Məhkəmə qərarları › İş №1(019)-17/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-17/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-17/2023 23.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Zaqatala rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1997-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, X16 İstismar İdarəsinin Balakən xidmət sahəsi üzrə ictimai işlərə cəlb olunan müqaviləli işçisi işləyən, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 263-1.1 və 264-cü maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs alkoqollu içkinin təsiri nəticəsində, sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki o, 13 may 2022-ci il tarixdə saat 23:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, alkoqollu içki, yəni pivə qəbul edib sərxoş halda idarə etdiyi Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Talalar kəndi ərazisində asfalt örtüklü magistral yolda təxminən 40-50 km/saat sürətlə üzü Balakən rayonu Tülü kəndi istiqamətində hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, bunları etmədən yolun əks hərəkət zolağına keçib onunla əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi at arabası ilə toqquşaraq, at arabasında sərnişin qismində olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yerə yıxmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağ dirsək nahiyəsində 03 ədəd, sağ əlin üstündə 01 ədəd sıyrıqlar, sağ budun yuxarı 1/3-nin bayır səthində qançır kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı kimi zərər çəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət yetirərək, yol nəqliyyat hadisəsi cinayət əməlini törətmiş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni hadisədən sonra zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, CM-nin 264-cü maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Balakən rayon Qullar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 3 azyaşlı övladı vardır. Əvvəllər məhkum edilməmişdir, hal-hazırda X16 İstismar İdarəsinin Balakən xidmət sahəsi üzrə ictimai işlərə cəlb olunan müqaviləli işçisi olaraq işləyir. Vətən Müharibəsi iştirakçısıdır. O, spirtli içki qəbul edib, həmçinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə özünü təqsirli bilir. Lakin həmin ittihamda qeyd edilən Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə özünü təqsirli bilmir. Belə ki, hadisə yerindən qaçmamışdır. Ona at arabasını sürən Mehman adlı şəxs hər şey qaydasındadır dedikdən sonra o, hadisə yerini tərk etmişdir. Buna görə də özünü qismən təqsirli bilir. 13 may 2022-ci il tarixdə 4 şüşə pivə içmişdir. Pivəni dostu Balakən rayon Talalar kənd sakini Famil Alvasovla içmişdir. Daha sonra isə evə getmək üçün kafedən durmuş və onun idarə etdiyi “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər. X17 rayonu Talalar kəndində yaşadığı üçün o, Famili idarə etdiyi avtomobillə Balakən rayonu Talalar kəndinə gətirmiş və yaşadığı evə düşürmüşdür. Daha sonra idarə etdiyi “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı evə getmək üçün yola düşmüşdür. O, idarə etdiyi “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə asfalt yolla Balakən rayonu Talalar kəndi istiqamətindən Balakən rayonu Tülü kəndi istiqamətinə getmişdir. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Balakən rayonu Talalar kəndinin ərazisində asfalt yolun sağ tərəfi ilə hərəkət etmişdir. Həmin vaxt avtomobilində 40-50 km/saat sürət olmuşdur. Avtomobillə hərəkət edən zaman yolun sol tərəfində, qarşı tərəfdən, yəni Balakən rayonu Tülü kəndindən Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət edən at arabasını qəflətən görmüşdür. Hava qaranlıq olduğu üçün qarşı tərəfdən gələn at arabasını əvəlcədən görməmişdir. Həmin at arabasını və at arabasında olan şəxsləri gördükdə aralarında təxminən 4-5 metr məsafə qalmışdır. Həmin vaxt at hürkmüş, məsafə az olduğuna görə o, idarə etdiyi “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə at arabasını vurmuşdur. Hadisəni törətdikdən sonra hadisə yerinə gələn Balakən rayonu Tülü kənd sakini Seymur adlı şəxsin köməkliyi ilə o, idarə etdiyi avtomobildən yerə düşmüşdür. Hadisə yerində sonradan adını bildiyi at arabasını sürən Mehman adlı şəxsi görmüş və Mehmandan yaxşı olub-olmadığını, kiməsə nə isə olub-olmamasını, özünün necə olmasını soruşmuşdur. Bu zaman Mehman ona hər şeyin qaydasında olduğunu, heç nə olmadığını bildirmişdir. O, Mehmana onda avtomobilini orada qoyub getdiyini, səhər gələcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Seymur adlı şəxs orada olan adamların köməkliyi ilə onun avtomobilini yaşadığı evin həyətinə salmışdır. Daha sonra hadisə yerindən uzaqlaşmış və əmisi oğlu Şahid3 zəng edərək çağırmışdır. Təxminən o, 700-800 metr yol getdikdən sonra əmisi oğlu Şahid3 idarə etdiyi avtomobillə gəlib onu yoldan götürmüşdür. Yaşadığı evə gəldiyi zaman yolda ona məlum olmuşdur ki, hadisə yerinə polislər gəlmişdir. Bu barədə ona məlumatı Seymur adlı şəxs vermişdir. Həmçinin Seymur ona zərərçəkmişin ailə üzvlərinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdiklərini bildirmişdir. Daha sonra da əmisi oğlu Şahid3 onu geri hadisə yerinə gətirmişdir. O, hadisə yerinə gəldikdə polis əməkdaşları orada olmuşdur. Hadisə yerinə artıq baxış keçirilib yekunlaşmışdır. Hadisə yerində Zərərçəkmiş şəxs2 başqa kiminsə xəsarət aldığını görməmişdir. Lakin at arabası ilə toqquşmamışdan əvvəl at arabasının üstündə iki nəfər şəxsin olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 hadisə yerində ona xəsarət alan olmadığını, heç bir problem olmadığını bildirmişdir. Buna görə də o, hadisə yerindən uzaqlaşıb yaşadığı evə getmişdir. O, hadisə baş verən zaman spirtli içkinin təsiri altında olmuşdur. Yəni spirtli içki olan pivə içmişdir. Həmçinin onun sürücülük vəsiqəsi yoxdur. Həmin avtomobili şəxsi vəsaiti hesabına almışdır. Yəni öz pulu ilə almışdır. Avtomobil özünə məxsusdur. Avtomobili aldığı zaman şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün avtomobili əmisi oğlu Şahid3 adına rəsmiləşdirmişdir. Lakin avtomobilin faktiki sahibi odur. Yəni avtomobil özünün mülkiyyətindədir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum edilməmiş və ya hər hansı psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. 13 may 2022-ci il tarixdə tanışı Balakən rayon Tülü kənd sakini X4 evinə qonaq getmişdir. İlhamla axşam yeməyi yedikləri vaxt oraya İlhamın qudası, Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs2 da gəlmişdir. Daha sonra Mehman onlarla birlikdə oturub yemək yemiş və yeməklə bərabər spirtlki içki qəbul etmişlər. Yeməklərini bitirdikdən sonra, təxminən saat 23:15 radələrində yaşadıqları evə getmək üçün İlhamla sağollaşıb bayıra çıxmışlar. Həmin vaxt o, Mehmanın at arabası ilə birlikdə evinə gedəcəyini bildirmişdir. Daha sonra Mehman onu yaşadığı evə aparacağını bildirmiş və o da Mehmanın at arabasına minmişdir. Mehman arabanın ön hissəsində oturub atı idarə etmiş, o, isə Mehmanın arxa tərəfində oturmuşdur. Mehman asfalt yolla, yolun hərəkət istiqamətinin sağ tərəfi ilə hərəkət edərək, İlhamın yaşadığı evdən təxminən 100 metr uzaqlaşıb Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət edərkən əks istiqamətdən, yəni Talalar kəndi istiqamətindən bir minik avtomobilinin yüksək sürətlə üzü Tülü kəndi istiqamətinə hərəkət etdiyini görmüşdür. Həmin avtomobilin ön qabaq işıqları zəif olduğuna görə, həmçinin sürücü avtomobili yolun ortası ilə idarə etdiyinə görə hər ikisi təhlükəni hiss etmişdir. Bu zaman o, Mehmana bu gələnin kimdirsə, avtomobili normal idarə etmədiyini, avtomobilin onları vura biləcəyini demişdir. Bu zaman Mehman atın hərəkət istiqamətini bacardığı qədər yolun sağ tərəfinə doğru çəkərək, təhlükəsiz şərait yaratmaq istəmişdir. Lakin buna baxmayaraq, həmin avtomobil sürətlə gələrək at arabasının sol tərəfinə dəymiş, zərbənin təsirindən at arabası geri hərəkət etmiş və Mehmanla o, yəni hər ikisi arabanın üstündən yerə yıxılmışlar. O, yıxıldığı vaxtı xatırlasa da yerə dəydikdən sonra huşunu itirmişdir. Daha sonra Mehmanın ona yaxınlaşıb vəziyyətinin necə olduğunu öyrənməyə çalışdığını təxmini xatırlayır və həmin vaxt huşu bir az özünə gəldiyindən asta səslə Mehmana cavab vermişdir, lakin nə dediyini xatırlamır. Daha sonra orada olan kənd sakinləri kömək edərək, onu yaşadığı evə aparmışlar. Evdə huşu özünə gəldikdən sonra o, ailə üzvlərinə yol-nəqliyyat hadisəsi nəticəsində ciddi xəsarət aldığını bildirmişdir. Daha sonra qardaşı oğlu Şahid2 onların yaşadıqları evə gələrək, təcili tibbi yardım avtomobili çağırmış və onu həmin avtomobillə Balakən rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmişdir. Səhəri gün isə o, Gəncə şəhərində yerləşən xəstəxanaya aparılmış və orada əməliyyat olunmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o, sağ körpücük sümüyündən xəsarət almışdır. Sonradan isə ona məlum olmuşdur ki, onu və X11 markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə at arabasında vuran şəxs Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs olmuş və Pərvin hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, hadisə yerinə toplaşan şəxslər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs irad bildirsələr də, o, Vətən Müharibəsi iştirakçısı olduğunu əsas gətirərək, onlara heç bir yardım göstərməmiş və onları, əsasən də onu xəstəxayana aparmaq üçün heç bir təşəbbüs göstərməmişdir. Yəni sürücü Təqsirləndirilən şəxs onlara ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən hadisə yerindən getmişdir. Həmçinin tibbi ekspertizanın rəyindən sonra ona aydın olmuşdur ki, onda müəyyən edilmiş xəsarətlər sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlərdir. Hadisə baş verdiyi vaxt təxminən saat 23:20 radələri olmuşdur. O, hadisədən əvvəl Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 30-35 metr məsafədən görmüşdür. X9 markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə zamanı at arabasında Mehman və ondan başqa heç kim olmamışdır. Həmçinin hadisə nəticəsində ona ümumlikdə 2420 manat məbləğində maddi ziyan dəymişdir. O, Gəncə şəhərində əməliyyat olunmaq üçün 1870 manat müalicəsi üçün, dərmanların alınmasına 200 manat, Gəncə şəhərindən geri qayıtmaq üçün taksi avtomobilinə 50 manat pul ödəmişdir. Hazırda sağ körpücük sümüyünə qoyulmuş milin çıxarılmasına 300 manat pul lazımdır. Bütün bunların nəticəsində ona 2420 manat maddi ziyan dəymişdir. Bu günə kimi sürücü Təqsirləndirilən şəxs onunla maraqlanmamış və ona heç bir ziyan ödəməmiş, onunla barışıq əldə etməmişdir. Hadisənin səhəri günü sürücü Təqsirləndirilən şəxs ailə üzvləri taksi avtomobili ilə onu Gəncə şəhərində yerləşən xəstəxanaya aparmış, lakin orada ona heç bir maddi və mənəvi yardım göstərmədən onu orada qoyub geri qayıtmışlar. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, himayəsində 4 övladı var, rəsmi olaraq heç yerdə işləmir və fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Əvvəllər məhkum edilməmiş və ya hər hansı psixi xəstəliklər keçirməmişdir. 13 may 2022-ci il tarixdə axşam saatlarında özünə məxsus at arabası ilə Balakən rayonu Tülü kəndində yaşayan qudası X4 evinə qonaq getmişdir. O, qudası İlhamın evinə gedən vaxt əvvəllər tanıdığı Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs1 da orada olduğunu, qudası İlhamla yemək yediklərini görmüşdür. Buna görə o da onlarla birlikdə oturub yemək yemiş və yeməklə bərabər az miqdarda spirtlki içki qəbul etmişlər. Onlar yeməyi bitirdikdən sonra, həmin tarixdə təxminən saat 23:20 radələrində yaşadığı evə getmək üçün qudası ilə sağollaşıb bayıra çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 da onunla birlikdə evinə gedəcəyini bildirmişdir. Onlar qonşu kəndlərdə yaşadıqlarına görə o, Rafiqi yaşadığı evə aparmağa razılıq vermiş və Rafiq də onunla birlikdə at arabasına minmişdir. Həmin vaxt o, arabanın ön hissəsində oturub atı idarə etmiş, Rafiq isə onun arxa tərəfində oturmuşdur. Onlar asfalt yolla, yolun hərəkət istiqamətinin sağ tərəfi ilə hərəkət edərək, qudası İlhamın yaşadığı evdən təxminən 100 metr uzaqlaşıb Balakən rayonu Talalar kəndi ərazisində yerləşən birinci fərdi yaşayış evinin qarşısına çatanda əks istiqamətdən, yəni Talalar kəndi ərazisindən bir minik avtomobilinin yüksək sürətlə üzü Tülü kəndi istiqamətinə hərəkət etdiyini görmüşlər. Həmin avtomobilin ön qabarıq işıqları zəif olduğuna görə, həmçinin sürücü avtomobili yolun ortası ilə idarə etdiyinə görə hər ikisi təhlükəni hiss etmişlər. Bu zaman Zərərçəkmiş şəxs1 ona bu gələnin kimdirsə, avtomobili normal idarə etmədiyini, avtomobilin onları vura biləcəyini demişdir. O da avtomobilin hərəkət trayektoriyasını, sürətini və işıqlarının zəif olduğunu gördüyünə görə narahat olmuş və atın hərəkət istiqamətini bacardığı qədər yolun sağ tərəfinə doğru dəyişərək, təhlükəsiz şərait yaratmaq istəmişdir. Lakin buna baxmayaraq, həmin avtomobil sürətlə gələrək at arabasının sol tərəfinə çırpılmış, zərbənin təsirindən at arabası geri hərəkət etmiş və Rafiqlə o, yəni hər ikisi arabanın üstündən uçub yerə yıxılmışlar. O, yolun sağ tərəfinə yerə yıxıldıqdan sonra özünü toplayıb ayağa qalxmış və Rafiqi axtarmağa başlamışdır. Həmin vaxt Rafiqin at arabasının ön tərəfində yolun asfalt örtüyünün üzərinə yıxıldığını və huşunu itirdiyini görmüşdür. Buna görə o, Rafiqi səsləyib vəziyyətinin necə olduğunu öyrənməyə çalışmışdır. Rafiq də ona asta səslə cavab verdikdə, sağ olduğunu başa düşmüşdür. Bu zaman hadisə yerinə təxminən 6-7 nəfər ətrafda yaşayan insanlar toplaşmışlar. Bundan sonra onları vuran şəxsin Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs olduğu və hadisə zamanı Pərvinin sərxoş olduğu ona məlum olmuşdur. Hadisə yerinə toplaşan şəxslər avtomobilin sürücüsü Təqsirləndirilən şəxs irad bildirsələr də, o, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu əsas gətirərək, onlara heç bir yardım göstərməmiş və onları, əsasən də Rafiqi xəstəxayana aparmaq üçün heç bir təşəbbüs göstərməmişdir. Hadisə zamanı o, özü də xəsarət aldığına görə Rafiqə yardım göstərə bilməmiş, hadisə yerinə toplaşan kənd sakinləri Rafiqi tanıdıqlarına görə, Rafiqi oradan qucaqlarına götürüb yardım edərək, yaxınlıqda yerləşən yaşadığı evinə aparmışlar. Daha sonra hadisə barədə eşidən oğlu Elnur hadisə yerinə gələrək, atı oradan yaşadıqları evə aparmış, araba isə hadisə yerində qalmışdır. Bundan sonra o, hadisə yerinə toplaşan insanların köməkliyi ilə arabanı çəkib yolun kənarına qoymuşdur. Lakin sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun ortasında qalmışdır. Daha sonra o, hadisə yerində olan tanımadığı şəxslərin köməkliyi ilə yaşadığı evə getmiş, sonra isə sərxoşluğunun müayinəsinin aparılması üçün Balakən rayon Mərkəzi Xəstəxanasına getmiş və orada həkim tərəfindən sərxoşluğunun müayinəsi aparılmışdır. Lakin o, xəsarəti olmadığını bildirmişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. Evinə qayıtdıqdan sonra hadisə zamanı aldığı xəsarətlər nəticəsində bədənində olan ağrılara görə ağrıkəsici dərman içib yatmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 hadisə zamanı aldığı xəsarətlərə görə gecə saatlarında Balakən rayon Mərkəzi Xəstəxanasına aparıldığı, sonradan isə Gəncə şəhərində yerləşən xəstəxanaya aparıldığı ona məlum olmuşdur. Bundan sonra o, Balakən Rayon Polis Şöbəsinə gələrək hadisə ilə əlaqədar izahat vermiş və Balakən rayon məhkəmə tibbi ekspertizasına gedərək, tibbi müayinədən keçmişdir. O, hadisə zamanı Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 30-35 metr məsafədən görmüşdür. Həmin vaxt o, baş verə biləcək hadisənin qarşısını almaq və təhlükəsiz şərait yaratmaq üçün atın hərəkət istiqamətini dəyişərək bacardığı qədər yolun hərəkət istiqamətinin sağ kənarına çıxmışdır. Lakin buna baxmayaraq, Volkswagen Golf markalı **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağına keçərək at arabası ilə toqquşmuşdur. O, Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmamışdır. Hadisə zamanı at arabasında Zərərçəkmiş şəxs1 və ondan başqa heç kim olmamışdır. Həmçinin hadisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Baş verən hadisə zamanı atına heç nə olmamışdır. At arabasını isə özü kustar üsulla hazırlamışdır. Yəni arabanın hazırlanması üçün həyətində olan köhnə taxtalardan və köhnə işlənmiş dəmirlərdən istifadə edərək hazırlamışdır. Hadisə zamanı isə at arabasının bəzi taxtaları və təkərləri bağlandığı yerdən çıxmışdır. At arabasının təkərlərini və dəmirlərini yerinə salmışdır. Hal-hazırda at arabası işlək vəziyyətdədir. Ona heç bir maddi ziyan dəyməmişdir. Buna görə də at və at arabası ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin sürücü Təqsirləndirilən şəxs hadisə zamanı və ya hadisədən sonra ona heç bir yardım göstərməmiş, sağlamlığı ilə bağlı ziyanı ona ödəməmişdir. Hadisədən bir qədər əvvəl az miqdarda spirtli içki qəbul etmiş, hadisə zamanı özünü idarə edə biləcək vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Tülü kəndində ailə üzvləri ilə birlikdə yaşayır.Heç yerdə işləmir.Evlidir.Əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs1 tanıyır.Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həmçinin Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır və onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Həmçinin onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 23:20 radələrində o, Balakən rayonu Tülü kəndində yaşadığı evdə televizora baxmış, həmin vaxt yaşadığı evin yaxınlığında küçədən səs eşitmişdir. Səsi eşitdikdən sonra küçədə nə isə hadisə baş verdiyini düşünüb küçəyə çıxmışdır. Küçəyə çıxdıqda yolda avtoqəza baş verdiyini və “Volkswagen Golf” markalı **- TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin at arabasını vurduğunu görmüşdür. Hadisə yerində “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Balakən rayonu Talalar kəndindən Balakən rayonu Tülü kəndi istiqamətinə tərəf dayanmışdır. Həmin avtomobil hərəkətdə olduğu yolun sağ hərəkət istiqamətindən qarşı sol zolağa çıxmış vəziyyətdə olmuşdur.Avtomobil qarşı sol zolaqda at arabasını vurduqdan sonra elə oradaca yolun sol hərəkət zolağında dayanmışdır. Yəni avtomobil yolun sol hərəkət istiqamətinə, qarşı tərəfin hərəkət zolağına keçmiş və qəza baş vermişdir. At arabası isə özünün hərəkətdə olduğu yolda olmuşdur. O, hadisə yerinə yaxınlaşdığı zaman avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, avtomobili onun həyətində saxlasin. O da avtomobilin sürücüsünə kömək etmək məqsədi ilə etiraz etməmişdir. Daha sonra avtomobilin küçədə qalmaması üçün avtomobilin sürücüsü “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun yaşadığı həyətə sürmüşdür. Daha sonra avtomobildən düşərək hadisə yerindən uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi at arabasını at arabasının öz yolunda vurmuş, nəticədə at arabasında olan Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs1 və at arabasını idarə edən şəxs Zərərçəkmiş şəxs2 xəsarət almışlar. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, o da həmin baxış prosesində iştirak etmişdir. Baxış prosesi zamanı hadisə yerində müvafiq protokol və sxem tərtib edilmişdir. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Yol nəqliyyat hadisəsini törədən “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Yol nəqliyyat hadisəsi baş verən zaman o, yaşadığı evdə olmuş və bu səbəbdən yol nəqliyyat hadisəsini görməmişdir. Lakin hadisə yerinə yaxınlaşdığı zaman qeyd etdiyi kimi hadisə yerində “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Balakən rayonu Talalar kəndindən Balakən rayonu Tülü kəndi istiqamətinə tərəf dayanmış vəziyyətdə olmuşdur. Həmin avtomobil hərəkətdə olduğu yolun sağ hərəkət istiqamətindən qarşı sol zolağa çıxmışdır. Qarşı sol zolaqda at arabasını vurduqdan sonra elə oradaca yolun sol hərəkət zolağında dayanmış vəziyyətdə olmuşdur. Avtomobil yolun sol hərəkət istiqamətinə, yəni qarşı tərəfin hərəkət zolağına keçmiş və qəza baş vermişdir. Həmin avtomobil özünün hərəkət etdiyi yoldan çıxaraq qarşı yola keçmiş və qarşı tərəfdə öz yolu ilə hərəkətdə olan at arabasını vurmuşdur. Polis əməkdaşı hadisə yerinə baxış keçirdikdən sonra o, Təqsirləndirilən şəxs avtomobilinin onarın həyətində olduğunu bildirmişdir. Bundan sonra polislər onalrın həyətinə gəlmiş və avtomobilə baxış keçirmişlər. Daha sonra avtomobili Balakən Rayon Polis Şöbəsinin cərimə meydançasına aparmışlar. O, avtomobilin yolda qalmaması, həmçinin yolu bağlamaması üçün avtomobilin həyətlərində saxlanmasına etiraz etməmişdir. Onun avtomobili gizlətmək fikri olmamışdır. Həmçinin o, hadisə yerinə çatdıqda Təqsirləndirilən şəxs kiməsə kömək etdiyini görməmişdir. O, hadisə yerinə çatdığı zaman orada olan adamların köməkliyi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşadıqları evə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs1 onun əmisidir. Zərərçəkmiş şəxs1la heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 14 may 2022-ci il tarixdə saat 00:10 radələrində əmisi X3 həyat yoldaşı X7 istifadəsində olan mobil telefonuna zəng edərək, əmisi Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bildirmişdir. Əmisi Rafiqin evdə olduğunu, köməklik göstərməyini xahiş etmiş və onu öz evlərinə çağırmışdır. Buna görə o, Balakən rayonu Talalar kəndində yerləşən yaşadığı evdən çıxıb əmisi Zərərçəkmiş şəxs1 Balakən rayonu Talalar kəndində yaşadığı evinə getmişdir. Zərərçəkmiş şəxs1 yaşadığı evə çatdıqda əmisi Zərərçəkmiş şəxs1 çarpayıda uzandığını və baş nahiyyəsinin qanadığını görmüşdür. Bu zaman o, nə olduğunu soruşmuş, əmisi Rafiqin həyat yoldaşı Dilbər Bodurova ona Rafiq Balakən rayonu Tülü kənd sakini Zərərçəkmiş şəxs2 at arabası ilə Balakən rayonu Tülü kəndindən Balakən rayonu Talalar kəndi istiqamətinə gələrkən “Volkswagen” markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üstündə olduğu at arabasını vurduğunu və həmin “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü hadisədən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilk tibbi yardım göstərilməsi üçün heç bir mümkün olan tədbir görmədiyini və hadisə yerindən uzaqlaşdığını bildirmişdir. Daha sonra o, hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Bundan sonra isə mobil telefonu ilə zəng edərək, Balakən rayon Mərkəzi Xəstəxanasına məlumat vermiş, yəni Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişdir. Daha sonra təcili tibbi yardım avtomobili gəlmiş və əmisi Zərərçəkmiş şəxs1 tibbi yardım göstərilməsi üçün tibb işçiləri tərəfindən Balakən rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Daha sonra o, hadisə yerinə getmişdir. Hadisə yerinə çatdığı zaman polis əməkdaşlarının hadisə yerində olduğununu görmüşdür. Sonra hadisə yerində olan təhqiqatçı tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, o da həmin baxış prosesində iştirak etmişdir. Baxış prosesi zamanı hadisə yerində müvafiq protokol və sxem tərtib edilmişdir. Bundan sonra protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən şəxs Balakən rayon Qullar kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Lakin o, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tanımır. Həmçinin yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilərkən orada sürücü Təqsirləndirilən şəxs olmamışdır. X22 rayonu Talalar kəndinə gətirən at arabasının sahibi Balakən rayon Tülü kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2lə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qullar kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, əvvəllər məhkum edilməmiş, psixi xəstəliklər keçirməmişdir. Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs onun əmisi oğludur. 13 may 2022-ci il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək, onu Balakən rayonu Tülü kəndinə çağırmış və bildirmişdir ki, Balakən rayonu Talalar kəndi ilə Tülü kəndini birləşdirən asfalt yolla Balakən rayonu Tülü kəndi istiqamətində piyada gəlir. Pərvin ondan xahiş etmişdir ki, özünü avtomobili ilə yoldan götürsün. Daha sonra o, idarə etdiyi avtomobillə Balakən rayonu Tülü kəndi istiqamətində gələrək, Təqsirləndirilən şəxs yoldan götürmüş və geri hadisə yerinə doğru hərəkət etmişdir. Pərvin ona bildirmişdir ki, idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törədib. Bu zaman o, Pərvinə sual vermişdir ki, hadisə necə olub? Pərvin də ona bildirmişdir ki, o, öz yolu ilə hərəkət edən zaman at arabası onun avtomobilinə toxunmuş, daha sonra özünü itirdiyini bildirmişdir. Pərvin ona demişdir ki, hadisə yerində olan şəxslər ona söyləmişlər ki, heç bir problem yoxdur, evə gedə bilər. Daha sonra Pərvin hadisə yerindən uzaqlaşaraq ona mobil telefonla zəng etmişdir. Sonra o, Pərvinlə birlikdə hadisə yerinə gəlmişdir. Hadisə yerində polis əməkdaşlarının olduğunu görmüşdür. Həmçinin Pərvinin avtomobili də küçədə olmuşdur. Daha sonra Pərvin polis şöbəsinə gətirilməsi üçün avtomobilə əyləşmişdir. Həmçinin idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin avtomobili şəxsi vəsaiti hesabına almışdır. Yəni öz pulu ilə almışdır. Yəni avtomobil Pərvinə məxsusdur. Təqsirləndirilən şəxs həmin avtomobili aldığı zaman şəxsiyyət vəsiqəsini tapa bilmədiyi üçün avtomobili onun öz razılığı ilə onun adına rəsmiləşdirmişdir. Lakin avtomobilin faktiki sahibi Təqsirləndirilən şəxsdir. Yəni avtomobil Pərvinin mülkiyyətindədir. İş materiallarında olan 14 may 2022-ci il tarixdə saat 01:35 dəqiqədən saat 02:05 dəqiqəyədək olan müddət ərzində tərtib edilmiş “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, həmin protokola əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış Balakən rayonu Talalar kəndindən Balakən rayonu Tülü kəndi istiqamətində keçirilmişdir. Hadisə yeri Balakən rayonu Talalar kəndi ərazisində yerləşən asfalt yoldur.Yəni qeyd edilən yol nəqliyyat hadisəsi Balakən rayonu Talalar kəndi ərazisində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi düz, asfaltbeton örtüklü olmaqla, hadisə zamanı quru olmuşdur. Hadisə yerində yolun iki hərəkət istiqaməti, iki hərəkət zolağı var. Hadisə baş verdiyi yerdə yolun hər iki hərəkət hissəsinin eni 3,0 metr olmaqla, yolun ümumi hərəkət hissəsinin eni 6,0 metrdir. Yolun hərəkət hissəsində qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün qırıq-qırıq xətt vardır. Yolun hərəkət hissəsinə sağdan 3,5 metr enində, soldan 2,15 mert enində yol çiyini (ehtiyat hissə) birləşir. Hadisə yeri yaşayış yeridir. Ətrafda yaşayış evləri vardır. Hadisə yerində yol elektrik işığı ilə işıqlandırılmır. Toqquşma yeri Balakən rayonu Tülü kəndi istiqamətində əks hərəkət zolağında sağ ehtiyat hissədən 4,5 metr, sol ehtiyat hissədən 1,5 metr məsafədə yerləşir. Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil hadisədən əvvəl Balakən rayonu Talalar kəndi istiqamətindən Tülü kəndi istiqamətində, at arabası isə Balakən rayonu Tülü kəndindən Balakən rayonu Talalar kəndi istiqamətinə hərəkətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi yerində Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil və at arabası yoxdur. Yol nəqliyyat hadisəsi yerində olan avtomobil mayesinin olması Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tülü kəndi istiqamətinə hərəkət etdiyini göstərir. Hadisə yerində Volkswagen Golf markalı **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus avtomobil mayesinin izləri vardır. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə saat 02:30 dəqiqədən saat 03:05 dəqiqəyədək olan müddət ərzində Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 14 may 2022-ci il tarixdə saat 01:06 radələrində Balakən rayonu Talalar kənd sakini Şahid2 Din-NİN 102 xidmətinə zəng edərək, Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin at arabasında olan qohumu Zərərçəkmiş şəxs1 vuraraq uzaqlaşmasını, sonuncunun xəsarət almasını bildirmişdir. Qeyd edilən müraciətlə bağlı yol-nəqliyyat hadisəsinin baş verdiyi Balakən rayonu Talalar kəndi ərazisindəki asfalt yola tərəflərindən baxış keçirilmiş, baxış zamanı hadisə yerində yol-nəqliyyat hadisəsi iştirakçısı olan Volkswagen Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün və at arabasınında olan şəxslərin olmadıqları müəyyən edilmişdir. Qeyd edilən hadisənin məlumatını DİN-nin 102 xidmətinə vermiş olan Şahid2 və dəvət edilmiş hal şahidlərinin, polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış protokolu tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Baxışda iştirak edən Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X12 Golf markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillin Balakən rayonu Tülü kənd sakini Şahid1 yaşadığı evin həyətində olduğunu bildirmişdir. Bu səbəbdən Şahid1 iştirakı ilə onun yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı «Volkswagen Golf» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 yaşadığı evin həyətində saxlanması müəyyən edilmişdir. Qeyd edilən avtomobilə Şahid1 iştirakı ilə baxış keçirilən zaman avtomobilin ön şüşəsinin sol hissəsinin, sol ön farasının sındığı və ön bamperinin zədələndiyi, həmin avtomobildə yol-nəqliyyat hadisəsinin əlamətlərinin olması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 yol-nəqliyyat hadisəsi baş verən zaman hadisənin səsinə küçəyə çıxdığını, avtomobilin sürücüsünü və avtomobilin toqquşduğu at arabasında olan şəxsləri tanımadığını, at arabasında olan bir nəfər şəxsin xəsarət aldığını, həmin şəxsin tanımadığı şəxs tərəfindən aparıldığını bildirmişdir. Baxış başa çatdıqdan sonra «Volkswagen Golf» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil Balakən RPŞnin duracağına yerləşdirilmişdir. Baxış zamanı baxış keçirilməsi haqqında protokol tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 17 may 2022-ci il tarixli 36 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 17 may 2022-ci il tarixli 37 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs1 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 17 may 2022-ci il tarixli 38 nömrəli aktdan görünür ki, Zərərçəkmiş şəxs2 sərxoşluq müayinəsindən keçirilmiş və onun hadisə zamanı yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 16 may 2022-ci il tarixli 111 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 müəyyən edilmiş xəsarətlər – sağ dirsək nahiyəsində 03 ədəd, sağ əlin üstündə 01 ədəd sıyrıqlar, sağ budun yuxarı 1/3-nin bayır səthində qançır --- bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, birlikdə və ayrı ayrılıqda sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallaırnda olan məhkəmə-tibbi ekspertizasının 29 iyun 2022-ci il tarixli 140 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müəyyən edilmiş xəsarətlər – sağ körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı--- bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zǝrǝr vurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 iyun 2022-ci il tarixli 116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş xəsarətlər – sol bazunun yuxarı 1/3-də bayır səthdə sıyrıq --- bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2022-ci il tarixli 8/1455 nömrəli rəyindən görünür ki, 1.2.3. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Volkswagen Golf» markalı 90TX560 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almaga texniki imkanı olmuşdur; sürücü Təqsirləndirilən şəxs «Volkswagen Golf» markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur; sürücü Təqsirləndirilən şəxs «Volkswagen Golf» markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyində onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur; sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2022-ci il tarixli 6 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvələr məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompyuter bazasına əsasən Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almamışdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş X5, xx.xx.2021-ci il tarixdə doğulmuş X8 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 yazılı ərizəsindən görünür ki, kustar üsulla düzəltdiyi at arabasını təmir etməsi səbəbindən onun at və arabası ilə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. X13 məhkəmədə verdiyi ifadəsində aldığı bədən xəsarəti ilə bağlı Pərvin Katayevin ona vurduğu ziyanı ödəmədyini bildirmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs İİ X10 iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və «Cəsur döyüşçü» medalları ilə təltif edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 28 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından və iş materiallarından görünür ki, iş üzrə «Volkswagen Golf» markalı 90TX560 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və onun mülkiyyət hüquqları qeydə alınmış mülkiyyətçisi Şahid3 qaytarılmışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs olan mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs olan mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı olan mülki iddiasından görünür ki, mülki iddiaçı mülki cavabdehdən maddi ziyana görə 2500 manat pul tələb edir. Məhkəmə, 14 may 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokolu, xx.xx.2022-ci il tarixli “Volkswagen Golf» markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilə “baxış keçirilməsi haqqında” protokolu, maddi sübutu Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 17 may 2022-ci il tarixli 36 nömrəli aktı, Zərərçəkmiş şəxs2 barədə məhkəmə-tibbi ekspertizasının 16 may 2022-ci il tarixli 111 nömrəli rəyini, Zərərçəkmiş şəxs1 barədə məhkəmə-tibbi ekspertizasının 29 iyun 2022-ci il tarixli 140 nömrəli rəyini, Təqsirləndirilən şəxs barədə məhkəmə-tibbi ekspertizasının 24 iyun 2022-ci il tarixli 116 nömrəli rəyini, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2022-ci il tarixli 8/1455 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə verdiyi xx.xx.2022-ci il tarixli 6 saylı arayışı, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi almaması barədə AR DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsində yaradılan mərkəzləşdirilmiş kompyuter bazası məlumatını, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 28 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, Təqsirləndirilən şəxs İİ X10 iştirakçısı olması və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və «Cəsur döyüşçü» medalları ilə təltif edilməsi barədə müvafiq sənədləri, həmçinin xx.xx.2019-cu il tarixdə doğulmuş X5, xx.xx.2021-ci il tarixdə doğulmuş X8 və xx.xx.2021-ci il tarixdə doğulmuş X6 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağın olması barədə müvafiq sənədləri və iş üzrə digər sənədləri, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını işin faktiki hallarını və hüquqi əsaslarını ziddiyyətsiz qaydada təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində hadisə yerindən qaçmaması və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş əməli törətməməsi barədə bildirdiklərinə işdəki mötəbər sübutlara istinadən hüquqi qiymət verməklə hesab edir ki, bu xüsusat üzrə həmin ifadələrdə göstərilənlər həqiqətə uyğun olmamaqla özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 264-cı maddəsinin dispozisiyasında qeyd olunur ki, bu Məcəllənin 263-cı və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması əməldə CM-nin 264-cı maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır; bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. İşdəki sübutlardan, o cümləən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən yol-nəqliyyat hadisəsini törətdikdən sonra, yəni at arabasında olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduqdan sonra hadisə yerində qalmamış, şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə, o cümlədən şifahi və yazılı qaydada çatdırmamış, zərərçəkmiş şəxslərə yardım göstərməmiş, onları tibb müəssisəsinə aparmamış, həmçinin hadisə yerinin müayinəsini aparan polis əməkdaşlarına yaxınlaşıb hadisə barədə və özü barədə məlumat verməmiş, hadisə yerinin müayinəsində iştirak etməmişdir. İşdəki mötəbər sübutlar tam şəkildə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» 10 aprel 2012-ci il tarixli qərarında qeyd edilən hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyini yerinə yetirməmiş, zərərçəkmiş şəxslərə tibbi yardım göstərmək üçün onları xəstəxanaya aparmamış, onun əməlində bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol-nəqliyyat hadisəsi yerini hər hansı səbəbdən tərk etməsi halı olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs əməlində CM-nin 263-1.1-ci maddəsilə yanaşı, CM-nin 264-cü maddəsinin də tərkibi vardır. Lakin məhkəmə onu da bildirir ki, heç bir halda təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmayan dəlilləri nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə, işdəki sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizalarının rəyi, məhkəmə yol-nəqliyyat hadisələri eskpertizasının rəyi, yol-nəqliyyat hadisəsi yerinə və avtomaşına baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş sxem və hadisə yerinin fotoşəkilləri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübut və cinayət işinə əlavə edilmiş digər sənədlərlə təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə, iş üzrə mövcud sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması müəyyən edildiyi üçün, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə barəsində ittiham hökmü çıxarılmalı və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda və CM-nin 264-cü maddəsində bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yolnəqliyyat hadisəsi yerindən qaçmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törədilməsi, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarına və qanun normalarının tələbinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətməsini, himayəsində üç azyaşlı uşağın olmasını, İİ Vətən Müharibəsi iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və «Cəsur döyüşçü» medalları ilə təltif edilməsini və və hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan xəsarət almasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətməsi və himayəsində üç azyaşlı uşağın olmasının Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınması qanunvericilyin tələbindən irəli gəlir və qanun normalarında birbaşa göstərilmişdir. Ona görə də həmin hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi birbaşa nəzərə alınmalıdır. Hadisə nəticəsində təqsirləndirilən şəxsin özünün də xəsarət almasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınması da «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndinin tələbindən irəli gəlir və həm də təqsirləndirilən şəxsə göstərilən humanist yanaşmanın təzahürüdür. Təqsirləndirilən şəxs İİ Vətən Müharibəsi iştirakçısı olmasının, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və «Cəsur döyüşçü» medalları ilə təltif edilməsinin yüngülləşdirici hallar qismində nəzərə alınması isə təqsirləndirilən şəxsi yaxşı mənada digər şəxslərdən, xüsusilə kriminal meyilli şəxslərdən fərqləndirmək üçün ağlataban əsas kimi qiymətləndirilməsi və onun şəxsiyyətinin müsbət cəhətlərinin vurğulanması zərurətindən irəli gəlir. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad olunan Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır və ehtiyatsızlıqdan törədilən cinayət, CM-nin 264-cü maddəsində nəzərdə tutulan əməl isə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayət əməlidir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar vardır, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü tarixli, 5 №-li qərarının 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş az ağır cinayət törətməsi, himayəsində üç azyaşlı uşağın olması, İİ Vətən Müharibəsi iştirakçısı olması, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə «Şuşanın azad olunmasına görə», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Vətən müharibəsi iştirakçısı» və «Cəsur döyüşçü» medalları ilə təltif edilməsi və hadisə nəticəsində özünün də dərəcəsi təyin olunmayan xəsarət alması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə təyin edilmiş əsas və əlavə cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmış azadlıqdan məhrum etmə cəzası və nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə növündə əlavə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli qərarına və Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir; - cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Hazırki işdə məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə (CM-nin 263-1.1.-ci maddəsində nəzərdə tutulan) görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən cinayətə (CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayət) görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın təyin olunması nəticəsinə gəldiyi üçün Konstitusiya Məhkəməsi Plenumunun sözügedən 18 iyun 2013-cü il tarixli qərarına görə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsində cəzasının icrası müddətinin məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasının müəyyən edildiyini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyət hüquqları qeydə alınmış mülkiyyətçisi Şahid3 qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 2500 manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Hazırki mülki iddia verilən zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:…150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd… Mülki iddianın verildiyi vaxt hazırda qüvvədə olan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 1000dan 10000-dək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin hazırki mülki iddia ərizəsindən və iş materiallarından görünür ki, həmin iddia ərizəsində iş üzrə cavabdehin adı və poçt ünvanı, iddiaçının öz iddia tələbini əsaslandırdırdığı fakt və sübutlar, ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməmiş, iddia tələbi ilə bağlı müvafiq sübutlar məhkəməyə təqdim olunmamış, həmçinin mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilməmiş, iddiaçı tərəfindən, hakim tərəfindən müəyyən edilmiş müddətdə, yəni iş üzrə yekun məhkəmə qərarı çıxarılan müddətədək işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmamışdır. Qeyd olunanlar da hazırki iddia ərizəsinin baxılmamış saxlanması üçün əsasdır. Belə ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs olan mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs olan mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 2500 manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlanmalı və Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:…354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsilə təyin edilmiş əsas və əlavə cəzaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsilə təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla hesablanmış 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmə növündə əlavə cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Volkswagen Golf” markalı **-TX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının mülkiyyət hüquqları qeydə alınmış mülkiyyətçisi Şahid3 qaytarılması nəzərə alınsın. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********;AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesabına ödənilsin. Zərərçəkmiş şəxs olan mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs olan mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 2500 manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlansın; Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar