Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-19/2022 17.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili-Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Salyan rayonu Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evlihimayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2yan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 139-1.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD -19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14 gün ərzində, yəni 09 noyabr 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq, 20 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Balakən şəhəri, S.Rüstəm küçəsi, ev 4 ünvanında “COVİD-19” xəstəliyindən müalicə almalı olduğu yaşadığı evi qəsdən, karantin rejimini pozmaqla, əsaslı səbəb olmadan icazəsiz tərk edib iki azyaşlı övladlarını etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz-814» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sərnişin yerinə əyləşdirərək, həmin avtomobili insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri ərazisində idarə edib, qəsdən karantin rejimini pozmaqla həmin iki azyaşlı uşaqlarının və digər şəxslərin “COVİD-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 20 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Balakən RPŞnin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən şəhəri ərazisində idarə etdiyi «Mercedes- Benz- 814» markalı, 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilində hərəkət edərkən H.Əliyev prospekti 54 ünvanının qarşısında saxlanılaraq, Balakən RPŞ-nin DYPB-nin xidməti avtomobilinin müşayiəti ilə cəmiyyətdən təcrid olunması üçün Balakən şəhəri, S.Rüstəm küçəsi, ev 4 ünvanında yerləşən yaşadığı evinə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə ünvan 2yır. 3 azyaşlı uşağı vardır. Etibarnamə əsasında «MERCEDES-BENZ -814» markalı 08 BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin mahiyyətini anlayır və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilir. 06.07.2021-ci il və 05.08.2021-ci il tarixlərdə «Covid-19» virusu əleyhinə peyvənd olunmuşdur. 05.11.2021-ci il tarixdə səhhətində olan problemlə bağlı özünü pis hiss etdiyindən Balakən MRX-yə müraciət etmişdir. Həmin vaxt ondan «Covid-19» virusuna yoluxub-yoluxmadığını yoxlamaq məqsədi ilə analiz götürülmüşdür. 10.11.2021-ci il tarixdə istifadəsində olan 050 *** ** ** mobil telefon nömrəsinə «TƏBİB»-dən analizinin cavabının pozitiv çıxması, yəni «Covid-19» virusuna yoluxması barədə sms daxil olmuşdur. Həmin sms-lə ona 14 gün ərzində karantin nəzarətinə götürülməyi və ailə üzvləri ilə birlikdə yaşadığı evi tərk etməyinin qadağan olması barədə məlumat verilmişdir. 10.11.2021-ci il tarixdə səhər radələrində Balakən rayon Gigiyena və Epidemiologiya Mərkəzindən istifadə etdiyi 050 *** ** ** mobil telefon nömrəsinə adını xatırlamadığı qadın həkim tərəfindən 050 *** ** ** mobil telefon nömrəsindən zəng olunaraq, ona ətraflı şəkildə yaşadığı ünvanı 14 gün ərzində həm özünün, həm də ailə üzvlərinin tərk etməsinin 23.11.2021-ci il tarixədək qadağan olunması, ailəlikcə 09.11.2021-ci il tarixdən karantin nəzarətinə alınmaları və karantin nəzarəti qaydalarını pozacağı halda məsuliyyət daşımağı barədə xəbərdar olunmuşdur. 20 noyabr 2021-ci il tarixdə səhər saat təxminən 11 radələrində yaşadığı evin həyət qapısı açıq qalıb inəyi yola çıxdığına görə iki azyaşlı oğlunu idarə etdiyi «MERCEDES BENZ - 814» markalı 08 BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilinə mindirib avtomobili idarə edərək, həmin inəyi geri qaytarmaq məqsədi ilə yola çıxmışdır. İnəyi tapa bilməmiş, başqa küçə ilə sürüb geri evə qayıdarkən Balakən Konserv zavodunun yanına çatdıqları zaman Balakən RPŞ-nin DYPB-nin əməkdaşları idarə etdiyi yük avtomobilini saxlatmışlar. Həmin yerə Balakən RPŞ-nin digər polis əməkdaşları da gəlmiş və ona karantin müddəti bitənədək evdən çıxmaması barədə xəbərdarlıq olunaraq DYPB-nin əməkdaşlarının müşayiəti ilə idarə etdiyi avtomobillə birlikdə yaşadığı ünvana çatdırılmışdır. İnək həmin gün axşam özü evə gəlmişdir. 09.11.2021-ci il tarixdən 24.11.2021-ci il tarixədək olan müddət ərzində evi bir dəfə, yəni 20.11.2021-ci il tarixdə tərk etmiş, həmin vaxt da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin gün heç bir yerə getməmiş, ancaq idarə etdiyi yük avtomobili ilə inəyi axtarmışdır. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Himayəsində üç azyaşlı uşaq vardır. Onu da bildirir ki, onun və ailəsinin qazanc mənbəyini yük avtomobili ilə respublikanın müxtəlif rayonlarından və rayonlarına yük daşımaq təşkil edir. Həyat yoldaşı işləmir, üç azyaşlı uşağı da daxil olmaqla ailəsini müxtəlif rayonlardan və rayonlara yük daşıyıb qazanc əldə etməklə dolandırır. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi halında o, avtomaşınla başqa rayonlardan və başqa rayonlara yük daşıya bilməyəcək, nəticədə qazancdan məhrum olacaq və bu onun ailəsinin maddi vəziyyətinə olduqca mənfi təsir göstərəcəkdir. Ailəsi faktiki dolanışıq mənbəyindən məhrum olacaqdır. Bu halların ona cəza verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış «Covid-19» virusunun qarşısının alınması məqsədilə həmin virusa yoluxan və özünütəcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində «Covid-19» virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri polis əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır. 20 noyabr 2021-ci il tarixdə saat 11 radələrində o və Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid1 «KİA-Sportage» markalı 99- YP-592 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Balakən şəhəri, H.Əliyev prospektində xidmət apardıqları zaman 09.11.2021-ci il tarixdən «Covid-19» xəstəsi kimi qeydiyyatda olub ev şəraitində müalicə almalı olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Balakən şəhəri, S.Rüstəm küçəsində yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib, «Mercedes- Benz-814» markalı, 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edib, yanında iki azyaşlı uşaqla yolda hərəkətdə olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini Balakən şəhəri, H.Əliyev prospekti 54 ünvanına çatdığı zaman saxlatmışlar. Yük avtomobilinin sərnişin yerində iki azyaşlı oğlan uşağı əyləşmişdir. Oğlanlardan birinin üzündə tibbi maska olmuş, digəri isə tibbi maska taxmamışdır. Təqsirləndirilən şəxs üzündə də tibbi maska olmuşdur. Hadisə baş verən yerə Balakən RPŞ-nin İTB-nin rəisi Şahid3, Balakən RPŞ-nin DYPB-nin rəisi İlkin Hümmətov, DYPB-nin YPX baş inspektoru Elbrus Maçanov və YPX inspektoru Şahid4 də gəlmişlər. Balakən RPŞ-nin İTB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, ondan avtomobildən yerə düşməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid3 tərəfindən ona verilmiş suallara cavab olaraq idarə etdiyi yük avtomobilinə iki azyaşlı uşağını mindirərək inəyini axtarmaq üçün yola çıxdıqlarını və artıq geri evə qayıtdıqlarını, başqa heç bir yerə getmədiyini, «Covid-19» virusu ilə bağlı analizi 05 noyabr 2021-ci il tarixdə verdiyini, analizin cavabı barədə sms-in telefonuna 10 noyabr 2021-ci il tarixdə gəldiyini, lakin 05 noyabr 2021-ci il tarixdən evdən çıxmadığını, karantin müddətinin noyabr ayının 5-dən başladığını hesab etdiyini bildirmişdir. Balakən RPŞ-nin İTB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxs karantin müddətinin 24.11.2021-ci il tarixdə tamam olduğunu bildirərək,14 gün tamam olana qədər evdən çölə çıxmasının ona qadağan olunması ilə bağlı xəbərdarlıq etmişdir. Baş vermiş hadisə Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid4 tərəfindən mobil telefon vasitəsilə videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes-Benz- 814» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə minmiş, DYPB-nin YPX baş inspektoru Elbrus Maçanov və YPX inspektoru Şahid4 tərəfindən DYPB-nin xidməti avtomobilinin müşayiəti ilə yaşadığı ünvana qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin İTB-nin rəisi vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış «Covid- 19» virusunun qarşısının alınması məqsədilə həmin virusa yoluxan və özünütəcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində «Covid-19» virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri polis əməkdaşları tərəfindən, həmçinin də onun tərəfindən daim nəzarətdə saxlanılır. 20 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Balakən RPŞ-nin DYPB-nin YPX inspektorları Şahid2 və Şahid1 «KİA-Sportage» markalı 99- YP-592 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Balakən şəhəri, H.Əliyev prospektində xidmət apardıqları zaman 09.11.2021-ci il tarixdən «Covid-19» xəstəsi kimi qeydiyyatda olub ev şəraitində müalicə almalı olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Balakən şəhəri, S.Rüstəm küçəsində yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib,«Mercedes- Benz- 814» markalı 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edib, yanında iki azyaşlı uşaqla yolda hərəkətdə olduqlarını müəyyən edərək, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini Balakən şəhəri, H.Əliyev prospekti 54 ünvanına çatdığı zaman saxladaraq, bu barədə Balakən RPŞ-yə məlumat vermişlər. Aktiv «Covid-19» xəstəsi olan Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin saxlanıldığı Balakən şəhəri, H.Əliyev prospekti 54 ünvanına çatdıqda həmin yerdə Balakən RPŞ-nin DYPB-nin rəisi İlkin Hümmətov, YPX baş inspektoru Elbrus Maçanov, YPX inspektorları Şahid1, Şahid2 və Şahid4 olmuşlar. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilinin sərnişin yerində iki azyaşlı oğlan uşağı əyləşmişdilər. Oğlanlardan birinin üzündə tibbi maska olmuş, digəri isə tibbi maska taxmamışdır. Təqsirləndirilən şəxs üzündə də tibbi maska olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, ondan avtomobildən yerə düşməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun tərəfindən verilmiş suallara cavab olaraq idarə etdiyi yük avtomobilinə iki azyaşlı uşağını mindirərək, inəyini axtarmaq üçün yola çıxdıqlarını və artıq geri evə qayıtdıqlarını, başqa heç bir yerə getmədiyini, «Covid- 19» virusu ilə bağlı analizi 05 noyabr 2021-ci il tarixdə verdiyini, analizin cavabı barədə sms-in telefonuna 10 noyabr 2021-ci il tarixdə gəldiyini, lakin 05 noyabr 2021-ci il tarixdən evdən çıxmadığını, karantin müddətinin noyabr ayının 5-dən başladığını hesab etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, əgər sms 10.11.2021-ci il tarixdə gəlibsə, karantin müddətinin 24.11.2021-ci il tarixdə tamam olduğunu bildirmiş və 14 gün tamam olana qədər evdən çölə çıxmasının ona qadağan olunması ilə bağlı xəbərdarlıq etmişdir. Baş vermiş hadisənin görüntüləri Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid4 tərəfindən mobil telefonu vasitəsilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes- Benz-814» markalı 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilinə minmiş, DYPB-nin YPX baş inspektoru Elbrus Maçanov və YPX inspektoru Şahid4 tərəfindən DYPB-nin xidməti avtomobilinin müşayiəti ilə yaşadığı ünvana qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunda nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağrılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Azərbaycan Respublikası CPM-nin 327.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvələr keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə şahidlər Şahid1 və Şahid4 ibtidai istintaqda şahid qismində verdiyi ifadələrinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, Balakən RPŞ-nin DYPB-nin YPX inspektoru vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış «Covid-19» virusunun qarşısının alınması məqsədilə həmin virusa yoluxan və özünütəcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində «Covid-19» virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri polis əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır. 20 noyabr 2021-ci il tarixdə saat 11 radələrində o və RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı Şahid2 «KİA-Sportage» markalı 99- YP-592 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Balakən şəhəri, H.Əliyev prospektində xidmət apardıqları zaman 09.11.2021ci il tarixdən «Covid-19» xəstəsi kimi qeydiyyatda olub ev şəraitində müalicə almalı olan ünvan 4 ünvanında qeydiyyatda olmaqla Balakən şəhəri S.Rüstəm küçəsində yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib, «Mercedes- Benz- 814» markalı, 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edib, yanında iki azyaşlı uşaqla yolda hərəkətdə olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini Balakən şəhəri, H.Əliyev prospekti 54 ünvanına çatdığı zaman saxlatmışlar. Yük avtomobilinin sərnişin yerində iki azyaşlı oğlan uşağı əyləşmişdir. Oğlanlardan birinin üzündə tibbi maska olmuş, digəri isə tibbi maska taxmamışdır. Təqsirləndirilən şəxs üzündə də tibbi maska olmuşdur. Hadisə baş verən yerə Balakən RPŞ-nin İTB-nin rəisi Şahid3, Balakən RPŞ-nin DYPB-nin rəisi İlkin Hümmətov, Balakən RPŞ-nin DYPB-nin YPX baş inspektoru Elbrus Maçanov və YPX inspektoru Şahid4 də gəlmişlər. Balakən RPŞ-nin İTB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, ondan avtomobildən yerə düşməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şahid3 tərəfindən ona verilmiş suallara cavab olaraq idarə etdiyi yük avtomobilinə iki azyaşlı uşağını mindirərək, inəyini axtarmaq üçün yola çıxdıqlarını və artıq geri evə qayıtdıqlarını, başqa heç bir yerə getmədiyini, «Covid-19» virusu ilə bağlı analizi 05 noyabr 2021-ci il tarixdə verdiyini, analizin cavabı barədə sms-in telefonuna 10 noyabr 2021-ci il tarixdə gəldiyini, lakin 05 noyabr 2021-ci il tarixdən evdən çıxmadığını, karantin müddətinin noyabr ayının 5-dən başladığını hesab etdiyini bildirmişdir. İTB-nin rəisi Şahid3 Təqsirləndirilən şəxs karantin müddətinin 24.11.2021-ci il tarixdə tamam olduğunu,14 gün tamam olana qədər evdən çölə çıxmasının ona qadağan olunması ilə bağlı xəbərdarlıq etmişdir. Baş vermiş hadisə DYPB-nin YPX inspektoru Şahid4 tərəfindən mobil telefonu vasitəsilə videogörüntüyə alınmışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes- Benz- 814» markalı 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobilinə minmiş, DYPB-nin YPX baş inspektoru Elbrus Maçanov və YPX inspektoru Şahid4 tərəfindən DYPB-nin xidməti avtomobilinin müşayiəti ilə yaşadığı ünvana qaytarılmışdır. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-disk açıldıqda həmin diskdə 01 ədəd faylın olduğu aşkarlanmışdır. Fayldakı videogörüntüdə «Mercedes- Benz-814» markalı, 08- BJ-437 dövlət qeydiyyat nişanlı yük avtomobili görünür. Yük avtomobilinin sərnişin yerində iki azyaşlı oğlan uşağı əyləşib. Uşaqlardan birinin üzündə tibbi maska var, digəri isə tibbi maska taxmamışdır. Yük avtomobilinin qarşısında Balakən RPŞ-nin DYPB-nin xidməti avtomobili saxlanılıb. Yük avtomobilinin sürücü yerində əyləşmiş üzündə tibbi maska olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs əlindəki açarları uzadaraq, «Qaçmıram, heç bir yerə getmirəm. Gəl al. Ala bunu da götür, gəl. Birdən lazım olub eləyər» deyir. Cavabında DYPB-nin YPX inspektoru «maşında əlcək var. Əlcəyi taxıb götürmək olar» deyir. Balakən RPŞ-nin İTB-nin rəisi, polis mayoru Şahid3 yük avtomobilinə yaxınlaşır. Balakən RPŞ-nin İTB-nin rəisi, polis mayoru Şahid3 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda dialoq baş verir: Şahid3: «İTB-nin rəisi, polis mayoru Şahid3. Ad, familiyanız nədir, vətəndaş?». Təqsirləndirilən şəxs: «Təqsirləndirilən şəxs». Şahid3: «Yanınızdakı uşaqlar kimdir?». Təqsirləndirilən şəxs: «Öz uşaqlarımdır». Şahid3: «Hara gedirsiz?». Təqsirləndirilən şəxs: «Evimizə gedirik, rəis». Şahid3: «Hardan gəlirsiz?». Təqsirləndirilən şəxs: «Küçənin başıdır, rəis. Maşınla uşaqlarımı götürdüm bir yerdə». Şahid3: «Zəhmət olmasa, düşün aşağı». Təqsirləndirilən şəxs: «Düşə bilərəm?». Şahid3: «Zəhmət olmasa aşağı düşün, ara məsafəni gözləmək şərti ilə. Uşaqlar otursun maşında. Siz düşün aşağı, zəhmət olmasa». Təqsirləndirilən şəxs: «Rəis, ayın 5-də analiz vermişik, ayın 6-da bizə cavab gəlib». Şahid3: «Dostum, düş yerə, aydınlaşdıracağıq. Telefon var üstündə? Yaxınlaş bura, qırağa yaxınlaş yoldan». Təqsirləndirilən şəxs: «Rəis, bu nədir yığıb bu boyda adamı? Mənim uşaqlarım burda qorxur». Şahid3: «Qorxası bir şey yoxdur. Söz soruşuram sizdən, cavab verin. Nə vaxt analiz vermisiniz?». Təqsirləndirilən şəxs: «Ayın 5-də». Şahid3: «Telefona sms nə vaxt gəlib?». Təqsirləndirilən şəxs: «Ayın 10-u gəlib». Şahid3: «Bu gün ayın neçəsidir?». Təqsirləndirilən şəxs: «Bu gün ayın 20-dir». Şahid3: «Sizin karantin müddətiniz nə vaxt qurtarmalıdır, bilirsiz?». Təqsirləndirilən şəxs: «Ayın 5-dən mən bildiyimə görə». Şahid3: «Cavab nə vaxt gəlib ki, koronasız deyə?». Təqsirləndirilən şəxs: «Ayın 10-u gəlib». Şahid3: «Ayın 10-u gələn gündən hesablanır. 15 gün siz olmalısınız evdə». Təqsirləndirilən şəxs: «Rəis, mənə 14 gün deyiblər, 15 gün yox». Şahid3: «14 gün tamam olmalıdır, 15-ci gün çıxmalısız çölə. Sizin hələ 10 gününüz olub da. Bu gün 10-cu gününüzdür» Sizin hələ 4 gününüz var. Evi niyə tərk eləyirsiniz bəs?». Təqsirləndirilən şəxs: «Rəis, mənim xəbərim olmayıb. Mən elə bilmişəm ayın 5-dir…». Şahid3: «Özünüz deyirsiz ki, ayın 10-u cavab gəlib, sms gəlib». Təqsirləndirilən şəxs: «Bax, mənim analizlərim ordadır. Ayın 5-dən mən ev şəraitində oturmuşam.». Şahid3: «Ad, familiyan necə oldu?». Təqsirləndirilən şəxs: «Təqsirləndirilən şəxs». Şahid3: «Hansı ünvanda yaşayırsan?». Təqsirləndirilən şəxs: «İdman Kompleksinə gedəndə Su Meliorasiya ilə üzbəüz». Şahid3: «Küçənin adı nədir?». Təqsirləndirilən şəxs: «Cəfər Cabbarlı». Şahid3: «İndi ordan gəlib hara gedirsən bu istiqamətdə?». Təqsirləndirilən şəxs: «Uşaqlarımı götürüb rəis, inəyimiz çıxmışdı yola ona baxırdıq. Öz şəxsi maşınımdı, uşaqlarım da içində. İctimaiyyəti də pozmamışam. Orda inək yoxdursa, burdan fırlanıb evə gedirdim». Şahid3: «Bu yolla?». Təqsirləndirilən şəxs: «Bəli, bu yolla qayıdıb evə gedirdim, uşaqlar da içində. Heç yerə də getməmişəm. Məni saxlatdılar bu cəmiyyətin içində. Sizin naçalnik qai İlkin müəllimdir, Teymur müəllimdir». Şahid3: «Vəzifələridir, saxlamalıdırlar». Təqsirləndirilən şəxs: «Onun məlumatı var ki, mən şeydir? Mən də düşmədim maşından. Buyurun, budur. Çağırır, mən də qanuna tabeyəm». Şahid3: «Sizin 14 gününüz tamam olana qədər evdən çölə çıxmalı deyilsiniz. Sizin nəyəsə ehtiyacınız varsa, çörəyə, suya, dərmana, müraciət eləməlisiniz 103 xidməti var, tibbi yardımdır. 102dir, nazirliyin qaynar xəttidir. Müraciət eləməlisiniz, biz təmin etməliyik. Amma evdən çölə çıxmaq sizin üçün qadağandır. Sizə xəbərdarlıq edirik, xəbərdarlığı da kamera vasitəsi ilə rəsmiləşdiririk. Əyləşirsiniz maşınınıza, birbaşa maşınınızla evinizə gedirsiz. DYPB-nin əməkdaşları sizi müşayiət edəcəklər. Yaxşımı? Birbaşa evinizə»! M. Bağırov DYPB-nin əməkdaşlarına müraciət edərək, «zəhmət olmasa, müşayiət eləyin, birbaşa vətəndaş getsin evinə.» Şahid3 Təqsirləndirilən şəxs müraciət edərək, «Keçin əyləşin maşınınıza. Keçin buyurun» deyir. Təqsirləndirilən şəxs: «Uşaqları çəkməyin». Şahid3: «Korona xəstəsisiz. Qadağandır. Evdən çölə çıxmayın. Nəyəsə ehtiyacınız olsa dediyim xidmətlərə zəng vurun». Təqsirləndirilən şəxs: «Bizim dərmanları verməyiblər». Şahid3: «Zəng vurun 103-ə, məlumat verin onunla bağlı». Təqsirləndirilən şəxs: «Mən sizə məlumat verirəm». Şahid3: «Bizə yox, 103-ə məlumat verin». Təqsirləndirilən şəxs: «Bir də, evdə mənim uşaqlarım acdır. Çörəyimiz-zadımız yoxdur. Çörək yollayın». Şahid3: «102-yə zəng vurun, kömək göstərəcəyik, yaxşımı vətəndaş? Birbaşa evinizə. Başqa yerə getməyin, xahiş edirəm». Fayldakı videogörüntü 4 dəqiqə 34 saniyədən ibarətdir. Qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X8 Hüquqi Şəxsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 9.11.2021-ci il tarixdə ona icra olunan PZR-müayinəsinin nəticəsi Covid 19 Pozitiv (+) kimi qiymətləndlirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Balakən rayon X8 Hüquqi şəxsindən daxil olmuş 25.11.2021-ci il tarixli 329 nömrəli məktubdan görünür ki, Balakən rayon sakini Təqsirləndirilən şəxs 05.11.2021-ci il tarixdə “Covid-19” virusuna görə analiz vermişdir. 09.11.2021-ci il tarixdə analizin cavabı Pozitiv (+) olmuşdur. 10.11.2021-ci il tarixdən ev nəzarətinə götürülmüşdür. 24.11.2021-ci il tarixdə ev nəzarəti bitir. Analizin cavabı məktuba əlavə olunur. Məktuba əlavə edilmiş arayışda göstərilmişdir ki, 09.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs icra olunan PZR müayinəsinin nəticəsi Covid-19 pozitiv (+) kimi qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən 123,9 kv.metrdən ibarət fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi Təqsirləndirilən şəxs adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 11.12.2021-ci il tarixli, 7 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarından həmçinin görünür ki, 21.11.2010-cu il tarixdə doğulmuş X3, 16.04.2012-ci il tarixdə doğulmuş X4 və 02.10.2015-ci il tarixdə doğulmuş X7 olmaqla X2 himayəsində üç azyaşlı uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən 20.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olduğu zaman həmin avtomobili saxlayaraq Təqsirləndirilən şəxslə apardıqları danışıq zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə CM-nin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Həmin Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə işin faktoloji hallarının hüquqi dəyərləndirilməsi konteksində Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinin tələblərinə əsasən himayəsində üç azyaşlı uşağın olmasını, ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketrizə edən amillərdəndir. Bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. İnsan öz imkanlarından kənara çıxmaq qabiliyyətinə malik deyil. Ancaq o, öz həyatı baxışlarına uyğun hərəkət vasitəsi seçməkdə azaddır. Əgər o, cəmiyyət tərəfindən qəbul olunmuş sosial-mənəvi normalara zidd olan davranış forması seçirsə, onda bu, şəxsin psixologiyasında antisosial yönümün olduğunu göstərir. Lakin bu yönümün davamlı olması, yəni şəxsin psixologiyasında dominantlıq təşkil edərək model davranışa çevrilməsi, yoxsa təsadüf nəticəsində meydana çıxması hallarını fərqləndirmək lazımdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi üçün onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Şübhəsiz ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Yuxarıda göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli CM-nin 15.3-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaq vardır, o, ilk dəfədir ki, cinayət əməli törədir və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hüquq pozuntuları törətməmiş, hər hansı antisosial davranışa yol verməmişdir. İlk dəfə cinayət əməli törətməsi halı Təqsirləndirilən şəxs psixologiyasında antisosial yönümün model davranışa çevrilmədiyini göstərir. Onun cinayət əməli törətməsini etiraf etməsi bu əməlinə tənqidi münasibəti və zərərli sosial-psixoloji meyllərdən uzaqlaşmaq istəyi konteksində qiymətləndirilməlidir və belə bir haqlı yanaşma onun bu qanunazidd əməli törətməsindən peşmançılığının səmimi olmasını göstərir. Şübhəsizdir ki, yuxarıda istinad olunan qanun normaları bunu cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını tələb edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə bağlı presedentləri də belə yanaşmanı qəbul və təqdir edirlər. Belə ki, X1rşı iş üzrə qərarında Avropa Məhkəməsi təqsirləndirilən şəxsin cinayətin etirafı ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməklə yanaşı onun şəxsiyyətini xarakterizə edən hal kimi dəyərləndirilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların ona cəza təyin edilməsində nəzərə alınması imperativ tələb kimi qeyd edilmişdir. Ona görə də məhkəmə o cümlədən ilk dəfə cinayət əməli törətməsini və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, himayəsində üç azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınması xüsusunda Təqsirləndirilən şəxs ədalətli, əməlinə adekvat cəzanın təyin edilməsi onun hazırki cinayəti törətməkdə ifadə olunan zərərli sosial-psixoloji meyllərdən uzaqlaşması və qanunlara hörmət ruhunda islah olunması üçün cəmiyyətin və dövlətin ona verdiyi bir şans kimi də dəyərləndirilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə isə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətinin xarakterizasiyası ilə bağlı cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması ilə əlaqədar xüsusatlar onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Məhkəmə bildirir ki, cinayət qanunvericiliyinin tətbiqi humanizm prinsipinin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özündə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, himayəsində üç azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halların olduğu və cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl iki cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə digər şəxslərin sağlamlığı ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiya (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Digər tərəfdən, göstərilən eyni hallar konteksində Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəza təyin etmənin ümumi prinsipləri; törədilən əməlin xarakteri və ictimai təhlükəliliyi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, əməlinə adekvatlığı nöqteyi-nəzərindən şübhə yoxdur ki, Təqsirləndirilən şəxs üçün ağır məhrumiyyətlər yaratmış olardı və qətiyyən cəzanın məqsədlərinə xidmət etməzdi. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə görə onun və ailəsinin qazanc mənbəyini yük avtomobili ilə respublikanın müxtəlif rayonlarından və rayonlarına yük daşımaq təşkil edir. Həyat yoldaşı işləmir, üç azyaşlı uşağı da daxil olmaqla ailəsini müxtəlif rayonlardan və rayonlara yük daşıyıb qazanc əldə etməklə dolandırır. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi halında o, avtomaşınla başqa rayonlardan və başqa rayonlara yük daşıya bilməyəcək, nəticədə qazancdan məhrum olacaq və bu onun ailəsinin maddi vəziyyətinə olduqca mənfi təsir göstərəcəkdir. Ailəsi faktiki dolanışıq mənbəyindən məhrum olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi, onun islah olunması və cəzanın digər məqsədlərinə nail olunması nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Həm də bu cəza törədilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, ailəsinin həyat şəraitinə təsiri xüsusunda tam ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində üç azyaşlı uşağın olması, ilk dəfə cinayət əməli törətməsi və cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Balakən RPŞ-nin əməkdaşları tərəfindən 20.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olduğu zaman həmin avtomobili saxlayaraq Təqsirləndirilən şəxslə apardıqları danışıq zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:... 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cərimə məbləğini hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə sübut kimi tanınmış Balakən RPŞ-nin əməkdaşları tərəfindən 20.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Balakən şəhəri H.Əliyev prospektində idarə etdiyi yük avtomobili ilə hərəkətdə olduğu zaman həmin avtomobili saxlayaraq Təqsirləndirilən şəxslə apardıqları danışıq zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X9 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №1(019)-19/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-19/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver