Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-14/2024 20.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qullar Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi3 və Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1970-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" MMC-nin Şimalqərb regional filialının Balakən şöbəsində elektrik montyoru işləyən, Balakən rayonu Qullar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 və xx xxxx 1978-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonu Qullar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 188.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutmuşdur. Belə ki, o, 2023-cü ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan Balakən rayon Qullar kəndi ərazisində yerləşən 6,35 hektar kənd təsərrüfatı təyinatlı örüş ərazisini qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini şumlayıb becərməklə qarğıdalı bitkisini əkib torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutmuşdur. Belə ki, o, 2023-cü ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qəsdən, qanunsuz olaraq, Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətində olan Balakən rayon Qullar kəndi ərazisində yerləşən 6,35 hektar kənd təsərrüfatı təyinatlı örüş ərazisini qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsini şumlayıb becərməklə qarğıdalı bitkisini əkib torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan həmin torpaq sahəsini özbaşına tutmuşdur. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, torpaq sahəsini bu il əkmiş, ora qanunsuz girmişdir. Oranın bələdiyyə torpağı olduğunu, camaata örüş sahəsi kimi verildiyini bilmişdir. Həmin torpaq sahəsini onlardan başqa əkən olmamışdır. Özünü təqsirli bilir ona görə ki, xəbərdarlıq etmədən icazəsiz həmin torpaq sahəsinə girmişdir. O, torpaq sahəsini bu il əkməyə başlamışdır. Ancaq oranı onlardan əvvəl əkən olub-olmamasını bilmir. Kənd camaatının razılığı ilə örüşə ayrılan yararsız sahəni əkmişlər. Ora əkilən vaxt bələdiyyənin xəbəri olmayıb. Oranı Aynurla ikisi əkmişlər. Sahəni əkmək barədə 2023-cü ilin may ayının əvvələllərində razılığa gəlmişlər. Sahəni 2023-cü ilin may ayının sonlarında əkmişlər. Ondan əvvəl Aynurla sahəni əkməmişlər. Aynur onun bibisinin nəvəsidir. Orada 6 ha torpaq sahəsinin olduğu göstərilir, ancaq onun 2 ha hissəsi yararsızdır, 4 ha hissəsini əkmişlər. Bilirdilər ki, əkdikləri sahə örüş sahəsidir. Qamış bitən yer də örüş sahəsidir. Bələdiyyənin məlumatı olmayıb. Əkəndən sonra bələdiyyə onlara irad bildirmişdir. Həmin sahə 10 ton məhsul veribdir. Müəyyən hissəsini toyuq-cücəyə saxlamış, qalan hissəsini isə satmışdır. Məhsulun satışından 2000 manat qazanc əldə etmiş və həmin vəsaiti ailəsinə xərcləmişdir. Qarğıdalını iki yerə bölmüş, 5 ton ona, 5 ton isə Aynura çatmışdır. Özünə düşən 4 tonunu satmış, 1 tonunu isə saxlamışdır. Torpağı əkməyə 5-6 adam razılıq verib, onların buna səlahiyyətu olmayıbdır. Özünü ona görə təqsirli bilir ki, bələdiyyə sədrinə xəbər verməmişdir. Ancaq ümumən özünü təqsirli bilmir. O, oranı əkəndə bunun cinayət olduğunu bilməmişdir. 28 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, torpaq sahəsini özü əkməmişdir. Polisdə yanlış ifadə vermişdir. Aynuru müdafiə etmək məqsədilə polisdə həmin ifadəni vermişdir. Aynur bibisinin nəvəsidir. 10 ildir ki, Aynur oranı əkir. Oranı mal örüşü kimi bilir. Şəhid ailəsi olduğu üçün ona güzəşt edəcəklərini fikirləşmişdir. O, həmin torpaq sahəsini əkməmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Polis sahəyə gələndə Aynur ona zəng etmiş, o da öz təşəbbüsü ilə Aynurla həmin sahəni şərik əkdiyini bildirmişdir. O, həmin torpaq sahəsindən indiyə kimi istifadə etməmiş, sahəni əkməmiş və oradan gəlir əldə etməmişdir. İbtidai istintaqda yalan ifadə vermişdir. Belə ki, fikirləşmişdir ki, iş bu qədər dərinə getməz. Aynuru qohumu olduğu üçün müdafiə etmişdir. Aynur ona şəhid ailəsi kimi çox köməklik etmişdir. Buna görə polisdə yalan ifadə verib Aynuru müdafiə etmək məqsədi olmuşdur. Məhkəmədə verdiyi ifadəsi doğrudur. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Balakən Telekomunikasiya qovşağında elektromantyor işləyir. Təxminən 3-4 il əvvəl yaşadığı Qullar kəndi ərazisində heyvandarlıqla məşğul olaraq kiçikbuynuzlu heyvanları otarmaq üçün yer olmadığından, həmçinin kənd əhalisi arasında iribuynuzlu və kiçikbuynuzlu heyvanların otarılması ilə bağlı narazlıqlar olduğundan Balakən rayon İcra Hakimiyyətinə gedərək narazılığa son qoyulmasını xahiş etmişlər. Həmin zaman kənd icra nümayəndəsi, kənd bələdiyyəsi və icra hakimiyyətindən digər bir neçə rəhbər şəxslər onlarla kənd ərazisinə gələrək bəzi şəxslərin iribuynuzlu heyvan örüşündə kiçikbuynuzlu heyvanların otarılmasına narazılıq etdiyindən həmin iribuynuzlu heyvanları olan şəxslərə heyvanlarının otarılması üçün yer göstərmiş, digər onunla birlikdə olan təxminən 8-9 nəfər kənd əhalisi üçün kiçikbuynuzlu heyvanların otarılması məqsədilə də ayrıca yer göstərilmişdir. Bundan sonra isə həmin ərazidə kiçikbuynuzlu heyvanların otarılması üçün əlverişli şərait olmadığından həmin 8-9 nəfərdən biri olan Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ərazidə qarğıdalı bitkisi əkməyi qərarlaşdırmışlar. Bundan sonra isə Aynurla şərik olaraq həmin sahədə qarğıdalı bitkisi əkirlər. Sonuncu dəfə isə bu il, yəni 2023-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin ərazidə qarğıdalı bitkisini əkmişlər. Həmin qarğıdalının əkilməsi zamanı Təqsirləndirilən şəxs2 məxsus qardaşı Aydının idarə etdiyi traktor və digər texnikalarla yer şumlanmış və lazımi digər işlər görülmüşdür. Aparılan araşdırma ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin əməkdaşları tərəfindən GPS cihazı vasitəsilə baxış keçirilən zaman həmin ərazinin 6,35 hektar olması göstərilmişdir. Lakin həmin 6,35 ərazi də tam olaraq qarğıdalı əkilmiş ərazi deyildir. Çünki həmin ərazinin içərisində yol və yararsız sahə də olmuşdur. Buna görə də onlar təxminən 4 hektar ərazidə qarğıdalı bitkisini əkmişlər. Həmin qarğıdalı bitkisinin əkilməsində o və Təqsirləndirilən şəxs2 başqa həmin örüş sahəsindən istifadə etməli olan Şahid3, Şahid2 və bir neçə digər kənd sakinlərinin heç bir narazılığı olmamışdır. Çünki onlar həmin ərazidə qarğıdalı əkdikləri zaman Təqsirləndirilən şəxs2 özünə məxsus həmin onların qarğıdalı əkdikləri sahənin yaxınlığnda olan digər buğda əkilən sahəni həmin şəxslərə kiçikbuynuzlu heyvanlarını otarmaları üçün sahə də ayırmışdır. Buna görə də əhali, yəni həmin örüş sahəsindən istifadə etməli olan şəxslər heç bir narazlıq etməmişlər. Hər hansı bir şikayətləri də olmamışdır. O, ilkin araşdırma zamanı vermiş olduğu izahatında bələdiyyə sədri Nümayəndə qarğıdalı əkilmiş örüş sahəsini 8 hektar kimi göstərməsinə görə Qullar Bələdiyyəsinə məxsus örüş sahəsində 5 hektar qarğıdalı bitkisi əkdiklərini göstərmiş, lakin faktiki olaraq həmin ərazi ölçüldükdən sonra 6,35 hektar olduğu bilindikdə onlar da 4 hektar ərazidə qarğıdalı bitkisini əkdiklərini dəqiq bilmişlər. Həmin ərazinin içərisində yol və yararsız sahə də olmuşdur. Buna görə də qarğıdalı bitkisinin əkildiyi ərazi 4 hektardır. Qeyd edilən həmin Bələdiyyəyə məxsus 6,35 hektar ərazidən, onların faktiki istifadə etdikləri 4 hektar torpaq sahəsindən istifadə etməkləri ilə bağlı icazə və ya icarəyə verilməsi ilə bağlı sənədləri yoxdur. Həmin ərazi o da daxil olmaqla bir neçə kənd sakinlərinin kiçikbuynuzlu heyvanlarının otarılması məqsədilə ayrılmış yer olduğundan və həmin yerdən istifadə etməli olan şəxslərin razılığı ilə o və Aynur qarğıdalını orada əkdikləri üçün hər hansı bir icazə və ya icarə üçün sənəd almağı da düşünməmişlər. Həmçinin o, Aynurla şərik olduğunu bildirdikdə, yəni həmin sahəyə qarğıdalı əkini edilən zaman çıxan xərclər hesablandıqdan sonra geriyə qalan maddi vəsait Aynurla onun arasında bölünəcəkdir. Çünki əkin və şumlanma işləri Aynura məxsus traktorlarla qardaşı Aydın tərəfindən edildiyindən traktorun xərcləri də çıxılmalı olmuşdur. 14 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində bildirmişdir ki, onun atası 30 il həmin örüş sahəsində çoban olmuşdur. Həmin sahənin adının örüş sahəsi kimi getməsinə baxmayaraq, orada heç vaxt mal otlamayıb. O vaxt işləyən bələdiyyə atasına deyib ki, bu torpaq sahəsini təmizləsin və sonra orada qarğıdalı əksin. Köhnə bələdiyyə sədrinin həmin torpaq sahəsində qarğıdalı əkmələrindən xəbəri olmuşdur. Şikayətçilər zəbt edilən başqa torpaq sahəsinə görə şikayət etmişlər. Bu əmələ görə özünü təqsirli bilir. Ancaq bu əməl bir daha təkrarlanmayacaq. 13 ildir ki, həmin torpaq sahəsini əkir. 13 il əvvəl həmin ərazi yararsız ərazi olmuşdur. Əvvəlki bələdiyyə sədri Ramazan Omarov həmin ərazini onlara vermişdir. 13 il orada qarğıdalı əkmiş və həmin torpaq onun istifadəsində olmuşdur. Etibar bələdiyyədən özü üçün torpaq sahəsi istəyirdi. Bu il Etibarla torpaq sahəsini əkmək barədə razılaşmışlar. Bu torpaq sahəsinin əkilməsinin qanunsuz olmasını bilməmişdir. Şahid1 Gərəkli kəndində icra nümayəndəsinin mal-qarasına baxır. Şahid1 dedi ki, ora mal-qara buraxmaq istəyir və ona görə də 102 xidmətinə şikayət etmişdir. 28 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, həmin yer mal örüşü olan yerdir. Həmin yer kolluq və daşlıq bir yer olmuşdur. Özü həmin sahəni təmizləmişdir. Bələdiyyə dedi ki, təmizləyə bilsə, həmin yerdə qarğıdalı əkə bilər. 13 ildir ki, oranı əkmişdir. Ona heç vaxt bu barədə xəbərdarlıq olmayıbdır. O, orada qarğıdalı əkəndə şəhid ailələrinə, müharibə veteranlarına köməklik göstərmişdir. O, qohumu olduğu üçün Etibara zəng etmişdir. Şahid1 102 xidmətinə zəng edib, 150 əlli baş heyvanı olduğunu və həmin yerə mal-qarasını salmaq istədiyini bildirmişdir. Həmin gün Şahid1 yanında olmuşdur. Aralanıb 30 dəqiqə sonra polislər gəlmişlər. 2010-cu ildə həmin vaxt bələdiyyə sədri olmuş Ramazan Ömərov həmin ərazini onlara göstərmişdir. Ora 6,15 hektar sahədir. 2,15 hektarı yararsızdır. Həmin ərazisi kolluq ərazi olmuş və o, həmin ərazinin örüş sahəsi olduğunu bilməmişdir. Heç vaxt onun həmin torpaq sahəsindən istifadəsinə qadağa olmayıbdır. Həmin vaxta kimi bilməmişdir ki, oranı əkmək olmaz. Təqsirləndirilən şəxs1 heç vaxt həmin sahədən istifadə etməyib. O, Təqsirləndirilən şəxs1 ona köməklik məqsədilə müraciət etmişdir. Belə ki, Etibar şəhid ailəsi olduğu üçün ona güzəşt olunacağını düşünmüşdür. Həmin maddə barədə bilməmiş, ona görə ziddiyyətli ifadələr vermişdir. Polisdə dindirmə zamanı vəkili iştirak etməmişdir. Məhkəmədə verdiyi ifadəsi daha doğrudur. Polisdə verdiyi ifadəsini müstəntiq oxumuş və müstəntiqin xahişi ilə həmin ifadəni imzalamışdır. Torpaq əkəndə vergi barədə heç vaxt heç nə deyilməmiş, ona görə də vergi verməmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Təxminən 3-4 il əvvəl yaşadığı Qullar kəndi ərazisində heyvandarlıqla məşğul olaraq kiçikbuynuzlu heyvanları otarmaq üçün yer olmadığından, həmçinin kənd əhalisi arasında iribuynuzlu və kiçikbuynuzlu heyvanların otarılması ilə bağlı narazlıqlar olduğundan Balakən rayon İcra Hakimiyyətinə gedərək narazlığa son qoyulmasını xahiş etmişlər. Həmin zaman kənd icra nümayəndəsi, kənd bələdiyyəsi və icra hakimiyyətindən digər bir neçə rəhbər şəxslər onlarla kənd ərazisinə gələrək bəzi şəxslər tərəfindən özlərinə məxsus kiçikbuynuzlu heyvanları iribuynuzlu heyvan örüşündə otarılmasına narazılıq edildiyindən həmin iribuynuzlu heyvanları olan şəxslərə heyvanlarının otarılması üçün yer göstərilmiş, digər onunla birlikdə olan təxminən 8-9 nəfər kənd əhalisi üçün kiçikbuynuzlu heyvanların otarılması məqsədilə də ayrıca yer, yəni örüş sahəsi göstərilmişdir. Bundan sonra isə həmin ərazidə kiçikbuynuzlu heyvanların otarılması üçün əlverişli şərait olmadığından həmin 8-9 nəfərdən biri olan Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin ərazidə qarğıdalı bitkisi əkməyi planlaşdırmışlar. Həmin vaxtdan etibarən isə qeyd olunan ərazidə qarğıdalı bitkisi əkməyə başlamışlar. Sonuncu dəfə isə bu il, yəni 2023-cü ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin ərazidə qarğıdalı bitkisini əkmişlər. Həmin qarğıdalının əkilməsi zamanı özünə məxsus qardaşı Aydının idarə etdiyi traktor və digər texnikalarla yer şumlanmış və lazımi digər işlər görülmüşdür. Aparılan araşdırma ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin əməkdaşları tərəfindən GPS cihazı vasitəsilə baxış keçirilən zaman həmin qarğıdalı bitkisi əkdikləri ərazinin 6,35 hektar Balakən rayon Qullar Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisi olması göstərilmişdir. Lakin həmin 6,35 ərazi də tam olaraq qarğıdalı əkilmiş ərazi olmamışdır. Çünki həmin ərazinin içərisində yol üçün nəzərdə tutulmuş və həmçinin yararsız sahə də olmuşdur. Buna görə də onlar təxminən 4 hektar ərazidə qarğıdalı bitkisini əkmişlər. Həmin qarğıdalı bitkisinin əkilməsində o və Təqsirləndirilən şəxs1 başqa həmin örüş sahəsindən istifadə etməli olan Şahid3, Şahid2 və bir neçə digər kənd sakinlərinin heç bir narazılığı olmamışdır. Çünki o, həmin ərazidə qarğıdalı əkdiyi zaman özünə məxsus həmin sahənin yaxınlığnda olan digər buğda əkilən sahədə həmin şəxslər özlərinə məxsus kiçikbuynuzlu heyvanları otarırlar. Buna görə də əhali, yəni həmin örüş sahəsində istifadə etməli olan şəxslər heç bir narazlıq etməmişlər. Hər hansı bir şikayətləri də olmamışdır. Həmçinin o, ilkin araşdırma zamanı vermiş olduğu izahatında bələdiyyə sədri Nümayəndə qarğıdalı bitkisini əkdikləri ərazini 8 hektar kimi göstərməsinə görə Qullar bələdiyyəsinə məxsus örüş sahəsində 5 hektar qarğıdalı bitkisi əkdiyini göstərmiş, lakin faktiki olaraq həmin ərazi ölçüldükdən sonra 6,35 hektar olduğu bilindikdə o, da 4 hektar ərazidə qarğıdalı bitkisini əkdiyini dəqiq bilmişdir. Həmin ərazinin içərisində yol və yararsız sahə də olmuşdur. Buna görə də qarğıdalı bitkisinin əkildiyi ərazi 4 hektardır. Qeyd edilən həmin Bələdiyyəyə məxsus 6,35 hektar ərazidən, onun Təqsirləndirilən şəxs1la birlikdə faktiki istifadə etdiyi 4 hektar torpaq sahəsindən istifadə etməyi ilə bağlı icazə və ya icarəyə verilməsi ilə bağlı sənədi yoxdur. Həmin ərazi o da daxil olmaqla bir neçə kənd sakinlərinin kiçikbuynuzlu heyvanlarının otarılması məqsədilə ayrılmış yer olduğundan və həmin yerdən istifadə etməli olan şəxslərin razılığı ilə o və Etibar qarğıdalını orada əkdikləri üçün hər hansı bir icazə və ya icarə üçün sənəd almağı da düşünməmişlər. Həmçinin o, Təqsirləndirilən şəxs1la şərik olduğundan həmin sahəyə qarğıdalı əkini edilən zaman çıxan xərclər hesablandıqdan sonra geriyə qalan maddi vəsait Təqsirləndirilən şəxs1la onun arasında bölünəcəkdir. Çünki əkin və şumlanma işləri ona məxsus traktorla qardaşı Aydın tərəfindən edildiyindən traktorun xərcləri də çıxıldıqdan sonra geriyə qalan pul onların arasında bölünəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Balakən rayon Qullar Bələdiyyəsinin sədri Nümayəndə ifadəsində göstərdi ki, həmin torpaq yararsız torpaq sahəsi olmuşdur. Hal-hazırda da həmin torpaq sahəsinin 2 hektardan çox hissəsi bataqlıqdır. Həmin yerin əkilməsi barədə məlumat daxil olmuş, məlumatı Qəhrəman vermişdir. Sonra məktub hazırlanmış və həmin məktub polisə göndərilmişdir. Səhəri gedib baxmış və hüquq mühafizə orqanlarına məlumat vermiş, bu məlumatın araşdırılmasını xahiş etmişdir. Etibarın bu il adı çəkilib, əvvəllər adı çəkilməyib. Şahid1 polisə zəng etdiyini ona deməmişdir. Qəhrəman həmin yerin şumlandığını demişdir. 2010-cu ildə həmin sahəni bələdiyyə sədri olmuş X11 vermiş və orada Aynur hər il qarğıdalı əkmişdir. Torpaq sahəsi əvvəllər istifadəyə yararlı olmamışdır. Bələdiyyə həmin sahənin hər il Aynur tərəfindən əkildiyini bilmişdir. Etibar heç vaxt taxıl əkən olmayıbdır. Həmin sahə bələdiyyə tərəfindən rəsmi sənəd əsasında yox, şifahi qaydada verilmişdir. 2 ildir ki, həmin torpaq yararlıdır. İndiyə qədər örüşün əkilməsinə bələdiyyə tərəfindən müdaxilə ilə bağlı heç bir səbəb olmamışdır. İbtidai istintaqda zərərçəkmiş hüquqi şəxs Balakən rayon Qullar bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq Balakən rayon Qullar Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 10 radələrində hazırda xatırlamadığı şəxs ona məlumat verərək Qullar Bələdiyyəsinə məxsus həmin kənd ərazisində yerləşən təxminən 8 hektar bələdiyyəyə məxsus örüş sahəsinin şumlandığını bildirmişdir. O da həmin məlumatı dəqiqləşdirmək məqsədi ilə qeyd olunan əraziyə getdikdə həqiqətən də bələdiyyəyə məxsus örüş sahəsinin şumlanmasını müəyyən etmişdir. Həmçinin ona ilk öncə həmin ərazinin Qullar kənd sakini olan Saramanov Arzuman tərəfindən şumlandığını, həmin şumlamanı da digər Qullar kənd sakini olan Təqsirləndirilən şəxs1 göstərişi ilə etdiyini bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1la görüşüb hansı səbəbə bələdiyyəyə məxsus örüş sahəsini qanunsuz şumladaraq zəbt etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 isə ona həmin ərazini şumlatdırdığını, bunun üçün də heç kimdən icazə almayacağını bildirmişdir. Bundan sonra o, Balakən rayon prokurorluğuna Qullar bələdiyyəsinə məxsus örüş sahəsinin zəbt olunması ilə bağlı ərizə yazaraq müraciət etmişdir. Onun həmin müraciəti araşdırılması üçün aidiyyəti üzrə Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. 24 may 2023- cü il tarixdə onun iştirakı ilə təhqiqatçı tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və həqiqətən də bələdiyyəyə məxsus örüş sahəsinin şumlanması aşkar olunmuşdur. Daha sonra 27 may 2023-cü il tarixdə həmin şumlanmış bələdiyyəyə məxsus örüş sahəsinə səpin işləri aparılması ilə bağlı məlumat olduğundan yenidən təhqiqatçı tərəfindən onun iştirakı ilə həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidə Təqsirləndirilən şəxs2 və qardaşı X1 olması müəyyən edilmişdir. Həmin zaman Aydın Saramanov idarə etdiyi traktorla şumlanmış ərazidə səpin işləri aparmışdır. Sonradan məlum olmuşdur ki, bələdiyyəyə məxsus həmin örüş sahəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir icarə və istifadə hüququ olmadan şumlanma işləri apararaq qardalı bitkisini əkmişlər. Bələdiyyə mülkiyyəti olan örüş sahəsi icarəyə verilə və ya əkin yeri kimi istifadə edilə bilməz. Örüş sahəsi yalnız camaatın ümumi istifadəsində olan torpaq sahəsi kimi fəaliyyət göstərə bilər. İlkin olaraq bələdiyyəyə məxsus həmin örüş sahəsinin şumlanmasını hazırda xatırlamadığı şəxs ona bildirmişdir. Lakin sonradan o, dəqiqləşdirdikdə və yerində əraziyə baxış keçiriləndə əkin və səpin işlərinin Aydın Saramanovun idarə etdiyi traktorla etməsini bilmişdir. O, ilkin olaraq yazmış olduğu ərizəsində və araşdırma zamanı vermiş olduğu izahatında bələdiyyəyə məxsus 8 hektar örüş sahəsinin şumlanaraq zəbt olunduğunu bildirmişdir. Lakin həmin zaman GPS cihaz vasitəsi ilə ərazi tam ölçülmədiyindən həmin ərazini o, təxmini olaraq göstərmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin əməkdaşları tərəfindən GPS cihazı vasitəsilə baxış keçirilən zaman həmin ərazinin 6,35 hektar olması müəyyən edilmişdir. Bundan sonra o da konkret olaraq bələdiyyəyə məxsus zəbt olunmuş örüş sahəsini 6,35 hektar olmasını bilmişdir. İttiham və müdafiə tərəflərinin razılığı ilə məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanmasını təmin edir. Qullar kəndi ərazisində heyvandarlıqla məşğul olur. Lakin hazırda yaşadığı Qullar Bələdiyyəsinə məxsus örüş sahəsində heyvanları otarmaq üçün örüş sahəsi yoxdur. Bunun da səbəbi həmin örüş sahəsində əkin işlərinin aparılmasıdır. xx.xx.20213-cü il tarixdə də Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 102 xidmətinə zəng edərək həmin örüş sahəsində bir neçə şəxsin əkin işləri aparmasını bildirmişdir. Həmin vaxt Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onu qeyd olunan əraziyə baxış keçirilməsində iştirak etmək üçün dəvət etsələr də, şəxsi işləri ilə əlaqədar baxış keçirilməsində iştirak etmək üçün həmin yerə gələ bilməmişdir. Sonradan isə Qullar Bələdiyyəsinə məxsus örüş sahəsində əkin işləri aparıb qarğıdalı bitkisini əkən şəxslərin Qullar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. Hazırda da həmin Qullar Bələdiyyəsinə məxsus örüş sahəsində Qullar kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əkmiş olduğu qarğıdalı bitkisi var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,2010-cu ildən həmin sahəni əkiblər. Həmin vaxt traktorda yeri əkməyə getmişdir. Onu yer şumlamağa Aynur dəvət etmişdir. Etibar da köməklik etmişdir. Etibarla Aynur bir yerdə işləyir. Bələdiyyə həmin yeri Nasrullaha veribdir. Həmin torpaq sahəsini köhnə bələdiyyə sədri Ramazan Ömərov vermişdir. O, Aynurla qonşuluqda yaşayır. Əkin yerindən 5-6 kilometr aralıda yaşayır. Aynur 2010-cu ildən əkmiş, Etibarı bu il həmin sahədə görmüş, Etibar Aynura silitra almaqda və başqa işlərdə köməklik etmişdir. O, traktorla əkməyə getmiş, Etibarın orada olduğunu görmüşdür. Ona yer şumlamağa sifarişi Aynur vermişdir. Etibarı polislər gələndə görmüşdür. Aynur dedi ki, onun şahididir. Torpaq sahəsinə gedəndə Etibar orada yox idi. Onlar işləyəndə polis gəlmiş, sonradan Etibar gəlmişdir. Etibar həmin ərazinin əkin-biçinində köməklik etməmişdir. Etibar yalnız qarğıdalı və gübrə almağa köməklik edib. O, traktorla yer şumlamış, mala çəkmiş, bunların haqqını Aynur ona ödəmişdir. Etibar səpində iştirak etmişdir. İbtidai istintaqda iclasında şahid qismində dindirilmiş Şahid2 ifadıəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təxminən 4 il əvvəl yaşadığı Qullar kəndi ərazisində kənd əhalisi arasında iribuynuzlu və kiçikbuynuzlu heyvanların otarılması ilə bağlı narazlıqlar olduğundan həmin vaxt rayon İcra Hakimiyyətindən, kənd icra nümayəndəsindən və kənd bələdiyyəsindən bir neçə nümayəndə gələrək kənd ərazisində heyvanların otarılması ilə bağlı örüş sahələrini bir daha kənd əhalisinə göstərmişlər. Bundan sonra isə həmin ərazilərdə hər kəs özünə məxsus heyvanları örüşə aparmışdır. Həmin örüş sahəsinin bir hissəsində də kənd sakinlərindən olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarğıdalı bitkisi əkmişlər. Buna nə o, nə də ki, onun bildiyi qədəri kənd sakinlərindən digərləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin sahənin bir hissəsində qarğıdalı bitkisi əkmələrinə narazalıq etməmişlər. Çünki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənd sakinlərindən istifadə üçün qarğıdalı bitkisini istədikləri halda həmin əkilmiş qarğıdalıdan onlara da müəyyən qədər istifadə üçün pay olaraq qarğıdalı vermişdir. Buna görə də şəxsən onun, bildiyi qədəri ilə də kənd sakinlərindən həmin örüş sahəsindən istifadə etməli olan digər şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 örüş sahəsinin bir hissəsində qarğıdalı bitkisi əkmələrinə narazalıq etmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Aynur ilə qonşudur. Aynurun atası naxırçı olmuşdur. Bildiyinə görə həmin vaxt bələdiyyə sədri olmuş Ramazan ona 5-10 sot torpaq sahəsi vermişdir. Aynurgil də həmin sahəni təmizləyib qarğıdalı əkmişlər. Polisdə ona qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Polislərin sahəyə gəlməsini görməmişdir. Polisdə ifadə verməmişdən əvvəl Etibar və Aynurla görüşüb razılığa gəlməmişdir. Oranı Aynur əkmişdir. Etibarı orada görməmişdir. Polisdə müstəntiqə demişdir ki, yazı yaza bilmir. Polisdə Etibar barədə heç nə deməmişdir. Qarğıdalı əkilən sahəni görmüşdür. Etibarı kəndin adamı kimi tanıyır. Nə işlə məşğul olmasını bilmir. Polisdə ifadə verəndə ifadəsinə imza etmiş, lakin ifadəsini oxumamış və nəyə imza etdiyini bilməmişdir. Etibar oranı ümumiyyətlə istifadə etməmiş, onun heç vaxt istifadə etdiyini görməmişdir. Torpaqdan Aynur istifadə etmişdir. Örüş sahəsi ilə bağlı icra hakimiyyətinə şikayətə getmişdir. Aynurun atası əziyyət çəkib torpağı təmizləyib və həmin torpağı Aynurun atasına verilməsi məqsədilə getmişdir. İbtidai istintaqda və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyəti izah edə bilmir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Kənd sakinləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir. Onlarla hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təxminən 3-4 il əvvəl yaşadığı Qullar kəndi ərazisində kənd əhalisi arasında iribuynuzlu və kiçikbuynuzlu heyvanların otarılması ilə bağlı narazlıqlar olduğundan həmin vaxt rayon İcra Hakimiyyətindən, kənd icra nümayəndəsindən və kənd bələdiyyəsindən bir neçə nümayəndə gələrək kənd ərazisində heyvanların otarılması ilə bağlı örüş sahələrini bir daha kənd əhalisinə göstərmişlər. Bundan sonra isə həmin ərazilərdə hər kəs özünə məxsus heyvanları örüşə aparmışdır. Həmin örüş sahəsinin bir hissəsində də kənd sakinlərindən olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarğıdalı bitkisi əkmişlər. Buna nə o, nə də ki, onun bildiyi qədəri kənd sakinlərindən digərləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin sahənin bir hissəsində qarğıdalı bitkisi əkmələrinə narazalıq etməmişlər. O, da buna etiraz etməmişdir. Çünki Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kənd sakinlərindən istifadə üçün qarğıdalı bitkisini istədikləri halda həmin əkilmiş qarğıdalıdan onlara da müəyyən qədər istifadə üçün pay olaraq qarğıdalı vermişlər. Buna görə də şəxsən onun, bildiyi qədəri ilə də kənd sakinlərindən həmin örüş sahəsindən istifadə etməli olan digər şəxslərin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 örüş sahəsinin bir hissəsində qarğıdalı bitkisi əkmələrinə narazalıq etməmişlər. Həmçinin qeyd olunan örüş sahəsi yaşayış yerindən biraz kənarda yəni uzaqda olduğu üçün həmin örüş sahəsində heyvanların otarılması üçün aparılmasında da çətinliklər olduğu üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin sahədə qarğıdalı bitkisini əkmələrinə narazılıq etməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərimşdir ki, 2010-2020-ci illərdə Balakən rayon Qullar Bələdiyyəsinin sədri işləmişdir. Həmin ərazi yararsız yer olmuşdur. Oranı Aynurun kəndin çobanı işləmiş atası təmizləmişdir. Təqsirləndirilən şəxs2 oranı nə vaxtdan istifadə etdiyini deyə bilməz. Aynurun atası 2010-cu ildən istifadə edir. O, həmin ərazinin bələdiyyə ərazisi olduğunu bilmiş, lakin kəndin çobanı olduğu üçün qeyri-rəsmi istifadəyə razılıq vermişdir. Ora ümumilikdə 22 hektar örüş sahəsidir. Orada pay torpaqları da vardır. Pay torpaqlarının bir hissəsi əkilir. Hazırda orada Firəngiz adlı qadın əkir. Aynur orada 10 ildir ki, qarğıdalı əkir. Ancaq Etibarın oradan istifadə etməsini deyə bilməz. Onun sədrlik etdiyi dövrdə Etibarı orada görməmişdir. Etibar ATS-də işləyir, onun əkin-biçin etməsini görməmişdir. Rəsmi şəkildə həmin torpaq sahəsini verməmişdir. Çünki bu, onun səlahiyyətində olmamışdır. Həmin ərazi yararsız yer olmuş, 40-50 sm ölçüdə orada su qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokollardan görünür ki, ittihamın predmetini təşkil edən torpaq sahəsinə baxış keçirilmiş, baxışın nəticələri protokollaşdırılmış və müvafiq fotoşəkillər çəkilərək, iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 12 iyun 2023-cü il tarixli 3-21-3-47/2-2136/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zəbt edilən torpaq sahəsi 6,35 ha olmaqla Balakən rayonu Qullar Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2023-cü il tarixli 8 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ərazidə müsbət xarakterizə olunurlar. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 188.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə CM-nin 188.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmələri barədə ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini onlara istinad olunan CM-nin 188.3-cü maddəsilə təqsirli bilmələri barədə ibtidai istintaqda verdiyi ifadələri işdəki digər mötərəbr sübutlarla müəyyən olunmuş işin həqiqi faktiki hallarını əks etdirdikləri üçün mötəbər sübut kimi qəbul olunmalıdır. Bu zaman iş materiallarına əsasən təqsirləndirilən şəxslər tərəfindən qanunsuz əkilmiş bələdiyyə mülkiyyətinə aid örüş sahəsinin də 6,35 hektar olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslərin verilən ittiham üzrə özlərini təqsirli bilməməri barədə məhkəmə iclasında verdiyi ifadələri isə məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməklə mötəbər sübut kimi qəbul olunmamalıdır. Eynilə məhkəmə zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qullar Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və şahidlər Şahid2 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətə işdəki mötəbər sübutlar əsasında hüquqi qiymət verərək, hesab edir ki, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu Qullar Bələdiyyəsinin nümayəndəsi Nümayəndə və şahidlər Şahid2 və Şahid3 ibtidai istintaqda şahid qismində verdiyi ifadələri işdəki digər mötərəbr sübutlarla müəyyən olunmuş işin həqiqi faktiki hallarını əks etdirdikləri üçün mötəbər sübut kimi qəbul olunur. Məhkəmə həmçinin müdafi tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsini verilən ittihamın təkzibi üçün mötəbər sübut kimi qəbul etmir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutmuşlar. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə CM-in 188.1-ci, həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə CM-in 188.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Onların cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən şəhid qardaşı olmasını, ilk dəfə cinayət əməli törətməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən ilk dəfə cinayət əməli törətməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 şəhid qardaşı olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması təqsirləndirilən şəxsi yaxşı mənada digər şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməsi və onun şəxsiyyətinin müsbət cəhətlərinin vurğulanması zərurətindən irəli gəlir. Məhkəmə həmçinin bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikalarında model davranışa çevrilməməsi işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətmələri və yaşadığı ərazidə müsbət xarakterizə olunmaları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, şəhid qardaşı olması, ilk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi cəzasını ağırlaşdıran halı, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CMin 62-ci maddəsinin tətbiqi üçün əsasların olmamasını, həmçinin daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi cəzasını ağırlaşdıran halı, cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsasların olmamasını, həmçinin daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X4 ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin təqsirləndirilən şəxs X4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut, mülki iddia, maddi zərər, məhkəmə xərcləri və müsadirə oluna bilən əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 20 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili X10 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 Nasrullavh qızının hüquqlarının müdafiəsinə 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 120 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 120 manat, cəmi 240 manat tutulub Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessal Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 120 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 120 manat, cəmi 240 manat tutulub Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-14/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-14/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver