Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-17/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X4 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS - xx xxxxxx 1991-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, ünvan 2 qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” virusuna yoluxaraq 14 gün ərzində, yəni 11.11.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 15 noyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Covid-19 xəstəliyindən müalicə almalı olduğu və yaşadığı evi qəsdən, karantin rejimini pozmaqla, icazəsiz tərk edib insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri Səməd Vurğun küçəsinə çıxmaqla həmin küçədə yerləşən Şahid6 məxsus qaynaq sexinə daxil olaraq qəsdən karantin rejimini pozmaqla həmin yerdə olan vətəndaşlar Şahid6, Şahid7, Şahid5, Şahid4, Şahid3, eləcə də digər şəxslərin “Covid-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 15 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs həmin yerdə saxlanılaraq cəmiyyətdən təcrid olunması üçün ünvan 1 ünvanında yerləşən evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 yaşayır. Epilepsiya xəstəsidir. 08 noyabr 2021-ci il tarixdə özündə Covid-19 virusuna yoluxub-yoluxmamağı barədə Balakən rayon mərkəzi xəstəxanasında yaxma yolu ilə analiz vermişdir. 10 noyabr 2021-ci ildə həmin analizin Pozitiv (+) olması barədə onun mobil telefonuna sms gəlmişdir. Həmin tarixdə Covid -19 virusuna yoluxmaqla 11 noyabr 2021-ci il tarixdən ev nəzarətinə götürülmüşdür. Həmçinin həmin tarixdə ona həkim tərəfindən mobil telefon vasitəsi ilə zəng edilmiş və həkim onun 08 noyabr 2021-ci ildə Covid- 19 virusundan verdiyi analizin cavabının pozitiv (+) olduğunu bildirmiş, ona 14 gün müddətinə yaşadığı evi tərk etməməli olduğunu,əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada biləcəyini və cinayət məsuliyyətinə cəlb edilə biləcəyini demişdir. Bundan sonra o, yaşadığı evdə olmuşdur. Həmçinin ona məlum olmuş ki, o, 14 gün ərzində yəni 11 noyabr 2021-ci ildən 25 noyabr 2021-ci il tarixədək karantin nəzarətindədir. Həmin müddətdə yaşadığı ünvanı tərk etməməyi barədə həkim tərəfindən xəbərdar edilmişdir.Xəstəliyi ilə bağlı yaddaşsızlıq problemi yaşayır.15 noyabr 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən yaşadığı evin qarşısında olan atası Şahid6 və qardaşı Şahid7 birlikdə işlədiyi, atasına məxsus olan qaynaq sexinə getmişdir ki, siqaret çəksin. Lakin atası sexdə olduğu üçün siqaret çəkməmişdir. Bir neçə dəqiqə sonra isə sexə polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları gəldiyi vaxt sexdə atası qardaşı və ondan əlavə olaraq sifariş vermək üçün gələn 3 nəfər vətəndaş da olmuşdur.Polis əməkdaşları onun Covid xəstəsi olduğunu və həmin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, vətəndaşlarla təmasda olmağının cinayət məsuliyyətinə səbəb olduğunu bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına xəstə olmadığını, həmçinin də sexə təzə gəldiyini və özünü yaxşı hiss etdiyini, qızdırması olmadığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları mobil telefon vasitəsi ilə videoçəkiliş də aparmışlar. Daha sonra polis əməkdaşları ona yaşadığı evin həyətinə keçməsini bildirmişlər. Bundan sonra o da yaşadığı evin həyətinə keçmişdir. Atası Şahid6 və qardaşı Şahid7 Covid -19 virusu olmamışdır. Həmin gündən sonra karantin müddəti bitənədək evdən çıxmamışdır. 25 noyabr 2021-ci ildə karantin müddəti bitdikdən sonra evdən çıxmışdır.Əməlindən çox peşimandır.Barəsində yüngül cəza tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, hal-hazırda Balakən RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində xidmət edir. 15 noyabr 2021-ci ildə Balakən şəhəri ərazisində xidmətdə olarkən saat 12 radələrində ünvan 2 yaşayan, 10.11.2021-ci ildə Covid 19 virusuna yoluxmaqla 11.11.2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək yaşadığı evi tərk etmədən karantin nəzarətinə götürülmüş və ev şəraitində müalicə alan, vətəndaş Təqsirləndirilən şəxs onunla birlikdə Balakən şəhər ərazisində xidmətdə olan Balakən rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri Şahid1, Balakən RPŞ-nin İTB-nin rəisi X6 tərəfindən Balakən şəhəri Səməd Vurğun küçəsində yaşadığı 116 nömrəli evin qarşı tərəfində, yolun kənarında yerləşən atası Şahid6 məxsus qaynaq sexində aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərkən İTB-nin rəisi X9 şəhəri Səməd Vurğun küçəsində yerləşən qaynaq sexinə daxil olaraq əvvəlcə özünü təqdim etmişdir.Həmin vaxt o da Məhəmməd Bağırovun yanında olmuşdur. Həmçinin onlarla birlikdə xidmətdə olan Şahid1 isə mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs aşkar edilməsini videolentə almışdır. Yəni videolentə almış ki, həmin görüntünü gələcəkdə DVD diskinə köçürərək aidiyyəti üzrə tədqim etsinlər. Məhəmməd Bağırov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Covid -19 virusuna yoluxmuş, karona xəstəsi olduğunu, nə üçün yaşadığı evi tərk etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə analiz verdiyini və Covid- 19 xəstəsi olduğunu bildiyini demişdir. Eyni zamanda səhhətində heç bir problemi olmadığını, qızdırması belə olmadığını bildirmişdir. Bu zaman X7 Dibirova bildirmişdir ki, yaşadığı evi tərk etmək olmaz. Həmçinin qaynaq sexinə gələrək orada olan vətəndaşlarla təmasda olub vətəndaşların Covid-19 virusuna yoluxmasına real təhlükə yaradıb. Bu zaman Təqsirləndirilən şəxs öz qapısının qarşısına çıxdığını bildirmişdir. Daha sonra isə o, Təqsirləndirilən şəxs yaşadığı ünvana, yəni karantin nəzarətinə götürüldüyü evə keçməsini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs onların müşahidəsi altında cəmiyyətdən təcrid olunması üçün yaşadığı evə qaytarılmışdır. Daha sonra yenidən qaynaq sexinə daxil olmuş və orada olan və Təqsirləndirilən şəxsla təmasda olan vətəndaşların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq qeydlər aparmışlar. Bu zaman müəyyən edilmişdir ki, sexdə olan vətəndaşlar Təqsirləndirilən şəxs atası- Şahid6, qardaşı- Şahid7, həmçinin sexdə olan şifariş vermək üçün gələn Balakən rayon Hənifə kənd sakinləri Şahid3, Şahid4 və Şahid5dur. Müvafiq qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs Balakən şəhəri Səməd Vurğun küçəsində qaynaq sexində aşkar edilməsi, yaşadığı evə qaytarıldıqdan və onunla təmasda olan vətəndaşların şəxsiyyəti müəyyən edildikdən sonra başa çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, halhazırda ünvan 2 yaşayır.Fərdi əməklə məşğul olur, ünvan 2 evinin qarşı tərəfində özünə məxsus olan torpaq sahəsindəki qaynaq sexini işlədir. Onunla birlikdə həmin sexdə oğlu- Şahid7 işləyir. ünvan 2 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs da onun oğludur. Oğlu Təqsirləndirilən şəxs heç yerdə işləmir. Təqsirləndirilən şəxs 08.11.2021-ci il tarixdə özündə Covid -19 virusu olub-olmaması barədə Balakən rayon mərkəzi xəstəxanasında yaxma yolu ilə analiz vermişdir. 10 noyabr 2021-ci ildə həmin analizin Pozitiv (+) olması barədə oğlu Sədrəddinin mobil telefonuna sms gəlmişdir. Həmçinin həkim tərəfindən mobil telefon vasitəsi ilə zəng edilərək oğlu Sədrəddinə Covid- 19 virusundan verdiyi analizin cavabının pozitiv (+) olduğu, buna görə də 14 gün müddətinə yaşadığı evi tərk etməməli olduğu, əks təqdirdə xəstəliyin yayılmasına real təhlükə yarada biləcəyi barədə bildirilmişdir. Həmin gündən Sədrəddin ev şəraitində qalmışdır. Xəstəlik müddətində Balakən rayon mərkəzi xəstəxanasının həkim terapevti X3 zəng edərək səhhətini soruşmuş, Sədrəddin isə səhhətinin yaxşı olduğunu bildirmişdir.Yəni Sədrəddin yataq xəstəsi olmamışdır. Həmin xəstəliyi yüngül keçirtmişdir. Həmçinin oğluna məlum olmuşdur ki, 11 noyabr 2021-ci ildən 25 noyabr 2021-ci il tarixədək karantin nəzarətindədir. Həmin müddətdə yaşadığı ünvanı tərk etməməlidir. 15 noyabr 2021-ci il tarixdə o, oğlu Fəridlə birlikdə evlərinin qarşısında ona məxsus olan qaynaq sexində işləmişlər.Həmin gün saat 12 radələrində Sədrəddin də sexə gəlmişdir. Sədrəddinin gəldiyi vaxtda sexdə sifariş vermək üçün gələn 3 nəfər vətəndaş da olmuşdur. Bir neçə dəqiqə sonra isə sexə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları Sədrəddinin Covid xəstəsi olduğunu və həmin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını, vətəndaşlarla təmasda olmağının məsuliyyətə səbəb olduğunu bildirmişdirlər.Sədrəddin xəstə olmadığını, səhhətində heç bir narahatçılıq olmadığını demişdir. Polis əməkdaşları isə bildirmişlər ki, Sədrəddin yaşadığı evi tərk etməməlidir. Daha sonra polis əməkdaşları oğlu Sədrəddinə yaşadığı evin həyətinə keçməsini bildirmişlər. Həmçinin polis əməkdaşları həmin vaxtı mobil telefon vasitəsi ilə videoçəkiliş də aparmışlar. Sədrəddin bundan sonra polisin nəzarəti altında yaşadıqları evin həyətinə keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayon Hənifə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 15 noyabr 2021-ci il tarixdə həmkəndliləri Şahid3 və Şahid4 ilə birlikdə Balakən şəhəri Səməd Vurğun küçəsində yerləşən Şahid6 qaynaq sexinə dəmir pilləkən yığılması üçün nə qədər dəmir lazım olduğunu və dəmir pilləkənin ölçüsünün nə qədər olmasının məqsədə uyğun olmasını aydınlaşdırmaq üçün getmişlər. Həmin qaynaq sexini isə əvvəldən tanıyır. Sexdə olduqları zaman təxminən saat 12 radələri olmuşdur. Həmin vaxtı sexə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşlarından biri mobil telefon vasitəsi ilə videoçəkiliş aparmış, digəri isə müvafiq qeydlər aparmışdır. Polis əməkdaşı sexdə olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxduğunu, yəni karonavirus xəstəsi olduğunu bildirmişdir. Həmçinin nə üçün yaşadığı evi tərk etdiyini, yaşadığı evi tərk edərək qaynaq sexinə daxil olmaqla virusun vətəndaşlara yoluxmasına real təhlükə yaratdığını bildirmişdir. Bu zaman Sədrəddin də polis əməkdaşına xəstə olmadığını, səhhətində heç bir narahatçılıq olmadığını və həmçinin qızdırması olmadığını demişdir. Polis əməkdaşları isə Sədrəddinə yaşadığı evi tərk etməməli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları Sədrəddinə yaşadığı evin həyətinə keçməsini bildirmişlər. Sədrəddin də bundan sonra polisin nəzarəti altında yaşadığı evin həyətinə keçmişdir. Həmçinin polis əməkdaşları onun və sexdə olan Şahid6 və oğlu Fəridin, Şahid3 və Şahid4 adlarını da qeyd etmişlər. İbtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadələri elan edilməklə tədqiq edilmiş Şahid3 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid5 ifadəsində göstərdiklərini təsdiq edərək onun ifadəsinin məzmununa uyğun ifadə vermişlər. İşin 6-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 15 noyabr 2021-ci il tarixli “təqdim edilmiş DVD diskinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında karantin nəzarətinə götürüldüyü evi özbaşına tərk edib küçəyə çıxaraq qaynaq sexinə daxil olub vətəndaşlarla təmasda olaraq Covid-19 virusunun digər şəxslərə yoluxmasına real təhlükə yaratması ilə bağlı hadisə yerində aparılmış videoçəkiliş zamanı videgörüntünü özündə əks etdirən 01 ədəd DVD diskinə baxış zamanı müəyyən edilmişdir ki, 15 noyabr 2021-ci ildə saat 12 radələrində ünvan 2 yaşayan,10.11.2021-ci ildə Covid-19 virusuna yoluxmaqla 11.11.2021-ci il tarixdən ev nəzarətinə götürülmüş, həmin tarixdən 25 noyabr 2021-ci il tarixədək yaşadığı evi tərk etmədən karantin nəzarətində olan və ev şəraitində müalicə alan Dibirov X2 şəhər ərazisində xidmətdə olan Balakən rayon polis şöbəsinin İTB-nin sahə rəisi X6, Balakən RPŞ-nin İTB-nin sahə rəisi Şahid2, Balakən rayon polis şöbəsinin İTB-nin polis səhə nəfəri Şahid1 tərəfindən Balakən şəhəri Səməd Vurğun küçəsində Təqsirləndirilən şəxs həmin küçədə yerləşən yaşadığı 116 nömrəli evin qarşı tərəfində yolun kənarında olan atası Şahid6 məxsus qaynaq sexində aşkar edilmişdir. Balakən rayon polis şöbəsinin İTB-nin rəisi X1 şəhəri Səməd Vurğun küçəsində yerləşən qaynaq sexinə daxil olaraq özünü təqdim edir. Həmin vaxt Məhəmməd Bağırovun yanında digər polis əməkdaşı İTB-nin sahə rəisi Şahid2 da vardır. İTB-nin polis sahə nəfəri Şahid1 isə mobil telefonla Təqsirləndirilən şəxs aşkar edilməsi faktını videolentə alır. Məhəmməd Bağırov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onun Təqsirləndirilən şəxs olub-olmadığını soruşur.Bu zaman Təqsirləndirilən şəxs “bəli” deyib,özünün Təqsirləndirilən şəxs olduğunu bildirir. X7 Dibirova Covid- 19 virusuna yoluxmuş, karona xəstəsi olduğunu, nə üçün yaşadığı evi tərk etdiyini soruşur.Təqsirləndirilən şəxs isə cavab verir ki, analiz verib və müəyyən edilib ki, o, Covid-19 virusuna yoluxub, karona xəstəsidir. Lakin onun heç bir problemi yoxdur, qızdırmasının belə olmadığını bildirir. Bu zaman X7 Dibirova bildirir ki, ona yaşadığı evi tərk etmək olmaz. O qaynaq sexinə gələrək vətəndaşların Covid-19 virusuna yoluxmasına real təhlükə yaradıb. Bu zaman Təqsirləndirilən şəxs bildirir ki, öz qapısının qarşısına çıxıb, uzağa getməyib. Sonra isə X7 Dibirova yaşadığı ünvana keçməsini bildirir. Təqsirləndirilən şəxs polislərin müşahidəsi altında cəmiyyətdən təcrid olunması üçün yaşadığı evə qaytarılır. Daha sonra Məhəmməd Bağırov yenidən qaynaq sexinə daxil olur və orada olan Təqsirləndirilən şəxsla təmasda olan vətəndaşların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq qeydlər aparır. Bu zaman müəyyən edilir ki, sexdə olan vətəndaşlar Təqsirləndirilən şəxs atası Şahid6, qardaşı Şahid7, həmçinin sexdə olan şifariş vermək üçün gələn Balakən rayon Hənifə kənd sakinləri Şahid3, Şahid4 və Şahid5dur.Bununla da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Balakən şəhəri Səməd Vurğun küçəsində qaynaq sexində aşkar edilməsi, yaşadığı evə qaytarıldıqdan və onunla təmasda olan vətəndaşların şəxsiyyəti müəyyən edildikdən sonra başa çatır. Həmçinin də videoçəkiliş zamanı videoçəkilişin qeydə alındığı 01 ədəd videogörüntülərin olduğu disk protokola əlavə edilmişdir.DVD diskinə məhkəmə istintaqı zamanı baxış keçirilərkən bu faktlar bir daha müəyyən edildi. İşin 10-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli 2460 nömrəli arayışdan görünür ki, Dibirov X2 şəhəri S.Vurğun küçəsi 116 nömrəli evdə yaşayır, himayəsində atası-anası və qardaşı vardır. İşin 11-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 14-16-cı vərəqələrində olan xəstəlik sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs ensefalopatiya kəllədaxili hipertenziya və qıcolma sindromu xəstəsidir. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb,hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin.Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut bir ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-17/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-17/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver