Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-13/2021 10.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs – xx xxxx 1975-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadıqları Balakən rayonu Püştətala kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs otaqda olan stolun üzərindən götürdüyü soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, təsərrüfat məişət təyinatlı mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs sağ qolunu kəsərək sağ saidin aşağı 1/3-nin ön səthində yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, bilavasitə tədqiq olunan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o,2001-ci ildə rəsmi nikahla Zərərçəkmiş şəxs ilə evlənmiş, təxminən 8 ay əvvəl onunla məhkəmə qaydasında boşanmışlar. Buna baxmayaraq onlar bir evdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində spirtli içki qəbul edərək evə gəlmiş, evdə keçmiş həyatı yoldaşı Hicran və oğlu İbrahim olmuşlar. Evdə olarkən heç bir səbəb olmadan Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı o, əlində olan bıçaqla Hicranın sağ qolunu kəsmişdir. Bundan sonra Hicran həyətə düşərək DİN-nin 102 xidmətinə zəng etmişdir. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. O, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, az yaşlı oğlu Şahid və keçmiş əri Təqsirləndirilən şəxs ilə Balakən rayonunun Püştətala kəndində birlikdə yaşayırlar. O, Təqsirləndirilən şəxsla 2001-ci ildə rəsmi olaraq ailə qurmuş, əri Səfər spirtli içki qəbul etdiyinə görə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin qətnaməsinə əsasən təxminən 8 ay əvvəl pozulmuşdur. O, Səfərlə boşansa da, onunla eyni evdə yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə olduğu zaman keçmiş əri Təqsirləndirilən şəxs içkili vəziyyətdə evə gəlmiş və onunla söyüşlə danışmağa başlamışdır. O, Səfərə astadan danışmasını desədə, Səfər onun sözlərinə fikir verməmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Səfər stolun üstündə olan qara plasmas dəstəyi olan bıçağı götürərək onun üzərinə gəlmiş və onun sağ qoluna həmin bıçaqla xəsarət yetirmişdir. Bundan sonra o, həyətə qaçaraq DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs X5 ilə barışmışdır, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Balakən rayonu Püştətala kəndində anası Zərərçəkmiş şəxs və atası Təqsirləndirilən şəxsla birlikdə yaşayır. Atası Səfər içkili vəziyyətdə evə gələrək evdə dava salır deyə anası Hicran atası Səfərdən boşanmışdır. Lakin onlar bir evdə eyni otaqda yaşayırlar. xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində evdə olduqları zamanı atası Təqsirləndirilən şəxs içkili halda evə gələrək anası Hicran ilə mübahisə etmişdir. Mübahisə zamanı atası qəfildən stolun üstündə olan qara saplı bıçağı götürərək anasının sağ qolunu kəsmişdir. Həmin vaxt anası Hicran balkona çıxmış və atası Səfərə “paltarlarını götür öz otağına köç” demiş və polisə zəng edəcəyini bildirmişdir. İşin 55-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Rublik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 335 nömrəli ekspert rəyində göstərilmişdir ki,Ovçiyevada müəyyən edilmiş xəsarət-sağ saidin aşağı 1/3-nin ön səthində yara-iti kənara malik əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni- xx.xx.2020-ci ildə həm özü və həm də başqası tərəfindən bıçağın kəsici hissəsi ilə yetirilməklə əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşin 64-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin Şəki Regional Bölməsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli 17/614 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır. Soyuq silah hesab edilmiş və onun üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İşin 76-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 74-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Rasulov X4 rayonu Püştətala kəndində yaşayır. İşin 75-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur. İşin 73-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Polis Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı 18818949 nömrəli Azərbaycan Respublikasının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şahid xx.xx.2010-ci ildə anadan olmuşdur. İşin 3-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli 348 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində sərxoş olmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etdi Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək Zərərçəkmiş şəxs ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Təqsirləndirilən şəxs müdafiəçisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, əməlindən peşiman olduğunu göstərərək onun barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsini, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Rasulov Səfər Mamed oğlunun hüquqlarının müdafiəsinə 03 iş saatı sərf etmişdir. Vəkil Müdafiəçi məhkəmə icraat zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 02 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X7 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X1 hesabı: AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına cəmi 30 manat (18+12 manat) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi X7 rayon filialındakı CİF ******* valyuta: AZN Benefisiarın Bankı: Kapital Bank ASC Balakən rayon filialı Filialın Kodu:200695 VÖEN: ********** SVVİFT kod: AİİBAZ2X Benefisiarın adı: Hidayət X1 hesabı:AZ71AİİB******************** VÖEN:********** Muxbir bank:SVVİFT kod: Müxbir hesabına 30 (otuz) manat köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-13/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-13/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver