Məhkəmə qərarları › İş №1(019)-121/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-121/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-121/2023 10.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Zaqatala rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1988-ci il tarixdə Balakən rayonu Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən,məhkum olunmamış, Balakən rayonu Qaysa kəndində qeydiyyatda olan və yaşayan, 21 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 237.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, qanunsuz olaraq, tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə və qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, verilmiş ittihama görə o, 2022-ci ilin sentyabr ayınının sonlarında Balakən rayonu Qaysa kəndi ərazisindən keçən çayın kənarında kolluq sahədə aşkar etdiyi yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əvvəlcə yaşadığı evə aparıb gizlədərək saxlamış, daha sonra 2023-cü ilin mart ayının əvvəllərində həmin 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Balakən rayonu Qaysa kəndi ərazisindən keçən çayın kənarındakı çöllük sahədə torpağa qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 03 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək, ümumi çəkiləri 395 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, 2023-cü ilin iyun ayının əvvəllərində əkib-yetişdirərək kultivasiya etdiyi həmin 03 ədəd çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini toplayıb qurutmaqla, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 10,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq, əvvəlcə aparıb Balakən rayon Qaysa kəndi ərazisindəki yaşadığı evdə gizlədərək saxlamış, daha sonra xx.xx.2023-cü il tarixdən etibarən əldə etdiyi həmin təmiz çəkisi 10,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq üzərində saxlamış,19 iyun 2023-cü il tarixdə Balakən Rayon Polis Şöbəsinin X16 (bundan sonra Balakən RPŞ-nin Qabaqçöl PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 19:40-dan saat 20:10-dək üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib daşıyaraq üzərində saxladığı 01 ədəd qara rəngli sellofan bükümün içərisində olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 10,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüş, həmin tədbirin davamı olaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 iyun 2023-cü il tarixdə saat 21:15-dən 21:50-dək olan müddət ərzində keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 03 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək, ümumi çəkiləri 395 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Balakən rayonu Qaysa kəndi ərazisindən keçən çayın kənarındakı çöllük sahədən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2023-cü il 19 iyun tarixində səhər saat 11:00 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsinin poçt şöbəsinin qarşısında olarkən Balakən RPŞ-in Qabaqçöl bölməsinin əməkdaşları Rahib və Anar yaxınlaşaraq onun məcburi qolundan tutub polis bölməsinə aparmışlar. Onu bölmədə ilk öncə Rəşad Yusifovun otağına gətirmişlər. Sonra Rəşad müəllim ona suallar verməyə başlamışdır. Rəşad müəllim ona narkotik vasitə çəkib-çəkməməyi barədə suallar vermişdir. O, Rəşada bir neçə il əvvəl istifadə etdiyini, lakin sonra isə narkotikdən istifadəni tərgitdiyini bildirmişdir. Rəşad onun qarşısına 2 variant qoymuşdur. Ona bildirmişdir ki, ya onlara bir neçə narkotik satan şəxsin adını və onların yerini desin, ya da bir neçə ədəd narkotik tərkibli bitki və bir neçə qram narkotikin ona məxsus olduğunu və üzərindən çıxmasını boynuna alsın. Onunla bu barədə hardasa 2 saat söhbət etmiş və o, narazılığını bildirmişdir. Rəşad müəllim otaqda onunla söhbət edərkən Rahib və Anar da otaqda olmuşlar. O, Rəşad müəllimlə bir neçə saat söhbət edən zaman onlar otağa girib-çıxmışlar. Daha sonra Rəşad müəllim, Rahib və Anar otaqda olan zaman Elnur otağa daxil olmuşdur. Rəşad müəllim, Rahib və Anar otaqdan çıxan vaxt Elnur otaqda qalmış və əlinin içərisi ilə onun sifətinə vurmuşdur. Sonra Rəşad müəllim, Rahib və Anar otağa gəlmişlər. Anar sonra onu öz otağına aparmışdır. Anarın otağında olan zaman hardasa 3-5 dəqiqə sonra Rəşad müəllim, Rahib və Elnur gəlmişlər. Daha sonra Anarın otağında Rəşad müəllim, Rahib və Elnur onu döyməyə başlamışlar. Onlar onun sifətinə, bel və bədən nahiyəsinə vurmuşlar. Adları çəkilən 4 polis əməkdaşı onu Anarın otağından Rəşad müəllimin otağına aparmışlar. Rəşad müəllimin otağında Elnur onun əlini-qolunu bağlamış və Rahib ilə döyməyə başlamışlar. Daha sonra Rəşad müəllim də onlara qoşulmuş və onu döyməyə başlamışdır. Onlar yorulduqdan sonra Anar ayağının altına dəyənək ilə vurmağa başlamışdır. O, bu işgəncələrə dözməmiş və onların dedikləri ilə razılaşmışdır. Onlar onun üzərinə 11,48 qram narkotik vasitəni yerləşdirmişlər. Şəxsi axtarış zamanı video kamera müşahidəsi altında o, həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Çünki məqsədi yalnız onların yanından getmək olmuşdur. Daha sonra onu Qaysa çölünə aparmış və ora narkotik tərkibli çətənə bitkilərini yerləşdirmişlər. Ona da bu bitkilərin onun əkdiyini deməsini bildirmişlər. O da məcbur onların dediklərini etmişdir. 22 iyun 2023-cü il tarixdə məhkəmə zalından dərhal azad edildikdən sonra prokurorluğa bu barədə teleqram vurmuş və xəsarətlərinin itməməsi üçün özünün ekspertizadan keçirilməsini və şikayətinə qanunauyğun baxılmasını ərizəsində bildirmişdir. Onu polis bölməsinə öz maşını ilə gətirmişlər. Onu poçtun qarşısından aparmaq istəyərkən Rahib və Anar piyada olmuş və onlar onun maşınında yanında oturaraq onu bölməyə aparmışlar. Rəşad müəllim, Rahib və serjant Şaban onu Qaysa kəndi ərazisində çöllük sahəyə aparmışlar. Onlar iki maşın oraya getmişlər. Bir maşında onunla birlikdə Rəşad müəllim, Rahib və serjant Şaban, digər maşında isə adlarını bilmədiyi 2 polis əməkdaşı olmuşdur. Narkotik tərkibli bitkilər onların maşınında olmuşdur. Rahib bitkiləri götürmüş və getmişdir. Onunla maşında Şaban qalmışdır. Həmin bitkilərin kim tərəfindən yerləşdirildiyi barədə məlumatı yoxdur. Həmçinin Rəşad onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərərək xüsusilə ağır cinayətdə ittiham edəcəklərini, ya avtomobilinə silah və evinə narkotik vasitə yerləşdirəcəklərini, ya da ki onu döyüb əxlaqsız hərəkətlər edəcəklərini bildirmişlər. Onlarla ilk öncə razılaşmamış, çünki onun günahı olmamışdır. Onlarla razılaşmadığına görə onu döyüb işgəncə verməyə başlamışlar. O da onlardan tez yaxasını qurtarıb polis bölməsindən çıxmaq üçün onların dedikləri ilə razılaşmışdır. Məqsədi bu işgəncələrdən tez yaxasını qurtarıb oradan çıxmaq olmuşdur. Bütün qeyd olunanlara görə də o, işgəncələrdən və ona qarşı edilən hədələrdən qorxaraq, ilkin araşdırma zamanı narkotik vasitə marixuananın və narkotik bitkilərinin ona məxsus olmasını etiraf etmişdir. Lakin həmin marixuana və narkotik bitkilərinin ona heç bir aidiyyəti olmamışdır. Buna görə də ona verilən ittihamla razı deyil və özünü CM-nin 234.1 və 237.1-ci maddələrilə təqsirli bilmir. O, 2012-ci ildə ailə qurmuşdur, lakin 2016-cı ildə ailəsi dağıldığı üçün oğlu xx.xx.2014-cü il təvəllüdlü X4 onunla yaşayır, yəni onun himayəsindədir. Ona bəraət verilməsini xahiş edir. İbtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Təxminən 1 ildir narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin sentyabr ayının sonlarında yaşadığı Qaysa kəndi ərazisindən keçən çay kənarına istirahət etmək üçün getmişdir. Həmin vaxt çayın kənarında özü-özünə bitən 01 ədəd yabanı halda olan narkotik bitkisini görmüşdür. O da narkotik vasitə istifadə etdiyi üçün həmin bitkinin üzərində olan 3 ədəd toxumları yığaraq gələcəkdə istifadə etmək üçün narkotik bitkisini əkməyi düşünmüşdür. Bunun üçün də həmin gün yığdığı 3 ədəd toxumları Qaysa kəndi ərazisində yerləşən evində saxlamış və 2023-cü ilin mart ayının əvvəllərində həmin yabanı halda bitmiş narkotik bitkisini aşkar etdiyi yerdə, yəni yaşadığı Qaysa kəndi ərazisindən keçən çayın kənarındakı çöllük ərazidə torpağa əkmişdir. Həmin toxumlardan 03 ədəd bitki cücərib inkişaf edərək bitmişdir. Həmin 03 ədəd bitkilərə vaxtaşırı qulluq etmiş, diblərini yumşaltmış, alaq otlarından təmizləmiş və suvarmışdır. 2023-cü ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı gün o, narkotik bitkilər əkdiyi həmin yerə getmişdir. Orada əkdiyi 03 ədəd narkotik bitkisinin üzərindəki tam yetişməmiş hissələrini yığmış və həmin yerdən tapdığı sellofan bükümə doldurub cibinə qoymuşdur. Bundan sonra oradan çıxıb evə gəlmiş və içərisinə narkotik doldurduğu sellofan bükümü yaşadığı evin həyətində açıb quruması üçün sərmişdir. Daha sonra isə həmin narkotik vasitəni 01 ədəd qara rəngli sellofan bükümə doldurub yaşadığı evdə gizlədib saxlamışdır. Həmin vaxtdan etibarən isə mütəmadi olaraq həmin narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə yaşadığı evdə saxladığı 01 ədəd qara rəngli sellofan bükümə doldurub saxladığı narkotik vasitənin geriyə qalan hissəsini əynindəki şalvarın sağ yan cibinə qoyaraq, Balakən rayon Qabaqçöl qəsəbəsinə getmək üçün yaşadığı evdən çıxmışdır. Balakən rayon Qaysa kəndi ərazisində olduğu zaman saat təxminən 19 radələrində ona yaxınlaşan mülki geyimli şəxslər özlərini təqdim edərək, Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları olduqlarını bildirmiş və üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək, onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə razılaşaraq, Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid4 tərəfindən ona Balakən rayon Vəkillər Bürosunun siyahısı təqdim edilmiş, daha sonra onun vəkillər siyahısından seçdiyi vəkil X9 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya və predmetin olub-olmadığı barədə sual verilmiş, o da əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotiki çıxarıb təqdim etmişdir. Həmin sellofan büküm elektron tərəzidə çəkilərkən çəkisi 11,48 qram təşkil etmişdir. Daha sonra həmin sellofan büküm narkotik vasitə ilə birlikdə kağız zərfdə qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa da üzərində şəxsi axtarış aparılan zaman başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra da şəxsi axtarış zamanı ona, başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə sual verilmiş, o, həmin narkotik vasitəni yaşadığı Qaysa kəndi ərazisindən keçən çayın kənarındakı çöllük ərazidə əkmiş olduğu 03 ədəd narkotik tərkibli bitkilərdən əldə etdiyini, həmin yeri də göstərə biləcəyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra isə polis əməkdaşları, vəkil və dəvət edilmiş mütəxəssis aqronomun iştirakı ilə onun qeyd etdiyi torpaq sahəsinə baxış keçirilməsi üçün getmişlər. Baxış zamanı həmin narkotiki əldə etdiyi bitkiləri əkdiyi yeri göstərmiş, həmin yerdən 03 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin hündürlükləri ölçülmüş, 125 sm-dən 165 sm-dək olmuşdur. Həmçinin baxışda iştirak edən mütəxəssis aqronom aşkar edilmiş 03 ədəd bitkilərə baxaraq narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olmasını bildirmişdir. Baxış zamanı həmin sahədə başqa qanunsuz saxlanılan əşya, predmet və sair aşkar edilməmişdir. Həmin 03 ədəd bitkilər bir ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra isə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/488 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 10,98 qram, aşkar edilmiş 03 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 395 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkiləridir. O, həmin narkotik olan sellofan bükümü özü istifadə etmək üçün üstündə saxlayaraq daşımışdır. Onun üzərində aşkar edilmiş həmin 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı saxlamağından və 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkilərini əkməyindən ailə üzvlərinin və ya digər şəxslərin məlumatları olmamışdır. O, əkmiş olduğu 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanabis) bitkilərindən əldə etdiyi narkotik vasitədən hər hansı bir şəxsə pay verməmiş və ya satmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və məhkəmə istintaqında verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞnin Qabaqçöl PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır və polis leytenantı rütbəsini daşıyır. 19 iyun 2023-cü il tarixdə Balakən rayon Qaysa kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat tərəfindən raportla Balakən RPŞ-nin Qabaqöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin əməkdaşları ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Qabaqçöl qəsəbəsi ərazisində saxlanılmış və tərəflərindən dəvət olunaraq Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəldikdən sonra ilk öncə Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Şahid4 tərəfindən təqdim edilmiş vəkillər siyahısından seçdiyi vəkil X2 RPŞ-nin Qabaqçöl PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Şahid4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütlənin narkotik vasitə marixuana olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin kütləni yaşadığı Balakən rayonu Qaysa kəndi ərazisində çay kənarı çöllük ərazidə əkibbecərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığmaqla əldə etdiyini, həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləciyini də bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan büküm təhqiqatçı Şahid4 tərəfindən açılan zaman içərisində tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və ümumi çəkisi 11,48 qram təşkil etmişdir. Həmin sellofan büküm təhqiqatçı Şahid4 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndi ərazisində olan çöllük sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləcəyini bildirdiyi üçün 19 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisinin, baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmiş mütəxəssis aqronom Şahid5, polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs göstərməsi ilə yaxınlaşmış və qeyd olunan əraziyə çatdıqda Təqsirləndirilən şəxs əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom aşkar edilmiş 03 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılmış, ölçülmüş, hündürlükləri 125 sm-dən 165 sm-dək olduğu məlum olmuşdur. Həmin 03 ədəd bitkilər 1 ədəd ağ sintetik kisədə qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Tutularkən, polis şöbəsində saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış və eyni zamanda baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir edilməmiş, Təqsirləndirilən şəxs döyülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən RPŞnin Qabaqçöl PB-nin polis sahə nəfəri vəzifəsində çalışır və polis serjantı rütbəsini daşıyır. 19 iyun 2023-cü il tarixdə Balakən rayon Qaysa kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili,polis leytenantı Şahid1 tərəfindən raportla Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş və həmin məlumatın yoxlanılması, yəni Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Qabaqçöl qəsəbəsi ərazisində saxlanılmış və dəvət olunaraq Balakən RPŞ-nin Qabaqçöl PBnə gətirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəldikdən sonra əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis leytenantı Şahid4 tərəfindən təqdim edilmiş vəkillər siyahısından Təqsirləndirilən şəxs seçdiyi vəkil X17 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə təhqiqatçı Şahid4 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual verilmişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba təhqiqatçı Şahid4 tərəfindən açılan zaman içərisindən tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 11,48 qram təşkil etmişdir. Həmin büküm təhqiqatçı Şahid4 tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün əkmiş olduğu 03 ədəd bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən bu prosessual hərəkət videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndi ərazisində olan çöllük sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləcəyini bildirdiyi üçün 19 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisinin, baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmiş mütəxəssis aqronom Şahid5, polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs göstərməsi ilə yaxınlaşmış və qeyd olunan əraziyə çatdıqda Təqsirləndirilən şəxs əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin 03 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçülmüş, hündürlükləri 125 sm-dən 165 sm-dək olduğu məlum olmuşdur. Həmin 03 ədəd bitkilər 1 ədəd ağ sintetik kisədə qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxumuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Həmçinin bildirir ki, tutularkən, polis şöbəsində saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış və eyni zamanda baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir edilməmiş, Təqsirləndirilən şəxs döyülməmiş və ona işgəncə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin Qabaqçöl PB-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis kiçik serjantı rütbəsini daşıyır. 19 iyun 2023-cü il tarixdə Balakən rayon Qaysa kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması ilə bağlı Qabaqçöl PB-nə gətirilib şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsini Balakən rayon Qaysa kəndi ərazisində olan çöllük sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinin üzərindən yığdığını və həmin 03 ədəd bitkiləri əkib-becərdiyi yeri göstərə biləcəyini bildirdiyi üçün 19 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisinin, baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmiş mütəxəssis aqronomun, polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs göstərməsi ilə yaxınlaşmış və qeyd olunan əraziyə çatdıqda Təqsirləndirilən şəxs əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin 03 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçülmüş, hündürlükləri 125 sm-dən 165 sm-dək olduğu məlum olmuşdur. Həmin 03 ədəd bitkilər 1 ədəd ağ sintetik kisədə qablaşdırılmış, DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmiş, üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Daha sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Tutularkən, polis şöbəsində saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış və eyni zamanda baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. 19 iyun 2023-cü il tarixdə Balakən rayon Qaysa kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən raportla Qabaqçöl PB-nin rəhbərliyinə məruzə olunmuş, daha sonra keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayon Qabaqçöl qəsəbəsi ərazisində saxlanılıb dəvət olunaraq, Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-nə gəldikdən sonra ilkin araşdırma aparılması ona həvalə edilmişdir. O, ilk öncə Təqsirləndirilən şəxs Balakən rayon Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin siyahıdan seçdiyi vəkil X1 PB-nə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və ona üzərində hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə olub-olmaması barədə sual vermişdir. Bu zaman şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba tərəfindən açılan zaman içərisindən tünd yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi aşkar edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm tərəfindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 11,48 qram təşkil etmişdir. Həmin büküm tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsinin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni öz istifadəsi üçün əkmiş olduğu 03 ədəd bitkilərin üzərindən yığaraq əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılması barədə tərəfindən protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış Balakən RPŞnin KTQ-nun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndi ərazisində olan çöllük sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yeri göstərə biləcəyini bildirdiyi üçün 19 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, baxış keçirilməsində iştirak etmək üçün tərəfindən dəvət edilmiş mütəxəssis aqronom Şahid5, polis əməkdaşlarının iştirakları ilə qeyd olunan əraziyə baxış keçirilməsi üçün getmişlər. Həmin əraziyə Təqsirləndirilən şəxs göstərməsi ilə yaxınlaşmış və qeyd olunan əraziyə çatdıqda brahim Əhmədiyev əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkiləri təqdim etmişdir. Baxışda iştirak edən mütəxəssis aqronom həmin 03 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu bildirmişdir. Aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçüldükdə, hündürlükləri 125 sm-dən 165 sm-dək olduğu məlum olmuşdur. Həmin 03 ədəd bitkilər tərəfindən 1 ədəd ağ sintetik kisədə qablaşdırılaraq DİN-nin arayışlar üçün 185 nömrəli möhürü ilə möhürlənmişdir. Üzərini də digər iştirakçılarla birlikdə imzalamışlar. Baxış keçirilməsinə dair tərəfindən protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Lakin 19 iyun 2023cü il tarixdə saat 21:15-dən saat 21:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Balakən rayon Qaysa kəndi ərazisində olan çöllük sahədə əkib-becərdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyi yerə baxış zamanı həmin ərazidən 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilərkən tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli baxış keçirilməsi ilə bağlı protkolda həmin 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin kökündən çıxarılıb ölçüldüyünü və hündürlüklərini unudaraq qeyd etməmişdir. Bütün istintaq materiallarında aqranom mütəxəssisin rəyində və digər sənədlərdə bitkilərin hündürlükləri qeyd edilmişdir. 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin baxış və götürülməsi ilə bağlı görüntülər texniki səbəblərdən yoxa çxmışdır. Bu yəqin ki, videokamerada yaranmış nasazlıq səbəbindən baş vermişdir. Ona görə də baxış keçirilməsinin videogörüntüləri təqdim olunmamışdır və onları təqdim etmək qeyri-mümkündür. Tutularkən, üzərində şəxsi axtarış və eyni zamanda baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir edilməmiş, Təqsirləndirilən şəxs döyülməmiş və ona işgəncə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən rayonu Hənifə kənd icra nümayəndəsi vəzifəsində çalışır. 19 iyun 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları onu Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət etmişdir. O, Balakən RPŞ-nin Qabaqçöl PB-nə gələndən sonra polis əməkdaşları ona Balakən rayonu Qaysa kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Qaysa kəndi ərazisində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkdiyini, buna görə də həmin əraziyə baxış keçirəcəklərini bildirib, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilib-edilmədiyi barədə rəy verməyini ondan xahiş etmişlər. O da polis əməkdaşlarına razılıq vermişdir. Buna görə də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisi və bir qrup polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Qaysa kəndi ərazisində yerləşən çay qırağı çöllük sahəyə baxış keçirilməsi üçün getmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs 03 ədəd çətənə bitkilərini onlara təqdim etmişdir. Baxış keçirilərkən gecə vaxtı olmuş və həmin bitkiləri 3 metrdən görmüşdür. Bitkilər dik durmuş vəziyyətdə olmuşdur. Onların yarpaqları soluxmamışdı. Onların narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğunu, həmçinin ətrafının təmizləndiyini, diblərinin yumşaldığını görmüş və buna görə də həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini göstərmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılıb ölçülmüş, hündürlükləri 125 sm-dən 165 sm-dək olmuşdur. Aşkar edilmiş 03 ədəd çətənə bitkilərinə oxşar bitkilər 1 ədəd sintetik kisədə qablaşdırılmış, sintetik kisənin üzəri möhürləndikdən sonra iştirakçılarla birlikdə üzərini də imzalamışlar. Bundan sonra baxış keçirilməsinə dair protokol tərtib edilmiş və ucadan oxunmuş, protokola heç bir əlavə, şikayət və vəsatət daxil olmadığından digər iştirakçılarla birlikdə protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Baxış Balakən RPŞ-nin əməkdaşı Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Qaysa kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Onunla hər hansı düşmənçilik və ədavəti olmamışdır. Təxminən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs ilə Balakən rayon Qabaqçöl qəsəbə ərazisində qarşılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs da narkotik vasitə istifadə etdiyini bildiyi üçün onda istifadə etmək üçün narkotik vasitə olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da onun narkotik vasitə istifadə etdiyini bildiyi üçün narkoik vasitə olduğunu bildirmişdir. Həmin vaxt onlar insanlar olmayan yerə gedib İbrahimin üzərində olan təxminən 1 qram narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurmaq yolu ilə çəkmişlər. Bundan sonra oradan ayrılaraq getmişdir. 19 iyun 2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkilməsi ilə bağlı tutulduğunu bilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə təxminən 6-7 ay əvvəl Balakən rayon Qabaqçöl qəsəbə ərazisində görmüşdür. Lakin Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana saxlamasından və 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkibyetişdirməsi ilə bağlı məlumatı olmamışdır. İbrahim onun da narkotik istifadə etdiyini bildiyi üçün özündə olan narkotiki ortaya çıxarmış və birlikdə istifadə etmişlər. O, Təqsirləndirilən şəxslə birlikdə çəkdiyi narkotik vasitənin qarşılığında ona pul və ya başqa nə isə verməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi və saxlaması barədə polis orqanlarına məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs istinad olunan 3 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkildiyi yerə baxış keçirilərkən videokameradan istifadə olunmuş, lakin həmin videogörüntülər silinmişdir. Diskdə olan videogörüntülərin hansı səbəbdən silindiyini bilmir. Yəqin bu texniki nasazlıqdan baş vermişdir. Həmçinin baxış zamanı videokamera ilə çəkiliş olduğu üçün hal şahidləri həmin baxışda iştirak etməmişlər. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsirlərin edilib-edilmədiyi barədə suallar verilmiş, Təqsirləndirilən şəxs də döyülmədiyini və ona fiziki və psixi təsirin göstərilmədiyini bildirmişdir. Həmçinin Balakən rayon prokurorluğunda Təqsirləndirilən şəxs şikayəti əsasında araşdırma aparılmış və polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyülmədiyi və ona işgəncə verilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə tutulan vaxt o, Balakən rayon Qabaqçöl qəsəsində yerləşən poçt şöbəsində olmuşdur. O, poçtdan çölə çıxıb Təqsirləndirilən şəxs telefonla zəng etmiş və sənədləri gətirməsini demişdir. Həmin vaxt İbrahim poçtun yanında avtomaşınında olmuşdur. Bu vaxt 3 nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs olduğu avtomaşina yaxınlaşıb avtomaşına oturmuş və İbrahimi öz avtomaşını ilə polis bölməsinə aparmışlar. Bu zaman saat 13 radələri olardı. Belə ki, poçt şöbəsi nahar fasiləsinə bağlanırdı. Qabaqçöl poçt şöbəsi ilə polis bölməsi yaxınlıqda yerləşir, onların arasında təxminən 100 metr məsafə vardır. Həmin vaxt polislər özlərini təqdim etmədilər. Bir nəfər polis əməkdaşı avar dilində naraht olma demişdir. Avtomaşını İbrahim sürürdü. Polis əməkdaşlarından bir nəfər İbrahimin yanında qabaq sağ oturacaqda, iki nəfər isə arxa sərnişin oturacağında oturmuşdular. Bundan sonra o, polis bölməsi tərəfə qaçmışdır. Polis bölməsinin yanında olanda orada çığırtı səslərini eşitmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs döyülüb-döyülmədiyini görməmiş, bunun şahidi olmamışdır. İki gün sonra İbrahimlə görüşmüşdir. İbrahimin üzündə xəsarət izi yox idi. Amma İbrahim çox gücsüz görünürdü. İbrahim hadisə ilə bağlı ona heç nə deməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin Qabaqçöl PB-nin CA xətti üzrə əməliyyat müvəkkili Şahid1 19 iyun 2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə əməliyyat müşahidəsinə götürülməklə saxlanılıb Qabaqçöl PB-nə gətirilməsilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə rəhrbərliyi altında Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat-axtarış qrupunun yaradılması qərara alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması barədə 21 iyun 2023-cü il tarixli qərarından görünür ki, Balakən rayon Qaysa kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması məqsədilə, əməliyyat müşahidəsinə götürülməklə saxlanmasına dair Balakən RPŞ-nin Qabaqçöl PB-nin CA xətti üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 19 iyun 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokolda Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 19.20-də şübhəli şəxs qismində tutulması göstərilmişdir. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayon Qaysa kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 19:40dan 20:10-dək olan müddətdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Balakən rayon Qaysa kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PBnə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, vəkillər siyahısından seçdiyi X29 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs AR CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli sellofan bükümdə olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim edərək həmin kütləni özünün Balakən rayon Qaysa kəndində çay qırağı çöllük ərazidə əkmiş olduğu 3 ədəd narkotik tərkibli çətənə kollarının üzərindən yığaraq saxladığını və qeyd etdiyi 3 ədəd bitki kollarını göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qara sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, üzərindəki sellofan büküm ilə birlikdə ümumi çəkisi 11,48 qram təşkil etmişdir. Aşkar edilmiş bitki kütləsi 1 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, predmet aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Şəxsi axtarış “Panasonic” markalı videokamera vasitəsilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə olunmuşdur. Tərtib olunmuş protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokolda xx.xx.2023cü il tarixdə saat 21:15-dən 21:50-dək olan müddət ərzində keçirilən baxış zamanı Təqsirləndirilən şəxs narkotik tərkibli 3 ədəd çətənə koluna oxşar bitkilərini göstərməsi, alim aqronom Şahid5 qeyd edilən bitki kollarının narkotik tərkibli çətənə bitkisinə oxşar olduğunu, aqrotexniki qaydada qulluq olunduğunu və diblərinin alaq otlarından təmizləndiyini bildirməsi, daha sonra qeyd edilən 3 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kollarının 1 ədəd ağ sintetik kisədə qablaşdırılaraq möhürlənməsi və götürülməsi, baxışın Panasonic markalı videokamera vasitəsi ilə həyata keçirilməsi, videogörüntünün olduğu diskin protokola əlavə edilməsi, daha sonra protokolun tərtib olunması və doğruluğunun imzalarla təsdiq edilməsi qeyd edilmişdir. Həmin baxışın keçirilməsi barədə videogörüntülər maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməmiş, həmçinini baxışın keçirilməsində hal şahidlərinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan mütəxəssis aqronom Şahid5 rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Balakən rayon X16 əməkdaşları ilə birlikdə Balakən rayon Qaysa kənd sakini Təqsirləndirilən şəxs qeyd etdiyi Balakən rayon Qaysa kəndi ərazisində yerləşən çay qırağı çöllüyə baxış keçirilən zaman aşkar edilmiş hündürlükləri 125 sm-dən 165 sm-dək narkotik tərkibli çətənə bitkisinə oxşar 3 ədəd bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, dibləri alaq otlarından təmizlənmiş və suvarılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/488 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuanaya bənzər bitki kütləsi…» yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi-10,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindlən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda «Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar kollar.» sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 03 (üç) ədəd, uzunluqları 125 sm-dən 165 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-395 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; aqronom Şahid5 19 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir; tədqiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və 03 (üç) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər Qeyd:a) Çətənə bitkilərinin ümumi təmiz çəkisi-395,0 qram, cəmi tədqiqata sərf edildi-0,30 qram (hər bitkidən 0,10 qram), qalıq-394,70 qram;b) Marixuanaların təmiz çəkisi-10,98 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-10,93 qram. Ekspertiza tədqiqatının dəyəri 35,97 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 20 iyun 2023-cü il tarixli aktdan görünür ki, 19 iyun 2023-cü il tarixli qərara əsasən tədqiqata təqdim edilən 01 ədəd sellofan bükümdə narkotik vasitə və 03 ədəd narkotik tərkibli bitki nümunələri CAS/CAS- MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. 10,98/395,00 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2023 saat 14.02; 0,05/0,30 qram/ml nümunə götürüldü, 10,93/394,70 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2023 saat 14.51. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir (21 iyun 2023-cü il tarixdə saat 17.50-də). İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X4 olmaqla Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1145 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin 17 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarından görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 10,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,93 qramı və baxış zamanı aşkar edilməsi göstərilən ümumi təmiz çəkisi 395,00 qram olan və ekspertiza tədqiqatından sonrakı çəkisi 394,90 qram təşkil edən 3 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, həmin qərarda həmçinin baxış «Panasonic» markalı videokamera ilə fasiləsiz olaraq lentə alınsa da, videokamerada yaranmış texniki nasazlıq səbəbindən həmin videogörüntü yaddaşda saxlanmadığından təqdim edilməsinin mümkün olmamasına əsasən Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyi qeyd edilən Balakən rayon Qaysa kəndi ərazisindən keçən çayın kənarındakı çöllük sahəyə baxışla bağlı videogörüntünün olmamasının nəzərə alınması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon prokurorunun köməkçisi X5 17 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi rayon prokurorluğunda araşdırılaraq, Balakən RPŞ-nin Qabaqçöl PB-nin inzibati binasında xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin baş əməliyyat müvəkkili X22, əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin Qabaqçöl PB-nin sahə rəisi X6 və Balakən RPŞ-nin Qabaqçöl PB-nin Təminat hissəsinin kiçik inspektoru X7 əməllərində Təqsirləndirilən şəxs işgəncə verilməsi, onu qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qoymaları xüsusatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293.1, 293.2 və 293.3cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X25 25 iyun 2023-cü il tarixli 1995 №-li aktından görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs THC (Kannabinoidlər), TML (Tramadol HCİ) və MTD (Metadon) aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş ALYANS CLİNİC-in xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 12 parametr üzrə narkotest aparılmış və onda COC (Cocain), THC (Marixuana), MTD (Metadon), MOP (Morfin), BZO (Benzodiazepin), AMP (Amphetamine), BAR (Barbiturates), OPİ (Opiate), PCP (Phencyclidine), TCA (Tricyclic Antidepressants), TML və MDMA göstəricilərində nəticə neqativ müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Maddə 10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Maddə 10.3. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Maddə 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Maddə 3.1. Hakimlər-cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Maddə 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Maddə 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPMnin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Maddə 148.1. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Maddə 148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. Maddə 148.3. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: Maddə 148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə; 148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda; 148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə. Maddə 148.4. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Maddə 148.5. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Maddə 246.2.Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər:246.2.1.şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq mühafizə orqanına gətirildikdə… Maddə 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsi ilə bağlı ittiham tərəfinin təqdim etdiyi sübutları hüquqi cəhətdən qiymətləndirərək, hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün həmin sübutlar mötəbər hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, faktiki olaraq Təqsirləndirilən şəxs barəsində «Əməliyyat-Axtarış Fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin heç biri həyata keçirilməmiş, o, soyadı, adı , atasının adı və yaşadığı ünvanı məlum olan və şahid qismində dindirilmiş şəxsin məlumatı əsasında CPM-də nəzərdə tutulmuş əsaslar üzrə şübhəli şəxs qismində 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində (məhz həmin vaxtdan onun fiziki azadlığı məhdudlaşdırılmışdır) Balakən rayon Qabaqçöl qəsəbəsində yerləşən poçt şöbəsinin yanında tutulmuş, qanunvericiliyin tələbinə əsasən tutulması tutulma haqqında protokol əsasında həyata keçirilmiş və o, şəxsi axtarış aparılması üçün yaxınlıqda yerləşən polis orqanına-Balakən RPŞnin Qabaqçöl PB-nə gətirilmişdir. Balakən RPŞ-nin Qabaqçöl PB-də Təqsirləndirilən şəxs müdafəçi ilə təmin olunmuş, onun müdafiəçisi ilə konfidensial ünsiyyət saxlanılmasına şərait yaradılmış, ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçisinin iştirakı ilə polis bölməsində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış həyata keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir edilməmiş və bir bükümdə narkotik vasitə qurudulmuş marixuana onun göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüş, həmin narkotik vasitə elektron tərəzidə çəkilməklə bükümdə birlikdə çəkisinin 11,48 qram olması müəyyən edilmiş, həmin prosessual tədbirdə iştirak edən şəxslər, o cümlədən şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi bu protokola imza etmiş, bu zaman protokolda heç bir etiraz, irad və narazılıqlarını bildirməmiş, şəxsi axtarışla bağlı protokola aid Azərbaycan Respublikası CPM-nin 247-ci maddəsində göstərilmiş tələblərə riayət edilmişdir. Həmçinin 19 iyun 2023-cü il tarixli şəxsi axtarışın videogörüntülərində Təqsirləndirilən şəxs hər hansı işgəncə və döyülmə izləri müşahidə olunmur, eyni zamanda o və müdafiəçisi bu barədə heç bir məlumat bildirməmiş və protokolda bu barədə heç bir qeyd etməmişlər. Halbuki qanunvericiliyə əsasən onların belə hüquqları vardır və bu hüquqların həyata keçirilməsi üçün onlara lazımi imkanlar yaradılmışdır. Məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/488 saylı rəyi ilə də Təqsirləndirilən şəxs müəyyən edilmiş kütlənin 10,98 qram çəkidə dövriyyəsi qadağan olunmuş narkotik vasitə-qurudulmuş marixuana olması müəyyən edilmiş, ondan 0,05 qram tədqiqat üçün sərf edilməklə qalıq kütlə 10,93 qram müəyyən edilmiş, həmin 10,93 qram narkotik vasitə qurudulmuş marixuana Balakən RPŞ-yə qaytarılmaqla maddi sübut kimi tanınmış və saxlanması üçün polis şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs məhz təmiz çəkisi 10,98 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə etmə, daşıma və saxlamasına görə CM-nin 234.1-ci maddəsilə ittiham verilmişdir. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitə olan qurudulmuş marixuananın olmaması, polis bölməsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən onun döyülməsi, işgəncə verilməsi nəticəsində həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsini və ibtidai istintaqın son mərhələsində təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi ifadəsini mötəbər sübut saymır. Onun şübhəli şəxs qismində və ibtidai istintaqda ilkin olaraq təqsirləndirilən şəxs qismində həmin 10,98 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olması barədə ifadələrini isə CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham üzrə mötəbər sayır. Belə ki, təqsrirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadəsində və məhkəmə istintaqında verdiyi ifadəsində CM-nin 234.1-ci maddəsilə bağlı narkotik vasitə qurudulmuş marixuananın ona məsus olması barədə etirafedici ifadələrinin polis əməkdaşları tərəfindən onun döyülməsi və ona işgəncə verilməsi halı ilə əlaqələndirmişdir. Bu konteksdə məhkəmə qeyd edir ki, işdəki sübutlarla tutulduğu və polisdə saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən onun döyülməsi və ona işgəncə verilməsi müəyyən olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, Balakən rayon prokurorunun köməkçisi X5 18 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Balakən RPŞnin Qabaqçöl PB-nin əməkdaşları X23, Şahid1, X6 və X7 əməllərində Təqsirləndirilən şəxs işgəncə verilməsi, onu qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qoymaları xüsusatında CM-nin 293.1. 293.2 və 293.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, həmin qərar Balakən Rayon Məhkəməsinin müvafiq qərarı ilə ləğv edilərək əlavə araşdırma aparılması üçün Balakən rayon prokuroruna göndərilmişdir. Balakən rayon prokurorluğunda bu xüsusat üzrə əlavə araşdırma aparılmış, həmin polis əməkdaşlarının və digər şəxslərin izahatları, o cümlədən ekspertin izahatı alınmaqla, ekspertiza tədqiqatına və işdə toplanmış zəruri materiallara hüquqi qiymət verilməklə Balakən rayon prokurorunun köməkçisi X5 17 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları X23, Şahid1, X6 və X7 əməllərində Təqsirləndirilən şəxs işgəncə verilməsi, onu qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qoymaları xüsusatında CM-nin 293.1. 293.2 və 293.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən prokurorluqda aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs olan xəsarətlərin onun 19 iyun 2023-cü il tarixdə tutulduqdan, yəni polis əməkdaşlarının nəzarəti altına keçdikdən sonra yaranması öz təsdiqini tapmamışdır. Prokurorluqda aparılan həmin araşdırmanı qanunvericiliyin tələbləri və tətbiqi təcrübəsi baxımından səmərəli araşdıma sayılmaması üçün müvafq faktoloji əsaslar yoxdur. Belə ki, təqsirləndirilən şəxs və ümumən müdafiə tərəfi Təqsirləndirilən şəxs həmin xəsarətləri məhz tutulduqdan sonra, polisin nəzarəti altında olduğu vaxt almasını birmənalı nəticəyə gəlməyə əsas yaradan fakt olaraq sübut edə bilməmişlər. Halbuki həmin xəsarətlərin Təqsirləndirilən şəxs polisin nəzarətində olduğu vaxt alınmasını sübut etmə yükü müdafiə tərəfinin üzərinə düşür. Dövlət şəxsin həmin xəsarətləri polisin nəzarəti altında olduğu vaxtda alınması faktı təsdiq olunduğu təqdirdə bunun səmərəli maddi-hüquqi və prosessual aspektdə araşdırılması öhdəliyini daşıyır (Avropa Məhkəməsinin Assenov Bolqarıstana qarşı iş üzrə, Sərdar Cəlaloğlu Azərbaycana qarşı iş üzrə qərarları və sair). Eynilə məhkəmə istintaqında da Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən olunmuş xəsarətləri polis tərəfindən tutulduqdan sonra və polis nəzarəti altında olduğu vaxt alması təsdiq olunmamış, bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu xüsusda müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 məhkəmə iclasında verdiyi ifadəsi də polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işgəncə verilməsi və onun döyülməsi barədə məlumatın təsdiqi üçün mötəbər sübut deyildir. Belə ki, Şahid7 ifadəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Qabaqçöl qəsəbəsində poçt şöbəsinin yanında 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində tutulduğunu bildirsə də, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs döyüldüyünü görmədiyini, İbrahimin də bu barədə ona heç nə demədiyini, həmçinin Təqsirləndirilən şəxs həbsdən çıxdıqdan sonra onun üzündə xəsarət izlərinin də olmadığını bildirmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Şahid7 ifadəsinə, həmçinin iş materiallarına istinad edilməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki tutulduğu, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt 19 iyun 2023-cü il saat 13 radələri hesab olunmalıdır. Məhkəmə işdəki digər mötəbər sübutlarla müqayisəli hüquqi qiymət verməklə Təqsirləndirilən şəxs məhkəmə istintaqındakı ifadəsində və ibtidai istintaqda təqsirləndirilən şəxs qismində əlavə dindirmə zamanı ifadəsində CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham xüsusunda özünü həmin maddə ilə təqsirli bilməməsi və onda tapılan narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən ona zor tətbiq etməklə cibinə qoylması barədə verdiyi məlumatları özünümüdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə verilən ittihamla bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirmədə verdiyi ifadəsində göstərdiyi bu hallar Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi xüsusunda məhkəmə istintintaqında və ibtidai istintaqdada əlavə dindirmədə göstərdiyi bu hallar nə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinin sübut olunması, nə də həmin maddə ilə cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs istinad olunan CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham xüsusunda onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən 19 iyun 2023-cü il tarixli şəxsi axtarış protokolunu, 19 iyun 2023-cü il tarixdə keçirilən şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, 10,98 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,93 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuanadan ibarət maddi sübutu, CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham konteksində şahidlərin ifadələrini və məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü tarixli 17/488 nömrəli rəyini, ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1145 nömrəli rəyini, CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham xüsusunda Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 17 avqust 2023-cü il tarixli qərarını, CM-nin 234.1-ci maddəsilə verilmiş ittiham xüsusunda ibtidai istintaq orqanının və məhkəmənin prosessual hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, birbiri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə həmçinin hesab edir ki, müdafiə tərəfinin təqdim etdiyi Təqsirləndirilən şəxs narkotest nəticəsinin neqativ olması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X25 25 iyun 2023-cü il tarixli 1995 nömrəli aktı və ALYANS CLİNİCnin xx.xx.2023-cü il tarixli tibbi arayışı da onun haqqında ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1145 nömrəli rəyində göstərilən nəticəni təsdiq edir. Belə ki, həmin ekspertiza rəyində Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunmuşdur. Ümumiyyətlə o da qeyd edilməlidir ki, narkotest nəticəsinin neqativ olması şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması faktının inkarı deyildir və belə qəbul da oluna bilməz. Şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni istehlak etməsi faktı da CM-nin 234.1-ci maddəsinin tərkibini yaratmır. CM-nin 234.1-ci maddəsi qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vaitəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyəti müəyyən edir ki, işin müəyyən olunmuş faktiki halları və hüquqi əsasları baxımından həmin ittiham da Təqsirləndirilən şəxs verilmiş və məhkəmdə tədqiq olunan mötəbər sübutlarla onun CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, daşıma və saxlama cinayət əməlini, yəni CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edildiyi kimi, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr- BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cəzalanmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə bəraət verilməlidir. Belə ki, ittiham orqanı Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsilə verilən ittihamın sübutu olaraq xx.xx.2023-cü il tarixli baxış protokolunu, 03 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək, 395,00 qram çəkidə olduğu göstərilən (ekspertiza rəyindən sonra çəkisi 394,70 qram olan) narkotik tərkibli çətənə (kannabis) bitkilərindən ibarət maddi sübutu, həmin bitkilərlə bağlı məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/488 nömrəli rəyini, şahid ifadələrini, o cümlədən aqronom Şahid5 ifadəsini, Balakən RPŞ-nin İB-nin baş müstəntiqi Şahid8 17 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarını və CM-nin 237.1-ci maddəsilə verilən ittihamla bağlı ibtidai istintaq hərəkətlərinin nəticələrini təqdim etmişdir. İş materiallarından görünür ki, ittiham tərəfindən 19 iyun 2023-cü il tarixdə 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin tapıldığı göstərilən baxış prosessual hərəkətinin videogörüntüləri cinayət işində yoxdur və həmin videogörüntülər məhkəməyə təqdim olunmamışdır. Balakən RPŞ-nin İB-nin baş müstəntiqi Şahid8 17 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarında və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, həmçinin təhqiqatçı Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərlir ki, videokamerada yaranmış nasazlıq səbəbindən baxışla bağlı həmin videogörüntü yaddaşda saxlanılmadığından həmin videogörüntünün təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən baxış prosessual hərəkət olaraq müəyyən edilmiş, baxışın iki əsasla, ya hal şahidlərinin iştirakı ilə aparılması, hal şahidləri olmadıqda isə məcburi olaraq videoçəkilişdən istifadə edilməklə aparılması göstərilmişdir. Bu tələb də qanunun imperativ tələbidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 236-cı maddəsinə əsasən: 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. 236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. 236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. 236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. 236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. 236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir: 236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer; 236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer; 236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.5.hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda); 236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd; 236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar. 236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. 236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. 236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə onu da nəzərə çatdırır ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 6-cı maddə üzrə bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Belə ki, Salduz Türkiyəyə qarşı işdə (27 noyabr 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti»ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyəqədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən olunan standartları və qanunvericiliyin tələblərini hazırki işə tətbiq edən məhkəmə həmçinin hesab edir ki, 03 ədəd çəkisi 395,00 qram və uzunluqları 125 sm-dən 165 sm-dək olduğu göstərilən çətənə (kannabis) bitkilərindən ibarət maddi sübutun əldə edilmə şəraiti, bu zaman yol verilmiş qanunsuzluqlar onun mötəbərliyi və düzgünlüyünü şübhə altına almışdır ki, həmin maddi sübut və ona əsaslanan digər sübutlar mötəbər savıla bilməz. Belə ki, iş materiallarından görünür ki, baxışla bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, baxış 2 hal şahidinin iştirakı ilə və ya məcburi videoçəkiliş aparılmaqla həyata keçirilməmiş, bu zaman 03 ədəd sözügedən çətənə (kannabis) bitkiləri maddi sübut olaraq qanuni yolla əldə edilməmişdir. Bu hal təqsirləndirilən şəxsə qarşı CM-nin 237.1-ci maddəsilə verilən ittihamın əsasını təşkil edən həmin maddi sübutun məhz həmin vaxt, yəni polisin tam nəzarətində olduğu vaxt «qoyulması» nı mümkün edən əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. İbtidai araşdırma orqanı bu maddi sübutun qanunsuz yolla əldə edilməsinə və həmin maddi sübutun və onun əsasında əldə edilmiş digər sübutların CM-nin 237.1-ci maddəsilə verilmiş ittihamın təsdiqi üçün mötəbər sübut kimi qəbul edilməli olmamasına hüquqi qiymət verməmiş, təqsirləndirilən şəxsin bu barədə bildirdikləri obyektiv, hərtərəfli və tam araşdırmanın predmeti olmamışdır. Baxışın cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıb-aparılmadığına düzgün hüquqi qiymət vermədən ibtidai istintaq orqanı CM-nin 237.1-ci maddəsilə verilən ittihamla bağlı Təqsirləndirilən şəxs münasibətdə qanunsuz aparılmış 19 iyun 2023-cü il tarixli baxış protokolunu, 03 ədəd uzunluqları 125 sm-dən 165 smdək olduğu göstərilən çətənə (kannabis) bitkilərini, həmçinin bu qanunsuz hərəkət nəticəsində yaranmış digər əsasları, yəni 237.1-ci maddəsilə verilən ittihamla bağlı 20 iyun 2023-cü il tarixli 17/488 saylı məhkəmə-bioloji ekspertizasının rəyini, şahid ifadələrini mötəbər sübutlar kimi tanımışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların şəxsin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən ibtidai araşdırma orqanı həmin qanunsuz sübutlardan istifadə etməklə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş, ona həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı Avropa Konvensiyasının 6-cı maddəsi ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin tələblərini də pozmuşdur. Belə ki, qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq də ibtidai araşdırma mərhələsində həmin hüququ təmin etməmişlər. Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də CPM-nin 84, 289-cu maddələrinin və sair aidiyyəti maddələrin tələbləri pozularaq, bu hallara müvafiq hüquqi qiymət verilməmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma mərhələsində CM-nin 237.1-ci maddəsilə bağlı ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmişdir. Məhkəmə hazırki işlə bağlı Təqsirləndirilən şəxs guya əkdiyi göstərilən 03 ədəd çətənə (kannabis) bitkilərindən ibarət maddi sübutun ona CM-nin 237.1-ci maddəsilə verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr Təqsirləndirilən şəxs qarşı CM-nin 237.1-ci maddəsilə verilmiş ittihamla bağlı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması bu xüsusda məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də məhkəmə hesab edir ki, CM-nin 237.1ci maddəsilə verilmiş ittihamla bağlı Təqsirləndirilən şəxs Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə gəldiyi bu nəticəni həm də onunla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 237.1-ci maddəsilə verilmiş ittihama münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və ona qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu konteksdə ittihamın təqdim etdiyi həmin sübutlara ayrı-ayrılıqda hüquqi qiymət verilməsi zəruridir. Belə ki, 19 iyun 2023-cü il tarixdə keçiriləsi göstərilən baxış hərəkəti və onun protokolu qanunvericiliyin tələblərinin kobud pozuntusu ilə həyata keçirildiyi və tərtib olunduğu, yəni 2 hal şahidinin iştirakı ilə və ya məcburi videoçəkilişlə keçirilmədiyi üçün, həmin baxış protokolu, onun əsasında əldə edilməsi göstərilən 03 ədəd çəkisi 395.00 qram olan çətənə (kannabis) bitkiləri Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna bilməz. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsində təsbit edilmiş prosessual əsaslar baxışın keçirilməsi halları, şərtləri, qaydaları, ardıcıllığı və bu hərəkətin kimin qərarı əsasında aparılması, həmçinin bu hərəkətlər zamanı hansı sənədlərin tərtib olunması və həmin prosessual sənədlərdə hansı halların göstərilməli olması, bu prosessul hərəkətlərdə iştirak edən şəxslərin müvafiq hüquq və vəzifələrinin izah olunaraq, həmin hüquqların təmin olunması təsbit edilmişdir. Bununla da qanun cinayət prosesi tərəfləri üçün bərabər imkanlar yaratmaq, həmçinin müdafiə tərəfini cinayət prosesini həyata keçirən orqanın mümkün özbaşınalığından qorumaq üçün əsas yaratmışdır. Baxışın qanunun tələblərinə uyğun aparılmaması və baxışda nəzərdə tutulmuş prosessual qaydaların və şübhəli və təqsirləndirilən şəxsin hüquqların pozulması, müdafiə tərəfinə öz hüquqlarının həyata keçirilməsinə lazımi şəraitin yaradılmaması təbii ki, həmin prosessual hərəkətin nəticələrinə böyük kölgə salır və onun mötəbərliyinə ciddi şübhə yaradır. Əldə olunma üsulu və qaydası şübhəli olan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə xarakterizə olunan baxışın nəticələrini əks etidrən müvafiq protokol və maddi sübut da bu mənada şəxsin təqsirliliylini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə hesab edir ki, CM-nin 237.1-ci maddəsilə verilmiş ittiham üzrə məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/488 nömrəli rəyi də Təqsirləndirilən şəxs tərəfindən əkilməsi və kultivasiya edilməsi göstərilən, əslində isə təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübuta (03 ədəd çəkisi 395,00 qram olan çətənə (kannabis bitkilərinə) əsaslandığından mötəbər sayıla bilməz. Ona görə də məhkəmə, məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023cü il tarixli 17/488 nömrəli rəyini də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirli bilinməsinə əsas verən mötəbər sübut saymır. İttiham tərəfi CM-nin 237.1-ci maddəsi üzrə ittihama münasibətdə həmin ekspertiza rəyinin tək mötəbər sayılmayan maddi sübuta istinad edilməklə verilməməsi və həmin maddi sübut olmadan da Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlər də 19 iyun 2023-cü il tarixdə keçirilməsi göstərilən, lakin qanunvericiliyin kobud pozuntusu ilə aparılmış baxışda iştirak etməsi qeyd edilən Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 Mehdi oğludur. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. İlk öncə məhkəmə qeyd edir ki, istənilən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya yaxud törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, CM-nin 237.1-ci maddəsi üzrə verilən ittihamla bağlı ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nətitcədə şəxsin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübut- Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda kultivasiya etdiyi göstərilən 03 ədəd çətənə (kannabis) bitkiləri ilə bağlı olmuşdur. İş materiallarında da əsas sübut olan həmin maddi sübut olmadığı hada, bu şahidlərin təqsirləndirilən şəxsin CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasında dindirilmiş mütəxəssis aqronom Şahid5 isə ifadəsində baxış keçirilən zaman qaranlıq olduğunu, bitkilərə 3 metrdən baxdığını bildirmişdir. Bu zman qaranlıq olduğu və 3 metrdən baxdığı, bitkilərin əkildiyi yerin alaq otlarından təmizlənib-təmizlənilmədiyini, onun suvarılıb-suvarılmadığını və digər kultivasiya tədbirlərinin görülüb-görülmədiyini yoxlamadığı və tədqiq etmədiyi təqdirdə aqronomun həmin bitkilərin kultivasiya edilməsi rəyinə gəlməsi əsaslı şübhə doğurur. Məhz əsaslı şübhə yaradan aqronomun bu rəyi nəticəsində də həmin bitkilərlə bağlı məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli rəyi verilmişdir ki, CM-nin 237.1ci maddəsilə verilmiş ittiham hissəsində həmin rəy mötəbər sayılmamışdır. Belə olan halda mütəxəssis aqronomun həmin rəyi də mötəbər sayılmamalıdır və sayılmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 19 iyun 2023-cü il tarixli baxışın qanununun tələblərinə zidd olaraq, təqsirləndirilən şəxsin konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və onun həqiqiliyinə əsaslı təsir göstərdiyi, Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 Mehdi oğlunun ifadələri mənbə olaraq qanunsuz keçirilmiş 19 iyun 2023-cü il tarixli baxış protokolu və qanunsuz yolla əldə edilmiş maddi sübut- 03 ədəd çətənə (kannabis) bitkilərinə əsaslandığı və həmin 19 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol və qanunsuz keçirilən baxış əsasında «aşkar edilmiş» maddi sübut-03 ədəd çətənə bitkiləri mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından şübhə doğurmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Vanyan Rusiyaya qarşı işdə (15 dekabr 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş polis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işi qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə, CM-nin 237.1-ci maddəsilə verilmiş ittihama münasibətdə Təqsirləndirilən şəxs ibtidai araşdırmada şübhəli şəxs va təqsirləndirilən şəxs qsmində verdiyi əvvəkli ifadələri ilə məhkəmədə verdiyi ifadəsi və ibtidai istintaqıda əlavə dindirmədə verdiyi ifadəsi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onun CM-nin 237.1-ci maddəsilə təqsirli bilinməməsi və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiiya etməməsi barədə məhkəmə istintaqında verdiyi ifadəsi və ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadəsi CM-nin 237.1-ci maddəsi üzrə ittihamla bağlı faktoloji hal olaraq qəbul ediməlidir. CM-nin 237.1-ci maddəsilə verilən ittiham üzrə onun ibtidai araşdırmada şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi ilk ifadələri isə onun iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, 19 iyun 2023-cü il tarixdə baxış qanunvericilyin kobud pozuntusu ilə aparılmış və bu zaman təqsirləndirilən şəxsin hüquqları kobud şəkildə pozulmuş və 03 ədəd çətənə bitkilərindən ibarət maddi sübut qanunsuz yolla əldə edilmiş və həmin qanunsuz yolla əldə edilmiş bu maddi sübuta əsaslanan digər sübutlar da qanunsuz yolla əldə edilmişdir, ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadəsində və ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsilə ona verilən ittiham üzrə öz təqsirini etiraf etməmiş və onun CM-nin 237.21-ci maddəsilə cinayət məsuliyytinə cəlb edilməsinin polisin torpaq sahəsinə 3 ədəd çətənə bitkilərini yerləşdirməsi və həmin bitkilərin ona aid olmaması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də CM-nin 237.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində və ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadəsində dediklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı CM-nin 237.1-ci maddəsilə verilən ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutun və bunun əsasında əldə edilmiş digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs isə ona CM-nin 237.1-ci maddəsilə verilən ittihamda öz təqsirini etiraf etməmiş və bu xüsusda CM-nin 237.1-ci maddəsi üzrə onun ibtidai araşdımada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ilkin ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsilə verilən ittiham üzrə məhkəmə istintaqında və ibtidai istintaqda əlavə dindirmədə verdiyi ifadələrini CM-nin 237.1-ci maddəsilə verilən ittihamın təkzibi üçün faktoloji hal olaraq qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu xüsusda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də Avropa Konvensiyasının 6-cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şübhəli və təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X3rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı proses iştirakçılarının iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. Şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. X24rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı. Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi son presedentlərdən biri ilə Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, bu şəxslərin ibtidai araşdırmada verdiyi ifadələri əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. Məhkəmə işin hallarını ümumiləşdirib onlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə verilmiş ittiham üzrə işin ibtidai araşdırma mərhələsində tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiyasının 25, 61-ci maddəsinin 3-cü bəndi, 63-cü maddəsi, 67-ci maddəsinin 1-ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1. 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına alınan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər mili qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, CM-nin 237.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə ona qarşı CM-nin 237.1-ci maddəsinə əsasən verilmiş ittiham üzrə sübutlar əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 9.2, 125,2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də CM-nin 237.1-ci maddəsi üzrə ittihamın təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs qarşı CM-nin 237.1-ci maddəsilə verilmiş ittihamın təsdiqi üçün əsas kimi qəbul edilə bilməz. Mötəbər sübutlar olmadığı halda Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan 03 ədəd çətənə (kannabis) bitkilərini kultivasiya etməsi, əkməsi, yetişdirməsi əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də həmin şübhələrin aradan qaldırılmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda qanunvericiliyin tələbinə əsasən CM-nin 237.1-ci maddəsilə verilmiş ittihama münasibətdə həmin aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməkdə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) və bununla da Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onun haqqında bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 237.1-ci maddəsilə bəraət hökmü çıxarılması nəticəsinə gəlinmiş Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktiki hallarına və qeyd olunan qanun normalarına əsasən himayəsində bir azyaşlı uşağın olmasını və ilk dəfə cinayət törətməsini (CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. Qanunvericiliyin imperativ tələbinə əsasən cinayət törətmiş şəxsin himayəsindlə azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Ona görə də məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması qənaətinə gəlmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi (CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş), bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır və o, ilk dəfədir ki, cinayət əməli törədir. Həmçinin onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində tutulmuş, yəni onun azadlığı faktiki həmin vaxtdan məhdudlaşdırılmış və o, 21 iyun 2023-cü il tarixdə saat 17.50-də məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası CPM-nin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası CPM-nin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48-saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CPM-nin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin koteksində məhkəmə hesab edir ki, əslində Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə saat 13 radələrində tutulması və 21 iyun 2023cü il tarixdə saat 17.50-də məhkəmə iclas zalından həbsdən azad edilməsi halı təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla həmin günlər-19 iyun 2023-cü il, 20 iyun 2023-cü il və 21 iyun 2023-cü il tarixlər müstəqil olaraq təqsirləndirilən şəxsin 3 gün həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il, 20 iyun 2023-cü il və 21 iyun 2023-cü il tarixlərdə həbsdə saxlandığı 3 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması və ilk dəfə cinayət əməli törətməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 19 iyun 2023-cü il, 20 iyun 2023-cü il və 21 iyun 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 3 gün müddətin bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, həmin cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-da növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hazırki hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1145 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X14 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 10,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,93 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalı, həmçinin baxış zamanı aşkar edilməsi göstərilən ümumi təmiz çəkisi 395,00 qram olan və ekspertiza tədqiqatından sonrakı çəkisi 394,90 qram təşkil edən 3 ədəd uzunluqları 125 sm-dən 165 sm-dək olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 350, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 19 iyun 2023-cü il, 20 iyun 2023-cü il və 21 iyun 2023-cü il tarixlərdə tutulub həbsdə saxlandığı 3 (üç) gün müddətin bir günü ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən rayon X14 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə ona bəraət verilməsi ilə bağlı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞnin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 10,98 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 10,93 qramı məhv edilsin; Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Baxış zamanı aşkar edilməsi göstərilən ümumi təmiz çəkisi 395,00 qram olan və ekspertiza tədqiqatından sonrakı çəkisi 394,90 qram təşkil edən 3 ədəd uzunluqları 125 sm-dən 165 smdək olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar