Məhkəmə qərarları › İş №1(019)-18/2022

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-18/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-18/2022 01.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Balakən rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi1 və Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «Azəriqaz» İstehsalat Birliyində çilingər işləyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə və 12 avqust 1996-cı il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin Kərpic İstehsal Müəssisəsində çəngəlağız yükləyici sürücüsü işləyən, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan, Balakən şəhəri Mircəlal küçəsində nömrəsiz evdə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcə də qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə təmiz çəkisi 0,338 qramdan artıq olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qəsdən, satış məqsədi və tamah niyyəti ilə, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 21 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində həmin narkotik vasitə heroinin 0,177 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağıza bükərək, Balakən rayonu Qazma kəndi ərazisində 10 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda 0,161 qram olan hissəsini 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əynindəki qara rəngli idman şalvarının sağ yan cibində daşıyaraq üzərində saxlamışdır. 21 oktyabr 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:30 radələrində qəsdən, qanunsuz olaraq Təqsirləndirilən şəxs2 10 manat müqabilində satdığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki təmiz çəkisi 0,177 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 21 oktyabr 2021-ci il tarixdə saat 03:40-dan 04:10-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən, eləcə də Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib daşıyaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,161 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin həmin tarixdə saat 07:25dən saat 08:05-dək aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, Əliyev X10 şəhər sakini Təqsirləndirilən şəxs1 qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,177 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 21 oktyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Balakən rayonu Qazma kəndi ərazisində 10 manat pul ödəyib alaraq öz istifadəsi məqsədi ilə əldə edib üzərində daşıyaraq yaşadığı Balakən şəhəri ərazisinə gətirmiş və öz istifadəsi məqsədi ilə əynindəki qara rəngli cins şalvarın arxa sağ cibində saxlamışdır. 21 oktyabr 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində onun Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 00:30 radələrində qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd gümüşüağ rəngli kağız bükümdəki şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,177 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin 21 oktyabr 2021-ci il tarixdə saat 03:40-dan 04:10-dək aparılmış şəxsi axtarış zamanı onun əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Balakən şəhəri Vidadi küçəsi ev 7 ünvanında ailəsi ilə birlikdə yaşayır və “Azəriqaz” İB-də çilingər işləyir. Evlidir, himayəsində bir azyaşlı oğlu vardır. Əvvəllər hər hansı fiziki və pxisi xəstəliklər keçirməmişdir. Təxminən 07-08 aydır narkotik vasitə heroindən istifadə edir və heroini falqa kağızın arasına töküb alt hissədən yandıraraq tüstüsünü çəkməklə qəbul edir. O, narkotik vasitə heroini həmişə Bakı şəhərinə gedərək, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi bir şəxsdən alıb gətirərək, istifadə etmişdir. Sonuncu dəfə yadında qalmayan tarixdə Bakı şəhərinə gedərək, yenə də “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 50 manat pul ödəyərək, 01 ədəd kağız bükümdə 2,0 qram narkotik vasitə alıb, Balakən şəhərinə gətirmiş və həmin narkotik vasitə heroindən bir neçə dəfə özü istifadə etmişdir. Təqsirləndirilən şəxs2 təxminən 10 ildən artıqdır tanıyır və Mustafa ilə aralarında dostluq münasibəti vardır. Mustafa da narkotik vasitə istifadəçisi olduğuna görə bəzi vaxtlarda ondan narkotik vasitə heroin istəmiş və o da etiraz etmədən Mustafaya istifadə etməsi üçün narkotik vasitə vermişdir. O, narkotik vasitəni pul verib aldığına görə, özünə yük düşməsin deyə Mustafaya verdiyi narkotik vasitəyə görə hər dəfə Mustafadan 10 manat pul almışdır. Mustafaya təxminən 10 dəfə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda narkotik vasitə heroin satmışdır. Lakin Mustafaya hansı tarixlərdə və hansı ünvanlarda narkotik vasitə satdığını dəqiq xatırlamır. 20 oktyabr 2021-ci il tarixdə təxminən saat 23:40 radələrində o, şəxsi işləri ilə bağlı Balakən rayonu Qazma kənd sakini olan Fərid adlı tanışı ilə görüşmək üçün yaşadığı evdən çıxıb özünə məxsus avtomobillə Balakən rayonu Qazma kəndinə getmiş, Fəridlə onun idarə etdiyi VAZ 21099 markalı avtomobildə oturub söhbət edən zaman Mustafa istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, ondan narkotik vasitə heroin istəmiş, o, əvvəlcə narkotik vasitə olmadığını bildirsə də, Mustafa bədəninin ağrıdığını deyərək, təkidlə ondan narkotik vasitə istəmişdir. O da razılşaraq hazırda Balakən rayonu Qazma kəndi ərazisində olduğunu demiş və Mustafaya Qazma kəndinə gedib ona zəng etməsini bildirmişdir. Təxminən 25-30 dəqiqədən sonra Mustafa yenidən ona zəng edərək, harada olduğunu soruşmuş, o, cavabında “Osmanın döngəsi” adlanan yerə getməsini Mustafaya bildirmişdir. Artıq 21 oktyabr 2021-ci il saat 00:30 radələri olmuş, Mustafa idarə etdiyi VAZ 21011 markalı avtomobillə həmin yerə getmiş, o, Mustafanın gəldiyini görən kimi Fəridin avtomobilindən yerə düşmüş, üzərində saxladığı narkotik vasitə heroindən bir qədər götürüb siqaret kağızına bükmüş və əlində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini Mustafaya vermişdir. Həmin vaxt Mustafa ona 02 ədəd 05 manatlıq pul əskinaslarından ibarət 10 manat pul vermiş və 01 ədəd bükümdə olan narkotik vasitə heroini cibinə qoyaraq, avtomobili sürüb oradan getmişdir. Bir neçə dəqiqədən sonra Mustafa yenidən ona zəng edərək narkotik vasitənin az olduğunu demiş, o da şəhər ərazisinə qayıdanda Mustafa ilə əlaqə saxlayacağını deyib danışığı bitirmişdir. 21 oktyabr 2021-ci il tarixdə təxminən saat 06:30 radələrində o, yaşadığı evin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişdir. Balakən RPŞ-də o, şübhəli şəxs qismində saxlanılmış, daha sona vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və bundan sonra o, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun əynindəki qara rəngli idman şalvarının sağ cibində olan 01 büküm narkotik vasitə heroin, həmçinin əynindəki qara rəngli qolsuz gödəkcənin sol iç cibində olan 01 ədəd 05 manatlıq və 08 ədəd 01 manatlıq əskinaslardan ibarət olan cəmi 13 manat pul aşkar edilərək götürülmüşdür. O, Balakən rayonu Qazma kəndindən yaşadığı evə qayıdarkən mağazadan su və siqaret almaqla Mustafanın narkotik vasitə almaq məqsədi ilə ona verdiyi 05 manatlıq əskinaslardan birini xərcləmişdir. Ona görə şəxsi axtarış zamanı onun üzərindən sadəcə 01 ədəd Mustafanın verdiyi 05 manatlıq pul əskinası və əvvəlcədən cibində olan 08 ədəd 01 manatlıq pul əskinasları aşkar edilmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin üzərindəki kağızla birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,19 qram təşkil etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılarkən üzərindən digər hər hansı qanunsuz əşya və ya predmet aşkar edilərək götürülməmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroin və 13 manat pul təhqiqatçı tərəfindən ayrı-ayrılıqda 02 ədəd kağız zərflərə qoyulub qablaşdırılmış, zərflər möhürlənmiş və zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 17/767 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,161 qram, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi isə 0,177 qramdır. O, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, tanışı Təqsirləndirilən şəxs2 başqa heç kimə narkotik vasitə heroin satmamışdır. Hazırda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə heroin saxlamır. Tanışı Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitə heroin satdığı tarixləri və yerləri dəqiq xatırlamır. Onun üzərində narkotik vasitə daşıyıb saxlamasından və narkotik vasitə istifadə etməsindən ailə üzvlərinin məlumatı olmamışdır. O, ailə üzvləri bilməsin deyə həmişə narkotik vasitəni üzərində daşıyıb saxlamış və gizli şəkildə istifadə etmişdir. Balakən RPŞdə ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. İlk dəfədir ki, cinayət əməlləri törədir. Himayəsində bir azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Balakən şəhəri Mircəlal küçəsində ailəsi ilə birlikdə yaşayır və "xxxx" MMC-nin Kərpic İstehsal müəssisəsində çəngəlağız yükləyici sürücüsü işləyir. Əvvəllər 2013-cü ildə bir dəfə ailə qurub sonra boşanmışdır, həmin evlilikdən 9 yaşlı bir qızı vardır və hazırda qızına hər ay 130 manat aliment ödəyir. 2019-cu ildə yenidən ailə həyatı qurmuş, həmin evlilikdən də bir qızı dünyaya gəlmişdir və hazırda qızının 02 yaşı vardır. Əvvəllər hər hansı fiziki və pxisi xəstəliklər keçirməmişdir. Təxminən 03-04 aydır narkotik vasitə heroindən istifadə edir. O, narkotik vasitə heroini falqa kağızın arasına töküb alt hissədən yandıraraq tüstüsünü çəkməklə qəbul edir. O, narkotik vasitə heroini həmişə Balakən şəhər sakini olan dostu Təqsirləndirilən şəxs1 almışdır. Elvindən təxminən 10-11 dəfə, hər dəfə 10 manat ödəməklə müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda görüşüb narkotik vasitə heroin almışdır. Sonuncu dəfə 20 oktyabr 2021-ci il tarixdə təxminən saat 23:50 radələrində o, iş yerində olan zaman uşaqlıq dostu olan, Balakən şəhəri ərazisində yaşayan və illərdir narkotik vasitə istifadəçisi olan Şahid3 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, bədəninin ağrıdığını, pis vəziyyətdə olduğunu bildirmiş və ondan təcili olaraq narkotik vasitə tapmasını xahiş etmişdir. O da Abdullaya bir qədər gözləməsini, telefonla bir tanışına zəng edib maraqlanacağını və narkotik vasitə olub-olmaması barədə Abdullaya məlumat verəcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs1 zəng edərək, satlıq narkotik vasitə heroin olub-olmadığını soruşmuş, Elvin də həmin vaxt üzərində satlıq narkotik vasitə heroin olduğunu, özünün isə hazırda Balakən rayonu Qazma kəndi ərazisində olduğunu bildirmiş və onu Qazma kəndinə çağırmışdır. O da razılaşaraq, bir qədər sonra Qazma kəndində olacağını Elvinə bildirmiş, bundan sonra Abdullaya zəng edərək, narkotik vasitə götürmək üçün Qazma kəndinə getməli olduqlarını demiş, Abdulla da razılaşaraq təxminən 10 dəqiqədən sonra dostu Şahid4la birlikdə, Qurbana məxsus VAZ 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək onun iş yerinə getmişdir. O, avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və Qazma kəndinə doğru yola düşmüşlər. Onlar Qazma kəndi ərazisinə çatanda o, yenidən Elvinə zəng edərək, harada olduğunu soruşmuş, Elvin isə “Osmanın döngəsi” adlanan yerdə, ağ rəngli VAZ 21099 markalı avtomobilin içərisində olduğunu bildirmişdir. Bundan sonra Abdulla narkotik vasitə alması üçün ona 02 ədəd 05 manatlıq pul əskinaslarından ibarət 10 manat pul vermiş, daha sonra Abdulla ilə Qurban kəndin içində avtomobildən yerə düşmüş və o, avtomobili idarə edərək,“Osmanın döngəsi” adlanan yerə getmişdir. Həmin vaxt artıq 21 oktyabr 2021-ci il saat 00:30 radələri olmuşdur. O, “Osmanın döngəsi” adlanan yerə çatanda Elvinin bir VAZ 21099 markalı avtomobilin arxa tərəfində dayandığını görmüş, buna görə o, avtomobili bir qədər aralıda saxlayıb yerə düşərək, Elvinin yanına getmiş, Elvinə yaxınlaşaraq Abdullanın ona verdiyi 02 ədəd 05 manatlıq pul əskinaslarından ibarət 10 manat pulu Elvinə vermiş, Elvin də əlində olan 01 ədəd kağız bükümdəki narkotik vasitə heroini ona vermişdir. O, aldığı narkotik vasitəni əynindəki qara rəngli cins şalvarın arxa sağ cibinə qoymuş, dərhal geri qayıdaraq avtomobili sürüb Abdullagilin yanına getmiş, Abdullagilin yanına çatanda Qurban arxa oturacağa, Abdulla isə ön sərnişin oturacağına əyləşmiş, o, avtomobili idarə etmiş və Balakən şəhəri ərazisinə qayıtmışlar. Yolda gələrkən o, aldığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini Abdullaya göstərmiş, lakin Abdulla narkotik vasitənin az olduğu deyərək götürməmiş və 10 manat pulunu ondan geri istəmişdir. Bundan sonra o, yenidən Elvinə zəng edərək narkotik vasitənin az olduğunu demiş, Elvin də şəhər ərazisinə qayıdanda onunla əlaqə saxlayacağını bildirmiş, buna görə o, aldığı 01 bükümdə olan narkotik vasitə heroini özündə saxlamışdır. Onlar təxminən 15 dəqiqədən sonra Balakən bazarının yaxınlığında yerləşən “İS Oil” yanacaqdoldurma məntəqəsinə çatıb benzin almaq istəyən zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və üzərlərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarını deyərək, onları polis şöbəsinə dəvət etmişlər. Onlar da razılaşaraq, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Şöbəyə gələn zaman Elvindən aldığı narkotik vasitə heroin onun üstündə olmuşdur. Polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmış, daha sona vəkillər siyahısından seçmiş olduğu vəkil Müdafiəçi2 polis şöbəsinə dəvət olunmuş və bundan sonra Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynindəki qara rəngli cins şalvarın arxa sağ cibində olan 01 büküm narkotik vasitə heroini çıxarıb masanın üstünə qoymuş, onun təqdim etdiyi narkotik vasitə heroin üzərindəki kağızla birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,3 qram təşkil etmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın arxa sol cibindən içərisində 01 plastik kart, ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olan 01 ədəd pul kisəsi aşkar olunmuş, lakin həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd kağız bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 17/767 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi 0,177 qram, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitə heroinin təmiz çəkisi isə 0,161 qramdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, heç vaxt Şahid3lə və Şahid4la birlikdə narkotik vasitə istifadə etməmiş, narkotik vasitədən mütəmadi deyil, bəzi vaxtlarda istifadə etmişdir. Sonuncu dəfə Elvindən aldığı narkotik vasitə heroini Abdulla ilə birlikdə istifadə etmək fikirləri olmuş, lakin Abdulla aldıqları narkotik vasitə heroinin az olduğunu dediyinə görə aralarında narazılıq yaranmış və nəticədə istifadə edə bilməmişlər. Onun Təqsirləndirilən şəxs1 narkotik vasitə almasını heç kim görməmişdir. O, Elvindən narkotik vasitəni alan kimi dərhal oradan uzaqlaşmışdır. O, aldığı 01 ədəd bükümdə olan narkotik vasitəni Abdullaya göstərəndə sonuncu narkotik vasitənin az olduğunu, ikisinin istifadə etməsinə kifayət etməyəcəyini, daha narkotik vasitə istifadə etmək istəmədiyini demiş və ona verdiyi 10 manat pulu geri qaytarmasını tələb etmişdir. O da həmin vaxt avtomobil idarə etdiyinə görə, avtomobili saxlayanda Şahid3 10 manat pulunu qaytaracağını bildirmişdir. Lakin onlar Balakən bazarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə çatanda polis əməkdaşları yaxınlaşıb onları polis şöbəsinə dəvət etdiklərinə görə o, Şahid3 10 manat pulunu verə bilməmişdir. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində iki azyaşlı uşaq vardır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyat oğlu ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. 21 oktyabr 2021-ci il tarixdə Balakən rayon sakinləri Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid4 üzərlərində qanunsuz olaraq narkotik vasitə saxlayaraq sonuncuya məxsus VAZ 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayon ərazisində olmaları barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra daxil olmuş məlumat onun tərəfindən raportla Balakən RPŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı həmin tarixdə təxminən saat 01:00 radələrində Təqsirləndirilən şəxs2, Şahid3 və Kərimov X11 rayon bazarının yaxınlığında VAZ 21011 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq, Balakən RPŞ-yə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs2 əvvəlcə Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs2 vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi2 oğlu polis şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuş və ona üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində “kokos” adlandırdığı narkotik vasitə olduğunu bildirərək, əynindəki qara rəngli cins şalvarın arxa sağ cibində saxladığı 01 ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,3 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş büküm barədə sual verildikdə, həmin bükümün içərisindəki narkotik vasitəni Elvin adlı şəxsdən 10 manat pul ödəyərək əldə etdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın arxa sol cibindən içərisində 01 ədəd plastik kart, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi olan 01 ədəd pul kisəsi aşkar olunmuş, lakin həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün sonda Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kağız büküm təhqiqatçı Zaur Xəlilov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra Şahid3 təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Şahid3 vəkillər siyahısından seçdiyi vəkil X18 polis şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Şahid3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Şahid3 hüquq və vəzifələri izah olunmuş və ona üzərində hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmişdir. Bu zaman Şahid3 üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid3 üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd büküm barədə Şahid3 sual verildikdə, o, həmin 01 bükümdə olan narkotik vasitəni almaq üçün Təqsirləndirilən şəxs2 10 manat pul verdiyini və birlikdə narkotik vasitə istifadə etmək istədiklərini demişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 üzərində şəxsi axtarış aparılması Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra Şahid4 təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Şahid4 vəkillər siyahısından seçdiyi vəkil X5 polis şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Şahid4 hüquq və vəzifələri izah olunmuş və sonuncuya üzərində hər hansı qanunsuz əşya olubolmaması barədə sual verilmişdir. Bu zaman Şahid4 üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid4 üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd büküm barədə Şahid4 sual verildikdə, o, həmin 01 bükümdə olan narkotik vasitəni almaq üçün Şahid3 Təqsirləndirilən şəxs2 10 manat pul verdiyini və onun həmin narkotik vasitəni “Qara” ləqəbli Elvin adlı şəxsdən aldığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid3 üzərində şəxsi axtarış aparılması Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Arif Ağcayev tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Bundan sonra həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 narkotik vasitə satmış “Qara” ləqəbli Elvin adlı şəxsin ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 həmin tarixdə təxminən saat 06:30 radələrində yaşadığı evin qarşısında saxlanılaraq Balakən RPŞ-yə gətirilmişdir. Balakən RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs1 əvvəlcə təhqiqatçı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs1 vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmuş və Elvinə üzərində hər hansı qanunsuz əşya olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd kağız bükümü çıxarıb masanın üstünə qoymuş və bükümün içərisində “kokos” adlandırdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki qolsuz gödəkcənin sol iç cibindən 01 ədəd 05 manatlıq və 08 ədəd 01 manatlıq əskinaslardan ibarət 13 manat pul aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd büküm barədə Təqsirləndirilən şəxs1 sual verildikdə, Elvin həmin 01 ədəd bükümdə olan narkotik vasitəni Təqsirləndirilən şəxs2 10 manat müqabilində satdığını etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəzidə ölçülmüş və çəkisi 0,19 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd büküm və 13 manat pul təhqiqatçı Zaur Xəlilov tərəfindən 02 ədəd ayrı-ayrı kağız zərflərə qoyulub qablaşdırılmış, zərflər möhürlənmiş və zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması Balakən RPŞ-nin KTQ-nun ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə axşam saatlarında dostu Şahid4la birlikdə yemək yeyərkən bir qədər spirti işki qəbul etmiş, daha sonra narkotik vasitə heroin qəbul etmək istəmiş və buna görə həmin tarixdə təxminən saat 23:50 radələrində istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla tanışı Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək, ondan narkotik vasitə heroin tapmasını xahiş etmişdir. Mustafa da razılaşaraq bir qədər sonra onunla əlaqə saxlayıb cavab deyəcəyini bildirmişdir. Təxminən 05-10 dəqiqədən sonra Mustafa ona zəng edərək, narkotik vasitə almaq üçün Balakən rayonu Qazma kəndində getmək lazım olduğunu demiş, buna görə o, Qurbanla birlikdə, Qurbana məxsus VAZ 21011 markalı avtomobili idarə edərək, Mustafanın iş yerinə getmişlər. Həmin vaxt Qurban avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Mustafanın iş yerinə çatanda Mustafa avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və onlar üçü Balakən rayonu Qazma kəndinə doğru yola düşmüşlər. Onlar Qazma kəndi ərazisinə çatanda Mustafa narkotik vasitə alacağı şəxsə zəng edərək harada olduğunu soruşmuş, həmin şəxs də “Osmanın döngəsi” adlanan yerdə olduğunu bildirmişdir. Bundan sonra o, narkotik vasitə alması üçün Mustafaya 02 ədəd 05 manatlıq pul əskinaslarından ibarət 10 manat pul vermiş, daha sonra Qurbanla o, kəndin içində avtomobildən yerə düşmüşlər. Mustafa avtomobili idarə edərək, narkotik vasitə almaq üçün getmişdir. Təxminən 10 dəqiqədən Mustafa geri qayıtmış, o, avtomobilin ön sərnişin oturacağına, Qurban isə arxa oturacağa əyləşmiş və avtomobili Mustafa idarə etməklə onlar Balakən şəhəri ərazisinə qayıtmışlar. Yolda gələrkən Mustafa aldığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini ona göstərmiş, lakin narkotik vasitə az olduğu üçün o, götürməmiş və Mustafadan 10 manat pulunu geri istəmişdir. Mustafa da onun pulunu verəcəyini bildirmiş və həmin 01 bükümdə olan narkotik vasitə heroini özündə saxlamışdır. Onlar Balakən bazarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə çatıb benzin almaq istəyən zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onları polis şöbəsinə dəvət etmişlər. Onlar da razılaşaraq polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Həmin vaxt aldıqları 01 ədəd bükümdə olan narkotik vasitə heroin Mustafanın üzərində olmuşdur. Polis şöbəsində o, şübhəli şəxs qismində saxlanılmış, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil X1 RPŞ-yə dəvət olunmuş və bundan sonra RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç vaxt Təqsirləndirilən şəxs2 və Şahid4la birlikdə narkotik vasitə istifadə etməmişdir. Qurban ümumiyyətlə narkotik vasitədən istifadə etməmişdir. Mustafa ilə aldıqları narkotik vasitə heroini istifadə etmək fikri olmuş, lakin aldıqları narkotik vasitə heroin az olduğu üçün o, Mustafadan götürməmiş və nəticədə istifadə edə bilməmişlər. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini kimdən alacağını əvvəlcədən bilməmiş, Mustafa bu barədə ona heç nə deməmiş, polis şöbəsində olarkən Mustafanın narkotik vasitəni rayon sakini olan Elvin adlı şəxsdən aldığı ona məlum olmuşdur. Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd bükümdə olan narkotik vasitəni ona göstərmiş, lakin narkotik vasitə az olduğu üçün o, həmin narkotik vasitənin ikisinin istifadə etməsinə kifayət etməyəcəyini düşünmüşdür. Həmin vaxt o, artıq narkotik vasitə istifadə etmək fikrimdən daşınmışdır. Çünki hadisədən əvvəl o, spirtli içki qəbul etdiyinə görə əhvalı yaxşı olmuş və artıq gec olduğuna görə o, şəhərə çatanda Mustafadan 10 manat pulunu alaraq avtomobildən düşüb yaşadığı evə getməyi düşünmüşdür. Ona görə də Mustafa əlavə narkotik vasitə əldə etsə belə, onun daha narkotik vasitə istifadə etmək fikri olmamışdır. Hətta onlar geri qayıdarkən o, Mustafaya narkotik vasitənin az olduğunu bildirən zaman Mustafa narkotik vasitə aldığı Elvin adlı şəxsə zəng edərək bu barədə danışmışdır. Onun bildiyinə görə, Mustafa ilə Elvin adlı şəxs yenidən görüşməli imişlər. Lakin o, daha marağında olmadığına görə Mustafa ilə bu barədə heç nə danışmamış, narkotik vasitəni geri qaytaracağı, yaxud əlavə narkotik vasitə alacağı barədə Mustafadan heç nə soruşmamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid-Balakən RPŞ-nin əməkdaşı Şahid2 və Şahid4 məhkəmə iclasına gəlməmişlər. Polis əməkdaşı Şahid2 şahid qismində dindirilməsi üçün məhkəmə iclasına gəlməsinin təmin edilməsi barədə Balakən RPŞ-yə müraciət edilmişdir. Balakən RPŞ-nin rəisi Çingiz Aslanov tərəfindən məhkəməyə 15.02.2022-ci il tarixli, 109-4067- 1222 nömrəli arayış göndərilmiş və həmin arayışda Şahid2 Goranboy rayonuna xidməti ezamiyyətə göndərildiyi qeyd edilmişdir. Eyni zamanda Şahid2 məhkəməyə teleqramla müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin Şahid4 şahid qismində məhkəməyə çağrılıb dindirilməsi üçün müvafiq tədbirlər görülmüş; bu barədə onun yaşadığı ünvana bildirişlər göndərilmiş, həmçinin yaşadığı yer üzrə ünvan 3bati ərazi dairəsi üzrə nümayəndəliyinə bildiriş göndərilmiş, qanunamüvafiq qaydada Balakən RPŞ-yə müraciət olunmuşdur. ünvan 3bati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən məhkəməyə 15 fevral 2022-ci il tarixli, 144 saylı rəsmi arayış göndərilmiş və həmin arayışda Şahid4 hal-hazırda Mahamalar kəndi ərazisində yaşamadığı, qazanc əldə etmək üçün Rusiya Federasiyasına getdiyi və orada yaşadığı göstərilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, Şahid2 və Şahid4 verilən ittihamın həlli üçün yeganə və həlledici şahidlər deyillər. Həmçinin təqsirləndirilən şəxslər və onların vəkilləri həmin şahidlərin ibtidai istintaqda verdiyi ifadələri ilə tanış olmuş və bu ifadələrə hər hansı etiraz bildirməmiş, eyni zamanda həmin ifadələrin təkzib edilməsi üçün hər hansı vəsatətlər verməmiş, onların dindirilməsi zamanı eyni şərtlər daxilində öz şahidlərinin çağrılıb dindirilməsini xahiş etməmiş, bu şahidlərin ifadələrində göstərdiyi halların təkzibi ilə bağlı hər hansı sübutlar təqdim etməmişlər. Eyni zamanda məhkəmədə ittiham və müdafiə tərəflərinin iştirakı ilə iş üzrə ittihamın həlli üçün ifadələri əsas hesab edilə biləcək şahidlər dindirilmiş, tərəflərə onlara müvafiq sulların verilməsi, ifadələrində göstərdiyi halların tədqiq edilməsi üçün hərtərəfli şərait yaradılmış, həmin ifadələrə işdə olan digər sübutlarla müqayisəli şəkildə hüquqi qiymətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual tədlbirlər həyata keçirilmişdir. İş üzrə təqsirləndirilən şəxslər də məhkəmədə verdiyi ifadələrində onlara verilən ittihamlar üzrə özlərini təqsirli bilmiş, bu konteksdə həmin şəxslərin ifadələri və işdə olan digər mötəbər sübutlarla tanış olmuşlar. Bu xüsusda ittiham və müdafiə tərəfləri Şahid2 və Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrinin elan olunmasına və tədqiq olunmasına razılığını bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, şahidlər Şahid2 və Şahid4 məhkəməyə gəlməsinin təmin edilməsi üçün müvafiq tədbirlərin görüldüyünü, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid2 və Şahid4 ibtidai istintaqda verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Balakən RPŞ-nin əməkdaşı Şahid2 da Şahid1 Ziyat oğlunun ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdliq etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Balakən rayonu Qazbinə kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər hər hansı fiziki və pxisi xəstəliklər keçirməmişdir. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir, hazırda hər hansı bir narkotik vasitədən istifadə etmir. 20 oktyabr 2021-ci il tarixdə axşam saatlarında dostu Şahid3lə birlikdə yemək yeyərkən bir qədər spirti işki qəbul etmişlər. Onlar yemək yedikdən sonra Abdulla narkotik vasitə qəbul etmək istədiyini demiş və buna görə Mustafa adlı tanışına zəng edərək narkotik vasitə heroin tapmasını xahiş etmişdir. Təxminən 05 dəqiqədən sonra Mustafa Abdullaya zəng edərək narkotik vasitə almaq üçün Balakən rayonu Qazma kəndində getmək lazım olduğunu bildirmiş, buna görə onlar Mustafanı götürmək üçün ona məxsus VAZ 21011 markalı avtomobillə Mustafanın işlədiyi Balakən Kərpic zavoduna getmişlər. O, həmin vaxt sərxoş olduğuna görə ona məxsus avtomobili Abdulla idarə etmiş, o isə avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Onlar Mustafanın iş yerinə çatanda sonuncu avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və onlar üçü Qazma kəndinə doğru yola düşmüşlər. Onlar Qazma kəndi ərazisinə çatanda Mustafa narkotik vasitə alacağı şəxsə zəng edərək harada olduğunu soruşmuş, həmin şəxs də “Osmanın döngəsi” adlanan yerdə olduğunu bildirmişdir. Bundan sonra Abdulla narkotik vasitə alması üçün Mustafaya 02 ədəd 05 manatlıq pul əskinaslarından ibarət 10 manat pul vermiş, daha sonra Abdulla ilə o, kəndin içində avtomobildən yerə düşmüş və Mustafa avtomobili idarə edərək narkotik vasitə almaq üçün getmişdir. Təxminən 10 dəqiqədən sonra Mustafa geri qayıtmış, Abdulla avtomobilin ön sərnişin oturacağına, o isə arxa oturacağa əyləşmiş və avtomobili Mustafa idarə etməklə onlar Balakən şəhəri ərazisinə qayıtmışlar. Yolda gələrkən Mustafa aldığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini Abdullaya göstərmiş, lakin narkotik vasitə az olduğu üçün Abdulla götürməmiş və Mustafaya irad bildirərək, 10 manat pulunu geri istəmişdir. Mustafa da həmin vaxt narkotik vasitə aldığı şəxsə zəng edib, Elvin deyə müraciət edərək, narkotikin az olduğunu bildirmiş və bir qədər danışdıqdan sonra Mustafa danışığı bitirmişdir. Daha sonra Mustafa Abdullaya demişdir ki, narkotik vasitə aldığı şəxs şəhər ərazisinə gələndə ona bir az da narkotik vasitə verəcəkdir. Mustafa da həmin 01 bükümdə olan narkotik vasitə heroini özündə saxlamışdır. Onlar Balakən bazarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə çatıb benzin almaq istəyən zaman mülki geyimdə olan polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, Balakən RPŞ-nin əməkdaşları olduqlarını bildirmiş və onları polis şöbəsinə dəvət etmişlər. Onlar da razılaşaraq, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Həmin vaxt narkotik vasitə Mustafanın üzərində olmuşdur. O, polis şöbəsində şübhəli şəxs qismində saxlanılmış, daha sonra vəkillər siyahısından seçmiş olduğu vəkil X5 polis şöbəsinə dəvət olunmuş və bundan sonra Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zaur Xəlilov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs2 və Şahid3lə birlikdə narkotik vasitə istifadə etməmişdir və ümumiyyətlə narkotik vasitədən istifadə etmir. O, Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini kimdən alacağını əvvəlcədən bilməmiş, Mustafa bu barədə ona heç nə deməmişdir. Polis şöbəsində olarkən Mustafanın narkotik vasitəni rayon sakini olan Elvin adlı şəxsdən aldığı ona məlum olmuşdur. Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 03:40-dan saat 04:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 əynində qara rəngli cins şalvar, qəhvəyi rəngli poliver, ayağında isə qara rəngli idman üsullu ayaqqabılar olmuşdur. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmamışdan öncə ona üzərində qeyri-qanuni əşya, predmet və ya hər hansı narkotik vasitə olub-olmaması barədə sual verildikdə, o, əynində olan qara rəngli cins şalvarın sağ arxa yan cibindən 01 ədəd kağız büküm çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən heroinə oxşar maddə aşkar olunaraq elektron tərəzidə çəkilmiş və çəkisi 0,30 qram təşkil etmişdir. Həmin maddə 01 ədəd kağız zərfə qoyulub, qablaşdırılıb, möhürlənib maddi sübut kimi götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan cins şalvarın sol arxa yan cibindən içərisində 01 ədəd Kapital Banka məxsus olan plastik bank kartı, ona məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd sürücülük vəsiqəsi olan pul kisəsi aşkar edilmişdir. Həmin əşyalar sübut əhəmiyyətinə malik ola biləcək əşyalar olmadığı üçün Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həmin tarixdə saat 07:25-dən saat 08:05-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 əynində qara rəngli idman üsullu şalvar, göy rəngli poliver, boz rəngli gödəkcə, ayağında isə qara rəngli ayaqqabılar olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı qeyri-qanuni əşya, predmet olub-olmaması barədə sual verildikdə, o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd içərisində tünd qəhvəyi rəngdə maddə olan kağız bükümü təqdim etmişdir. Həmin büküm 01 ədəd elektron tərəzidə çəkilərək çəkisi 0,19 qram təşkil etmişdir. Həmin kağız bükümün içərisində aşkar edilmiş qəhvəyi rəngdə olan maddə narkotik vasitə heroinə oxşamışdır. Həmin maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli qış gödəkcəsinin içəri sol cibindən 01 ədəd 05 manatlıq yumrulanmış şəkildə, 08 ədəd 01 manatlıq pul əskinasları aşkar edilmişdir. Həmin pul əskinasları 01 ədəd zərfdə qablaşdırılıb maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış Panasonic HD markalı videokamera vasitəsilə görüntülənmiş, həmin videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokollardan həmçinin görünür ki, həmin vaxt Şahid3 və Şahid4 da üzərində şəxsi axtarış aparılmış, lakin onların üzərində qadağan olunmuş hər hansı əşya aşkar olunmamış və bu şəxsi axtarış hərəkətləri videokamera vasitəsilə qeydə alınmışdır. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş və həmin iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə, iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə və iş üzrə şübhəli şəxs Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 20 oktyabr 2021ci il tarixdə saat 18:11, 18:23 və 18:24 dəqiqələrdə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng etmiş, sonuncu dəfə 20 oktyabr 2021-ci il tarixdə saat 01:05 dəqiqədə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng etmişdir; həmçinin, Şahid3 istifadə etdiyi ***- ***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona 20 oktyabr 2021-ci il tarixdə saat 14:32, 17:08, 21:00, 23:38, 23:39 dəqiqələrdə, 21 oktyabr 2021-ci il tarixdə saat 00:21, 00:34, 00:37, 01:03 və 01:07 dəqiqələrdə, Təqsirləndirilən şəxs2 isə istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla Şahid3 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona 20 oktyabr 2021-ci il tarixdə saat 14:37, 14:51 və 23:47 dəqiqələrdə zəng etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X20 Bölməsinin materialların məhkəmə ekspertizasının 21.10.2021-ci il tarixli, 17/767 nömrəli rəyində göstərmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş maddə…" sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,177 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş..." sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, 02 (iki) ədədl zərflərdəki gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Qeyd:1) Heroinin təmiz çəkisi-0,177 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,127 qram; 2) Heroinin təmiz çəkisi-,0,161 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq- 0,111 qram. Ekspertiza tədqiqatının dəyəri 71,94 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1526 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallanda olan ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1527 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdə saat 03.25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, 22 oktyabr 2021-ci il tarixdə saat 21.40-da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 22 oktyabr 2021-ci il tarixdə saat 07.10-da şübhəli şəxs qismində tutulmuş, Balakən Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X13 Hüquqi Şəxsinin 26.10.2021-ci il tarixli, 279 nömrəli arayışından görünür ki, Qarayev X12 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X23 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X13 Hüquqi Şəxsinin 26.10.2021-ci il tarixli, 280 nömrəli arayışından görünür ki, Əliyev X10 MRX-nın poliklinika şöbəsində psixiatriya və narkoloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 30.10.2021-ci il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş 30.10.2021-ci il tarixli, 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan AA1170615 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, 09.087.2016-cı il tarixdə doğulmuş X14 olmaqla Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan 22 aprel 2014-cü il tarixdə verilmiş AZ-İİİ 301321 nömrəli və 23 noyabr 2019-cu il tarixdə verilmiş AZ-İV 384706 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 16 avqust 2013-cü il tarixdə doğulmuş X6 və 23 oktyabr 2019-cu il tarixdə doğulmuş X15 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,111 qramı və Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 0,177 qram olan narkotiik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,127 qramı maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd 05 manatlıq və 08 ədəd 01 manatlıq pul əskinasları maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD disklər və Azərsell Telekom MMC-dən alınmış 01 ədəd CD-R disk sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini, 21 oktyabr 2021-ci il tarixli şəxsi axtarış protokollarını, şəxsi axtarış aparılarkən videoçəkilişlərin əks olunduğu DVD disklərini, Azərsell Telekom MMC-dən alınmış 01 ədəd CD-R diskini, materialların məhkəmə ekspertizasının 21.10.2021-ci il tarixli, 17/767 nömrəli rəyini, maddi sübutları, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1526 nömrəli və 16 dekabr 2021-ci il tarixli, 1527 nömrəli rəylərini, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında qərarını, məhkəmənin və ibtidai istintaq orqanının işdə olan digər qərarlarını və hərəkətlərinin protokollarını və yuxarıda istinad olunan və sair sənədləri inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, bu etirafın əks olunduğu təqsirləndirilən şəxslərin ifadələri könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməli, həmçinin bu xüsusat təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hal kimi də dəyərləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X2rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hal kimi dəyərləndirilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yenə də Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahılarda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Həmin Qərarın 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrin tərkibi, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 cinayət əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinə görə cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən himayəsində iki azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini və cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilməsi zamanı onların xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş əməllər, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl, öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar vardır, cəzalarını ağırlaşdıran hallar isə mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmçinin Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində bir azyaşlı uşağın olması, ilk dəfə cinayət törətməsi və cinayət əməlləri törətməsini etiraf edib bu əməlləri törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X9 təyin ediləcək həmin cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən onun 21 oktyabr 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1526 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdə saat 03.25-də şübhəli şəxs qismində tutulmuş, 22 oktyabr 2021-ci il tarixdə saat 21.40-da Balakən RPŞ-nin MSY-dən azadlığa buraxılmışdır. Məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fərqli yanaşılma olsa da, Avropa Konvensiyasının 5-ci maddəsinin mənası baxımından tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışları eyni məna daşıyır. Bu xüsusda həbs müddətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarında müxtəlif müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6-cı maddəsində şübhəli şəxsin tutulmasının, həmin Məcəllənin 150-ci maddəsinə əsasən ittihamın elan edilməsi üçün şəxsin tutulmasının 48 saatdan artıq davam etməməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 310.6.2-ci maddəsinə əsasən məhkəmə iclasında qaydanı kobud şəkildə pozan şəxsə 3 saatdan 48saatadək tutmanın tətbiq edilməsi, yəni həbsin müddətinin saatlarla müəyyən olunması nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.1, 159.1. və 159.2-ci maddələrində həbsin müddətinin aylarla müəyyən olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 168.2-ci maddəsinə əsasən isə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerindən cəza müddətinin axırıncı gününün birinci yarısından azad edilirlər. Eynilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda (təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə; məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmadıqda) həbsdə saxlanılan şəxsin məhkəmə zalından dərhal həbsdən azad edilməsi təsbit olunmuşdur. Bu qanun normalarından görünür ki, şəxsin həbs müddətinin aylarla və ya günlərlə hesablanmasına baxmayaraq, məhkəmə qərarı (hökmü) günün hansı vaxtında (saatında) çıxarılırsa, onun həbs müddətinin son gününün bitməsindən asılı olmayaraq, o, həmin vaxtda (saatda) həbsdən azad edilməlidir. Yəni qanunun fəlsəfəsinə görə burada şəxsin konkret saatlarla ifadə olunan həbs müddəti, həmin günün bitməsinə baxmayaraq, günə bərabər tutulur. Ona görə də şəxsin bir neçə saat həbsdə qalması onun bir gün həbsdə qalması sayılmaqla, ona təyin edilən cəza müddətinə daxil edilməli, ya da həmin müddətdən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraat aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərin konteksində məhkəmə belə nəticəyə gəlir ki, əslində Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdən saat 03.25-dən 22 oktyabr 2021-ci il tarixə saat 21.40-a qədər həbsdə qaldığı müddət bir gündən artıqdır və bu müddətin bir gün kimi qəbul edilməsi təqsirləndirilən şəxsin hüquqlarının pozuntusu olardı. Ona görə də yuxarıda istinad olunan qanun normalarına əsaslanaraq, bu hal təqsirləndirilən şəxsin xeyrinə həll olunmaqla həmin günlər-21 oktyabr 2021-ci il və 22 oktyabr 2021-ci il tarixlər müstəqil olaraq Təqsirləndirilən şəxs2 həbsdə saxlanması günləri kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il və 22 oktyabr 2021-ci il tarixlərdə tutulduğu və həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağın olması, ilk dəfə cinayət törətməsi və cinayət törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21 oktyabr 2021-ci il tarixdə və 22 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə istinadən hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün çıxarıldığı 01 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2021-ci il tarixli, 1527 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmədiyinin, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığının və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə cəmi 71,94 manat ekspertiza xərcinin 35,97 manatı Təqsirləndirilən şəxs1 və 35,97 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,111 qramı və Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 0,177 qram olan narkotiik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,127 qramı məhv edilməli, şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD disklər və Azərsell Telekom MMC-dən alınmış 01 ədəd CD-R disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin iş materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd 05 manatlıq pul əskinası Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini alarkən Təqsirləndirilən şəxs1 ödədiyi pul məbləği, 08 ədəd 01 manatlıq pul əskinasları isə Təqsirləndirilən şəxs1 özünə məxsus olan pul məbləğidir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs1 Əimirxan oğlu cinayət yolu ilə 5 manat pul vəsaiti əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi 05 manat dəyərində 01 ədəd 05 manatlıq pul əskinası xüsusi müsadirə edilməli, yəni məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, 8 manat dəyərində 8 ədəd 01 manatlıq pul əskinasları isə Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2.şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla)… Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməllərini törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 30 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 isə məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Maisnaya ödənilməsi üçün 180 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 120 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 21 oktyabr 2021-ci il tarixdən hazırki günədək həbsdə saxlandığı müddət ona təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21 oktyabr 2021-ci il tarixdə və 22 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın;Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəza çəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 01 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalında həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın; onun ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X13 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə 71,94 manat ekspertiza xərcinin 35,97 manatı Təqsirləndirilən şəxs1 və 35,97 manatı Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X4, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 0,161 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,111 qramı və Təqsirləndirilən şəxs2 aşkar edilmiş təmiz çəkisi 0,177 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,127 qramı məhv edilsin; şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişlərin əks olunduğu 05 ədəd DVD disklər və Azərsell Telekom MMC-dən alınmış 01 ədəd CD-R disk hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın; Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi 05 manat dəyərində 01 ədəd 05 manatlıq pul əskinası xüsusi müsadirə edilsin-məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın; 8 manat dəyərində 8 ədəd 01 manatlıq pul əskinasları isə Təqsirləndirilən şəxs1 qaytarılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Maisnaya ödənilməsi üçün 180 manat və Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün 120 manat, cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar