Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-125/2023 12.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ (başlandı saat 11:50-də, qurtardı saat 12:30-da) Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi,dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən Rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq m üə y y ə n e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2023-cü il tarixdə Balakən Rayon Məhkəməsinin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 12 oktyabr 2023-cü il tarixə saat 11:50-yə Balakən rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, işdə ola sənədlərə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə ittiham elan edilmişdir ki, o, 2023-cü ilin may ayınının əvvəllərində Balakən rayonu Sarıbulaq kəndi ərazisindəki çöllük sahədə aşkar etdiyi yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yığaraq əldə etdiyi 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını əvvəlcə yaşadığı evə aparıb gizlədərək saxlamış, daha sonra 2023-cü ilin may ayının əvvəllərində həmin 08 (səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Balakən rayonu Katex kəndi ərazisindəki meşəlik sahədə torpağa qəsdən, qanunsuz olaraq əkərək həmin toxumlardan bitmiş xeyli miqdar hesab edilən, yəni 08 ədəd uzunluqları 160 sm-dən 350 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 3395,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini alaq otlarından təmizləyib suvarmaqla, həmçinin digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir.01 sentyabr 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs iştirakı ilə həmin tarixdə saat 11:00 dəqiqədən saat 11:40 dəqiqəyədək olan müddət ərzində Balakən rayonu Katex kəndi ərazisində yerləşən meşəlik sahəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, əkib-yetişdirməklə kultivasiya etdiyi, xeyli miqdar hesab edilən, yəni 08 ədəd uzunluqları 160 sm-dən 350 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 3395,0 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Balakən rayonu Katex kəndi ərazisindəki meşəlik sahədən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 14 avqust 2023-cü il tarixdə axşam saatlarında Balakən rayonu Sarıbulaq kəndi ərazisində piyada yol gedərkən yolun kənarından taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 9,93 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əynindəki boz rəngli şalvarın arxa sol cibində daşıyaraq üzərində saxlamışdır.14 avqust 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilib şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 20:15 dəqiqədən saat 21:00 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılarkən onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kağız bükümdə təmiz çəkisi 9,93 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki boz rəngli şalvarın arxa sol cibindən aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə hazırlıq iclasında baxılarkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 210.2-ci maddəsinə əsasən cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir: 210.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 210.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi; 210.2.3. cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt; 210.2.4. cinayət işinin başlanmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi; 210.2.5. cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması üçün icraata götürülməsi və ya verilməsi. İşdə olan (i/v-1 və 118) 01 sentyabr 2023-cü il tarixli və 15 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarlarda, qərarın çıxarıldığı tarix və yer göstərilsə də qərarların heç birində qərarın çıxarıldığı vaxt göstərilməmişdir. Azərbaycan Respublikası CPM-in 147.4,147.5.147.5.1,147.5.2,147.5.3 ,147.5.4, 147.5.5 147.5.6, 147.6-cı maddələrinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: - protokolun tərtib edildiyi yer, tarix və vaxt; - protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; - tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; - tutulmanın aparıldığı yer, tarix və vaxt; - tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; - tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. İşdə olan (i/v-17,134-cü vərəqələr) 14 avqust və 01 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokollarda, protokolun tarixi və tərtib edilmə yeri göstərilsə də tərtib edilmə vaxtı göstərilməmişdir. Həmçinin 14 avqust 2023-cü il tarixli protokolda Təqsirləndirilən şəxs saat 20:00-da, 01 sentyabr 2023-cü il tarixli protokolda isə saat 09:20 radələrində tutulduğu yazılmış, tutulmanın tarixi və yeri qeyd edilmişdir. İşdə olan şübhəli şəxsin və şahidlərin ifadələrində Mübariz Ağammədovun 01. 09.2023-cü il tarixdə saat 09 radələrində Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində, 14 avqust 2023-cü il tarixdə isə saat 20 radələrində Balakən rayonu Xalatala kəndi ərazisində saxlandığı göstərilmişdir.Lakin yuxarıda adı çəkilən protokollarda Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı tarix, yer və vaxt göstərilməmişdir. Bundan başqa sözügedən protokollarda tutulmanın səbəbi və şübhənin mahiyyəti qeyd edilməmiş, əsas olaraq CPM-in 148.2-ci maddəsində göstərilən hallar (şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda) sadalanmış, Ağamədovun şübhəli şəxs qismində tutulması üçün CPM-in 148.2-ci maddəsində göstərilənlərdən hansının əsas olması məlum deyildir. Protokollarda tutulmasının motivi olaraq hadisə yerindən qaçıb gizlənmə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənmə ehtimalının olması qeyd edilmişdir. Halbuki CPM-nin 148.3 və 148.3.1-ci maddələrində şəxsin hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan qaçıb gizlənməyə cəhd göstərdikdə (ehtimal deyil) tutulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7-90.7.2-ci maddələrinə əsasən şübhəli şəxsin nədə şübhələnildiyini bilmək (şübhənin məzmunu-ona istinad edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin faktiki tərəfi və hüquqi tövsifi); tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan edildiyi andan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu halda tutulmanın əsaslarını bilmək hüququ vardır. Şübhəli şəxs qismində tutulması haqqında protokollarda şübhənin mahiyyəti qeyd edilmədiyindən, tutulmanın əsası isə qeyri müəyyən qeyd edildiyindən Təqsirləndirilən şəxs tutulmasının əsaslarını, şübhənin mahiyyətini bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan hal müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə şübhələnildiyini, hansı əsasla tutulmasını bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə şübhənin xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Şübhənin mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi şübhəli şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il, “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair 14 avqust və 01 sentyabr 2023-cü il tarixli protokollarda tutulma üçün qanunazidd motivin göstərilməsini, şübhənin mahiyyətinin qeyd edilməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs tutulmanın əsasını və şübhənin mahiyyətini bilmədiyindən onun özünü müdafiə etmək imkanı olmamış, onun müdafiə hüququ pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi də kobud qanun pozuntusu ilə həyata keçirilmiş, o, 14 avqust 2023-cü il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulsa da , şübhəli şəxs qismində 15 avqust 2023-cü il tarixdə saat 15:35-dən 16:15-ə kimi, yəni tutulduqdan 19 saat 35 dəqiqə sonra, xx.xx.2023-cü il tarixdə saat 09:20-də şübhəli şəxs qismində tutulsa da xx.xx.2023-cü il tarixdə saat 19:45-dən 20:15-ə kimi, yəni tutulduqdan 10 saat 25 dəqiqə sonra şübhəli şəxs qismində dindirilmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.5-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində məsuliyyəti ağırlaşdıran hallar göstərilməlidir. Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 26 sentyabr 2023-cü il tarixli qərarda ( i/v-246-247) Təqsirləndirilən şəxs şəxsiyyətinə aid məlumatlarda onun əvvəllər Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 29,318.1,29,206.2 və 234.1-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad edildiyi,məhkumluğunun ödənməməsi göstərilsə də,qərarda cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi göstərilməmişdir. Bundan başqa 14 avqust 2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və o, şübhəli şəxs qismində dindirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni Balakən rayonu Qazma Şambul kəndində yaşayan Rəsul Bayramovdan 15 manat pul verərək şəxsi istifadə etməsi üçün aldığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, həmin Məcəllənin 8.0.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.2-ci maddəsinə əsasən istintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən 207.1 təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. 207.2. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər. 207.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir: 207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir; 207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir. 207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. İş materiallarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən şübhəli şəxs qismində dindirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni Balakən rayonu Qazma Şambul kəndində yaşayan Rəsul Bayramovdan 15 manat pul verərək şəxsi istifadə etməsi üçün aldığını bildirsə də,həmin şəxsin X4 olduğu müəyyən edilsə də, cinayət barədə verilmiş məlumatla bağlı cinayət təqibi orqanı tərəfindən cinayət prosessual qanunvericilik tərəfindən müəyyən edilmiş heç bir tədbir görülməmiş,X6 Şöbəsinə çağırılmamış,şübhəli şəxs qismində dindirilməmiş,evində,işlədiyi fermada axtarış aparılmamış, əməliyyat tapşırığı verilməmiş, xx.xx.2023-cü il tarixdə (məlumatın verilməsindən 1 ay 9 gün sonra) o, şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxsla üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs əvvəlcə bir daha narkotiki 15 manata ondan aldığını bildirmiş, lakin sonra onun aşkar hiss olunan təzyiqinə görə pul vermədiyini, sonra isə narkotiki birlikdə istifadə etdiklərini bildirmişdir. Bundan sonra da heç bir istintaq hərəkəti aparılmamış və 26 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla da cinayət prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, cinayət törətməkdə şübhəli şəxsin ifşa olunması təmin edilməmiş, faktiki olaraq cinayət törətməkdə şübhəli şəxsin cinayət təqibindən kənarda qalmasına şərait yaradılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilməlidir. İttiham aktında Təqsirləndirilən şəxs 10 mart 1987-ci il tarixdə Gürcüstan Respublikasının Laqodexi rayonunun Uzuntala kəndində anadan olması, Gürcüstan vətəndaşı olması, subay , natamam orta təhsilli olması, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 318.1, 29, 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 02 ay 01 gün vaxtından əvvəl şərti azad edilməsi, məhkumluğunun ödənilməməsi, işləməməsi, Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində müvəqqəti qeydiyyatda olmaqla yaşaması qeyd edilmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən şəxsə, şəxsə ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd vətəndaşı olduğu ölkə tərəfindən verilən pasportdur. Həmin Məcəllənin 3.0.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir. Həmin Məcəllənin 3.0.2-ci maddəsinə əsasən heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaşı hesab edilməyən şəxs vətəndaşlığı olmayan şəxsdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətlər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında əsasnamənin 1-ci maddəsinə əsasən miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Şəxsin doğumu isə doğum haqqında şəhadətnamə ilə müəyyən edilir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdi ki, 10 mart 1987-ci il tarixdə Gürcüstanın Laqodexi rayonunun Uzuntala kəndində anadan olmuşdur. İki yaşı olanda valideynləri ilə birlikdə Balakən rayonuna gəlmişlər. O vaxtdan da Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayırlar. O, ikinci sinfə kimi məktəbə getmiş, sonra oxumamışdır, yazıb-oxuya bilmir. Onun heç vaxt şəxsiyyət vəsiqəsi və pasportu olmamışdır. Ümumiyyətlə onun yalnız doğum haqqında şəhadətnaməsi olmuş, onu da itirmişdir. 2005-ci ildə onu hərbi xidmətə aparmışlar. Xəstə olduğundan iki aydan sonra tərxis olunmuşdur. O, fermada çoban işləyir. İstintaq orqanı Təqsirləndirilən şəxs doğumu, vətəndaşlığı,qeydiyyatı barədə heç bir rəsmi sənəd olmamasına (kənd icra nümayəndəliyinin və Rayon Polis Şöbəsinin arayışları şəxsin doğum tarixini və yerini, qeydiyyatını, vətəndaşlığı təsdiq edən rəsmi sənəd hesab edilə bilməz) baxmayaraq, onun doğum tarixinin və yerinin, həmçinin vətəndaşlığının və qeydiyyatının müəyyən edilməsi üçün heç bir tədbir görməmiş, bu məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etməmiş, heç bir rəsmi sənəd olmadan ittiham aktında onun Gürcüstan vətəndaşı olmasını, Balakən Rayon Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində müvəqqəti qeydiyyatda olduğunu qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ikinci sinfə kimi məktəbdə oxumasına baxmayaraq ittiham aktında onun natamam orta təhsilli olması, çoban işlədiyi halda onun işləmədiyi qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.7-ci maddəsinə əsasən ittiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. İttiham aktında Təqsirləndirilən şəxs ifadələrinin işin 57,83-84,76-77-ci vərəqələrində olduğu qeyd edilmişdir. İş materiallarından isə görünür ki, 57-ci vərəqədə Balakən Rayon İcra Hakimiyyəti başçısının Gərəkli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 714 nömrəli arayışı, 76-77-ci vərəqələrdə 03 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin RPŞnin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar, 83-cü vərəqədə Balakən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli aktı, 84-cü vərəqədə isə Balakən Rayon Polis Şöbəsinin rəis müavini Gündüz Məcidovun xx.xx.2023-cü il tarixli arayışı vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 289.8 və 289.8.1-ci maddələrinə əsasən ittiham aktına müstəntiqin təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə arayışı əlavə edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə 20:00-da şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2023-cü il tarixdə saat 18:00-da azad edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 09:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 09:20-də azad edilmişdir. İttiham aktında isə Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub Balakən RPŞ-in MSY-də saxlandığı ,xx.xx.2023cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçildiyi qeyd edilmişdir. Göründüyü kimi yenə də CPM-in 289-.8-ci maddəsinin tələbinə əməl olunmamış, təqsirləndirilən şəxsin tutulduğu vaxtlar göstərilsə də onun azad edildiyi vaxt, həbsdə olduğu müddət qeyd edilməmişdir. Habelə işin 44-45-ci vərəqələrində olan ekspertiza rəyində narkotik tərkibli çətənə bitkilərinin ümumi təmiz çəkisinin 3395 qram olduğu, tədqiqata 0,80 qram sərf olunduğu və 3394,2 qram qalıq qaldığı qeyd edilsə də, işin 46-cı vərəqəsində olan, narkotik vasitələrin psixotrob maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktda qəbul edilmiş kütlənin miqdarının 3530 olduğu, 0,80 qram nümunə götürülməsi, 3529,2 qram kütlənin qaytarılması qeyd edilmişdir. İstintaq orqanı bu ziddiyyəti aydınlaşdırmadan ittiham aktında 3394,2 qram narkotik tərkibli çətənə bitkilərinin Balakən Rayon PŞ-in saxlanc anbarına təhvil verildiyini qeyd etmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar onun barəsində işdə olan digər qərar və protokollarda da eyni qaydada nöqsanlarla göstərilmişdir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda (i/v-8) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqında protokolda (i/v-17) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda (i/v-49-50) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, işləməməsi, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda (i/v-65-66) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, işləməməsi, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (i/v-72-75) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, işləməməsi, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqında protokolda (i/v-134) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolda (i/v-158-160) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, fərdi əməklə məşğul olması, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərarda (i/v-246-247) onun Gürcüstan vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində müvəqqəti qeydiyyatda olması, işləmədiyi, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda (i/v-293-297) onun Azərbaycan Respublikasının vətəndaşı olması, natamam orta təhsilli olması, Balakən rayonu Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində qeydiyyatsız yaşaması, işləməməsi qeyd edilmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X3 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Adolf Avstriyaya qarşı” iş üzrə 26 mart 1982ci il tarixli qərarında göstərmişdir ki, “cinayət ittihamı”nın anlayışının üzv dövlətlərin milli hüquq sistemlərindəki təsnifatlardan asılı olmayan müstəqil mənası var. Ümumiyyətlə, Avropa Məhkəməsinin mövqeyinə görə “ittiham” anlayışına Konvensiyanın mənasında baxılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı CPM-in 289-cu maddəsinin tələblərinə uyğun deyildir, məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmuşdur və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-in 289-cu maddəsinin tələblərinə uyğun olmaması, 303.3.1-ci maddəsinə əsasən “təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması” (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntularıdır və bu qanun pozuntularına yol verildikdə, cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə,məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə işin qeyd edilən hallarını, cinayət prosessual qanunvericiliyn tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 300.1.5, 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna qaytarılsın. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-125/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-125/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver