Məhkəmə qərarları › İş №1(019)-134/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-134/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-134/2023 19.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X6, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1990-cı il tarixdə X3 Taif şəhərində doğulmuş, Pakistan İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Pakistan İslam Respublikasının Karachi şəhərində pasport qeydiyyatında olan, 25 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx.xx.1995-ci il tarixdə Banqladeş Xalq Respublikasının Munşiganj şəhərində doğulmuş, Banqladeş Xalq Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində pasport qeydiyyatında olan, 25 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29,318.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs-Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa Adil, Haşim adları ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşlarının və qeyrilərinin qabaqcadan vəd etməklə göstərdikləri köməkçiliyi və vasitəçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Gürcüstana getmək üçün vizası olmaması səbəbindən həmin dövlətə qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən, orada yaşayan ailə üzvlərini görmək üçün Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə, şəxsiyyəti istintaqa Adil və Haşim adlı Pakistan İslam Respublikas vətəndaşları kimi məlum olan şəxslərin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməli olduqları yerin koordinatını müəyyən edib, mobil telefonun internet şəbəkəsindən istifadə etməklə “WhatsApp’’ ani mesajlaşma tətbiqi vasitəsilə onların qanunsuz keçməli olduqları məkanın koordinatını göndərmələrindən istifadə edərək, 22 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 10-cu sərhəd zastavasının 5-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs-Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa Adil, Haşim adları ilə məlum olan Pakistan İslam Respublikası vətəndaşlarının və qeyrilərinin qabaqcadan vəd etməklə göstərdikləri köməkçiliyi və vasitəçiliyi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərmişdir. Belə ki, İslam X5 getmək üçün vizası olmaması səbəbindən həmin dövlətə qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən, işləmək üçün Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə, şəxsiyyəti istintaqa Adil və Haşim adlı Pakistan İslam Respublikası vətəndaşları kimi məlum olan şəxslərin və qeyrilərinin cinayətin törədilməsinə məsləhətlər, göstərişlər və məlumatlar verərək köməklik göstərəcəkləri barədə qabaqcadan etdikləri vədə əsasən, onların Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana keçməli olduqları yerin koordinatını müəyyən edib, mobil telefonun internet şəbəkəsindən istifadə etməklə “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsilə onların qanunsuz keçməli olduqları məkanın koordinatını göndərmələrindən istifadə edərək, 22 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 10-cu sərhəd zastavasının 5-ci sahəsindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan istiqamətində keçməyə cəhd göstərərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 sözügedən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, həmin ifadəyə istinadən ifadəsində göstərdi ki, o, arvadı ilə birlikdə təxminən 5 ildir ki, Gürcüstanda yaşayır. Gürcüstanda yaşamasına icazə verən sənədin müddətinin başa çatmasına az müddət qalmış ona Gürcüstandan qanuni yolla çıxması və yenidən qanuni yolla qayıtmasını demişlər. O da saxlanılmasından təxminən 3 ay əvvəl Azərbaycan Respublikasına gələ bilmək üçün elektron viza almışdır. 4 sentyabr 2023-cü il tarixdə Gürcüstanda yaşamasına icazə verən pasportun müddəti bitdiyindən həmin gün Tiflis-Bakı aviareysinə bilet alaraq Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasına gəldikdən sonra bir neçə gün burada qalmaq və gəzmək qərarına gəlmiş, bir neçə gün Bakı şəhərində hosteldə qaldığı zaman öyrənmişdir ki, vizasının vaxtı 6 sentyabr 2023-cü il tarixdə bitmişdir. Belə olan halda Gürcüstana qayıda bilməyəcəyini anlamış, arvadı Gürcüstanda yaşadığından onun yanına qayıtmaq istəmiş və buna görə də Gürcüstana gedə bilmək üçün yollar axtarmağa başlamışdır. Bu zaman Gürcüstanda yaşayan Adil adlı dostu ona özünün Haşim adlı tanışının olduğunu demiş və onunla sonuncunu əlaqələndirmişdir. Haşim ona özünün Azərbaycan Respublikasında Təqsirləndirilən şəxs2 adlı tanışının olduğunu, həmin şəxsin də Gürcüstana getmək istədiyini deyərək, Təqsirləndirilən şəxs2 nömrəsini vermiş, bundan sonra o, sonuncu ilə əlaqə saxlamışdır. 21 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Balakən rayonu, Xalatala kəndi istiqamətində taksi ilə Haşimin ona göndərdiyi konum istiqamətində Təqsirləndirilən şəxs2 ilə birlikdə irəliləmişlər. 22 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Balakən rayonu, Xalatala kəndinə çatıb taksidən enərək, bir qədər konum istiqamətində piyada irəliləyib dövlət sərhədindən qanunsuz yolla keçmək üçün getdikləri zaman sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra Gürcüstana getmək üçün sərhəd istiqamətində irəlilədiklərini səmimi olaraq etiraf etmişlər. 22 sentyabr 2023-cü il tarixdə qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana getməyə cəhd etməkdə məqsədi orada ailəsinin yanında olmaq istəməsi olmuş, lakin viza ala bilmədiyindən qanunsuz yolla Gürcüstana getmək qərarına gəlmişdir. Onların dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində getmək istəmələrinə 22 sentyabr 2023-cü il tarixdə Gürcüstanda yaşayan tanışı Adil və Haşim adlı şəxslər köməklik etmişlər. Belə ki, Haşim onlara qanunsuz yolla sərhəddən hərəkət edə bilmələri üçün konum göndərmiş və onlar da həmin istiqamətdə hərəkət etdikləri zaman sərhədçilər tərəfindən saxlanılmışlar. Adil onun dostu, Haşim isə Adilin tanışıdır. Sonuncuların yalnız adlarını bilmiş, anket məlumatları barədə ona əlavə nəsə məlum olmamışdır. Dövlət sərhədindən qanunsuz yolla hərəkət edə bilməsi üçün konum göndərməsinin qarşılığında Adil və Haşimə nəsə vəd etməmiş, düşünmüşdür ki, sonuncular ona tanışlıqlarına görə qarşılıqsız köməklik etmişlər. Əvvəllər dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində və əks istiqamətdə keçməmiş, ilk dəfə 22 sentyabr 2023-cü il tarixdə dövlət sərhədindən qanunsuz yolla keçmək istədiyi zaman sərhədçilər tərəfindən saxlanılmışdır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ona istinadən ifadəsində göstərdi ki, o, 20 sentyabr 2022-ci il tarixdə təhsil almaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycan Respublikasında “Odlar Yurdu” universitetində dil öyrənmək üçün kursa başlamış, bir müddətdən sonra kursun pulunu ödəyə bilmədiyindən kursdan xaric olunmuşdur. Banqladeş Xalq Respublikasında yaşayan anasının səhhətində problem olduğundan işləmək üçün iş axtarmışdır. Gürcüstanda yaşayan Haşim adlı dostu ilə mütəmadi olaraq əlaqə saxladığı zaman sonuncunun işlərinin Gürcüstanda yaxşı olduğunu, özünə iş tapdığını öyrənmiş və işləmək üçün Gürcüstana getmək qərarına gəlmişdir. Lakin viza ala bilməyəcəyini bildiyindən saxlanılmasından təxminən iki gün əvvəl Şəki şəhərinə getmişdir. Orada olduğu zaman Haşim adlı dostu onunla əlaqə saxlayıb yanına özünün bir nəfər tanışının gələcəyini və həmin şəxsə birlikdə özünün göndərdiyi konum istiqamətində getməklə Gürcüstana qanunsuz yolla gedə biləcəklərini demişdir. Belə ki, sərhədlərin bağlı olması səbəbindən sərhəddən qanuni yolla Gürcüstana gedə bilməyəcəyini bilmiş, həmçinin də vizası olmamışdır 20 sentyabr 2023-cü il tarixdə Şəkidə olduğu zaman yanına Təqsirləndirilən şəxs1 adlı şəxs gəlmiş və onlar birlikdə qanunsuz yolla Gürcüstana getmək qərarına gəlmişlər. 21 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Balakən rayonu Xalatala kəndi istiqamətində taksi ilə Haşimin Təqsirləndirilən şəxs1 göndərdiyi konum istiqamətində irəliləmişlər. 22 sentyabr 2023-cü il tarixdə, saat 01 radələrində Xalatala kəndinə çatıb taksidən enərək bir qədər konum istiqamətində piyada irəliləyib dövlət sərhəddindən qanunsuz yolla keçmək üçün getdikləri zaman sərhədçilər tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra Gürcüstana getmək üçün sərhəd istiqamətində irəlilədiklərini etiraf etmişlər.22 sentyabr 2023-cü ildə qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstana getmək istəməyə cəhd etməkdə məqsədi orada özünə iş tapmaq və işləmək olmuşdur. Lakin viza ala bilmədiyindən qanunsuz yolla Gürcüstana getmək qərarına gəlmişdir. Onların dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində getmək istəmələrinə 22 sentyabr 2023-cü il tarixdə Gürcüstanca yaşayan tanışı Haşim adlı şəxs köməklik etmiş, belə ki, sonuncu, onlara qanunsuz yolla sərhəddən hərəkət edə bilmələri üçün konum göndərmiş və onlar da həmin istiqamətdə piyada hərəkət etdikləri zaman sərhədçilər tərəfindən saxlanılmışlar. Adil adlı şəxsi ümumiyyətlə tanımamış, sonuncu Təqsirləndirilən şəxs1 tanışı, Haşim isə onun özünün tanışı olmuşdur. Adil və Haşimin yalnız adlarını bilmiş, anket məlumatları barədə ona əlavə nəsə məlum olmamışdır. Dövlət sərhədindən qanunsuz yolla hərəkət etmələri üçün konum göndərməsinin qarşılığında Adil və Haşimə heç nə vəd etməmiş, düşünmüşdür ki, sonuncular ona tanışlıqlarına görə qarşılıqsız köməklik etmişlər. Əvvəllər dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan istiqamətində və əks istiqamətdə hərəkət etməmiş, ilk dəfə 22 sentyabr 2023-cü il tarixdə dövlət sərhədindən qanunsuz yolla keçmək istədiyi zaman sərhədçilər tərəfindən saxlanılmışlar. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 10-cu sərhəd zastavasının hərbi qulluqçusu, gizir Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən ifadəsində göstərmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə, saat 01:00-dan saat 05:00-dək N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının hərbi qulluqçuları əsgərlər Şahid2 və Şahid3 ilə birlikdə həmin sərhəd-zastavasının 5-ci sahəsinin arxa istiqamətinə “Sərhəd gözətçisi” sərhəd naryadına təyin edilmişlər. Dövlət sərhədinin mühafizəsinə dair əmr və təlimat aldıqdan sonra xidməti sahələrinə doğru hərəkət etmişlər. Xidmətdə olduqları zaman 22 sentyabr 2023-cü il tarixdə, saat 03 radələrində sərhəd zastavasının 5-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində iki nəfər şəxsin irəlilədiyini görüb bu barədə aidiyyəti üzrə məruzə edərək, həmin şəxslərin hərəkətini müşahidədə saxlamışlar. Qeyd olunan şəxslərin iti surətli addımlarla sərhəd xətti istiqamətində irəlilədiklərini görüb onları saxlamaq üçün tərəflərindən “Dayan!” çağırış komandası verilmiş və həmin şəxslər saxlanılmışdır. Qeyd olunan şəxsləri saxladıqdan sonra onların Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 olması onlara məlum olmuşdur. Qeyd olunan şəxsləri saxladıqdan sonra həmin şəxslər dövlət sərhədindən qanunsuz yolla keçərək, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qanunsuz yolla getmək istədiklərini səmimi olaraq etiraf etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman hansısa bir tabesizlik göstərməmişlər. Təqsirləndirilən şəxs1 və X1 zaman, yaxud saxlanıldıqdan sonra onlara qarşı hər hansı bir formada fiziki, yaxud psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 10-cu sərhəd zastavasının hərbi qulluqçuları, əsgərlər Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadələr verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissənin komandiri, polkovnik Xalid Əliyevin xx.xx.2023-cü il tarix məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının 5-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd edən Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 və Banlqdeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 03 radələrində N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının xidməti ərazisində saxlanılmışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etdikləri ərazi 10-cu sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqaməti, dövlət sərhəd xəttindən 800 metr aralı məsafə olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin ƏABİ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 dövlət sərhədindən rəsmi qaydada hərəkəti “X12 Aeroportu” SNŞ-dən xx.xx.2023-cü il tarixdə “Giriş” istiqamətində olmaqla qeydə alınmış, Təqsirləndirilən şəxs2 2022-2023-cü illər ərzində dövlət sərhədindən rəsmi qaydada 7 halda hərəkəti qeydə alınmış, sonuncu dəfə “Mazımqara” DSBM-dən xx.xx.2023-cü il tarixdə “Çıxış” istiqamətində hərəkət etmək istəyərkən müqabil ölkə qəbul etmədiyi üçün Azərbaycan Respublikasına geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 sentyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy J4+» markalı qızılı rəngli mobil telefonda olan “WhatsApp” proqramında istifadə olunan “+***-***-**-**-06” saylı mobil nömrəyə xx.xx.2023-cü ‘ il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan “+92-***-***-**-**” və “+966-50-089-95-57" saylı nömrələrdən bir neçə halda “google maps” proqramından kordinatların göndərilməsi müəyyən edilmiş, bundan başqa qeyd olunan mobil telefonun qalareya bölməsinə baxış keçirilən zaman Gürcüstan və Azərbaycan Respublikasının sərhəd ərazilərinə məxsus ərazilərin “Google Maps” proqramı üzərindən edilmiş “Screenshots” şəkilləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 25 sentyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy J4+» markalı qız rəngli mobil telefonun qalareya bölməsinə baxış keçirilən zaman Gürcüstan və Azərbaycan Respublikasının sərhəd ərazilərinə məxsus ərazilərin “Google Maps" proqramı üzərində edilmiş “Screenshots” şəkilləri aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 22 sentyabr 2023-cü il tarixdə saat 06:10 dəqiqədə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 22 sentyabr 2023-cü il tarixdə saat 06:20 dəqiqədə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-ninin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsinə görə 23 sentyabr 2023cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 23 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-ninin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsinə görə 23 sentyabr 2023cü il tarixdə saat 18:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 25 sentyabr 2023-cü il tarixli, 4(009)-671/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətində, yəni 22 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin inzibati qaydad tutulduğu vaxtdan, yəni 22 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 25 sentyabr 2023-cü il tarixli, 4(009)-672/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının vətəndaşı Abdulla Hilal oğlunun barəsində 03 (üç) ay müddətində,yəni 22 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin inzibati qaydad tutulduğu vaxtdan, yəni 22 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Pakistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X14 xx.xx.2023-cü il tarixli 13129 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası»nda müalicədə olmayıblar. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X14 xx.xx.2023-cü il tarixli xx/xx-11424 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Respublika Narkoloji Mərkəzi»ndə narkoloji qeydiyyatda yoxdur. İş materiallarından və həmçinin məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rövşən Bayramovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38-16/2- 11602/23 nömrəli məktubundan görünür ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd gümüşü rəngli boyunbağı, 03 ədəd «0002393», «0001840», «0002929» nömrəli yaşayış kartları, 02 ədəd plastik kartlar, 02 ədəd «5280-5850-1493-3923», «9002-0611-1366-1459» nömrəli bank kartları, 04 ədəd «420005-603221-1», «784-1***-*******-1», «**********» və «**********9» nömrəli şəxsiyyəti müəyyən edən kartlar, həmçinin Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 saxlanılan zaman üzərindən 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd «5158-8190-0248- 6084» nömrəli bank kartı aşkar edilərək götürülmüş və Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd gümüşü rəngli boyunbağı, 03 ədəd «0002393», «0001840», «0002929» nömrəli yaşayış kartları, 02 ədəd plastik kartlar, 02 ədəd «5280-5850- 1493-3923», «9002-0611-1366-1459» nömrəli bank kartları, 04 ədəd «420005- 603221-1», «784-1***-*******-1», «**********» və «**********9» nömrəli şəxsiyyəti müəyyən edən kartlar, Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd «5158-8190-0248-6084» nömrəli bank kartı özlərinə qaytarılması məsələsinə baxılması üçün ünlarına göndərilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, onlara istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə həmçinin ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, onlara Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etiraflar digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafları könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Bu xüsusda məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətmələri, bununla da kriminal meyilli şəxs olmamaları, antisosial yönümün psixikalarında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirmələri, onlara istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onları müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət törətmələrini etiraf edib bundan peşmançılıq çəkmələri məhz onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 Salamxan oğluna cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onunun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 Salamxan oğlu barəsində CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CMnin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Buradan belə nəticəyə gəlmək olar ki, CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 ay qəbul olunmalıdır. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 318.2-ci maddəsinin sanksiyasında 3 aydan 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Belə olan halda qanuni əsaslar, o cümlədən CM-nin 62-ci maddəsinin tətbiqi əsasları olmadan CM-nin 318.2-ci maddəsinin sanksiyasından kənara çıxan cəzaların tətbiqi bu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğün deyildir. Həmçinin əgər şəxsin əməlində cinayətin sadə, təhlükəli və xüsusi təhlükəli residivi vardırsa, onda qanuni əsaslar olmadan (CMnin 62, 65.3, 70-ci maddələri) CM-nin 65.2-ci maddəsinin tələblərinin pozularaq residivə görə maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusilə təhlükəli residivə görə dörddə üçündən az cəzanın təyin edilməsi açıq-aşkar ədalətlsiz cəza olardı, yəni o cümlədən təqsirli şəxsin şəxsiyyətinə uyğun olmazdı. Həmçinin Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda cəzanı yüngülləşdirən halların olduğu, cəzanı ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı və qanunun tələbinə görə cinayətə cəhdə görə başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməyən cəzanın təyin edilməsi şərti nəzərə alınmaqla təqsirləndirilən şəxslərə CMnin 29,318.2-ci maddəsilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər ilk dəfədir ki, cinayət əməli törədirlər, cinayət əməli törətmələrini etiraf edib, bu əməldən səmimi peşmançılıq hissi keçirirlər. Onlar cinayət törətməsini etiraf etmiş, cinayətin ibtidai istintaqına və məhkəmə istintaqına heç bir maneçilik törətməmiş, cinayət əməlinin olbyektiv, hərtərəfli və tam araşdırılmasına kömək etmişlər. Təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhküli resdiviə və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Qeyd edildiyi kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə, xüsusən cəzanı yüngülləşdirən halların olduğu və cinayət etməyə cəhd edildiyi halında təqsirləndirilən şəxslərə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Bu halın cinayətlər üzrə vahid cəza müddətlərinin müəyyən olunmasına xidmət etməsini qəbul etmək də gülüncdür. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlər, hazırki halda CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş, törədilməsi halları və onları törədən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxslərə yuxarı hədlərdə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, cinayə etməyə cəhd etdiyi, bundan peşman olduğu və əməldə qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda təqsirləndirilən şəxslərə onlara istinad olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əmələ adekvat olmamaqla qanuni və ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətmələri və cinayət əməli törətmələrini etiraf edib, bundan səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salamxan oğlunun azadlığı faktiki olaraq 22 sentyabr 2023-cü il tarixdə mədudlaşdırıldığından və onlar həmin vaxtdan hazırki hökmün çıxarıldığı günədək tutulub həbsdə saxlandıqlarından təqsirləndirilən şəxslərin 22 sentyabr 2023cü il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət onlara təyin edilmiş cəza müddətinə daxil edilməklə cəza çəkmələrinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət…Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası DSX İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd gümüşü rəngli boyunbağı, 03 ədəd «0002393», «0001840», «0002929» nömrəli yaşayış kartları, 02 ədəd plastik kartlar, 02 ədəd «5280-5850-1493-3923», «9002-0611-1366-1459» nömrəli bank kartları, 04 ədəd «420005-603221-1», «784- 1***-*******-1», «**********» və «**********9» nömrəli şəxsiyyəti müəyyən edən kartlar əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd «5158- 8190-0248-6084» nömrəli bank kartı əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Pakistan İslam Respublikasının və Təqsirləndirilən şəxs2 isə Banqladeş Xalq Respublikasının vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlilli olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs1 Pakistan İslam Respublikasının, Təqsirləndirilən şəxs2 Banqladeş Xalq Respublikasının vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 10 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat və hazırki işin məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə məhkəmə prosesində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X8 çağırışa və gündəlik xərclərə görə 100 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs1 22 sentyabr 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs2 22 sentyabr 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası DSX İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd gümüşü rəngli boyunbağı, 03 ədəd «0002393», «0001840», «0002929» nömrəli yaşayış kartları, 02 ədəd plastik kartlar, 02 ədəd «5280-5850-1493-3923», «9002-0611-1366-1459» nömrəli bank kartları, 04 ədəd «420005-603221-1», «784-1***-*******-1», «**********» və «**********9» nömrəli şəxsiyyəti müəyyən edən kartlar əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs1 və Banqladeş Xalq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saxlanılan zaman götürülmüş 01 ədəd «Sumsung Galaxy J4+» markalı qızıl rəngli mobil telefon, 01 ədəd «5158-8190-0248-6084» nömrəli bank kartı əsas cəzanı çəkdikdən sonra Təqsirləndirilən şəxs2 qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluğu ödənilənədək və ya götürülənədək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hazırki işin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 60 manat və hazırki işin məhkəmə icraat zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X8 100 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar