaçmaq məqsədilə yolun sağ kənarında yerləşən təxminən 5 metr hüdürlüyündə olan dərədən özünü kolluq sahəyə atmış, polis əməkdaşları onu kolluq ərazidən çıxararaq, Balakən RPŞ-yə aparmışlar. Onu da izahatının alınması üçün Balakən RPŞ-yə dəvət etmişlər. O, Elvarın qaçdığı zaman özünü həmin dərədən kolluq sahəyə atdığını görmüşdür. Bildiyi qədəri həmin dərə 4-5 metrdir, yəni hündürdür. Sonradan bildiyinə görə də Elvar oradan tullanan zaman xəsarətlər almışdır. Təqsirləndirilən şəxs2 kolluqdan çıxdığı zaman ondan 10 metr kənarda olmuş, Elvar həmin dərədən kolluğa özünü atdığı zaman xəsarət almaması mümkün deyildir. Çünki həmin dərə çox dərin olmuşdur. Lakin uzaqda olduğundan dərədən çıxdıqdan sonra onu görməmişdir. Elvarı dərədəki kolluq sahədən çıxaran polis əməkdaşlarının qollarında xəsarət olduğunu görmüşdür. Elvarın arxasınca dərəyə gedən polis əməkdaşları Elvardan daha ehtiyatlı dərəyə düşmüşlər. Elvar isə heç baxmadan özünü dərədən aşağı atmışdır. O, narkotik vasitə qəbul etmir, Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul etdiyi, saxladığı və satması barədə də heç nə bilmir. Elvarın narkotik vasitə istifadə etdiyini, saxladığını və satdığını görməmişdir. O, Elvarın idarə etdiyi “Kia Optima” markalı avtomaşınla Bakı şəhərinə getmək üçün onun idarə etdiyi avtomaşına əyləşmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 bir müddətdir ki, tanıyır və münasibətləri normal olmuşdur. 03 avqust 2020-ci il tarixdə qardaşı Raufa məxsus VAZ 21011 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhəri ərazisinə özünə siqaret almaq üçün gəlmiş, Balakən şəhəri ərazisində küçədə avtomaşınla dayandığı zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış və ona maşınının xeyirli olmasını bildirmişdir. Həmin vaxt o, Nurlana maşının özünə məxsus olmadığını, müvəqqəti idarə etmək üçün qardaşından götürdüyünü demişdir. Bundan sonra Nurlan avtomaşının sağ ön sərnişin oturacağına əyləşmiş və bir müddət Nurlanla söhbət etdikdən sonra avtomaşına Balakən RPŞ-nin əməkdaşlarının yaxınlaşdığını görmüşdür. Bu zaman o, əvvəllər məhkum olunduğuna görə qorxmuş və avtomaşından düşüb qaçaraq, oradan uzaqlaşmışdır. Daha sonra isə o, polis əməkdaşlarının Nurlanı polis şöbəsinə apardığını və Nurlanın üzərindən narkotik vasitə aşkar olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 onun idarə etdiyi avtomaşında olan zaman onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Həmin vaxt o, avtomaşına yaxınlaşan polis əməkdaşlarını gördükdə, əvvəllər məhkum olunduğundan özündən asılı olmayaraq qorxmuş və oradan qaçaraq, uzaqlaşmışdır. Əvvəllər Təqsirləndirilən şəxs1lə birlikdə narkotik vasitə qəbul etməmiş və Nurlanın da narkotik vasitə qəbul etdiyini bilməmiş, həmçinin kiminsə, o cümlədən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə satmağını görməmiş və eşitməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Natiq Muradov 02 aqust 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərarında göstərilir ki, «02 avqust 2020-ci il tarixdə, Balakən rayonu, Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törtəməkdə şübhəlidir. Yuxarıda qeyd olunanlara əsasən, o , cinayət işi üzrə şübhəli şəxs qismində tutulub saxlanılmalıdır». İş materiallarında olan 02 avqust 2020-ci il tarixdə, saat 23:50-də tərtib olunması göstərilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs1 Balakən şəhərində 18:30-da saxlanılması qeyd edilərək, tutulmanın əsası kimi onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yaranması göstərilmişdir. İş materiallarında olan 02 avqust 2020-ci il tarixli "Şəxsi axtarış və götürmə keçirilməsi barədə» protokoldan görünür ki, Alqayev X4 RPŞ-də şübhəli şəxs qismində tutularaq üzərində axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd sellofan bükümdə, narkotik vasitəyə bənzər maddə və 2 ədəd 1 manatlıq kağız əskinasdan buraraq narkotik vasitə qəbul etmək üçün hazırladığı borucuqlar maddi sübut kimi götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin ümumilkdə 2,22 qram olduğunun aşkar olunmuş və qeyd olunan kütlə və 2 ədəd 1 manatlıq kağız əskinasdan buraraq narkotik vasitə qəbul etmək üçün hazırladığı borucuqların ayrı-ayrılıqda zərfə qoyulub möhürlənərək götürülməsi göstərilmişdir. Protokolda onu tərtib edən şəxsin Balakən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Natiq Muradov olması, şəxsi axtarışda iştirak edən şəxslərin polis əməkdaşları Şahid2, X6 və X20 (ilk iki şəxs hazırki iş üzrə şahidlərdir), həmçinin Müdafiəçi2 olması qeyd olunmuşdur. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (iş vərəqi 100-102) görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulmasının göstərildiyi vaxtdan 24 saat sonra, yəni, 03 avqust 2020-ci il saat 18:02-dən saat 18:40-adək şübhəli şəxs kimi dindirilmişdir. Belə ki, o, 02 aqvqust 2020-ci il tarixdə saat 18.30-dən başlayaraq saat 03 avqust 2020-ci il 18:02-dək şübhəli şəxs qismində dindirilməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Natiq Muradovun 03 aqust 2020-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərarında göstərilir ki, 03 avqust 2020-ci il tarixdə, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə satışında şübhəli olduğundan Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törtəməkdə şübhəli olması və yuxarıda qeyd olunanlara əsasən, onun cinayət işi üzrə şübhəli şəxs qismində tutulub saxlanılması göstərilmişdir. İş materiallarında olan 03 avqust 2020-ci il tarixdə, saat 02:15-də tərtib olunması göstərilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokolda Təqsirləndirilən şəxs2 19:35-da saxlanılması qeyd edilərək, tutulmanın əsası kimi onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yaranması göstərilmişdir. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli "Şəxsi axtarış və götürmə keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Balakən RPŞ-də şübhəli şəxs qismində tutularaq üzərində axtarış aparılan zaman əynindəki idman şalvarının sağ cibindən aşkarlanmış 1 ədəd elektron tərəzinin zərfə qoyulub möhürlənərək götürülməsi göstərilmişdir. Protokolda onu tərtib edən şəxsin Balakən RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı Natiq Muradov olması, şəxsi axtarışda iştirak edən şəxslərin polis əməkdaşları Şahid2, X6, Şahid3, Şahid4 və X20 (ilk dörd şəxs hazırki iş üzrə şahidlərdir), həmçinin müdafiəçi X21 olması qeyd olunmuşdur. İş materiallarında olan 03 avqust 2020-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (iş vərəqi 100-102) görünür ki, Təqsirləndirilən şəxs2 oğlu şübhəli şəxs kimi tutulmasının göstərildiyi vaxtdan 24 saat sonra, yəni 03 avqust 2020-ci il saat 19:30-dan saat 20:15-adək şübhəli şəxs kimi dindirilmişdir. Belə ki, o, 02 aqvqust 2020-ci il tarixdə saat 19.35-dən başlayaraq saat 03 avqust 2020-ci il 19:30-dək şübhəli şəxs qismində dindirilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 03 avqust 2020-ci il tarixli 17/478 nömrəli ekspert rəyindən göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narotik vasitə..." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 1,875 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qəbul etmək üçün düzəldilmiş 2 ədəd 1 manatlıq əskinas....." sözləri yazılmış zərfin içərisindəki, 1 manatlıq pul əskinasından hazırlanmış 02 (iki) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş cuzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. Tədqiqata təqdim edilmiş, 1 manatlıq pul əskinasından hazırlanmış 02 (iki) ədəd boruşəkilli bükülünün üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə onlarla 01 (bir) ədəd sellofan bükümdə olan heroinin müqayisəli tədqiqatının aparılması mümkün olmadı. Qeyd: 1) Heroinin təmiz çəkisi-1,875 qr., tədqiqata sərf edildi- 0,050 qr. qalıq- 1,825 qr. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 18 avqust 2020-ci il tarixli, 17/494 nömrəli ekspert rəyindən göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi...." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri - heroin hissəcikləridir. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 12 oktyabr 2020ci il tarixli, 878 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. İş materiallarında olan ambulator məcburi narkoloji-tibbi yoxlamanın 12 oktyabr 2020ci il tarixli, 879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhətə görülür. İş materiallarında olan “Cinayət işinə dair məlumatların ələ keçirilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X12 istifadəsində olan 0-55-400-04-05 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 itifadəsində olan 0-50-863-14- 15 möbil nömrəsi arasında 20 iyun 2020-ci il tarixindən saat 17:38-dən başlayaraq 02 avqust 2020-ci il tarixdə saat 19:19-dək olan müddətdə mütəmadi olaraq telefon danışıqları, 21 iyun 2020-ci il tarixindən saat 22:12:58 saniyədən 02 avqust 2020-ci il tarixdə 18:10:54 saniyəyədək olan müddətdə mütəmadi olaraq sms ani mesajlaşma vasitəsi ilə danışıqlar baş tutmuşdur. Həmin telefon danışıqları və sms mətinləri protokola əlavə edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 4 (019)-38/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli, 4 (019)-39/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 1 (019)- 3/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 02 sentyabr 2019-cu il tarixdən 11 fevral 2020-ci il tarixə kimi həbsdə olduğu 05 ay 09 gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər hesablanmaqla cəmi 10 ay 18 gün müddət həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə 13.08.2020-ci il tarixli, 9 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan 23 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1,875 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,825 qramı, 1 manatlıq pul əskinasından hazırlanmış 2 ədəd boruşəkilli bükülü və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarına əlavə olunan Balakən rayon İcra və Probasiya Şöbəsinin 07.07.2021ci il tarixli, 428/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmünə əsasən 2 il 01 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 09.03.2020-ci il tarixdən məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına alınmışdır, hal-hazırda məhkum kimi şöbənin qeydiyyatındadır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinin 16 aprel 2021-ci il tarixli, 109-8725-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və X22 barəsində Balakən RPŞ-də əməliyyat qeydiyyat işi yoxdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin 17 may 2021-ci il tarixli, 201-11573-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Zaqatala RPŞ-də əməliyyat qeydiyyat işi açılmamışdır. İşin digər zəruri halları halları İş materiallarında olan Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Balakən RPŞ-nin rəisinə müraciət etdiyi 02 avqust 2020-ci il tarixli raportundan görünür ki, həmin raportda Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 və Balakən rayonu Qullar kənd sakini Şahid6 narkotik vasitə saxlaması barədə Balakən RPŞ-yə məlumat daxil olduğu, qeyd olunan məlumat əsasında Təqsirləndirilən şəxs1 və Şahid6 Balakən RPŞ-yə dəvət edildikləri zaman Şahid6 idarə edərək yolun kənarında saxladığı VAZ-21011 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobildən düşərək, qaçıb uzaqlaşdığı, həmin vaxt avtomobildə olan Təqsirləndirilən şəxs1 isə Balakən RPŞ-yə dəvət edildiyi qeyd edilmişdir (iş vərəqi 3). İş materiallarında Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat aparılmasına əsas ola biləcək əməliyyat-axtarış tədbirinin keçirilməsi və onun saxlanılaraq polis şöbəsinə gətirilməsinə əsas olacaq qərarlar aşkar edilməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərtib etdiyi 02 avqust 2021-ci il tarixli protokoldan və protokollara əlavə edilmiş diskdən görünür ki, 02 avqust 2020-ci il tarixdə Balakən rayonu Gərəkli kənd sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 Balakən şəhəri ərazisində saxlanılaraq Balakən RPŞ-yə gətirilmiş, polis şöbəsində olduğu zaman üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmiş, Təqsirləndirilən şəxs1 Balakən RPŞ-də saxlanıldığı müddətdə onun istifadəsində olan 0-50-863-14-15 mobil nömrəsinə Təqsirləndirilən şəxs2 istifadəsində olan 0-55-400-04-05 mobil nömrəsindən zəng gəlmiş və Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən Təqsirləndirilən şəxs1 telefonu açması təklif edilmiş, sonuncu ilə danışıq zamanı Təqsirləndirilən şəxs2 Balakən rayonu Qazbinə kəndi istiqamətində gəldiyi, orada görüşə biləcəklərini bildirmişdir (iş vərəqi 5 və7). İş materiallarında olan Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərtib etdiyi 02 avqust 2021-ci il tarixli protokolda qeyd olunur ki, “.... Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 tutulması üçün Balakən rayon, Katex kəndi sitiqamətində getdik. Katex kəndi ərazisində olduğumuz zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng edərək, harada olması ilə bağlı danışması təklif edildi. Təqsirləndirilən şəxs1 istifadəsində olan 0-50-863- 14-15 saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan 0-55-400-04-05 saylı mobil nömrəyə zəng edərək, harada olmasını soruşduqda, Zaqatala rayonundan Katex kəndi istiqamətinə gəldiyini bildirmişdir (iş vərəqi 6). İş materiallarında olan Balakən RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 02 avqust 2020-ci il tarixli raportundan görünür ki, 02 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Balakən RPŞ-yə gətirilmişdir (iş vərəqi 33). İş materiallarında olan Balakən RPŞ-ninTB-nin təhqiqatçısı, polis kapitanı Natiq Muradov tərəfindən tərtib edilmiş 02 avqust 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 ona dövlət hesabına hüquqi yardımın göstərilməsi məqsədi ilə növbə ilə siyahıda qeyd edilən vəkillərdən X15 və X10 özünə müdafiəçi qismində seçmiş, ancaq, sonuncularla əlaqə saxlamaq mümkün olmadığı üçün sonda o, Zaqatala rayon Vəkil Bürosunun vəkili Tural İsayevin ona hüquqi yardım göstərməsini istəmişdir (Təqsirləndirilən şəxs2 Zaqatala rayon Vəkil Bürosunun vəkili Tural İsayevdən əvvəl vəkillərin siyahısının təqdim edilməsi və onun növbə ilə vəkillər X15 və X2 ilə bağlı cinayət işinin materiallarında sübut (protokol, siyahı, ərizə və s.) yoxdur.) Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin 03 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə cinayət işi başlanmışdır. İİİ.Hazırki cinayət işinin sübutlarının Təqsirləndirilən şəxs1 verilmiş ittihama münasibətdə qiymətləndirilməsi və onun barəsində məhkəmənin gəldiyi hüquqi nəticə Məhkəmə, Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tapılan heroini ona 150 manata satması və Təqsirləndirilən şəxs1 məhz Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni 150 manata alması sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni kimdən əldə etməsi müəyyən olunmamış qalmışdır. Bu hal isə Təqsirləndirilən şəxs1 ona istinad edilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini aradan qaldırmır. Belə ki, işdəki sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini qanunsuz yolla şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin İ siyahıda bu miqdar narkotik vasitə olan heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 1 (019)- 3/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 2 il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və onun məhkumluğunun ödənilməməsinə baxmayaraq, onun əməli cinayətin residivini yaratmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, Balakən Rayon Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasına baxmayaraq, onun bu cəzanı çəkən müddətdə yenidən qəsdən cinayət törətməsini, bununla da onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə tam uyğun olmaqla, ədalətlidir. İş materiallarından müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 1(019)-3/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 2 il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunan Balakən rayon İcra və Probasiya Şöbəsinin 07.07.2021-ci il tarixli, 428/3 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 1(019)-3/2020 saylı hökmünə əsasən 2 il 1 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs1 09.03.020-ci il tarixdə məhkum kimi Balakən rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına götürülmüşdür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 02 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, 04 avqust 2020-ci il tarixdə məhkəmə iclas zalına dərhal həbsdən azad olunmuşdur. Qeyd edilənlərdən müəyyən olunur ki, Alqayev X4 rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı 09.03.2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı 23 iyul 2021-ci il tarixədək Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 2 il 1 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının 1 il 4 ay 14 gününü çəkmişdir və onun həmin hökm üzrə çəkilməmiş qalan 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası vardır. İşin faktoloji hallarına istinad edən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli hökmlərin məcmusunu yaratdığından, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməli, bu zaman yeni hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli, 1(019)-3/2020 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 4 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 02 avqust 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etimə müddətinə bir gün bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Onun cəzasının əvvəli hazırki hökmün çıxarıldığı 23 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: ...68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2020-ci il tarixli, 878 nömrəli rəiynə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olduğunun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X16 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə bağlı 03.08.2020-ci il tarixli, 17/478 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,825 qramı məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 manatlıq pul əskinaslarından hazırlanmış 02 ədəd boruşəkilli bükülülər Təqsirləndirilən şəxs1 qaytarılmalı, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında telefon danışıq məlumatlarını əks etdirən CD diski, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 şəxsi axtarışının videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 avtomaşınına baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs1 evinə baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Şahid5 izahatı əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdriən 1 ədəd CD diski və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilməsini əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatda Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəməyədək icraat zamanı şübhəli və Təqsirləndirilən şəxs1 müdafiəsinə 28 saat vaxt sərf edilməsi göstərilmişdir. Məhkəmə həmin hesabatı iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, hesab edir ki, vəkil Müdafiəçi2 tərəfindən məhkəməyədək icraat zamanı şübhəli və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 28 saat vaxt sərf etməsi iş materialları ilə təsdiq olunmur və ağlabatan deyildir. Belə ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ilə əlaqədr keçirilən prosessual hərəkətlərin sayı bunu deməyə əsas vermir. Bu rəqəm şişirdilmişdir və reallığa uyğun gəlmir. Bu konteksdə məhkəmə hesab edir ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəməyədək icraat zamanı şübhəli və Təqsirləndirilən şəxs1 müdafiəsinə 10 saat vaxt sərf edilməsi ağlabatan və ədalətlidir. Məhkəmə şübhəli və təqsirləndirilən şəxcə məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımı məhz 10 saat həcmində qəbul edir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 müdafiəsinə 10 saat vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraati zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat olmaqla cəmi 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. İV.Təqsirləndirilən şəxs2 verilmiş ittihama münasibətdə sübutların qiymətləndirilməsi və onun barəsində gəlinən hüquqi nəticə Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Konstitusiyanın 61-ci maddəsinin İİİ hissəsinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Konstitusiyanın 63-cü maddəsinin İİ və İV hissələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 67-ci maddəsinin 1-ci hissəsinə əsasən səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunmuşdur: «Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz». Konstitusiyanın 127-ci maddəsinin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Konstitusiyanın 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya (Avropa Konvensiyası) Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz: …c) yarımbəndi: hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması… Avropa Konvensiyasının 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər həs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin «b» və «c» yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiəçidən pulsuz istifadə etmək hüquqlarına malikdir. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. C) Azərbaycan Respublikası CPM Azərbaycan Respublikası CPM-nin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 14.2-ci maddəsinə əsasən bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 14.4-cü maddəsinə əsasən hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüququ yardım almaq hüquqları bildirilməlidir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 19.4.1 və 19.4.2-ci maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 32.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nini 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «X1» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 147.1-ci maddəsinə əsasən cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: -cinayət törətməkdə şübhəli olan şəxsə (maddə 147.1.1); -ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə (maddə 147.1.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma (maddə 147.1.3). Azərbaycan Respublikası CPM-nin 147.2-ci maddəsinə əsasən tutulma aşağıdakı hallarda tətbiq edilir: -şəxsin cinayət törətməsinə şübhə yarandıqda (maddə 147.2.1); -bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda (maddə 147.2.2); -hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda (maddə 147.2.3). Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (Azərbaycan Respublikasının 04 noyabr 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası CPM-nə edilmiş dəyişikliyə görə) Azərbaycan Respublikası CPM-nin 148.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əmkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: -şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda (maddə 148.2.1); -zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə (maddə 148.2.2); -şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunları ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda (maddə 148.2.3); Azərbaycan Respublikası CPM-nin 148.3-cü maddəsinə əsasən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: -hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə (maddə 148.3.1); -daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda (maddə 148.3.2); -şəxsiyyəti müəyyən edilmədikdə (maddə 148.3.3). Azərbaycan Respublikası CPM-nin 148.4-cü maddəsinə əsasən bu Məcəllənin 148.1 və 148.2-ci madddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 153.2-ci maddəsinə əsasən tutulmuş şəxslərin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvafiq saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidir: -tutulmadan dərhal sonra tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək (maddə 153.2.1); -tutumuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək (maddə 153.2.2); -hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir) (maddə 153.2.3); -tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (maddə 153.2.4); -şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq (maddə 153.2.5); -tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq (maddə 153.2.6); -tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq (maddə 153.2.6). Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edilməsindən dərhal sonra aparılır. Azərbaycan Respublikası CPM-nin 242.1, 242.2 və 242.3-cü maddələrinə əsasən əldə edilmiş (mövcud sübutlar) və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər; axtarış həmçinin axtarışda olan şəxslərin, habelə heyvanların, insan meyitlərinin və ya heyvan cəsədlərinin aşkar edilməsi məqsədi ilə aparıla bilər; toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər. Azərbaycan Respublikası CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 243.3-cü maddəsinə əsasən təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini (maddə 243.3.1); -şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, həbsdən və ya azadlıqdan məhrum etmə yerlərindən qaçmış şəxsin yaşayış yerində gizləndiyini (maddə 243.3.2); -yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını (maddə 243.3.3); -yaşayış yerində insanın həyat və səhhəti üçün real təhlükə olduğunu (maddə 243.3.4). Azərbaycan Respublikası CPM-nin 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Azərbaycan Respublikası CPM-nin 244.1-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu arzusunu təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 244.6-cı maddəsinə əsasən barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstəntiqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydləri vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 245.2-ci maddəsinə əsasən axtarış və götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürməni apardığı şəxsi bu barədə qərarla tanış etməlidir. Azərbaycan Respublikası CPM-nin 245.6-245.8-ci maddələrinə əsasən götürmə apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməyi təklif edir, bundan imtina etdikdə isə götürməni məcburi aparır; axtarış apararkən müstəntiq qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədlərin könüllü surətdə verilməsini və gizlənən şəxsin yerinin göstərilməsini təklif edir. Əşya və sənədlər könüllü verildikə və ya gizlənən şəxsin yeri könüllü göstərildikdə, bu protokolda öz əksini tapmalıdır. Axtarılan əşya və sənədlər verilmədikdə və ya tam verilmədikdə, yaxud gizlənən şəxsin yeri göstərilmədikdə axtarış aparılır; axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Azərbaycan Respublikası CPM-nin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri bir qayda olaraq məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikası CPM-nin 246.2.1-246.2.3-cü maddələrinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə müstəntiq tərəfindən mütəxəssisin və barəsində şəxsi axtarış aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı ilə aparılır. Azərbaycan Respublikası CPM-nin 247.1.1, 247.1.4 və 247.1.6-cı maddələrinə əsasən axtarış və götürmə haqqında protokolda axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtı; barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun, hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 247.1.9-cu maddəsinə əsasən axtarış və götürmə aparılarkən müşahidə etmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri axtarış və ya götürmə protokolunda əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri (o cümlədən baxış, axtarış, götürmə) bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Azərbaycan Respublikası CPM-nin 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1- 177.3.5-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. «X1» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir; əməliyyat-axtarış fəaliyyətinin vəzifələri 1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; 2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; 3) cinayətləri hazırlayan, törədən, və ya törətmiş şəxslərin müəyyən edilməsi; 4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və 5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsidir. «X1» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin İİ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. «X1» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı 1) insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənefelərini təhlükə altına alan hərəkətlərə yol vermək; 2) hər hansı şəxsi qanun pozuntularına təhrik etmək; 3) zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətandaşların hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər qanunsuz tədbirlərə əl atmaq; 4) səlahiyyətlərindən kənara çıxan tədbirləri həyata keçirmək qadağan olunur. «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinin subyektləri bu qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaq asma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. Bu maddənin İ hissəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Bu maddənin İ hissəsinin 3-5,8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişləri yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiya çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş cəzaçəkmə müəssisəsindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Bu maddənin İİİ hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. «X1» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektlərində bu maddədə nəzərdə tutulmuş səbəblər və əsaslar olmalıdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçriliməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar; 4) əməliyyat-axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar. «X1» Azərbaycan Respublikası Qanununun 19-1-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. «X1» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İV hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil deyil. V.Avropa Konvensiyasının 6-cı maddəsinin iddia edilən pozuntusu 1.Tərəflərin gətirdiyi əsaslar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, 28 iyul 2020-ci il tarixdə ondan tapılan təmiz çəkisi ekspert rəyinə görə 1,875 qram olmuş heroinin özünə məxsus olduğunu, lakin, həmin narkotik vasitəni iş üzrə digər Təqsirləndirilən şəxs2 almadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ümumiyyətlə heç kimə, o cümlədən, iş üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmişdir. 2.İttiham tərəfi təqsirləndirilən şəxslərin həqiqətə uyğun ifadə vermədiyini, hər iki şəxsə elan edilmiş ittihamın əsaslı olduğunu və iş üzrə sübutların qanuni yolla əldə edildiyini bildirmişdir. Vİ. Məhkəmənin Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə qeyd edir ki, baxılan işdə Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində ədalətli məhkəmə araşdırmasına olan hüququnun pozulması haqqında məsələ qaldırıldığından və bu, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın heç bir mötəbər subuta istinad edilmədən əsaslandırılması səbəbindən və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, məhkəmə bu məsələnin həlli ilə bağlı Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı (22062/07 nömrəli iş üzrə 10 aprel 2014-cü il tarixli qərar) və Sakit Zayidov Azərbaycana qarşı (51164/07 nömrəli iş üzrə 12 noyabr 2015-ci il tarixli qərar) presedentlərinə istinad etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dar cinayət işi ilə Tacir Layıcov və Sakit Zayidovun işləri arasında olan oxşarlıq həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. Tacir Layıcov Azərbaycana qarşı olan iş İşin qısa məzmunu Ərizəçinin həbsi və barəsindəki ibtidai istintaq N.V və H.M polisə ərizəçinin narkotik alverçisi olması və onlara narkotik maddələr satmaq istəməsini bildirmələrindən sonra 2005-ci il 16 martda ərizəçinin həbsi üçün əməliyyat tədbiri hazırlanmışdır. 2005-ci il 17 martda, təxminən saat 16.00 radələrində ərizəçi benzin doldurmaq üçün Balakəndəki yanacaqdoldurma məntəqəsində dayanmışdır. Həmin vaxt ona mülki geyimdə olan bir neçə polis işçisi yaxınlaşmışdır. Ərizəçinin sözlərinə görə, polis işçiləri onu avtomobilindən çıxarmış və döyməyə, yumruq və ayaqla zərbələr edirməyə, dəyənəklə vurmağa başlamışlar. Sonra o, huşunu itirmişdir. Özünə gələndə o, yuxarıda qeyd edilən polis işçiləri ilə birlikdə hərəkətdə olan avtomobilin arxa oturacağında olduğunu görmüşdür. Ərizəçinin sözlərinə görə, arxa oturacaqda onun hər iki tərəfində oturmuş iki polis əməkdaşından biri gizlicə şalvarının sağ cibinə nə isə qoymuşdur. Ərizəçi onu dayandırmaq istəmiş, lakin polis işçisi onun baş nahiyyəsinə yumruqla və tapançanın arxa hissəsi ilə vurmuş və o, yenidən huşunu itirmişdir. Onu Zaqatala Rayon Polis Şöbəsinə aparmışlar. Ərizəçinin sözlərinə görə, onu Zaqatala Rayon Polis Şöbəsində dəfələrlə döyüblər. Polis şöbəsində ərizəçinin və onun avtomobilinin üzərində axtarış aparılmışdır. Axtarış protokoluna görə axtarış 2005-ci il 17 martda, saat 16.30-da ərizəçinin, polis əməkdaşlarının və iki hal şahidinin iştirakı ilə həyata keçirilmişdir. Protokoldan göründüyü kimi, ərizəçi vəkillə təmin olunmamışdır. Axtarış zamanı onun maşınında və üzərində narkotik maddə (həşiş mənşəli) aşkar edilmişdir. Ərizəçi narkotikin ona məxsus olmadığını və gizli şəkildə cibinə qoyulduğunu iddia etmişdir. O, axtarış protokolunu imzalamaqdan imtina etmişdir. Ərizəçinin sözlərinə görə, axtarış prosesi lentə alınmışdır və lent yazısı onun bədənində pis rəftarın izlərinin olmasını üzə çıxarırdı. 2005ci il 18 martda, saat 19 radələrində polis müstəntiqi ərizəçi barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2005-ci il 17 martda deyil, 18 martda tutulduğu göstərilmişdir. Ərizəçi protokolu imzalamaqdan imtina etmişdir. 2005-ci il 18 martda dəqiq məlum olmayan saatda müstəntiq ərizəçiyə onu təmsil edə biləcək Zaqatala Vəkillər Assosiyasiyasının dörd vəkili barədə məlumat vermişdir. Ərizəçi onlardan heç birini seçməmiş və müdafiəsini özünün aparacağını bildirmişdir. Lakin o, hüquqi yardımdan imtina etməsi barədə sənədə imza etməkdən imtina etmişdir. 2005-ci il 20 martda Zaqatala Rayon Məhkəməsi ərizəçi barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi və həbs müddətinin 2005-ci il 18 martdan hesablanması barədə qərar qəbul etmişdir. Həmin gün Zaqatala Rayon Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin məhkəmə-tibb eksperti ərizəçini müayinə etmişdir. Məhkəmə-tibb ekspertinin rəyinə görə ərizəçi 2005-ci il 17 martda polis tərəfindən pis rəftara məruz qaldığını bildirmişdir. Ekspert onun boyun nahiyyəsində oval formalı qançır izi olduğunu müəyyənləşdirmişdir. Dindirmə dövründə vaxtı dəqiq olmayan tarixdə ərizəçi müstəntiqə avtomobilində bıçağın olduğunu bildirmişdir. O, bununla bağlı qeyd etmişdir ki, polis 2005-ci il 17 martda onun avtomobilində «əsl» axtarış həyata keçirməmiş və yalnız orada özləri tərəfindən gizlədilmiş narkotik maddə aşkarlanmışdır. Belə olmasaydı, onlar bıçağı da tapardılar. Ərizəçinin dindirilməsindən sonra 2005-ci il 25 martda onun avtomobilində yenidən axtarış aparılmış və bıçaq aşkar edilmişdir. 2005-ci il 14 iyunda Zaqatala Rayon Polis Şöbəsinin müstəntiqi sübutların qiymətləndirilməsi barədə qərar qəbul etmişdir. Qərardan göründüyü kimi, ərizəçinin üzərində həmçinin məhkəmə-tibb narkoloji eksperti tərəfindən müayinə aparılmış və o, ərizəçinin narkotik maddələrdən istifadə etmədiyi, narkotik aludəçisi olmadığını müəyyən etmişdir. 2005-ci il 25 iyunda tərtib edilmiş ittiham aktına görə ərizəçiyə o cümlədən Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdür. Qərarda daha sonra T.Layıcovun işinə ölkədaxili müxtəlif məhkəmələrdə baxılması, lakin onun ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə bağlı şikayətlərinə həmin məhkəmələrdə baxılmaması qeyd edilmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əmələ etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyn etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözügedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmamasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə gilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». Sakit Zayidov Azərbaycana qarşı iş. İşin qısa məzmunu-faktlar Həmin iş üzrə müəyyyən olunmuş hallarından görünür ki, S.Zayidov 23 iyun 2006-cı il tarixdə, saat 19-da polis əməkdaşları tərəfindən tutulmuş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Onun üzərində axtarış 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də aparılmışdır. Ərizəçi üstündə tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoylmasını, bu sübutun məhkum edilməsi üçün yeganə sübut olmasını və onun qanunsuz yolla əldə edilməsini, lakin ölkə məhkəmələri tərəfindən buna qiymət verilməməsini və bununla da onun Avropa Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasını bildirmişdir. Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız 23 iyun 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış 23 iyun 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu 23 iyun 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, 23 iyun 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Vİİ.Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə presedentlərinin hazırki işə tətbiqi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 münasibətdə işin hallarının milli və beynəlxalq qanunvericiliyin və həmin presedentlərin tələbinə əsasən qiymətləndirilməsi İlk əvvəl məhkəmə onu qeyd edir ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Belə ki, Salduz Türkiyəyə qarşı işdə (27 noyabr 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti»ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyəqədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Təqsirləndirilən şəxs2 münasibətdə işin hallarına Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin, Avropa Məhkəməsinin həmin maddələrin tətbiqi üzrə presedentlərində, o cümlədən «Tacir Layicov Azərbaycana qarşı» və «Zakit Zayidov Azərbaycana qarşı» qərarlarında formalaşdırdığı hüquqi mövqenin və Azərbaycan Respublikasının yuxarıda istinad olunan qanunvericilik aktlarının işığında hüquqi qiymət verən məhkəmə qeyd edir ki, bu işdə bir sıra çatışmazlıqlar və qanun pozuntuları olmuş və bunlar ittiham tərəfindən irəli sürülmüş sübutların mötəbərliyinə əsaslı kölgə salmışdır. Belə ki, məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 verilmiş ittihamın əsaslı olması ilə razılaşır və hesab edir ki, onun barəsində təqsirləndirldiyi maddəyə müvafiq olaraq ittiham hökmü çıxarılmalıdır. Lakin Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə ittiham tərəfinin gəldiyi nəticə ilə razılaşmır və onun elan edilmiş ittiham üzrə təqsirli bilinməsi üçün ittiham tərəfinin sübutlarını mötəbər hesab etmir. Belə ki, iş materiallarından görünür ki, ittihama görə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə kifayət qədər ilkin sübutlar olduğu hesab edildiyi təqdirdə şübhəli şəxs qismində təhqiqat və istintaq orqanına çağrışı vərəqəsi, teleqram, telefonoqram və ya faksoqram vasitəsilə çağrılmamış, gəlmədiyi təqdirdə onun barəsində məcburi gətirmə qərarı verilməmişdir. Qanun norması ancaq cinayət prosesi sübyektlərinin göstərilən vasitələrlə cinayət prosesini həyata keçirən orqana çağrılmasını, gəlmədiyi təqdirdə onların məcburi gətirilməli olmasını təsbit edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 226.1-ci maddəsinə əsasən şahid, zərərçəkmiş şəxs, şübhəli, təqsirləndirilən şəxs və başqa şəxslər müstəntiqin yanına şəxsən, özləri olmadıqda isə onların yetkinlik yaşına çatmış ailə üzvlərindən, qonşulardan, mənzil-istismar təşkilatının nümayəndələrindən birinə və ya onların iş, yaxud təhsil yeri üzrə verilən çağırış vərəqəsi ilə çağrılırlar. Onlar həmçinin teleqram, telefonoqram, faksoqram vasitəsilə çağrıla bilər. Azərbaycan Respublikası CPM-nin 178.1-ci maddəsinə əsasən məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanını məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədikdə; cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda; cinayət prosesini həyata keçirən orqandan gizləndikdə; daimi yaşayış yeri olmaqıda cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağrılan şəxs haqqında məcburi gətirilmə tətbiq edilə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı heç bir əməliyyat-axtarış tədbirləri; onun izlənilməsi, telefon danışıqlarına qulaq asılması, telefon danışıq məlumatlarının götürülməsi, videomüşahidə kamerasından istifadə edilməsi, onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olmasına dair videoçəkilişlər həyata keçirilmədən, bunu görən şahidlərin ifadələri alınmadan və sair ilkin sübutlar toplanılmadan, hətta barəsində əməliyyat-qeydiyyat işi açılmadan o, tutulmuş və onun prosessual hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində şəxsin mücərrəd əməliyyat məlumatı əsasında tutulması nəzərdə tutulmamışdır. Avropa Konvensiyasının 5ci maddəsində tutulmanın əsası kimi göstərilən və Azərbaycan Respublikası üçün mütləq olan əsaslarda da mücərrəd əməliyyat məlumatı əsasında şəxsin tutulması qeyd olunmamışdır. Şübhəsizdir ki, qanuni əsaslar olmadan şəxsin tutulması Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin və Azərbaycan Respublikası CPM-nin 147 və 148-ci maddələrinin kobud pozuntusudur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 02 avqust 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs kimi tutulması üçün əsas iş üzrə digər təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri olmuşdur. Hansı ki, iş üzrə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində qeyd olunan halları təkzib edərək, onda aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 almadığını bildirmişdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə bu xüsusda onu da bildirir ki, Təqsirləndirilən şəxs2 və iş üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 heç bir qanuni əsas olmadan Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən saxlanılaraq, Balakən RPŞ-nin inzibati binasına gətirilmişdir. Belə ki, iş materiallarından və Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2n ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı vermiş olduğu ifadəsindən də göründüyü kimi heç bir rəsmi göstəriş və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı olmadan özbaşına şəkildə Təqsirləndirilən şəxs2 və iş üzrə digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Murzuəli oğlunu güdmüş və daha sonra onları saxlayaraq, zorla Balakən Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Halbuki “X1” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, əməliyyat- axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər: 1) vətəndaşların sorğusu; 2) soraqlaşma; 3) telefon danışıqlarına qulaqasma; 4) poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 5) texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması; 6) məhkumların məktublarının yoxlanılması; 7) nəqliyyat vasitələrinə baxış keçirilməsi; 8) binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə; 9) binaların, o cümlədən yaşayış binalarının, habelə digər qapalı tikililərin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi; 10) insanların güdülməsi; 11) şəxsiyyətin eyniləşdirilməsi; 12) nəzarət qaydasında mal alınması; 13) əşya və sənədlərin tədqiqi; 14) müqayisəli tədqiq üçün nümunələrin toplanılması; 15) nəzarətli göndəriş; 16) cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi; 17) hüquqi şəxsin yaradılması; 18) əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi. “X1”Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin İİİ hissəsində də göstərilir ki, bu maddənin İ hissəsinin 3-5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu Qanunun 1 -ci maddəsində nəzərdə tutulmuş məqsədlərə başqa yolla nail ola bilmədikdə məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilə bilər. Həmin maddənin İV hissəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2)cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. “X1”Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər. “X1”Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İİ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır. “X1”Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8 və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri-mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İİ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyatqeydiyyat işi aparılmalıdır. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İV hissəsində qeyd olunur ki, əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. “X1”Azərbaycan Respublikasının Qanununun 16-ci maddəsinin İ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “X1”Azərbaycan Respublikasının Qanununun 16-ci maddəsinin İİ hissəsində qeyd olunur ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İİİ hissəsində qeyd olunur ki, şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir. “X1”Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin İV hissəsində qeyd olunur ki, bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikasının CPM-nin 445.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: 445.1.1. telefon danışıqlarına qulaqasma; 445.1.2. poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; 445.1.3. texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; 445.1.4. binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; 445.1.5. texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; 445.1.6. insanların güdülməsi. Azərbaycan Respublikasının CPM-nin 445.2-ci maddəsinə əsasən, «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 302.1-ci maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda— iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin iş materiallarında İ cild 36-cı səhifədə olan 02 avqust 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 ona təqdim etdiyi ona dövlət hesabına hüquqi yardımın göstərilməsi məqsədi ilə siyahıda qeyd edilən vəkillər X15 və X10 özünə müdafiəçi qismində seçmiş, ancaq, onlarla əlaqə saxlamaq mümkün olmadığı üçün sonda o, Zaqatala rayon Vəkil Bürosunun vəkili Tural İsayevin ona hüquqi yardım göstərməsini istəmişdir. Lakin qeyd olunan hallarla bağlı, yəni Təqsirləndirilən şəxs2 Zaqatala rayon Vəkil Bürosunun vəkili Tural İsayevdən əvvəl vəkillərin siyahısının təqdim edilməsi və onun növbə ilə vəkillər X15 və X2 ilə bağlı cinayət işinin materiallarında heç bir sübut (protokol, siyahı, ərizə və s.) yoxdur. Təqsirləndirilən şəxs2 isə iddia edir ki, həmin müddətdə (saat 19:35 - 02-15; 6 saatdan çox) o, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-insani rəftara və işgəncəyə məruz qalmışdır. Bundan başqa iş materiallarında İ cild 76-88-ci səhifələrdə olan 03 avqust 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokol və ona əlavələrdən da göründüyü kimi, Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı X3 Elvar Afaq oğluna aid olduğunu iddia etdiyi telefona daxil olmuş və həmin telefona olan “WHATSAPP” programından çıxarışlar etmişdir. Bu xüsusda ilk olaraq qeyd edilməlidir ki, iş materiallarında İ cild 49-50-ci həhifədə olan 03 avqust 2020-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokoldan da göründüyü kimi, Təqsirləndirilən şəxs2 üzərində mobil telefonu olmamışdır. Onda belə bir sual yaranır: Həmin baxış kimə məxsus telefona keçirilmişdir? İkincisi isə, qeyd olunan telefon hətta Təqsirləndirilən şəxs2 məxsus olmuş olsa idi belə, “X1” Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə və Cinayət Prosessual Məcəlləsinin 445.1.3-cü maddəsinə əsasən məhkəmənin qərarı və ya əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həmin məlumatlar qeyd olunan texniki vasitələrdən çıxarıla bilərdi. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən, əlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.5. cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; 125.2.6. cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; 125.2.9. məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; 125.2.10. müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmçinin iş materiallarında İ cild 152-ci səhifədə olan 04 avqust 2020-ci il tarixli “İstintaq hərəkətlərində iştirak etməkdən imtina barədə” protokolda qeyd olunmuşdur ki, vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 iştirak etdiyi dindirmə və üzləşdirmə istintaq hərəkətlərində iştirakdan imtina edərək, Balakən RPŞ-nin inzibati binasını tərk edərək getmişdir. Halbuki iş materiallarında olan ərizədən də göründüyü kimi, Təqsirləndirilən şəxs2 hüquqları izah olunmuş və sonuncu Azərbaycan Respublikası CPM-nin 90.7.10 və 90.7.14-cü, həmçinin həmin Məcəllənin 91.5.10 və 91.5.14-cü maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirmə və üzləşdirmə istintaq hərəkələtində iştirakdan imtina etmiş və bu barədə ibtidai istintaq orqanına rəsmi olaraq yazılı ərizə təqdim etmişdir. Lakin Təqsirləndirilən şəxs2 daha sonradan, iş üzrə cinayət təqibini həyata keçirən Balakən RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Natiq Hacıyev tərəfindən müdafiəçinin iştirakı olmadan dindirilmiş və üzləşdilmişdir. İş materiallarından görünür ki, o, heç bir ifadə verməmiş və müvafiq olaraq üzləşdirmə və dindirmə istintaq hərəkətlərinin protokollarını imza etməmişdir. Qeyd olunan hallar iş materiallarında İ cild 153-158-ci səhifələrdə olan 04 avqust 2020-ci il tarixli dindirmə və üzləşdirmə haqqında protokollarla tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 90.7.10-ci maddəsinə əsasən, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 90.7.14-cü maddəsinə əsasən, tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan şübhəli şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, yaxud bu Məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 91.5.10-cu maddəsinə əsasən, təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 91.5.14-cü maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, həmin hərəkətlərdə iştirakdan imtina etmək hüququna malikdir. Bununla yanaşı, Azərbaycan Respublikası CPM-nin 92.10-cu maddəsinə əsasən, müdafiəçiyə aşağıdakılar qadağan olunur: 92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq; 92.10.3. özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan məsələlərlə bağlı müdafiə tərəfi ibtidai istintaq orqanı qarşısında vəsatət qaldırmış və iş üzrə cinayət təqibini həyata keçirmiş müstəntiqin 25 noyabr 2020-ci il tarixli “Vəsatətə baxılması haqqında” qərarına əsasən vəsatət rədd edilsə də, İ cild 76-88-ci səhifələrdə olan 03 avqust 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokola və ona əlavələrə və İ cild 153-158-ci səhifələrdə olan 04 avqust 2020-ci il tarixli dindirmə və üzləşdirmə haqqında protokollara sübut qismində istinad edilmədiyi bildirilmişdir. Digər tərəfdən məhkəmə istintaqa zamanı ifadə vermiş iş üzrə digər Təqsirləndirilən şəxs1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, üzərində aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamışdır. İbtidai isitintaq zamanı məcbur edilmişdir ki, üzərində aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirsin. O da öz növbəsində məcburiyyət qaşısında üzərində aşkarlanmış narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında olan iyun 2020-ci il tarixdə olan yazışmalar və toyuq alış-verişi ilə bağlıdır. Belə ki, Təqsirləndirilən şəxs2 işlədiyi müəssisənin Balakən rayonu ərazisində toyuq ferması var və o, mütəmadi olaraq həmin fermadan nisyə toyuq almışdır. Həmin vaxt da fermaya 500 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs2 isə toyuqları öz adıyla fermadan çıxardığı üçün məcburən Təqsirləndirilən şəxs1 borcun ödənilməsi ilə bağlı mesajlar yazmışdır. İttiham tərəfi bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşin bu halı onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 həmin günlərdə Təqsirləndirilən şəxs2 500 manat borcu olduğu və qaytara bilmədiyi halda ona 150 manat pul verib narkotik alması özündə əsaslı şübhənin yaranmasına səbəb olur. Qeyd olunan yazışmalar məhkəmə istintaq zamanı da tədqiq edilmiş və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında yazışmalarda Təqsirləndirilən şəxs2 borcun qaytarılmasını Təqsirləndirilən şəxs1 tələb edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda Təqsirləndirilən şəxs2 28 iyun 2020-ci il tarixdə saat 17:00 radələrində Balakən rayonu, Qazbinə kəndi ərazisində Təqsirləndirilən şəxs1 150 manat məbləğində 1,875 qram narkotik vasitə olan heroini satması göstərilir. Cinayət işinin materiallarına əlavə edilmiş, “Azərcell” mobil operatorlarından götürülmüş anten dairəsinə dair məlumatlardan (2-ci cild danışıqların 2-ci diskində səh.2539-2546) göründüyü kimi Təqsirləndirilən şəxs2 ümumiyyətlə 28 iyun 2020-ci il tarixdə saat 17:00 radələrində Balakən rayonu Qazbinə kəndi ərazisində olmamışdır. Anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs2 həmin vaxt Zaqatala rayonu ərazisində olmuşdur. Deməli, bu anten məlumatları ilə Təqsirləndirilən şəxs2 28 iyun 2020-ci il tarixdə, saat 17:00 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində Təqsirləndirilən şəxs1 150 manata 1,875 qram narkotik vasitə olan heroini satması tamamilə təkzib olunur. İttiham tərəfindən də bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 02 avqust 2020-ci il tarixdə, saat 19:35 radələrində tutulan zaman müdafiəçi ilə təmin olunmamışdır. Təqsirləndirilən şəxsin faktiki tutulan zaman müdafiəçi ilə təmin olunmasının zəruriliyi onun prosessual hüquqlarının təmin edilməsi zərurəti ilə də şərtlənir. Belə ki, ədalət mühakiməsinin maraqları birbaşa tələb edirdi ki, təqsirləndirilən şəxs tutularkən müdafiəçi ilə təmin olunsun. İş materiallarından birmənalı görünür ki, 02 avqust 2020-ci il tarixdə tutulan zaman təqsirləndirilən şəxsin hansı prosessual statusda (şübhəli şəxs qismində) olması, həmçinin bu statusda hüquq və vəzifələri ona izah edilməmiş, bu hüquqlarının, o cümlədən müdafiə hüquqlarının həyata keçirilməsinə şərait yaradılmamış, tutulan zaman onun müdafiəçisi iştirak etməmişdir. Bununla da təqsirləndirilən şəxsə həmin vaxt müdafiəçisi ilə təklikdə konfidensial ünsiyyət saxlamaq və öz müdafiəsini hazırlmaq imkanı verilməmiş, ona prosessual hüquqları izah edilməmiş, tutulmasının səbəbləri və əsasları izah edilməmişdir. Bu halların özü birbaşa sübut edir ki, ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs2 ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Mayzit Rusiyaya qarşı işdə (20 yanvar 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 «c» yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Bulut Avstriyaya qarşı (22 fevral 1996-cı il tarixli iş üzrə qərar), həmçinin Popov Rusiyaya qarşı (13 sentyabr 2006-cı il tarixli iş üzrə qərar) işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Puatrimol Fransaya qarşı işdə (23 noyabr 1993-cü il tarixli qərar) Avropa Məhkəməsi öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edir. Avropa Məhkəməsi Psalnikov Rusiyaya qarşı işdə (24 sentyabr 2009-cu il tarixli qərar) nəzərə çatdırmışdır ki, tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartlarının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir. «Dayanan» Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin 13.10.2009-cu il tarixli qərarında göstərilir ki, məhkəmənin qəbul etdiyi və özünün presedent hüququnun əsaslandığı hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının vurğuladığı kimi, təqsirləndirilən şəxs məruz qaldığı dindirmələrdən asılı olmadan, tutulduğu andan vəkilin yardımından istifadə edə bilməlidir. Həqiqətən prosesin ədalətliliyi tələb edir ki, təqsirləndirilən şəxs məsələyə xas olan bütün geniş imkanlardan istifadə edə bilsin. Bununla bağlı işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirmələrin hazırlanması, narahatlıq içində olan təqsirləndirilən şəxsə dəstək olması və həbsin şərtlərinə nəzarət olunması vəkilin sərbəst keçirməli olduğu müdafiənin fundamental elementlərini təşkil edir. Digər tərəfdən, iş materiallarının hüquqi qiymətləndirilməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulma zamanı da onların yuxarıda göstərilən prosessual hüquqları kobud şəkildə pozulmuşdur. Halbuki qeyd edilən hüquqlara təminat verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 63 və 67-ci maddələrinin, Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin və Azərbaycan Respublikası CPM-nin 147-148 və 153-cü maddələrinin birbaşa tələbidir. Məhkəmə daxili qanunvericiliyə istinad edərək, onu da bildirir ki, «X1» Qanunda əməliyyat-axtarış tədbiri və onun nəticəsi kimi şəxsin şübhəli şəxs qismində tutulması nəzərdə tutulmamışdır. Məhkəmə bir daha qeyd edir ki, faktiki tutularkən, həmçinin üstündə axtarış aparılan zaman müdafiə hüquqları təmin edilməməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran, onların tutulmasını həyata keçirən, işləri barəsində təhqiqat və istintaqı həyata keçirən orqana müqayisədə olduqca əlverişsiz vəziyyətə salınmışlar. Ədalət mühakiməsinin maraqları tələb edirdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz tutulduğu andan müdafiəçi ilə təmin olunsun və prosessual hüquqlarının pozulması hallarına imkan verilməsin. Məhkəmə iclasında verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 onda aşkar olunan narkottiik vasitəni Təqsirləndirilən şəxs2 almadığını və həmin vaxt Təqsirləndirilən şəxs2la görüşmədiyini bildirmişdir. Eyni zamanda şahidlər Şahid5 və Şahid6 məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 tərəfindən hansısa narkotik vasitəni Təqsirləndirilən şəxs1 satmadığını görmədiklərini və eşitmədiklərini bildirmişlər. Həmin şahidlər ibtidai istintaqda verdiyi ifadələrində də Təqsirləndirilən şəxs2 tərəfindən hansısa narkotik vasitəni Təqsirləndirilən şəxs1 hansısa qiymətə satmadığını görmədiklərini göstərimşlər, yəni həmin şahidlər tərəfindən ittiham tərəfindən irəli sürülən bu hal təsdiq olunmur. İşdə olan anten məlumatlarından da görünür ki, ittihamın istinad etdiyi 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs2 narkotik vasitənin satıldığı ehtimal olunan yerdə-Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində olmamış, Zaqata rayonu ərazisində olmuşdur. Deməli, ittihama görə Təqsirləndirilən şəxs2 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində sözügedən 1,875 qramdan artıq çəkidə narkotik vasitə olan heroini Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində Təqsirləndirilən şəxs1 sata bilməzdi və ittiham tərəfindən də bu halı təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə ittiham tərəfindən ittihamın vaxtı və yerini təsdiq edən heç bir mötəbər sübuta istinad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayounun Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində Təqsirləndirilən şəxs2 150 manata 1,875 qram narkotik vasitə heroin alması barədə ibtidai araşdırmada verdiyi izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, onlar arasında üzləşdirmə zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 verilən ittihamla bağlı mötəbər sübut kimi qəbul etmir. Məhkəmə hesab ediri ki, təqsirləndirilən şəxslər arasında telefon danışıq məlumatları və sms mətnləri də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayounun Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində 150 manata 1,875 qram narkotik vasitə heroin satmasını təsdiq etmir. Belə ki, qeyd edildiyi kimi, həmin məlumatlar Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 toyuq-cücə alqı-satqısından yaranmış borcla, ümumiyyətlə borcla bağlı olmuşdur və hər iki təqsirləndirilən şəxs də məhkəmədə bu faktı təsdiq etmişlər. İttiham orqanı isə bunun əksini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin ittihamın ehtimal etdiyi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitənin alınma qiyməti göstərilən 150 manat pul maddi sübut kimi əldə edilməmiş, bu 150 manatın hansı məbləğli pul əskinaslarından ibarət olması barədə (ümumməlum faktdır ki, Azərbaycan Respublikasında 150 manatlıq vahid pul əskinası yoxdur) Təqsirləndirilən şəxs1 hər hansı ifadə alınmamış və digər sübutlar əldə edilməmiş, Təqsirləndirilən şəxs2 üstündə, avtomaşınında və evində axtarış aparılarkən nə ehtimal edilən həmin 150 manat pul, nə də hər hansı narkotik vasitə və onun izlərini göstərən heç bir maddə, bununla əlaqədar Təqsirləndirilən şəxs2la hansısa istehlakçı arasında qabaqcadan razılığın əldə edilməsi barədə hər hansı mötəbər sübut əldə olunmamış, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması və ya satış məqsədilə narkotik vasitələri saxlaması barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Hətta Təqsirləndirilən şəxs2 elektron tərəzi tapılsa da, həmin tərəzidə olan narkotik hissəciklərinin Təqsirləndirilən şəxs1 tapılan heroinlə eyni olması və məhz Təqsirləndirilən şəxs1 tapılan narkotik vasitənin həmin tərəzidə çəkilməklə ona satılması barədə işdə heç bir mötəbər sübut-ekspertiza rəyi və sair sübut yoxdur. Eyni zamanda ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması və ya bu vasitələri satış məqsədilə üstündə və ya evində saxlaması barədə hər hansı əməliyyat məlumatı, bu məlumatı təsdiq edən əməliyat-axtarış fəaliyyətini həyata keçirən orqanının qərarı, ibtidai istintaq orqanının qərarı, məhkəmə hökmü və hər hansı fakt məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması, kimdənsə satıq məqsədi və tamah niyyəti ilə ümumi təmiz çəkisi 1,875 qram olması göstərilən heroini satış məqsədi ilə əldə etməsi və onun Təqsirləndirilən şəxs1 150 manat müqabilində narkotik vasitə satması barədə heç bir mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı verdiyi ifadəsində, həm də məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, heç kimə, o cümlədən Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 guya onun istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,875 qram olan narkotik vasitə heroin alması və onu 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində 150 manata Təqsirləndirilən şəxs1 satması barədə ittiham heç bir mötəbər sübuta istinad edilmədən, yalnız mülahizələrə əsaslanmaqla verilmişdir ki, bu da təqsirləndirilən şəxsin hüquqlarının kobud pozuntusudur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 guya istintaqa məlum olmayan mənbədən və vaxtda qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,875 qram olan narkotik vasitə heroin alması və onu 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində 150 manata Təqsirləndirilən şəxs1 satması əsaslı şübhələr yaradır ki, ittiham tərəfindən də bu əsaslı şübhələri aradan qaldıran hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Qanuna görə ittiham tərəfindən mötəbər sübutlar təqdim edilməklə aradan qaldırıla bilməyən əsaslı şübhələr isə təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Ona görə də məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 verilən ittiham üzrə yaranan və ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələr Təqsirləndirilən şəxs2 xeyrinə həll olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə verilən ittiham mötəbər sübutlara deyil, sırf ehtimallara əsaslanmışdır ki, həmin ehtimallar əsasında da o, ona istinad olunan cinayət əməlinin törədilməsində təqsirli sayıla bilməz. Qanun bunu birmənalı şəkildə qadağan edir (yuxarıda bununla bağlı Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1, 124.2.2, 124.2.3, 124.2.4 və 124.2.5-ci maddələrinə istinad edilmişdir). Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nn 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Hazırkı iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 bir sıra konstitusion hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə (yuxarıda istinad olunan Konstitusiyanın 25, 61 -ci maddəsinin 3-cü hissəsi, 67-ci maddənin 1 -ci hissəsi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası CPM-nin 19.1,19.4.1 və 19.4.2-ci maddələrinin pozuntusu və s), ona qarşı sübutlar qanunsuz yolla əldə edilmişdir. İşin hallarına hüquqi qiymət verən məhkəmə Azərbaycan Respublikası CPM-nin 9.2,125.2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə istinad edərək, birmənalı nəticəyə gəlir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilmədiyindən, 18 may 2020-ci il tarixli şəxsi axtarış protokolları (3 ədəd), 18 may 2020-ci il tarixli şəxsi axtarış keçirmə haqqında videogörüntülər (CD diskləri), maddi sübutlar CM-nin 234.2-ci maddəsilə verilən ittihamın həqiqiliyini şübhə altına almaqla, həmin prosessual hərəkətlər və ona əsaslanan istintaq hərəkəti protokolları, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və bununla bağlı həyata keçirən digər istintaq hərəkətlərinin nəticələri mötəbər sübut kimi qəbul edilməməlidir və edilmir. Deveyer Belçikaya qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ittiham-fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. X7rşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, azadlıqdan məhrum edilmə riski mövcud olduqda ədalət mühakiməsinin maraqları prinsip etibarı ilə müdafiəçi ilə təmsil olunmaq hüququnu nəzərdə tutur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlər də X26 barəsində əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı qrupa salınmış, onun tutulmasını həyata keçirən, sonra isə şəxsi axtarışda iştirakı qeyd edilən polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4dur. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. İlk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyat-axtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən halla-Təqsirləndirilən şəxs1 ibtidai istintaqda onun üstündə çıxan narkotik vasitənin ona Təqsirləndirilən şəxs2 tərəfindən satılmasını bildirməsi və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təkzib etdiyi hal ilə bağlı olmuşdur. Həmin şahidlər bu hal olmadığı şəraitdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməsi və ya onu hazırlanması barədə hər hansı fakta malik olmadıqlarını bildirmişlər. İş materiallarında da bu hal olmadığı şəraitidə bu şahidlərin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və ya ona hazırlaması barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, Şahid1, Şahid2, Şahid3 və Məmmədov X5 Elvar Afaq oğlunun narkotik vasitələrin satışı ilə məşğul olmasını görməmiş, həmçinin verilən ittihama görə 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində Təqsirləndirilən şəxs2 150 manata Təqsirləndirilən şəxs1 ümumi təmiz çəkisi 1,875 qram olan narkotik vasitə heroini satmasını görməmiş və bu halın mövcudluğunun şahidi olmamışlar. Həmin şahidlər Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı onun sözlərindən guya Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 150 manata narkotik vasitə satması barədə ifadələr vermişlər. Həmin şəxsi axtarış zamanı verilən bu məlumatın mənbəyi olan Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində bu məlumatın həqiqətə uyğun olmadığını bildirmişdir, həmçinin o, sağ-salamatdır və ona görə də qanuna görə ibtidai araşdırma zamanı onun sözlərindən verilən məlumata istinad edilən şahid ifadələri sübut kimi istifadə oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən o cümlədən cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ibtidai istintaqda və məhkəmə istintaqı zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə verilən ittiham üzrə təqsirli bilinməsi üçün mötəbər sübutlar kimi qəbul etmir. Vanyan Rusiyaya qarşı işdə (15 dekabr 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işinin qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Həmçinin məhkəmə materialların məhkəmə ekspertizasının 03 avqust 2020-ci il tarixli 17/478 nömrəli rəyini və materialların məhkəmə ekspertizasının 18 avqust 2020-ci il tarixli, 17/494 nömrəli rəyini də Təqsirləndirilən şəxs2 verilən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, həmin ekspertiza rəyləri verilən ittihama görə 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsi ərazisində Təqsirləndirilən şəxs2 150 manata Təqsirləndirilən şəxs1 çəkisi 1,875 qram olan narkotik vasitə heroini satmasını qeyd etmir və bunu sübut etmir. Digər tərəfdən, həmin ekspertiza rəylərində hətta Təqsirləndirilən şəxs2 tapılması göstərilən elektron tərəzidəki heroin hissəciklərinin Təqsirləndirilən şəxs1 tapılan heroinlə eynilik təşkil etməsi, yəni eyni tərkibli olması və Təqsirləndirilən şəxs1 çıxan narkotik vasitə olan heroinin məhz həmin elektron tərəzidə çəkilməsi və ona satılmasının həyata keçirilməsi belə müəyyən olunmamış və göstərilməmişdir. Bu hal da işdəki heç bir mötəbər sübutla təsdiqini tapmır. Eynilə məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş Təqsirləndirilən şəxs2 ilə bağlı 12 oktyabr 2020-ci il tarixli, 879 nömrəli nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi də aşağıda göstərilənlərə əsasən ona verilən ittihamın təsdiqi üçün mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin rəydə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğu göstərilsə də, bu nəticə hər hansı onun qan və sidik analizi məlumatlarına və elmi-tədqiqat metodlarına əsaslanmadan verilmişdir, həmçinin təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, o cümlədən verilmiş ittihama görə 28 iyul 2020-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsinin ərazisində Təqsirləndirilən şəxs2 150 manata Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satmasını təsdiq etmir və təsdiq edə də bilməz. Digər tərəfdən şəxsin narkomaniya xəstəliyindən əzab çəkməsi onun sırf narkotik vasitələrin satışı ilə məşğul olmasını ehtiva edə bilməz. Belə ki, bu xəstəlk narkotik vasitələri istifadə edənlərdə, o cümlədən şəxsi istehlak miqdarında narkotik vasitələr istifadə edənlərdə də yaranır. İttiham orqanı tərəfindən Təqsirləndirilən şəxs2 ilə bağlı 12 oktyabr 2020-ci il tarixli, 879 nömrəli nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində göstərilən nəticənin Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsilə verilən ittihamla hansı bağlılıqda olması əsaslandırılmamış və həmin rəyin Təqsirləndirilən şəxs2 verilən ittihamı təsdiq etməsi müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsi mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdımada bu xüsusda şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ifadələri isə iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, ibtidai araşdırmada müdafiəçi olmadan polis əməkdaşının diktəsi ilə Təqsirləndirilən şəxs1 izahatı alınmış və sonradan bu izahat onun ibtidai istintaqda verdiyi ifadələrinin əsasını təşkil etmişdir. Onun əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, polisin təsiri və diktəsi ilə həmin şəraitdə verdiyi ifadələri iradə ifadəsinin nəticəsi kimi qəbul oluna bilməz. Əksinə onun məhkəmə iclasında verdiyi ifadəsi işin real faktiki halları ilə tam təsdiqini tapır. İş materiallarından, o cümlədən məhkəmədə dindirilən və hazırki iş üzrə əməliyyataxtarış tədbirlərini həyata keçirən Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrindən, Balakən RPŞ-nin 16 aprel 2021-ci il tarixli, 109-8725-1221 saylı məktubundan və Zaqatala RPŞ-nin 17 may 2021-ci il tarixli, 201-11573-1221 nömrəli məktubundan görünür ki, Balakən RPŞ-də və Zaqatala RPŞ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-qeydiyyat işi başlanmamışdır. Halbuki qanun birmənalı şəkildə o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları əsasında əməliyyat-qeydiyyat işinin başlanılmasını, həmin subyekt tərəfindən mütləq qeydiyyata alınmasını və əməliyyat-axtarış tədbirlərinin nəticələrinin əməliyyat-qeydiyyat işində əks edilməsini və sistemləşdirilməsini təsbit edir. Belə ki, qeyd edildiyi kimi, «X1» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ və İİİ hissələrinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır;əməliyyataxtarış tədbirlərinini nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Bu qanun normasının da məqsədi şəxsin hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxslərinin mümkün özbaşınalığından, o cümlədən əsassız tutulmaya və axtarışa məruz qalmasından qorunmasıdır. Lakin haqqında əməliyyatqeydiyyat işi açılmadığı və əməliyyat-axtarış tədbirlərinin nəticələri qeyd olunmadığı halda, hansı əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 tutulması və onunla bağlı digər əməliyyat-axtarış tədbirlərinin aparılması məhkəməyə aydın deyildir və belə məlumatın olması haqqında da ittiham tərəfindən müvafiq sübutlar təqdim edilməmişdir. Halbuki Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması məsələsini araşdırmaq üçün qanunvericilik kifayət qədər imkanlar verir. Qanunvericilik, bu əməliyyat məlumatı əsasında əməliyyat-qeydiyyat işi açıldıqdan sonra, heç bir provokasiyaya yol vermədən şəxsin müşahidəsinin, o cümlədən videomüşahidəsinin aparılmasına, qanuni əsaslar və prosedurlar daxilində onun telefon danışıqlarına qulaq asılmasına, ilkin şahid məlumatlarının yoxlanılmasına və sair tədbirlərinin həyata keçirilməsinə icazə verir. Şəxsi provokasiyaya çəkmədən, haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə ilkin sübutlar toplandıqdan sonra onun qanunda nəzərdə tutulmuş şərtlər daxilində tutulmasının həyata keçirilməsi və bundan sonra prosessual hüquqlarına tam təminat verməklə müvafiq təhqiqat və istintaq prosedurlarının həyata keçirilməsi mümkün və zəruridir. Təbii ki, bunun üçün istər cinayət-prosessual qanunvericiliyinə, istərsə də X1 qanunvericiliyə müvafiq dəyişikliklər edilib, çatışmayan cəhətləri aradan qaldırmaq və əlavə səlahiyyətlər nəzərdə tutulmaqla, bu tədbirlərin keçirilməsi prosedurlarının daha da təkmilləşdirilməsi zəruridir. Yalnız qanuni prosedurlar daxilində toplanmış ilkin sübutlar əsasında şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törətməsinə tam yəqinlik yarandıqdan sonra şəxsin tutulması və prosessual hüquqlar təmin edilməklə iş üzrə müvafiq təhqiqat və istintaq hərəkətlərinin aparılması, sübutların qanuni yolla əldə edilməsinə şərait yaradar və bu xüsusda olan şübhələri aradan qaldırardı. Heç şübhəsiz ki, şəxsi hüquq-mühafizə orqanlarının mümkün özbaşınalığından qorumaq, pozulmuş hüquqları və ədaləti bərpa etmək funksiyası məhkəmənin ədalət və qanunçuluq prinsiplərinin və insan hüquqlarının qorunmasına nəzarət rolunun daha da gücləndirilməsini önə çəkir. Avropa Məhkəməsi də məsələyə məhz bu mövqedən yanaşaraq, yuxarıda istinad olunan və digər presedentlərində heç bir məqsədin, o cümlədən narkotiklərlə mübarizənin şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması yolu ilə həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edir. Məhkəmə onu da bildirir ki, Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı bir sıra qərarlarından (Vanyan Rusiyaya qarşı, Xudobin Rusiyaya qarşı, Veselov və başqaları Rusiyaya qarşı, Bannikova Rusiyaya qarşı və s.) sonra Rusiya Federasiyası öz cinayət-prosessual və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericiliyində müvafiq dəyişikliklər etmiş, əməliyyat-axtarış fəaliyyəti orqanının telefon danışıqlarına qulaq asmaq, şəxsə qarşı heç bir provokasiyaya yol vermədən ilkin sübutlar toplamaq və bu sübutların onun ittiham olunmasında istifadə edilməsi və sair səlahiyyətləri qanunvericilik qaydasında daha da təkmilləşdirilmiş, Konstitusiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən bu məsələlərlə bağlı müvafiq şərhlər verilmişdir. Məhkəmədə bu səpkidə araşdırma predmeti olan çoxsaylı cinayət işlərinə və hazırki işə baxılmasına istinadən məhkəmə onu da qeyd edir ki, bu işlərə, habelə digər cinayət işlərinə baxılan zaman başqa ağrılı məsələlər qanunvericilikdə cinayət prosesinin bütün mərhələlərində ittiham və müdafiə tərəflərinin öz işlərinin aparılmasında bərabər imkanlara malik olmasının təsbit edilməməsi, cinayət işlərində ikili istintaqın-ibtidai istintaqın və məhkəmə istintaqının aparılması, yəni faktiki bu istintaqların bir-birini əvəzləməsi, bir çox hallarda isə ziddiyyət təşkil etməsidir (bir-birinə zidd olan məlumatların müəyyən edilməsi). Nəticədə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlər bu istintaqlarda bir-birindən fərqli ifadələr verdikləri halda, bu ifadələrin hansına üstünlük verilməsi, müdafiə tərəfinin dindirilməsində iştirak etmədiyi və bununla da ilkin şərtlərin bərabərliyi prinsipinə cavab verməyən, yəni yalnız bir tərəfin iştirakı ilə alınmış zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda alınmış ifadələrinin sübut kimi qəbul edilib-edilməməsi praktikada çox böyük çətinliklər yaradır. Maraqlıdır ki, ittiham tərəfi demək olar ki, bütün məhkəmə araşdırmalarında cinayət prosesi iştirakçılarının ibtidai istintaqda verdiyi ifadələrinə üstünlük verməklə, onlara istinad edir. Lakin bu şəxslərin məhkəmədə fərqli ifadələr verməsinin fərqinə varılmır. Azərbaycan Respublikası CPM-də cinayət prosesi tərəflərinin cinayət prosesinin bütün mərhələlərində bərabərliyi qeyd olunsa (maddə 11, maddə 32 və.) və ibtidai araşdırma cinayət prosesinin mərhələlərindən biri sayılsa da, qanunvericilik həmin mərhələdə ancaq ittiham tərəfinə sübut toplamaq, həmin sübutları qiymətləndirmək və sair səlahiyyətlər vermiş, müdafiə tərəfinə isə həmin mərhələdə verilən ittihamın təkzib edilməsi ilə bağlı müstəqil şəkildə sübutlar əldə etmək, ittihamın şahidlərinin dindirilməsində iştirak etmək, o cümlədən ittihamın şahidlərinin çarpaz dindirilməsini həyata keçirmək, əldə etdiyi sübutları cinayət prosesini həyata keçirən orqana təqdim etmək və onların müvafiq qaydada qiymətləndirilməsini tələb etmək və sair səlahiyyəti verməmişdir. Qanun yalnız həmin mərhələdə müdafiə tərəfinə təhqiqatçı, müstəntiq və ya prokuror qarşısında bu və ya digər məsələ ilə bağlı vəsatət vermək, yəni xahiş etmək hüququ verir. Həmin vəsatətin təmin edilib-edilməməsi isə cinayət prosesini həyata keçirən bu vəzifəli şəxslərin müstəsna səlahiyyətindədir. Azərbaycan Respublikası CPM-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan əməllə bağlı ibtidai istinaqın keçirilməsi mütləq hesab edilmişdir (37-ci maddə, 214-215-ci maddələr və s.). Bu xüsusda məhkəmə bildirir ki, cinayət işi müstəntiq tərəfindən toplanmış sübut bazası ilə birlikdə məhkəməyə göndərilir və çox vaxt qəbul edilən məhkəmə qərarlarının əsasında müvafiq qaydada tədqiq edilməklə, həmin sübut bazası dayanır. İş məhkəməyə daxil olduqdan sonra qanuna görə faktiki məhkəmələr, müdafiə tərəfinin ibtidai araşdırmada heç bir sübut təqdim etməyə və həmin mərhələdə ittiham tərəfinin topladığı sübutları təkzib etməyə imkan və səlahiyyətinin olmadığı şəraitdə, ittihamın topladığı və təqdim etdiyi sübutlarla «yüklənmiş olurlar». Əslində, əgər qanunvericilikdə işin təhqiqat formasında aparılmaqla ilkin sübutlar əsasında tez bir zamanda məhkəmə müstəvisinə çıxarılması təsbit olunsaydı, onda bu məsələ öz həllini tapardı. Belə ki, məhkəmə müstəvisində tərəflərə öz işlərinin aparılması üçün bütün prosessual imkanlar yaradılır və qanun buna tam yol açır. Lakin hazırki qanunvericiliyin ibtidai istintaqın aylarla davam etməsinə hüquqi əsas verməsi, bu xüsusda həmin mərhələdə təqsirləndirilən şəxsin və ümumən müdafiə tərəfinin ittiham tərəfinə nisbətdə olduqca əlverişsiz vəziyyətə salınması, iş üzrə ikili istintaqın; həm ibtidai istintaqın, həm də məhkəmə istintaqının keçirilməsi və sair bu kimi hallar ilkin şərtlərin bərabərliyi prinsipini pozur. Belə qanun normaları isə «keyfiyyətli qanun» standartına və bu xüsusda «hüquqi müəyyənlik» prinsipinə cavab vermir. Məhkəmə bununla bağlı qeyd edir ki, ümumən, o cümlədən hazırki iş üzrə ittiham orqanı tərəfindən ibtidai istintaqda dindirilən şahid ifadələri «keyfiyyətli qanun» standartına cavab verməyən qanun normaları əsasında alındığı və ədalətli məhkəmə araşdırması standartına cavab vermədiyi səbəbindən, məhkəmə üçün Təqsirləndirilən şəxs2 təqsirli bilinməsinə faktoloji və hüquqi əsas yarada bilməz. Belə ki, ibtidai istintaqda şahidlər, hazırki işdə polis işçiləri müdafiə tərəfinin; təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı olmadan dindirilmiş, ibtidai istintaqda həmin polis əməkdaşları olan şahidlərlə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilməmiş, eyni zamanda bu şahidlərin ifadələrinin videoçəkili aparılmamışdır. Bununla da müdafiə tərəfi ibtidai istintaqda həmin şahidlərin dindirilməsində iştirak etimək, onlara suallar vermək, onları çarpaz formada dindirmək, həmin şahidlərin ifadələrini təkzib etmək, bunun üçün müvafiq sübutlarını təqdim etmək, heç olmasa, həmin sübutların əldə edilməsi üçün müstəntiq qarşısında vəsatət verməkdən və sair prosessual imkanlardan məhrum edilmişdir. İbtidai araşdırma mərhələsində bir tərəfin iştirakı olmadan, ədalətli məhkəmə araşdırmasının kvintessensiyasını təşkil edən ilkin şərtlərin bərabərliyi prinsipi pozulmaqla, birtərəfli qaydada (yalnız ittiham tərəfindən) dindirilən şahid ifadələrinin obyektivli və düzgünlüyü təbii ki, böyük şübhə doğurur. Bu şübhə onunla da güclənir ki, bu şahidlərin dindirməsini həyata keçirən müstəntiq təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış fəaliyyətini sanksiyalaşdıran və onun aparılmasını həyata keçirən orqanın işçisi olmaqla, bu qurumun rəhbərinə birbaşa tabedir. Buna görə bu ibtidai istintaq orqanı tərəfindən dindirilən şahidlərinin ifadələrinin həqiqəti əks etdirməsi və obyektiv olması çoxlu suallar doğurur. Məhz məsələyə bu konteksdən yanaşan Avropa Məhkəməsi «Smirnova Rusiya Federasiyasına qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, ibtidai istintaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar şəxsin ittiham olunduğu əməldə təqsirli bilinməsinin müəyyən edilməsi üçün deyil, şəxsin məhkəməyə çıxarılması üçün əsas ola bilər. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CPM-nin 349.1-ci maddəsinə əsasən də məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Lakin məhkəmə tərəfindən baxılan narkotik vasitələrin qanunsuz dövriyyəsilə bağlı əksər işlərdə qanunsuz yolla əldə edilmiş standart hərəkətlərdən, sübut bazasından; tutulmasının səbəbləri bildirilmədən və prosessual hüquqları izah edilib, bu hüquqlardan istifadə edilməsinə şərait yaradılmadan əməliyyat-axtarış fəaliyyəti adı altında şəxsin tutulması, tutulduğu yerdə üstündə axtarışın aparılmaması, onun müdafiəçisiz və başqa şəxslərin iştirakı olmadan polisin tam nəzarəti altında polis şöbəsinə aparılması, burada prosessual qanunvericiliyin tələblərinin pozulması ilə üstündə formal olaraq axtarışın aparılması, axtarış aparılmazdan əvvəl şəxsə müdafiəçisi ilə görüşmək və öz müdaifəsini hazırlamaq üçün vaxtın verilməməsi və şəraitin yaradılmaması, axtarış zamanı üstündə «tapılan» narkotik vasitənin maddi sübut kimi bütün sübut bazasının əsasını təşkil etməsi, bu «sübut» əsasında ekspertizaların keçirilməsi və əməliyyat-axtarış fəaliyyətində və axtarışda iştirak edən və müdafiə tərəfinin iştirakı olmadan ibtidai istintaqda dindirilən polis əməkdaşlarının və onların dəfələrlə hal şahidləri qismində işə cəlb etdiyi şəxslərin ifadələrindən istifadə olunur, belə «sübutetmə standartı» bu qəbildən olan bütün işlərdə təkrar olunur. Şahid ifadələrində də eyni standart cümlələrdən və stilistikadan istifadə olunur. Çox təəssüf ki, ibtidai istintaqa prosessual rəhbərlik həyata keçirilərkən bu hallar nəzərdən qaçırılır. İttiham tərəfi də çox vaxt məhz ibtidai istintaqda verilən şahid ifadələri və qanunsuz yolla əldə edilmiş sübutları təqsirləndirilən şəxsin ittihamı üçün əsas kimi ortaya qoyur. Məhkəmə hesab edir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs2 Azərbaycan Respubllkası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gədlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Minelli İsveçrəyə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Vİİİ.Məhkəmənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində gəldiyi yekun nəticə İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respubllkası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə ittiham hökmü çıxarılmalıdır (bununla bağlı məhkəmənin istinad etdiyi faktoloji və hüquqi əsaslar yuxarıda göstərilmişdir). İşdəki sübutlara hüquqi qiymən verən məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə bəraət verilməsi nəticəsinə gəlindiyi üçün onunla bağlı keçirilən 18.08.2020-ci il tarixli, 17/494 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 manat Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə bəraət hökmü çıxarılması nəticəsinə gəlinən Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55.1, 344-347, 349-350, 352-353, 356-358, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki yeni hökm üzrə təyin edilmiş bu cəzaya Balakən Rayon Məhkəməsinin 11.02.2020-ci tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 02 avqust 2020-ci il tarixdən 04 avqust 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 23 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X16 Şəxsinə göndərilsin. İş üzrə 03.08.2020-ci il tarixli, 17/478 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X19 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar olunmuş çəkisi 1,875 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 1,825 qramı məhv edilsin; Təqsirləndirilən şəxs1 məxsus 1 manatlıq pul əskinaslarından hazırlanmış 02 ədəd boruşəkilli bükülülər Təqsirləndirilən şəxs1 qaytarılsın; Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında telefon danışıq məlumatlarını əks etdirən CD diski, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 şəxsi axtarışının videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 avtomaşınına baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs1 evinə baxışın videogörüntüləri əks olunmuş 1 ədəd CD diski, Şahid5 izahatı əks olunmuş 1 ədəd CD diski, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində dindirilməsini əks etdriən 1 ədəd CD diski və Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilməsini əks etdirən 1 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat və məhkəmə icraati zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat olmaqla cəmi 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən Rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 ilə bağlı keçirilən 18.08.2020-ci il tarixli, 17/494 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən 71,94 manat Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin Tahirov