Məhkəmə qərarları › İş №1(019)-15/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-15/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-15/2023 23.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1994-cü il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş- Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 4(019)-69/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və hazırda həbsdə olan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 185.2.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə «23» avqust 2023-cü il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, qanunsuz olaraq təkrarən talama məqsədi olmadan nəqliyyat vasitəsini ələ keçirmə (qaçırma) cinayət əməlini törətmişdir. Belə ki, Balakən Rayon Məhkəməsində məhkəmə baxışında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq təkrarən 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri R.Əhmədzadə küçəsində dayanmış Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb), Balakən rayonu ərazisində sürərərək, rayonunu Qullar kəndi ərazisindəki kənd arası yolda yolun kənarında saxlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 326 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azçərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Həmçinin Balakən Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. 19 avqust 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində Balakən şəhəri ərazisində gəzmişdir. Balakən şəhəri R.Əhmədzadə küçəsində olduğu zaman yolun kənarında dayanmış vəziyyətdə VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşının olmasını görmüşdür. O, həmin vaxt avtomobili sürmək istəmişdir. Bunun üçün də maşına yaxınlaşıb qapısına baxdıqda açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt maşını sürmək üçün maşının içərisində sürücü oturacağında əyləşmiş, bundan sonra maşını işə salmaq üçün açarlarının olmadığını görüb, sükanın alt hissəsində olan naqilləri çıxarıb bir-birinə toxundurmaqla avtomobili işə salmışdır. Daha sonra avtomobili sürərək, Balakən rayonu Qullar kəndi ərazisinə getmişdir. Qullar kəndi ərazisində avtomobili idarə edən zaman avtomobil anidən dayanmışdır. O, bu zaman yenidən avtomobili işə salmaq istəsə də, bunu edə bilməmişdir. Daha sonra avtomobili yolun kənarında arxaya itələyib hərəkətə gətirmək istəsə də, bunu edə bilməmiş və avtomobili yolun kənarında ehtiyat hissədə saxlayaraq, oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. O, avtomaşını arxaya itələyən zaman avtomaşın yolun kənarında olan ağaca çırpılaraq dayanmışdır. Sürücü tərəfdən isə yan aynanı aşağı endirmək istəyəndə aynada nasazlıq yaranmış və kilid işləməmişdir. Həmçinin o, ələ keçirərək sürmüş olduğu VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşının kimə məxsus olmasını həmin vaxt bilməmişdir. Həmçinin də sürmək üçün ələ keçirdiyi, sonradan isə Balakən rayon Mahamalar kənd sakini Zərərçəkmiş şəxs məxsus olduğunu bildiyi VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşın dayandıqdan sonra hərəkətə gətirə bilmədiyi üçün oradan uzaqlaşaraq, piyada yaşadığı evə qayıtmışdır. Həmin vaxt avtomaşında konkret olaraq hansı hissələrin zədələnməsi və avtomaşına hansı dəyərdə ziyan dəyməsini bilməmişdir. Onun VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşını ələ keçirməyini bilən və bu barədə məlumatı olan başqa şəxs olmamışdır. Onun həmin avtomaşını ələ keçirməkdə məqsədi sadəcə olaraq avtomaşını sürmək olmuşdur. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs ilə barışmış və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Özünə məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərməklə ailəsinin dolanmasını təmin edir. Həmin avtomaşın təxminən 1 ildir ki, onun mülkiyyətində olmaqla onu baş etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 02:30 radələrində VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşını Balakən şəhəri R.Əhmədzadə küçəsində saxlayaraq, həmin küçədə yaşayan tanışının evinə getmişdir. Həmin vaxt o, avtomaşının aynalarını tam bağlamaqla qapılarını da açarla bağlamışdır. 19 avqust 2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində küçəyə çıxıb maşına minib yaşadığı evə getmək istədiyi zaman avtomaşınının həmin yerdə olmadığını aşkar etmişdir. O, həmin avtomaşını kiməsə sürmək üçün vermədiyindən qaçırılmasından şübhələnmiş və bu barədə DİN-in 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Bir müddət avtomaşınını Balakən şəhəri ərazisində axtardıqdan sonra VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşınının rayonun Qullar kəndi ərazisində kənd arası yolda çörək bişirmə sexinin yaxınlığında dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin yerdə avtomaşınının qapıları və aynalarının açıq vəziyyətdə olduğunun, eyni zamanda sükanın alt tərəfində olan məftillərin yerindən çıxmış vəziyyətdə olduğunun şahidi olmuşdur. Həmçinin hadisə yerinə gəlmiş polis əməkdaşlarının iştirakı ilə avtomaşınına baxış keçirilmiş, baxış zamanı da maşının dayandığı yerin yaxınlığında olan çörək bişirmə sexinin təhlükəsizlik kameralarına baxdıqda avtomaşınını qaçırıb həmin yerə aparmış şəxsin Balakən şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra isə tərtib edilmiş baxış protokolu ucadan oxunmuş və imzalarla doğruluğunu təsdiq etmişlər. Ona məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşının qaçırılması nəticəsində 1 ədəd 28 manat dəyərində arxa alt paneli, 01 ədəd 100 manat dəyərində starteri, 01 ədəd 10 manat dəyərində sağ arxa stopu, 01 dəst 6 manat dəyərində rulun plasması, 01 ədəd 12 manat dəyərində zamok (kilid) xodlayıcı, 01 ədəd 20 manat dəyərində sol ön qapının mexanizmi, 01 ədəd 50 manat dəyərində arxa buferi yararsız hala düşməsi, həmçinin avtomaşınının rənglənməsi də 100 manat olmaqla ümumilikdə ona 326 manat məbləğində maddi ziyan dəymişdir. VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşını baş etibarnamə əsasında 2021-ci ilin iyul ayında almışdır. O, avtomaşını 2400 manat məbləğində pul ödəyərək almışdır və avtomaşın ona məxsusdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilmiş və onunla barışıq əldə edilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qarşı olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Balakən rayon Qullar kəndi ərazisində çörək bişirmə sexində işləyir. 19 avqust 2022-ci il tarixdə gecə həmin çörəkbişirmə sexində növbədə olduğu üçün səhərə kimi işləmişdir. Həmin gecə saat təxminən 03 radələrində sexin yan tərəfindən səs gəldiyi üçün pəncərəyə yaxınlaşıb baxdıqda ağ rəngli maşının arxaya hərəkət edib arxa hissəsinin yolun kənarındakı ağaca dəyərək dayandığını görmüşdür. Daha sonra isə bir nəfər şəxs maşının sürücü oturacağından düşüb oradan uzaqlaşmışdır. Lakin həmin şəxsin kim olmasını bilməmişdir. Həmin avtomaşının xarab olduğu üçün orada saxlayaraq getdiyini düşünmüşdür. 19 avqust 2022-ci il tarixdə səhər saatlarında isə polis əməkdaşları həmin yerə gəlib maşına baxdıqdan sonra avtomaşının qaçırılmasını, gecə sasatlarında isə avtomaşından düşüb gedən şəxsin həmin avtomaşını qaçırdığını bilmişdir. Lakin avtomaşını qaçıran şəxsin kim olmasını və avtomaşını haradan qaçırararq həmin yerə gətirməsini bilməmişdir. Eyni zamanda avtomaşının da kimə məxsus olmasını bilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, həmin gün saat 11:30-dan 12:10-dək olan müddət ərzində keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxış Balakən rayonu Qullar kəndi ərazisində, kənd arası yolda yolun kənarında dayanmış vəziyyətdə olan VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşına keçirilmişdir. Baxışda iştirak edən X4 avtomaşının özünə məxsus olduğunu, xx.xx.2022-ci il tarixdə gecə saat 02:30 radələrində Balakən şəhəri R.Əhmədzadə küçəsində yolun kənarında saxladığını, səhər saatlarında avtomaşına baxdıqda yerində olmadığını, avtomaşını axtardıqda isə Qullar kəndi ərazisində müəyyən etdiyini bildirmişdir. Baxış keçirilən VAZ 2101 markalı, **-BB-*** nömrə nişanlı avtomaşının ön və arxa hissələrində qeydiyyat nişanları asılmış, avtomaşının ağ rəngli olmaqla mühərrik nömrəsi 5608972, ban nömrəsi XTA 210100C3956877, avtomaşının ön sürücü qapısı açıq olmaqla aynası yarımçıq aşağı salınmış vəziyyətdə olmuşdur. Rulun alt hissəsində olan naqillər yerindən çıxmış vəziyyətdə olmuşdur. Həmçinin avtomaşının sol ön qapısının mexanizmi, sağ arxa stopu, arxa alt paneli, starteli, sükanın plasması və arxa buferində zədələr müəyyən edilmişdir. Zərərçəkmiş şəxs avtomobilin saxlanc yerindəki pul kisəsinin içərisində saxladığı 85 manat məbləğində pulun da yerində olmadığını bildirmişdir. Baxış davam edərkən avtomobil dayandığı yerin yan tərəfində yerləşən çörək bişirmə sexinə məxsus təhlükəsizli kamerasının olması aşkar edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq həmin kameranın yaddaş qurğusuna baxış keçirildikdə saat 04:16 radələrində həmin VAZ 2101 markalı avtomaşının hazırda olduğu yerdə dayandığı və sürücü oturacağından bir nəfər şəxsin aşağı düşüb oradan uzaqlaşaraq getməsi müəyyən edilmişdir. Baxışda iştirak edən polis əməkdaşları və Zərərçəkmiş şəxs həmin şəxsin Balakən şəhər sakini Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Həmin videogörüntü götürülərək protokola əlavə edilmişdir. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən alət, vasitə və ya əşya götürülməmişdir. İş materiallarında olan Avtoservis «777»-nin xx.xx.2022-ci il tarixli Aktına əsasən VAZ 21011 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyan 326 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 9/6152 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş “Avtoservis 777” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 1981-ci il buraxılışlı “VAZ 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin avqust ayına olan təmir-bərpa xərci təxminən 301,00 manat müəyyən edilir. O cümlədən -dəyişilməli hissələrin qiyməti-171,00 manat; -təmir-bərpa işlərinin qiyməti-130,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18.10-da Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)-57\2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və onun şübhəli şəxs kimi tutulduğu 20 avqust 2022-ci il tarixdən hazırki qərarın çıxarıldığı 22 avqust 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla barəsində 20 noyabr 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(019)-36\2021 nömrəli hökmündən və Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılmış və onun üzərində qəti olaraq 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəza çəkmə müddətinin əvvvəlinin 19 may 2021-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)-183/2022 nömrəli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli 751/4 nömrəli arayışından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(019)-24/2011 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.3-cü maddələrilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində xx.xx.2013-cü il tarixli amnistiya aktının tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Amnistiya aktının tətbiq edilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin baş müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 22 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsilə verilmiş ittiham öz qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs dəymiş ziyanın ümumilikdə 326 manat olması nəzərə alınmış, Zərərçəkmiş şəxs məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtqomaşın maddi sübut qismində tanınaraq avtomaşın qəbz əsasında sahibi Zərərçəkmiş şəxs qaytarılmış, hadisə yerinə baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)- 72/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(019)-72/2022 nömrəli qərarına və həmin ********* nömrəli işin materiallaırna əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış Şəki rayonu Öryət kənd sakini X1 məxsus VAZ-21074 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq, nəqliyyat vasitəsini hərəkətə gətirib, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb), Balakən şəhəri ərazisinə sürərək, şəhərin T.Adıgözəlov küçəsində yolun kənarında qrunt suları üçün nəzərdə tutulmuş çüxura salaraq, zərərçəkmiş şəxs Söhrab Abdullayevə ümumilikdə 695 manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 4(019)-69/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə barışması və zərərçəkimiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsi əsası cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmənin (qaçırmanın) təkrar törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. İş materiallaırndan görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Balakən Rayon Məhkəməsində məhkəmə baxışında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə təqsirləndirilən şəxs kimi qəsdən, qanunsuz olaraq təkrarən 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri, R.Əhmədzadə küçəsində dayanmış Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb) Balakən rayonu ərazisində sürərərək, rayonun Qullar kəndi ərazisindəki kənd arası yolda yolun kənarında saxlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 326 manat məbləğində maddi ziyan vurmuşdur. Yəni burada Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsilə ittiham verilərkən təkrarçılığa əsas olaraq ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış Şəki rayonu Öryət kənd sakini X1 məxsus VAZ-21074 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq, nəqliyyat vasitəsini hərəkətə gətirib, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib (qaçırıb), Balakən şəhəri ərazisinə sürərək, şəhərin T.Adıgözəlov küçəsində yolun kənarında qrunt suları üçün nəzərdə tutulmuş çüxura salaraq, zərərçəkmiş şəxs Söhrab Abdullayevə ümumilikdə 695 manat məbləğində maddi ziyan vurması və həmin işin Balakən Rayon Məhkəməsinin icraatında olması göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi cinayətin təkrar törədilməsi hesab edilmir. Belə ki, Azərbaycan Respublikası CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Qanun normasının tələbinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hazırki cinayət işi üzrə CM-nin 185.2.2-ci maddəsində nəzərdə tutulmuş təkrarçılığın əsası olaraq Təqsirləndirilən şəxs istinad edilmiş ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 ilə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edildiyi və barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verildiyi üçün, Təqsirləndirilən şəxs CM-nin eyni bir maddəsində nəzərdə tutulmuş cinayəti yenidən törətməsi həmin cinayətin təkrar törədilməsi hesab oluna bilməz. İşdəki sübutlardan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 19 avqust 2022ci il tarixdə saat 03 radələrində Balakən şəhəri R.Əhmədzadə küçəsində dayanmış Balakən rayonu Mahamalar kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-2101 markalı **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin açıq qapısından içərisinə daxil olaraq nəqliyyat vasitəsini hərəkətə gətirib talama məqsədi olmadan qanunsuz olaraq tələ keçirib (qaçırıb), Balakən rayonu ərazisində sürərək, rayonun Qullar kəndi ərazisindəki kənd arası yolda yolun kənarında saxlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 326 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə tösif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə işin faktiki hallarına və hüquqi əsaslarına istinadən hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında dindirilərkən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın könüllü şəkildə tam olaraq ona ödənildiyini və onunla barışıq əldə edildiyini bildirərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirlədirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs da ifadəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanı könüllü şəkildə tam olaraq ona ödədiyini və zərərəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək və bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək, onun barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət işi üzrə icraatia xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ona ödəməklə onunla barışmışdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi də Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirməyə (qaçırmaya) görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər; 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilən Təqsirləndirilən şəxs həmin ********* nömrəli cinayət işi üzrə məsuliyətdən azad edilənədək 19 avqust 2022-ci il tarixdə saat 03 radələrində hazırki CM-nin 185.1-ci maddəsilə olan cinayət əməli törətmişdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd”hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair 28 dekabr 2022-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs hazırki CM-nin 185.1-ci maddəsilə olan cinayət əməlinə görə cinayət məsuliyətindən azad olunması mümkün və qanunauyğundur Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə görə ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü və 73-1ci maddələrində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. Azərbaycan Respublikası CPM-nin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməklə barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə olan hazırki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. İş materiallarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələblərinə istinadən məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin hadisə yerinə baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 4(019)- 69/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ 2101 markalı **-BB-*** dövlət nömrə nişanlı avtomaşının onun sahibi olan Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın; iş üzrə hadisə yerinə baxışın videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli 4(019)-69/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 29, 177.2.4-cü maddələrilə təqsirləndirilməsinə dair başqa bir cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar