Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-18/2023 19.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Göyçay rayonu Kürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evlihimayəsində üç azyaşlı uşağı olan, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Balakən Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli 1(019)-18/N3 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və xx.xx.N3-cü il tarixdə tutularaq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 318.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq oraqın tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 318.2-ci maddəsilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Gürcüstandan quru xətti ilə qanuni yolla çıxa bilmədiyindən Azərbaycan Respublikasına qanunsuz gəlmək məqsədi ilə, tanışı şəxsiyyəti istintaqa Azər adı ilə məlum olan şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında N iyul N2-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunda yerləşən 8-ci sərhəd zastavasının xidməti sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 318.1-ci maddəsilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.N2-ci il tarixdə rəsmi yolla Azərbaycan Respublikasından təyyarə ilə Gürcüstana getmişdir. xx.xx.N2-ci il tarixdə saat 21:05-də Gürcüstanın Tbilisi şəhər hava limanında təyyarədən düşmüş, Rusiya Federasiyasının Yekaterinburq şəhərinə getmək istəmiş, lakin pulu az olduğundan təyyarəyə bilet ala bilməmişdir. Sonra o, Gürcüstanla Rusiya Federasiyası arasında quru sərhədini keçmək üçün Kazbek buraxılış məntəqəsinə getmişdir. Oradan qanuni yolla keçmək istədiklə yolların bağlı olmasını ona bildirmiş və keçməsinə icazə verməmişlər. xx.xx.N2-ci il tarixdə saat 14:00 radələrində Tbilisi şəhərinə qayıtmış və orada 6 gün qalmışdır. xx.xx.N2-ci il tarixdə o, hava limanında sonradan adının Gürcüstanda doğulmuş və yaşamış, Gürcüstan vətəndaşı olan Şahid3 Abdulla oğlu olduğunu bildiyi şəxslə başqa bir azərbaycanlı ilə yemək yeyəndə tanış olmuşdur. Azər gürcü dilində sərbəst danışırdı. Azər ona Azərbaycan sərhəd xidmətinin Balakən sahəsində tanışının olduğunu və onu həmin sərhədçi vasitəsilə qanuni şəkildə Azərbaycana keçirəcəyini bildirmiş və buna görə ondan 150 manat pul istəmişdir. 30 iyun N2-ci il tarixdə Şahid3 həmin tanışı olduğu sərhəd xidmətinin mayor rütbəsində olan şəxs ilə Vatsapla görüntülü danışmış, həmin mayor danışıq zamanı onun pasportuna ölkə sərhədini qanuni yolla keçməsi üçün möhür vurduracağına söz vermişdir. Sonradan həmin mayor rütbəsi daşıyan şəxsi zastavada görmüşdür. Azərə onu tanışı vasitəsilə qanuni yolla sərhəddən keçirməsi üçün 100 manat pul vermiş, qalan 50 manatını isə sərhədi qanuni yolla keçdikdən sonra Azərbaycanda verəcəyi ilə bağlı aralarında razılaşma olmuşdur. Tbilisi aeroportunda Azərin onu qanuni yolla sərhəd xidmətində işləyən tanışı vaitəsilə sərhəddən keçirəcəyini və bununla bağlı Vatsapla mayor rütbəsini daşıyan şəxslə görüntülü danışdığını Şahid4 adlı yerlisinə danışmış, Polad da ona Azərə inanmamağını demişdir. Lakin yaşamağa pulu olmadığı və burada qalmaq istəmədiyi üçün o, Azərin onu qanuni yolla sərhəddən keçməsinə kömək edəcəyinə inanmışdır. X10 şəhərindən avtomaşınla Laqodexi şəhərinə gəlmiş və Azər ondan pasportunu götürmüşdür. Oradan Azər onu sərhəd məntəqəsinə gətirmək adı ilə piyada gətirmişdir. Onlar çaya yaxınlaşmış və çayın o biri tərəfində körpü olmuşdur. Burada Azər ona pasportunu qaytarmış və həmin körpü tərəfdə sərhədçilərin ona kömək edəcəyini bildirmişdir. Azər onunla Azərbaycan sərhədini keçməmişdir. O, çayı keçəndə Azər Gürcüstan ərazisində qalmış və sonra qəfildən yoxa çıxmışdır. Onda o, Azərin onu aldatdığını başa düşmüşdür. Sonra sərhədçilər onu tutmuşlar. Həmin onu aldadan Azər adlı şəxs barəsində Balakən Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 318-.1-ci maddəsilə cinayət işi olan təqsirləndirilən şəxs X6r. O, bu faktı təsdiq edir. O, Azərlə Azərbaycan sərhədini qeyri-qanuni keçməklə bağlı qabaqcadan əlbir olmamış və heç bir razılığa gəlməmişlər. Azər sadəcə sərhəd xidmətində olan tanışı vasitəsilə onu sərhəddən qanuni yolla keçməsinə kömək göstərəcəyini bildirmiş və onu aldatmışdır. Azər onunla birlikdə Azərbaycan sərhədini keçməmişdir. O, Azərbaycan sərhədini təkbaşına keçməsinə görə özünü təqsirli bilir. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Lakin Azərlə sərhədi qabaqcadan əlbir olan bir qrup şəxs formasında keçməsində özünü təqsirli bilmir. Belə bir hal olmamışdır. Himayəsində 3 azyaşlı qızı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.N2-ci il tarixdə hərbi hissənin 8-ci sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədinin pozulması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən o və baş leytenant Şahid2 birlikdə 8-ci sərhəd zastavasının inzibati binasına getmişlər. Əməliyyat məlumatı barədə 8-ci sərhəd zastavasının şəxsi heyətinə məlumat vermiş və axtarış tədbirlərinə başlamışlar. Axtarış zamanı iki nəfər şəxsin zastavanın 6-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikası istiqamətində hərəkət etməsini müşahidə etmişlər. Bu barədə dərhal sərhəd zastavasına məlumat vermiş və əlverişli yer seçərək şübhəli şəxslərin yaxınlaşmasını gözləmişlər. Həmin şəxslər onlara bir qədər yaxınlaşdıqdan sonra "dayan" komandası vermişlər. Sərhəd pozucuları əmrə tabe olmayaraq qaçmağa başlamışdır. Onlardan birini saxlasalar da, digəri qaçmağa müvəffəq olmuşdur. Saxlanılan şəxs özünü Göyçay rayon sakini Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra saxlanılan şəxs sərhəd zastavasına gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasına təyyarə ilə uçmaq üçün olduğu Rusiya Federasiyasının Dağıstan Respublikasından Gürcüstanın Tbilisi şəhərinə gəlmiş, Tbilisi şəhərinin hava limanında bir neçə azərbaycanlı ona yaxınlaşıb haradan olduğunu soruşmuşlar. O, Göyçaydan olduğunu deyəndə, dedilər ki, burada bir yerlisi vardır və o, iki gündür ki, acsusuz hava limanındadır. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Onlar kafedə olan zaman 4 nəfər olmuşlar. Onlarla bir yerdə çörək yeməyə oturan və özünü Gürcüstandan olan Şahid3 Abdulla oğlu kimi təqdim edən şəxs Kamili Balakən rayonu vasitəsilə qanuni yolla sərhəddən keçirə biləcəyini, bununla bağlı sərhəd xidmətində tanış sərhədçinin olduğunu bildirmişdir. O, Kamilə Azərdən gözü su içmədiyi üçün Azərlə getməməsini demişdir. Kamil imkanının olmamasını və mütləq getməli olmasını söyləmişdir. Kamilin dediyinə görə Azər onu sərhəddən qanuni yolla keçirmək üçün Vatsap vasitəsilə tanışı olan bir sərhəd xidməti mayoru ilə görüntülü söhbət etmiş, həmin mayor Kamilin sərhəddən qanuni yolla keçirilməsi ilə bağlı pasportuna möhür vurduracağını bildirmiş, həmiçinin onu sərhəddən keçirmək üçün Azər Kamildən 150 manat istəmiş, bu pulun 100 manatını Kamil Azərə vermiş, qalan 50 manatını isə Azərbaycanda verəcəyi barədə razılaşmışlar. Şahid3 həmin vaxt bir neçə nəfəri sərhəddən keçirməsini də bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 Abdulla oğlu ifadəsində göstərimşdir ki, o, Təqsirləndirilən şəxs tanımır və onunla Gürcüstanın Tbilisi aeroportunda görüşməmiş və onu sərhəddən keçirməmişdir. O, N1-ci ildə X16 sərhəd-keçid məntəqəsi vasitəsilə keçmişdir. Miqrasiyada cəriməsi olduğu üçün Azərbaycana gələ bilməmişdir. O, 22 yanvar N3-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Balakən rayonu ərazisində keçmiş və buna görə də onun barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsilə cinayət işi başlanmışdır. Onun Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi hazırda Balakən Rayon Məhkəməsinin icraatındadır. İş materiallarında olan Azərbaycan Respublikası DSX-nin ƏABl-nin müvafiq sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə H.X2 dövlət sərhədini rəsmi qaydada Azərbaycan Respublikasından Gürcüstana keçmişdir. İş materiallarında olan DSX-nin N nömrəli hərbi hissənin komandirinin N iyul N2-ci il tarixli, 16/1706 №-li məktubunda göstərilir ki, N iyul N2-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının xidməti sahəsindən qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçmiş və DSXnin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. İş materiallarında olan N iyul N2-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini Gürcüstandan Azərbaycan Respublikası istiqamətində qanunsuz olaraq keçdiyi ərazi N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının 6-cı sahəsidir. İş materiallarında olan N iyul N2-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə saat 10:35-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.N2-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və ondan 1 ədəd «pasport AZES03624628», “Baksel nömrə 1 ədəd», “Azərsell nömrə 1 ədəd» və «Covid-19 pasportu» aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tələbnamə üzrə verilmiş arayışdan və Şəki Apellyasiya Məhkəməsininin xx.xx.N1-ci il tarixli 1(107)-241-N1 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş arpellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1, 221.2.2, 221.3 və 326.1-ci maddələri ilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin 14 aprel N1-ci il tarixli, 1(046)-23/N1 nömrəli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, Təqsirləndirilən şəxs CPM-nin 56 və 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmiş, Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 221.3-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətə, CM-nin 326.1-ci maddəsilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 221.1 və 326.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuş, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.N0-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.N1-ci il tarixli amnistiya aktının tətbiq olunması barədə qərardan görünür ki, «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N1-ci il tarixli qərarının 2.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. İş materiallarında olan Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisinin 19 sentyabr N2-ci il tarixli qərarından görünür ki, şəxsiyyəti istintaqa Azər adı ilə məlum olan şəxsin barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 654321 nömrəli, xx.xx.2015-ci il tarixdə verilmiş AZ- İİİ 654322 nömrəli və xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ 922830 nömrəli doğum haqqında şəhadətnamələrdən və işdə olan Göyçay Rayon İcra Hakimiyyəti başçısının Potu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 iyul N2-ci il tarixli 416 nömrəli arayışından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X15, xx.xx.2015-ci il tarixdə doğulmuş X11 və xx.xx.2016-cı il tarixdə doğulmuş X12 olmaqla Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq vardır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli 1(019)-18/N3 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş, onun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 17 avqust N3-cü il tarixli barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust N3-cü il tarixdə saat 21.15-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Balakən Rayon Polis Şöbəsinə gətirilmişdir. İş materiallarına əlavə olunmuş Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli 1(046)-43/N3 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş; üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya Şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmuş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,31 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi, ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyərinin Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli 1(046)-43/N3 nömrəli hökmü qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiya Şöbəsinin 05 sentyabr N3-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 1(046)-43/N3 nömrəli, xx.xx.N3-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmış və ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.N2-ci il tarixli 16/10864 nömrəli məktubunda göstərilir ki, məhkəmənin xx.xx.N2-ci il tarixli 1(019)- 720101/N2 nömrəli məktubuna cavab olaraq bildirilir ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa Azər adı ilə məlum olan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsilə ********* nömrəli cinayət işi ayrılmış, həmin qərar ********* nömrəli cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.N2-ci il tarixli 16/509 nömrəli məktubunda göstərilir ki, məhkəmənin 05 yanvar N3-cü il tarixli 1(019)-18/N3 nömrəli məktubuna cavab olaraq bildirilir ki, Azər adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından ********* nömrəli cinayət işinin icraatı xx.xx.N3-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 01 avqust N3-cü il tarixli 1(019)-61/N3 nömrəli hökmündən görünür ki, qanunla müəyyən edilmiş qaydada dövlət sərhədindən keçə bilmədiyi üçün qanunsuz yol ilə Azərbaycan Respublikasına gəlmək məqsədilə 22 yanvar N3-cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun ərazisində yerləşən 7-ci sərhəd zastavasının 16-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçdiyinə görə Şahid3 Abdulla oğlu Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, N0 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 26 yanvar N3-cü il tarixdən 28 yanvar N3-cü il tarixədək iki gün tutulub həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və Şahid3 Abdulla oğlunun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində bu Məcəllənin 318.1ci maddəsində nəzərdə tutulmuş əməllər (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçmə) qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə cinayət məsuliyyəti nəzərə tutulmuşdur. Verilən ittihama əsasən Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsilə onun tanışı şəxsiyyəti istintaqa Azər adı ilə məlum olan şəxslə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Gürcüstandan Azərbaycan Respublikasına keçməsi istinad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may N2-ci il tarixli qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və dah çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin 6 may N2-ci il tarixli qərarının nəticə hissəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun olaraq tövsif edilməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsilə ittiham onun ibtidai araşdırma zamanı verdiyi izahatı, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi, DSX SQ 7-ci SD Əməliyyat-Axtarış şöbəsinin rəisinin 7-ci sərhəd dəstəsinin rəisinə ünvanladığı N iyul N2-ci il tarixli raportu, N iyul N2-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərar, şahidlər olan sərhəd xidməti əməkdaşlarının ifadələri, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli məktubu, N iyul N2-ci il tarixli baxış keçirilməsi haqqında protokol və sahənin sxemi əsasında verilmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Azərbaycan Respublikası CPMnin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 227.1-ci maddəsinə əsasən şahidi cinayət təqibi üzrə əhəmiyyəti olan hər bir hal üzrə, o cümlədən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin, digər şahidlərin şəxsiyyəti barədə dindirmək olar. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunvericiliyə görə şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri onların bilavasitə müşahidəsi nəticəsində sərbəst dərk etdiyi, yəni qavradığı faktların təsvirini ehtiva etməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlataban müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsnin 3-cü bəndinin d) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun əlehinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə verimş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağrılması və dindirilməsi hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X4rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı şahidlərin iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. Şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. X17rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı. Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Şahidlərin məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi bu xüsusda son presedentlərdən biri olan Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, şahidlərin məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, şahidlərin ibtidai araşdırmada verdiyi ifadələr əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. Belə ki, həmin işdə şəxsin istinad olunan cinayət əməlində təqsirli bilinməsi üçün üç şəxsin ifadəsi xüsusi əhəmiyyət daşımış və şəxs həmin şəxslərin ibtidai istintaqda verdiyi ifadələri əsasında məhkum olunmuşdu. Məhkəmə iclasında müəyyən edlilmişdi ki, həmin şəxslər narkomandır və onlardan biri isə hadisəni dərk etmək və faktlar barəsində sərbəst mühakimə yürütmək imkanında deyildi. İşin məhkəmə baxışında da bu hallara fikir verilməmişdi. Dikmə Türkiyəyə qarşı iş üzrə qərarın 38-ci bəndində Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, cinayət hüququnu tətbiq edərkən Türkiyə məhkəmələrinin bərqərar etdikləri prinsiplərdən aydın olur ki, şübhəli şəxsin dindirilməsi onun özünü müdafiə etməsinə imkan vermək vasitəsidir, bu vasitə onun xeyrinə işləməlidir və onun əleyhinə sübutlar əldə etmək məqsədi daşıyan tədbir deyil. Hakim iş üzrə faktları qiymətləndirərkən dindirmə zamanı verilmiş ifadələri nəzərə ala bilər, lakin həmin ifadələr könüllü surətdə verilməlidir və təzyiq və ya zor tətbiqi altında alınan sübut qismində qəbul edilə bilməz. CPM-nin 247-ci maddəsinə görə (həmin maddəyə Kassasiya Məhkəməsi tərəfindən şərh verilib), polis və ya dövlət prokurorluğuna verilmiş istənilən ifadənin qeydə alındığı dindirmə protokolunun cinayət təqibi üçün sübut qismində qəbul edilə bilməsi üçün həmin ifadə hakimin yanında təkrar olunmalıdır. Əgər ifadədəki etiraflar təkrar olunmursa, sözügedən protokolların məhkəmədə ucadan oxunmasına icazə verilmir və müvafiq surətdə, ittihamı müdafiə etmək üçün onlara istinad edilə bilməz. Bununla belə, hətta ifadədəki etiraflar məhkəmədə təkrar olunsa belə, həmin sübut özlüyündə həlledici sübut sayıla bilməz və əlavə sübutlarla təsdiq olunmalıdır. Avropa Məhkəməsinin presedentləri baxımından şahid ifadələri təkcə milli qanunvericilikdə şahid sayılan şəxslərin ifadələrini deyil, eyni zamanda şübhəli və təqsirləndirilən şəxsin, onların nümayəndələrinin, zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin (məsələn ekspertin və sair) ifadələrini də nəzərdə tutur. İstər Azərbaycan Respublikasının daxili qanunvericiliyi, istərsə də Avropa Konvensiyasının 6-cı maddəsi və həmin maddə üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi standartlara görə ifadələr şahidin hadisəni öz nöqteyi-nəzərincə təsvir etməsini ehtiva edir. Yəni şahid ifadəsində iradəsi ilə özünün dərk etdiyi və qavradığı formada işin hallarını təsvir etməlidir. Məhkəmə iş materiallarına istinadən qeyd edir ki, ibtidai araşdırmada Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan alınmış izahat və sonradan təqsirləndirilən şəxs qismində alınmış ifadə müvafiq olaraq təhqiqatçı və müstəntiq tərəfindən kompüterdə standart şəkildə eyni stilistikadan istifadə edilməklə və eyni halların təsdiqi formasında yazılmış, bununla da həmin şəxs dərk etdiyi və qavradığı formada hadisəni öz nöqteyinəzərincə təsvir etmək imkanından məhrum edilmişdir. Həmin izahat və ifadədə cümlə quruluşunun və stilistik ifadə tərzinin eyni olması, fkirlərin bir nəticəyə gəlinməsi üçün eyniləşdirilməsi bu izahat və ifadənin Təqsirləndirilən şəxs sərbəst düşüncə və dərketmə nəticəsində öz iradə ifadəsi əsasında hadisəni həqiqi təsvir etməsinin əsaslılığına böyük şübhələr yaradır. Digər tərəfdən iş materiallarından görünür ki, X18 dövlət sərhəd xmdmətinin əməkdaşları tərəfindən tutulduqdan sonra müdafiəçi ilə təmin olunmayaraq, müdafiəçinin iştirakı olmdan faktiki olaraq şahid qismində izahatı alınmış və onun təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi də həmin izahatı təkrar etmişdir. Halbuki Təqsirləndirilən şəxs tutulduqda artıq onun dövlət sərhədini dövlət nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi müəyyən edilmişdi. Lakin buna baxmayaraq onun tutulmasından sonra şübhəli şəxs qismində hüquqları, o cümlədən müdafiə hüququ təmin edilməyərək, müdafiəçinin iştirakı olmadan şahid qismində izahatının alınması, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin də həmin izahatı təkrar etməsi və faktik olaraq bu haldan ona ittihamın verilməsi üçün sübutlar kimi istifadə edilməklə ittihamın sübut edilmə yükünün təqsirləndirilən şəxs kimi onun üzərinə qoyulması onun təqsirsizlik prezumpsiyası hüququnun pozulmasıdır. Bu zaman onun izahatı alınarkən özünə qarşı ifadə verməmək, ittihamın sübuta yetirilməsinin onun üzərinə qoyula bilməməsi, müdafiəçiyə malik olmaq hüququ və sair hüquqları ona izah edilməmiş və bu hüquqları pozulmuşdur. Halbuki bu hüquqlar şəxsin Konstitusiya və qanunlarda təsbit olunmuş fundamental hüquqlarıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindlən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittizham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin c) yarılmbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 19.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: 19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; 19.4.2. hüquqlarını izah etmək; 19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; 19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; 19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. Ekkle Niderlanda qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri baxımından ittihama «şəxsin cinayət əməli törətməsi barədə səlahiyyətli orqan tərəfindən ona təqdim edilən rəsmi bildiriş» kimi anlayış verilə bilər. Fotinin işində Avropa Məhkəməsi bu anlayışı bu cür ittihamın nəticəsi olan və şübhə edilən şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən başqa tədbirlərə də şamil etdi. Məhkəmə hesab etdi ki, polis araşdırılmasına başlama, şahidlərin dindirilməsi və ya bilavasitə sözügedən şəxsə aid olmayan başqa hərəkətlər də şəxsin vəziyyətinə əhəmiyyətli təsir göstərən hərəkətlərdir və artıq ittiham sayıla bilər. Belə olan halda şahid kimi izahatının alınması, buna qədər onun dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi bəlli olduğu halda, ondan hüquqları izah edilmədən və müdafiəçi iştirak etmədən izahatının alınması və ittihamın əsasının bu izahata (sonradan bu izahat əsasında onun ifadəsinə) söykənməsi şübhəli şəxs kimi onun vəziyyətinə əhəmiyyətli təsir göstərən hərəkət sayıla bilər. Bu hərəkəti Təqsirləndirilən şəxs Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri nöqteyri-nəzərindən cinayət ittihamının irəli sürülməsi nəticəsi kimi qiymətləndirmək olar. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs müvafiq hüquqları təmin edilməməklə kobud qanun pozuntusuna yol verilərək, ibtidai istintaq zamanı ittihamı sübut etmə yükü onun üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının dijgər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdər çıxdığı beynəlxalq müqavilələrin müddəaların ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 125.1-maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; 125.2.4. cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda… Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs alınmış izahat onun bir sıra hüquqlarının, o cümlədən müdafiə hüququnun və özünə qarşı ifadə verməmək hüququnun kobud pozuntusu ilə alındığı və təqsirləndirilən şəxs qismində verilən ifadə də də həmin izahata söykəndiyi üçün həmin izahat və ifadə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul olunmur. Məhkəmə bu qənaəti onunla da gücləndirir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi izahat və ifadəsini məhkəmə istintaqında çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinin təmin olunduğu açıq məhkəmə baxışında təsdiq etməmiş və məhkəmədə həmin ifadədən tamamilə fərqli ifadə vermişdir. Həmçinin qanunvericiliyə əsasən (CPM-nin 126.6-cı maddəsi) təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi o halda ittihamın əsasını təşkil edən sübut sayıla bilərdi ki, o, başqa mötəbər sübutlarla təsdiq edilmiş olsun. Lakin ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi barədə razılaşması və bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri bir yerdə icra etmələri barədə heç bir mötəbər sübut yoxdur. Belə ki, nə şahidlər Şahid1 və Şahid2 ifadələrində, nə DSX SQ 7-ci SD Əməliyyat-Axtarış şöbəsinin rəisinin 7-ci sərhəd dəstəsinin rəisinə ünvanladığı N iyul N2-ci il tarixli raportunda, nə N iyul N2-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarda, nə N7 saylı hərbi hissəsinin komandirinin məktubunda, nə də N iyul N2-ci il tarixli baxış protokolunda, sxemdə və ya başqa sənədlərdə Təqsirləndirilən şəxs məhz Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi razılaşmaqla sərhədi nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi barədə heç bir müddəa yoxdur və bu hal təsdiq olunmur. Belə ki, iş üzrə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirini sübut etmir. Belə ki, həmin şahidlər ifadələrində iki nəfər şəxsin sərhədi pozmasını, bir nəfər saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğunu, digər şəxsin isə qaçmağa müvəffəq olduğunu bildirsələr də, qaçmasını qeyd etdikləri şəxsin məhz Azər adlı şəxs olduğunu, Təqsirləndirilən şəxs məhz Azər adlı şəxslə dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs olmasını göstərməmiş, heç qaçmasını qeyd etdikləri şəxsin əlamətlərini; onun kişi və ya qadın olmasını, hündur, orta və ya alçaq boylu olmasını, hansı geyimdə olmasını və ya hansı xüsusi əlamətlərə malik olmasını belə göstərə bilməmişlər. Eyni zamanda həmin sərhəd xidməti işçiləri nəyə görə həmin şəxsi tutmaq üçün xidməti itdən istifadə etməmələri ilə bağlı hər hansı arqumentlər belə gətirməmişlər. Xidməti it tətbiq etməklə qeyd edilən mücərrəd şəxsin tutulması mümkün və zəruri idi ki, bu vasitə nədənsə tətbiq olunmamışdır. Belə olan halda şahidlər Şahid1 və Şahid2 ifadələri Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsinə əsasılı şübhələr yaradır ki, ittiham tərəfi də bu əsaslı şübhələri aradan qaldıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Şahid1 və Şahid2 ifadələrini Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsilə verilən ittihamın təsdiqi üçün mötəbər sübut saymır. Eynilə işdə olan DSX SQ 7-ci SD Əməliyyat-Axtarış şöbəsinin rəisinin N iyul N2-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarı, 7-ci sərhəd dəstəsinin rəisinə ünvanladığı N iyul N2-ci il tarixli raportu, N7 №-li hərbi hissənin komandirinin Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin rəisinə ünvanlanmış xx.xx.N2-ci il tarixli məktubu da Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübutlar sayıla bilməz. Belə ki, N iyul N2-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə qərarda Gürcüstandan Azərbaycan Respublikasına 1 nəfər naməlum şəxsin keçəcəyi barədə əməliyyat məlumatının daxil olması qeyd edilmiş və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz keçilməsinin qarşısının alınması məqsədilə qeyd olunan istiqamətdə xidmətlərin təyin olunması və sərhəd pozucusunun yaxalanması qərara alınmışdır. Həmçinin 7-ci sərhəd dəstəsinin rəisinə ünvanlanmış N iyul N2-ci il tarixli raportda da həmin qərarın icrası ilə əlaqədar Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz olaraq keçən 1 nəfər şəxsin-Təqsirləndirilən şəxs saxlanlması göstərilmişdir. Həmin qərar və raportda sərhədi pozan 1 nəfər şəxsdən əlavə digər şəxs və ya şəxslərin sərhədi keçəcəyi barədə əməliyyat məlumatının daxil olması və Təqsirləndirilən şəxs əlavə digər sərhəd pozucusunun yaxalanması, digər şəxsin sərhədi pozmasına cəhd etməsi və ya qaçması göstərilməmişdir. Bundan başqa N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli məktubu da Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsini təsdiq etmir. Həmin məktubda heç Azər adlı şəxsin adı belə göstərilməmişdir. Eyni zamanda həmin məktub sərhəd xidmətinin əməkdaşları Şahid1 və Şahid2 məlumatına əsaslanmışdır ki, həmin şəxslər də ifadələrində Təqsirləndirilən şəxs Azər adlı şəxslə sərhədi nəzarət-buraxılış məntəqələrindən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşmaqla keçməsini göstərməmişlər. Həmçinin hadisə yerinə baxışın keçiriləsi haqqqında N iyul N2-ci il tarixli protokol və 8-ci sərhəd zastavasının sahəsinin sxemi və işə əlavə olunmuş digər sənədlər də Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsini təsdiq etmir. Həmin sənədlərdə heç Azər adlı və ya digər şəxsin adı belə qeyd olunmur. Bundan başqa Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisinin Azər adı ilə istintaqa məlum olan şəxs barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə başqa cinayət işinin ayrılması haqqında 19 sentyabr N2-ci il tarixli qərarı da Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut deyildir. Belə ki, həmin qərar hələ Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsini təsdiq edən və məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan hökm və ya məcburi qüvvəyə malik qərar deyildir. Ona görə də həmin 19 sentybar N2-ci il tarixli qərarla müəyyən edilməsi göstərilən sözügedən hal (Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi), həmin qərar preyudisial əhəmiyyət daşıyan hökm və qərar olmadığından məhkəmə üçün sübut edilmiş hesab oluna bilməz və həmin halın bu hüquqi qiyməti məhkəmə üçün məcburi hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə mlaik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə gösrə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair» 8 yanvar N0-ci il tarixli qərarında göstərilir ki, 1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır; 2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun; 3. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 50 və 211-ci maddələrinin tələblərindən irəli gələrək cinayət təqibi üzrə icraatı ayırmaq qərarı verən müstəntiq, prokuror və ya hakim bu cür ayrılmanın mümkün olduğu şərtləri müəyyənləşdirməli, bu qərarın müvafiq hüquqi və faktiki əsaslarını göstərməli, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduğu hallarda isə belə ayırmadan çəkinməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr N1-ci il tarixli qərarının 31-ci bəndinə əsasən cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Həmin Qərarın 33-cü bəndinə əsasən cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğunun və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsinin məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığını, həmçinin iradə ifadəsi olmaqla işin hallarını obyektiv əks etdirdiyi üçün Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini və Şahid4 məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübutlar hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi və Şahid4 məhkəmə istintaqında şahid qismində verdiyi ifadəsi və həmçinin digər iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs və Azər adlı şəxs dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs kimi nəzarət-buraxılış məntəqəsindən kənarda keçmək barədə razılığa gəlməmiş, CM-nin 318.2-ci maddəsinin obyektiv cəhətini təşkil edən bu hərəkətlərin icrasında iştirak etməmiş, bununla da Təqsirləndirilən şəxs əməlində CM-nin 318.2-ci maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Təqsirləndirilən şəxs və Şahid4 məhkəmə iclasında verdiyi ifadələrə görə Gürcüstanın Tbilisi şəhərində aeroportda olarkən Şahid3 Abdulla oğlu adlı şəxs dövlət sərhəd xidmətində işləyən mayor tanışı vasitəsilə Təqsirləndirilən şəxs qanuni yolla Azərbaycan Respublikasının dövlət sərhədindən keçirəcəyini və buna görə 150 manat alacağını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə Azər onunla Azərbaycan Respublikasının dövlət sərhədini keçməmiş, Gürcüstan ərazisində qalmış, sonra isə yoxa çıxmışdır. O, təkbaşına dövlət sərhədini keçmiş və Azərin yoxa çıxmasından sonra Azərin onu aldatdığını başa düşmüşdür. İşdəki sübutlarla həmçinin Təqsirləndirilən şəxs ilə Azər adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi barədə razılığa gəlməsi, lakin özlərindən asılı olmayan səbəblərdən bunun başa çatdırılmaması, yəni buna cəhd edilməsi təsdiq edilmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə verdiyi ifadəsinə əsasən o, sərhədi keçəndə Azər özü könüllü sərhədi keçməmiş. Gürcüstan ərazisində qalmış və sonra yoxa çıxmışdır. İşdə Azərin öz iradə ifadəsindən asılı olmadan yoxa çıxması, nəticədə Kamilin və Azərin iradəsindən asılı olmayan səbəblərdən sərhədi birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs kimi qanunsuz keçə bilməməsini təsdiq edən heç bir sübut yoxdur və ittiham tərəfi idə belə sübutları məhkəməyə təqdim edə bilməmişdir. İbtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs kimi sərhədi nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi ittihamı verilmiş, onların sərhədi keçməsi göstərilmişdir. Eyni zamanda DSX-nin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinin rəisinin 19 sentyabr N2-ci il tarixli qərarı ilə Azər adlı şəxslə bağlı CM-nin 318.2-ci maddəsilə cinayət işi başlanmışdır. Ona görə də işin faktoloji hallarına və hüquqi əsaslarına görə hazırki halda Təqsirləndirilən şəxs CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə cəhddən söhbət gedə bilməz. Məhkəmə bu xüsusda onu da bildirir ki, heç Təqsirləndirilən şəxs verilən ittiham üzrə Təqsirləndirilən şəxs və Azər adlı şəxsin istinad olunan bu cinayəti törətməklə bağlı rolları, kimin hansı rolu həyata keçirəcəyi belə təsvir olunmamışdir. Məhkəmə hesab edir ki, işdəki mötəbər sübutlarla Təqsirləndirilən şəxs Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs formasında dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsi, yəni CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və ya ona cəhd etməsi müəyyən olunmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırmada və məhkəmə istintaqında bir-birinə zidd olan ifadələr verdiyi və məhkəmə tərəfindən onun məhkəmə istintaqında verdiyi ifadəsi daha mötəbər sayıldığı və işdəki mötəbər sübutlarla müəyyən olunmuş hallar xüsusunda Təqsirləndirilən şəxs ittihamın göstərdiyi vaxtda və yerdə Azər adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs formasında dövlət sərhədini nəzarətburaxılış məntəqələrindən kənarda keçməsi halı əsaslı şübhələr doğurur ki, itttiham tərəfi bu əsaslı şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Qanuna görə də bu aradan qaldırılmamış şübhələr Təqsirləndirilən şəxs xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Bundan başqa Təqsirləndirilən şəxs və X5 məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs Gürcüstanın Tbilisi şəhərində qanuni yolla sərhədi keçmək üçün kömək göstərməyi bildirən şəxsin adının Şahid3 Abdulla oğlu olduğunu söyləmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmin Şahid3 Abdulla oğlunun Balakən Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsilə olan cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid3 Abdulla oğlu ilə eyni şəxs olduğunu bildirmişdir. Qeyd edildiyi kimi, iş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin 01 avqust N3-cü il tarixli 1(019)-61/N3 nömrəli hökmü ilə Şahid3 Abdulla oğlu Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, N0 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 26 yanvar N3-cü il tarixdən 28 yanvar N3-cü il tarixədək iki gün tutulub həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və Şahid3 Abdulla oğlunun üzərində qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 01 avqust N3-cü il tarixli 1(019)-61/N3 nömrəli hökmü ilə də Şahid3 Abdulla oğlunun 22 yanvar N3cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Balakən rayonunun ərazisində yerləşən 7-ci sərhəd zastavasının 16-cı sahəsindən Gürcüstandan Azərbaycan Respublikasına qəsdən qanunsuz olaraq keçməsi halı müəyyən edilmiş və həmin hala müvafiq hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs heç bir təsdiqedici mötəbər sübut olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən kənarda keçməsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əsası ilə CM-nin 318.2-ci maddəsi ilə ittihamın verilməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Ancaq işdəki sübutlarla Təqsirləndirilən şəxs təkbaşına Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi və bununla da Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə ümumilikdə belə nəticəcəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə töfsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərti ilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, Təqsirləndirilən şəxs CM-nin 318.1-ci maddəsində nəzərdə tutulan əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun N4-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar N5-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun N3-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Repsublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə himayəsində üç azyaşlı uşağın olmasını və cinayət əməli (CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş) törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bu xüsusda cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi halının təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs cinayəti (CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş) etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun öz əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və CM-nin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası CM-nin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış,yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. O da nəzərə çatdırılmalıdır ki, Təqsirləndirilən şəxs cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndlirilməklə onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınması əsaslı və ədalətlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı təqdir və qəbul edirlər. Belə ki, X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. CM-nin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların isə ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə işdəki sübutlara istinadən cinayət əməli törətməsini (CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş) etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusanda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti (CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş) törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyinatı ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya,yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl cərimə cəzasının nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsaslarının və dövlət sərhəd rejiminin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzasının təyin edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə məhkum olunmasına dair Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il hökmü çıxarıldıqdan sonra onun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl hazırki iş üzrə CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində də təqsirli olduğu müəyyən olunduğu üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində üç azyaşlı uşağın olması və cinayət əməli (CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş) törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən hallları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzacı tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq cərimə cəzası və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun N iyul N2-ci il tarixdən 02 iyul N2-ci il tarixədək 1 gün, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək 2 gün və 17 avqust N3-cü il tarixdən 19 sentyabr N3-cü il tarixədək 1 ay 3 gün olmaqla cəmi 1 ay 6 gün həbsdə saxlanılma müddəti həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına gətirilib ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və Təqsirləndirilən şəxs qəti olaraq cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 may N3-cü il tarixdən 17 avqust N3-cü il tarixədək çəkilmiş 3 ay 02 gün hissəsi təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq cərimə cəzası və 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş cərimə cəzası və azadlığın məhdudlaşdırılması cəzası müstəqil icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya Şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunmalı, göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılmalı, eyni zamanda qanuni qüvvəyə minmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,31 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyərinin Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2.ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq,işin hallarını,təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində CMnin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Həmçinin təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi nəticəsinə gəlindiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda şəxs məhkəmənin qərarına əsasən həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 162.3-cü maddəsinə əsasən bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, N №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N1-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və N0 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzacı tamamilə toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq N0 (iki min) manat miqdarında cərimə cəzası və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun N iyul N2-ci il tarixdən 02 iyul N2-ci il tarixədək 1 gün, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixədək 2 gün və 17 avqust N3cü il tarixdən 19 sentyabr N3-cü il tarixədək 1 ay 3 gün olmaqla cəmi 1 ay 6 gün həbsdə saxlanılma müddəti həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına gətirilib ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq N0 (iki min) manat miqdarında cərimə cəzası və 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 15 may N3-cü il tarixdən 17 avqust N3-cü il tarixədək çəkilmiş 3 ay 02 gün hissəsi ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablanıb həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq N0 (iki min) manat miqdarında cərimə cəzası və 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş N0 (iki min) manat miqdarında cərimə cəzası və 01 (bir) il 03 (üç) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Kürd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və Probasiya Şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunsun; göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göyçay Rayon Məhkəməsinin xx.xx.N3-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,31 qram narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi və ekspertiza tədqiqatının 34 manat 55 qəpik məbləğində dəyərinin Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 60 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-18/2023
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-18/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver