Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-19/2021 10.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Doldolova Ramilə Kamil qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil-Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS X2 – xx xxxx 1975-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Balakən rayonu Püştətala kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs X7 xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadıqları Balakən rayonu Püştətala kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Səfər Rasulov döşəmə silmək üçün istifadə olunan taxta və televizoru Zərərçəkmiş şəxs başına, stulu isə baş və bədən nahiyələrinə vurmaqla sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs X2 həmin əməli törətməsi məhkəmə iclasında özünün qismən etirafedici ifadəsi , zərərçəkmiş şəxsin və şahidin ifadələri, bilavasitə tədqiq olunan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 20 il əvvəl Balakən rayonu Püştətala kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuş, onunla olan nikahından 2002-ci il təvəllüdlü X5 və 2010-cu il təvəllüdlü Şahid adlı iki uşağı doğulmuşdur. Təxminən 8 ay əvvəl münasibətləri alınmadığına görə məhkəməyə müraciət edərək boşanmışdır. Aralarında əmlak bölgüsü olmuşdur. Evin otaqları aralarında bölünmüş, mətbəxdən hər ikisi istifadə edir. O, xx.xx.2020-ci il tarixdə evdə spirtli içki içmiş, saat təxminən 16 radələrində Hicranın hamam otağında anbara yığılmış çirkli paltarların içərisindən özü və uşaqlara aid paltarları seçib yuyucu maşına qoyduğunu görmüşdür. Hicranın onun paltarını yumaması xoşuna gəlməmişdir. Həmin vaxt ona etiraz etmiş, aralarında narazılıq yaranmış və mübahisə etmişlər. Sonra o, televizorda musiqinin səsini ucaldaraq dinlədiyi zaman Hicran ona etiraz etmiş, “mən baxmıramsa sən niyə televizora baxırsan" deyərək mübahisəni davam etdirmiş və stulu götürüb televizorun ekranına vuraraq ekranı sındırmışdır. O, Hicranın bu hərəkətinə hirslənərək stulu yerdən götürüb ona tərəf atmışdır. Stul Hicranın sağ əlinə və başına dəymişdir. Həmçinin döşəməsilən taxtanı götürüb paltaryuyan maşını sındırmışdır.O, televizoru Hicranın başına vurmamışdır. Əməlindən peşimandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, yuxarıda qeyd edilən ünvanda uşaqları - 2002-ci il təvəllüdlü X5 və 2010-cu il təvəllüdlü Şahid ilə birlikdə yaşayır. 2001-ci ildə həmkəndlisi X7 ilə ailə qurmuş, onunla evli olduğu müddətdə onun mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbindən daim ailədə münaqişələr olmuşdur. Təxminən 8 ay əvvəl onlar məhkəmə qaydasında boşanmışlar. Onun iddiası əsasında Balakən Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında əmlak bölgüsü olmuşdur. Evin otaqları aralarında bölünmüş, bir otaq ona verilmişdir, mətbəxdən hər ikisi istifadə edir. Lakin Səfər ondan əl çəkmir, yenə də tez-tez spirtli içki qəbul edir. 2020-ci ilin noyabr ayının sonunda Səfər onu döymüş, həmin vaxt o, Balakən RPŞ-nə müraciət etmişdir, müraciəti əsasında məhkəməyədək sadələşdirilmiş icraat açılmış, hazırda həmin material Balakən Rayon Məhkəməsində məhkəmə baxışındadır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evin hamam otağında paltaryuyan maşına paltarları yumaq üçün qoyduğu zaman Səfər onun paltarını yumamağına etiraz edərək onu nəlayiq sözlərlə təhqir etmiş, əlinə döşəmə silən taxtanı götürüb paltaryuyan maşını vurub sındırmışdır. Döşəmə silən taxta da sınmışdır.Səfər həmin taxtanın əlində qalmış qalığı ilə bir dəfə də onun başına zərbə vurmuşdur. Daha sonra onun sağ qolundan tutub dartaraq evin digər otağına aparmış, orada olan 3 il əvvəl birgə yaşadıqları dövrdə təxminən 800 manata aldıqları televizoru işlək vəziyyətdə olduğu halda qaldırıb başına vurmuşdur. Televizorun ekranı sınmışdır. Bundan sonra o otaqda olan stulu üzərinə qaldırıb vurmuş, həmin vaxt sağ əlini qaldırıb müdafiə olunduğu zaman stulun ayağı əlinə və həmçinin başına dəymişdir. Həmin vaxt o, yerə yıxılmışdır. Özünə gəldikdə isə o, öz otağına keçmiş və 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmiş və Səfəri Balakən RPŞ-nə dəvət etmişlər. O, təqsirləndirilən şəxsə qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən yetkinlik yaşına çatmamış Şahid göstərdi ki, Balakən rayonu Püştətala kəndində anası Zərərçəkmiş şəxs və atası Səfər Rasulovla birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində o evlərində anası ilə birgə yaşadıqları otaqda olduğu zaman hamam otağından ata və anasının səs-küyünü eşitmişdir. Sonra atası anasının qolundan tutub onu qonaq otağına aparmışdır.Həmin vaxt özü də həmin otağa getmişdir. Atası sərxoş olduğundan anasının təhqir etmişdir. Atası Səfər otaqda işlək vəziyyətdə olan televizoru qaldırıb anasının başına vurmuş, sonra isə stulu qaldırıb anasına vurmuşdur. Həmin vaxt anası sağ qolunu qaldırıb müdafiə olunmaq istədiyinə görə stul sağ əlinə dəymişdir. Sonra anası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir müddət sonra oraya polis əməkdaşları gəlmişdir. İşin 54-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Rublik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 03 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlərön təpədə şinkinlik,sol göz altında hematoma şişkinlik, sol göz içində qansızma, sağ bazuda qançır, sağ əlin birinci barmağında az şişkinlik, baş beyin silkələnməsi-bərk küt əşyanın (əşyaların) təsirindən törəmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci ildə əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşin 59-cu vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmamışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli,1(019)-13/2021 nömrəli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və X7 cinayət məsuliyyətindən azad edilmişdir. İşin 56-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-ın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 rayonu Püştətala kəndində yaşayır, himayəsində 2010cu il təvəllüdlü oğlu İbrahim vardır. İşin 58-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB-ın Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə X7 müsbət cəhətdən xarakterizə olunur. İşin 6-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli 393 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə saat 19:40 radələrində sərxoş olmuşdur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxs X7 xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs X2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən haldır və onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq,törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun şəxsiyyətini,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,cəzanı yüngülləşdirən halı,cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq X4 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq təqsirləndirilən şəxsin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o həmin cəzanı çəkməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı Rasulov Səfər Mamed oğlunun hüquqlarının müdafiəsinə 03 iş saatı sərf etmişdir. Vəkil Müdafiəçi məhkəmə icraat zamanı isə X2 hüquqlarının müdafiəsinə 02 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, X4 məhkəməyədək və məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun nəfinə, hesabına cəmi 30 manat (18+12 manat) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X10 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. O, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli qazancından aylıq tutulmaların başlandığı gündən hesablansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs X4 məhkəməyədək və məhkəmə icraat zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi nəfinə, hesabına 30 (otuz) manat köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-19/2021
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-19/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver