Məhkəmə qərarları › İş №1(019)-14/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-14/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-14/2022 12.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi , dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1987-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD-19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14 gün ərzində, yəni 14 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Balakən rayonu Qazma kəndində yerləşən yaşadığı evdə müalicə olunarkən yaşadığı evi əsaslı səbəb olmadan icazəsiz tərk edib həmin kənddə yerləşən mağazaya bazarlıq etmək üçün getmək məqsədi ilə Balakən rayonu Qazma kənd sakini Şahid3 Məmməd oğlunun idarə etdiyi VAZ-2106 markalı 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağına tibbi maska taxmadan əyləşərək qəsdən, karantin rejimini pozmaqla Şahid3, eləcə də digər şəxslərin “COVİD-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Bodurov X5 rayonu Qazma kəndinin ərazisində Şahid3 idarə etdiyi VAZ-2106 markalı 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən saxlanılıb “X3 Yardım Stansiyasının” avtomobili ilə cəmiyyətdən təcrid olunması üçün Balakən rayonu Qazma kəndində yerləşən evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. 08 oktyabr 2021-ci il tarixdə həyat yoldaşı X1 olan narahatçılıqla bağlı Balakən MRX-ya müraciət edərək analiz verdikdə “Covid-19” virusuna yoluxduğu məlum olmuşdur. Həyat yoldaşına “Covid-19” virusuna yoluxması barədə TƏBİB-dən məlumat 11 oktyabr 2021-ci il tarixdə daxil olmuşdur. Həyat yoldaşı analiz verdiyi zaman laboratoriya işçilərinə özünə məxsus olan 050 *** ** ** nömrəsini verdiyinə görə həmin nömrəyə 11 oktyabr 2021-ci il tarixdə “TƏBİB”-dən həyat yoldaşının “Covid-19” virusuna yoluxması barədə SMS daxil olmuşdur. 11 oktyabr 2021-ci il tarixdə “Covid-19” virusuna yoluxub-yoluxmamadığını yoxlatmaq məqsədi ilə özü də Balakən MRX-da analiz vermişdir. Həyat yoldaşına 3 gün ərzində cavab gəldiyinə görə 3 gün ərzində onun özünə də cavab daxil olmadığından təxminən 13 oktyabr 2021-ci il tarixdə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsindən TƏBİB-in qaynar xəttinə zəng etmişdir. TƏBİB-dən ona cavabı bilmədiklərini demişlər. Analizin cavabının pozitiv olması, yəni “Covid-19” virusuna yoluxması barədə təxminən 14 və ya 15 oktyabrda ona TƏBİB-dən SMS daxil olmuşdur. Həmin SMS sonradan telefonundan silinmişdir. Həyat yoldaşına Balakən GEM-dən zəng olunaraq 14 gün ərzində karantin nəzarətinə alınması barədə xəbərdarlıq olunsa da, özü bu barədə xəbərdar olunmamışdır. Buna baxmayaraq ona daxil olmuş sms-də karantin nəzarətinə alınması barədə və karantin nəzarətini pozduğu təqdirdə cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdar olunmuşdur. 19 oktyabr 2021-ci il tarixdə evə bazarlıq etməli olduğundan qonşusu Şahid3 özünə məxsus olan VAZ-2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək onu evə çörək, körpə uşağına yemək və həyat yoldaşına lazım olan əşyaları almaq üçün avtomobilini idarə edərək kənddəki dükanlardan birinə aparmasını xahiş etmişdir. 19 oktyabr 2021-ci il tarixdə Şahid3 idarə etdiyi özünə məxsus VAZ-2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında əyləşərək Qazma kəndinin ərazisində hərəkət etdikləri zaman polis əməkdaşları avtomobili saxlatmışlar və karantin nəzarətini pozduğuna görə ona iradlarını bildirmişlər. Bir müddət sonra qeyd edilən yerə RPŞ-nin polis əməkdaşları və Balakən MRX-nın tibb işçilərinin, onun özünün və Şahid3 iştirakı ilə baxış keçirilmişdir. Baxış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Balakən MRX-dan gəlmiş Təcili tibbi yardım xidmətinin avtomobili ilə tibb işçiləri onu evə çatdırmışlar. Əməlindən çox peşimandır. Himayəsində azyaşlı uşaqları, xəstə valideynləri vardır. Ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs qonşusudur. Yaşadığı evdən təxminən 100 metr məsafədə Təqsirləndirilən şəxs evi yerləşir. Təxminən 14 oktyabr 2021-ci il tarixdə qonşusu Təqsirləndirilən şəxs ona zəng edərək analiz verdiyini və “Covid-19” virusuna yoluxduğunu bildirmişdir. Ondan bir neçə gün əvvəl Anarın həyat yoldaşının da analizinin pozitiv çıxması, yəni onun da “Covid-19” virusuna yoluxması barədə məlumatı olmuşdur. Bu barədə də ona Anar demişdir. Sonradan Anarın anası da “Covid-19” virusuna yoluxmuşdur. Anarın özünün xəstə olduğunu bildirdiyi gündən sonra onun xahişi ilə aptekdən dərmanlar alaraq aparıb həyətlərinə qoymuşdur. 19 oktyabr 2021-ci il tarixdə səhər saat 10 radələrində Anar özünə məxsus olan VAZ-2106 markalı, 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək kənddə yaxınlıqda yerləşən mağazalardan birinə evə lazım olan ərzağı, həyat yoldaşına və uşağına lazım olan əşyaları almaq üçün özünü aparmağını xahiş etmişdir. Anarın sözünü yerə salmayaraq Anara məxsus olan VAZ-2106 markalı, 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yaxınlıqdakı mağazalardan birinə sürmüşdür. Bu zaman Anar avtomobilin arxa sərnişin oturacağında əyləşmişdir və tibbi maska taxmamışdır. Təqsirləndirilən şəxs ailəsinin “Covid-19” virusuna yoluxması barədə məlumatı olandan sonra özü də analiz vermişdir və analizinin cavabı neqativ çıxmışdır. Bu səbəbdən də Anar olan yerdə maska taxmağa ehtiyac duymadığından özü də həmin vaxtı avtomobildə tibbi maskasız olmuşdur. Anara məxsus olan avtomobillə 19 oktyabr 2021-ci il tarixdə Qazma kəndinin ərazisində hərəkət etdikləri zaman polis əməkdaşları avtomobili saxlatmışlar və karantin nəzarətini pozduğuna görə Anara iradlarını bildirmişlər. Həmin vaxtı onlar Anarın yaşadığı evdən 200 metr aralanmışlar, hələ heç bir dükana daxil olmamışlar. Bir müddət sonra qeyd edilən yerə RPŞ-nin başqa polis əməkdaşları və Balakən MRX-nın tibb işçilərinin, Təqsirləndirilən şəxs və onun iştirakı ilə baxış keçirilmişdir. Baxış fasiləsiz olaraq polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Balakən MRX-dan gəlmiş Təcili tibbi yardım xidmətinin avtomobili ilə tibb işçiləri Təqsirləndirilən şəxs evə çatdırmışlar. Cəmi bir dəfə 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs xahişi ilə onu yaxınlıqdakı mağazaların birinə aparmaq məqsədi ilə Anara məxsus avtomobili idarə etmişdir. Həmin vaxtı da polis əməkdaşları tərəfindən saxlanılmışlar. Qeyd edilən hadisədən başqa 14 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus olan avtomobili idarə edərək onu heç bir yerə aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır. “Covid-19” virusuna yoluxan və ev şəraitində müalicə almalı olan şəxslərin siyahısında tanıdığı Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs da olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Balakən rayonu Qazma kəndi ərazisində RPŞ-nin digər sahə polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olduğu zaman aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs məxsus olan VAZ-2106 markalı 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobili görüb saxlatmışlar. Həmin avtomobili Şahid3 Məmməd oğlu adlı Qazma kənd sakini idarə etmiş, Təqsirləndirilən şəxs isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişdi. Hər iki şəxs tibbi maska taxmamışlar. Təqsirləndirilən şəxs iradını bildirərək aktiv “Covid-19” xəstəsi olduğu halda hansı səbəbdən icazəsiz olaraq yaşadığı evi tərk etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs çörək almaq üçün evdən çıxdığını dedikdə ona bir daha iradını bildirmişdir. Təqsirləndirilən şəxsla danışığını özünə məxsus olan mobil telefon vasitəsi ilə videogörüntüyə almışdır. Dərhal baş vermiş hadisə barədə Balakən RPŞ-yə məlumat vermişdir. Bir müddət sonra polis şöbəsindən gəlmiş əməkdaşların və Balakən MRX-dan təcili tibbi yardım maşını ilə gəlmiş tibb işçilərinin iştirakları ilə Təqsirləndirilən şəxs olduğu yerə baxış keçirilmişdir. Bundan sonra Balakən MRX-dan gəlmiş Təcili tibbi yardım xidmətinin avtomobili ilə tibb işçiləri Anarı evə çatdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Balakən rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru vəzifəsini icra edir.11.10.2021-ci il tarixdə Balakən MRX-da laborator testi vermiş Balakən rayonu Qazma kənd sakini Təqsirləndirilən şəxs “Covid-19” test nəticəsinin pozitiv çıxması barədə 14.10.2021-ci il tarixdə milli məlumat bazasından Balakən rayon GEM-ə məlumat daxil olmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs 14 gün ərzində karantin nəzarətinə alınması barədə onun istifadəsində olan mobil telefona zəng edilməklə məlumatlandırılmışdır. “Covid-19” test nəticəsi pozitiv çıxdığına görə 11 oktyabr 2021-ci il tarixdən Təqsirləndirilən şəxs həyat yoldaşı X6 da Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə zəng olunaraq karantin nəzarətinə alınması ilə bağlı məlumatlandırılmışdır. 10.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377 saylı qərarı ilə təsdiq edilmiş “Covid-19” infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair “Protokol”un 1 nömrəli əlavəsinə (“Covid-19” infeksiyasına yoluxma faktı təsdiq olunmuş şəxslə təmasda olanların dairəsinin müəyyən edilməsinə dair Tövsiyələr) uyğun olaraq Təqsirləndirilən şəxs, həm də həyat yoldaşı aktiv “Covid-19” xəstəsi olduğuna görə, həm də bir neçə gün sonra özü aktiv “Covid-19” xəstəsi olduğuna görə karantin nəzarətinə alınmışdır. Təqsirləndirilən şəxs hər iki halda da 14 gün ərzində karantin nəzarətinə alınması və yaşadığı ünvanı tərk etməməsi barədə istifadəsində olan mobil telefona zəng edilməklə onun tərəfindən məlumatlandırılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin Növbətçi hissənin sürücü-polis nəfəri vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır.19 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində Balakən rayonu Qazma kəndi ərazisində aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs özünə məxsus olan, lakin həmkəndlisi Şahid3 tərəfindən idarə olunan VAZ-2106 markalı 08 BH-078 dövlət qeydiyyat nişanlı avtomobillə Qazma kəndinin ərazisində hərəkətdə olarkən saxlanlması barədə RPŞ-yə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev, Balakən MRX-nın Təcili Tibbi yardım xidmətinin tibb işçiləri, aktiv “Covid-19” xəstəsi olan Qazma kənd sakini Təqsirləndirilən şəxs, Qazma kənd sakini Şahid3 iştirak etmişlər. Baxış zamanı müəyyən edildi ki, aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs 14 gün ərzində, yəni 14 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı özbaşına tərk edib özünə məxsus olan, lakin həmkəndlisi Şahid3 idarə etdiyi VAZ-2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında tibbi maskasız əyləşməklə Qazma kəndinin ərazisində hərəkətdə olarkən saxlanılmışdır. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs baxışı keçirən müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq evə lazım olan əşyaları almaq üçün evdən çıxdığını, yaşadığı ünvanı tərk etməməklə yaşadığı evdə müalicə təyin olunması ilə bağlı ona məlumat verildiyini bildirmişdir. Baxışda iştirak edən Şahid3 idarə etdiyi avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin avtomobillə Anargilə həkim gətirdiyini, hazırda Anarla birlikdə evə lazım olan əşyaları almaq üçün getdiklərini, Təqsirləndirilən şəxs aktiv “Covid-19” xəstəsi olduğu barədə də məlumatının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə X3 Yardım Stansiyasının avtomobilinə əyləşdirilərək Balakən rayonu Qazma kəndində yerləşən evinə göndərilmişdir. Baxış videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. İşin 5-9-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 19 oktyabr 2021-ci il tarixdə saat 10:55-dən 11:00-dək olan müddət ərzində Balakən rayonu Qazma kəndinin ərazisində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs 14 gün ərzində, yəni 14 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı özbaşına tərk edib özünə məxsus olan, həmkəndlisi Şahid3 idarə etdiyi VAZ-2106 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında tibbi maskasız əyləşməklə Qazma kəndinin ərazisində hərəkətdə olarkən saxlanılmışdır. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq evə lazım olan şeyləri almaq üçün çıxdığını, yaşadığı ünvanı tərk etməməklə yaşadığı evdə müalicə təyin olunması ilə bağlı ona məlumat verildiyini bildirmişdir. Baxışda iştirak edən Şahid3 idarə etdiyi avtomobilin Təqsirləndirilən şəxs məxsus olduğunu, həmin maşınla Anargilə həkim gətirdiyini, hazırda Anarla birlikdə alası şeylər olduğunu, çörək almaq üçün getdiklərini, Təqsirləndirilən şəxs aktiv “Covid-19” xəstəsi olduğu barədə məlumatının olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tibb işçilərinin nəzarəti ilə X3 Yardım Stansiyasının avtomobilinə əyləşdirilərək Balakən rayonu Qazma kəndində yerləşən evinə göndərilmişdir.Baxış “Sony” markalı videokamera vasitəsi ilə fasiləsiz olaraq qeydə alınmışdır. Baxış zamanı ərizə, şikayət və vəsatət daxil olmamışdır.Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşin 21-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli 1180 nömrəli arayışdan görünür ki, Bodurov X5 rayonu Qazma kəndində yaşayır, himayəsində pensiyaçı atası-anası, işləməyən arvadı və 2016-cı il təvəllüdlü oğlu-Məhəmməd və 2021-ci il təvəllüdlü qızı- Aylin vardır. İşin 24-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 16 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş 06 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, X4 İİ dərəcə əlilliyə görə 259,78 manat pensiya alır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41 -ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır, onun cəzasını ağırlaşdıran hallar (Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan) yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun cinayət əməlini etiraf etməklə əməlindən peşiman olmasını,şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını,eyni zamanda hazırkı vaxtda “Covid- 19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar