Məhkəmə qərarları › İş №1(019)-15/2021

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-15/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-15/2021 16.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X5, müdafiəçilər- Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin iştirakları ilə xx.xx.1979-cu il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Gürcüstanın Tbilisi şəhərində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan- Təqsirləndirilən şəxs1 və xx.xx.1986-cı il tarixdə Gürcüstanın Batumi şəhərində anadan olmuş, Gürcüstan vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Gürcüstanın Batumi şəhərində pasport qeydiyyatında olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan- Təqsirləndirilən şəxs2çin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 318.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Gürcüstanda cinayət törətdiyinə görə axtarışda olması səbəbindən Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2ç ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019- cu il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2020- ci il tarixdə Bakı şəhərində sərhəd pozucusu qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs2ç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs2ç Gürcüstanda cinayət törətdiyinə görə axtarışda olması səbəbindən Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçdikdən sonra Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2020- ci il tarixdə Bakı şəhərində sərhəd pozucusu qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin sözügedən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə dostları Təqsirləndirilən şəxs2, Zaza Machabeli, Nika Kutaladze və Davit Berejiani ilə birlikdə oturub söhbətləşən zaman qərara gəlmişlər ki, əvvəllər tanıdıqları Gocha Vepxvadze adlı şəxsin Təqsirləndirilən şəxs2 və onun ailə üzvlərinə etdyi hörmətsizliyə görə Gocha Vepxvadze ilə söhbət etsinlər və başa salsınlar ki, ailə üzvlərinə etdiyi hörmətsizliyə görə sonuncu onlardan üzr istəsin. Bunun üçün də adlarını qeyd etdiyi dostları ilə birlikdə Gocha Vepxvadze adlı şəxsi özləri ilə götürüb “Lisi” adlanan gölün ətrafına aparmışlar. Orada Gocha ilə aralarında yaranmış mübahisə zamanı o, özündə olan silahla Gocha Vepxvadze adlı şəxsə bir neçə dəfə atəş açmış və həmin şəxsin çox qan itirdiyini görüb, Gocha Vepxvadzenin tanışı olan bir nəfər şəxsə zəng vurub, baş vermiş hadisə barədə məlumat verərək, həmin ərazidən uzaqlaşmışlar. Bir müddət sonra Gocha Vepxvadze adlı şəxsin öldüyünü və baş vermiş hadisə ilə əlaqədar olaraq Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən barələrində axtarış elan edildiyini bilmiş, tutulacaqlarından qorxduqları üçün dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmək qərarına gəlmişlər. Bunun üçün də dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə Laqadexi rayonuna gələrək, orada əvvəllər tanımadıqları bir nəfər şəxsin vasitəsi ilə sərhədyanı əraziyə doğru getmişlər. Həmin şəxslə bir qədər yol qət etdikdən sonra həmin şəxs onlara 150-200 metr aralı məsafəni göstərərək, həmin ərazini keçdikdən sonra Azərbaycan Respublikası ərazisinə gedə biləcəklərini deyərək, oradan aralanmışdır. Bundan sonra həmin şəxsin göstərdiyi istiqamətdə hərəkət edərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində dövlət sərhədini dostu Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişlər. Sərhədi keçdikdən sonra yol kənarında Balakən yazısını gördükdə, Balakən rayonu ərazisində olduqlarını başa düşmüşlər. Həmin ərazidə olan əvvəllər tanımadıqları şəxslərdən Bakı şəhərinə necə gedə biləcəklərini soruşduqda, bir nəfər “Mercedes” markalı avtomaşının taksi sürücüsü ilə Bakı şəhərinə 100 manat qarşılığında çatdırılmaları barədə razılaşaraq, həmin avtomaşınla Bakı şəhərinə gəlmişlər. Bundan sonra Bakı şəhərində əvvəllər yaşadığından və burada qaldığı zaman tanışları olduğundan həmin şəxslərdən biri olan Dima adlı şəxslə əlaqə saxlayaraq, Dimaya Bakı şəhərində olduğunu desələr də, Gürcüstanda axtarışda olmaları ilə bağlı heç bir söz deməyərək, kirayə yaşaya bilmələri üçün ev tapmaqda onlara köməklik etməsini xahiş etmiş və beləliklə də, Bakı şəhərində “Fəvvarələr Meydanı” adlanan ərazidə kirayə yaşamışlar. Bir neçə gün orada qaldıqdan sonra başqa ünvanda kirayə yaşamışlar. Bir neçə ay sonuncu ünvanda qaldıqdan sonra saxlanılmazdan təxminən 2 ay əvvəl başqa bir evə köçərək, yaşamışlar. xx.xx.2020-ci il tarixdə polis işçiləri tərəfindən saxlanıldıqda onlarla aparılan sorğu-sual zamanı Gürcüstanda adam öldürməyə görə axtarışda olmaları səbəbindən qaçaq yolla Gürcüstandan Azərbaycan Respublikasına gəldiklərini səmimi olaraq etiraf etmişlər. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2ç ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2019-cu il tarixdə dostları Təqsirləndirilən şəxs1, Zaza Machabeli, Nika Kutaladze və Davit Berejiani ilə birlikdə oturub söhbətləşən zaman qərara gəlmişlər ki, əvvəllər tanıdıqları Gocha Vepxvadze adlı şəxsin Təqsirləndirilən şəxs1 və onun ailə üzvlərinə etdyi hörmətsizliyə görə Gocha Vepxvadze ilə söhbət etsinlər və başa salsınlar ki, ailə üzvlərinə etdiyi hörmətsizliyə görə sonuncu onlardan üzr istəsin. Bunun üçün də adlarını qeyd etdiyi dostları ilə birlikdə Gocha Vepxvadze adlı şəxsi özləri ilə götürüb “Lisi” adlanan gölün ətrafına aparmışlar. Orada Gocha ilə aralarında yaranmış mübahisə zamanı dostu Təqsirləndirilən şəxs1 özündə olan silahla Gocha Vepxvadze adlı şəxsə bir neçə dəfə atəş açmış və həmin şəxsin çox qan itirdiyini görüb, Gocha Vepxvadzenin tanışı olan bir nəfər şəxsə zəng vurub, baş vermiş hadisə barədə məlumat verərək, həmin ərazidən uzaqlaşmışlar. Bir müddət sonra Gocha Vepxvadze adlı şəxsin öldüyünü və baş vermiş hadisə ilə əlaqədar olaraq Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən barələrində axtarış elan edildiyini bilmiş, tutulacaqlarından qorxduqları üçün dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmək qərarına gəlmişlər. Bunun üçün də dostu Təqsirləndirilən şəxs1 ilə birlikdə Laqadexi rayonuna gələrək, orada əvvəllər tanımadıqları bir nəfər şəxsin vasitəsi ilə sərhədyanı əraziyə doğru getmişlər. Həmin şəxslə bir qədər yol qət etdikdən sonra həmin şəxs onlara 150-200 metr aralı məsafəni göstərərək, həmin ərazini keçdikdən sonra Azərbaycan Respublikası ərazisinə gedə biləcəklərini deyərək, oradan aralanmışdır. Bundan sonra həmin şəxsin göstərdiyi istiqamətdə hərəkət edərək, xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində dövlət sərhədini Təqsirləndirilən şəxs1 ilə birlikdə qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmişlər. Sərhədi keçdikdən sonra yol kənarında Balakən yazısını gördükdə, Balakən rayonu ərazisində olduqlarını başa düşmüşlər. Həmin ərazidə olan əvvəllər tanımadıqları şəxslərdən Bakı şəhərinə necə gedə biləcəklərini soruşduqda, bir nəfər “Mercedes” markalı avtomaşının taksi sürücüsü ilə Bakı şəhərinə 100 manat qarşılığında çatdırılmaları barədə razılaşaraq, həmin avtomaşınla Bakı şəhərinə gəlmişlər. Bundan sonra Bakı şəhərində əvvəllər yaşadığından və burada qaldığı zaman tanışları olduğundan həmin şəxslərdən biri olan Dima adlı şəxslə əlaqə saxlayaraq, Dimaya Bakı şəhərində olduğunu desələr də, Gürcüstanda axtarışda olmaları ilə bağlı heç bir söz deməyərək, kirayə yaşaya bilmələri üçün ev tapmaqda onlara köməklik etməsini xahiş etmiş və beləliklə də, Bakı şəhərində “Fəvvarələr Meydanı” adlanan ərazidə kirayə yaşamışlar. Bir neçə gün orada qaldıqdan sonra başqa ünvanda kirayə yaşamışlar. Bir neçə ay sonuncu ünvanda qaldıqdan sonra saxlanılmazdan təxminən 2 ay əvvəl başqa bir evə köçərək, yaşamışlar. xx.xx.2020-ci il tarixdə polis işçiləri tərəfindən saxlanıldıqda onlarla aparılan sorğu-sual zamanı Gürcüstanda adam öldürməyə görə axtarışda olmaları səbəbindən qaçaq yolla Gürcüstandan Azərbaycan Respublikasına gəldiklərini səmimi olaraq etiraf etmişlər. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş məlumata əsasən xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında kirayədə yaşayan 2 nəfər Gürcüstan vətəndaşı tərəflərindən saxlanılaraq, Bakı şəhəri Nəsimi Rayon Polis idarəsinin 22-ci Polis Şöbəsinə gətirilmişdir. Həmin şəxslər barəsində aparılan ilkin araşdırma zamanı onların Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2ç və Təqsirləndirilən şəxs1 olmaları, onların bir müddət əvvəl Gürcüstan ərazisində cinayət törətdikləri üçün beynəlxalq axtarışa verildiklərindən qaçaq yolla Gürcüstandan Azərbaycan Respublikasına gəlmələri müəyyən edilmişdir. Adları qeyd olunan şəxslər Gürcüstanda bir nəfər şəxsi öldürdükləri üçün barələrində cinayət işinin açılaraq beynəlxalq axtarışa verilmələri səbəbindən xx xxxxxx 2019-cu il tarixdə Balakən rayon ərazisindən dövlət sərhədini qanunsuz yolla keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gəldiklərini, həmin vaxtdan etibarən Bakı şəhərində bir neçə ünvan dəyişməklə yaşadıqlarını bildirmişlər. Bundan sonra qeyd olunan şəxslər barələrində müvafiq araşdırma aparılması üçün toplanılmış materiallarla birlikdə aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İşin 7-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin rəisinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə daxil olmuş məlumat əsasında kirayə yaşadıqları evdə saxlanılan Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs1 Yureviçin və Təqsirləndirilən şəxs2çin barələrində aparılan araşdırma zamanı onların dövlət sərhədini qanunsuz yolla Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçdikləri məlum olmuşdur. İşin 8-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN-liyi interpol-un Milli Mərkəzi Bürosundan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin 109.2, 143.2 və 143.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2çin barəsində isə həmin Məcəllənin 25,109.2, 109.2, 143.2 və 143.3cü maddələri ilə xx.xx.2020-ci il tarixdə İNTERPOL kanalları ilə beynəlxalq axtarış elan olunmuşdur. İşin 28-ci vərəqində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Eldar Qazıbəyov tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd İpone markalı planşet və 1 ədəd İpone markalı mobil telefon, Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd qaz sayğacı olan smart kartı, 2 ədəd plastik kart, 2 ədəd vizit kartı və 1 ədəd mənzil açarı və həmin şəxslər Bakı şəhəri Nəsimi RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, ədliyyə baş leytenantı Bayramov Rövşən Ceyhun oğluna təhvil verilmişdir. İşin 132-133-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sxemə baxış keçirilməsi haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının Balakən rayonu ərazisində yerləşən ərazisindən qarşı tərəfdə müqabil ölkə Gürcüstanın Laqadexi rayonu, 1-ci sıra “A” kvadratında yerləşir. İşin 125-126-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSX-nin ƏABİ-nin sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Yureviçin 2016-2018-ci il tarixlərdə dövlət sərhədindən sonuncu hərəkəti xx.xx.2018-ci il tarixdə Gürcüstan istiqamətində “çıxış” olmaqla ümumilikdə 22 hərəkəti qeydə alınmış, lakin Təqsirləndirilən şəxs2çin dövlət sərhədindən hərəkəti barədə hər hansı məlumat yoxdur. İşin 95-97-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 27 oktyabr 2020-ci il tarixli, 4(009)-547/2020 nömrəli qərarından görünür ki, həmin qərarla X9 barəsində 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İşin 101-103-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin 27 oktyabr 2020-ci il tarixli 4(009)- 546/2020 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İşin 116-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2ç məhkum olunmamışdır. İşin 117-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin ittiham olunduqları əməldə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X3rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər-Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə keçmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmasını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrini, həmin əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçdikləri yeri göstərmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, onlara Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etiraflar digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPMnin 126.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafları könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələrini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə cəza təyin edərkən onlara hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halı və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç barəsində təqsirli bilindikləri Azərbaycan Respblikası CM-nin 318.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin xx xxxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandıqları müddət onlara təyin olunan cəza müddətinə daxil edilməklə onların cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPMnin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd İpone markalı planşet və 1 ədəd İpone markalı mobil telefon Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə qaytarılmalı, Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd qaz sayğacı olan smart kartı, 2 ədəd plastik kart, 2 ədəd vizit kartı və 1 ədəd mənzil açarı isə Təqsirləndirilən şəxs2çə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir);132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç Gürcüstan vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çin Gürcüstan vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş materiallarından görünür ki, Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 5 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2çin hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı 30 manat Zaqatala rayon Vəkil Bürosunun nəfinə «Azərbaycan Beynəlxalq Bankı» Zaqatala filialındakı VÖEN: **********, AZ45İBAZ******************** №-li hesabına və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2çə göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X7 çağırışa və gündəlik xərclərə görə 50 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2ç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs2çin xx xxxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 58.3 və 52.1-1-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ç əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd İpone markalı planşet və 1 ədəd İpone markalı mobil telefon Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2çə qaytarılsın; Təqsirləndirilən şəxs2çə məxsusluğu göstərilən 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd qaz sayğacı olan smart kartı, 2 ədəd plastik kart, 2 ədəd vizit kartı və 1 ədəd mənzil açarı Təqsirləndirilən şəxs2çə qaytarılsın. Hazırki iş üzrə Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı 30 manat Zaqatala rayon Vəkil Bürosunun nəfinə «Azərbaycan Beynəlxalq Bankı» Zaqatala filialındakı VÖEN: **********, AZ45İBAZ******************** №-li hesabına və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2çə göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X10 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X7 50 (əlli) manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar