Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-120/2023 26.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə «26» dekabr 2023-cü il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəsilə ittiham verilmişdir ona görə ki, o, qəsdən təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2018-ci ilin sentyabr ayında Balakən rayonu Katex kənd sakini Zərərçəkmiş şəxs1 öz əlaqələri vasitəsi ilə tibbi sosial təqaüd düzəltdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2018-ci ilin sentyabr ayında Bakı şəhəri Göz xəstəxanasının yaxınlığında Həqiqət adlı qadını göndərərək Zərərçəkmiş şəxs1 həmin qadına verdiyi 3000 (üç min) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq 2021-ci ilin noyabr ayında Bakı şəhəri «Şamaxinka» adlı ərazidə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3500 (üç min beş yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yayında Balakən rayonu Hənifə kənd sakini Zərərçəkmiş şəxs2 sonuncunun qızı Şahid5 öz əlaqələri vasitəsi ilə tibbi sosial təqaüd düzəltdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin yayında Balakən şəhərində Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq 2021-ci ilin dekabr ayında Balakən şəhərində Zərərçəkmiş şəxs2 1000 (min) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 4000 (dörd min) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 öz əlaqələri vasitəsi ilə tibbi sosial təqaüd düzəltdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2022-ci ilin fevral ayında Balakən şəhəri H.Əliyev prospekti-93 ünvanındakı “Asan Xidmət” mərkəzinin yaxınlığında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs3 Şahid1 ilə göndərdiyi 1500 (min beş yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin dekabr ayında Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs4 öz əlaqələri vasitəsi ilə tibbi sosial təqaüd düzəltdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 2020-ci ilin dekabr ayında Balakən şəhəri mərkəzi bazarında Zərərçəkmiş şəxs4 1400 (min dörd yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq 2022-ci ilin yayında Balakən şəhəri ərazisindən sonuncuya göndərdiyi bank hesabına Zərərçəkmiş şəxs4 köçürdüyü 1000 (min) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 2400 (iki min dörd yüz) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 öz əlaqələri vasitəsi ilə tibbi sosial təqaüd düzəltdirəcəyini yalandan vəd edərək etibarından sui-istifadə edib aldatma yolu ilə 04 noyabr 2022-ci il tarixdə Balakən şəhəri H.Əliyev prospekti-93 ünvanındakı “Asan Xidmət” mərkəzinin yaxınlığında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs5 1500 (min beş yüz) manat pulunu, yalandan vəd etdiyi işin həll olunması üçün həmin işin davamı olaraq 2022-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs5 taksi sürücüsü ilə Bakı şəhərinə ona göndərdiyi 50 (əlli) manat pulunu, ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 1550 (min beş yüz əlli) manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qəsdən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus 3500 (üç min beş yüz) manat pulunu, Zərərçəkmiş şəxs2 məxsus 4000 (dörd min) manat pulunu, Zərərçəkmiş şəxs3 məxsus 1500 (min beş yüz) manat pulunu, Zərərçəkmiş şəxs4 məxsus 2400 (iki min dörd yüz) manat pulunu və Zərərçəkmiş şəxs5 məxsus 1550 (min beş yüz əlli) manat pulunu vahid niyyətlə alıb ələ keçirdiyini, lakin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurduğu ziyanı könüllü şəkildə tam olaraq həmin zərərçəkmiş şəxslərə ödədiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, həmçinin vurduğu cəmi ziyanın 25 faizi məbləğində pulu Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödəniş etdiyini bildirərək, ona qarşı Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələri, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid6, Şahid2 və Şahid4 ifadələri, ibtidai istintaqda şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələrinə istinad olunmuş Şahid3 və Yüzbaşiyeva Heykayət Mollasəfər qızının ifadələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə verilən ittiham və həmin ittihamın faktoloji halları tam təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadələrində və məhkəməyə ərizələrlə müraciət edərək, həmin ərizələrində Təqsirləndirilən şəxs tərəfindən onlara vurulan ziyanın könüllü şəkildə tam olaraq onlara ödənildiyini və Təqsirləndirilən şəxs onlarla barışıq əldə etdiyini, ona qarşı tələb və şikayətlərinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan olan 3500 manat pulu ona ödəmiş, onunla barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 manat ziyanı tam ödəmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan olan 2400 manat pulu tam ödəmiş və onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ona ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 %-i məbləğində (3344 manat) pul vəsaiti Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 vurulmuş ziyanı tamamilə ödəməklə onlarla barışmış, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi də Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Tələbnamə üzrə verilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli, 8 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 178.2.2-cü maddəsində dələduzluğun, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsilə olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə icraata xitam verilməsinə görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X1 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-120/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-120/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver