Məhkəmə qərarları › İş №1(019)-13/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-13/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-13/2023 07.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxx 2001-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olmaqla faktiki olaraq Balakən rayonu Qullar kəndində yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində tanış olduğu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 12 iyul 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Qullar kəndi ərazisində yerləşən evinin yataq otağında Zərərçəkmiş şəxs razılığı əsasında cinsi əlaqədə olmaqla sonuncunun qızlıq bəkarəti pərdəsinin tamlığını pozub qəsdən 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri, tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olsa da rayonun Qullar kəndində anası Şahid ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayının əvvəllərində anasının tanışı olan, Balakən rayonu Hənifə kəndində yaşayan Nümayəndə qızı Zərərçəkmiş şəxs ilə yaşadığı Qullar kəndində yerləşən evlərinə qonaq gəlmişdir. Həmin vaxt onun Zərərçəkmiş şəxsla münasibəti yaranmış və onunla söhbət əsnasında Pədimatdan xoşlanmış, bunun üçün də Pədimata qarşı sevgi hisləri yaranmışdır. Həmçinin bir neçə gün sonra Pədimat anası Hicrandan onun telefon nömrəsini istəmişdir. Bu zaman o, anasının telefonunda mesaj gördüyü üçün cavabını da özü yazaraq telefon nömrəsini Pədimata göndərmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxsla bir dəfə telefon əlaqəsi saxlamışdır. 11 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs anası Nümayəndə ilə yaşadığı evə qonaq gəlmişdir. Təxminən günorta saatlarında isə geriyə yaşadığı evə qayıtmışlar. Həmin gün axşam saatlarında Zərərçəkmiş şəxsla telefonda danışanda Pədimatı evlənmək məqsədilə qaçırmaq istədiyini bildirmişdir. Pədimat ilk öncə ciddi olmadığını düşünmüşdür.O, isə Pədimata ciddi olduğunu, buna görə evlənmək məqsədilə yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Həmin zaman Pədimat anası Elmiranın əsəbiləşəcəyini, bunun üçün də onunla gəlməyə qorxduğunu bildirmişdir. O da Pədimata anası yatandan sonra xəbər etməsini, həmin zaman gedib özü ilə yaşadığı evə aparacağını bildirmişdir. Bundan sonra Pədimat onunla razılaşmış və onunla evlənmək istədiyini bildirmişdir. O da Pədimata yaşı az olduğu üçun qeyri rəsmi ailə olacaqlarını, sonradan isə rəsmi nikah bağlayacaqlarını bildirmişdir. Həmin gün saat təxminən 23 radələrində Pədimatın yaşadığı Hənifə kəndi ərazisində yerləşən evinə getmişdir. O, Pədimatın yaşadığı evə çatıb onu çağırmış, Pədimat da həyətə gəlmiş və əlindən tutaraq onunla birlikdə piyada yaşadığı Qullar kəndində yerləşən evinə getmişlər. Yaşadığı evdə olduğu zaman anası Şahid ona Pədimatın həmin gecə evlərində qonaq olmasını, səhəri gün isə Pədimatın anasına xəbər edərək gəlib geriyə yaşadığı evə aparmasını istəmişdir. Çünki həmin zaman anası Pədimatın yaşadıqları evə qonaq gəldiyini düşünmüşdür. O, isə buna razı olmamış, çünki Pədimatı evlənmək məqsədilə qaçıraraq yaşadıqları evə apardığını bildirmişdir. Daha sonra anası Şahid Pədimatdan onunla ailə qurmaq istəyibistəmədiyini, həmçinin onu zorla qaçırıb-qaçırmadığını soruşmuş, Pədimat da öz istəyi ilə onunla gəldiyini və ailə qurmaq istədiyini bildirmişdir. Onlar Pədimatla bir müddət oturub söhbət etmişlər. Daha sonra, yəni 12 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində Pədimatın öz razılığı ilə cinsi əlaqədə olmuşlar və Pədimatın qızlıq bəkarəti pozulmuşdur. Həmin qan olan paltarı isə səhəri gün yaşadığı evin həyətində yerləşən zibil atılan yerdə yandırmışlar. Daha sonra Pədimatın anası Elmiranın da bundan xəbəri olmuşdur. Həmçinin Padimatın anası Elmira da onların ailə qurmaqlarına razı olduğunu bildirmişdir. Bundan sonra isə Pədimatla cinsi əlaqədə olmamışlar.Çünki Pədimatın yaşı az olduğu üçün bir müddət keçməsini gözləmişlər. Həmçinin bildirmişdir ki, onun hazırda 21 yaşı var. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman onun 15 yaşının olduğunu bilmişdir. Çünki Zərərçəkmiş şəxs bunu ona bildirmişdir. Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olan zaman ona qarşı hər hansı zor tətbiq etməmişdir. Pədimat öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Bir daha qeyd edir ki, Pədimat artıq onun ailəsidir. Sadəcə olaraq yaşı az olduğu üçün nikah yaşına çatdıqdan sonra onunla rəsmi olaraq evlənəcəkdir. Əməlindən peşimandır. O, vətən müharibəsində iştirak etmiş, üç medalla təltif olunmuşdur. O, müharibədə psixoloji travma almış, əsəbləri pozulmuşdur. Bir neçə aydır ki, Şəki Rayon psixiatriya xəstəxanasında müalicə olunur. Hələ də müalicəsi başa çatmamışdır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində qeydiyyatda olsa da rayonun Hənifə kəndində anası Nümayəndə ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayının əvvəllərində anasının tanışı olan, Qullar kəndində yaşayan Şahid yaşadığı evə anası ilə birlikdə qonaq getmişlər. Həmin vaxt o, Şahid yaşadığı evdə oğlu Təqsirləndirilən şəxs görmüşdür. Onların Təqsirləndirilən şəxsla ilk öncə normal münasibətləri olmuş, daha sonra Milanla söhbət əsnasında bir-birilərindən xoşlandıqları üçün aralarında sevgi münasibətləri yaranmışdır. Həmçinin bir neçə gün sonra o, Milanın anası Hicranın vasitəsilə Milanın telefon nömrəsini götürmüşdür. Bundan sonra isə Milanla bir dəfə telefon əlaqəsi saxlamışdır. 11 iyul 2022-ci il tarixdə anası Nümayəndə ilə yenidən Milanın yaşadığı evə qonaq getmişlər. Təxminən günorta saatlarında isə geriyə yaşadığı evə qayıtmışdır. Həmin gün axşam saatlarında Milan onunla telefonda danışan zaman onunla evlənmək istədiyini, bunun üçün də onu özü ilə yaşadığı evə aparmaq istədiyini bildirmişdir. O, Milanın ilk öncə ciddi olmadığını, içkili olduğunu düşünmüşdür. Buna görə də Milana “zarafat etmə” demişdir. Milan isə ciddi olduğunu, onunla evlənmək istədiyini, bunun üçün də onu yaşadığı evə aparmaq istədiyini bildirmişdir.O, həmin zaman anası Elmiranın əsəbiləşəcəyini demişdir. Milan da anası yatandan sonra xəbər etməyini, həmin zaman gəlib onu aparacağını bildirmişdir. Onun da Milana qarşı hissləri olduğu üçün ailə qurmaq istədiyini, bunun üçün də evlənmək məqsədilə Milanla birlikdə gələcəyini bildirmişdir. 11 iyul 2022-ci il tarixdə təxminən saat 23 radələrində Milan yaşadığı Hənifə kəndi ərazisində yerləşən evinə gəlmiş, o, həyətə çıxıb Milanla görüşmüş və birlikdə piyada olaraq yaşadığı Qullar kəndində yerləşən evinə getmişlər. Milanın yaşadığı evdə olduqları zaman Milanın anası Şahid ilk öncə Milana “Pədimat bu gecə bizim evdə qonaq olsun, səhəri gün anası gəlib aparsın” demişdir. Çünki Hicran onun yaşadıqları evə qonaq getdiyini düşünmüşdür. Milan isə buna razı olmayacağını, onunla evlənmək istədiyini, bunun üçün də onu yaşadığı evə gətirdiyini bildirmişdir. Onlar Milanla bir müddət oturub söhbət etmişlər. Daha sonra, yəni 12 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində Milanın yaşadığı evin yataq otağında öz razılığı ilə Milanla cinsi əlaqədə olmuşlar və onun qızlıq bəkarəti pozulmuşdur. Həmin zaman qan olan paltarı isə səhəri gün Milanın yaşadığı evin həyətində yerləşən zibil atılan yerdə yandırmışlar. Daha sonra anası Elmiranın bundan xəbəri olmuşdur.Həmçinin anası Elmira da onların ailə qurmağına razı olduğunu bildirmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmamışdır.Çünki onun yaşı az olduğu üçün bir müddət gözləməyi qərarlaşdırmışlar. Həmçinin Milan onunla ailə kimi yaşayacağını, qanunla müəyyən edilmiş qaydada rəsmi olaraq evlənməklərinə icazə verildiyi halda isə onunla rəsmi nikah edəcəyini bildirmişdir. Onun hazırda 15 yaşı var. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman onun 15 yaşının olduğunu bilmişdir. Təqsirləndirilən şəxsla qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs ona cinsi əlaqə olmaq üçün heç bir zor tətbiq etməmiş, o, öz könüllü razılığı ilə Milanla cinsi əlaqədə olmuşdur. Həmçinin o, yalnız 12 iyul 2022-ci il tarixdə Milanla cinsi əlaqdə olmuşdur, həmin vaxtdan sonra Milanla cinsi əlaqədə olmamışdır.Onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ona cəza verilməməsini istəyir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində qeydiyyatda olsa da rayonun Hənifə kəndində qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Qullar kəndində yaşayan Şahid uşaqlıqdan tanıyır. Onunla normal münasibətləri olmuşdur. O, bir neçə il ki, Bakı şəhərində yaşamışdır. 2022-ci ilin may ayında isə Balakən rayonuna gəlmiş və müvəqqəti olaraq qızı Zərərçəkmiş şəxs ilə birlikdə rayonun Hənifə kəndində yaşamağa başlamışlar. 2022-ci ilin iyul ayının əvvəllərində Qullar kəndində yaşayan tanışı Şahid yaşadığı evə qızı Pədimatla birlikdə qonaq getmişlər. Bir neçə saatdan sonra isə geriyə yaşadıqları evə qayıtmışlar. 11 iyul 2022-ci il tarixdə isə yenidən qızı Zərərçəkmiş şəxs ilə birlikdə Hicranın yaşadığı evə qonaq getmişlər və təxminən günorta saatlarında isə geriyə yaşadıqları evə qayıtmışlar. Həmin gün axşam saat təxminən 22 radələrində yaşadığı evdə o, yatmaq üçün otağına getmişdir. Qızı Pədimat da öz otağında yatmışdır. 12 iyul 2022-ci il tarixə keçən gecə saatlarında isə yuxudan oyandıqda Pədimatın evdə olmadığını görmüşdür. O, tez küçəyə çıxdıqda Pədimatın olmadığını görmüşdür. Bu zaman o, tez Hicrana zəng edərək oğlu Təqsirləndirilən şəxs evdə olub-olmadığını soruşmuşdur. Çünki onlar xx.xx.2022-ci il tarixdə Hicranın yaşadığı evdən geriyə qayıtdıqdan sonra Milan qızı Pədimatla telefonda danışmışdır. O da qızı Pədimatın Milanla birlikdə olmasından şübhələnmişdir. İlk öncə Şahid ona Pədimatın onların yaşadığı evdə olmadığını bildirsə də, sonradan o, qızı Pədimatın onların evində olduğunu bilmişdir. Səhər saatlarında isə Şahid evinə getdikdə artıq o, qızı Pədimatın Təqsirləndirilən şəxsla öz könüllü razılığı ilə ailə qurmaq məqsədilə Milanın yaşadığı evə getdiyini və onların həmin gecə cinsi əlaqədə olduqlarını bilmişdir. O, ilk öncə qızının yetkinlik yaşına çatmadığı üçün narazılıq etsə də sonradan qızının öz razılığı ilə getdiyini və Təqsirləndirilən şəxsla evlənmək istədiyini bildiyi üçün onlara heç bir etiraz etməyərək ailə qurmalarına razı olmuşdur. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Balakən rayonu Qullar kəndində oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Qullar kənd sakini olan Nümayəndə uzun müddətdir ki, tanıyır. Elmira ilə normal münasibətləri olmuşdur. Elmira bir neçə il , Bakı şəhərində yaşamışdır. Buna görə də xeyli vaxt olmuşdur ki, Elmira ilə görüşməmişdirlər. 2022-ci ilin may ayında Elmiranın Balakən rayonuna gəldiyini eşitmişdir. Daha sonra Elmira ilə əlaqə saxladıqda onun yaşadığı evə qonaq gəlmək istədiyini bildirmişdir.O,da Elmiranı yaşadığı evə qonaq dəvət etmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində hazırda dəqiq xatırlamadığı tarixdə Nümayəndə qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evə qonaq gəlmişdir. Bir müddət yaşadığı evdə qonaq olduqdan sonra yaşadıqları evə geri qayıtmışlar. 11 iyul 2022-ci il tarixdə Elmira qızı Pədimatla birlikdə yenidən yaşadığı evə qonaq gəlmişdir. Həmin zaman da bir neçə saat yaşadığı evdə qonaq olduqdan sonra isə yaşadıqları evə qayıtmışlar. Həmin gün axşam saatlarında yaşadığı evdə olduğu zaman oğlu Milan bir neçə saatlıq yaşadıqları evdən getmişdir. O, ilk öncə Milanın hara getməsini bilməmişdir. Sonradan isə X1 yaşadıqları evə gəlmişdir. O, ilk öncə Pədimatın onların yaşadıqları evə qonaq gəlib gecə qalacağını düşünmüşdür. Buna görə də o, Pədimatın həmin gecə evlərində qonaq olmasını, səhəri gün isə Pədimatın anası Elmiraya xəbər edərək gəlib geriyə yaşadığı evə aparmasını istəmişdir. Milan isə ona etiraz edərək Pədimatı evlənmək məqsədilə qaçıraraq yaşadıqları evə gətirdiyini bildirmişdir. O, ilk öncə buna etiraz etmiş, çünki oğlunun ailə qurmasının tez olduğunu, həmçinin Pədimatı bir neçə gün tanıdığını, bir-birlərini daha yaxşı tanıdıqdan sonra eyni zamanda Pədimatın anası Elmiranın da razılığını alıb evlənmələrinin daha yaxşı olacağını izah etmişdir. Lakin ona oğlu Milan etiraz etmiş və artıq Pədimatı evlənmək məqsədilə qaçırdığını, Pədimatı geri yaşadığı evə qaytarmayacağını bildirmişdir. Həmçinin o, Pədimatdan oğlu Milanla ailə qurmaq istəyib-istəmədiyini, həmçinin onu zorla qaçırıbqaçırmadığını soruşmuş, Pədimat da öz istəyi ilə oğlu Milanla evlənmək məqsədilə gəldiyini və ailə qurmaq istədiyini bildirmişdir. Həmin axşam Pədimat yaşadıqları evdə qalmışdır. O biri gün səhər saatlarında Pədimatın anası Elmiranın da baş verənlərdən xəbəri olmuşdur. Elmira da övladlarının ailə qurmasına razı olduğunu bildirmişdir. Rəsmi nikah bağlanmasına icazə verilən yaş həddinə çatdıqda isə Pədimatı oğlu Milanla rəsmi olaraq evləndirəcəkdir. İşin 5-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Balakən RPŞ-si tərəfindən verilmiş AA seriyalı2956658 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə anadan olmuşdur. İşin 32-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirik.

1. Puçaxovanın bədəni üzərində hər-hansı bir xəsarət olmadı.

2. Puçaxovanın qızlıq bəkarəti pərdəsinin tamlığı pozulmuşdur, pozulma qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir.

3. Puçaxovada qeyri təbii yolla (anal yolundan) cinsi əlaqədə olmağa xarakterik əlamətlər olmadı. İşin 92-93-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 sentyabr 2022-ci il tarixli 548/186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əməli törətməzdən əvvəl və həmin əməli törǝdərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Balakən RMX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 196 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxiyyətin aksentuasiyası) baxmayaraq o, hazırki əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1 va 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəsissələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Balakən RMX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 196 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verǝrǝk törətdiyi əməli etiraf etməsi, həmin əməli törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallusinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi və s.) az ifadəli olması əsas verir.

1. Təqsirləndirilən şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmur.

2. Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri yoxdur.

3. Təqsirləndirilən şəxs yaddaş pozuntusu ilə bağlı hər hansı problem aşkar edilmir. İşin 90-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 sentyabr 2022-ci il tarixli 547/185 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş qanunazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Balakən MRX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 197 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs onunla baş vermiş qanunazidd əməli düzgün qavrayaraq həmin əməl barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs hər hansı cinayət əməli şamil edilmədiyindən istintaq tərəfindən qoyulmuş 3-cü suala (AR CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşürmü?) cavab vermək mümkün deyildir. Komissiyanın bu nəticəyə gəlməsinə Zərərçəkmiş şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Balakən MRX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 197 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl izahatlar verərək ona qarşı törədilmiş qanunazidd əməli təsvir etməsi, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallusinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir.

1. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa meyillilik əlamətləri aşkar edilmir.

2. Zərərçəkmiş şəxs əqli (intellektual) inkişafında psixi, xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur.

3. Puçaxova Pǝdimat Qüdrət qızında yaddaş pozuntusu ilə bağlı hər hansı problem yoxdur. İşin 25-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 36-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 35-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Balakən rayon İHB-nın Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 205 nömrəli arayışdan görünür ki, Dibirov X4 rayonu Sarıbulaq kəndlində yaşayır, İşdə olan 1-6098 nömrəli,1-15002 nömrəli və 1-3158 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamları ilə “Fizulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış ərizədə göstərilmişdir ki, “Balakən Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə olan iş üzrə zərərçəkən şəxsəm,Təqsirləndirilən şəxs heç bir şikayətim, tələbim yoxdur. Onunla öz razılığımla ailə qurmuşam. Hal-hazırda anam Nümayəndə himayəsində yaşayıram. Təqsirləndirilən şəxs cəzalandırılmasını istəmirəm. Xahiş edirəm nəzərə alasınız”. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Nümayəndə Qüdrət qızının tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, “xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi anası olaraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayətim, iddiam və tələbim yoxdur”. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 982 nömrəli arayışda göstərilmişdir ki,“Verilir Balakən rayonu Sarıbulaq kəndində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ondan ötrü ki, o, həqiqətən xx.xx.2022-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir. Dz;Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozğunluq A-23.1. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 36 nömrəli arayışda göstərilmişdir ki, “Verilir Balakən rayonu Sarıbulaq kəndində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ondan ötrü ki,o,vətən müharibəsi iştirakçısıdır.Vətən müharibəsindən qayıtdıqdan sonra ruhi vəziyyəti pisləşmiş və xx.xx.2022-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsinə götürülmüş,xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixdən hal-hazıradək stasionar müalicədədir. Dz;Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu A-23.1. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 182 nömrəli arayışda göstərilmişdir ki, “Verilir Balakən rayonu Sarıbulaq kəndində yaşayan 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ondan ötrü ki, o,həqiqətən xx.xx.2022-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsindədir və xx.xx.2023-cü il tarixdən hal-hazıradək stasionar müalicədədir. Dz;Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu A-23.1.Xəstə Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək üçün bir günlük məzuniyyətə buraxılır. Məhkəmə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Nümayəndə, Şahid ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır və onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, vətən müharibəsində iştirak etməsini, üç medalla təltif edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, odur ki, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətdiq edilməklə ona təyin ediləcək cəza şərti tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-70.3-cü maddələrinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza şərti olaraq tətbiq olunmalı, onun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərinə əməl etdiyindən barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub- olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla və 1(bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunsun. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Ona təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X3 Rekvizitləri: VÖEN:**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar