Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-16/2022 18.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1952-ci il tarixdə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki o, “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 28.10.2021-ci il tarixdən 11.11.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən rayonu Mahamalar kəndində yerləşən Covid-19 xəstəliyindən müalicə almalı olduğu və yaşadığı evi qəsdən, karantin rejimini pozmaqla, icazəsiz tərk edib insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayonu Mahamalar kəndində yerləşən evinin qarşısındakı küçəyə çıxmaqla oradakı daş hasarın dib hissəsində taxta oturacaq düzəldərkən qəsdən karantin rejimini pozmaqla həmin yerdə olan həmkəndliləri və qonşuları, Balakən rayonu Mahamalar kənd sakinləri Şahid3, Şahid4, eləcə də digər şəxslərin “Covid-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin yerdə saxlanılaraq cəmiyyətdən təcrid olunması üçün Balakən rayonu Mahamalar kəndində yerləşən evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır. Evlidir və pensiyaçıdır. 26 oktyabr 2021-ci il tarixdə özündə Covid 19 virusuna yoluxub-yoluxmaması barədə Balakən rayon Mərkəzi Xəstəxanasında yaxma yolu ilə analiz vermişdir. 28 oktyabr 2021-ci ildə həmin analizin pozitiv (+) olması barədə onun mobil telefonuna sms gəlmişdir. Yəni onda Covid 19 virusu aşkarlanmışdır. Həmçinin həmin tarixdə ona həkim tərəfindən mobil telefon vasitəsilə zəng edilmiş və həkim ona 26 oktyabr 2021-ci ildə Covid 19 virusundan verdiyi analizin cavabının pozitiv (+) olduğunu bildirmişdir. Həmçinin həkim ona bildirmişdir ki, Balakən rayonu Mahamalar kəndində yaşadığı ev karantin nəzarətinə götürülmüşdür. Buna görə də o, 14 gün müddətində yaşadığı evi tərk etməməlidir. Əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada və cinayət məsuliyyətinə cəlb edilə bilər. O, bundan sonra ev şəraitində müalicə almağa başlamışdır. Həmçinin ona məlum olmuşdur ki, o, 28 oktyabr 2021-ci ildən 11 noyabr 2021-ci il tarixədək karantin nəzarətindədir. Həmin müddətdə yaşadığı ünvanı tərk etməməyi barədə həkim tərəfindən xəbərdar edilmişdir. 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən yoldaşı Şahid5 ona yolda olan oturacaq stulun, yəni taxta sıranın sındığını və həmin oturacağı düzəltmək lazım olduğunu bildirmişdir. Buna görə də o, evdən çəkic, mismar və kəsilmiş taxta götürüb küçəyə çıxmışdır. Küçədə mismarla taxtanı bərkidərkən qonşuları Şahid3 və Şahid4 gəlmişlər. Bu zaman Elşad ona yaxınlaşmış və “sən ürək xəstəsisən, sənə ağır iş olmaz” demişdir. Sonra isə Elşad onun əlindən çəkici götürüb, mismarı taxtaya vurmağa başlamışdır. Həmin vaxt onun həyat yoldaşı Gülcahan da küçədə olmuşdur. Carullah isə təxminən onlardan təxminən 1-2 metr kənarda dayanmışdır.Bu zaman polis əməkdaşları gəlmiş və onun Covid xəstəsi olduğunu, həmin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, vətəndaşlarla təmasda olmağının məsuliyyətə səbəb olduğunu bildirmişlər. O, cavabında polis əməkdaşlarına öz qapısının qarşısında olduğunu demişdir. Yəni uzağa getmədiyini demək istəmişdir. Həmin vaxt polislər mobil telefon vasitəsilə videoçəkiliş də aparmışlar. Daha sonra polis əməkdaşları ona yaşadığı evin həyətinə keçməsini bildirmişlər. Bundan sonra o, yaşadığı evin həyətinə keçmişdir.X9 19 virusu olmamışdır. Həmin gündən sonra karantin müddəti bitənədək evdən çıxmamışdır. 11 noyabr 2021-ci ildə karantin müddəti bitdikdən sonra evdən çıxmışdır. O, həmin vaxt qonşuları Elşad və Carullaha Covid 19 virusuna yoluxmasını, yəni koronavirus xəstəsi olmasını deməmişdir.Yəni onları xəbərdar etməmişdir.Polislər onu küçədə aşkar etdikləri vaxt Elşadla o, oturaq vəziyyətdə stulu düzəltmiş, yanaşı dayanmışlar. Carullah isə onlardan 1-2 metr məsafə kənarda olmuşdur. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. 70 yaşında qoca bir kişidlir. Ürəyi də xəstədir. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində xidmət edir. 01 noyabr 2021-ci ildə Balakən rayonu Mahamalar kəndində Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid1 ilə birlikdə xidmətdə olmuşlar. Həmin kəndin ərazisində xidmət apararkən saat 17 radələrində 28 oktyabr 2021-ci ildə Covid 19 virusuna yoluxmaqla ev nəzarətinə götürülmüş, həmin tarixdən 11 noyabr 2021-ci il tarixədək yaşadığı evi tərk etmədən karantin nəzarətinə götürülmüş və ev şəraitində müalicə alan Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs Mahamalar kəndi ərazisində küçədə olmasını müəyyən etmişlər. Yaşadığı evi özbaşına tərk etmiş xəstə Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci tarixdə Covid 19 virusuna görə analiz vermiş və həmin analizin cavabı 28 oktyabr 2021-ci il tarixdə pozitiv (+) olmaqla, həmin tarixdə ev nəzarətinə alınmışdır. Həmçinin Təqsirləndirilən şəxs 11 noyabr 2021-ci il tarixədək ev şəraitində müalicə almalı olmuşdur. Lakin Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk edərək, evin qarşısındakı küçədə kənd sakinləri ilə təmasda olduğunu və Covid 19 virusunun yoluxmasına real təhlükə yaratdığını müəyyən etmişlər. Buna görə də o, idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşmış, həmin vaxt mobil telefon vasitəsilə videoçəkilişdən istifadə etmişlər. Həmçinin həmin vaxt Şahid1 da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk edib küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs küçədə bir nəfər vətəndaşla yaxın məsafədən təmasda olaraq, yol darvazasının yanında oturmaq üçün nəzərdə tutulmuş üzəri uzun taxtadan olan stul düzəltmişlər. Təqsirləndirilən şəxs stolu tutub, digər şəxs isə əlindəki çəkiclə mismarı vuraraq, həmin stulun taxtasını bərkitmişdir.Təxminən 2-3 metr məsafədə isə biri qadın, digəri kişi olmaqla 2 nəfər vətəndaş da dayanmışlar. Həmin vaxt o, avtomobildən düşərək, Təqsirləndirilən şəxs nə üçün küçəyə çıxdığını soruşduqda, cavabında Təqsirləndirilən şəxs özünə məxsus yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs onun Covid 19 xəstəsi olduğunu, nə üçün yaşadığı evi tərk etdiyini, xəstəliyin yayılmasına təhlükə yaratdığını, vətəndaşlarla təmasda olmasının ona qadağan edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs da yenidən öz qapısının qarşısında olduğunu bildirərək, nə üçün vətəndaşla təmasa girməsi sualına isə “nə olacaq ki” cavabını vermişdir. Sonra isə o, hadisə yerində olan Covid 19 virusuna yoluxmuş xəstə Təqsirləndirilən şəxs yaşadığı evə getməsini bildirmişdir. Hadisə yerində olan vətəndaşlara isə həmin yerdən uzaqlaşmaları barədə xəbərdarlıq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əşyalarını götürərək, küçədən yaşadığı evin həyətinə keçmişdir. Onunla yaxın təmasda olan vətəndaşlar isə hadisə yerindən kənarlaşmışlar. Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib küçəyə çıxaraq, vətəndaşlarla təmasda olub, vətədaşların Covid 19 virusuna yoluxmasına real təhlükə yaratması faktı isə mobil telefon vasitəsilə tərəflərindən fasiləsiz olaraq videolentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə, yəni kənd təsərrüfatı işləri ilə məşğul olur. Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs və arvadı Şahid5 tanıyır. Onlar qonşuları olmaqla həmkəndlidirlər. Təqsirləndirilən şəxsla, həmçinin arvadı Şahid5 ilə hər hansı düşmənçiliyi və ədavəti yoxdur və olmamışdır. Əksinə bir qonşu və həmkəndli olaraq yaxşı münasibətləri vardır. 01 noyabr 2021-ci il tarixdə o, yaşadıqları kənddə həmkəndlisi Şahid4 ilə birlikdə təxminən saat 17 radələrində küçəyə çıxdıqda, Təqsirləndirilən şəxs və Şahid5 yol qapılarının qarşısında olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə olan əyləşmək üçün nəzərdə tutulmuş sıra formasında olan stulu düzəltmişdir. Bu zaman o, Nəzirin həmin stulun taxtasına mismar vurduğunu görmüş və yaxınlaşaraq, Nəzirin ürək xəstəliyi keçirdiyini, buna görə də mismarı özünün vuracağını demişdir. Məqsədi yaşlı adam olduğu və ürək xəstəliyi keçirdiyi üçün Təqsirləndirilən şəxs kömək etmək olmuşdur. Daha sonra çəkici Nəzirin əlindən götürmüş və mismarı taxtaya vurmağa başlamışdır. Bu zaman iki nəfər polis əməkdaşı avtomobili saxlayıb avtomobildən düşmüşlər. Həmin polislərdən biri Təqsirləndirilən şəxs karantinə alındığını və Covid 19 virusuna yoluxub ev şəraitində müalicə almalı olduğunu bildirmişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, onunla və digər şəxslərlə təmasdadır. Nəzirin vətəndaşlarla təmasda olması qadağandır. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşına öz yaşadığı evin qarşısında olduğunu, nə olacağını bildirmişdir. Polis əməkdaşı da Təqsirləndirilən şəxs həyətinə keçməsini, insanlarla təmasda olmasının və evdən icazəsiz çıxmasının qadağan olunduğunu demişdir. Təqsirləndirilən şəxs da bundan sonra öz yaşadığı evin həyətinə keçmişdir. Sonra isə polis əməkdaşı onları da həmin yerdən, yəni Təqsirləndirilən şəxs yol qapısının ağzından uzaqlaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs küçədə aşkarlanması polis tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxmasını və karantin nəzarətinə alınmasını, Covid 19 virusu daşıyıcısı olmasını, yəni koronavirus xəstəsi olmasını bilməmişdir. Əgər məlumatı olsa idi o, Təqsirləndirilən şəxs yaxınlaşmazdı. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aşkar edildiyi vaxt Nəzirlə onun arasında bir neçə santimetr məsafə olmuşdur. Həmin vaxt o, mismarı vurmuş, Nəzir isə onun yanında oturaq vəziyyətdə taxtanı tutmuşdur.Yəni hər ikisi oturaq vəziyyətdə olmuşlar. Həmçinin Təqsirləndirilən şəxs onlara koronavirus xəstəsi olması, Covid 19 virusuna yoluxması və karantin nəzarətinə alınması barədə heç bir söz deməmişdir.Əgər bu barədə onu xəbərdar etsə idi, Nəzirə yaxınlaşmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, halhazırda Balakən rayonu Mahamalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Fərdi əməklə, yəni kənd təsərrüfatı işləri ilə məşğul olur. Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs və onun arvadı Şahid5 tanıyır və onlarla bir qonşu və həmkəndliləri kimi münasibətləri yaxşıdır. 01 noyabr 2021-ci il tarixdə o, yaşadıqları kənddə həmkəndlisi və qonşusu olan Şahid3 ilə birlikdə təxminən saat 17 radələrində küçəyə çıxdıqda, Təqsirləndirilən şəxs və Şahid5 yol darvazasının qarşısında olduğunu görmüşdür. Həmin vaxt Nəzir küçədə olan əyləşmək üçün nəzərdə tutulmuş sıra formasında olan stulu düzəltmişdir. O və Elşad Nəzirin həmin stulun taxtasına mismar vurduğunu görmüşlər. Bu zaman Elşadla o, həmin yerə yaxınlaşmışlar. Elşad Nəzirə yaxınlaşaraq, Nəzirin ürək xəstəliyi keçirdiyindən mismarı özü vuracağını bildirmişdir. Elşad Nəzirə kömək etmək istəmişdir. Sonra Elşad çəkici Nəzirin əlindən götürmüş və mismarı taxtaya vurmağa başlamışdır. Bu zaman iki nəfər polis əməkdaşı avtomobillə gəlmiş və avtomobili saxlayıb avtomobildən düşmüşlər.Həmin polislərdən biri Təqsirləndirilən şəxs bildirmişdir ki, o, karantinə alınıb və Covid 19 virusuna yoluxub, ev şəraitində müalicə almalıdır.Polis əməkdaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, vətəndaşlarla, yəni onlarla təmasdadır. Nəzirin vətəndaşlarla təmasda olması qadağandır. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşına öz yaşadığı evin qarşısında olduğunu, həmçinin nə olacağını demişdir. Polis əməkdaşı Təqsirləndirilən şəxs həyətinə keçməsini, Nəzirin vətəndaşlarla təmasda olmasının, evdən icazəsiz çıxmasının qadağan olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bundan sonra öz yaşadığı evin həyətinə keçmişdir. Sonra isə polis əmakdaşı onları da həmin yerdən, yəni Təqsirləndirilən şəxs yol qapısının ağzından uzaqlaşdırmışdır. Həmçinin Təqsirləndirilən şəxs küçədə aşkarlanması polis tərəfindən mobil telefon vasitəsilə qeydə alınmışdır. Sonra isə Təqsirləndirilən şəxs arvadı Şahid5 öz yaşadıqları evin həyətinə keçmişdir. O və Elşad isə öz yaşadıqları evə getmişlər. Təqsirləndirilən şəxs Covid 19 virusuna yoluxmasını və karantin nəzarətinə alınmasını, Covid 19 virusu daşıyıcısı olmasını, yəni koronavirus xəstəsi olmasını o, bilməmişdir. Əgər məlumatı olsa idi o və Elşad Təqsirləndirilən şəxs yaxınlaşmayacaqdılar. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aşkar edildiyi vaxt onunla aralarında 1-2 metr məsafə olmuşdur. Elşad isə Nəzirlə yanaşı oturaq vəziyyətdə mismarı vurmuşdur. Nəzirlə Elşadın arasında bir neçə santimetr məsafə olmuşdur. Həmçinin həmin vaxt Təqsirləndirilən şəxs onlara koronavirus xəstəsi olması, Covid 19 virusuna yoluxması, karantin nəzarətinə alınması, özünə yaxınlaşmalarının təhlükəli olması heç bir söz deməmişdir. Əgər bu barədə onu xəbərdar etsə idi,o və Elşad Nəzirə yaxınlaşmayacaqdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır.Heç yerdə işləmir, evdar qadındır. Əri Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə özündə Covid 19 virusu olub-olmaması barədə Balakən rayon Mərkəzi Xəstəxanasında yaxma yolu ilə analiz vermişdir. 28 oktyabr 2021-ci ildə həmin analizin pozitiv (+) olması barədə əri Nəzirin mobil telefonuna sms gəlmişdir.Yəni ərində Covid 19 virusu aşkarlanmışdır.Həmçinin həmin tarixdə həkim tərəfindən mobil telefon vasitəsilə zəng edilmiş və həkim əri Nəzirə bildirmişdir ki, 26 oktyabr 2021-ci ildə Covid 19 virusundan verdiyi analizin cavabı pozitiv (+) olmuşdur. Həmçinin də həkim əri Nəzirə bildirmişdir ki, Balakən rayonu Mahamalar kəndində yaşadığı ev karantin nəzarətinə götürülmüşdür. Buna görə də 14 gün müddətində yaşadığı evi tərk etməməlidir. Əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada bilər. Əri Təqsirləndirilən şəxs da ev şəraitində müalicə almağa başlamışdır. Həmçinin ərinə məlum olmuşdur ki, 28 oktyabr 2021-ci ildən 11 noyabr 2021-ci il tarixədək karantin nəzarətindədir. Həmin müddətdə yaşadığı ünvanı tərk etməməlidir. Əri bu barədə həkim tərəfindən xəbərdar edilmişdir. 01 noyabr 2021-ci il tarixdə saat 17 radələrində o və əri Nəzir yaşadıqları evdə olarkən əri Nəzirə yolda olan oturacaq stulun, yəni taxta sıranın sındığını və Nəzirə həmin stulu düzəltməsini demişdir. Buna görə də yoldaşı evdən çəkic, mismar və kəsilmiş taxta götürüb küçəyə çıxmışdır. Nəzir küçədə mismarla taxtanı bərkidərkən qonşuları Elşad və Carullah gəlmiş, bu zaman Elşad Nəzirə yaxınlaşmış və Nəzirin ürək xəstəsi olduğunu və ona görə də ağır iş görməməli olduğunu bildirmişdir. Sonra isə Elşad Nəzirin əlindən çəkici götürüb, mismarı taxtaya vurmağa başlamışdır. Həmin vaxt o da küçədə olmuşdur. Carullah isə ərindən təxminən 1-2 metr kənarda dayanmışdır. Bu zaman polis əməkdaşları gəlmişlər.Polis əməkdaşları əri Nəzirin Covid xəstəsi olduğunu və həmin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, vətəndaşlarla təmasda olmasının məsuliyyətə səbəb olduğunu bildirmişlər. Həmin vaxt əri Nəzir polis əməkdaşlarına nə olacağını, öz qapısının qarşısında olduğunu bildirmişdir. Polis əməkdaşları isə Nəzirə bildirmişlər ki, yaşadığı evin həyətinə keçsin. Həmçinin həmin vaxt polis əməkdaşları mobil telefon vasitəsilə videçəkiliş də aparmışlar. Nəzir bundan sonra yaşadıqları evin həyətinə keçmişdir. Onda isə Covid 19 virusu olmamışdır. Bundan sonra əri Nəzir karantin müddəti bitənədək evdən çıxmamışdır. 11 noyabr 2021-ci ildə yoldaşı Nəzir karantin müddəti bitdikdən sonra evdən çıxmışdır. İş materiallarında olan 01 noyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs 28 oktyabr 2021ci il tarixdə Balakən rayonu Mahamalar kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edib küçəyə çıxaraq, vətəndaşlarla təmasda olaraq Covid 19 virusunun digər şəxslərə yoluxmasına real təhlükə yaratması ilə bağlı hadisə yerində aparılmış videoçəkiliş zamanı videgörüntünü özündə əks etdirən 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, 01 noyabr 2021-ci ildə saat 17 radələrində Balakən rayonu Mahamalar kəndində 28 oktyabr 2021-ci ildə Covid 19 virusuna yoluxmaqla ev nəzarətinə götürülmüş, həmin tarixdən 11 noyabr 2021-ci il tarixədək yaşadığı evi tərk etmədən karantin nəzarətinə götürülmüş və ev şəraitində müalicə alan vətəndaş Abalov X5 rayonu Mahamalar kəndi ərazisində xidmətdə olan Balakən RPŞ-nin İTB-nin polis səhə nəfəri Şahid2 və Balakən RPŞ-nin İTB-nin polis sahə nəfəri Şahid1 tərəfindən Mahamalar kəndi ərazisində aşkar edilmişdir. Belə ki, polis əməkdaşları Şahid2 və Şahid1 Balakən rayonu Mahamalar kəndinin ərazisində xidmətdə olarkən 26 oktyabr 2021-ci tarixdə Covid 19 virusuna görə analiz vermiş və həmin analizin cavabı 28 oktyabr 2021-ci il tarixdə pozitiv (+) olmaqla, həmin tarixdə ev nəzarətinə alınmış, 11 noyabr 2021-ci il tarixədək ev şəraitində müalicə almalı olan kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısındakı küçədə kənd sakinləri ilə təmasda olduğunu müəyyən edirlər. Polis əməkdaşı Şahid2 idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşır.Həmin vaxt fasiləsiz olaraq mobil telefon vasitəsilə videoçəkilişdən istifadə edilir.Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşır.Təqdim edilmiş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evi özbaşına tərk edib küçəyə çıxıb.O, küçədə bir nəfər vətəndaşla yaxın məsafədən təmasda olaraq yol darvazasının yanında oturmaq üçün nəzərdə tutulmuş üzəri uzun taxtadan olan stul düzəldirlər. Təqsirləndirilən şəxs stolu tutub, digər şəxs isə əlindəki çəkiclə mismarı vuraraq, həmin stulun taxtasını bərkidir.Təxminən 2-3 metr məsafədə isə biri qadın, digəri kişi olmaqla 2 nəfər vətəndaş vardır. Şahid2 avtomobildən düşərək, Təqsirləndirilən şəxs nə üçün küçəyə çıxdığını soruşduqda, Təqsirləndirilən şəxs özünə məxsus yaşadığı evin qarşısında olduğunu bildirir.Bu zaman Şahid2 Təqsirləndirilən şəxs onun Covid 19 xəstəsi olduğunu, nə üçün yaşadığı evi tərk etdiyini, xəstəliyin yayılmasına təhlükə yaratdığını, vətəndaşlarla təmasda olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs yenidən öz qapısının qarşısında olduğunu, nə üçün vətəndaşla təmasa girməsi sualına isə “nə olacaq ki” deyərək cavab verir. Sonra isə Şahid2 hadisə yerində olan Covid 19 virusuna yoluxmuş xəstə Təqsirləndirilən şəxs yaşadığı evə getməsini bildirir və vətəndaşlara isə həmin yerdən uzaqlaşmaları barədə xəbərdarlıq edir. Təqsirləndirilən şəxs əşyalarını götürərək, küçədən yaşadığı evin həyətinə keçir. Onunla yaxın təmasda olan vətəndaşlar isə hadisə yerindən kənarlaşırlar. Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib küçəyə çıxaraq, vətəndaşlarla təmasda olub Covid 19 virusunun vətəndaşlar arasında yoluxmasına real təhlükə yaratması faktı isə mobil telefon vasitəsilə fasiləsiz olaraq videolentə alınmışdır. Həmçinin videoçəkiliş zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X6 Hüquqi Şəxsinin 17.11.2021-ci il tarixli arayışından görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs Covid 19 virusuna görə 26.10.2021-ci il tarixdə analiz verib. 28.10.2021-ci il tarixdə analizin cavabı pozitiv (+) olmuşdur. 28.10.2021-ci il tarixdən ev nəzarətinə alınıb. 11.11.2021-ci il tarixdə nəzarəti bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X6 Hüquqi Şəxsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 28.10.2021-ci il tarixə ona icra olunan PZR-müayinəsinin nəticəsi Covid 19 pozitiv (+) kimi qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 10.11.2021-ci il tarixli, 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Balakən RİH Başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərkib edib küçəyə çıxaraq vətəndaşlarla təmasda olarkən hadisə yerindən aparılmış videoçəkiliş zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Həmin Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktoloji hallarının hüquqi dəyərləndirilməsi konteksində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbinə əsasən yaşlı olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs 70 yaşında yaşlı bir insandır, yaşadığı ərazidə müsbət xarakterizə olunur və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Bu hallar onun şəxsiyyətini müsbət cəhətdən xarakterizə edir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı qəbul və təqdir edirlər. Belə ki, X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə o cümlədən yaşlı olmasıni, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, yaşlı olması, yaşadığı ərazidə müsbət xarakterizə olunması və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusunda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşlı olması, yaşadığı ərazidə müsbət xarakterizə olunması və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasının yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onun cəza çəkmədən də islah olunmasını mümkün sayaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, Təqsirləndirilən şəxs 1 (bir) il sınaq müddəti müəyyən olunmalı, bu sınaq müddətinin əvvəli hazırki hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı ərazi üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələr qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələri də qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə onu da vurğulayır ki, şərti məhkum etmənin tətbiq olunması işin bütün halları ilə əlaqələndirilməlidir. Bu zaman məhkumun cinayət əməli törətməmişdən qabaq davranışı, onun həyat tərzi, tərbiyəsi və cinayət əməli törətdikdən sonra onun davranışı nəzərə alınmalıdır. Eyni zamanda şərti məhkum etmənin tətbiq olunması üçün şəxsin psixikasında və həyat şəraitində olan dəyişiklik, onun qanunlara və digər sosial normalara münasibətinin dəyişib-dəyişilməməsi müəyyən olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cəza talion prinsipinə, yəni qisas almaq məqsədinə deyil, məhkumun islah olunmasına, onun və digər şəxslərin cinayət əməllərindən çəkindirilməsinə və sosial ədalətin bərpasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs 70 yaşı olmaqla yaşlı bir insandır. O, cinayət əməli törətməsindən əvvəl də yaşadığı ərazidə müsbət xarakterizə olunmuş, cinayət əməli törətməsindən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı əməli yenidən törətməmiş, həmçinin başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin qaydalarını pozmamış, bu zaman üzərinə qoyulan vəzifələri yerinə yetirmiş, ibtidai istintaqın və məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlmiş, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar, Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli davamlı antisosial yönümün nəticəsi olmamışdır. Yuxarıda şərh olunanlar Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükə törətmədiyini göstərir. Qeyd olunanlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunması yaşlı və xəstə insan olması konteksində onun həyatına, psixoloji durumuna bərpaolunmaz mənfi təsir göstərəcəkdir. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs məhz 70 yaşında bir insan olması və özünün dediyinə görə ürək xəstəsi olması bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitutsion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayət əməli törətmiş şəxsə qarşı humanizm prinsipinin həyata keçirilməsi institutlarından biri də heç şübhəsiz şərti məhkum etmə institutudur. Şərti məhkum etmənin tətbiq edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Məhz dövlətin humanizm siyasəti konteksində Azərbaycan Respublikası Prezidenti 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Sərəncamında o cümlədən şərti məhkum etmənin geniş tətbiq edilməsini xüsusi olaraq önə çəkmişdir. Məhkəmə onu nəzərə çatdırır ki, şərti məhkum etmənin tətbiqi cinayət məsuliyyətinin xüsusi forması olmaqla, heç də şəxsi cəzadan azad etmir. Qanunda bu institutun tətbiqi zamanı bir sıra nəzarət mexanizmləri nəzərdə tutulmuşdur. Belə ki, şərti məhkum etmə təyin edilərkən, məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmçinin məhkumun üzərinə müəyyən vəzifələr qoyula bilər. Eyni zamanda bu şəxslər üzərində müvafiq orqanlar tərəfindən nəzarət həyata keçirilir (Azərbaycan Respublikası CM-nin 70.3, 70.5 və 70.6-cı maddələri). Cinayət Məcəlləsinin 71.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yuxarıda göstərilən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, cinayət əməlinin davamlı antisosial davranış formasının məntiqi nəticəsi kimi olmaması, yaşlı olması, humanizm və ədalət prinsiplərinin nəzərə alınması konteksində ədalətli və qanuni olmaqla, onun islah olunmasına və cəzanın digər məqsədlərinə nail olunmasına şərait yaradacaqdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərkib edib küçəyə çıxaraq vətəndaşlarla təmasda olarkən hadisə yerindən aparılmış videoçəkiliş zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən barəsində 1 (bir) il sınaq müddəti tətbiq edilməklə, həmin cəza şərti hesab edilsin; sınaq müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Balakən rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində karantin nəzarətinə götürüldüyü evi özbaşına tərkib edib küçəyə çıxaraq vətəndaşlarla təmasda olarkən hadisə yerindən aparılmış videoçəkiliş zamanı videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X7 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-16/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-16/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver