Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-16/2024 14.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Balakən bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 və zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçi-Balakən Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxxx 1978-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, İİ qrup əlil, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, 07 oktyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Balakən şəhəri Atatürk prospektində yerləşən və Balakən Bələdiyyəsinin mülkiyyətində olan 1,58 hektar kənd təsərrüfatı təyinatlı örüş ərazisini şumlayıb becərməklə qarğıdalı bitkisi əkib həmin torpaq sahəsini torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş, həmçinin, həmin vaxt qəsdən, qanunsuz olaraq, vahid tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan qeyd edilən örüş sahəsi ilə bitişik olan Balakən şəhəri Atatürk prospektində yerləşən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan 0,12 hektar kənd təsərrüfatı təyinatlı, təlim-təsərrüfat üçün ayrılmış torpaq sahəsini şumlayıb becərməklə qarğıdalı bitkisi əkib həmin torpaq sahəsini torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayon Hənifə kəndində yaşayır, heç yerdə işləmir. O, uşaq ikən bədbəxt hadisə nəticəsində sol ayağı amputasiya edilmişdir, ikinci qrup əlildir, pensiya alır. Evlidir, əvvəllər məhkum edilməmişdir. Torpaq əkib-becərərək, yəni kənd təsərrüfatı ilə ailəsinin dolanmasını təmin edir. 2023-cü ilin fevral ayında Balakən şəhəri Atatürk prospektində İdman Kompleksinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin gölündən təxminən 150-200 metr sahənin sonuna yaxın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən koordinatları və sahəsi müəyyən edilmiş 1,70 hektar torpaq sahəsinə qarğıdalı bitkisi əkmək məqsədi ilə həmin torpaq sahəsinin daşlarını təmizləyərək həmin torpaq sahəsini münbitləşdirmişdir.O, ikinci qrup əlil olduğuna, bir ayağı olmadığına görə və həmin torpaq sahəsinin daşlarını təmizləyərək torpaq sahəsini münbit vəziyyətə gətirdiyi üçün həmin torpaq sahəsindən istifadə etməyinə heç kim narazılıq etməmişdir. Lakin o, həmin torpaq sahəsinə qarğıdalı əkmək üçün hər hansı bir qurumdan şifahi, yaxud rəsmi icazə almamışdır. Elə bilmişdir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin torpağıdır. Lakin o, sonradan həmin torpaq sahəsinin bir hissəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin, bir hissəsinin isə Balakən bələdiyyəsinin balansında olan torpaq sahələri olduğunu bilmişdir. Lakin Balakən bələdiyyəsinin mülkiyyətində olan həmin örüş sahəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan torpaq sahələri arasında hər hansı bir nişan olmadığından konkret olaraq torpaq sahələrinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. O, torpaq sahəsində icazəsiz əkin işləri aparmağın qanunsuz olduğunu bilmişdir. Lakin maddi vəziyyəti çətin olduğuna görə məqsədi həmin ərazidə qarğıdalı bitkisi əkib, daha sonra qarğıdalını satıb pul əldə etmək olmuşdur. Buna görə də 2023-cü ilin aprel ayının ortalarında təmizlədiyi 1,70 hektar torpaq sahəsini həmkəndlisi X5 məxsus traktorla sonuncuya şumlatmış və mala çəkdirmişdir. Daha sonra Cavid Qafarov həmin sahəyə qarğıdalı bitkisinin toxumlarını səpmişdir. Qarğıdalı təxminən 20 sm inkişaf etdikdən sonra Cavid pulsuz olaraq onun üçün həmin torpaq sahəsini kultivasiya etmişdir. Yəni, alaq dərmanı və əlavə olaraq bitkinin yaxşı inkişaf etməsi üçün gübrə vurmuşdur. Cavid Qafarov ümumiyyətlə həmin torpaq sahəsində gördüyü işlərlə bağlı ondan pul almamışdır. O, Cavid Qafarova traktoru işlətmək üçün ancaq yanacaq alıb vermişdir. Həmçinin, torpaq sahəsini əkdirdiyi zaman Cavid Qafarova həmin torpaq sahəsinin özünə məxsus olduğunu demişdir. O, həmin torpaq sahəsinin özünə məxsus olduğunu dediyi üçün Cavid Qafarov həmin torpaq sahəsində əkin işlərini görmüşdür. Sonradan isə ona məlum olmuşdur ki, 2023-cü ilin may ayının əvvəllərində onun qarğıdalı əkdiyi 1,70 hektar torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən və Balakən bələdiyyəsinin nümayəndələri tərəfindən monitorinq keçirilmişdir. Monitorinq zamanı qeyd edilən 1,70 hektar əraziyə qanunsuz olaraq qarğıdalı bitkisi əkilməsi müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin, akta əsasən torpaq sahəsini Balakən rayon Hənifə kənd sakini Şahid1 əkib-becərdiyi göstərilmişdir. Lakin həmin torpaq sahəsinin əkilməsində Şahid1 heç bir iştirakı olmamışdır. Torpaq sahəsini o, özü əkib-becərmişdir. O, xəstə olduğu üçün, yəni bir ayağı olmadığı üçün ona həmin torpaq sahəsində qarğıdalı əkdiyinə görə hər hansı şəxs və şəxslərin, həmçinin hər hansı bir idarə, təşkilatın iradı olmamışdır. O da həmin qarğıdalı bitkisini əkdiyi barədə hər hansı bir qurumdan şifahi və yaxud rəsmi icazə almamışdır. Həmin torpaq sahəsində qanunsuz qarğıdalı bitkisi əkdiyi üçün etdiyi əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən bələdiyyəsinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, hazırda ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır və 2020-ci ilin yanvar ayından etibarən Balakən şəhər Bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır. Balakən şəhərinin genişləndirilməsi məqsədi ilə Hənifə kəndi ərazisindən şəhər ərazisinə, yəni Balakən şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş, sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən koordinatları və sahəsi müəyyən edilmiş 1,58 hektar örüş sahəsində 08 may 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən monitorinq keçirilmiş və həmin monitorinqdə Balakən Bələdiyyəsinin sədri Şahruzat xanım iştirak etmişdir. Həmçinin, monitorinq keçirilən zaman Şahid5 tərəfindən Hənifə kənd sakini Şahid1 monitorinqdə iştirak etməsi üçün dəvət edilsə də, Şahid1 monitorinq keçirilən örüş sahəsinə gəlməmiş və iştirak etməmişdir. Monitorinq zamanı qeyd edilən torpaq sahəsinə qanunsuz olaraq qarğıdalı bitkisinin əkilməsi müəyyən edilmişdir. Şahid1 qeyd olunan torpaq sahəsini zəbt edərək orada qarğıdalı bitkisi əkməsi barədə onun və bələdiyyənin sədri Şahruzat xanımın əvvəlcədən məlumatı olmamışdır.Təxminən 2023-cü ilin may ayının əvvəllərində Balakən şəhər bələdiyyəsinin əməkdaşları tərəfindən inzibati ərazidə yoxlama aparılan zaman Balakən şəhərinin genişləndirilməsi məqsədi ilə Hənifə kəndi ərazisindən şəhər ərazisinə, yəni Balakən şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən koordinatları və sahəsi müəyyən edilmiş 1,58 hektar ha örüş sahəsində qanunsuz olaraq qarğıdalı bitkisinin əkilməsi müəyyən olunmuş və bu barədə Şahruzat xanıma məlumat verilmişdir. Şahruzat xanım da Şahid1 yazılı qaydada bildiriş göndərərək, həmçinin şifahi qaydada məlumat verərək həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. Şahid1 da həmin torpaq sahəsini özünün əkmədiyini və torpaq sahəsinin Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs əkdiyini bildirmişdir.Həmçinin sonradan da onlara məlum olmuş ki, qeyd edilən Balakən bələdiyyəsinin mülkiyyətinə aid 1,58 hektar torpaq sahəsində qanunsuz olaraq qarğıdalı bitkisini Şahid1 deyil, Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs əkmişdir. Qeyd etdiyi kimi elə həmin söhbətdən bir neçə gün sonra da Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən həmin torpaq sahəsində monitorinq keçirilmişdir. X3 sədri Şahruzat xanım iştirak etmişdir.Monitorinq zamanı Balakən şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş sonradan yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən koordinatları və sahəsi müəyyən edilmiş 1,58 hektar örüş sahəsində Təqsirləndirilən şəxs qarğıdalı bitkisi əkməsi müəyyən olunmuşdur. Balakən rayon polis şöbəsinin istintaq bölməsində həmin qeyd edilən torpaq sahələrində qanunsuz olaraq əkin işləri aparılması barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işinin istintaqı zamanı qanunsuz əkin işləri aparılmış sahələrin birinin, yəni 0,8113 hektar Balakən bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı əkin ərazisində Şahid1 tərəfindən qanunsuz qarğıdalı bitkisinin əkilməsi müəyyən edilmiş, həmçinin 1,58 hektar Balakən bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaq sahəsində isə Təqsirləndirilən şəxs əkməsi müəyyən edilmişdir. Balakən bələdiyyəsi Təqsirləndirilən şəxs şikayətçi deyildir, sağlamlıq vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, 2017-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin təsərrüfat müdiri vəzifəsində çalışır. Həmin Peşə məktəbinin balansında, Balakən şəhəri Atatürk prospektində 66,4 hektar dövlət mülkiyyətinə aid təlim təsərrüfat torpaq sahəsi var. Həmin torpaq sahəsində bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, tərəvəz ustası peşələri üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin tələbələri istehsalat təlimi məşğələləri keçirlər. Müəssisələrin rəhbərliyi tərəfindən həmin torpaq sahəsinin istifadəsi üçün 13 dekabr 2023-cü il tarixdə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tövsiyyəsi ilə "xxxx" MMC ilə “X7” müqavilə bağlamışdır. Həmin müqavilə 1 dekabr 2023-cü ilə qədər qüvvədədir. Hal- hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan həmin 66,4 ha təlim-təsərrüfat sahəsi "xxxx" MMC ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin istifadəsindədir. Həmin sahələrdə də arpa və qarğıdalı bitkiləri əkilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balasında olan həmin 0,12 ha torpaq sahəsini özbaşına əkib-becərmiş, bu barədə onların müəssisələrindən icazə almamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan torpaq sahəsindən istifadə isə yalnız müəssisələrinin rəsmi icazəsi əsasında ola bilər. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan və təqsirləndirilən şəxs tərəfindən özbaşına əkilmiş 0,12 ha torpaq sahəsinin bəzi hissələri Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə bitişikdir. Həmçinin həmin yerlərdə torpaq mülkiyyətiçilərinin müəyyən edilməsi üçün hər hansı bir işarə və nişan yoxdur. Ona görə də həmin yerlərdə olan torpaq sahələrinin mülkiyyətçisinin dəqiq müəyyən edilməsi üçün aidiyyəti qurumun GPS aləti tələb olunur. İstintaq zamanı belə olan halda torpağın dəqiq mülkiyyətçisini müəyyən etmək mümkün olar. İbtidai istintaq zamanı GPS aləti ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balasında olan həmin 0,12 ha torpaq sahəsini özbaşına əkibbecərmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə qarğıdalı əkməsindən məktəbin və "xxxx" MMC-in xəbəri olmamışdır.Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbi Təqsirləndirilən şəxs şikayətçi deyildir, sağlamlıq vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müfəttişi vəzifəsində çalışır. 08 may 2023-cü il tarixdə Balakən Bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə monitorinq keçirilən zaman Bələdiyyə mülkiyyətinə aid olan Balakən rayon Hənifə kəndindən Balakən şəhər ərazisinə verilmiş örüş torpaq sahəsinin 1,5 hektar hissəsinin qanunsuz əkildiyi aşkar edilmişdir. Aparılan sorğu zamanı həmin torpaq sahəsinin Şahid1 tərəfindən əkilməsi müəyyən edilmişdir. Elə bu səbəbdən də qeyri-qanuni əkin aparılan ərazini Şahid1 əkib-becərdiyini qeyd etmiş və tərəfindən müvafiq akt tərtib edilmişdir. Daha sonra tərtib edilmiş akt Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinə göndərilmişdir. Bundan başqa 24 may 2023-cü il tarixdə Balakən Bələdiyyəsinin mülkiyyətinə aid olan ərazidə monitorinq keçirilən zaman Bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,66 hektar örüş torpaq sahəsinin qanunsuz əkildiyi aşkar edilmişdir. Aparılan sorğu zamanı həmin torpaq sahəsinin Şahid1 tərəfindən əkilməsi bildirilmişdir. Elə bu səbəbdən də qeyri-qanuni əkin aparılan ərazini Şahid1 əkib-becərdiyini qeyd etmiş və tərəfindən müvafiq akt tərtib edilmişdir. Daha sonra tərtib edilmiş akt Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinə göndərilmişdir. Aparılmış istintaq zamanı özbaşına əkilmiş 1.5 hektar torpaq sahəsinin Şahid1 tərəfindən yox, Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs tərəfindən əkilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,2020-ci ilin yanvar ayından etibarən Balakən şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Balakən şəhərinin genişləndirilməsi məqsədi ilə Hənifə kəndi ərazisindən şəhər ərazisinə, yəni Balakən şəhər bələdiyyəsinin mülkiyyətinə verilmiş, sonradan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən koordinatları və sahəsi müəyyən edilmiş 1,58 hektar örüş sahəsində 08 may 2023-cü il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən monitorinq keçirilmiş və o, həmin monitorinqdə iştirak etmişdir. Manitorinq zamanı qeyd edilən torpaq sahəsinə qanunsuz olaraq qarğıdalı bitkisinin əkilməsi müəyyən edilmişdir. Torpaq sahəsinin Balakən rayonu Hənifə kənd sakini Şahid1 tərəfindən zəbt edilib qarğıdalı əkildiyi müəyyən edilmişdir. Şahid1 qeyd olunan torpaq sahəsini zəbt edərək orada qarğıdalı bitkisi əkməsi barədə onun və Balakən bələdiyyəsinin üzvlərinin əvvəlcədən məlumatı olmamışdır. Şahid5 tərəfindən Şahid1 monutorinqə dəvət olunmuş,lakin sonuncu gəlməmişdir. O da bu barədə Şahid1 yazılı qaydada bildiriş göndərərək, həmçinin şifahi qaydada məlumat verərək həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etdiyini bildirmişdir. Şahid1 da həmin torpaq sahəsini özünün əkmədiyini və torpaq sahəsinin Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs əkdiyini bildirmişdir. Həmçinin sonradan da onlara məlum olmuşdur ki, qeyd edilən Balakən bələdiyyyəsinin mülkiyyətinə aid 1,58 hektar torpaq sahəsində qanunsuz olaraq qarğıdalı bitkisini Şahid1 deyil, Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs əkmişdir. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qarğıdalı əkməsi barədə heç ondan icazə almamışdır.Ümumiyyətlə bələdiyyə mülkiyyəti olan örüş sahəsi icarəyə verilə və ya əkin yeri kimi istifadə edilə bilməz. Örüş sahəsi yalnız camaatın ümumi istifadəsində olan torpaq sahəsi kimi fəaliyyət göstərə bilər. Həmçinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin sahələri də yalnızca Bələdiyyənin rəsmi razılığı əsasında əkin işləri aparılması üçün icazə verilə bilər. Lakin təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsində qarğıdalı bitkisinin əkilməsinə Balakən bələdiyyəsi tərəfindən icazə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 1997-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin direktoru vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi Peşə məktəbinin balansında, Balakən şəhəri Atatürk prospektində 66,4 hektar dövlət mülkiyyətinə aid təlim təsərrüfat torpaq sahəsi var. Həmin torpaq sahəsində bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, tərəvəz ustası peşələri üzrə 1 nömrəli Balakən Peşə məktəbinin tələbələri istehsalat təlimi məşğələləri keçirlər. Müəssisələri həmin torpaq sahəsinin istifadəsi üçün 13 dekabr 2023-cü il tarixdə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tövsiyyəsi ilə "xxxx" MMC ilə “X7” müqavilə bağlamışdır. Həmin müqavilə 1 dekabr 2023-cü ilə qədər qüvvədədir. Hal hazırda 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan həmin 66,4 ha təlim-təsərrüfat sahəsi "xxxx" MMC ilə 1 nömrəli Balakən Peşə məktəbinin istifadəsindədir. Həmin sahələrdə arpa və qarğıdalı bitkiləri əkilmişdir.O, Təqsirləndirilən şəxs əvvəllər Balakən rayon Hənifə kəndində işlədiyi vaxtdan tanıyır. Fərhadla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan torpaq sahəsinin istifadəsinə yalnız onların müəssisəsinin rəsmi icazəsi əsasında istifadə edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balasında olan həmin 0,12 ha torpaq sahəsini özbaşına əkib-becərmiş,bu barədə onların müəssisəsindən icazə almamışdır. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan 0,12 ha torpaq sahəsinin bəzi hissələri Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi ilə bitişikdir. Həmçinin həmin yerlərdə torpaqların mülkiyyətçisinin müəyyən edilməsi üçün hər hansı bir işarə və nişan yoxdur. Ona görə də həmin yerlərdə olan torpaq sahələrinin mülkiyyətçisinin dəqiq müəyyən edilməsi üçün aidiyyəti qurumun GPS aləti tələb olunur. İbtidai istintaq zamanı GPS aləti ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balasında olan həmin 0,12 ha torpaq sahəsini özbaşına əkib-becərmişdir. Həmin 0,12 ha torpaq sahəsi də Balakən Bələdiyyəsinin torpaq mülkiyyətinə bitişik sahə olduğundan onun Təqsirləndirilən şəxs həmin torpaq sahəsində qarğıdalı əkməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Balakən rayon Hənifə kəndində yaşayır. Fərdi əməklə məşğul olur. İstifadəsində olan traktor vasitəsi ilə ayrı-ayrı əkin sahələrində buğda, qarğıdalı və başqa kənd təsərrüfatı bitkiləri əkib-becərməklə, bitkilərin kultivasiya işlərini görür. Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Fərhadla aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əksinə bir həmkəndli olaraq yaxşı münasibəti vardır. Təqsirləndirilən şəxs bir ayağı olmadığına , əlil olduğuna görə kəndlərində olan sakinlər onun bütün işlərinə kömək edirlər. 2023-cü ilin mart ayında həmkəndlisi Təqsirləndirilən şəxs ona qarğıdalı əkmək üçün yeri olduğunu bildirmişdir. Həmin yerə qarğıdalı toxumu əkməyini xahiş etmişdir. O da Fərhadın bir ayağı olmadığına və ailə vəziyyəti çətin olduğuna görə Fərhada kömək edəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayında Fərhadla birlikdə həmin torpaq sahəsinə getmişlər. Fərhada göstərdiyi yerin əkilməsi üçün 20 litr yanacaq lazım olduğunu bildirmişdir. Həmin torpaq sahəsinin 1,5 hektar, yaxud 2 hektar ərazisi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs 20 litr yanacaq almış və o, həmin yeri istifadəsində olan traktorla təmənnasız əkmiş və mala çəkmişdir. Daha sonra traktoru ilə həmin sahədə qarğıdalı səpini aparmışdır. Torpaq sahəsinin qarğıdalısı təxminən 20 sm inkişaf etdikdən sonra pulsuz olaraq həmin torpaq sahəsini kultivasiya etmişdir. O, həmin yerin Fərhadın yeri olduğunu bilib əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi kənd təsərrüfatı ilə məşğul olur. Evlidir, əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən onun qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Bələdiyyə mülkiyyətinə aid olan 0,66 və 1,5 ha örüş torpaq sahəsində əkin işlərinin aparılması ilə bağlı monitorinq aparılan zaman o, orada olmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən keçirilmiş monitorinq zamanı Balakən bələdiyyəsinin mülkiyyətində göstərilən 0,66 ha ərazidə onun da şəxsi mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,81 hektar torpaq sahəsi vardır. O, həmin ərazidə özünə məxsus torpaq sahəsində qarğıdalı əkmişdir. Həmin qarğıdalını o, 2023-cü ilin aprel ayının ortalarında əkmişdir. Özünə məxsus olan qarğıdalı əkdiyi torpaq sahəsinin sənədlərini araşdırma zamanı təqdim etmiş və həmin əraziyə onun iştirakı ilə baxış keçirilmişdir. Həmçinin onun qarğıdalı əkdiyi sahənin yanında Balakən bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı əkin ərazisi olmuşdur. Lakin o, özünün adına tərtib edilmiş **********14 reyestr nömrəli çıxarışla ona məxsus olan torpaq sahəsinə dəqiq olaraq bələdiyyə torpaq mülkiyyətinin hansı yerdən birləşdiyini bilmir. Balakən bələdiyyəsinin kənd təsərrüfatı əkin torpaq ərazisi ona məxsus 0,81 hektar ərazi ilə birləşir. Lakin ona məxsus torpaq sahəsi ilə Balakən rayon Bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsini ayıran, həmçinin həmin torpaq sahələrinin sərhədlərini müəyyən etmək üçün konkret nişan olmadığına görə Balakən bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinə haradan birləşməsini dəqiq bilmir. O, Balakən bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinə qarğıdalı bitkisi əkmək üçün Balakən bələdiyyəsinin sədri Şahid2 şifahi olaraq qarğıdalı əkmək üçün icazə istəmişdir.Lakin Şahruzat xanım ona həmin ərazinin Balakən Bələdiyyəsinin örüş torpaq sahəsi olduğunu və həmin yerə qarğıdalı əkməyin mümkün olmadığını bildirmişdir.Həmin əraziyə sonradan Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs qarğıdalı bitkisi əkmişdir.Bələdiyyə sədri Şahruzat xanım ona torpaq sahəsini əkməsi barədə bildiriş də göndərmiş, lakin o, Şahruzat xanıma bildirmişdir ki, həmin 1,5 hektar kimi göstərilən örüş sahəsini o deyil, Balakən rayon Hənifə kənd sakini Təqsirləndirilən şəxs əkmişdir. O da bundan sonra özünə məxsus 0,81 hektar əraziyə qarğıdalı bitkisi əkmişdir. Həmin qarğıdalı bitkisini o, 2023-cü ilin aprel ayının ortalarında əkmişdir. O, özü fermer təsərrüfatı ilə məşğul olduğu üçün qarğıdalı, arpa, buğda əkmək üçün həmçinin bitkilərin kultivasiya edilməsi üçün hər cür texnikası var. Buna görə də özünün traktoru ilə həm yeri şumlamış, həm də qarğıdalı bitkisinin toxumunu səpdikdən sonra özü digər aqrotexniki tədbirlər görməklə bitkini əkib-yetişdirmişdir.O, qarğıdalı bitkisini əkərkən Balakən bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini əkdiyini bilməmişdir. Həmin torpaq sahələrini bir-birindən ayıran nişanlar olmadığına görə bilmədən səhvən Balakən bələdiyyəsinin onun mülkiyyətində olan torpaq sahəsinə bitişmiş hissəsinə qarğıdalı bitkisi əkmişdir. Əgər bələdiyyə torpağına qarğıdalı bitkisi əkdiyini bilsəydi həmin ərazidə qarğıdalı bitkisini əkməzdi. Məhkəmə iclasında şahid qismində dindirilən, Balakən Rayon Polis X2 müstəntiqi Şahid6 göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmışdır. Cinayət işinin başlanması üçün toplanmış ilkin sənədlərdə Balakən Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin Balakən rayonu Hənifə kənd sakini Şahid1 tərəfindən zəbt edilib özbaşına əkildiyi qeyd edilsə də, araşdırma zamanı Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs həmin torpaq sahəsini özünün əkdiyini bildirdiyindən o təqsirləndirilən şəxs qismində cəlb olunmuş və cinayət işi baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə cinayət işi ayrılmış, 21 dekabr 2023-cü il tarixdə həmin işə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. İşin 28-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 23 iyun 2023-cü il tarixdə saat 16:20 dəqiqədən saat 16:50 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan Bələdiyyə mülkiyyətinə aid olan 1,5 ha örüş torpaq sahəsində qanunsuz olaraq əkin işləri aparılaraq qarğıdalı bitkisi əkilməsi barədə Balakən RPŞ-nə daxil olmuş məktuba əsasən həmin qarğıdalı bitkisi əkilmiş əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Şahid5 bildirmişdir ki, ərazidə həm ayrı-ayrı vətəndaşlara məxsus torpaqlarda və bələdiyyə mülkiyyətində olan torpaqlarda qarğıdalı bitkisi əkilmişdir. Buna görə də, həmin torpaqların hüdudlarını dəqiq müəyyən etmək mümkün deyildir. Həmçinin, onun zəbt edilmiş 0,66 hektar və 1,5 hektar torpaq sahələri ilə bağlı yazdığı ölçülər təqribi rəqəmlə yazılmışdır. Şahid5 həmin ərazilərdən qarğıdalı bitkisi biçildikdən sonra, yaxud da həmin torpaq sahələrinin dəqiq sahələrinin, yəni zəbt edilmiş ərazinin sahələrinin dəqiq müəyyən edilməsi üçün hal-hazırda qarğıdalı əkilmiş torpaq sahələrinin yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ölçülməsinin daha məqsədəmüvafiq olduğunu, belə olduğu halda həmin torpaq sahəsinin dəqiq koordinatlarının (ərazinin nöqtələri və sahəsi) müəyyən ediləcəyini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 64-69-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 29 iyul 2023-cü il tarixdə saat 15:40 dəqiqədən saat 16:45 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin müfəttişi Şahid5 tərəfindən keçirilmiş monitorinq zamanı 1.5 ha torpaq sahəsinin Şahid1 tərəfindən qanunsuz əkilməsi göstərilsə də, həmin torpaq sahəsinin o, özü 2023-cü ilin aprel ayının ortalarında əkibbecərmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsində qarğıdalı bitkisinin əkilməsində Şahid1 heç bir iştirakının olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd edilən 1.5 ha torpaq sahəsini onun həmkəndlisi Şahid3 özünə məxsus traktorla şumlamış və qarğıdalı bitkisini o əkmişdir.O həmin torpaq sahəsinin özünə məxsus olduğunu Şahid3 demişdir.O, əlil olduğuna, bir ayağı olmadığına görə Cavid Qafarov qarğıdalı bitkisini əkməsi müqabilində ondan pul almamışdır. O Cavidin traktoruna yanacaq alıb vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o həmin qarğıdalı bitkisini qeyd edilən torpaq sahəsinə əkməsi barədə hər hansı idarə və təşkilata şifahi və yazılı müraciət etməmiş, icazə almamışdır.Həmin torpaq sahəsinə qarğıdalını özbaşına əkmişdir.O əlil və xəstə adam olduğuna görə heç kim ona qarğıdalı bitkisi əkməsi barədə irad bildirməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qarğıdalı bitkisini əkdiyi yeri tam olaraq əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanması zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 87-91-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 19 sentyabr 2023-cü il tarixdə saat 12:50 dəqiqədən saat 13:45 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qarğıdalı bitkisi əkildiyi torpaq sahəsinin yerləşdiyi əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarğıdalı bitkisi əkdiyi sahənin ümumilikdə hər bir tərəfi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşı tərəfindən torpaq sahəsinin dəqiq kordinatlarının (ərazinin nöqtələri və sahəsi) müəyyən edilməsi üçün GPS cihazi vasitəsi ilə qarğıdalı əkilmiş sahə tam şəkildə ölçülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 96-67-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 04 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3638/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Şahid1 tərəfindən naturada əkilən 1,55 ha torpaq sahəsinin 0,7387 ha hissəsi Şahid1 adına tərtib edilmiş **********14 reyestr nömrəsi çıxarışda qeyd edilən 0,81 ha torpaq sahəsinin hüdudları daxilinə, qalan 0,8113 ha hissəsi isə Balakən bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı əkin ərazisinə düşür. Təqsirləndirilən şəxs tərəfindən naturada əkilən 1,70 ha torpaq sahəsinin 1,58 ha hissəsi Balakən bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı örüş ərazisinə, qalan 0,12 ha hissəsi isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə məktəbinin balansında olan torpaq sahəsinin hüdudları daxilinə düşür. İşin 145-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 179-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 178-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 09.10 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonunun Hənifə kəndində yaşayır, himayəsində arvadı və 2008-ci ildə anadan olmuş Mahmud adlı oğlu vardır. İşin 172-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 3 saylı Şəki-Zaqatala regional filalı tərəfindən Balakən rayon Polis Şöbəsinə ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli 3-17-1/2-243947/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (FİN:xxxxxxx) xx.xx.2000-ci il tarixdən müddətsiz 2-ci dərəcəli əlilliyə görə sosial müavinət alır. İş materiallarına əlavə edilmiş AAN628712 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, 1 nömrəli Balakən Peşə məktəbinin balansına verilmiş 66.40 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpağı becərməklə özbaşına tutmuşdur. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə CM-in 188.1-ci, həmin Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə CM-in 188.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxlərin hüquqi nümayəndələrinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi , təqsirkarın şəxsiyyəti , o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olmasa məhkəmə hesab edir ki, onun əməlini etiraf etməklə əməlindən səmimi peşiman olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs araşdırmanın ilk günündən cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını bildirmişdir.Bunlar isə onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissini qoruyub saxlamasına dəlalət edir və tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir, ciddi cəza növü tətbiq olunmadan da onun islah olunacağı qənaətinə gəlməyə əsas verir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməklə əməlindən səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti tamah niyyəti ilə törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, İİ qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması üçün əsasların və daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və maddi zərər yoxdur. İş materiallarından həmçinin görünür ki , Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 15 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır . Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 3(üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 90 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X6 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-16/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-16/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver