Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-13/2024 20.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 221.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edərək, şəxs üzərində zor tətbiq edərək, özgə əmlakını məhv edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 28 may 2023-cü il tarixdə saat 01:25 radələrində spirtli içkinin təsiri altında, yəni sərxoş vəziyyətdə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Piramida” adlı kafedə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə həmin kafenin 3-cü masasında əyləşib pivə içərkən, silah qismində istifadə etdiyi 01 ədəd 05 (beş) manat dəyərində pivə bokalını qəsdən masanın üzərindən götürüb ataraq kafedə barın qarşısında yuxarıda asılmış vəziyyətdə olan 01 ədəd 1000 (min) manat dəyərində “LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizorun ekranına vuraraq həmin televizoru və 01 ədəd həmin pivə bokalını sındırıb məhv etmiş, daha sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək kafedə barın axrasında əyləşmiş Zərərçəkmiş şəxs üzərinə hücum çəkib sağ əli ilə sifətinin sol tərəfinə bir yumruq zərbəsi vuraraq qəsdən ona sol göz altında qançır, sol gözün konyuktivasında qansızma, göz almasının küt zədəsi, subkonyuktival qansızma, görmə zəifliyi, qapaqlarda dərialtı hematoma ilə nəticələnən, dərəcəsinə görə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, eləcə də yuxarıda göstərilən əmlaklarını məhv etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1005,0 (min beş) manat məbləğində maddi ziyan vurmaqla, həmçinin ona zor tətbiq etməklə qəsdən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxsə yumruq vurmaqda özünü təqsirli bilir. Həmin gün əmisigildə qonaqlıqda araq içmiş, sonra pivə içmək üçün Ceyhungilin kafesinə getmişdir. Kafedə uşaqlar mahnı qoyulmasını xahiş etdilər. Bundan sonra ofisiant gəlib Ceyhunun mahnı olmamasını dediyini bildirmişdir. O da ofisianta dedi ki, Ceyhuna onların masasına dəvət edildiyini bildirsin. Həmin vaxt ofisiant Ceyhuna onun xahişini çatdırmışdır. Ceyhun da cavabında əli ilə nəsə kobud hərəkət etmişdir. Ceyhunun nə dediyini soruşmuş, Ceyhunun da televizorda mahnı qoymağa qoymadıqlarını dediyini söyləmişlər. Onda televizorun nəyə lazım olduğunu deyib, pivə bokalını atıb televizora vurmuşdur. Ceyhun həmin vaxt kobud nə isə demiş, nəticədə gedib Ceyhuna bir yumruq vurmuşdur. Yenə Ceyhunu vurmaq istəyəndə uşaqlar qoymamışlar. Dedilər gözləsin, o da çıxıb getmişdir. O, bokalla Ceyhuna xəsarət yetirmək istəsəydi, bunu edərdi. Belə ki, Ceyhunun qabağında 40 dənə bokal var idi. Yumruq vuran vaxt bokalı götürüb vurardı. Ekspertiza rəyində televizorun və bokalın qiymətləndirilməsi ilə bağlı narazılığı yoxdur. O, bokalı silah qismində adama vurmamış, televizora vurmuşdur. O, əvvəllər həmin kafedə olmuşdur. Zərərçəkmiş şəxsi əvvəllər tanımış, dostluq münasibətləri olmuşdur. Hadisə vaxtı Ceyhun barın arxasında oturmuşdu. Bar onunla üzbəüz idi. Bokalı təsadüfən atmış, niyyəti televizoru vurmaq olmuşdur. Nəyə görə belə istədiyini bilmir. Televizoru hədəfə götürüb bokalı atmışdır. O, həmişə gecə saat 1-2-də televizoru işləyən görmüşdür. Həmin vaxt pisinə gəldi ki, Ceyhun onlara qulaq asmamışdır deyə bu hərəkəti etmişdir. Münasibətlərinin gərginləşməsinə səbəb ikisinin də sərxoş vəziyyətdə olması idi. Himayəsində iki azyaşlı uşaq vardır. Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam olaraq ona ödəmiş və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində iki azyaşlı övladı vardır. Lakin ailə qurduqdan sonra şəxsiyyət vəsiqəsini dəyişmədiyinə görə sənəddə subay olması qeyd edilmişdir. Əvvəllər hər hansı fiziki və ya pxisi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç yerdə işləmir, lakin bəzi vaxtlarda fəhləlik edərək pul qazanıb ailəsini dolandırır. O, 27 may 2023-cü il tarixdə günorta saatlarından sonra gəzmək üçün şəhər ərazisinə çıxmış, Balakən şəhəri ərazisində yerləşən mərkəzi bazarda olan vaxt əmisi oğlu Şahid1 kürəkəni Mehmanla rastlaşmış, Mehmanla görüşüb söhbət edən zaman birlikdə kafeyə gedib pivə içməyi ona təklif etmiş, Mehman isə əmisi oğlu Daniya tərəfindən qonaq çağırıldığını və Daniyanın evinə gedəcəyini bildirmişdir. O da həmin vaxt Daniyanın evinə qonaq getmək istədiyini Mehmana demiş və bundan sonra Mehmanla birlikdə əmisi oğlu Daniyanın evinə getmişdir. Onlar gedib çatanda Daniyanın iş yoldaşı Hüseyn adlı şəxsin də orada olduğunu görmüşdür. Beləliklə, onlar dördü birlikdə yemək yeyərkən 1 litr araq içmişlər. Həmin tarixdə artıq axşam saatlarında onlar pivə içmək üçün yaxınlıqda yerləşən “Piramida” adlanan kafeyə getmək barədə qərara gəlmişlər. Bundan sonra onlar hamısı birlikdə evdən bayıra çıxmış, lakin Mehman onlarla birlikdə kafeyə getmək istəməmiş və orada onlarla sağollaşıb evinə getmişdir. Daniya, Hüseyn və o isə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Piramida” adlı kafeyə getmişlər. Onlar kafeyə getməmişdən əvvəl əmisi oğlu Daniya həmin kafeni işlədən Zərərçəkmiş şəxs zəng edərək onlar üçün masa ayırmasını xahiş etmişdir. Onlar kafeyə çatada orada sonradan adının Ramin olduğunu bildiyi bir osifiant olmuş və həmin ofisiant onları qarşılayıb 3-cü masada əyləşdirmişdir. Daha sonra onlar pivə sifariş edib içməyə başlamışlar. Bir qədər sonra üzdən tanıdığı, lakin adını bilmədiyi bir oğlan da gedib onların masasında əyləşmiş və pivə sifariş edib içməyə başlamışdır. Lakin həmin vaxt kafedə başqa heç kim olmadığına görə, həmçinin gecə saatları olduğuna görə onlar həmin şəxsin masalarında əyləşib pivə içməsinə heç bir etiraz etməmişlər. Bir qədər sonra da kafeni işlədən Zərərçəkmiş şəxs kafeyə gəlmiş və zalda olan barın arxasına keçib oturmuşdur. Onlar isə pivə sifariş verib içməyə davam etmişlər. O, 28 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində kafedə ofisiant işləyən Ramin adlı şəxsi yanına çağırıb musiqiyə qulaq asmaq istədiyini bildirmiş və zalda olan televizoru quraşdırmasını xahiş etmişdir. Lakin Ramin adlı ofisiant gecə saatlarında televizorun açılmasının və musiqiyə qulaq asılmasının Zərərçəkmiş şəxs tərəfindən qadağan edildiyini bildirmişdir. O da sərxoş olduğuna görə musiqiyə qulaq asmaq istəmiş və buna görə bir qədər sonra kafeni işlədən Zərərçəkmiş şəxs səsləyib oturduqları masaya çağırmışdır. Hətta Ceyhunu onların oturduqları masaya çağmasını Ramin adlı ofisiantdan da xahiş etmişdir. Lakin Ceyhun onun çağırışlarına məhəl qoymamışdır. Buna görə o, əsəblərini cilovlaya bilməmiş və masadan qalxaraq pivə içdiyi bokalı götürüb Ceyhun oturan tərəfə atmışdır. Həmin vaxt pivə bokalı barın qarşı tərəfində yuxarıda asılmış televizora dəymiş və televizorun ekranı sınmışdır. Bundan sonra da onun əsəbləri sakitləşməmiş və o, Ceyhunu vurmaq üçün onun üstünə getmişdir. Həmin vaxt Ceyhun zalda olan barın arxasında əyləşmiş, o, barın ön tərəfinə çatan kimi sağ əli ilə Ceyhunun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuşdur. Daha sonra o, barın arxasına keçib Ceyhunu yenidən döymək istəyəndə Daniyagil gəlib onu Ceyhundan ayırmış və onu kafedən bayıra çıxarıb oradan aparmışlar. Kafedə baş vermiş münaqişə və mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Çünki o, Ceyhunu yumruqla vuran kimi əmisi oğlu Daniya və digər şəxslər gəlib onu Ceyhundan ayırmış və onu kafedən bayıra çıxarıb oradan uzaqlaşdırmışlar. Hadisə zamanı kafedə ondan başqa kafeni işlədən Zərərçəkmiş şəxs, əmisi oğlu Şahid1, Daniyanın iş yoldaşı Hüseyn adlı şəxs, kafedə ofisiant işləyən Ramin adlı şəxs və onların masasında əyləşən tanımadığı orta yaşlı bir kişi olmuşdur. Hadisə zamanı kafedə səs-küy yaranmış, lakin o, hadisə zamanı sərxoş və gərgin vəziyyətdə olduğuna görə kafeyə kənar şəxslərin toplaşıb-toplaşmadığını xatırlamır. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Əvvəllər Zərərçəkmiş şəxslə onun arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Sadəcə olaraq o, həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə əsəblərini cilovlaya bilmədən münaqişə yaradaraq Ceyhunu vurmuş, həmçinin pivə bokalını və televizoru sındıraraq yararsız hala salmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə təqsirləndirilən şəxsin dediyi kimi eyni qaydada olmuşdur. Məhəmməd mahnı sifariş etdi. Gec saat olduğu üçün qonşulara səs getməsin deyə qoymamışdır. Dəqiq hansı gün idi yadında deyil. Gecə saat 2-ə işləmiş olardı. Piramida kafesi Balakən şəhəri H.Əliyev prospektində yerləşir. Barın arxasında oturmuşdu. Bu zaman Məhəmmədgil oturdular və pivə içdilər. Sonra hesabı bağladılar. O, fikirləşmişdir ki, onlar gedirlər. O da həmin vaxt içkili olmuşdur. Gecə saat 24-də başqa yerdə içib gəlmişdir. Dedilər nəyə görə mahnı yoxdur. Bildirdi ki, gecə vaxtıdır, ehtiyac yoxdur. Ofisiant getdi və onlara dedi ki, gecədir və Ceyhun icazə vermir. Onlar qayıdıb dedilər ki, Ceyhun gəlib açıqlama versin. O da əliylə hərəkət etmişdir. Məhəmməd uzaqdan gördü və pivə bokalını atdı. Gecə izahat yazmışdır. Sonradan Məhəmmədlə barışmış, Məhəmməd bütün dəymiş ziyanı ona ödəmişdir. Heç bir şikayəti yoxdur. Öz aralarında həll etmişlər. O, fikirləşdi ki, Məhəmməd bokalı televizora atmışdır. O, stola yaxınlaşmamışdır deyə Məhəmməd onu bir dəfə yumruqla vurmuşdur. Orada söyüş və təhqir olmamışdır. Məhəmmədə qarşı heç bir tələb və şikayəti yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində ailəsi ilə birlikdə yaşayır. O, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Piramida” adlanan kafeni 05 sentyabr 2022-ci il tarixdən etibarən icarəyə götürüb işlədir. O, 27 may 2023-cü il tarixdə axşam saatlarında tanışları Həmid, Şamil və Elmar adlı şəxslərlə birlikdə Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən kafeyə getmiş, həmin kafedə oturub pivə içən zaman Balakən şəhər sakini olan tanışı Şahid1 ona zəng edərək dostları ilə birlikdə onun işlətdiyi kafeyə gedib pivə içmək istədiklərini bildirmiş və onlara yer ayırmasını xahiş etmişdir. Gecə saatları olduğuna görə o, işlətdiyi kafedə ofisiant işləyən Şahid3 zəng edərək Daniyagilin pivə içmək üçün kafeyə gələcəklərini, onlara masa ayırmasını və qulluq etməsini bildirmişdir. Bir qədər sonra o, Gərəkli kəndi ərazisində yerləşən kafedən çıxıb öz işlətdiyi kafeyə getmiş və içəri daxil olanda tanışı Şahid1, soyadı, adı və atasının adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs və digər tanımadığı iki nəfər orta yaşlı kişilərin kafedə olan 3-cü masada əyləşib pivə içdiklərini görmüşdür. Həmin vaxt kafedə ofisiantlardan təkcə Şahid3 qalmış, sonuncu da Daniyagilə qulluq etmişdir. O, kafeyə daxil olduqdan sonra zalda olan barın arxasına keçib oturmuşdur. 28 may 2023-cü il tarixdə təxminən saat 01 radələrində Məhəmməd kafedə ofisiant işləyən Ramini yanına çağırıb zalda olan televizoru quraşdırmasını tələb etmiş və musiqiyə qulaq asmaq istədiyini bildirmişdir. Lakin o, ətrafda yaşayan sakinləri narahat etməmək üçün gecə saatlarında televizorun açılmasını və musiqiyə qulaq asılmasını əvvəldən ofisiantlara qadağan etmişdir. Buna görə kafedə ofisiant işləyən Ramin həmin saatda televizorun açılmasının mümkün olmadığını Məhəmmədə bildirmişdir. Bir neçə dəqiqədən sonra Məhəmməd onu səsləyib öz oturduğu masaya çağırmış, lakin Məhəmməd sərxoş vəziyyətdə olduğuna görə onun çağırışına məhəl qoymamışdır. Saat 01:25 dəqiqədə Təqsirləndirilən şəxs masadan qalxaraq pivə içdiyi bokalı götürüb onun oturduğu tərəfə, yəni bara tərəf atmışdır. Həmin vaxt pivə bokalı barın qarşı tərəfində yuxarıda asılmış vəziyyətdə olan “LG” markalı 127 ekran ölçülü televizora dəyib ekranını sındıraraq televizoru yararsız hala salmış, həmçinin pivə bokalı yerə düşüb sınaraq yararsız hala düşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədərək cəld şəkildə ona tərəf gəlməyə başlamışdır. O isə Məhəmmədin gəlib onu vuracağını düşünməmişdir. Məhəmməd barın qarşısına çatan kimi oradan sağ əli ilə onun sifətinin sol tərəfinə bir yumruq zərbəsi vurmuş, zərbənin təsirindən o, sol göz nahiyəsindən ciddi xəsarət almışdır. Daha sonra Məhəmməd barın arxasına keçib üstünə gedərək onu yenidən vurmaq istədikdə Daniya və həmin vaxt kafedə olan digər şəxslər cəld şəkildə gəlib Məhəmmədi ondan ayırmış və kafedən bayıra çıxarıb aparmışlar. Bundan sonra o, Balakən RPŞ-nə gəlib hadisə ilə bağlı ərizə yazmışdır. Kafedə baş vermiş münaqişə və mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə ondan başqa Təqsirləndirilən şəxs, onun əmisi oğlu və onun tanışı olan Şahid1, kafedə ofisiant işləyən Şahid3 və tanımadığı digər iki nəfər orta yaşlı kişilər olmuş və onlar hadisənin şahidi olmuşlar. Hadisə zamanı Təqsirləndirilən şəxs başqa onu heç kim vuraraq xəsarət yetirməmiş və ya kimsə Təqsirləndirilən şəxs onu döyməsi üçün şərait yaratmamışdır. Əksinə orada olan şəxslər Məhəmmədi ondan uzaqlaşdırıb münaqişənin daha da böyüməsinin qarşısını almışlar. Hadisə zamanı kafedə səs-küy yaranmış və buna görə sonradan kafeyə 2-3 nəfər tanımadığı cavan uşaqlar daxil olaraq nə baş verdiyi ilə maraqlanmışlar. Lakin həmin cavan uşaqlar hadisənin şahidi olmamışlar. Təqsirləndirilən şəxs onun icarəyə götürüb işlətdiyi kafedə dəyəri 5 manat olan 01 ədəd pivə bokalını və dəyəri 1000 manat olan 01 ədəd LG markalı 127 ekran ölçülü televizorun ekranını sındıraraq yararsız hala salmışdır. Həmçinin Təqsirləndirilən şəxs yumruqla vuraraq onun sol gözünə xəsarət yetirmiş və o, sol gözünün müalicə və müayinəsi üçün ümümilikə 100 manat pul xərcləmişdir. Yəni, hadisə nəticəsində ona ümumilikdə 1105 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam olaraq ona ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Məhəmmədlə o, onların evində oturub çörək yemişlər. Sonra Ceyhun işləyən kafeyə pivə içməyə getmişlər. Kafedə televizorda mahnı oxuyurdular. Mahnıya səs vermək istəmişlər. Səs verilmədi. X9 dəvət etdi, o da gəlmədi. Məhəmməd bir neçə dəfə xahiş etsə də, mahnıya səs verilmədi. Sonra Məhəmməd ayağa durub bokalı götürdü, işləmirsə nəyə görə qoyublar deyib bokalı televizora vurdu. Ceyhun oturduğu yerdə nəsə dedi. Sonra Məhəmməd gedib yumruqla Ceyhunu vurdu. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və X5 rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində Xüsusi Vasitələri Tətbiq X6 Artıq Hərbi Qulluqçu vəzifəsində işləyir. Əvvəllər heç bir psixi və ya fiziki xəstəliklər keçirməmişdir. O, 27 may 2023-cü il tarixdə günorta saatlarında hərbi hissədən işdən çıxıb yaşadığı evə gedən zaman iş yoldaşı Şahid2 həmin tarixdə axşam saatlarında yaşadığı evə qonaq çağırmışdır. Çünki o, həmin gün axşam saatlarında bacısının əri Mehmanı yaşadığı evə qonaq çağırmağı planlaşdırmış, buna görə, yəni birlikdə yeyib-içmək üçün iş yoldaşı Hüseyni də yaşadığı evə dəvət etmişdir. O, hərbi hissədən işdən çıxıb yaşadığı evə gedəndən sonra bacısının əri Mehmana zəng edərək təxminən saat 17-18 radələrində yaşadığı evə qonaq gəlməsini demişdir. Təxminən saat 18 radələrində iş yoldaşı Hüseyn onun yaşadığı evə gəlmişdir. Hüseyn gəldikdən təxminən 30 dəqiqə isə bacısının əri Mehman və əmisi oğlu Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişlər. Lakin o, əmisi oğlu Məhəmmədi yaşadığı evə qonaq çağırmamışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Məhəmməd bacısının əri Mehmanla yolda rastlaşmış, Mehman onun yaşadığı evə qonaq gəldiyini bildirdiyi üçün əmisi oğlu Məhəmməd də Mehmana qoşulub gəlmişdir. Beləliklə, onlar dördü birlikdə onun yaşadığı evdə oturub yemək yemiş və yemək yeyərkən birlikdə 01 litr spirtli içki araq qəbul etmişlər. Həmin tarixdə təxminən saat 23 radələrində onlar pivə içmək üçün onun yaşadığı evin yaxınlığında, yəni Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Piramida” adlanan kafeyə getmək qərarına gəlmiş, bu məqsədlə onlar hamısı birlikdə evdən barıya çıxmış, lakin bacısının əri Mehman pivə içmək istəmədiyini bildirmiş və orada onlarla sağollaşıb yaşadığı evə getmişdir. Bundan sonra iş yoldaşı Hüseyn, əmisi oğlu Məhəmməd və o, birlikdə “Piramida” adlanan kafeyə getmişlər. O, hələ evdən çıxmamışdan əvvəl axşam saatları olduğu üçün həmin kafeni işlədən Zərərçəkmiş şəxs zəng edərək dostları ilə birlikdə pivə içmək istədiyini demiş və onlara yer ayırmasını xahiş etmişdir. Ceyhun da etiraz etmədən razılıq vermişdir. Beləliklə, onlar gedib kafeyə çatanda kafedə bir dənə ofisiant işləyən Ramin adlı şəxs olmuş və Ramin onları qarşılayıb zalda 3-cü masada əyləşdirmişdir. Bundan sonra onlar pivə sifariş edib içməyə başlamışlar. Bir qədər sonra üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı kişi də gəlib onların masasında əyləşmiş və pivə sifariş edib içməyə başlamışdır. Həmin şəxs Balakən rayon sakini olduğuna görə, həmçinin gecə saatları olduğuna onlar həmin şəxsin onlarla eyni masada əyləşməsinə etiraz etməmişlər. Bir qədər sonra da Zərərçəkmiş şəxs kafeyə gəlmiş və zalda olan barın arxasına keçib oturmuşdur. Onlar pivə içən vaxtı o, mobil telefonu vasitəsi ilə sosial şəbəkələrdə videolara baxırmış və buna görə masada olan söhbətlərə fikir verməmişdir. Həmin vaxt əmisi oğlu Məhəmməd qəflətən masadan ayağa qalxıb pivə içdiyi bokalı ataraq kafenin zalında olan barın qarşı tərəfində yuxarıdan asılmış televizorun ekranına vurub sındırmışdır. Daha sonra Məhəmməd cəld şəkildə kafenin zalında olan barın arxasında oturmuş Ceyhuna tərəf getmişdir. Buna görə Hüseyn və o, dərhal masadan ayağa qalxıb Məhəmmədin araxsınca getmişlər. Lakin onlar çatana kimi Məhəmməd barın qarşısında dayanıb oradan sağ əli ilə bir dəfə Ceyhunun sifətinə yumruq vurmuşdur. Bundan sonra əmisi oğlu Məhəmməd barın arxa tərəfinə keçib Zərərçəkmiş şəxs yenidən vurmaq istəmiş, lakin onlar Məhəmmədi tutub kafedən bayıra çıxarmış və oradan uzaqlaşdırıb münaqişənin daha da böyüməsinə mane olmuşlar. Onlar kafedən bayıra çıxanda artıq 28 may 2023-cü il saat 01:30 radələri olmuşdur. Sonradan Balakən RPŞ-nə dəvət olunanda ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs hadisə zamanı xəsarət aldığına görə onun əmisi oğlu Təqsirləndirilən şəxs barəsində Polis Şöbəsinə şikayət etmişdir. Kafedə baş vermiş münaqişə və mübahisə təxminən 8-10 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə ondan başqa kafeni işlədən Zərərçəkmiş şəxs, əmisi oğlu Təqsirləndirilən şəxs, kafedə ofisiant işləyən Ramin adlı şəxs, iş yoldaşı Şahid2 və tanımadığı bir nəfər orta yaşlı kişi olmuşdur. Hadisə zamanı kafedə səs-küy yarandığına görə sonradan kafeyə 2-3 nəfər tanımadığı cavan uşaqlar daxil olaraq nə baş verdiyini soruşmuşlar. Lakin o, həmin cavan uşaqları tanımır. Həmin cavan uşaqlar hadisənin şahidi olmamış, sonradan kafeyə gəlmişlər. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə baş verəndən sonra ona məlum olmuşdur ki, əmisi oğlu Təqsirləndirilən şəxs kafedə musiqiyə qulaq asmaq istədiyini deyərək televizorun quraşdırılmasını tələb etmiş, lakin kafeni işlədən Zərərçəkmiş şəxs buna icazə vermədiyinə görə Məhəmməd bokal ilə vurub kafedə olan televizoru sındırmış, həmçinin kafeni işlədən Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Əmisi oğlu Təqsirləndirilən şəxsla kafeni işlədən Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Məhəmmədgildə oturub spirtli içki içmiş, sonra pivə içmək üçün həmin kafeyə getmişlər. Kafedə televizorun səsi az idi. Məhəmməd səsini artırmasını istədi. Bundan sonra bu hadisə baş verdi. Məhəmməd mahnıya qulaq asmaq istəyirdi. Məhəmməd bokalı atanda kiməsə ziyan vurmaq məqsədi güdməmişdir. Televizor sınmışdır. Ceyhun kobud nəsə bir söz demiş, X9 da vurmuşdur. Kafedə onlardan başqa heç kim olmamışdır. O, Daniya və oradakı ofisiantlar Məhəmmədi ayırmışlar. Həmin vaxt söyüş ifadələrinin işlənibişlənməməsi yadında deyil. O, içkili olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 may 2023-cü il tarixdə günorta saatlarında iş yoldaşı Şahid1 işdən çıxıb gedən zaman onu Balakən şəhərində yerləşən yaşadığı evinə qonaq çağırmış, Daniya hərbi hissədən çıxıb gedəndən bir neçə saat sonra o, işlərini bitirib Daniyanın evinə qonaq getmişdir. O, təxminən saat 18 radələrində Daniyanın yaşadığı evə çatmış və bir qədər sonra evə Daniyanın kürəkəni Mehman və Daniyanın əmisi oğlu Təqsirləndirilən şəxs gəlmişdir. O, Mehmanı və Məhəmmədi əvvəllər tanımamış, onları həmin vaxt Daniya onunla tanış etmişdir. Onlar dördü birlikdə Daniyanın evində oturub yemək yeyərkən 1 litr araq içmişlər. Gecə saatlarında onlar pivə içmək üçün Daniyanın evinin yaxınlığında yerləşən “Piramida” adlı kafeyə getmək qərarına gəlmişlər. Həmin vaxt Daniya mobil telefonla həmin kafeni işlədən Ceyhun adlı şəxsə zəng edib onlar üçün masa ayırmasını xahiş etmişdir. Bundan sonra onlar hamısı birlikdə evdən küçəyə çıxmış, lakin Daniyanın kürəkəni Mehman kafeyə getmək istəmədiyini deyərək orada onlarla sağollaşmış və onlardan ayrılıb getmişdir. Daniya, Məhəmməd və o isə birlikdə “Piramida” adlı kafeyə getmişlər. Orada sonradan adının Ramin olduğunu bildiyi ofisiant onları qarşılamış və onlar birlikdə kafenin zalında 3-cü masada əyləşib pivə sifarişi vermişlər. Həmin vaxt kafedə onlardan və Ramin adlı ofisiantdan başqa heç kim olmamışdır. Daha sonra bir nəfər tanımadığ bir şəxs gəlib onların masasında əyləşərək pivə içməyə başlamışdır. Lakin o, həmin şəxsin kim olduğunu və ya adını bilməmişdir. Onlar kafedə xeyli vaxt oturub pivə içdikdən sonra kafeni işlədən Ceyhun adlı şəxs içəri daxil olmuş və gedib zaldakı barın arxasında əyləşmişdir. O, Ceyhun adlı şəxsi əvvəldən tanımamış, orada Daniya həmin şəxsi ona göstərib adının Ceyhun olduğunu və kafeni həmin şəxsin işlətdiyini bildirmişdir. Onlar kafedə pivə içən vaxt Daniyanın əmisi oğlu Məhəmməd ofisiantı bir neçə dəfə yanına çağırıb nəsə demiş, lakin o, Məhəmmədin ofisianta nə dediyini eşitməmişdir. 28 may 2023cü il tarixdə təxminən saat 01 radələrindən sonra onlar masada əyləşib pivə içdikləri zaman Məhəmməd qəflətən masadan ayağa qalxıb pivə içdiyi bokalı ataraq zalda barın qarşı tərəfində olan televizora vurmuşdur. Həmin vaxt televizorun ekranı sınmış, həmçinin pivə bokalı yerə düşüb sınmışdır. Bundan sonra Məhəmməd cəld bir şəkildə barın arxasında oturan Ceyhun adlı şəxsin üstünə tərəf getmişdir. Buna görə Daniya və o, dərhal masadan ayağa qalxıb Məhəmmədin araxsınca getmişlər. Lakin onlar çatana kimi Məhəmməd barın qarşısında dayanıb oradan barın arxasında oturan Ceyhunun sifətinə bir yumruq zərbəsi vurmuşdir. Bundan sonra Məhəmməd barın arxa tərəfinə keçib Ceyhunu yenidən vurmaq istəyəndə onlar Məhəmmədi tutub kafedən bayıra çıxarmış və münaqişənin daha da böyüməsinə mane olmuşlar. Kafedə baş vermiş münaqişə və mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə ondan başqa kafeni işlədən Zərərçəkmiş şəxs, iş yoldaşı Şahid1, onun əmisi oğlu Təqsirləndirilən şəxs, kafedə ofisiant işləyən Ramin adlı şəxs və onların masasında əyləşən tanımadığı bir nəfər orta yaşlı kişi olmuşdur. Hadisə zamanı kafedə səs-küy yarandığına görə sonradan kafeyə 2-3 nəfər tanımadığı cavan uşaqlar daxil olaraq nə baş verdiyini soruşmuşlar. Lakin o, həmin cavan uşaqları tanımır. Həmin cavan uşaqlar hadisənin şahidi olmamışlar, kafeyə sonradan gəlmişlər. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə baş verəndən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs kafedə musiqiyə qulaq asmaq üçün televizorun quraşdırılmasını tələb etmiş, lakin kafeni işlədən Zərərçəkmiş şəxs buna icazə vermədiyinə görə Məhəmməd bokal ilə vurub kafedə olan televizoru sındırmış, həmçinin kafeni işlədən Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, kafedə ofisiant işləyir. İfadəsində göstərdiyi kimi axşam tərəfi gəldilər və oturdular. Gələnlər Daniya, Məhəmməd idi, qalan üç şəxsi tanımamışdır. Onlara yaxınlaşıb sifariş götürmüşdür. Mahnı istədilər, saat gec olduğu üçün Ceyhun əmələ gəlməməsini demişdir. Bunu deyəndən X9 stola çağırmasını istəmişdir. O, Ceyhuna onun stola çağrılmasını demişdir. Ceyhun da stola gələsi vəziyyətdə olmamasını bildirmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Məhəmməd həmin vaxt televizor işləmirsə deyə bokalı götürüb televizora atmışdır. Məhəmməd televizoru vurandan sonra Ceyhunu bir dəfə yumruqla vurmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Gərəkli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Piramida” adlı kafedə günlük 15 manat əmək haqqı qarşılığında ofisinat işləyir. Həmin kafeni isə Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs işlədir. O, 28 may 2023-cü il tarixdə təxminən saat 00:15 radələrində evə getmək üçün kafedə təmizlik işləri görən zaman Ceyhun ona zəng edərək kafeyə müştərilər gələcəyini bildirmiş və həmin müştərilərə qulluq etməsini tapşırmışdır. Elə həmin söhbətdən bir neçə dəqiqə sonra soyadı, adı və atasının adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs, Daniya adlı şəxs və Hüseyn adlı şəxs kafeyə daxil olmuşlar. O, həmin vaxt kafedə tək olmuş və həmin şəxslərə 3-cü masanı göstərib orada əyləşmələrini bildirmişdir. Məhəmmədgil də 3-cü masada əyləşib pivə sifarişi vermiş, o da Məhəmmədgilə qulluq etməyə başlamışdır. Bir qədər sonra üzdən tanıdığı, lakin adını bilmədiyi bir oğlan kafeyə gəlib Məhəmmədgilin masasında əyləşmiş və o da pivə alıb içməyə başlamışdır. Bir neçə dəqiqədən sonra da Ceyhun kafeyə gəlmiş və zalda olan barın arxasına keçib oturmuşdur. Həmin vaxt o, işlərini bitirib evə getmək üçün təmizlik işləri ilə məşğul olmuşdur. O, təmizlik işləri ilə məşğul olan vaxt Məhəmməd onu yanına çağırb musiqiyə qulaq asmaq istədiyini bildirmiş və zalda olan televizoru işə salmasını demişdir. Lakin Ceyhun saat 12-dən sonra televizoru işə salmağı qadağan etdiyi üçün, o, həmin saatda musiqiyə qulaq asmağa icazə olmadığını Məhəmmədə bildirmişdir. Bir qədər sonra Məhəmməd yenidən onu yanına çağırmış və Ceyhunu öz əyləşdiyi masaya çağırmasını tələb etmişdir. Lakin o, Məhəmmədin sərxoş olduğunu görüb Ceyhuna bu barədə heç nə deməmişdir. Sonradan Məhəmmədin özünün Ceyhunu yanına çağırdığını, lakin Ceyhunun Məhəmmədə fikir vermədiyini görmüşdür. Bir neçə dəqiqədən sonra Məhəmməd masadan ayağa qalxıb əlində olan pivə bokalını ataraq zalda barın qarşısındakı “LG” markalı televizoru vurub ekranını sındırmış, həmçinin pivə bokalı yerə düşüb sınmışdır. Daha sonra Məhəmməd iti addımlarla bara yaxınlaşıb Ceyhunun sifətinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt o və kafedə olan digər şəxslər dərhal Ceyhungilin yanına qaçmışlar. Məhəmməd isə həmin vaxt barın arxasına keçib yenidən Ceyhunu döymək istəmişdir. Buna görə onlar Məhəmmədi tutub oradan uzaqlaşdırmış və Daniyagil Məhəmmədi kafedən bayıra çıxarmışlar. Hadisə zamanı Ceyhun sol gözündən ciddi xəsarət aldığına görə Balakən Rayon Polis Şöbəsinə gəlib Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Kafedə baş vermiş münaqişə və mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Hadisə zamanı kafedə ondan başqa Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Daniya, Hüseyn və onların masasında əyləşən tanımadığı bir oğlan olmuşdur. Hadisə zamanı kafedə səs-küy yarandığına görə sonradan kafeyə 2-3 nəfər tanımadığı cavan uşaqlar daxil olaraq nə baş verdiyini soruşmuş, lakin o, həmin cavan uşaqları tanımamışdır. Həmin cavan uşaqlar hadisənin şahidi olmamış, kafeyə sonradan gəlmişlər. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs kafedə musiqiyə qulaq asmaq üçün televizorun quraşdırılmasını tələb etmiş, lakin Zərərçəkmiş şəxs buna icazə vermədiyinə görə Məhəmməd bokal ilə vurub kafedə olan televizoru sındırmış, daha sonra isə Ceyhunu yumruqla vurmuşdur. Onun bildiyi qədərilə Təqsirləndirilən şəxsla kafeni işlədən Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. İş materiallarında olan 28 may 2023-cü il tarixdə saat 02:20 dəqiqədən saat 03:00 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib edilmiş “baxış keçirilməsi barədə” protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və 01 ədəd DVD diskdən görünür ki, baxış keçirilən yer Balakən rayonu ərazisində yerləşən “Piramida” adlanan kafe olmuşdur. Kafeyə daxil olduqda zal, bar və mətbəx hissəsi görünmüşdür. Əlavə olaraq kafedə 02 ədəd bağlı otaqlar, kafenin zalında 19 ədəd masa olmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs zalda olan 3-cü masada əyləşən Təqsirləndirilən şəxs içdiyi bokal ilə zalda olan LG markalı televizorun ekranını sındırıb daha sonra onu yumruqla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu döymək üçün barın arxa hissəsinə keçib gəldiyini, lakin ətrafda olan şəxslərin Məhəmmədi ondan ayırıb apardıqlarını bildirmişdir. Zalda olan LG markalı televizora baxdıqda televizorun ekranının sınmış olduğu aşkar edilmişdir. Zalda olan barın arxa hissəsindəki videokamera üçün nəzərdə tutulmuş qurğudan hadisənin baş verməsini əks etdirən 02 ədəd videogörüntü təhqiqatçı Zaur Xəlilov tərəfindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər də çəkilmiş, fotoşəkillər və videogörüntülər protokola əlavə edilmişdir. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər- sol göz altında qançır, sol gözün konyuktivasında qansızma, göz almasının küt zədəsi, subkonyuktival qansızma, görmə zəifliyi, qapaqlarda dərialtı hematoma-küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 28 may 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının 26 iyul 2023-cü il tarixli 9/5626 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına 01 ədəd “LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizor və 01 ədəd pivə bokalı təqdim olunmuşdur. Təqdim edilmiş mallar hazırda istifadəyə yararsız vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların zədələnməmişdən əvvəlki normal vəziyyətdə 2023-cü ilin may ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 305,0 manat müəyyən olunur. 01 ədəd «LG» markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizorun ümumi dəyəri 300 manat, 01 ədəd Pivə bokalının ümumi dəyəri 5 manat, cəmi 305,0 manat. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 08 avqust 2023-cü il tarixli 367 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2023-cü il tarixdə saat 03:30 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və 0,588 promili olmaqla onun həmin vaxt alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarında olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 08 avqust 2023-cü il tarixli 659 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 28 may 2023-cü il tarixdə saat 03:30 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun həmin vaxt sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə saat 20.30-da Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsində 01 iyun 2023-cü il tarixdə saat 17.50-dən saat 18.10-dək müddət ərzində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılmış və həmin qərarla Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 olmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 08 avqust 2023-cü il tarixli qərarından görünür ki, 01 ədəd “LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizor və 01 ədəd pivə bokalı maddi sübut kimi götürülmüş və saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, hadisə yerinə baxış keçirilən zaman «Piramida» adlı kafedə quraşdırılmış videomüşahidə kamerasından hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ona ödənilmiş və Təqsirləndirilən şəxs onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında və ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi daha mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərilən hallar işdəki digər sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təsdiq olunur və işin faktiki hallarını əks etdirir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqda verdiyi ifadələrini, həmçinin həmin ifadələr xüsusunda işin real faktiki hallarının əks edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadələrini, 28 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolu, hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, maddi sübutları, məhkəmətibbi ekspertizanın 30 may 2023-cü il tarixli, 138 nömrəli rəyini, məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 iyul 2023-cü il tarixli, 9/5626 nömrəli rəyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tələbnamə üzrə xx.xx.2023-cü il tarixli 8 saylı arayışı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona istinad olunan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. ”Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinə xas olan əlamətlər möcud olmuş, yəni o, 28 may 2023-cü il tarixdə, saat 01:25 radələrində ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, məhv etmə xüsusiyyətlərini bilə-bilə xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi 01 ədəd 05 (beş) manat dəyərində pivə bokalını qəsdən masanın üzərindən götürüb ataraq kafedə barın qarşısında yuxarıda asılmış vəziyyətdə olan 01 ədəd 1000 (min) manat dəyərində “LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizorun ekranına vuraraq həmin televizoru və 01 ədəd həmin pivə bokalını sındırıb məhv etmiş, daha sonra qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək kafedə barın axrasında əyləşmiş Zərərçəkmiş şəxs üzərinə hücum çəkib sağ əli ilə sifətinin sol tərəfinə bir yumruq zərbəsi vuraraq qəsdən ona sol göz altında qançır, sol gözün konyuktivasında qansızma, göz almasının küt zədəsi, subkonyuktival qansızma, görmə zəifliyi, qapaqlarda dərialtı hematoma ilə nəticələnən, dərəcəsinə görə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə, eləcə də yuxarıda göstərilən əmlaklarını-“LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizoru və 01 ədəd pivə bokalını məhv etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1005,0 (min beş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmas cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin hallarına və qanun normalarının tələbinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Cəza təyinatı zamanı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəmişdir. Həmçinin onun himayəsində iki azyşlı uşaq vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə zərərçəkmiş şəxsə ödəməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ədalət və humanizm prinsiplərini və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 20 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə qəsdən törədlmiş o cümlədən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həb edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd “LG” markalı, 49 LJ515V-ZE modelli, 127 ekran televizor və 01 ədəd pivə bokalı Zərərçəkmiş şəxs qaytarılmalı, hadisə yerinə baxış keçirilən zaman «Piramida» adlı kafedə quraşdırılmış videomüşahidə kamerasından hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş matieriallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı müdafiəçi qismində iştirakına xitam verildiyi vaxtadək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 7 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı müdafiəçi qismində iştirakına xitam verildiyi vaxtadək göstərilən hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün 42 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 30 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 02 (iki) gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 20 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd “LG” markalı, 49 LJ515V- ZE modelli, 127 ekran televizor və 01 ədəd pivə bokalı Zərərçəkmiş şəxs qaytarılsın; hadisə yerinə baxış keçirilən zaman «Piramida» adlı kafedə quraşdırılmış videomüşahidə kamerasından hadisənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı müdafiəçi qismində iştirakına xitam verildiyi vaxtadək göstərilən hüquqi yardımla bağlı Müdafiəçi1 ödənilməsi üçün 42 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-13/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-13/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver