Məhkəmə qərarları › İş №1(019)-135/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-135/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-135/2023 06.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxx 1985-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ikinci sinif təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 01 sentyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 10 radələrində Balakən rayonu Qullar kəndi ərazisində çöllük sahədə piyada gəzərkən yol kənarından taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda , yəni 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 8,15 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq öz şəxsi istifadəsi məqsədi ilə əynindəki şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır.30 avqust 2023-cü il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxsl Ramiz oğlu RPŞ-nə gətirilib təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq saat 20:40 dəqiqədən saat 21:20 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Balakən rayonu Qullar kəndi ərazisində çöllük sahədə piyada gəzərkən yol kənarından taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 8,15 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən bir aya yaxındır ki, narkotik vasitə marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Qullar kəndində çöllük sahədə piyada tək gəzən zaman yolun kənarında bir ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin kibrit qutusunun içərisində kibrit çöplərinin olacağını düşünüb siqaret yandırmaq üçün yerdən götürmüşdür. Kibrit qutusunu açıb içərisinə baxanda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O da narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə, həmin kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək üçün əynindəki şalvarın sol yan cibinə qoyub üzərində saxlamışdır. Həmin tarixdə təxminən saat 19 radələrində Balakən rayonu Qullar kəndi ərazisində olduğu zaman Balakən RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında və daşımağında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi üçün onu Balakən rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində onun hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edilmiş, o da təqdim edilmiş vəkillər siyahısından Müdafiəçi hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra Müdafiəçi PŞ-nə dəvət olunmuş, daha sonra Müdafiəçi iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və ona şübhəli şəxs qismində tutulmağı elan edilmişdir.Bundan sonra ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş, əgər vardirsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan şalvarın sol yan cibində öz şəxsi istifadəsi üçün saxladığı 01 ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd kibrit tuşunda olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, kibrit qutusu ilə birlikdə ümumi çəkisi 10,39 qram təşkil etmişdir. Daha sonra içərisində qurudulmuş marixuana olan həmin 01 ədəd kibrit qutusu təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, üzəri möhürlənmiş, bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, o, şəxsi axtarış zamanı üzərində olan kağız və qəpik pulları və bir ədəd cib dəsmalını polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı onun üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd cib dəsmalı, kağız və qəpik pullar özünə geri qaytarılmışdır. Məhkəmə-bioloji ekspertizasının 31 avqust 2023-cü il tarixli 17/658 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuş ki, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 8,15 qramdır. Əməlindən peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 30 sentyabr 2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndi ərazisində tərəflərindən saxlanılaraq Balakən RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş, daha sonra vəkillər siyahısından seçdiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş, bundan sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı, polis kapitanı Vasif Əliyev şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin kibrit qutusundakının narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 10,39 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ciblərində olan kağız və qəpik pulları və bir ədəd cib dəsmalını polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd cib dəsmalı, kağız və qəpik pullar özünə geri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı səhər saat 10 radələrində Balakən rayonu Qullar kəndində çöllük sahədə yol ilə gedən zaman bir ədəd kibrit qutusu olduğunu görüb siqaret yandırmaq üçün yerdən götürmüşdür. Kibrit qutusunu açıb içərisinə baxanda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və özü istifadə etmək üçün üzərində saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış prosesi polis nəfəri, polis serjantı Vasif Yüzbaşiyev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda təhqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid- Şahid2 məhkəmə iclasına gəlməmişdir. Balakən Rayon Polis Şöbəsinin 06 dekabr 2023-cü il tarixli 3-xx-xx/226810/2023 nömrəli məktubunda göstərilmişdir ki, "Daxili İşlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının işğaldan azad olunan Qarabağ İqtisadi rayonuna ezam olunmuş, Balakən RPŞ-nin patrul dəstəsinin tərkibində ezamiyyətdədir". Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır və polis baş serjantı rütbəsini daşıyır. 30 sentyabr 2023-cü il tarixdə Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat Balakən RPŞ-nə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə Balakən RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı saat 19 radələrində Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndi ərazisində tərəflərindən saxlanılaraq Balakən RPŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində xidməti otaqların birində Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Əliyev tərəfindən Balakən rayon Vəkillər Bürosunun siyahısı Təqsirləndirilən şəxs təqdim edilmiş daha sonra vəkillər siyahısından seçaiyi Müdafiəçi polis şöbəsinə dəvət olunmuş, bundan sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra tədqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı, polis kapitanı Vasif Əliyev şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs da əynindəki şalvarının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyaraq həmin kibrit qutusundakının, narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 01 ədəd kibrit qutusu təhqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən elektron tərəzidə çəkilmiş ümumi çəkisi 10,39 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ciblərində olan kağız və qəpik pulları və bir ədəd cib dəsmalını polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd cib dəsmalı, kağız və qəpik pullar özünə yeri qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı səhər saat 10 radələrində Balakən rayonu Qullar kəndində çöllük sahədə yol ilə gedən zaman bir ədəd kibrit qutusu olduğunu görüb siqaret yandırmaq üçün yerdən götürdüyünü, kibrit qutusunu açıb içərisinə baxanda içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu gördüyünü və özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitə qurudulmuş marixuanadan bir dəfə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi təhqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür.Şəxsi axtarış prosesi polis nəfəri, polis serjantı Vasif Yüzbaşiyev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Sonda tədqiqatçı, polis kapitanı Vasif Əliyev tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. İşin 25-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 30 avqust 2023-cü il tarixdə Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Vasif Əliyev tərəfindən tərtib olunmuş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 20:40 dəqiqədən saat 21:20-dək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs onun Balakən Vəkillər Bürosunun adlı siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə onun hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulduğu bildirilmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya başqa qanunla qadağan edilmiş kütlə, vasitə olub- olmadığı soruşulmuş, sonuncu əynindəki şalvarın sol yan cibində saxladığı kibrit qutusunu təqdim etmiş və həmin kibrit qutusunun içərisindəki kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusu içərisindəki qurudulmuş marixuanaya oxşar kütlə ilə birlikdə elektron çəkildikdə ümumi çəkisi 10,39 qram təşkil etmişdir. Həmin 1 ədəd kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kağız və qəpik pullar və bir ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etdiyi və nə məqsədlə üzərində saxladığı soruşulmuş, sonuncu xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Balakən rayonu Quliar kəndində çöllük sahədə yolda gedən zaman bir ədəd kibrit qutusu tapdığını, həmin kütlədən bir dəfə istifadə etdiyini, nəmin kütləni, istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər-hansı qanunla qadağan edilmiş vasitə, kütlə aşkar edilməmiş axtarış zamanı Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs ona qarşı Balakən Rayon Polis Şöbəsində hansı fiziki və ya psixi təsir göstərilib-göstərilmədiyi soruşulmuş, o belə təzyiq olmadığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Yüzbaşiyev Vasif Cavanşir oğlu tərəfindən video kamera vasitəsilə qeydə alınmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə edilmiş, axtarış zamanı tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə şikayət və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 41-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 31 avqust 2023-ci tarixli 17/658 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə" sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 8,15 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin 05 sentyabr 2023-cü il tarixli 1465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 30 avqust 2023-cü il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü ildə saat 20:20-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşin 68-69,72-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərardan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 20:20-də Balakən Rayon PŞ-nin MSY-dən azad edilmişdir və onun barəsində “polisin nəzarəti altına vermə “ qətimkan tədbiri seçilmişdir. İşin 81-82-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 86-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nin Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 sentyabr 2023-cü il tarixli 837 nömrəli arayışdan görünür ki, Dərişov X6 rayonu Qullar kəndində yaşayır. Himayəsində işləməyən arvadı və 2007-ci il təvəllüdlü oğlu Ramiz vardır. İşin 84-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-in Qullar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmadığı göstərilir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib, bir-biri ilə müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyini müəyyənləşdirib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirib, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq bu nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olmasa məhkəmə hesab edir ki, onun əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub üzərində şəxsi axtarış aparılarkən könüllü olaraq cibində olan narkotik vasitəni çıxarıb təqdim etmiş, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir. Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını, hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Ekspert rəyinə uyğun olaraq Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, narkomaniyadan məcburi müalicə olunmalı, o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat əlli beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 8,15 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,10 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 09 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. O, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat 55 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 8,15 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 8,10 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 54 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar