Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-13/2025 12.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Bayramova (Məmmədova) Nübar Etibar qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx xxxx 1994-cü ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 avqust 2022-ci il tarixdən başlayaraq 29 may 2018-ci ildə anadan olmuş X2 və 12 dekabr 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat sabit pul məbləğində alimentin alınıb Bayramova (Məmmədova) Nübar Etibar qızına verilməsinə dair Balakən Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(019)- 782/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib həmin rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)- 431/2024 saylı və xx.xx.2024-cü il tarixli 3(019)-82/2024 saylı qərarlarına əsasən hər dəfə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 sentyabr 2024-cü il tarixədək şəxsi maraq niyyətilə 6440,00 manat məbləğində aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməklə zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər sübutların tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs,ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, həqiqətən o, 13 iyun 2017-ci il tarixdə Bayramova (Məmmədova) Nübar Etibar qızı ilə rəsmi nikah olmadan evlənmişdir. Nikahlarını isə 03 dekabr 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ecrin, 12 dekabr 2021-ci il tarixdə isə Narin adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan Nübarla ayrılmışlar.Bir müddət ayrı yaşadıqdan sonra Nübar aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 08 avqust 2022-ci il tarixdən başlayaraq 29 may 2018-ci ildə anadan olmuş X2 və 12 dekabr 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat sabit pul məbləğində alimentin alınıb Bayramova (Məmmədova) Nübar Etibar qızına verilməsi qət edilmişdir. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuş,lakin qazancı az olduğundan, ata anası xəstə olduqlarından alimenti tam ödəməmişdir.Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilmişdir.O, Balakən rayonunda şənliklərdə müğənnilik edir,taxta yeşiklər hazırlayır, həmçinin iş olanda fəhləliklə məşğul olur. O, qətnamə üzrə 20 sentyabr 2024-cü il tarixədək 6440,00 manat aliment borcunun yarandığını bilir. Ondan sonrakı dövr üçün də alimenti ödəməmişdir. Hazırda yaranmış aliment borcunu ödəyə bilmir.Əgər zərərçəkmiş şəxs razılaşarsa satdığı heyvanın pulundan 2000 manat ödəyə bilər. Onun bundan artıq pul ödəməyə imkanı yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Bayramova (Məmmədova) Nübar Etibar qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, 13 iyun 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah olmadan evlənmişdir.Nikahlarını isə 03 dekabr 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Ecrin, 12 dekabr 2021-ci il tarixdə isə Narin adlı övladları vardır.Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsada, sonradan Eşqinin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Odur ki, azyaşlı uşaqları da götürüb atası evinə qayıtmışdır.Faktiki olaraq ayrı yaşadıqları müddətdə Eşqin uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən başlayaraq 29 may 2018-ci ildə anadan olmuş X2 və 12 dekabr 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat,cəmi 320 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Qətnamənin çıxarılmasından iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini vaxtında və tam olaraq ödəməmişdir. Belə ki, Eşqin ara-sıra olmaqla 2024-cü ilin sentyabr ayına kimi 1560,00 manat ödəniş etmiş, son bir ildə isə heç bir ödəniş etməmişdir.Halbuki, Eşqin el şənliklərində müğənnilik edir və kifayət qədər qazancı olur.Buna baxmayaraq o, qazancını spirtli içkilərə xərcləyir,alimenti isə ödəmir. Uşaqların maddi tələbatı isə gündən-günə artmaqdadır.Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir.Maddi vəziyyətləri ağır olduğundan müəyyən edilmiş aliment məbləğinə ehtiyacı çoxdur.Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlər görülsə də, Eşqin yenə də alimenti ödəmir, ümumiyyətlə uşaqlarla maraqlanmır.Bu gün də Təqsirləndirilən şəxs yalan danışır, o, heç bir ödəniş etməyəcəkdir, yenə də vaxt uzatmaq istəyir. Aliment borcunun tam ödənməsini tələb edir. Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində ağır cəza təyin edilməsini xahiş etdi . Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və probasiya şöbəsinin rəisi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2022ci il tarixdən başlayaraq 29 may 2018-ci ildə anadan olmuş X2 və 12 dekabr 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat sabit pul məbləğində aliment alınıb Bayramova (Məmmədova) Nübar Etibar qızına verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. İcra sənədi icra məmuru Şahid1 icraatında olmuşdur. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır.Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən olunmuş aliment məbləğinin ödənilməsi tələb olunmuşdur.Borclu izahat verərək musiqiçi olduğunu və gəlirlərinin az olduğunu bildirərək yaranmış aliment borcunu ödəməkdən yayınmışdır.Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş,yaranmış aliment borcunun ödənilməsi Təqsirləndirilən şəxs tələb olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu aylıq aliment məbləğindən qismən ödənişlər etsə də, sonradan ödənişləri dayandırmışdır. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, barəsində axtarış elan edilmiş və borclu xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu izahat verərək aliment borcunu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Borcluya vaxt verilsə də, bundan sonra da ödəniş etməmişdir. Odur ki, borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir. Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır.Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 20 sentyabr 2024-cü il tarixədək 6440,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Bayramova (Məmmədova) Nübar Etibar qızı isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid1 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən başlayaraq 29 may 2018-ci ildə anadan olmuş X2 və 12 dekabr 2021-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat sabit pul məbləğində aliment alınıb Bayramova (Məmmədova) Nübar Etibar qızına verilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borclunun adına tələbin yönəldilə biləcək əmlakının və gəlirlərinin olub-olmaması öyrənilmiş, nəticədə hər hansı əmlakı və gəlirləri müəyyən edilməmişdir. Həmçinin borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən olunmuş aliment məbləğinin ödənilməsi tələb olunmuşdur. Borclu izahat verərək musiqiçi olduğunu və gəlirlərinin az olduğunu bildirərək yaranmış aliment borcunu ödəməkdən yayınmışdır. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, yaranmış aliment borcunun ödənilməsi Təqsirləndirilən şəxs tələb olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu aylıq aliment məbləğindən qismən ödənişlər etsə də, sonradan ödənişləri dayandırmışdır. Həmçinin görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, barəsində axtarış elan edilmiş və borclu xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu izahat verərək aliment borcunu ödəməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. Borcluya vaxt verilsə də, bundan sonra da ödəniş etməmişdir. Odur ki, borclu barəsində yenidən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borcluya yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar verilmişdir.Eyni zamanda icra sənədinin icrası ilə bağlı borclu ilə fərdi söhbətlər aparılmış,məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır.Görülmüş icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və 20 sentyabr 2024-cü il tarixədək 6440,00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. İcra müddətində tələbkar Bayramova (Məmmədova) Nübar Etibar qızı isə dəfələrlə icra və probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatını ödəməkdə çətinliklər çəkdiyini və maddi vəziyyətinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İşin 10-13-cü vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-782/2022 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçüçn 160 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. İşin 14-15-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə doğulmuş X5 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İşin 17-ci vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki,Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Şöbənin icraatına qəbul edilmişdir. İşin 18, 85-86,116-117-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Cinayət işinin materiallarına əlavə edilmiş bildirişdən, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşin 41-45-ci vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(019)-431/20222 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 13 dekabr 2022-ci il il tarixdə 08 gün müddətinə inzibati qayda həbs edilmişdir. İşin 108-110-cu vərəqələrində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(019)-82/2024 nömrəliinzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-782/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 fevral 2024-cü il tarixdə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 129-cuı vərəqəsində olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilən Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aliment ödənişləri barədə cədvəldən görünür ki, Təqsirləndirilən şəxs alimentin tutlmağa başlandığı vaxtdan 20 sentyabr 2024-cü il tarixədək ümumilikdə 1560 manat ödəniş etmiş, onun 6440 manat ödənilməmiş aliment borcu qalmışdır. İşin 156-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 147-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında nümayəndəliyə heç bir şikayət və narazılıq daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs Bayramova (Məmmədova) Nübar Etibar qızının, Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cavabdeh kimi Balakən Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(019)-782/2022 saylı 28 sentyabr 2022-ci il tarixli qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X1 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci) maddəsi) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir.Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir,təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini,əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,eyni zamanda onun barəsində cinayət işi başlandıqdan sonra da qazancı olmasına baxmayaraq alimenti ödəməməkdə davam etməsini, onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəza növlərinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini,onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmayacağını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o,azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin ediləcəyindən,onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin,1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-13/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-13/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver