Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-17/2021 16.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X6, müdafiəçilər- Zaqatala rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN və Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi2 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN iştirakı ilə xx.xx.N977-ci il tarixdə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işsiz, evli,Gürcüstan, Tbilisi şəhəri, Saburtalo rayonu, Nutsubidze küçəsi, 4-cü mikrorayon, 2- ci korpus 35-ci mənzildə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs2 və xx.xx.N980-ci il tarixdə Gürcüstanda anadan olmuş, Gürcüstan vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işsiz, evli,Gürcüstan, Tbilisi şəhəri, Saburtalo rayonu, Nutsubidze küçəsi, 4-cü mikrorayon, 36-cı korpus 3N-ci mənzildə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 3N8.2-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə keçmişdir. Belə ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs2 Gürcüstanda cinayət törətdiyinə görə axtarışda olması səbəbindən qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxsN ilə birlikdə xx xxxxxx 20N9-cu il tarixdə, saat 06 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən N2-ci sərhəd zastavasının 39-cu sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxsN qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə keçmişdir. Belə ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxsN Gürcüstanda cinayət törətdiyinə görə axtarışda olması səbəbindən qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx xxxxxx 20N9-cu il tarixdə, saat 06 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən N2-ci sərhəd zastavasının 39-cu sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmiş, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsi tərəfindən saxlanılaraq, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN sözügedən cinayət əməlini törətməsi məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Gürcüstanın Tbilisi şəhərində yaşamış, 20N9-cu ilin oktyabr ayında Tbilisi şəhərində yaşanmış insidentlə əlaqədar olaraq barəsində axtarış olduğunu öyrənmiş, bu hadisə ilə bağlı Təqsirləndirilən şəxsN də axtarışda olmuş, qanunsuz yolla Azərbaycana keçmək qərarına gəlmişlər. xx xxxxxx 20N9-cu il tarixdə, saat 06 radələrində Gürcüstanın Azərbaycanla sərhəddə olan Tnori rayonuna gəlmiş, həmin yer Azərbaycanın Balakən rayonu ilə həmsərhəd olmuş, qeyd olunan ərazidə əvvəllər ov etdiyi üçün həmin ərazini yaxşı tanımış, həmin vaxt Alazan çayını keçib Azərbaycana keçmiş, bundan sonra Bakı şəhərinə gəlmiş, həmin müddətdən Bakı şəhərində kirayə evdə yaşamışlar. xx xxxxxx 2020- ci il tarixdə Nikifore ilə birlikdə Qax rayonuna gəlmək qərarına gəlmiş, Qax rayonunda bir müddət yaşamaq istəmiş, Bakı şəhərində tanış olduqları Ruslan adlı şəxslə söhbət edən zaman ona Qaxa getmək istədiklərini demişlər. Ruslan Şəki rayonunda yaşadığını, birlikdə Şəkiyə gedib, oradan Qaxa apara biləcəyini söyləmiş, onlar da Ruslanla razılaşmış, həmin gün birlikdə Şəki rayonuna gəlmişlər. Burada Ruslanın evində olan zaman xx.xx.2020-ci il tarixdə, saat 04-05 radələrində həmin evə polis əməkdaşları gəlmiş, onları saxlamış, araşdırma zamanı onlar sərhədi qanunsuz keçdiklərini etiraf etmiş, daha sonra onlar sərhədi qanunsuz keçdikləri yerə aparılmış, Balakən rayonu ərazisində sərhədi keçdikləri yeri göstərmişlər. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsN ona Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Gürcüstanın Tbilisi şəhərində yaşamış, 20N9-cu ilin oktyabr ayında Tbilisi şəhərində yaşanmış insidentlə əlaqədar olaraq barəsində axtarış olduğunu öyrənmiş, bu hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 də axtarışda olmuşdur. Onlar qanunsuz yolla Azərbaycana keçmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxx 20N9-cu il tarixdə, saat 06 radələrində Gürcüstanın Azərbaycanla sərhəddə olan Tnori rayonuna gəlmiş, həmin yer Azərbaycanın Balakən rayonu ilə həmsərhəd olmuş, qeyd olunan ərazidə Təqsirləndirilən şəxs2 əvvəllər ov etdiyi üçün ərazini yaxşı tanımışdır. Həmin vaxt Alazan çayını keçib Azərbaycana keçmiş, bundan sonra Bakı şəhərinə gəlmiş, həmin müddətdən Bakı şəhərində kirayə evdə yaşamışlar. xx xxxxxx 2020- ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birlikdə Qax rayonuna gəlmək qərarına gəlmiş, Qax rayonunda bir müddət yaşamaq istəmiş, Bakı şəhərində tanış olduqları Ruslan adlı şəxslə söhbət edən zaman ona Qaxa getmək istədiklərini demişlər. Ruslan Şəki rayonunda yaşadığını, birlikdə Şəkiyə gedib, oradan Qaxa apara biləcəyini söyləmiş, onlar Ruslanla razılaşmış, həmin gün birlikdə Şəki rayonuna gəlmişlər. Burada Ruslanın evində olan zaman xx.xx.2020-ci il tarixdə, saat 04-05 radələrində həmin evə polis əməkdaşları gəlmiş, onları saxlamış, araşdırma zamanı onlar sərhədi qanunsuz keçdiklərini etiraf etmiş, daha sonra onlar sərhədi qanunsuz keçdikləri yerə aparılmış, Balakən rayonu ərazisində sərhədi keçdikləri yeri göstərmişlər. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissənin baş əməliyyat müvəkkili ŞahidN ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə N nömrəli hərbi hissədən N nəfər Gürcüstan vətəndaşı hərbi hissəyə gətirilərək, təhvil verilmiş, bu zaman həmin şəxslərin Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 olması, xx xxxxxx 20N9-cu il tarixdə N nömrəli hərbi hissənin xidməti ərazisində, yəni Balakən rayonu ərazisindən dövlət sərhədini qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikası istiqamətində keçmələri müəyyən edilmişdir. Bununla bağlı olaraq, həmin şəxslərdən keçdikləri yer dəqiqləşdirilmiş, həmin ərazinin N nömrəli hərbi hissənin Balakən rayonu ərazisində yerləşən N2-ci sərhəd zastavasının 39-cu sahə olduğu müəyyən edilmiş, bundan sonra həmin şəxslər qeyd olunan əraziyə aparılmışdır. Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 dövlət sərhədini xx.xx.20N9-cu il tarixdə qanunsuz olaraq keçdikləri yeri göstərmiş, həmin ərazi Balakən rayonu Darvazbinə kəndi ərazisində yerləşmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid Şəki Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 3N7.N-ci maddəsinə əsasən bu Məcəllənin 226.N- 226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.N-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.N-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.N.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid2 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020- ci il tarixdə iki nəfər Gürcüstan vətəndaşının Gürcüstana qanunsuz olaraq keçmək niyyəti ilə Şəki rayonu Kiçik Dəhnə kəndində X3 evində gizlənmələri barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında o, Kiçik Dəhnə kənd sakini Ruslan Kərimovun yaşadığı ünvana getmiş, orada həqiqətən də iki nəfər naməlum şəxsin olduğu müəyyən edilmişdir. Qeyd olunan həmin iki şəxsin üzərində şəxsiyyətlərini təsdiq edən sənəd aşkar olunmamış, daha sonra ev sahibi Ruslan Kərimov və həmin iki şəxs onların şəxsiyyətlərini dəqiqləşdirmək və hadisəni araşdırmaq məqsədi ilə şöbəyə dəvət olunmuşlar. Şöbədə ilkin filtrasiya zamanı həmin iki şəxsin Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, həmin şəxslər Qax rayonuna gedərək, bir müddət orada yaşamaq istədiklərini bildirmiş, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 20N9-cu ili dekabr ayında qanunsuz olaraq dövlət sərhədini Gürcüstandan Azərbaycan istiqamətində keçdiklərini etiraf etmişlər. Bundan başqa, Ruslan Kərimov da izahat verərək, həmin şəxslərlə Bakı şəhərində tanış olduğunu, onların xahişi ilə həmin şəxsləri Qax rayonuna aparacağına söz verdiyini və bu məqsədlə onları öz yaşadığı evinə gətirdiyini demişdir. Bundan sonra araşdırma zamanı Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 barəsində İnterpolda beynəlxalq axtarış elan olunduğu müəyyən edilmiş, daha sonra onlar barələrində toplanılmış materiallarla birlikdə DSX N nömrəli hərbi hissəsinə aidiyyəti üzrə təhvil verilmişdir. İşin 35-36-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-nin rəisi A.Kazımov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsN şəxsi axtarış zamanı N (bir) ədəd kompüter çantasında şəxsi paltarları, N (bir) ədəd polietilen torbada paltar, N (bir) ədəd gümüşü rəngdə İPone markalı telefon, N (bir) ədəd şabalıdı rəngdə portmane, 3 (üç) ədəd ev və avtomobil açarı və 250 manat pul aşkar olunmuş, götürülmüş, qablaşdırılmış və 33 №-li möhürlə möhürlənmişdir. İşin 37-38-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-nin rəisi A.Kazımov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı N (bir) ədəd «Adidas» markalı çanta, həmin çantada geyim ləvazimatları; 2 (iki) ədəd idman ayaqqabısı, 2 (iki) ədəd idman çantası, içərisində geyim ləvazimatı, N (bir) ədəd qara rəngli jinqa markalı mobil telefon, N (bir) ədəd VTB banka məxsus (Dmitri Karanadzenin adına) kart, N (bir) ədəd qara rəngli portmane, 2 (iki) ədəd telefon adaptoru, 2 (iki) ədəd eynək və 225 AZN pul aşkar olunmuş, götürülmüş, qablaşdırılmış və 33 №-li möhürlə möhürlənmişdir. İşin 47-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 xx.xx.20N9-cü il tarixdə dövlət sərhədini qanunsuz olaraq keçdiyi əraziyə, yəni N nömrəli hərbi hissənin Balakən rayonu Darvazbinə kəndində yerləşən N2-ci sərhəd zastavasının 39-cu sahəsinə gətirilmiş, onlar dövlət sərhədini qanunsuz olaraq keçdikləri yeri göstərmişlər. İşin N2N-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DSX-nin ƏABİ-nin sənədindən görünür ki, Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs2 barəsində İAMAS-da heç bir məlumat qeydə alınmamışdır. İşin N28-N34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası DİN Şəki Rayon Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, İNTERPOL-un Baş Katibliyinin əsasən, Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin N09.2, N43.2 və N43.3-cü maddələrilə təqsirləndirilən Gürcüstan vətəndaşı xx.xx.N980-ci il təvəllüdlü Təqsirləndirilən şəxsN xx.xx.20N9-cu il tarixdə, Gürcüstan Cinayət Məcəlləsinin N09.2 və N43.3-cü maddələri ilə təqsirləndirilən Gürcüstan vətəndaşı xx.xx.N977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 isə xx.xx.20N9-cu il tarixdə İNTERPOL kanalları ilə beynəlxalq axtarışa elan olunmuşlar. İşin 33-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında N5 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsN N5 noyabr 2020-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş inzibati qaydada tutma haqqında N5 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 N5 noyabr 2020-ci il tarixdə, saat 20:N5-də inzibati qaydada tutulmuşdur. İşin N02-N05-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin N7 noyabr 2020-ci il tarixli, 4(009)-575/2020 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli N5 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin N06-N09-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsininin N7 noyabr 2020-ci il tarixli, 4(009)-574/2020 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxsN barəsində 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli N5 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin N52-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. İşin N53-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin N26.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN ittiham olunduğu əməldə özlərinin təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ittihamı təsdiq edən əsas kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X4rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər-Gürcüstan vətəndaşları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikası istiqamətdə keçmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun N2-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikası CM-nin NN.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası ərazisində başlamış, yaxud davam etmiş və ya başa çatmış cinayət, Azərbaycan Respublikası ərazisində törədilmiş cinayət sayılır. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N8.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini, təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmaqla anlaqlı olmalarını, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrini, həmin əməli qəsdən törətmələrini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidirlər, onların əməli Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdiyi əmələ görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 4N-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.N-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.N və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının N30-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının N-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 4N-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.N.N-59.N.N4-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçdikləri yeri göstərmiş, ibtidai istintaqda və məhkəmə istintaqında etirafedici ifadələr verərək, onlara Azərbaycan Respublikası CM-nin 3N8.2-ci maddəsilə verilən ittiham üzrə təqsirlərini etiraf etmiş və bu etiraflar digər sübutlarla təsdiq edildiyi üçün Azərbaycan Respublikası CPM-nin N26.6-cı maddəsinə əsasən onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edilmişdir. Həmçinin məhkəmə bu etirafların könüllü şəkildə, məcbur edilmədən həyata keçirildiyi üçün təqsirləndirilən şəxslərin şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsi və nəzərə alınması qənaətinə gəlmişdir. Məhkəmə cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələrini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hazırkı cinayət əməli törədildiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N8.2-ci maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN cəza təyin edərkən onlara hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmələrini etiraf edib, bu əməli törətmələrindən səmimi peşmançılıq çəkmələri kimi cəzalarını yüngülləşdirən halı və cəzalarını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onların cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN barəsində təqsirli bilindikləri Azərbaycan Respblikası CMnin 3N8.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.N.N2-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi, yaxud barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 56.N.2-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CMnin 56.N.2-ci maddəsinə əsasən o cümlədən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN xx xxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günədək həbsdə saxlandıqları müddət onlara təyin olunan cəza müddətinə daxil edilməklə onların cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin N47.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin N58.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: N58.2.N. tutulduğu və həbsdə saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin N58.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı götürülmüş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-da saxlanılan N (bir) ədəd «Adidas» markalı çanta, həmin çantada geyim ləvazimatları; 2 (iki) ədəd idman ayaqqabısı, 2 (iki) ədəd idman çantası, içərisində geyim ləvazimatı, N (bir) ədəd qara rəngli jinqa markalı mobil telefon, N (bir) ədəd VTB banka məxsus (Dmitri Karanadzenin adına) kart, N (bir) ədəd qara rəngli portmane, 2 (iki) ədəd telefon adaptoru, 2 (iki) ədəd eynək və 225 AZN pul Təqsirləndirilən şəxs2 qaytarılmalı və Təqsirləndirilən şəxsN şəxsi axtarış zamanı götürülmüş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-da saxlanılan N (bir) ədəd kompüter çantasında şəxsi paltarları, N (bir) ədəd polietilen torbada paltar, N (bir) ədəd gümüşü rəngdə İPone markalı telefon, N (bir) ədəd şabalıdı rəngdə portmane, 3 (üç) ədəd ev və avtomobil açarı və 250 manat Təqsirləndirilən şəxsN qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin N32.N-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:N32.N.N. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; N32.N.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir);N32.N.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; N32.N.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; N32.N.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; N32.N.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin N36.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; N32.N.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.N-ci və 346.N.N9-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin 99-N.N-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Gürcüstan vətəndaşı olduqlarından onlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.N-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.N-N-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.N. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN Gürcüstan vətəndaşı olmalarını, hazırki işdə Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş matieriallarından görünür ki, Zaqatala rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 5 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxsN hüquqlarının müdafiəsinə 5 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin N93.2-N93.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 20N8-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200N-ci il N fevral tarixli,NN №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Zaqatala rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı 30 manat Zaqatala rayon Vəkil Bürosunun nəfinə «Azərbaycan Beynəlxalq Bankı» Zaqatala filialındakı VÖEN: **********, AZ45İBAZ******************** №-li hesabına və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraat zamanı Təqsirləndirilən şəxsN göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» XNN Rekvizitləri: VÖEN **********, kod 20N382, Müxbir hesab AZ37NABZ**********000000N94 hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X8 çağırışa və gündəlik xərclərə görə 50 manat məbləğ ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin N97.N.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdaftiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.N.2N-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.N0-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. XNrşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 35N-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N8.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və N (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N8.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və N (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Təqsirləndirilən şəxsN xx xxxxxx 2020-ci il tarixdən hazırki hökmün çıxarıldığı günə kimi tutulub həbsdə saxlandığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.N, 58.3 və 52.N-N-ci maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxsN əsas cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar; məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı götürülmüş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-da saxlanılan N (bir) ədəd «Adidas» markalı çanta, həmin çantada geyim ləvazimatları; 2 (iki) ədəd idman ayaqqabısı, 2 (iki) ədəd idman çantası, içərisində geyim ləvazimatı, N (bir) ədəd qara rəngli jinqa markalı mobil telefon, N (bir) ədəd VTB banka məxsus (Dmitri Karanadzenin adına) kart, N (bir) ədəd qara rəngli portmane, 2 (iki) ədəd telefon adaptoru, 2 (iki) ədəd eynək və 225 AZN pul Təqsirləndirilən şəxs2 qaytarılsın; Təqsirləndirilən şəxsN şəxsi axtarış zamanı götürülmüş Azərbaycan Respublikası DSX-nin N №-li hərbi hissəsinin THQ-da saxlanılan N (bir) ədəd kompüter çantasında şəxsi paltarları, N (bir) ədəd polietilen torbada paltar, N (bir) ədəd gümüşü rəngdə İPone markalı telefon, N (bir) ədəd şabalıdı rəngdə portmane, 3 (üç) ədəd ev və avtomobil açarı və 250 manat Təqsirləndirilən şəxsN qaytarılsın. Hazırki iş üzrə Zaqatala rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı 30 manat Zaqatala rayon Vəkil Bürosunun nəfinə «Azərbaycan Beynəlxalq Bankı» Zaqatala filialındakı VÖEN: **********, AZ45İBAZ******************** №-li hesabına və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə icraat zamanı Təqsirləndirilən şəxsN göstərilən hüquqi yardımla bağlı 30 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» XNN Rekvizitləri: VÖEN **********, kod 20N382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X8 50 (əlli) manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-17/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-17/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver