Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-12/2023 18.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2018-ci ildə istintaqa məlum olmayan mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin 11 ədəd toxumlarını Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evinin həyətyanı torpaq sahəsindəki hində gizlədərək saxlamış, yaşadığı evin həyətyanı torpaq sahəsindəki hində gizlətdiyi həmin toxumları qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə 13 iyun 2022-ci il tarixdə 01 ədəd dəmir dibçəkdə əkib həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 10 (on) ədəd hündürlükləri 13 sm-dən 16 sm-dək, ümumi təmiz çəkisi 1,49 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. 03 iyul 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mamedov X7 RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub üzərində həmin gün saat 10:15-dən 10:45-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində bir ədəd dəmir dibçəkdə qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib daha təhlükəsiz hesab etdiyi dağ ərazisində əkmək məqsədi ilə bir ədəd sellofan torbada qoyub daşıdığı həmin bir ədəd dəmir dibçəkdə əkdiyi 10 (on) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri onun əlindəki sellofan torbada aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndində valideynləri və azyaşlı qardaşı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin mahiyyətini anlayır və həmin cinayət əməlini törətməkdə özünü təqsirli bilir. 2019-cu ilin yanvar ayında Balakən Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1, 188.1 və 234.1-ci maddələrilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. Psixi xəstəliklər keçirməmişdir. 2018-ci ildə həbs olunmazdan əvvəl əkdiyi narkotik bitkilərindən toxumları yığıb həyətdəki hinin içərisində gizlədib saxlamışdır. Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. Öz istifadəsi üçün narkotik bitkiləri əkmək qərarına gəlmiş və gizlətdiyi yerdən narkotik bitki toxumlarını çıxarıb cəmi 11 ədəd olan həmin toxumları 13 iyun 2022-ci il tarixdə bir ədəd dəmir qabda əkib, yaşadığı evin həyətyanı sahəsində olan fındıq bağındakı kolluqda gizlətmişdir. Əkdiyi 11 ədəd narkotik tərkibli çətənə bitkisinin toxumlarından 10 ədədi cücərmişdir. Əkdiyi narkotik bitkilərini suvarmış, diblərini alaq otlarından təmizləyərək, onlara qulluq etmişdir. Həmin bitkilərin artıq uzandıqlarını görüb onları ailə üzvlərinin və digər şəxslərin görməməsi üçün yaşadığı Balakən rayonu Mahamalar kəndindəki dağ ərazisində gizlədib əkərək qulluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 03 iyul 2022-ci il tarixdə səhər radələrində həmin içərisində narkotik bitkiləri əkdiyi dəmir dibçəyi bir ədəd ağ sellofan torbaya qoyub dağa apardığı zaman Mahamalar kəndinin ərazisində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və narkotik tərkibli bitkiləri əkib-becərməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı onu şübhəli şəxs qismində tutulması barədə qərarla tanış edərək, hüquqlarını müdafiə etmək üçün vəkillərin siyahısını təqdim etmişdir. Həmin siyahıdan hüquqlarını dövlət hesabına müdafiə etmək üçün seçdiyi vəkil Müdafiəçi1, mütəxəssis kimi dəvət edilmiş aqronomun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl əlində gətirdiyi içərisində narkotik tərkibli bitkiləri əkdiyi bir ədəd dəmir qab olan ağ sellofan torbanı otaqda stolun üstünə qoymuşdur. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkarlanmamışdır. Həmin içərisində narkotik bitkiləri əkdiyi dəmir dibçəyi polis əməkdaşlarına təqdim etmiş və 2018-ci ildə həbs olunmazdan əvvəl evdə gizlədib saxladığı narkotik toxumlarını həmin dəmir qaba təxminən bir həftə əvvəl əkdiyini, həmin toxumlardan cücərmiş bitkiləri bağda gizlətdiyini və evdəkilərin bilməsindən ehtiyat edərək, bir ədəd torbaya qoyub dağa apararkən polis əməkdaşlarının onu tutduqlarını və həmin qabda olan 10 ədəd narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini söyləmişdir. Şəxsi axtarışda iştirak edən aqronom həmin bitkilərə baxmış və onlara qulluq edildiyini bildirmişdir. Həmin 10 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb polis əməkdaşları tərəfindən ölçüldükdə hündürlükləri 13 sm-dən 16 sm-dək olmuşdur. Aşkar edilmiş bitki şitilləri elektron tərəzidə çəkildikdə çəkiləri 1,75 qram olmuşdur. Bitki şitilləri bir ədəd kağız zərfə qoyulub möhürlənib maddi sübut kimi götürülmüşdür. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış polis əməkdaşları tərəfindən fasiləsiz olaraq videokamera vasitəsilə qeydə alınmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi1 iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X9 tərəfindən verilmiş 03 iyul 2022-ci il tarixli ekspert rəyi ilə tanış olduğu zaman ona məlum olmuşdur ki, bir ədəd dəmir dibçəkdə əkib-becərdiyi 10 ədəd bitki şitilləri, uzunluqları 13 sm-dən 16 sm-dək, nəm vəziyyətdə ümumi çəkisi 1,49 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Ekspert rəyi mahiyyəti üzrə ona izah edilmişdir, aydındır. Ekspert rəyi ilə razıdır. Özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, narkotik vasitə aludəçisidir. Bu səbəbdən də narkotik təbiətli çətənə bitkilərini əkib-becərmişdir. Əkdiyi narkotik təbiətli bitkilər yetişdikdən sonra onlardan özü istifadə edəcəkdi. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə bir neçə dəfə məhkum olunmuşdur. Yaşadığı evdə narkotik təbiətli çətənə bitkilərini əkib-becərməyi barədə heç kimin məlumatı olmamışdır. Bu barədə heç kimə deməmişdir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə və üzərində daşımaqda şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə səhər radələrində Balakən rayonu Mahamalar kəndinin ərazisində saxlanılaraq, Balakən RPŞ-yə dəvət edilərək gətirilmiş və bu barədə RPŞ rəhbərliyinə raportla məruzə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi1, Balakən RPŞ-nin kadrlar qrupunun kiçik inspektoru Şahid2, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev və mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid3 də iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki içərisində bir ədəd dibçək olan ağ sellofan torbanı stolun üstünə qoymuş və ona verilən suallara cavab olaraq 2018-ci ildə həbs olunmazdan əvvəl evdə gizlədib saxladığı narkotik toxumlarını həmin qaba təxminən bir həftə əvvəl əkdiyini, həmin toxumlardan cücərmiş bitkiləri yaşadığı ünvandakı bağda gizlətdiyini və ailə üzvlərinin bilməsindən ehtiyat edərək, bitkilər olan dibçəyi bir ədəd torbaya qoyub dağa apararkən polis əməkdaşlarının onu tutduqlarını və həmin qabda olan narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofan torbadakı dəmir dibçəkdə 10 ədəd narkotik tərkibli çətənə şitillərinə oxşar şitillər aşkar edilmişdir. Həmin 10 ədəd narkotik tərkibli çətənə şitillərinə oxşar şitillərin uzunluqları ölçüldükdə 13 sm-dən 16 sm-dək olmuş və kökündən çıxarılaraq elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,75 qram olmuşdur. Aqronom Şahid3 həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Aşkar edilmiş bitki şitilləri bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əlində aşkar edilmiş şitillərə qulluq edilib-edilmədiyi aqronomdan soruşulduqda, aqronom Şahid3 həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X8 Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi vəzifəsində işləyir. 03 iyul 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməkdə və üzərində daşımasında şübhəli olduğuna görə onun üzərində şəxsi axtarış keçirilməli olduğu barədə məlumat verərək, bununla bağlı şəxsi axtarışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunması barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil Müdafiəçi1 və digər polis əməkdaşları da iştirak etmişlər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki içərisində bir ədəd dibçək olan ağ sellofan torbanı stolun üstünə qoymuş və ona verilən suallara cavab olaraq 2018-ci ildə həbs olunmazdan əvvəl evdə gizlədib saxladığı narkotik toxumlarını həmin qaba təxminən bir həftə əvvəl əkdiyini, həmin toxumlardan cücərmiş bitkiləri yaşadığı ünvandakı bağda gizlətdiyini və ailə üzvlərinin bilməsindən ehtiyat edərək bitkilər olan dibçəyi bir ədəd torbaya qoyub dağa apararkən polis əməkdaşlarının onu tutduqlarını və həmin qabda olan narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ sellofan torbadakı dəmir dibçəkdə 10 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitilləri aşkar edilmişdir. Həmin 10 ədəd narkotik tərkibli çətənə şitillərinə oxşar şitillərin uzunluqları ölçüldükdə 13 sm-dən 16 sm-dək olmuş və kökündən çıxarılaraq elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,75 qram olmuşdur. Həmin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin dibləri alaq otlarından təmizlənmiş, suvarılmış və onlara aqrotexniki qaydada qulluq edilmişdir. Aşkar edilmiş bitki şitilləri bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən onun üzərindən başqa heç bir qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 03 iyul 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 03 iyul 2022-ci il tarixdə saat 10:15-dən 10:45-dək olan müddət ərzində Balakən RPŞ-nin inzibati binasında keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: şəxsi axtarış qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməkdə və üzərində daşımaqda şübhəli olduğundan xx.xx.2022-ci il tarixdə dəvət edilərək, Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi1, aqronomun və digər iştirakçılarn iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və sonra şübhəli şəxs qismində tutulduğu izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, vasitə və ya kütlə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs saxlanılarkən onun əlində olan ağ rəngli sellofan torbanın içərisindəki dəmir dibçəkdə 10 ədəd narkotik tərkibli çətənə şitillərinə oxşar şitillər aşkar edilmişdir. Həmin 10 ədəd narkotik tərkibli çətənə şitillərinə oxşar şitillərin uzunluqları ölçüldükdə 13 sm-dən 16 sm-dək olmuş və ümumi çəkisi elektron tərəzidə çəkildikdə 1,75 qram olmuşdur. Həmin şitillər bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs əlində aşkar edilmiş şitillərə qulluq edilib-edilmədiyi aqronomdan soruşulduqda aqronom Şahid3 həmin şitillərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Keçirilmiş şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan aqronom-mütəxəsis Şahid3 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə Balakən RPŞdə Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi dibçəkdə 10 ədəd hündürlükləri 13 sm-dən 16 sm-dək ümumi çəkiləri 1,75 qram olan çətənə bitkilərinə oxşar bitkilərin dibləri alaq otlarından təmizlənmiş, suvarılmış və aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 iyul 2022-ci il tarixli 17/549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 13 sm-dən 16 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri - 1,49 qram olan 10 (on) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir; aqronom mütəxəssis Şahid3 03 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022ci il tarixli 1135 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdə saat 10.05-də Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə şübhəli şəxs qismində tutulmuş və 05 iyul 2022-ci il tarixdə saat 10.00-da Balakən RPŞ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Mamedov X7 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 700 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmçinin Balakən Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 234.1 və 237.1-ci maddələrilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2023-cü il tarixli 35/4 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(019)-59/2017 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CMnin 69.4-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs 18 iyul 2017-ci il tarixdən 20 iyul 2017-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və onun üzərində qəti olaraq 700 manat miqdarında cərimə cəzası saxlanılımşdır. Hökmün icrası xx.xx.2017-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs hökm üzrə ona təyin edilmiş 700 manat cinayət cəriməsini tam şəkildə ödəmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 188.1-ci maddəsilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.1-ci maddəsilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Balakən Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmündə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 06 ay 10 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkarlanaraq götürülmüş ekspertiza rəyindən sonra nəm vəziyyətdə ümumi təmiz çəkisi 1,49 qram olan 10 (on) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd DVD diski sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, 03 iyul 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokolu, mütəxəssis aqronom Şahid3 xx.xx.2022-ci il tarixli rəyini, maddi sübutları, şahidlərin ifadələrini, məhkəmə-bioloji ekspretizasının 03 iyul 2022-ci tarixli 17/549 nömrəli rəyin, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli 1135 nömrəli rəyini, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd DVD diskini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 31 avqust 2022-ci il tarixli qərarını, ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamın əsası kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayət əməlini törətmişdir. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normasına istinad edib, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, təqsirləndirilən şəxsin məhkumluğunun olmaması işdəki sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azrbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Mamedov X7 Rayon Məhkəməsinin 08 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.1, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 188.1-ci maddəsilə 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il müddətə azaddlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 06 ay 10 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2019-cu il tarixli hökmlə məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər olmaqla onlara görə məhkumluq müddəti 2 il müəyyən edildiyindən, bu məhkumluğun müddəti onun məhkəmənin qərarı ilə həmin azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməmiş 06 ay 10 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 13 iyun 2022ci il tarixdə, yəni cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduğu 16 mart 2020-ci il tartixdən iki il keçdikdən, məhkumluq müddəti ödənildikdən sonra törətmişdir. Bu da Təqsirləndirilən şəxs məhkumluğunun ödənildiyini və onun əməlinin cinayətin residivini yaratmadığını göstərir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət... Azərbaycan Respublikası CPMnin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 18 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 avqust 2022-ci il tarixli, 1135 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkarlanaraq götürülmüş ekspertiza rəyindən sonra nəm vəziyyətdə ümumi təmiz çəkisi 1,49 qram olan 10 (on) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər.Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 iyul 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetində qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X5 Hüquqi Şəxsinə göndərilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkarlanaraq götürülmüş ekspertiza rəyindən sonra nəm vəziyyətdə ümumi təmiz çəkisi 1,49 qram olan 10 (on) ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. İş üzrə 34,55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-12/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-12/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver