Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-18/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, tərcüməçi X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 05 iyul 1972-ci il tarixdə Türkiyə Respublikasının Rize şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, Türkiyə Respublikası, Rize şəhəri, Gündoğdu kəndində qeydiyyatda olmaqla yaşamış, 21 oktyabr 2020-ci il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbpaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 206.2 və 234.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 8,29 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3,35 və 4,94 qramdan ibarət iki hissədə ayrı-ayrı kağız bükümlərdə qablaşdıraraq, bir ədəd sellofan bükülüyə yerləşdirib karton rulonun içərisində gizlətməklə, Gürcüstandan tranzit keçməklə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərində daşımış və 19 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs sözügedən cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün ifadəsi, şahidlərin ifadələri, bilavasitə tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndlirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə elan olunmuş ittiham özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, uzun illərdir ki, sürücü işləyir. 2020-ci ilin mart ayından “Turgut Kardeşlər” şirkətində çalışmaqla, həmin şirkətə məxsus “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edir. 16 oktyabr 2020-ci il tarixində Türkiyə Respublikasının İzmit şəhərinin Karamürsel bölgəsində yerləşən zavodların birində idarə etdiyi nəqliyyat vasitəsinə Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərinə aparmalı olduğu məişətdə istifadə etmək üçün nəzərdə tutulan müxtəlif ölçülü kağız yüklənmiş və həmin tarixdə Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. O, 18 oktyabr 2020-ci il tarixdə Türkiyə Respublikasından Gürcüstana daxil olmuş və 19 oktyabr 2020-ci il tarixdə Gürcüstan gömrüyündən keçərək, təxminən saat 11:40 radələrində Azərbaycan Respublikasının “Mazımçay” gömrük postuna çatmışdır. O, posta daxil olduqdan sonra idarə etdiyi nəqliyyat vasitəsini yük avtomobilləri üçün nəzərdə tutulmuş talvarın altında saxlamış, bu zaman bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq, üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmadığını soruşmuş, o isə cavab olaraq belə predmetlərin olmadığını bildirmişdir. Bundan sonra gömrük əməkdaşları həmin yerə iki nəfər hal şahidi dəvət edərək, xidməti iti tətbiq etməklə idarə etdiyi nəqliyyat vasitəsini yoxlamağa başlamış və bu zaman xidməti it nəqliyyat vasitəsinin salonuna doğru reaksiya vermişdir. Bunun ardınca gömrük əməkdaşı nəqliyyat vasitəsinin salonuna qalxaraq, ora baxış keçirmiş və bu zaman salonda üst yataq dəstinin üzərində olan kağız rulonun içərisindən bir ədəd sellofan paket aşkar etmiş, ardınca ondan həmin predmetin nə olduğunu soruşmuş, o isə bilmədiyini demişdir. Daha sonra sellofan paket götürülüb onun içərisinə baxış keçirildikdə, orada içərisində bitki kütləsi olan iki ədəd kağız bükülü aşkar olunmuşdur. Bundan sonra həmin kağız bükülülər elektron tərəzidə çəkilmiş və onlardan birinin qablaşdırması ilə birlikdə çəkisinin 12 qram, digərinin çəkisinin isə 9 qram olduğu məlum olmuşdur. Qeyd edilən predmetlər tərəzidə çəkildikdən sonra gömrük əməkdaşı tərəfindən qablaşdırılaraq götürülmüş, ardınca bu barədə protokol tərtib olunmuş və o, protokolu digər iştirakçılarla birgə tanış olaraq imzalamışdır. Aşkar edilmiş həmin narkotik vasitə ona məxsus deyildir, kimə məxsus olması, kim tərəfindən həmin yerdə gizlədilməsi barədə heç bir məlumatı yoxdur. O, həmin nəqliyyat vasitəsini 2020-ci ilin mart ayından “Turgut Kardeşlər” şirkətində işə başladığı vaxtdan idarə edir, nəqliyyat vasitəsini təhvil alarkən həmin karton rulon elə salonda üst yataq dəstinin üzərində olmuşdur, zərurət olmadığından həmin rulondan heç vaxt istifadə etməmişdir, rulonu həmin yerə kimin qoymasını bilmir, onun içərisində narkotik vasitə olmasından məlumatsız olmuşdur. O, avtomobildə nisbətən kiçik həcmli salfetlərdən istifadə etdiyindən, heç vaxt həmin salfetdən istifadə etməyə ehtiyac duymamış, buna görə də heç vaxt ondan istifadə etməmişdir. O, nəqliyyat vasitəsini idarə etdiyi müddətdə onun salonuna dəfələrlə baxış keçirmiş və yoxlamış, lakin qeyd edilən kağız rulonun içərisində narkotik vasitə ola biləcəyini ehtimal etmədiyindən heç vaxt onu ətraflı şəkildə yoxlamamışdır. O, Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, eləcə də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qanunsuz olmasından məlumatlıdır. Əvvəllər bir neçə dəfə marixuana narkotik vasitəsindən istifadə etmişdir, lakin bu, mütəmadi halda olmamışdır. Sonuncu dəfə saxlanılmamışdan təxminən 20 gün əvvəl yaşadığı kənddə toy zamanı adlarını xatırlamadığı qonşularından əldə edərək, istifadə etmişdir. Saxlanılarkən, o cümlədən istintaq orqanında ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. Himayəsində xəstə 80 yaşında qoca anası vardır. Anasının ondan başqa heç kimi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2015-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda Qərb Ərazi Baş Gömrük İdarəsinın “Mazımçay” gömrük postunda təlimçi-kinoloq işləyir. Xidmət etdiyi Baş İdarənin Əməliyyat- Təhqiqat İdarəsindən daxil olmuş əməliyyat məlumatını yoxlamaq üçün 19.10.2020-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobili ilə Gürcüstan istiqamətindən Azərbaycan Respublikası istiqamətində gələrək, “Mazımçay” gömrük postuna daxil olmuş Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra onunla şifahi sorğu-sual apararaq, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını bildirmişdir. Bundan sonra o, iki nəfər hal şahidi dəvət edərək, “Lyama” ləqəbli kinoloji xidmətin itini tətbiq etməklə “Mazımçay” gömrük postunun əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirməyə başlamışdır. Baxış zamani kinoloji it avtomobilin kabinasına reaksiya verdiyindən nəqliyyat vasitəsinin salonunda baxış davam etdirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərindəki salfet kimi istifadə olunan kağızın sarındığı karton rulonun içərisində bir ədəd sellofan paketin olduğu müəyyən edilmişdir. Həmin sellofan paket rulonun içərisindən çıxarılıb, baxış keçirilərkən onun içərisindən marixuanaya oxşar bitki kütləsinin olduğu iki ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş iki ədəd kağız bükülü ayrı-ayrılıqda “Qosmetr BT 3000” markalı tərəzidə çəkildikdə onlardan birinin çəkisinin 12 qram, digərinin çəkisinin isə 9 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş həmin iki ədəd kağız bükülü protokol tərtib edilərək, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bunun ardınca Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət olunaraq, üzərində şəxsi yoxlama keçirilmiş, lakin onun üzərindən qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 sentyabr 1991-ci il tarixdə Balakən rayonunda anadan olmuşdur, Balakən rayonu Gərəkli kənd sakinidir, daimi iş yeri yoxdur. Ailəsini dolandırmaq üçün «Mazımçay» gömrük postunun qarşısında dayanaraq, gedib-gələnlərin əl yüklərini daşımaqla fəhləlik edib, qazanc əldə edir. Elə bu məqsədlə 19 oktyabr 2020-ci il tarixdə həmin postun qarşısında olarkən saat 11:40 radələrində bir nəfər gömrük əməkdaşı ona və onun kimi postdə fəhləlik edən Şahid4 adı şəxsə yaxınlaşaraq, «Mazımçay» gömrük postunda keçirilən yoxlamada hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar gömrük əməkdaşı ilə razılaşaraq, onunla birgə gömrük postuna daxil olmuşlar. Bu zaman ona məlum olmuşdur ki, əvvəllər tanımadığı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilində və onun üzərində yoxlama aparılacaqdır. Yoxlama başlamazdan əvvəl gömrük əməkdaşı ona və Şamilə hal şahidi kimi hüquqlarını və vəzifələrini izah etmiş, ardınca digər bir gömrük əməkdaşı, Təqsirləndirilən şəxs iştirakı ilə kinoloji xidməti it tətbiq etməklə, “Mercedes- Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinə baxış keçiməyə başlamışdır. Baxış zamanı xidməti it avtomobilin kabinəsinə reaksiya verdiyindən, nəqliyyat vasitəsinin salonunda baxış davam etdirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərindəki salfet kimi istifadə olunan kağızın sarındığı karton rulonun içərisində bir ədəd sellofan paketin olduğu müəyyən edilmişdir. Həmin sellofan paket rulonun içərisindən çıxarılıb, baxış keçirilərkən onun içərisindən marixuanaya oxşar bitki kütləsinin olduğu iki ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş iki ədəd kağız bükülü ayrı-ayrılıqda “Qosmetr BT 3000” markalı tərəzidə çəkildikdə onlardan birinin çəkisinin 12 qram, digərinin çəkisinin isə 9 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş həmin iki ədəd kağız bükülü protokol tərtib edilərək, müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bunun ardınca Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs şəxsi yoxlama otağına dəvət olunaraq, üzərində şəxsi yoxlama keçirilmiş, lakin onun üzərindən qadağan olunmuş hər hansı predmet aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda tərtib edilmiş 19 oktyabr 2020-ci il tarixli “Yoxlama və götürmə haqqında” protokoldan görünür ki, 19.10.2020-ci il tarixdə, saat 11:40 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobili ilə Gürcüstan istiqamətindən Azərbaycan Respublikası istiqamətində gələrək, “Mazımçay” gömrük postuna daxil olmuş Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini talvarın altında saxladıqdan sonra onunla şifahi sorğu-sual aparılaraq, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində belə predmetlərin olmadığını bildirmişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edilərək, “Lyama” ləqəbli kinoloji xidmətin itini tətbiq etməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamani kinoloji it avtomobilin kabinasına reaksiya verdiyindən, nəqliyyat vasitəsinin salonunda baxış davam etdirilmişdir. Bu zaman nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərindəki salfet kimi istifadə olunan kağızın sarındığı karton rulonun içərisində bir ədəd sellofan paketin olduğu müəyyən edilmişdir. Həmin sellofan paket rulonun içərisindən çıxarılıb baxış keçirilərkən onun içərisindən marixuanaya oxşar bitki kütləsinin olduğu iki ədəd kağız bükülü aşkar olunmuşdur. Aşkar olunmuş iki ədəd kağız bükülü ayrı-ayrılıqda “Qosmetr BT 3000” markalı tərəzidə çəkildikdə, onlardan birinin çəkisinin 12 qram, digərinin çəkisinin isə 9 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş həmin iki ədəd kağız bükülü protokol tərtib edilərək, müvafiq qaydada qablaşdırılmaqla, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2020-ci il tarixli, 17/578 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sellofan torbanın içərisində olan 01 ədəd kağız bükümdə, təmiz çəkisi 3,35 qram və 01 ədəd digər bir kağız bükümdə təmiz çəkisi 4,94 qram olmaqla, ümumi yəmiz çəkisi 8,29 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsidir. Tədqiqat zamanı qurudulmuş marixuana narkotik vasitəsinin 0,04 qramı sərf edilmiş, qalıq çəki 8,25 qram təşkil etmişdir. Qeyd:Marixuanaların ümumi təmiz çəkisi-8,29 qram, tədqiqata sərf edildi-0,04 qram (hər obyektə 0,02 qram), qalıq 8,25 qram. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 18 dekabr 2020ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 8,25 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanması nəzərə alınmışdır. İş materiallarında olan 10 dekabr 2020-ci il tarixli sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında protokol və ona əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2020-ci il tarixdə, saat 13:25-də idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan istiqamətində “Balakən” sərhəd nəzarət məntəqəsindən keçməklə, Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli, 3389 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş 28.10.2020-ci il tarixli, 2 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 19 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, 19 oktyabr 2020-ci il tarixdə saat 13:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsininin 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 16 dekabr 2020-ci il tarixli aktdan görünür ki, müstəntiq Zəka Rüstəmli tərəfindən həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd 100, 2 ədəd 20 və 1 ədəd 5 nominallı əskinaslardan ibarət 645 ABŞ dolları, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Gürcüstan larisi, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Türkiyə lirəsi saxlanca qəbul edilməsi üçün İsmira Nəbiyevaya təhvil verilmişdir. İş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsi «Mazımçay» Gömrük Postunda tərtib olunmuş 19 oktyabr 2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki bir ədəd TUR U21731998 seriyalı pasport, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnamələri, bir ədəd «Samsung» markalı, G532F model mobil telefon, içərisində 645 ABŞ dolları, 150 Lari, 150 TL olan bir ədəd portmane istintaqa təhvil verilməsi üçün götürülmüşdür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daşınan yüklə birlikdə məxsus olduğu müəssisəyə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd «Samsung» markalı mobil telefon, 01 ədəd pul qabı, 01 ədəd **********2 nömrəli kimlik kartı, 01 ədəd ******* nömrəli peşə səlahiyyəti sənədi yekun qərar verilməsi üçün məhkəməyə göndərilmiş, Təqsirləndirilən şəxs götürülmüş 6 ədəd 100, 2 ədəd 20 və 1 ədəd 5 nominallı əskinaslardan ibarət 645 ABŞ dolları, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Gürcüstan larisi, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Türkiyə lirəsinin təyinat məsələsinin məhkəmənin yekun qərarı həll edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanması nəzərə alınmışdır. Bu xüsusda məhkəmə Təqsirləndirilən şəxs avtomaşınında aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixunanın ona məxsus olmaması və həmin narkotik vasitənin avtomaşınında olmasından xəbərinin olmaması barədə ibtidai istintaqda və məhkəmə istintaqındakı ifadələrində verdiyi məlumatı özünümüdafiə cəhdi kimi qiymətləndirərək, qəbul etmir. Belə ki, həmin məlumatlar işdəki digər sübutlarla tam təkzib olunur və əsassızdır. Məhkəmə onu da qeyd edir ki, bu xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu konteksdə özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi bu hal nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 8,29 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3,35 və 4,94 qramdan ibarət iki hissədə ayrı-ayrı kağız bükümlərdə qablaşdıraraq, bir ədəd sellofan bükülüyə yerləşdirib karton rulonun içərisində gizlətməklə, Gürcüstandan tranzit keçməklə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərində daşımış və 19 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» üzrə İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya Gömrük Məcəlləsində nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə, CM-nin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir, ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» 6 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır; satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır; 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə münasibətdə tətbiq edilmir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasına görə məhkəmə himayəsində xəstə qoca anasının olmasını və ilk dəfə cinayət törətməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində xəstə qoca anasının olması və ilk dəfə cinayət törətməsi kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid etməklə cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, həmçinin həmin halların məcmusunu müstəsna hal hesab edərək BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal Qaydalarına (Tokio Qaydaları) uyğun olaraq cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən hüquq pozucuları ilə davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, hüquq pozucularında cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddən daha aşağı həddə və CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bu xüsusda məhkəmə qeyd edir ki, cəzanı yüngülləşdirən hallar o zaman müstəsna hal kimi qəbul edilə bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsədi və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Cinayətin motivi dedikdə, şəxsi cinayət törətməyə sövq edən və cinayət törədərkən ona hakim olan, müvafiq tələbat və maraqlarla şərtlənən daxili inamdır. Həmin daxili inam cinayətin baş verməsi nəticəsində hansı nəticələrin yaranmasına şəxsin verdiyi sosial qiyməti özündə əks etdirir. Cinayətə sövq edən inamın dərk edilməsi cinayətin motivinin əsas elementidir. Motivdən fərqli olaraq cinayətin məqsədi cinayət törədərkən təqsirkar şəxsin nail olmağa cəhd etdiyi və arzu etdiyi xarici aləmdəki dəyişikliyin baş verməsi niyyətidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində əks etdirilmiş məqsəd və motivlər alçaq və rəzil məzmundan uzaq olmalıdır. Cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan məqsədi qəbul etmək üçün həmin məqsədin alçaq xarakter daşımamasını, təqsirkarın özünün və digər şəxslərin hüquqlarını müdafiə etməyə, zərərçəkmiş şəxsin qanunazidd hərəkətlərinin qarşısını almağa yönəlmiş və s. bu kimi hərəkətlərə cəhd etməsini sübut edən halların olması vacibdir. Məhkəmə hesab edir ki, təqsirli şəxsin cinayət törədərkən və cinayət törətdikdən sonra onun cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışını da müstəsna hal kimi qiymətləndirmək önəmlidir. Bu kimi hallar, o cümlədən təqsirkarın könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi və ya aradan qaldırması, dəymiş zərərin azaldılmasına yönəldilmiş bu kimi hərəkətləri aid edilməlidir. Hər bir halda CM-nin 62-ci maddəsində təsbit olunmuş müstəsna hallar obyektiv və subyektiv hallarla, yəni cinayət əməlinin və təqsirkar şəxsin şəxsiyyətinin müstəsnalığı ilə bağlı olmalıdır. Bu xüsusda qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllər az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə onun öz düşüncəsinə əsasən həmin qanunsuz əməlləri, yəni ona istinad olunan cinayətləri törətmək motivi və məqsədi olmamışdır. Onun əvvəllər cinayət əməli törətməməsi də bu qənaəti daha da gücləndirir. Cinayət əməli törətdikdən sonra Təqsirləndirilən şəxs işin araşdırılmasına heç bir formada maneçilik törətməmiş, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə tam əməl etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bu cinayət əməllərini törətdikdən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş hər hansı digər əməl törətməmişdir. Göstərilənlər Təqsirləndirilən şəxs cinayət törədərkən və cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməyə tam əsas verir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, ədalət və humanizm prinsipləri və cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğu nəzərə alınmaqla, cəza təyin edərkən onu da bildirir ki, qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Həmçinin cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Bu xüsusda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətmişdir, barəsində seçilmiş qətimkan tədbiri müddətində qanunları və digər sosial normaları pozmayıb, onlara hörmətlə yanaşmaqla, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyini nümayiş etdirmişdir. Ona görə də bu hallar cəzanın məqsədlərinə nail olunması baxımından ona cəza təyin edilməsində mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə, cinayətə görə maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi cinayət məsuliyyətinin və cəzanın reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona müstəsna hal kimi yüngül cəza təyin edilir. Bu, məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün şərait yaradır. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması heç şübhəsiz ki, ona bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə nəzərə çatdırır ki, humanizm insanın şəxsiyyət kimi qiymətini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və hümanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində də məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun 19 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət ona təyin ediləcək cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli, 3389 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasının və ərazi narkoloji narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəsul Kondakçının idarə etdiyi «Mersedes-Benz» markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daşınan yüklə birlikdə məxsus olduğu müəssisəyə təhvil verilməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 8,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,25 qramı məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş TUR U21731998 seriyalı pasport, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnamələri, 01 ədəd ******* nömrəli peşə səlahiyyəti sənədi, 01 ədəd **********2 nömrəli kimlik kartı, bir ədəd «Samsung» markalı, G532F model mobil telefon, 01 ədəd pul qabı (portmane), həmçinin Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 6 ədəd 100, 2 ədəd 20 və 1 ədəd 5 nominallı əskinaslardan ibarət 645 ABŞ dolları, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Gürcüstan larisi və 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Türkiyə lirəsi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan, onun barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 52.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 210 manat pulun ödənilməsinin müəyyən olunması göstərilmişdir ki, bu hal da nəzərə alınmalıdır. İş materiallarından o da görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən işin məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. Məhkəmə, iş materiallarına istinad edib, tərcüməçinin hazırki iş üzrə bütün məhkəmə proseslərində iştirakını, onun gündəlik və nəqliyyat xərclərini, həmçinin ədalət və ağlabatanlıq prinsiplərini nəzərə alaraq, həmçinin hesab edir ki, hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X5 hazırki iş üzrə çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.2-ci maddəsinə əsasən o cümlədən pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ məhkəmə məsrəflərinə daxildir. Azərbaycan Respublikası CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə baxışının nəticələrinə dair müşafirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticə hissəsində göstərilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 19 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddət Təqsirləndirilən şəxs təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Rəsul Kondakçının idarə etdiyi «Mersedes-Benz» markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daşınan yüklə birlikdə məxsus olduğu müəssisəyə təhvil verilməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 8,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,25 qramı məhv edilsin; Təqsirləndirilən şəxs götürülmüş TUR U21731998 seriyalı pasport, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnamələri, 01 ədəd ******* nömrəli peşə səlahiyyəti sənədi, 01 ədəd **********2 nömrəli kimlik kartı, bir ədəd «Samsung» markalı, G532F model mobil telefon, 01 ədəd pul qabı (portmane), həmçinin Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 6 ədəd 100, 2 ədəd 20 və 1 ədəd 5 nominallı əskinaslardan ibarət 645 ABŞ dolları, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Gürcüstan larisi və 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Türkiyə lirəsi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın; onun ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surəti Balakən Rayon Mərkəzi X7 Şəxsinə göndərilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1, 52.1-1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına 210 manat pulun ödənilməsinin müəyyən olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hazırki iş üzrə göstərilən tərcümə xidməti ilə bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından tərcüməçi X5 çağırışa və gündəlik xərclərə görə 100 manat ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən bu qərarın surətinin ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-18/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-18/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver