Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-137/2023 19.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, tərcüməçi X7, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri X10 və X2 və təqsirləndirilən şəxslər Sudan Respublikası vətəndaşları X24 Noreen və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1998-ci ildə Sudan Respublikasının Alfasher şəhərində anadan olmuş, Sudan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, Sudan Respublikasının Alfasher şəhərində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Sudan Respublikasının vətəndaşı- X24 Noreenin və xx.xx.1990-cı ildə Sudan Respublikasının Sennar şəhərində anadan olmuş, Sudan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, Sudan Respublikasının Sennar şəhərində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Sudan Respublikasının vətəndaşı- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 29,318.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Sudan Respublikasının vətəndaşı X6baqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, X24 Noreen Gürcüstan Respublikasına getmək nəqsədi ilə Sudan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 sentyabr 2023-cü il tarixdə, saat 16:45 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 180 metr aralıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs Sudan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Gürcüstan Respublikasına getmək məqsədi ilə Sudan Respublikası vətəndaşı X24 Noreen ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 sentyabr 2023-cü il tarixdə, saat 16:45 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 1-ci sahəsindən Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 180 metr araıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. X24 Noreenin və Təqsirləndirilən şəxs1 sözügedən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən ifadəsində göstərdi ki, o,xx.xx.2023cü il tarixdə Misir şəhərindən təyyarə ilə dostu Sudan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, burada olan günlük hosteldə qaldıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Zaqatala rayonuna gəlmiş və orada 2 gün qaldıqdan sonra Gürcüstana getmək qərarına gəlmişdir. Bu məqsədlə Zaqatala rayonunda fərdi taksi fəaliyyəti ilə məşğul olan tanımadıqları bir şəxsə müraciət edərək Balakən rayonuna gəlmişlər. Taksi sürücüsü onları sərhədə yaxın bir əraziyə gətirmiş və həmin yolla Gürcüstana gedə biləcəklərini bildirmişdir. Bundan sonra həmin taksidən enərək sərhədə doğru hərəkət etmiş və təxminən 4 saata yaxın piyada yol getdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılaraq məntəqəyə aparılmışlar. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən ifadəsində göstərdi ki, xx.xx.2023- cü il tarixdə Misir şəhərindən təyyarə ilə dostu Sudan Respublikası vətəndaşı X24 Noreen ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, burada olan günlük hosteldə qaldıqdan sonra X24 Noreen ilə birlikdə xx.xx.2023-cü il tarixdə Zaqatala rayonuna gəlmiş və orada 2 gün qaldıqdan sonra Gürcüstana getmək qərarına gəlmişdir. Bu məqsədlə Zaqatala rayonunda fərdi taksi fəaliyyəti ilə məşğul olan tanımadıqları bir şəxsə müraciət edərək, Balakən rayonuna gəlmişlər. Taksi sürücüsü onları sərhədə yaxın bir əraziyə gətirmiş və həmin yolla Gürcüstana gedə biləcəklərini bildirmişdir. Bundan sonra həmin taksidən enərək sərhədə doğru hərəkət etmiş və təxminən 4 saata yaxın piyada yol getdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılaraq məntəqəyə aparılmışlar. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının hərbi qulluqçusu, baş-leytenant Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib, ona istinadən ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə 7-ci sərhəd zastavasının xidməti ərazisindən 2 nəfər şəxsin qeyri-qanuni yolla Gürcüstana keçməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 15:40-dan 19:40-dək gizir Şahid2la birlikdə 7-ci sərhəd zastavasının 1-ci sahəsinə “Pusqu” xidmətinə təyin olunmuş, xidmətin təşkili zamanı saat 16:45 rədlərində 2 nəfər naməlum şəxsin Azərbaycan Respublikası istiqamətindən Gürcüstan ərazisinə hərəkət etdiklərini müşahidə etmiş, dərhal bu barədə sərhəd zastavasına rabitə vasitəsi ilə məlumat vermiş və əlverişli mövqə seçdikdən sonra, onlara “Dayan” komandası verərək həmin şəxsləri saxlayaraq sərhəd zastavasına aparmışlar. Saxlanılan şəxslərin Sudan Respublikası vətəndaşları olduqları və Gürcüstana qeyri- qanuni yolla keçmək istədikləri məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri Balakən rayonu Poştbinə kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 7ci sərhəd zastavasının sağ cinahının 1-ci sahəsidir,7-ci sərhəd zastavasından 1-ci sahəsinə qədər olan məsafə 3000 (üç min) metr təşkil edir. 1-ci sahədən müqabil dövlətin ərazisində Gürcüstan, Laqoexi rayonu Maçimi kəndi yerləşir, oraya qədər olan məsafə 1800 (min səkkiz yüz) metr təşkil edir. 1-ci sahənin ərazisi sıx meşəlik ərazidir. Baxış zamanı saxlanılan Sudan Respublikası vətəndaşları X24 Noreen və Təqsirləndirilən şəxs1 dövlət sərhədini qanunsuz keçmək məqsədi ilə həmin əraziyə gəldiklərini bildirərək, 7-ci sərhəd zastavasının 1-ci sahəsini göstərmişlər. Baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübüt və ya əşya götürülmədi. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Sudan Respublikası vətəndaşları X24 Noreen və Təqsirləndirilən şəxs1 əvvəllər dövlət sərhədini qanunsuz keçmələri, qaçaqmalçılıqla məşğul olmaları və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də hər hansı məlumat mövcud deyil. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, Sudan Respublikası vətəndaşları X24 Noreen və Təqsirləndirilən şəxs1 “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS)xx.xx.2023-cü il tarixdə Misir Ərəb Respublikasından dövlət sərhədindən rəsmi qaydada keçərək Azərbaycan Respublikasına gəlmələri qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X24 Noreen 12 sentyabr 2023-cü il tarixdə saat 16:50 dəqiqədə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokodldan görünür ki, Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdə saat 16:57 dəqiqədə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X24 Noreen Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsinə görə 13 sentyabr 2023-cü il tarixdə saat 17:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 sentyabr 2023-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2ci maddələrində nəzərdə tutulmuş əməlin törətməsinə görə 13 sentyabr 2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 14 sentyabr 2023-cü il tarixli, 4(009)-628/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Sudan Respublikasının vətəndaşı X24 Noreen barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli X24 Noreenin faktiki tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 4(009)-629/2023 nömrəli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Sudan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 faktiki tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sudan Respublikasının vətəndaşı X24 Noreen məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sudan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Qeys Məmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38-16/2- 12143/23 nömrəli məktubdan görünür ki, Sudan Respublikası vətəndaşları X24 Noreenin və X16 Mohamedin xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd «Huawei» markalı mobil telefon, 4 (dörd) ədəd fotoşəkilli sənədlər, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd poverbank, 1065 (min altmış beş) Misir pulu, 6 (altı) manat AZN, 59 (əlli doqquz) ABŞ dolları, 2 (iki) ədəd gümüşü rəngdə üzük, 1 (bir) ədəd qol saatı və 2 (iki) ədəd pul çantası özlərinə qaytarılması məsələsinə baxılması üçün möhürlü zərflə ünvanlarına göndərilir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Sudan Respublikası vətəndaşları X24 Noreen və Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, onlara istinad olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini təqsirləndirilən şəxs X24 Noreenin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qanun normasının tələbinə və iş materiallarına əsasən məhkəmə həmçinin ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, onlara Azərbaycan Respublikası CM-nin 29,318.2ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etiraflar digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafları könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Bu xüsusda məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikalarında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi X24 Noreen və Təqsirləndirilən şəxs1 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirmələri, onlara istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onları müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 cinayət törətmələrini etiraf edib bundan peşmançılıq çəkmələri məhz onlara istinad olunan Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iş materiallarına əsasən təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X24 Noreenə cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onunun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də X24 Noreen barəsində CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onunun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 barəsində CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 29,318.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının maksimal həddi 5 il müəyyən olunsa da, minimal həddi qeyd edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasının minimal həddi isə CM-nin 55.2-ci maddəsində göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 55.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Nəzərə çatdırmaq lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. İlk dəfə cinayət əməli törətdiyi, bundan peşman olduğu və əməlində qanunda nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar olmadığı xüsusunda şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əməlinə adekvat olmamaqla ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, ilk dəfə cinayət əməli törətmələri və cinayət əməli törətmələrini etiraf edib, bundan səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halları və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxslərə CM-nin 63.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindikləri CM-nin 29, 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər X24 Noreenə və Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, X24 Noreen və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, X24 Noreen və Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günədək tutularaq həbsdə saxlandıqları müddət onlara təyin olunan cəza müddətinə daxil edilməklə onların cəza çəkməsinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPMnin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, X24 Noreen və Təqsirləndirilən şəxs1 hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Sudan Respublikası vətəndaşları X24 Noreenin və X16 Mohamedin xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd «Huawei» markalı mobil telefon, 4 (dörd) ədəd fotoşəkilli sənədlər, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd poverbank, 1065 (min altmış beş) Misir pulu, 6 (altı) manat AZN, 59 (əlli doqquz) ABŞ dolları, 2 (iki) ədəd gümüşü rəngdə üzük, 1 (bir) ədəd qol saatı və 2 (iki) ədəd pul çantası əsas cəzanı çəkdikdən sonra X24 Noreenə və X1ytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 Sudan Respublikasının vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ qrup əlilli olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə X24 Noreen və Təqsirləndirilən şəxs1 Sudan Respublikasının vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər X24 Noreen və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X17 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs X24 Noreenin hüquqlarının müdafiəsinə 10 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili X8 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1in hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki işin məhkəmə icraatı zamanı X24 Noreenə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün 60 manat və hazırki işin məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X9 çağırışa və gündəlik xərclərə görə 100 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X24 Noreen Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; X24 Noreenin 12 sentyabr 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs1 12 sentyabr 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Sudan Respublikası vətəndaşları X24 Noreenin və X16 Mohamedin xx.xx.2023-cü il tarixdə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 1 ədəd «Huawei» markalı mobil telefon, 4 (dörd) ədəd fotoşəkilli sənədlər, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd poverbank, 1065 (min altmış beş) Misir pulu, 6 (altı) manat AZN, 59 (əlli doqquz) ABŞ dolları, 2 (iki) ədəd gümüşü rəngdə üzük, 1 (bir) ədəd qol saatı və 2 (iki) ədəd pul çantası əsas cəzanı çəkdikdən sonra X24 Noreenə və X1ytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla X24 Noreen və Təqsirləndirilən şəxs1 əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluğu ödənilənədək və ya götürülənədək X24 Noreenin və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hazırki işin məhkəmə icraatı zamanı X24 Noreenə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X14 ödənilməsi üçün 60 manat və hazırki işin məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün 60 manat, cəmi 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X9 100 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-137/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-137/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver