Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-12/2024 30.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-X5, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.2.4-cı maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Belə ki, o, Balakən rayonu Mahamalar kənd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən və Balakən rayonu Mahamalar kəndinin ərazisində yerləşən X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı 0,49 ha çoxillik əkmələr ərazisindən qəsdən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlmiş, bu məqsədlə 09 mart 2023-cü il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan Mahamalar Bələdiyyəsinin mülkiyyətinə aid kanal və arxlar ərazisindən 01 ədəd 43 sm diametrində 550 (beş yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 36 sm diametrində 350 (üç yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 26 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 22 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 36 sm diametrində 350 (üç yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 21 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 14 sm diametrində 150 (yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 22 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 40 sm diametrində 400 (dörd yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 28 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində katalpa ağacını, cəmi 2900 (iki min doqquz yüz) manat dəyərində olan 10 (on) ağacı və Balakən rayonu Mahamalar kəndinin ərazisində yerləşən X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı 0,49 ha çoxillik əkmələr ərazisindən 01 ədəd 45 sm diametrində 650 (altı yüz əlli) manat dəyərində söyüd ağacını, 01 ədəd 80 sm diametrində 2400 (iki min dörd yüz) manat dəyərində söyüd ağacını, 01 ədəd 28 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində qələmə qovaq ağacını, 01 ədəd 41 sm diametrində 450 (dörd yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 24 sm diametrində 4000 (dörd min) manat dəyərində cır xurma ağacını, cəmi 7750 (yeddi min yeddi yüz əlli) manat dəyərində olan 5 (beş) ağacı, ümumilikdə 15 (on beş) ədəd,10650 (on min altı yüz əlli) manat dəyərində köküstə yaş ağacları özününkü kimi təqdim edərək həmin ağacların 160 manata (avtomobilin yük yerinə yığılmış ağacın hər cərgəsi 40 manata olmaqla) satılmasına dair Balakən rayonu Sarıbulaq kənd sakini Şahid1 ilə razılaşıb sonuncunun sifarişi ilə Balakən rayonu Sarıbulaq kənd sakini Şahid4 tərəfindən qəsdən, qanunsuz kəsilməsinə nail olaraq təbiətə külli miqdarda, yəni 10650 (on min altı yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq ağac kəsmə cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ona verilmiş ittiham üzrə göstərilən ağacları özünün əkdiyini və ona görə də həmin ağacları kəsməyə hüququnun olduğunu, həmin ağacları Balakən rayonu Sarıbulaq kənd sakini Şahid1 qabaqcadan razılaşmaqla satdığını, Şahid1 qiymətdə onu aldatdığını və Yusifin onu döydüyünü, ona xəsarət yetirdiyini, ağacları kəsməkdə səhv etdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, AR CM-nin 259.2.4-cü maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Əvvəllər heç vaxt məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Mahamalar kəndində həyat yoldaşı ilə birlikdə yaşayır. 1-ci qrup əlildir. Yaşadığı evdən təxminən 300 metr kənarda 49 sot əmlak pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsini rəsmi adına sənədləşdirmək üçün torpaq sahəsinin sənədlərini məhkəməyə təqdim etmişdir. Həmin torpaq sahəsinin 0,49 ha hissəsini 2002-ci ildə X1, 0,25 ha hissəsini isə onun həyat yoldaşından almışdır. Həmin torpaq sahəsindən 2002-ci ildən istifadə edir. 2002-ci ildə həmin torpaq sahəsini alanda orada ağac olmamışdır, kolluq ərazi olmuşdur. O, özü sonradan ora ağaclar əkmişdir. Mahamalar kənd Bələdiyyəsinə aid olan 0,05 ha həmin torpaq sahəsi də onun istifadəsində olmuşdur, həmin torpaq sahəsinə o, nəzarət etmişdir, ora da ağacları o, əkmişdir. Həmin ərazilərə münbit torpaq da gətirib tökdürmüşdür. 2023-cü ilin təxminən fevral ayında Balakən rayonu Sarıbulaq kənd sakini Şahid1 fəhləsi iə birlikdə idarə etdiyi “Vaz 2106” markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobili ilə yaşadığı evin həyətinə gəlmişlər. Yusif ondan fındıq bağında olan ağacları satmaq fikrinin olub-olmamasını soruşmuşdur. Onun əvvəllər əkdiyi ağacların budaqları fındıq bağına kölgə saldığı üçün Yusifə həmin ağacları satmaq fikrinin olduğunu demişdir. Bu zaman Yusif ona “Qazel» markalı yük avtomobilinin yük yerinə 63 sm-dən 5 cərgə ağac kötüyü getdiyini, hər cərgəsini 40 manatdan alacağını bildirmişdir. Bu da 200 manat pul edir. O, Yusif ilə razılaşdıqdan sonra müalicə almaq üçün Naftalan şəhərinə getmişdir. Naftalandan qayıdandan sonra xx.xx.2023-cü il tarixdə günorta saat təxminən 14-15 radələrində Yusif fəhlələri ilə birlikdə yaşadığı evin qarşısına gəlmişlər. Daha sonra Yusif, yanında olan fəhlələri və o, birlikdə fındıq bağına getmişlər. Fındıq bağında olan təxminən 8-10 ədəd katalba cinsli ağacları, 2 ədəd soyüd cinsli ağacları, 1 ədəd çinar cinsli ağacı və 1 ədəd cır xurma ağacını öz razılığı ilə kəsmələrinə onlara icazə vermişdir. Təxminən 15 ya 17 ağac kəsilmişdir. Kəsilmiş ağacların sayını hazırda dəqiq xatırlamır. Ağacları kəsəndə o, özü də fəhlələrə kömək etmiş, hətta termosda çay da gətirib vermişdir. Yusif və fəhlələri ilə birlikdə qeyd etdiyi ağacları kəsib birlikdə «Qazel» markalı yük avtomobilinə yüklədikdən sonra Yusif 200 manat əvəzinə ona 160 manat pul vermişdir. Həmin vaxt bu məsələ ilə bağlı Yusif ilə aralarında narazılıqları yaranmışdır. O, Yusifdən niyə pulunu kəsdiyini soruşmuşdur. Yusif də ona 5 cərgə yox, 4 cərgə yüklədiyini bildirmişdir. Lakin «Qazel» markalı yük avtomobili tam dolmuşdu, yəni 5 cərgə yüklənmişdi. O, Yusif ilə mübahisə etməmək üçün, söhbəti uzatmamaq üçün 160 manat pulu Yusifdən götürmüşdür. Həmin vaxtı həyat yoldaşı Şəfiqə də gəlib çıxmışdır. Şəfiqə ondan xahiş etdiyinə görə o, Yusifə baş qoşmamışdır. Oradaca Yusifə doldurulmuş ağacların ölçüsünü sübut edəcəyini demişdir. Gedəndə Yusifə əgər o biri ağacları da istəyirsə gəlib kəsib apara biləcəyini demişdir. Yusif də razılaşmışdır. Onlar çıxıb gedəndən sonra onların kəsdiyi kötüklərdən qalmış kötüyü evə gətirmişdir. Həmin kötüyü ölçəndə 63 sm. olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Yusif yaşadığı evin həyət qapısına gəlib onun telefon nömrəsinə zəng vurub küçəyə çağırmışdır. O, həmin 63 sm uzunluğunda olan kötüyü və ölçü metrəsini də götürüb Yusifin yalanını sübut etmək üçün evinin həyət qapısına çıxdığı vaxt Yusif idarə etdiyi “Vaz 2106” markalı avtomobillə, fəhlələrinin isə “Qazel» markalı avtomobillə gəldiklərini görmüşdür. Onlar maşından düşüb onun hasarının dibində dayanmışlar. O, Yusifə kəsdiyi ağac kötüklərini 4 cərgə deyil, tam 5 cərgə «Qazel» markalı avtomobilin yük yerinə yüklədiyini sübut etmək istədiyi vaxt Yusif onunla razılaşmayıb avtomobilin yük yerinə 4 cərgə ağac kötüklərini yüklədiyini demişdir. Yusifə polisə şikayət edəcəyini dedikdə, Yusif ona «hara istəyirsən şikayət et, mən heç kimdən qorxmuram» deyib bunun arxasınca da ünvanına nalayiq ifadələr işlətmiş, polisə də söymüşdür. «Mənim polislərdən də böyük adamım var ha» demişdir. Onu da nalayiq sözlərlə təhqir etmişdir. Bu zaman Yusif ilə aralarında mübahisələri yaranmışdır. Mübahisə zamanı Yusif “Qazel» markalı avtomobilin yük yerinə çıxıb təpik ilə sifət nahiyəsinə bir zərbə vurduqda o, sol qolu ilə sifətini qoruduğu üçün təpik onun sol qoluna dəymişdir. Yusif hoppanıb yerə düşüb ayaqlarına da təpik vurmuşdur. «Qazel» markalı yük avtomobilini sürən oğlan onu qucaqlayıb tutub tərpənməyə qoymamışdır. Həmin vaxt eynəyi gözündən yerə düşmüşdür. «Qazel» markalı maşının sürücüsü eynəyi yerdən götürüb ona vermişdir. Eynəyini taxıb ayağa qalxanda Yusif əlindəki «reyka ilə» (taxta parçası ilə) çevrilib sağ əlinə vurmuşdur. Barmaqlarında bərk ağrı hiss etmiş, əli işləməmişdir. Bu vaxt bağında motorlu mişarla ağacları kəsmiş Əsildar adlı şəxs qaçıb onu arxadan qucaqlamış, yaşadığı evin dəmir həyət qapılarını açıb arxadan təpiklə vurub onu həyətə itələmiş və arxadan qapını bağlamışdır. Həmin davadalaş zamanı ona məxsus olan telefon da yerə düşərək qırılmışdır. Motorlu mişarla ağac kəsmiş həmin şəxs təpiklə vurub onu həyətə salan zaman eynəyi də yerə düşüb qırılmışdır. Bir müddət sonra birtəhər həyət qapısını açdıqda artıq həmin şəxslərin çıxıb getdiklərini görmüşdür. Bundan sonra o, «102» xidmətinə zəng edərək şikayətini bildirmişdir. 11 mart 2023-cü il tarixdə Şahid1 tərəfindən yaşadığı evin qarşısında döyülən zaman küçədə başqa heç kim olmamışdır. Həmin vaxt həyat yoldaşı da evdə olmuşdur. O, evə qayıtdıqdan sonra baş verənləri həyat yoldaşına danışmışdır. Həmin ağacları özü əkmişdir, kəsilən ağaclar fındıq ağaclarına kölgə saldığına görə də satmaq qərarına gəlmişdir. Həmin torpaq sahəsini 21 ildir ki, almışdır. Qeyd edilən hər iki torpaq sahəsinin, yəni həm bələdiyyə torpağının, həm də Aslanov Nürəddindən aldığı torpaq sahəsinin özünə məxsus olduğunu hesab edir. Buna görə də heç bir yerdən icazə almamışdır. İcazə almağa da ehtiyac duymamışdır. Şahid1 da torpaq sahəsinin özünə məxsus olduğunu, həmin torpaq sahəsinin üzərində əkilmiş ağacların da özünə məxsus olduğunu bildirərək satmışdır. Şahid1 ağacları kəsib satdığı torpağın özünə məxsus olmasını bildirən heç bir sənəd təqdim etməmişdir, ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu şifahi olaraq bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qismində tanınmış Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, həmin ifadəsinə istinadən ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində işləyir. 13 mart 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və X3 aparıcı məsləhətçi müfəttişi Şahid7 iştirakı ilə Balakən rayonu Mahamalar kəndindəki bağ ərazisinə keçirilmiş baxış zamanı Balakən rayonu Mahamalar Bələdiyyəsinin mülkiyyətinə aid kanal və arxlar ərazisindən kök üstə yaş müxtəlif diametrli 10 ədəd katalpa növünə aid və Balakən rayonu Mahamalar kənd sakini X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisindən 2 ədəd söyüd növünə aid, 01 ədəd qələmə qovaq növünə aid, 02 ədəd cır xurma növünə aid olan, 01 ədəd katalba növünə aid olmaqla ümumilikdə 16 ədəd ağacın qanunsuz kəsilməsi faktı müəyyən edilmişdir. Məlum olmuşdur ki, 8 sm. diametrində cır xurma növünə aid ağac budaqdır, təxminən bir il əvvəl balta ilə kəsilərək zədələnmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Balakən rayonu Mahamalar Bələdiyyəsinin mülkiyyətinə aid kanal və arxlar ərazisindən və Balakən rayonu Mahamalar kənd sakini X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisindən kök üstə yaş müxtəlif diametrli 11 ədəd katalpa növünə aid, 2 ədəd söyüd növünə aid, 01 ədəd qələmə qovaq növünə aid, 01 ədəd cır xurma növünə aid olan ümumilikdə 15 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına əsasən 10650 (on min altı yüz əlli) manat olduğu müəyyən edilmişdir. Bu barədə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsinə əsasən verdiyi ifadəsində göstərdi ki, Balakən rayonu Mahamalar kəndinin Qazbinə yaşayış məntəqəsində həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Yaşadıqları evdən təxminən 300 metr məsafədə 49 sot əmlak pay torpaq sahələri yerləşir. Həyat yoldaşı Təqsirləndirilən şəxs həmin torpaq sahəsindəki fındıq bağında olan ağacları Sarıbulaq kənd sakini Şahid1 satmaq üçün razılaşmışdı. Şahid1 bir “Qazel” markalı maşına yüklənmiş ağaclara görə 200 manat pul verməli olmuşdur. 09 mart 2023-cü il tarixdə Balakən rayonu Sarıbulaq kənd sakini Şahid1 bir neçə fəhlə ilə birlikdə günorta 14- 15 radələrində gəlib, Cuma ilə birlikdə fındıq bağına gedib oradakı 11 ədəd katalba cinsindən olan ağacları, 2 ədəd söyüd cinsindən olan ağacları, 1 ədəd çinar cinsindən olan ağacı, 1 ədəd cır xurma ağacını onların razılığı ilə kəsmişlər. Artıq gecə düşdüyündən Cuma gəlib çıxmadıqda onun yanına fındıq bağına getdikdə Cumanın Yusiflə mübahisə etdiyini görmüşdür. Yusif Cumaya 200 manat əvəzinə 160 manat verdiyinə görə narazılıq yaranmışdır. Cuma Yusifə həmin pulun özünün dərman pulu olduğunu demişdir. Artıq gecə olduğundan və mübahisənin davam etməsini istəmədiyinə görə Cumadan 160 manata razı olmağını xahiş etmişdir. Yusif gətirdiyi fəhlələri ilə birlikdə “Qazel” markalı maşına yüklədikləri ağacları da götürüb çıxıb getmişlər. Yusif Cumaya “Qazel” markalı maşına 4 cərgə ağac materialının yükləndiyini bildirmişdir. 5 cərgə olarsa Yusif 200 manat pul ödəməli olmuşdur. Cuma da həmin vaxtı maşındakı cərgələrin sayına baxmamışdır. Cuma 1-ci qrup əlildir, xəstə adamdır. Evə gəldikdən sonra da Yusif özünü aldatdığına görə, razılaşmaya riayət edib 200 manat vermək əvəzinə 160 manat pul verdiyinə görə çox əsəb keçirmişdir. 11 mart 2023-cü il tarixdə Yusif yenə Cumaya zəng edib ağac kəsməyə gəlmək istədiyini bildirdikdə Cuma ona gəlməsini demişdir. O, Cumadan nəyə görə Yusifi çağırdığını soruşduqda ona “Qazel” markalı yük avtomobilinə 62 sm. ölçüdən neçə cərgə ağac kötüyünün yerləşdiyini hesablayacağını bildirmiş və əgər Yusif ondan kəsdiyi pulu da geri qaytararsa qalan ağacları da Yusifə satacağını demişdir. Yusif fəhlələrlə birlikdə həmin gün həyət qapısına gəlib Cumanı çağırdıqda evdə çörək yemişlər. Cuma onların çağıran səsinə küçəyə çıxmışdır. O, evdən çıxmamışdır. Təxminən 10-15 dəqiqə sonra Cumanın səsinə həyətə çıxmışdır. Cuma ona Yusiflə mübahisə etdiyini, Yusifin özünü nalayiq sözlərlə təhqir etdiyini və döydüyünü, Yusifin yanındakı “Qazel” sürücüsünün və fəhlələrin də Yusifə kömək edərək onu tutduqlarını bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Şahid1 və onun yanındakı fəhlələr tərəfindən döyülərək sağ əlinin barmağının sınığı və başqa bədən xəsarətləri almışdır. Hadisə baş verən zaman o, yaşadığı evdə olmuşdur. Həyat yoldaşı Təqsirləndirilən şəxs həyətə gəldikdən sonra onun Şahid1 və Yusiflə birlikdə gəlmiş fəhlələr tərəfindən döyüldüyündən xəbər tutmuşdur. O özü şəxsən hadisəni görməmişdir, lakin baş verənləri ona Cuma danışmışdır. Həmin vaxtı Cumanın mobil telefonu və eynəyi də qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid8, Şahid9 və Şahid10 ifadələri ilə Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsməsi, Balakən rayonu Mahamalar kənd Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək həmin bələdiyyəyə məxsus torpaq sahəsindən və Balakən rayonu Mahamalar kəndinin ərazisində yerləşən X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı 0,49 ha çoxillik əkmələr ərazisindən qəsdən, qanunsuz olaraq ağac kəsmək qərarına gəlməsi, bu məqsədlə 09 mart 2023-cü il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində qeyd olunan bələdiyyəyə məxsus, meşə fonduna daxil olmayan Mahamalar Bələdiyyəsinin mülkiyyətinə aid kanal və arxlar ərazisindən 01 ədəd 43 sm diametrində 550 (beş yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 36 sm diametrində 350 (üç yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 26 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 22 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 36 sm diametrində 350 (üç yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 21 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 14 sm diametrində 150 (yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 22 sm diametrində 200 (iki yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 40 sm diametrində 400 (dörd yüz) manat dəyərində katalpa ağacını, 01 ədəd 28 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində katalpa ağacını, cəmi 2900 (iki min doqquz yüz) manat dəyərində olan 10 (on) ağacı və Balakən rayonu Mahamalar kəndinin ərazisində yerləşən X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə işlənmiş kənd təsərrüfatı təyinatlı 0,49 ha çoxillik əkmələr ərazisindən 01 ədəd 45 sm diametrində 650 (altı yüz əlli) manat dəyərində söyüd ağacını, 01 ədəd 80 sm diametrində 2400 (iki min dörd yüz) manat dəyərində söyüd ağacını, 01 ədəd 28 sm diametrində 250 (iki yüz əlli) manat dəyərində qələmə qovaq ağacını, 01 ədəd 41 sm diametrində 450 (dörd yüz əlli) manat dəyərində katalpa ağacını, 01 ədəd 24 sm diametrində 4000 (dörd min) manat dəyərində cır xurma ağacını, cəmi 7750 (yeddi min yeddi yüz əlli) manat dəyərində olan 5 (beş) ağacı, ümumilikdə 15 (on beş) ədəd,10650 (on min altı yüz əlli) manat dəyərində köküstə yaş ağacları özününkü kimi təqdim edərək həmin ağacların 160 manata (avtomobilin yük yerinə yığılmış ağacın hər cərgəsi 40 manata olmaqla) satılmasına dair Balakən rayonu Sarıbulaq kənd sakini Şahid1 ilə razılaşıb onun sifarişi ilə Balakən rayonu Sarıbulaq kənd sakini Şahid4 tərəfindən qəsdən, qanunsuz kəsilməsinə nail olaraq təbiətə külli miqdarda, yəni 10650 (on min altı yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qəsdən, qanunsuz olaraq ağac kəsməsi təsdiq olunmuşdur. İş materiallarında olan 13 mart 2023-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 13 mart 2023-cü il tarixdə saat 11:00-dən 12:00-dək olan müddət ərzində Balakən rayonu Mahamalar kəndinin ərazisində keçirilmişdir. Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə AR DİN-in 102 xidmətinə zəng edərək 1-ci qrup olan vətəndaş kimi onun evinə 7-8 nəfərin hücum edərək onu aldadaraq ağaclarını kəsmələri, sonradan gəlmələri və münaqişə zamanı eynəyini, barmağını sındırmaları barədə məlumat vermişdir. Baxış həmin məlumat əsasında Balakən rayonu Qazbinə kəndində aparılır. Baxışda Balakən rayonu Qazbinə kəndində yaşayan Təqsirləndirilən şəxs, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyən Şahid7 və hal şahidlərinin iştirakları ilə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ona məxsus olan 49 sot torpaq sahəsinin 5 sotunda kəsilmiş 10 ədəd katalba ağac növündən olan ağacların 41, 36, 28, 14,22,21, 40,26,36, 43 sm. olan ağaclar olmaları məlum olmuşdur. Əmlak pay torpağında isə 2 söyüd 80-45 sm, 1 katalba 41 sm., 2 cır xurma 8-24 sm., 1 çinar 28 sm. olmaları məlum olmuşdur. Baxış zamanı Şahid7 ümumi kəsilmiş 16 ədəd ağacların hər birinin kökü yaş vəziyyətdə kəsildiklərini bildirmişdir, Baxış zamanı Təqsirləndirilən şəxs 16 ədəd ağacları fındıq bağına kölgə saldığı üçün kəsdirdiyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmişdir. Baxış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin Balakən Rayon Polis Şöbəsinə ünvanladığı 02 may 2023-cü il tarixli 3-21-3-47/2-1550/2023 nömrəli məktubundan görünür ki, Balakən Rayon Polis Şöbəsində araşdırılan Balakən rayonu Qazbinə kəndində yerləşən 0.49 ha pay torpaq sahəsində 17 ədəd müxtəlif diamterli ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin müəyyənləşdirilməsi üçün mütəxəssisin ayrılmasına köməklik göstərilməsi barədə mətuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, sözügedən torpaq sahəsinə Balakən Rayon Polis Şöbəsinin əməkdaşının iştirakı ilə tərəflərindən yerli baxış keçirilmiş və mübahisə predmeti olan torpaq sahəsinin GPS aləti vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çölölçmə işlərinin nəticəsinə və idarələrinin xidməti istifadəsində olan elektron məlumat bazasına əsasən tərtib edilmiş sxemdə göründüyü kimi 1-dən 10-na kimi nömrələnmiş kəsilmiş müxtəlif diametrli ağacların yerləşdiyi torpaq sahəsi Balakən rayonu Mahamalar Bələdiyyəsinin mülkiyyətinə aid kanal və arxlar ərazisində, 10-dan 16-ya kimi isə X2 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə işlənmiş kənd təsərrüfatı təyinatlı 0.49 ha çoxillik əkmələr ərazisinin cizgiləri daxilində yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/3874 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Ç-HM/4623-055 nömrəli aktdan istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla ümumilikdə 15 ədəd müxtəlif diametrli, müxtəlif cinsli ağacların qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 10650,00 (on min altı yüz əlli) manat müəyyən edilir. 01 ədəd diametri 24 sm cır xurma cinsli ağac Azərbaycan Respublikasının “Qırmızı Kitabı” na düşdüyü üçün dəymiş ziyan 20 mislinə vurulur (24 sm-200 manat x 20 misli =4000 manat); həmin ağacların adları, diametrləri və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə verilmiş 145151 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs gözdən İ qrup əlildir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-28/2023 nömrəli qətnaməsindən görünür ki,iş üzrə Balakən Rayon Məhkəməsinin 7 yanvar 2022-ci il tarixli 2(019)-60/2022 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər Təqsirləndirilən şəxs və Şahid6 iddiaçılara məxsus Balakən rayonu Mahamalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.49 ha hissəsindən çıxarılması qət edilmişdir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsindən Balakən RPŞ-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-1550/2023 nömrəli məktuba 01 vərəqədən ibarət «Balakən rayon Polis Şöbəsinin icraatında olan xx.xx.2023-cü il, № 3-13-66/2- 5566/2023 saylı məktubunda qeyd olunan Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən kəsilmiş ağacların yerləşdiyi ərazinin yerləşmə vəziyyətinin Sxemi» əlavə edilmişdir. İş materiallarında olan Balakən Rayon Polis X4 müstəntiqinin 05 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Şahid1 satdığı 15 (on beş) ədəd müxtəlif cinsdən olan ağac hissələrini Şahid8 alıb əldə edərək yeşik taxtası düzəldib meyvə üçün yeşiklər düzəldərək satıb istifadə etməsinin iş üzrə nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş mülki iddiaçı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsindən görünür ki, həmin mülki iddia ərizəsində Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 10650 manat pulun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və ittiham tərəfinin şahidlərinin ifadələrini, 13 mart 2023-cu il tarixli baxış keçirilməsi barədə protokolu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 may 2022-ci il tarixli Ç-HM-4623-055 №-li aktını və həmin akt əsasında hesablanmış ziyanın hesablanması cədvəlini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 iyun 2023-cü il tarixli 9/3874 nömrəli rəyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daxil olmuş 02 may 2023-cü il tarixli 3-21-3-47/2-1550/2023 nömrəli məktubu, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışı, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 05 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə zidiyyət olmadan təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, həmin ağacları özünün əkməsi və ona görə də onları kəsməsinə hüququnun olması barədə məhkəmə istintaqında verdiyi ifadəsi və özünü təqsirli bilməməsi, ittihamın predmetini təşkil edən ağacları özünün əkməsi və ona görə də kəsməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsi üzrə xüsusatı özünümüdafiə kimi qiymətləndirir və ona verilən ittihamın təkzibi üçün əsassız hesab edir. Bu konteksdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə ittihamın predmetini təşkil edən ağacların kəsilməsi imperativ qaydada səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilərdi ki, Təqsirləndirilən şəxs da ağacların kəsilməsi zamanı belə qərarı almamışdır. Bu da Təqsirləndirilən şəxs əməlində CM-nin 259.2.4-cü maddəsinin tərkib əlamətlərinin olduğuna dəlalət edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ərazidən qanunsuz ağac kəsmə cinayət əməlini törətmişdir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən ilk dəfə cinayət əməli törətməsini və İ qrup əlil olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək və antisosial yönümün psixikasında model davranışa çevrilməməsini göstərmək üçün ağlabatan əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs İ qrup əlil olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması ona göstərilən humanizm prinsipinin nəticəsi olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Belə ki, Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmaqla, onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs 62 yaşında olmaqla əvvəllər hər hansı cinayət əməli törətməmişdir. Bu hal Təqsirləndirilən şəxs törətdiyi CM-nin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş az ağır cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl digər cəzaların nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası,xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs cərimə cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir və əsassızdır. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, aylıq gəlirinin (qazancının) müəyyən olunmadığı şəraitdə Təqsirləndirilən şəxs yeddi min manatdan doqquz min manatadək cərimə cəzasanın təyin edilməsi də onun əməlinə mütənasib olmamaqla və onun üçün maddi ağır maddi məhrumiyyətlər yaratmaqla ədalətsiz cəza olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğunluğu nöteyinəzərindən ədalətli cəzadır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən ilk dəfə cinayət əməli törətməsi və İ qrup əlil olması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Şahid1 satdığı 15 (on beş) ədəd müxtəlif cinsdən olan ağac hissələrini Şahid8 alıb əldə edərək yeşik taxtası düzəldib meyvə üçün yeşiklər düzəldərək satıb istifadə etməsi iş üzrə nəzərə alınmalıdır. Məhkəmə mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 10650 manat məbləğində pul tələbinə dair mülki iddiasına hüquqi qiymət verərək, hesab edir ki, mülki iddia əsaslı olduğundan təmin edilməli və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu maddi ziyana görə 10650 manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə vurduğu maddi ziyanın məbləği 10650 manat təşkil edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1.itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan isğtifadə etmək və ona dair sərənxam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu olan hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdəki sübutlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində mülki iddiaçıya 10650 manat məbləğində maddi ziyan vurulmuşdur, həmin ziyan Təqsirləndirilən şəxs qanunazidd hərəkətləri nəticəsində vurulmuşdur, tələb olunan 10650 manat məbləğində maddi ziyanla Təqsirləndirilən şəxs qanunazidd hərəkətləri arasında səbəbli əlaqə vardır və Təqsirləndirilən şəxs həmin 10650 manat məbləğində maddi zyanının vurulmasında təqsirlidir. Ona görə də mülki iddia təmin edilməklə mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu 10650 manat məbləğində maddi ziyan alınaraq, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Təqsirləndirilən şəxs Şahid1 satdığı 15 (on beş) ədəd müxtəlif cinsdən olan ağac hissələrini Şahid8 alıb əldə edərək yeşik taxtası düzəldib meyvə üçün yeşiklər düzəldərək satıb istifadə etməsi nəzərə alınsın. Mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 10650 manat məbləğində pul tələbinə dair mülki iddiası təmin edilsin; mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu maddi ziyana görə 10650 manat məbləğində pul alınaraq mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 90 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-12/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-12/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver