Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-133/2023 13.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X9,Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxx 1989-cu il tarixdə Rusiya Federasiyasının Altay vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Balakən şəhəri R.Səmədov küçəsi ilə asfalt örtüklü yolda idarə etdiyi QAZ- 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Talalar kəndi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməmiş, bu zaman hərəkətdə olduğu asfalt yolu adi yerişlə sağdan sola keçmək istəyən 20 dekabr 2013-cü il təvəllüdlü piyada X12 idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, törətdiyi əməl nəticəsində ehtiyatsızlıqdan piyada X13 ağır kəllə-beyin travması, alnında sağda, sağ gicgahda və sol təpə nahiyyəsində şişkinlik-hemotoma, belin sol aşağı hissəsində, sol dirsəkdə sıyrıqlar, sol gicgah sümüyündən orta təpə sümüyünə keçib ənsə sümüyünə çatan sınıq, baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem ilə nəticələnən dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi, sonuncunun hadisə zamanı aldığı baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə və baş beyin maddəsində ödem xəsarətləri nəticəsində 14 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Balakən RMX-da ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki,ünvan 1 ünvanında tək yaşayır. Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Şaka Kombi” mağazasında usta kimi fəalliyyət göstərir. O, idarə etdiyi- QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin yay aylarında 7000 manat pul ödəyib X2 almış, lakin həmin vaxt üzərində pul qalmadığına görə avtomobili sürmək üçün və ya öz adına sənədləşdirmək üçün X2 etibarnamə almamışdır. O, həmin avtomobili alandan təxminən 2-3 ay sonra öz adına sənədləşdirmək istəyəndə avtomobilin sahibi Ziya Əsədovun vəfat etdiyini öyrənmiş, buna görə o, Ziya Əsədovun ailə üzvləri ilə əlaqə saxlayıb avtomobili öz adına sənədləşdirmək istədiyini bildirdikdə, vərəsəlik üçün məhkəməyə müraciət etdiklərini və yalnız məhkəmənin qərarından sonra ona etibarnamə verə biləcəklərini bildirmişlər. O da həmin vaxtdan etibarən də avtomobili etibarnaməsiz idarə etməyə başlamışdır. Həmin avtomobil rəsmi sənədlərə əsasən X7 adına olsa da, altı ildən artıq müddətdir ki, onun sahibliyində və istifadəsindədir. Yəni, həmin avtomobil ona məxsusdur. O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə təxminən 60 km/saat sürətlə rayonun Talalar kəndi istiqamətinə hərəkət edərkən R.Səmədov küçəsində olan birinci işıqfora çatanda yaşıl işığın yandığını görüb avtomobilin sürətini nisbətən azaldaraq təxminən 50 km/saat sürətlə yoluna davam etmişdir. O, həmin işıqforu keçib təxminən 20 metr yol qət etdikdən sonra təxminən 6-7 metr irəlidə yolun sağ tərəfində dayanmış markasını xatırlamadığı avtomobilin arxasından azyaşlı bir oğlan uşağının çıxıb qaçaraq yolu qarşı tərəfə keçmək istədiyini görmüşdür. O, həmin uşağı görən kimi əyləci sıxaraq sükanı sola döndərmiş və piyada uşağı vurmamağa, yəni hadisənin qarşısını almağa çalışmışdır. Lakin, buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və avtomobilin ön sağ hissəsi ilə həmin uşağı vurmuşdur. Zərbənin təsirindən piyada uşaq təxminən 4-5 metr irəliyə gedib asfaltın üzərinə düşmüşdür. Həmçinin o, həmin vaxt idarəetməni itirib yolun əks hərəkət zolağına keçərək üzü Balakən şəhəri istiqamətinə gedən VAZ 2106 markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə zərər dəymişdir. Bundan sonra o, dərhal avtomobildən yerə düşüb həmin piyada uşağa yaxınlaşmış, həmin vaxt hadisə yerinə xeyli insan toplaşmış, o, uşağın baş nahiyəsindən xəsarət aldığını görüb cəld orada olan mağazaya daxil olmuş, mağazadan su götürüb uşağın üzünü yumuş, daha sonra uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub dərhal xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər uşağa tibbi yardım göstərməyə başlamışlar. O isə xəstəxanaya gələn polis əməkdaşlarının göstərişi ilə sərxoşluq müayinəsindən keçmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdaraq aparılan ilkin araşdırmada iştirak etmişdir. 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında həmin uşağın xəstəxanada vəfat etdiyi ona məlum olmuşdur. Hadisənin baş verməsində onun təqsiri yoxdur, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mərhum zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, hazırda ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və Balakən rayonu Hənifə kəndində yerləşən X15 Müəssisəsi MMC-də fəhlə işləyir.20 dekabr 2013-cü il təvəllüdlü mərhum X21 onun doğma oğludur. Oğlu Rail hadisədən bir neçə ay əvvəldən Balakən şəhəri R.Səmədov küçəsində fəaliyyət göstərən rəqs kursuna gedirdi. O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olarkən hazırda xatırlamadığı bir şəxs ona zəng edərək bir qədər əvvəl oğlu Raili Balakən şəhəri R.Səmədov küçəsində avtomobil vurduğunu və oğlunun aldığı xəsarətlərlə əlaqədar Balakən Rayon Mərkəzi xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Buna görə o və ailə üzvləri dərhal Balakən Rayon Mərkəzi xəstəxanasına getmişlər, orada oğlunun vəziyyətinin ağır olduğunu və reanimasiya şöbəsinə yerləşdirildiyini öyrənmişlər. Həmçinin, orada ona məlum olmuşdur ki, Balakən şəhər sakini olan tanışı Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə üzü “Qabaqçöl vağzalı” adlanan əraziyə doğru yüksək sürətlə hərəkət edərkən R.Səmədov küçəsində yolu qarşı tərəfə keçmək istəyən oğlu Raili vurmuş və daha sonra oğlunu avtomobilə qoyub xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər tərəfindən oğlu Railə tibbi yardım göstərilsə də, hadisə zamanı aldığı xəsarətlərin ağırlıq dərəcəsinə görə oğlu Railin həyatını xilas etmək mümkün olmamış və oğlu Rail 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında müalicə aldığı Balakən rayon Mərkəzi xəstəxanasında vəfat etmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra ona hər hansı maddi və ya mənəvi yardım göstərməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir,ona ağır cəza təyin edilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və özünə məxsus VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Həmin avtomobil onun doğma qardaşı oğlu X3 adına olsa da, avtomobil ona məxsusdur. Sadəcə olaraq o, 2016-cı ilin iyul ayında həmin avtomobili alarkən üzərində sənəd olmadığına görə, avtomobili həmin vaxt yanında olan qardaşı oğlu X3 adına sənədləşdirmişdir. Yəni ki, hadisə zamanı idarə etdiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi avtomobillə Balakən rayonu Talalar kəndindən Balakən şəhəri istiqamətinə gələrkən qonşusu Şahid2 da yanında olmuş və avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Balakən şəhəri R.Səmədov küçəsi ilə hərəkətdə olan zaman Cəmil mağazadan su almaq istədiyini bildirmiş və avtomobili bir mağazanın qarşısında saxlamasını xahiş etmişdir. Buna görə o, avtomobili R.Səmədov küçəsində yolun sağ kənarında olan mağazanın qarşısına sürüb saxlamış və Cəmil avtomobildən düşüb mağazaya getmişdir. Təxminən 02 dəqiqədən sonra Cəmil geri qayıdıb avtomobilə əyləşmiş və o, avtomobilin mühərrikini işə salıb yoluna davam etmək istəmişdir.O,avtomobili hərəkətə gətirib yolun hərəkət zolağına daxil olmaq istəyən zaman yolun əks hərəkət zolağı ilə Talalar kəndi istiqamətinə hərəkət edən QAZ- 3110 markalı **- RO-*** dölvət qeydiyyat nişanlı avtomobilin sürücüsü ondan təxminən 5-6 metr irəlidə yolu soldan sağa, yəni onun olduğu istiqamətə keçmək istəyən piyada uşağı vurmuş, daha sonra həmin sürücü idarəetməni itirərək yolun əks hərətək zolağına keçib onun idarə etdiyi avtomobilin ön hissəsinə çırpılmışdır. Zərbənin təsirindən piyada uşaq təxminən 10 metr irəliyə asfaltın üzərinə düşmüş, həmçinin, zərbənin təsirindən onun idarə etdiyi avtomobilə zərər dəymişdir. Həmin vaxt onlar dərhal avtomobillərdən yerə düşmüşlər və həmin QAZ 3110 markalı **-RO-*** dölvət qeydiyyat nişanlı avtomobilin sürücüsü dərhal vurduğu uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub xəstəxanaya aparmışdır.O isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər, həmçinin həmin sürücü də bir neçə dəqiqədən sonra hadisə yerinə qayıtmış, bundan sonra polis əməkdaşları hadisə yerində ilkin araşdırma aparmağa başlamışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə zamanı Cəmilin başı onun idarə etdiyi avtomobilin ön alın şüşəsinə dəyərək xəsarət almış və buna görə Cəmil Balakən rayon Mərkəzi xəstəxanasına müraciət etmişdir. Hadisə nəticəsində ona 1130 (min yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxs maddi vəziyyətinin ağır olduğunu bildirdiyindən o, dəymiş ziyanı tələb etmir. Məhkəmə iclasında şahid qismində tanınaraq dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O,11 sentyabr 2023-cü il tarixdə günorta saatlarında qonşusu Şahid1 idarə etdiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri ərazisinə gələn vaxt o, avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Balakən şəhəri R.Səmədov küçəsi ilə hərəkətdə olan zaman o, mağazadan su almaq istədiyini bildirmiş və avtomobili bir mağazanın qarşısında saxlamasını Xallahacıdan xahiş etmişdir. Xallahacı da avtomobili R.Səmədov küçəsi ilə S.Vurğun küçəsinin kəşisməsinə çatmağa təxminən 50 metr məsafə qalmış yolun sağ kənarına sürüb saxlamışdır.O,dərhal avtomobildən düşüb mağazaya getmiş və təxminən 02 dəqiqə ərzində mağazadan su alıb geri qayıtmışdır. O, avtomobilə əyləşdikdən sonra Xallahacı avtomobili hərəkətə gətirib yola davam etmək istəmiş, həmin vaxt yolun əks hərəkət zolağı ilə üzü Talalar kəndi istiqamətinə hərəkət edən QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yolun əks hərəkət zolağına, yəni onların hərəkət etdiyi zolağa keçmiş və Xallahacının idarə etdiyi avtomobilin ön hissəsinə çırpılmışdır. Bundan sonra onlar dərhal avtomobildən yerə düşmüşlər və həmin vaxt ona məlum olmuşdur ki, QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə onların içərisində olduqları avtomobillə toqquşmamışdan əvvəl yolu piyada qarşı tərəfə keçmək istəyən azyaşlı uşağı vurmuş, daha sonra idarəetməni itirərək Xallahacının idarə etdiyi avtomobillə toqquşmuşdur. Lakin o, QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piyada uşağı vurmasını görməmişdir. Onlar avtomobildən yerə düşən zaman həmin QAZ 31105 markalı avtomobilin sürücüsü olan cavan və hündürboy oğlan təşviş içərisində vurduğu uşağın yanına qaçmışdır. Həmin vaxt uşaq təxminən 10 metr irəlidə asfaltın üzərində hərəkətsiz vəziyyətdə qalmışdır. Daha sonra həmin sürücü dərhal vurduğu uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub xəstəxanaya aparmışdır. Bir qədər sonra o, baş nahiyədində ağrılar olduğuna görə, müayinə olunmaq məqsədi ilə Balakən Rayon Mərkəzi xəstəxanasına getmiş, orada həkimlər tərəfindən ona ilkin yardım göstərilmiş və evə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən şəhəri R.Səmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsini kirayələyib orada ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində işlətdiyi mağazanın qarşısında dayanan zaman əvvəlcədən üzdən tanıdığı Balakən şəhər sakini Nurullah adlı şəxsin idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə üzü Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət etdiyini,Nurullahın idarə etdiyi avtomobillə ona çatmasına təxminən 30 metr məsafə qalmış onun işlətdiyi mağazanın yanından, ondan təxminən 10 metr aralıdan, yəni avtomobilin təxminən 20 metr qarşısından azyaşlı bir piyada uşağın qaçaraq yolu qarşı tərəfə keçmək istədiyini görmüşdür. Həmin vaxt Nurullah piyada uşağı vurmamaq üçün əyləci sıxaraq avtomobili dayandırmaq istəsə də,buna nail ola bilməmiş,avtomobilin ön sağ tərəfi ilə həmin piyada uşağı vurmuşdur. Zərbənin təsirindən uşaq təxminən 10-15 metr irəli atılıb asfaltın üzərinə düşmüşdür. Həmçinin Nurullah idarəetməni itirib əks hərəkət zolağına keçərək R.Səmədov küçəsi ilə üzü şəhər istiqamətinə hərəkət edən VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə zərər dəymişdir. O və hadisənin şahidi olan digər şəxslər yardım göstərmək üçün piyada uşağın yanına qaçmışlar. Həmin vaxt Nurullah cəld şəkildə su gətirib uşağın əl-üzünü yumuş, daha sonra vurduğu uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub dərhal xəstəxanaya aparmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. İşin 6-16-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş, 11 sentyabr 2023-cü il tarixdə saat 13:10 dəqiqədən saat 13:46 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, qeyd edilən yol-nəqliyyat hadisəsi 11 sentyabr 2023-cü il tarixdə Balakən şəhəri R.Səmədov küçəsində, yaşayış məntəqəsi ərazisində, Balakən rayonu Talalar kəndi istiqamətində asfalt yolda baş vermişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla düz və quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, iki hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun ümumi hərəkət hissəsinin eni 8,8 metrdir. Yolun Talalar kəndi istiqamətinə olan hərəkət zolağının eni 4,5 metr, yolun Balakən şəhəri istiqamətinə olan hərəkət zolağının eni isə 4,3 metrdir. Hadisə yerində yolun hərəkət hissələrini bir-birindən ayırmaq üçün, yəni qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa düz nişanlanma xətti var. Hadisə yerinin sağ və sol tərəflərində səki, səkidən sonra isə iaşə obyektləri yerləşir. Hadisə yerində QAZ 31105 markalı avtomobilə məxsus sağ tərəf 16,10 metr, sol tərəf isə 14,50 metr olmaqla tormoz izləri aşkar edilmişdir. Hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə asfalt yolla üzü Balakən rayonu Talalar kəndi istiqamətinə, sürücü Şahid1 idarə etiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətə, yəni Balakən şəhəri R.Səmədov küçəsi ilə asfalt yolla üzü şəhər istiqamətinə hərəkət etmiş, piyada isə yolu sağdan sola keçmək istəmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə üzü Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət edərkən yolu sağdan sola keçmək istəyən piyada uşağı vurmuş, daha sonra yolun əks hərəkət zolağına keçərək üzü şəhər istiqamətinə hərəkət edən Şahid1 idarə etiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanı vurduqdan sonra Şahid1 idarə etiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşanadək 2,4 metr məsafə qət etmişdir.Toqquşmadan sonra QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun əks hərəkət zolağında üzü Balakən rayonu Talalar kəndi istiqamətinə, VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə öz hərəkət zolağında üzü şəhər istiqamətinə dayanmışdır. Hadisə yerinə baxış günəşli hava şəraitində aparılmış, baxış zamanı sürücü Təqsirləndirilən şəxs hadisənin baş vermə yerini əyani şəkildə göstərmişdir. İşin 40-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 13 sentyabr 2023-cü il tarixli 463 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 12:40 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olduğu müəyyən edilmişdir. İşin 41-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 13 sentyabr 2023-cü il tarixli 464 nömrəli protokoldan görünür ki, sürücü Şahid1 11 sentyabr 2023-cü il tarixdə saat 13:59 dəqiqədə sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olduğu müəyyən edilmişdir. İşin 135-136-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 263 nömrəli rəyindən görünür ki,X10 müəyyən edilmiş xəsarətlər--alnında sağda,sağ gicgahda və sol təpə nahiyəsində şişkinlik-hematoma, belin sol aşağı hissəsində və sol dirsəkdə sıyrıqlar,sol gicgah,təpə sümüklərinin sınıqları,ağ gicgah və alın paylarında hematoma-əzilmə--bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 sentyabr 2023-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə, onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. İşin 109-cu vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 264 nömrəli rəyindən görünür ki, Şahid2 müəyyən edilmiş xəsarət - sağ orta təpədə sıyrıq - bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 sentyabr 2023-cü ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşin 138-140-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2023-cü il tarixli 14 nömrəli rəyindən görünür ki, X1 meyitinin müayinəsində aşkar edilmiş xəsarətlər aşağıdakılardır: -Ağır kəllə-beyin travması. Alnında sağda, sağ gicgahda və sol təpə nahiyəsində şişkinlik-hematoma, belin sol aşağı hissəsində, sol dirsəkdə sıyrıqlar.Sol gicgah sümüyündən orta təpə sümüyünə keçib ənsə sümüyünə çatan sınıq. Baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödem. Yuxarıda qeyd edilmiş xəsarətlərin hamısı müxtəlif cür bərk-küt əşyanın (əşyaların) dəyməsi təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11 sentyabr 2023-cü ildə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin vurması təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə, canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. X1 ölümünün səbəbi yol-nəqliyyat hadisəsi nəticəsində baş beynin sərt və yumşaq qişalarında qansızma-əzilmə, baş beyin maddəsində ödemdir X1 ölümü xəstəlik tarixində qeyd edilmiş 14 sentyabr 2023-cü il tarixdə saat 20:00 dəqiqədə olmuşdur. İşin 144-146-cı vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 8/2935 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşin 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsindən alınmış 21 sentyabr 2023cü il tarixli 016-3-13-16-6/2-468/2023 saylı məktubdan görünür ki, X17 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs etibarlılıq müddəti 06 iyun 2017-ci il tarixdən 06 iyun 2027-ci il tarixədək olan AF 203837 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, inzibati xətaya yol verməsi və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində hər hansı məlumat qeydə alınmamışdır. İşin 20-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AA 786531 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. İşin 26-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş AC 733022 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. İşin 60-cı vərəqəcində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “777” Avtoservisin əməkdaşları tərəfindən tərtib edilmiş 19 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, hadisə nəticəsində Şahid1 idarə etiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zədələnmiş detalların alınması 430 manat və avtomobilin rənglənməsi 700 manat olmaqla ümumilikdə 1130 (min yüz otuz) manat məbləğində maddi ziyan dəymişdir. İşin 92-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 58-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş 15 sentyabr 2023-cü il tarixli1478 nömrəli arayışdan görünür ki,Dibirov X8 şəhəri R.Səmədov küçəsi bina 16, mənzil 40 ünvanında yaşayır,himayəsində işləməyən anası və bacısı vardır. İşin 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9, şahidlər Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. X1 yolu qaçaraq keçməsi ,onun hadisənin qarşısını almağa texniki imkanının olmaması, hadisənin baş verməsində təqsirinin olmaması barədə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları (ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyləri, baxış protokolu və s. ) ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış,özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında tək yaşayır.Balakən şəhəri R.Səmədov küçəsində yerləşən “Şaka Kombi” mağazasında usta kimi fəalliyyət göstərir.Hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir.O,idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin yay aylarında 7000 manat pul ödəyib X2 almış, lakin həmin vaxt üzərində pul qalmadığına görə avtomobili sürmək üçün və ya öz adına sənədləşdirmək üçün X2 etibarnamə almamışdır.O,həmin avtomobili alandan təxminən 2- 3 ay sonra öz adına sənədləşdirmək istəyəndə avtomobilin sahibi Ziya Əsədovun vəfat etdiyini öyrənmiş, buna görə o, Ziya Əsədovun ailə üzvləri ilə əlaqə saxlayıb avtomobili öz adına sənədləşdirmək istədiyini bildirdikdə, vərəsəlik üçün məhkəməyə müraciət etdiklərini və yalnız məhkəmənin qərarından sonra ona etibarnamə verə biləcəklərini bildirmişlər. O da həmin vaxtdan etibarən də avtomobili etibarnaməsiz idarə etməyə başlamışdır. Həmin avtomobil rəsmi sənədlərə əsasən X7 adına olsa da, 06 ildən artıq müddətdir onun mülkiyyətində və istifadəsindədir.Yəni, həmin avtomobil ona məxsusdur.O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində idarə etdiyi QAZ 31105 markalı **-RO- *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri R.Səmədov küçəsi ilə təxminən 60 km/saat sürətlə üzü rayonun Talalar kəndi istiqamətinə hərəkət edərkən R.Səmədov küçəsində olan birinci işıqfora çatanda yaşıl işığın yandığını görüb avtomobilin sürətini nisbətən azaldaraq təxminən 50 km/saat sürətlə yoluna davam etmişdir. O, həmin işıqforu keçib təxminən 20 metr yol qət etdikdən sonra təxminən 6-7 metr irəlidə yolun sağ tərəfində dayanmış markasını xatırlamadığı avtomobilin arxasından azyaşlı bir oğlan uşağının çıxaraq iti addımlarla yolu qarşı tərəfə keçmək istədiyini görmüşdür. O, həmin uşağı görən kimi əyləci sıxaraq sükanı sola döndərmiş və piyada uşağı vurmamağa, yəni hadisənin qarşısını almağa çalışmışdır. Lakin, buna baxmayaraq hadisənin qarşısını ala bilməmiş və avtomobilin ön sağ hissəsi ilə həmin uşağı vurmuşdur. Zərbənin təsirindən piyada uşaq təxminən 4-5 metr irəliyə gedib asfaltın üzərinə düşmüşdür. Həmçinin o, həmin vaxt idarəetməni itirib yolun əks hərətək zolağına keçərək üzü Balakən şəhəri istiqamətinə gedən VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Nəticədə hər iki avtomobilə zərər dəymişdir. Bundan sonra o, dərhal avtomobildən yerə düşüb həmin piyada uşağa yaxınlaşmış, həmin vaxt hadisə yerinə xeyli insan toplaşmış,o,uşağın baş nahiyəsindən xəsarət aldığını görüb cəld orada olan mağazaya daxil olmuş, mağazadan su götürüb uşağın üzünü yumuş, daha sonra uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub dərhal xəstəxanaya aparmışdır. Xəstəxanada həkimlər uşağa tibbi yardım göstərməyə başlamışlar. O isə xəstəxanaya gələn polis əməkdaşlarının göstərişi ilə sərxoşluq müayinəsindən keçmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıdaraq aparılan ilkin araşdırmada iştirak etmişdir. 14 sentyabr 2023-cü il tarixdə axşam saatlarında həmin uşağın xəstəxanada vəfat etdiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Həmçinin Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində X1 yolu qaçaraq keçməsi barədə verdiyi ifadəsi iş materialları ilə (ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, baxış protokolu və s.ilə ) təkzib olunduğundan məhkəmə onun bu ifadəsini təqsirləndirilən şəxsin təsiri altında, onu müdafiə etmək məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır və Balakən şəhəri R.Səmədov küçəsində yerləşən qeyri-yaşayış sahəsini kirayələyib orada ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. O, 11 sentyabr 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində işlətdiyi mağazanın qarşısında dayanan zaman əvvəlcədən tanıdığı Balakən şəhər sakini Nurullah adlı şəxsin idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə Balakən şəhəri R.Səmədov küçəsi ilə üzü Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət etdiyini, Nurullahın idarə etdiyi avtomobillə ona çatmasına təxminən 30 metr məsafə qalmış onun işlətdiyi mağazanın yanından, ondan təxminən 10 metr aralıdan, yəni avtomobilin təxminən 20 metr qarşısından azyaşlı bir piyada uşağın normal yerişlə yolu qarşı tərəfə keçmək istədiyini görmüşdür. Həmin vaxt Nurullah piyada uşağı vurmamaq üçün əyləci sıxaraq avtomobili dayandırmaq istəsə də, buna nail ola bilməmiş, yəni hadisənin qarşısını ala bilməmiş və avtomobilin ön sağ tərəfi ilə həmin piyada uşağı vurmuşdur. Zərbənin təsirindən uşaq təxminən 20-25 metr irəli atılıb asfaltın üzərinə düşmüşdür. Həmçinin Nurullah idarəetməni itirib əks hərəkət zolağına keçərək R.Səmədov küçəsi ilə üzü şəhər istiqamətinə hərəkət edən VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə hər iki avtomobilə zərər dəymişdir. O və hadisənin şahidi olan digər şəxslər yardım göstərmək üçün piyada uşağın yanına qaçmışlar. Həmin vaxt Nurullah cəld şəkildə su gətirib uşağın əl-üzünü yumuş, daha sonra vurduğu uşağı yoldan keçən bir taksi avtomobilinə qoyub dərhal xəstəxanaya aparmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Şahid1 idarə etdiyi avtomobildə sərnişin qismində olan Şahid2 ehtiyatsızlıqdan sağ orta təpədə sıyrıqla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməsi və Şahid1 məxsus VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyatsızlıqdan ümumilikdə 1130 (min yüz otuz) manat məbləğində maddi ziyan vurması barədə müddəalar ona verilmiş ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zamanı şəxsin sağlamlığına zərər vurmayan xəsarət yetirilməsinə,həmçinin maddi ziyan vurulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 fevral 2022-ci il tarixli 2 nömrəli qərarında, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında dəyişikliklər edilməsi, 17ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263- 1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-nin 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPMin tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.” Məhkəmə qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.5-ci maddəsinə uyğun olaraq istintaq orqanı tərəfindən zərər çəkmiş şəxs qismində tanınmış Şahid1 və Şahid2 zərərçəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi və onların məhkəmə istintaqı zamanı şahid qismində dindirilmələri barədə məhkəmə iclas protokoluna daxil edilməklə əsaslandırılmış qərar qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yaranır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 3-cü bəndində göstərilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 4-cü bəndində isə göstərilir ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq,məhkəmə baxışında ittihamın baxılması nəticələrinə,məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışması onun cəzasını yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə mənfi cəhətdən xarakterizə olunmamasını, əvvəllər yol hərəkəti qaydasını pozmağa görə məsuliyyətə cəlb olunmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini , eyni zamanda onun təqsirli bilindiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə növündə cəzanın müəyyən edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətçi olmasını, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki,təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli,həmçinin təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan müəyyən müddətə məhrum edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və ya barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsinddə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyindən Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübut olan və Balakən rayon X20 X22 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmalıdlır. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-354, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5(beş) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.O,cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin.Cəza çəkmə müddətinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək,onun barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalında həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz ) manat Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN: **********; AZ34CTRE ********************,X6, KOD210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK STREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan və Balakən rayon X20 X22 cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi QAZ 31105 markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil və Şahid1 idarə etdiyi VAZ 2106 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-133/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-133/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver