Məhkəmə qərarları › İş №1(019)-15/2020

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-15/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-15/2020 16.09.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, tərcüməçi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Müdafiəçi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs-xx.xx.1977-ci ildə Qax rayonunun Qaxingiloy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qax rayonunun Qaxingiloy kəndində yaşayan və barəsində xx.xx.2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyə n etdi: Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğundan baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə yazılı vəsatət verərək Təqsirləndirilən şəxs daha ağır maddə ilə ittiham olunması, onlara dəymiş maddi və mənəvi ziyanın ödənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, ekspert rəyinə əsasən onun oğlu Zərərçəkmiş şəxs sağlamlığına az ağır deyil, ağır zərər dəymişdir. Ona görə də təqsirləndirilən şəxs daha ağır maddə ilə ittiham olunmalıdır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı1 məhkəməyə yazılı vəsatət verərək məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən ibtidai istintaq zamanı yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində iki dəfə məhkəmətibbi ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 327 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sağ biləyin iç hissəsinin cırılmış-didilmiş yarası, bükücü vətərlərin və sinirlərin zədələnməsi bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, onun müalicəsi başa çatdıqdan sonra əlavə rəy veriləcəkdir. Həmin iş üzrə əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 06/Ə saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sağ əlin ovuc səthinin kəsilmiş yarası, İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin kəsilməsi, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin dəyməsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə baxışının gedişində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iş üzrə yenidən məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair vəsatət vermiş və onun vəsatəti əsasında məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, T-168/2020 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ əlin ovuc səthinin kəsilmiş-cırılmış yarası, İ, İİ, İİİ, İV barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ, İİ, İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, xx.xx.2019-cu il tarixdə hərəkətdə olan avtomobilin çıxıntılı hissələri ilə piyadanın vurulması zamanı yarana bilərdi və dərəcəsinə görə sağ əlin ovuc səthinin kəsilmiş-cırılmış yarası, İ,İ İ,İ İİ və İV barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin zədələnməsi, əlin qısa əzələlərinin hipotrofiyası, İ, İİ, İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma-ümumi əmək qabiliyyətinin 1/3-dən çox (45%) dayanıqlı (daimi) itirilməsi ilə nəticələndiyindən sağlamlığa ağır zərərvurmaya, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı isə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Göründüyü kimi, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyində əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi ilə zərərçəkmiş şəxsdə müəyyən edilmiş yuxarıda göstərilən xəsarətlərdən əlavə, İ,İİ,İİİ və İV barmaqların ağır dərəcəli bükücü kontrakturası, açmanın kəskin pozulması, bu barmaqların funksiyasının və əlin əmək qabiliyyətinin itirilməsi, hissiyyat pozğunluğu, ovucda ağrılı nevroma kimi xəsarətlər də aşkar olunması qeyd edilmişdir. Həmçinin, sonuncu ekspertiza rəyi ilə zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən sağ körpücük sümüyünün yerdəyişmiş sınığının sağlamlığa az ağır, digərlərinin isə sağlamlığa ağır xəsarət vurmaya aid edilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, Təqsirləndirilən şəxs Otaryeviçin əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə, yəni ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə baxışı iclasında Dövlət ittihamçısı1 özünün verdiyi vəsatəti, eləcə də yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təqsirləndirilən şəxsə daha ağır maddə ilə ittiham irəli sürülməsini əks etdirən vəsatətini müdafiə edərək, onların təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4 vəsatətlərini müdafiə edərək, özlərinin və dövlət ittihamçısının vəsatətlərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi vəsatətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin vəsatətləri təmin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək məhkəməyə verilmişdir, ona görə ki, o, xx.xx.2019-cu il tarixdə təxminən saat 13:50 radələrində Yevlax- Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonunun ərazisindən keçən 148-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində 60 km/saatdan artıq sürətlə idarə etdiyi idarə etdiyi Opel Astra markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri istiqamətindən Zaqatala rayonu istiqamətində hərəkət edərkən yolun sağından soluna keçən piyada xx.xx.2005-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs vurmuş, nəticədə YYÇ-an Zərərçəkmiş şəxs sağ əlin ovuc səthinin kəsilmiş yarası, İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin və İİ, İİİ barmaqlara məxsus ümumi barmaq sinirinin kəsilməsi, sağ körpücük sümüyünün yerdəyişmiş sınığının əmələ gəlməsi ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsə sözügedən ittiham ibtidai istintaq zamanı alınmış məhkəmətibbi ekspertin xx.xx.2019-cu il tarixli 327 №-li rəyi və məhkəmə-tibbi ekspertinin xx.xx.2019-cu il tarixli 06-Ə №-li əlavə rəyi əsasında elan edilmişdir. Hər iki rəyə əsasən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmiş xəsarətləri dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilmişdir. Lakin, məhkəmə baxışı zamanı təyin edilərək alınmış komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, T-168/2020 saylı rəyi ilə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ körpücük sümüyünün yerdəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, qalan xəsarətlərin isə dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid olması müəyyən edilmişdir. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət isə Təqsirləndirilən şəxs Otaryeviçin ittiham olunduğu Cinayət Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətdən daha ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin,yəni Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən onun Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroruna qaytarılmalıdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs AH ******* nömrəli sürücülük vəsiqəsi Gürcüstanın Tbilisi DİO tərəfindən xx.xx.2010-cu ildə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxxxx 2020-ci il tarixli 016-31886-1220 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş « Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqələrinin verilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar qeyd olunan Əsasnamədən irəli gələn digər məsələlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2012-ci il tarixli Q16-001-12 nömrəli qərarı ilə tənzimlənir. Qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavıilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərabycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirilməlidir. Vətəndaş X1 olan sürücülük vəsiqəsinin milli sürücülük vəsiqəsinə dəyişdirilməsi məqsədi ilə DYP orqanlarına, eləcə də "ASAN xidmət" mərkəzlərinə müraciət etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı bu məsələni, həmçinin həmin sürücülük vəsiqəsinin həqiqiliyi məsələsini də araşdıraraq bu məsələlərə də hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroruna qaytarılsın. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar