Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-16/2025 01.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs -xx xxxxxxx 1988-ci il tarixdə Cəlilabad rayonu Mirzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-5R01AP5, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Cəlilabad rayonu Cəlayir Ərazi Dairəsi, Mirzəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Nadir Hüseynov küçəsi 43 nömrəli evdə yaşayan, 26 sentyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qohumu, Balakən rayon Sarıbulaq kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4127 2211 2667 5462 nömrəli bank kartına köçürülən pensiya pulundan qanunsuz olaraq vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə, ayrı-ayrılıqda 26 avqust 2021-ci il tarixdə 61 manat, 27 sentyabr 2021-ci il tarixdə 60 manat, 29 oktyabr 2021-ci il tarixdə 60 manat, 29 noyabr 2021-ci il tarixdə 60 manat məbləğində pulu istintaqa məlum olmayan bank kartına, 27 dekabr 2021-ci il tarixdə 60 manat, 28 yanvar 2022-ci il tarixdə 100 manat, 25 fevral 2022-ci il tarixdə 100 manat, 18 mart 2022-ci il tarixdə 100 manat, 27 may 2022-ci il tarixdə 100 manat, 24 iyun 2022-ci il tarixdə 100 manat, 26 iyul 2022-ci il tarixdə 100 manat, 25 avqust 2022-ci il tarixdə 100 manat, 26 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat, 25 noyabr 2022-ci il tarixdə 100 manat, 23 dekabr 2022-ci il tarixdə 100 manat, 26 yanvar 2023-cü il tarixdə 169 manat, 24 fevral 2023-cü il tarixdə 170 manat, 16 mart 2023-cü il tarixdə 170 manat, 20 aprel 2023-cü il tarixdə 170 manat, 25 may 2023-cü il tarixdə 170 manat, 22 iyun 2023-cü il tarixdə 170 manat, 25 iyul 2023-cü il tarixdə 170 manat, 25 avqust 2023-cü il tarixdə 170 manat, 26 sentyabr 2023cü il tarixdə 170 manat, 25 oktyabr 2023-cü il tarixdə 170 manat, 28 noyabr 2023-cü il tarixdə 170 manat, 29 dekabr 2023-cü il tarixdə 170 manat, 26 yanvar 2024-cü il tarixdə 170 manat, 23 fevral 2024-cü il tarixdə 170 manat, 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 170 manat, 24 may 2024-cü il tarixdə 170 manat, 14 iyun 2024cü il tarixdə 170 manat məbləğində olmaqla özünün istifadəsində olan mobil telefonuna yükləmiş olduğu Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə özünə məxsus Leobank tərəfindən verilmiş 4098 5844 5024 9642 nömrəli bank kartına, 27 avqust 2024-cü il tarixdə 170 manat olmaqla özünün istifadəsində olan mobil telefonuna yükləmiş olduğu Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə özünə məxsus Leobank tərəfindən verilmiş 4098 5844 9729 3595 nömrəli bank kartına köçürüb elektron daşıyıcısı olan karta daxil etdiyi məbləğləri onlayn şəkildə istifadə etməklə gizli yolla ələ keçirib talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 4630 (dörd min altı yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidin ifadələri, işdə olan digər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, hazırda Cəlilabad rayonu Cəlayir ərazi dairəsi, Mirzəli kəndində pasport qeydiyyatındadır, lakin təxminən 10 ildir ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evində yaşayır. Evlidir, fərdi əməklə məşğuldur.2013-cü ildə Balakən rayon Sarıbulaq kənd sakini X3 ilə ailə qurmuşdur. Rəsmi nikahlarından bir azyaşlı övladları vardır. Balakən rayon Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun arvadı X1 xalasıdır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs 2021-ci ilin aprel ayında onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxt Arzu ona Azərbaycan Beynəlxaq Bank ASC-nin bank kartının vaxtı bitdiyini və özünün bank kartının yenisini götürmək istədiyini bildirmişdir. O, Arzu ilə birlikdə Bakı şəhərində yerləşən Azərbaycan Beynəlxaq Bank ASC-nin bank filialına yaxınlaşmış və Zərərçəkmiş şəxs köhnə bank kartını dəyişib Azərbaycan Beynəlxaq Bank ASC-yə məxsus yeni bank kartı götürmüşdür. Daha sonra onlar evə qayıtmışlar. Evə qayıtdıqdan sonra o, Zərərçəkmiş şəxs bank kartını xüsusi proqram, yəni ABB mobil tətbiq vasitəsi ilə özünün mobil telefonuna yükləmişdir.Zərərçəkmiş şəxs ABB mobil tətbiq vasitəsi bank kartının özünün mobil telefonuna yükləməsinin səbəbi ondan ibarət olmuşdur ki,Arzunun pensiyası vurulduğu zaman ona bu barədə xəbər versin.Çünki Zərərçəkmiş şəxs telefonunda həmin mobil tətbiq olmamışdır. Həmçinin o, ABB mobil tətbiqindən istifadə etmək qaydalarını bilməmişdir. Lakin bu barədə, yəni Zərərçəkmiş şəxs ABB mobil tətbiq vasitəsi bank kartının özünün mobil telefonuna yükləməsi barədə ona məlumat verməmişdir. Həmin gündən Arzunun Azərbaycan Beynəlxaq Bank ASC-yə məxsus pensiya kartının ABB mobil tətbiqi onun mobil telefonunda qalmışdır. 23 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs bank kartına pensiyasının vurulduğunu görmüşdür. Pensiyanın məbləği 360 manat olmuşdur. Maddi sıxıntıları olduğu üçün Zərərçəkmiş şəxs pulunu hər ay ondan xəbərsiz oğurlamaq qərarına gəlmişdr.26 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs adına mobil telefonunda olan Azərbaycan Beynəlxaq Bank ASC-yə məxsus pensiya kartının ABB mobil tətbiqi vasitəsi ilə 61 manat məbləğində pulu hazırda yadında qalmayan plastik bank kartına köçürüb öz ehtiyacları üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs isə pulunun onun tərəfindən gizli yolla ələ keçirməsindən xəbəri olmamışdir. Bundan sonra Zərərçəkmiş şəxs onun pulunu ələ keçirməsindən xəbəri olmadığını görüb onun adına mobil telefonunda olan "xxxx" ASC-yə məxsus pensiya kartının ABB mobil tətbiqi vasitəsi ilə 27 sentyabr 2021-ci il tarixdə 60 manat, 29 oktyabr 2021-ci il tarixdə 60 manat, 29 noyabr 2021-ci il tarixdə 60 manat məbləğində pulu hazırda nömrəsi yadında qalmayan bank kartına köçürüb öz ehtiyacları üçün istifadə etmişdir. Daha sonra isə 27 dekabr 2021-ci il tarixdə 60 manat, 28 yanvar 2022-ci il tarixdə 100 manat, 25 fevral 2022-ci il tarixdə 100 manat, 18 mart 2022-ci il tarixdə 100 manat, 27 may 2022-ci il tarixdə 100 manat, 24 iyun 2022-ci il tarixdə 100 manat, 26 iyul 2022-ci il tarixdə 100 manat, 25 avqust 2022-ci il tarixdə 100 manat, 26 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat, 25 noyabr 2022-ci il tarixdə 100 manat, 23 dekabr 2022-ci il tarixdə 100 manat, 26 yanvar 2023-cü il tarixdə 169 manat, 24 fevral 2023-cü il tarixdə 170 manat, 16 mart 2023-cü il tarixdə 170 manat, 20 aprel 2023-cü il tarixdə 170 manat, 25 may 2023-cü il tarixdə 170 manat, 22 iyun 2023-cü il tarixdə 170 manat, 25 iyul 2023-cü il tarixdə 170 manat, 25 avqust 2023-cü il tarixdə 170 manat, 26 sentyabr 2023-cü il tarixdə 170 manat, 25 oktyabr 2023-cü il tarixdə 170 manat, 28 noyabr 2023-cü il tarixdə 170 manat, 29 dekabr 2023-cü il tarixdə 170 manat, 26 yanvar 2024-cü il tarixdə 170 manat, 23 fevral 2024-cü il tarixdə 170 manat, 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 170 manat, 24 may 2024-cü il tarixdə 170 manat, 14 iyun 2024-cü il tarixdə 170 manat məbləğində pul vəsaitlərini isə özünə məxsus olan, Leobank tərəfindən ona verilmiş 4098 5844 5024 9642 nömrəli bank kartına köçürüb istifadə etmişdir. Həmçinin 27 avqust 2024-cü il tarixdə 170 manat məbləğində pulu da özünə məxsus Leobank tərəfindən ona verilmiş 4098 5844 9729 3595 nömrəli bank kartına köçürüb öz ehtiyacları üçün istifadə etmişdir.Beləliklə o, ümumilikdə Zərərçəkmiş şəxs 4630 manat məbləğində pulunu ondan gizli şəkildə özünə məxsus plastik bank kartlarına köçürüb öz ehtiyacları üçün istifadə etmişdir.Zərərçəkmiş şəxs bank kartından ələ keçirdiyi pulları özünə məxsus bank kartlarına köçürüb onlayn şəkildə öz ehtiyaclarına xərcləmişdir.Sonuncu dəfə 27 avqust 2024-cü il tarixdə 170 manat pulu ələ keçirdikdən sonra Zərərçəkmiş şəxs məxsus ABB mobil tətbiqi mobil telefonundan silinmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs məxsus ABB mobil tətbiqindən pul oğurlaya bilməmişdir. Daha sonra isə 23 sentyabr 2024-cü il tarixdə onun mobil telefonuna zəng edilmiş və polis əməkdaşı onun izahatının alınması üçün Balakən rayon polis şöbəsinə dəvət etmiş, 24 sentyabr 2024-cü il tarixdə o, Balakən rayon polis şöbəsinə gəlmişdir. O, öz əməlini etiraf etmişdir.O, vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır,Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Balakən rayon Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Gözləri tam görmədiyindən birinci qrup əlildir və təxminən 5-6 ildir ki, bununla bağlı pensiya alır. İlk əvvəl pensiya aldığı zaman onun pensiyası 360 manat olmuşdur. Lakin hər il onun pensiyası artmış və hazırda 570 manatdır. 2021-ci ilin aprel ayında bacısının kürəkəni, Cəlilabad rayon sakini, hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu zaman Azərbaycan Beynəlxalq bankına aid olan pensiya kartının vaxtı bitdiyindən onu orada kartını yeniləmək üçün, yəni yeni bank kartı götürmək üçün banka aparmışdır. Təxminən 1 həftədən sonra o, yenidən Elçinlə banka gedərək yeni, üzərində 4127 2211 2667 5463 nömrələri olan pensiya kartını almışdır. Sonra isə Balakən rayonu Sarıbulaq kəndindəki yaşadığı evə qayıtmışdır.O, beləliklə 2021-ci ildən sonra yeni pensiya kartından istifadə etməklə Balakən şəhəri ərazisindəki bankomatlardan hər ay pensiya almışdır. Savadsız olduğundan nə üçün hər ay fərqli məbləğlərdə pensiya aldığını bilməmişdir.Daha sonra bu barədə, yəni pensiyasını fərqli məbləğdə və az məbləğdə aldığı barədə həmkəndlisi və tanışı olan Şahid demişdir. Vüsalə ona pensiyasının məbləğini, həmçinin bank kartına hər hansı müdaxilə olub-olmamasını yoxlatmaq üçün X4 filialına getməsini bildirmişdir. O, pensiya məbləğini yoxlatmaq üçün Şahid ilə birlikdə Balakən şəhərində yerləşən X4 filialına gəlmişdir. Bu barədə banka müraciət etdikdə oradan ona əslində pensiyasının 570 manat olduğunu, lakin pulun hamısını onun almadığını, pensiya pulunun bir hissəsini 2021-ci ilin avqust ayından etibarən mobil ABB mobil tətbiqi vasitəsi ilə çıxarıldığını bildirmişlər.O, özünün mobil telefonunda mobil bank tətbiqi olmadığını bildirmişdir. Bundan sonra bilmişdir ki, onun pulunu Təqsirləndirilən şəxs telefonuna xüsusi proqram yükləyərək oğurlamışdır. Çünki həmin kartı Təqsirləndirilən şəxsla birlikdə gedib almışdır. Başqa onun kartı heç kimdə olmamışdır.Təqsirləndirilən şəxs o, kartı aldıqdan sonra kartı bir müddət özündə saxlayıb kartın o yan bu yanına baxmışdır. Deməli həmin vaxt Elçin onun pensiya kartını öz mobil telefonuna xüsusi proqram vasitəsi ilə yükləyibmiş. Təqsirləndirilən şəxs Balakən rayon polis şöbəsinə dəvət edildikdə onun kartından pul oğurladığını etiraf etmişdir. Azərbaycan Beynəlxalq Bank ASC-dən 13 sentyabr 2024-cü il tarixdə götürdüyü çıxarışdan da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs öz telefonuna yüklədiyi ABB mobil tətbiqi vasitəsi ilə onun bank kartından pulları 2021-ci ilin 26 avqust tarixindən başlayaraq hər ay 60 manat, 100 manat və 170 manat məbləğlərdə pullarını oğurlamış və sonuncu dəfə 27 avqust 2024-cü il tarixdə 170 manat məbləğində pulunu oğurlamaqla ona ümumilikdə 4630 manat maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir.Onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən rayon Sarıbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Balakən rayon Sarıbulaq kənd sakini Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 13 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs pensiyasını fərqli məbləğdə və az məbləğdə aldığı barədə ona bildirmişdir. O, Zərərçəkmiş şəxs pensiyasının məbləğini yoxlatmaq , həmçinin bank kartına hər hansı müdaxilə olub-olmamasını yoxlatmaq üçün X4 filialına getməsini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs pensiya məbləğini yoxlatmaq üçün onunla birlikdə Balakən şəhərində yerləşən X4 filialına gəlmişdir. Zərərçəkmiş şəxs bu barədə banka müraciət etdikdə oradan Zərərçəkmiş şəxs əslində pensiyasının 570 manat olduğunu, lakin pulun hamısını onun almadığını, pensiya pulunun bir hissəsini 2021-ci ilin avqust ayından etibarən mobil ABB mobil tətbiqi vasitəsi ilə çıxarıldığını bildirmişlər.Zərərçəkmiş şəxs isə özünün mobil telefonunda mobil bank tətbiqi olmadığını bildirmişdir. Bundan sonra Arzu ona bildirmişdir ki, onun pulunu bacısının kürəkəni Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs telefonuna xüsusi proqram yükləyərək oğurlamışdır.Arzu bildirmişdir ki, həmin kartı Təqsirləndirilən şəxsla birlikdə gedib almışdır. Başqa onun kartı heç kimdə olmamışdır. Zərərçəkmiş şəxs demişdir ki, Təqsirləndirilən şəxs kartı aldıqdan sonra kartı bir müddət özündə saxlayıb kartın o yan bu yanına baxmışdır. Həmin vaxt Elçin onun kartını öz mobil telefonuna xüsusi proqram vasitəsi ilə yükləyibmiş.Həmçinin Zərərçəkmiş şəxs daha sonra bu barədə polisə məlumat verib Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir.Təqsirləndirilən şəxs Balakən rayon polis şöbəsinə dəvət edildikdə isə istintaqda Arzu Əlliyevanın kartından pul oğurladığını etiraf etmişdir. İşin 19-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş 21 sentyabr 2024cü il tarixli təqdim edilmiş sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Balakən filialından götürüb təqdim etdiyi 13 sentyabr 2024-cü il tarixli 41272211 2667 5463 nömrəli bank kartının çıxarışına baxış zamanı “İBA MOBİLE” yəni “İnternational Bank of Azerbaijan” Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsi ilə 26 avqust 2021-ci il tarixdə 61 manat, 27 sentyabr 2021-ci il tarixdə 60 manat, 29 oktyabr 2021-ci il tarixdə 60 manat, 29 noyabr 2021-ci il tarixdə 60 manat məbləğində pulu istintaqa məlum olmayan bank kartına, 27 dekabr 2021-ci il tarixdə 60 manat, 28 yanvar 2022-ci il tarixdə 100 manat, 25 fevral 2022-ci il tarixdə 100 manat, 18 mart 2022-ci il tarixdə 100 manat, 27 may 2022-ci il tarixdə 100 manat, 24 iyun 2022-ci il tarixdə 100 manat, 26 iyul 2022-ci il tarixdə 100 manat, 25 avqust 2022-ci il tarixdə 100 manat, 26 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat, 25 noyabr 2022-ci il tarixdə 100 manat, 23 dekabr 2022-ci il tarixdə 100 manat, 26 yanvar 2023-cü il tarixdə 169 manat, 24 fevral 2023-cü il tarixdə 170 manat, 16 mart 2023-cü il tarixdə 170 manat, 20 aprel 2023-cü il tarixdə 170 manat, 25 may 2023-cü il tarixdə 170 manat, 22 iyun 2023-cü il tarixdə 170 manat, 25 iyul 2023-cü il tarixdə 170 manat, 25 avqust 2023-cü il tarixdə 170 manat, 26 sentyabr 2023-cü il tarixdə 170 manat, 25 oktyabr 2023-cü il tarixdə 170 manat, 28 noyabr 2023-cü il tarixdə 170 manat, 29 dekabr 2023-cü il tarixdə 170 manat, 26 yanvar 2024-cü il tarixdə 170 manat, 23 fevral 2024-cü il tarixdə 170 manat, 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 170 manat, 24 may 2024-cü il tarixdə 170 manat, 14 iyun 2024-cü il tarixdə 170 manat məbləğində olmaqla özünün istifadəsində olan mobil telefonuna yükləmiş olduğu Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə özünə məxsus Leobank tərəfindən verilmiş 4098 5844 5024 9642 nömrəli bank kartına, 27 avqust 2024-cü il tarixdə 170 manat olmaqla özünün istifadəsində olan mobil telefonuna yükləmiş olduğu Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə özünə məxsus Leobank tərəfindən verilmiş 4098 5844 9729 3595 nömrəli bank kartına köçürüb elektron daşıyıcısı olan karta daxil etdiyi məbləğləri onlayn şəkildə istifadə etməklə gizli yolla ələ keçirib talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4630 (dörd min altı yüz otuz) manat məbləğində pulun mobil tətbiq vasitəsi ilə çıxarılması müəyyən edilmişdir. İşin 43-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində 24 sentyabr 2024-cü il tarixdə Balakən Rayon Polis Şöbəsində saat 16:30 radələrində tutulmuşdur. İşin 71-ci və 75-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 26 sentyabr 2024-cü il tarixli təqsirləndlirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan, başqa yerə getməmək haqqında iltizamdan və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında aktdan görünür ki,Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam seçilməklə, o, 26 sentyabr 2024-cü il tarixdə saat 16:30-radələrində Balakən RPŞ-nin MSY-dən azad edilmişdir İşin 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 103-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Diskə baxış keçirilməsi haqqında 31 yanvar 2025-ci il tarixli protokolda göstərilmişdir ki, Balakən rayon X6 bölməsinin müstəntiqi, polis mayoru X2 icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə icraatında istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərtib edir həmin protokolu ondan ötrü ki, Zərərçəkmiş şəxs istifadəsində olan, Azərbaycan Beynəlxalq Bank ASC-yə məxsus 4127 2211 2667 5463 nömrəli plastik bank kartının hesabına 20 avqust 2021 -ci il tarixdən 31 avqust 2024-cü il tarixədək olan müddət ərzində hansı məbləğlərdə pul köçürülməsi, hansı məbləğlərdə pul çıxarılması və ya başqa hesaba köçürülməsi, kart hesabından çıxarılmış müxtəlif məbləğlərdə olan pulların nağdlaşdırıldığı bankomatların yeri, ünvanı, nağdlaşdırmanın tarixi, həmçinin bankomatdan pulu nağdlaşdıran şəxsin fotoşəkilləri barədə məlumatların, eləcə də bankomatdan pulu nağdlaşdıran şəxsin fotoşəkilləri və ya həmin kartların hesablarından köçürülmüş müxtəlif məbləğlərdə pulların köçürüldüyü hesablar, həmin hesabların kimə məxsus olması, köçürülmə üsulu, ünvanı, habelə həmin əməliyyatlara dair texniki vasitələrin qeydləri və həmin plastik bank kartları üzrə həyata keçirilmiş digər əməliyyatlar barədə məlumatların "xxxx" ASC-dən ələ keçirilərək götürülməsi üçün Balakən Rayon Məhkəməsinin qərarı icra edilməsindən ötrü "xxxx" ASC-yə göndərilmişdir.”Azərbaycan Beynəlxalq Bankı”nın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş diskə baxış zamanı müəyyən edildi ki,“lBA MOBİLE” yəni “İnternational Bank of Azerbaijan” Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsi ilə 26 avqust 2021-ci il tarixdə 61 manat, 27 sentyabr 2021 -ci il tarixdə 60 manat, 29 oktyabr 2021 -ci il tarixdə 60 manat, 29 noyabr 2021-ci il tarixdə 60 manat, 27 dekabr 2021 -ci il tarixdə 60 manat, 28 yanvar 2022-ci il tarixdə 100 manat, 25 fevral 2022-ci il tarixdə 100 manat, 18 mart 2022-ci il tarixdə 100 manat, 27 may 2022-ci il tarixdə 100 manat, 24 iyun 2022-ci il tarixdə '00 manat, 26 iyul 2022-ci il tarixdə 100 manat, 25 avqust 2022-ci il tarixdə 100 manat, 26 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat, 25 noyabr 2022-ci il tarixdə 100 manat, 23 dekabr 1322-ci il tarixdə 100 manat, 26 yanvar 2023-cü il tarixdə 169 manat, 24 fevral 2023-cü il tarixdə 170 manat, 16 mart 2023-cü il tarixdə 170 manat, 20 aprel 2023-cü il tarixdə 170 manat, 25 may 2023-cü il tarixdə 170 manat, 12 iyun 2023-cü il tarixdə 170 manat, 25 iyul 2023-cü il tarixdə 170 manat, 25 avqust 2023-cü il tarixdə 170 ~snat, 26 sentyabr 2023-cü il tarixdə 170 manat, 25 oktyabr 2023-cü il tarixdə 170 manat, 28 noyabr 2023-cü il tarixdə 170 manat, 29 dekabr 2023-cü il tarixdə 170 manat, 26 yanvar 2024-cü il tarixdə 170 manat, 23 fevral 2124-cü il tarixdə 170 manat, 19 mart 2024cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 170 manat, 24 _ay 2024-cü il tarixdə 170 manat, 14 iyun 2024-cü il tarixdə 170 manat, 27 avqust 2024-cü il tarixdə 170 manat olmaqla ümumilikdə 4630 (dörd min altı yüz otuz) manat məbləğində pulun mobil tətbiq vasitəsi ilə çıxarılması müəyyən edildi. X4 RPŞ-nin İB-nə daxil olmuş məktubunda Zərərçəkmiş şəxs məxsus bank kartından xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək aparılmış əməliyyatlara dair məlumatların təqdim edilməsi göstərilsə də həmin diskə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 4127 2211 2667 5463 nömrəli plastik bank kartı üzərində əməliyyatlar xx.xx.2022-ci ildən 27 avqust 2024-cü il tarixədək olan müddət ərzində olan əməliyyatlara dair məlumatlar diskdə öz əksini tapmışdır.Həmçinin diskə baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məxsus bank kartından 18 mart 2022-ci il tarixdə 100 manat, 27 may 2022-ci il tarixdə 100 manat, 24 iyun 2022-ci il tarixdə 100 manat, 26 yanvar 2022-ci il tarixdə 100 manat, 25 avqust 2022-ci il tarixdə 100 manat, 26 sentyabr 2022-ci il tarixdə 100 manat, 26 oktyabr 2022-ci il tarixdə 100 manat, 25 noyabr 2022-ci il tarixdə 100 manat, 23 dekabr 2022-ci il tarixdə 100 manat, 26 yanvar 2023-cü il tarixdə 169 manat, 24 fevral 2023-cü il tarixdə 170 manat, 16 mart 2023- tarixdə 170 manat, 20 aprel 2023-cü il tarixdə 170 manat, 25 may 2023-cü il tarixdə 170 manat, 22 iyun 2023-cü il tarixdə 170 manat, 25 iyul 2023-cü il tarixdə 170 manat, 25 avqust 2023-cü il tarixdə 170 manat, 26 sentyabr 2023-cü il tarixdə 170 manat, 25 oktyabr 2023-cü il tarixdə 170 manat, 28 noyabr 2023-cü il tarixdə 170 manat, 29 dekabr 2023-cü il tarixdə 170 manat, 26 yanvar 2024-cü il tarixdə 170 manat, 23 fevral 2024-cü il tarixə 170 manat, 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 170 manat, 24 may 2024-cü il tarixdə 170 manat, 14 iyun 2024-cü il tarixdə 170 manat məbləğində olmaqla Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə Leobank tərəfindən verilmiş 4098 5844 5024 9642 nömrəli bank kartına köçürülmüşdür.27 avqust 2024-cü il tarixdə isə 170 manat pul vəsaiti Zərərçəkmiş şəxs məxsus kart hesabından ABB mobil tətbiqi vasitəsi ilə özünə məxsus Leobank tərəfindən verilmiş 4098 5844 9729 3595 nömrəli bank hesabına köçürülmüşdür. İşin 153-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Cəlilabad rayon İH-nin Cəlayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-41/2-7-2020/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı və xx.xx.2013-cü il təvəllüdlü qızı Nəzani vardır. İşin 154-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Cəlilabad rayon İH -nin Cəlayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş 4630 manat ziyanı tam ödəmişdir. Onunla barışmışdır,ondan heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və Şahid məhkəmə iclasında verdiyi ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, vurulmuş zərəri könüllü olaraq tam ödəməsi, Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Onun 24 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2021-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə göstərilən hüquq normalarının tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən ona təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi zərər olan 4630 (dörd min altı yüz otuz) manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X8 təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-nin X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,2(iki) il 6(altı ) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 24 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla,cəmi 4 gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın.Cəzasını yaşayış yeri üzrə çəksin.Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanındakı yaşayış yerini gecə saat 22:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-16/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-16/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver