Məhkəmə qərarları › İş №1(019)-2/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-2/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-2/2023 23.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsinin icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Balakən rayonu İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu İtitala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 259.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə Balakən rayonu İtitala Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 24 may 2021-ci il tarixdə günorta radələrində Balakən rayonu İtitala kənd İnzibati Ərazi Vahidinin daxilində İtitala Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yolun kənarından motorlu mişardan istifadə edərək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, meşə fonduna daxil olmayan bir ədəd köküstə yaş 18 santimetr diametrli 3600 manat dəyərində Qafqaz xurması ağacını, bir ədəd köküstə yaş 23 santimetr diametrli 200 manat dəyərində ərik ağacını qanunsuz olaraq kəsərək, Balakən rayonu İtitala Bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işdə olan və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Balakən rayonu İtilata kəndində anası Şahid2 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamış və psixi xəstəliklər keçirməmişdir. Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin mahiyyətini anlayır və həmin cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Yaşadıqları evin yol qapısının qarşısında küçə tərəfdə anasının əkdiyi 1 (bir) ədəd cır xurma və 1 (bir) ədəd ərik ağacları olmuşdur. Həmin ağaclar əvvəllər onların həyətyanı torpaq ərazilərinə düşmüşdür. Sonradan yol tərəfdəki hasarı 2 (iki) metr içəriyə çəkdikləri üçün həmin 2 (iki) ədəd ağac küçə hissədə qalmışdır. Onlardan bir ədəd cır xurma ağacının budaqları bir qədər qurumuş və ərik ağaclarının budaqları küçədən keçən elektrik naqillərinə dəymişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə günorta radələrində özünə məxsus olan motorlu mişarla həmin ağaclardan bir qədər budaqları qurumuş bir ədəd xurma ağacını yerdən təxminən 50 santimetr hündürlükdən kəsmişdir. Həmçinin cır xurma ağacından 4 metr aralıda olan 1 (bir) ədəd ərik ağacını elekrik naqillərinə dəydiyi üçün yerdən 1,5 metr hündürlükdən kəsmişdir. Həmin vaxt küçədə hər hansı bir şəxsin olduğunu xatırlamır. Kəsilmiş ağacların hissələrini və gövdəsini evdə çırpı kimi yandıraraq istifadə etmişdir. Həmin ağacların hər ikisinin təzədən göyərib bitəcəyini düşünmüşdür. Motorlu mişarı da sonradan xarab olduğundan aparıb ucuz qiymətə Bakı şəhərində tanımadığı şəxsə satmışdır. Kəsdiyi həmin ağacların onun xüsusi mülkiyyətində olduğunu, həmçinin ağacları da anası əkdiyindən ağacların əkildiyi həmin torpaq sahəsinin də onların mülkiyyətinə aid olduğunu hesab etmişdir. İlk dəfədir ki, cinayət əməli törədir. Cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Balakən rayonu İtitala kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən rayonu İtitala Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tərəfindən bir ədəd ərik ağacının və bir ədəd Qafqaz xurması ağacının kəsildiyi ərazi İtitala Bələdiyyəsinə aid ərazi olmaqla həmin ağaclar bələdiyyəyə məxsusdur. Bələdiyyə mülkiyyətində olan ağac və kolların götürülməsi üçün ilkin olaraq vətəndaş ərizə ilə bələdiyyəyə müraciət edərək, həmin ağac və kolun tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar olduğunu, yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduğunu, texnogen və ya təbii xarakterli fövqəladə hallar baş verdiyinə görə onların nəticələrinin aradan qaldırılması üçün və sairə halları göstərir. Həmin ərizə əsasında bələdiyyə tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq sənədlər təqdim olunur və ayrılmış mütəxəssis tərəfindən həmin əraziyə baxış keçirilir və müvafiq rəy tərtib edilir. Rəydə həmin ağacların və ya kolların götürülməsi əsaslandırılır, bundan sonra həmin yaşıllığın götürülməsinə müvafiq icazə verlir. Təqsirləndirilən şəxs qeyd edilən 2 ədəd ağacları kəsmək üçün Balakən rayonu İtitala Bələdiyyəsinə hər hansı rəsmi müraciət etməmişdir. Təqsirləndirilən şəxs həmin ağaclardan bir ədəd köküstə yaş 18 santimetr diametrli 3600 manat dəyərində Qafqaz xurması ağacını, bir ədəd köküstə yaş 23 santimetr diametrli 200 manat dəyərində ərik ağacını heç bir rəsmi icazə olmadan qanunsuz kəsərək, Balakən rayon İtitala Bələdiyyəsinə 3800 manat məbləğində zərər vurmuşdur. Onlar sözügedən ziyanla bağlı mülki iddia verməmişlər. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən rayonun Püştətala kəndində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi vəzifəsində işləyir. 04 iyun 2021-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı Mikayıl Mahmudov mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək, Balakən rayonu İtitala kənd sakini Təqsirləndirilən şəxs Balakən rayonu İtitala Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 2 (iki) ədəd ağacı kəsməsi barədə Balakən RPŞ-yə məlumat daxil olduğunu bildirib, baxış keçirmək üçün mütəxəssis qismində dəvət olunduğunu söyləmişdir. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuş, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. Baxışda ondan başqa baş təhqiqatçı Mikayıl Mahmudov və İtitala kənd sakini Təqsirləndirilən şəxs da iştirak etmişlər. Baxış keçirilən ərazi Balakən rayonu İtitala kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evın yol qapısının yol tərəfində qapıdan 2 metr aralıda diametri 18 santimetr olan köküstə yaş cır xurma ağacının 50 santimetr hündürlükdə kəsilmiş kötüyü, həmin kəsilmiş cır xurma ağacının kötüyündən 4 metr aralı məsafədə isə diametri 23 santimetr olan köküstə yaş ərik ağacının 1 metr 50 santimetr hündürlükdən kəsilmiş kötüyü aşkarlanmışdır. Hər iki ağac kötüklərinin diametrlərini və hündürlüklərini ölçmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, evin yol tərəf hissəsində əvvəldən dəmir tor olmuş, həmin kəsilmiş iki ədəd ağacı da həmin torun içəri tərəfinə özü əkmişdir, cır xurmanın bir tərəfi qurumuş, ərik ağacı isə evə gələn işıq xəttinə maneçilik törətmiş, mal damının üzərinə dəymişdir. Buna görə də hər iki ağacı yenidən inkişaf etməsi üçün kəsmişdir. Baxış videoqeydiyyata alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş hər iki ağac tamamilə yaş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Balakən rayonu İtitala kəndində qızı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Rozadan başqa da iki oğlu var. Hər iki oğlu hazırda Rusiya Federasiyasında yaşayır. Balakən rayonu «Dost» mərkəzi Yaşıllıq İdarəsində bağban vəzifəsində işləyir. Yaşadıqları evin yol qapısının qarşısında küçə tərəfdə onun əkdiyi 1 (bir) ədəd cır xurma və 1 (bir) ədəd ərik ağacları olmuşdur. Həmin ağaclar əvvəllər onların həyətyanı torpaq ərazilərinə düşmüşdür. Sonradan yol tərəfdəki hasarı 2 (iki) metr içəriyə çəkdikləri üçün həmin 2 (iki) ədəd ağac küçə hissədə qalmışdır. Onlardan bir ədəd cır xurma ağacının budaqları və ərik ağacının budaqları küçədən keçən elektrik naqillərinə dəymişdir. Bu səbəbdən qızı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə günorta vaxtı özlərinə məxsus olan motorlu mişarla həmin ağaclardan bir ədəd xurma ağacını yerdən təxminən 50 santimetr hündürlükdən və cır xurma ağacından 4 metr aralıda olan 1 (bir) ədəd ərik ağacını yerdən 1,5 metr hündürlükdən kəsmişdir. Həmin vaxt o, evdə olmamış, işdə olmuşdur. Kəsilmiş ağacların hissələrini və gövdəsini evdə çırpı kimi təndirdə yandırmışlar. Həmin ağacların özunun xüsusi mülkiyyətində olduğunu hesab etmişdir. Artıq ağaclar kəsildikdən sonra həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olması ona məlum olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ittiham göstərilən Qafqaz xurması ağacı və ərik ağacı digər ağaclarla birlikdə Təqsirləndirilən şəxs anası Şahid2 tərəfindən 2000-ci ildə əkilmişdir. Həmin ağacların əkildiyi torpaq sahəsi Şahid2Vəli qızının və onun ailəsinin istifadəsində olmuşdur. Həmin torpaq sahəsi 1980-ci illərdə Şahid2 ailəsinin istifadəsinə verilmişdir. Bu ağacların yerləşdiyi həmin torpaq sahəsi Şahid2 və ailəsi tərəfindən dəmir torla hasara alınmışdı. Şahid2 əkdiyi Qayqaz xurması ağacına və digər ağaclara illərlə qulluq edib, onları suvarıb, dibini belləyib, ağaclarını böyüdüb, meyvəsini yığıb. Şahid2 5-6 il bundan əvvəl dəmir toru öz sahəsinin bir az içəri tərəfindən vurub. Həmin ağaclar da küçə tərəfdə qalıb. Lakin Qafqaz xurması və ərik ağacları Şahid2 və ailəsinə məxsus olmuşdur. Sözügedən Qafqaz xurması ağacı və ərik ağacı Şahid2 həyətində maneə olduğundan Təqsirləndirilən şəxs tərəfindən kəsilmişdir. Həmin ağacların kötükləri qalmışdır. İş materiallarında olan 06 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2021-ci il tarixdə saat 15:10-dan 15:50-dək olan müddət ərzində Balakən rayonu İtitala kəndində keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur: Baxış zamanı Balakən rayonu İtitala kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yol qapısının yol tərəfində 2 metr aralıda diametri 18 santimetr olan cır xurmanın kəsilmiş kökü, həmin yerdən 4 metr aralıda diametri 23 santimetr 1,5 metr hündürlükdə ərik ağacının kəsilmiş gövdəsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, evin yol tərəf hissəsində dəmir tor olmuşdur. Həmin iki ədəd kəsilmiş ağacları da dəmir torun içərisinə özü əkmişdir. Həmin iki ədəd kəsilmiş ağaclarda cır xurmanını bir tərəfi qurumuş, digər ərik ağacı isə evə gələn işıq xəttinə maneçilik yaratmış və mal damının üzərinə dəymişdir. Buna görə də hər iki ağacı ordan kəsmişdir ki, yenidən inkişaf etsin. Baxış zamanı videoçəkiliş aparılmışdır. Rrotokol ucadan oxunmuş, iştirakçılardan şikayət və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********29 nömrəli məktubda göstərilmişdir ki,Təhqiqat Bölməsində aparılan araşdırma zərurəti ilə əlaqədar olaraq mübahisəli torpaq sahəsinin kimə məxsus olması ilə bağlı mütəxəssisin iştirakının təmin edilməsinə köməklik göstərilməsi barədə məktuba Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildirilir ki, mübahisə predmeti olan torpaq sahəsinin GPS vasitəsi ilə sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin olunmuşdur. Çöl ölçmə işlərinin nəticəsinə və elektron məlumat bazasına əsasən məlum olmuşdur ki, kəsilmiş müxtəlif diametrli iki ədəd ağacın yerləşdiyi torpaq sahəsi Balakən rayonu İtitala Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yola düşür. İş materiallarında olan təkrar məhkəmə-bioloji, məhkəmə–əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2022-ci il tarixli 7/1301; 9/9286 nömrəli rəyinin “tədqiqatın nəticələri” hissəsində göstərilmişdir: Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli 810 №-li məktubunda adları göstərilən bitki növlərinə əsasən: -Balakən rayonu İtitala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının qarşısında Balakən rayonu İtitala Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yoldan kəsdiyi bir ədəd Qafqaz xurması ağacı Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, - bir ədəd ərik ağacı isə Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilməmişdir. Bioloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara və eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən 2 ədəd ağacın kəsilməsi nəticəsində xx.xx.2021-ci il tarixə təbiətə dəymiş ziyanın ümumi məbləği 3800,00 (3600+200) manat müəyyən olunur. O cümlədən: -Azərbaycan Respublikasının “Qırmızı Kitabı” na daxil edilmiş bir ədəd 18 sm diametrli Qafqaz xurması ağacı- 3600,00 (180 manat x 20 dəfə. Azərbaycan Respublikasının “Qırmızı Kitabı” na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləği 20 dəfə artırılmaqla hesablanır);-bir ədəd 23 sm diametrli ərik ağacı – 200,00 manat. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə xx.xx.2022-ci il tarixli 7 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Balakən rayon İHB-ın İtitala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə qohum, qonşu arasında mülayim xasiyyəti ilə hamının hörmətini qazanması, barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmaması qeyd edilməklə Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə-bioloji və məhkəmə-əmtəəşünalıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 7/983; 9/6346 nömrəli rəyində göstərilmişdir: Balakən rayonu İtitala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının qarşısında Balakən rayonu İtitala Bələdiyyəsinin mülkiyyətinə aid edilmiş bir ədəd Qafqaz xurması ağacının gövdə üzərində kəsilmiş səthinin diametrinin 180 mm, bir ədəd ərik ağacının kəsilmiş gövdə səthinin diametrinin 23 mm, hər iki ağacın bioloji ömrü orta yaş həddinə daxil olub, yabanı halda bitməmişdir. Kəsilmə tarixindən iki il (kəsildiyi tarix-24 may 2021-ci il; Ekspert tərəfindən baxış keçirilən tarixə -17 noyabr 2022) vegetasiya dövrü keçmiş və vizual olaraq hər ikisi bioloji inkişafdan dayanmış və tam qurumuş vəziyyətdə olması müşahidə olundu. Hər iki ağacdan götürülmüş gövdə, qabıq və kök nümunələri qurumuş, qabaqaltı səthlərində quru çürümə əlamətlərinin olması, kəsim tarixindən 18 ay müddət keçdiyindən, gövdələrin üzərində hər hansı bioloji inkişafın olmaması, qurumuş olduğundan onlara qulluq olunub- olunmamasını müəyyən etmək mümkün deyildir. 17 noyabr 2022-ci il tarixində tədqiqata təqdim edilmiş ağaclara baxış keçirilərkən onların qurumuş vəziyyədə olması müəyyən edilmişdir. 1(019)-41/2022 saylı işdə olan materiallara və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyinin 7 saylı Regional Ekolojgiya və Təbii Sərvətlər İdarəsinin 810 №li xx.xx.2021-ci il tarixli rəyinə əsaslanaraq, həmin ağacların 24 may 2022-ci il tarixdə köküstü yaş vəziyyətdə kəsilməsi istisna olunmur. Rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara və elecə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən 2 ədəd ağacın köküstü yaş halda məhv edilməsi nəticəsində xx.xx.2021-ci il tarixə təbiətə dəymiş ziyanın ümumi məbləği 3800,00 (3600+200) manat müəyyən olunur. O cümlədən; -Azərbaycan Respublikasının «Qırmızı Katabı»na daxil edilmiş bir ədəd 18 sm diametrli Qafqaz xurması ağacı-3600,00 (180 manatx20 dəfə, Azərbaycan Resublikasının «Qırmızı kitabı»na daxil edilmiş,habele nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kolların məhv edilməsi nəticəsində dəymiş ziyanın məbləği 20 dəfə artırılmaqla hesablanır),-bir ədəd 23 sm diametrili ərik ağacı-2002,00 manat. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.101.2016-cı il tarixli 421 №li qərarında qeyd edilmiş «Yaşılllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydasın»da «Yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi, zədələnməsi, (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan hesablandığı öz əksini tapmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 19 fevral 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 19 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə zərərçəkmiş hüquqi şəxs Balakən rayonu İtitala Bələdiyyəsinin nümayəndəsinin və şahidlərin ifadələrini, 06 iyun 2021-ci il tarixli baxış keçirilməsi barədə protokolu, həmin prosessual hərəkətin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diskini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli **********29 nömrəli məktubu, təkrar məhkəmə-bioloji, məhkəmə–əmtəəşünaslıq ekspertizasının 12 yanvar 2022-ci il tarixli 7/1301; 9/9286 nömrəli rəyini, məhkəmə-bioloji və məhkəməəmtəəşünalıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 7/983;9/6346 nömrəli rəyini, Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnamə üzrə xx.xx.2022-ci il tarixli 7 saylı arayışını, Balakən rayon İHB-ın İtitala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnaməni, Balakən RPŞ-nin İB-nin müstəntiqinin 19 fevral 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarını, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan sair sənədləri işin hallarını bir-biri ilə əlaqəli şəkildə zidiyyət olmadan təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamları təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün sübut kimi qəbul edilməklə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi də dəyərləndirilməli və nəzərə alınmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsilə əlaqədar X1rşı işi üzrə qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti ilə Balakən rayonu İtitala Bələdiyyəsinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdıqdan sonra ağac kəsməli olduğu halda, bunları etməyərək, 24 may 2021-ci il tarixdə günorta radələrində Balakən rayonu İtitala kənd İnzibati Ərazi Vahidinin daxilində İtitala Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yolun kənarından motorlu mişardan istifadə edərək, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, meşə fonduna daxil olmayan bir ədəd köküstə yaş 18 santimetr diametrli 3600 manat dəyərində Qafqaz xurması ağacını, bir ədəd köküstə yaş 23 santimetr diametrli 200 manat dəyərində ərik ağacını qanunsuz olaraq kəsərək Balakən rayonu İtitala Bələdiyyəsinə xeyli miqdarda, yəni ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində maddi zərər vurmuşdur. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsinə əsasən; 1. Bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.2. Bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair» 29 noyabr 2022-ci il tarixli qərarında göstərilir ki, 1. Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz; 2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir; 4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri və digər sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət hadisəsi baş vermişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, işin faktoloji hallarına və qanun normasının tələbinə əsasən ilk dəfə cinayət əməli törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini və yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, bununla da kriminal meyilli şəxs olmaması, antisosial yönümün psixikasında model davranışa çevrilməməsi, bu xüsusda yaşadığı ərazidə müsbət xarakterzə olunması işdəki sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə tərəfindən ilk dəfə cinayət əməli törətməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs kriminal meyilli şəxslərdən fərqləndirmək və antisosial yönümün psixikasında model davranışa çevrilməməsini göstərmək üçün ağlataban əsas kimi qiymətləndirilməklə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə eyni zamanda nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə peşman olduğunu bildirməsi, ona istinad olunan əmələ tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən böyük ictimai təhlükə törətməyən cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (Azərbaycan Respublikası CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün-yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət törətməsini etiraf edib bundan peşmançılıq çəkməsi məhz ona istinad olunan Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, cinayət əməli törədir, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi çəkir və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında beş min manatdan yeddi min manatadək miqdarda cərimə, iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə növlərində cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyinatında nəzərə alır ki, işdə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olmaqla, onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasından əvvəl cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzalar nəzərdə tutulmuşdur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı cinayət əməli törətməmişdir, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir və yaşadığı ərazidə müsbət xarakterizə olunur. Bu hallar Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olmadığına, psixologiyasında dominantlıq təşkil edərək, model davranışa çevrilmədiyinə, həmçinin onu cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması istəyinə dəlalət edir. Cəzanın əsas məqsədlərindən də biri məhz şəxsin ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması üçün zəmin yaratmaqdır. Buna görə Azərbaycan Respublikasının cinayət qanunvericiliyi şəxsə cəza təyin edilməsi zamanı həm də hümanizm prinsipini önə çəkir (Cinayət Məcəlləsinin 9-cu maddəsi). Heç şübhəsiz ki, hazırki iş üzrə də təqsirləndirilən şəxsə, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan cəza təyin edilməlidir ki, həmin cəza da həm ədalət prinsipini, həm də humanizm prinsipini özünə ehtiva etsin və fərdin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalət tarazlıq yaratmış olsun. Göstərildiyi kimi, qanunvericilik şəxsə ədalətli cəza, yəni törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və şəxsiyyətinə uyğun cəza təyin olunmasını tələb edir. Qeyd olunanların işığında heç şübhəsiz ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi formasında cəzaya, yəni azadlıqdan məhrum etmə cəzasına məruz qalması törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun olmamaqla, ədalətli olmazdı. Belə ki, cəzasını yüngülləşdirən halların olduğu, cəzasını ağırlaşdıran halların olmadığı, həmçinin onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmədən əvvəl üç cəza növünün nəzərdə tutulduğu şəraitdə, Təqsirləndirilən şəxs ən sərt cəzanın-azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun fərdi azadlıq hüququ ilə ekoloji təhlükəsizliyin mühafizəsi ilə bağlı ictimai münasibətlərin qorunmasında ifadə olunan ictimai maraq arasında ədalətli tarazlığı pozmuş olardı, işin hallarına əsasən heç də cəzanın məqsədlərinə nail olunmasına xidmət etməzdi və bir növ ondan qisas almağa xidmət edərdi ki, bu da qanunla yolverilməzdir. Belə ki, qeyd edildiyi kimi, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Cəzanın məqsədi sosial ədalətin bərpası, xüsusi prevensiyanın (şəxsin özünü cinayət əməlinin törədilməsindən çəkindirmək) və ümumi prevensiyanın (başqa şəxsləri cinayət əməlinin törədilməsindən çəkindirmək) təmin edilməsidir. Qeyd edilənlərə əsasən məhkəmə hazırki işdə cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə lüzum görmür. Həmçinin Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi də onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə, şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə adekvat olmamaqla cəzanın məqsədlərinə uyğun deyildir. Bu xüsusda onu da nəzərə almaq lazımdır ki, onun Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu təminatının müəyyən edilmədiyi şəraitdə Təqsirləndirilən şəxs beş min manatdan yeddi manatadək cərimə cəzasanın təyin edilməsi də onun əməlinə mütənasib olmamaqla və onun üçün ağır maddi məhrumiyyətlər yaratmaqla ədalətsiz cəza olardı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri cəzasının təyin edilməsi törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğunluğu nöteyi-nəzərindən ədalətli cəzadır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə cinayət əməli törətməsi, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, ədalət və humanizm prinsiplərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına məhkum edilməlidir. Məhkəmə, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ilk dəfə cinayət əməli törətməsi, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi və yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, onun cəza çəkmədən də islah olunmasını mümkün sayaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunacaq islah işləri cəzası şərti hesab edilməli, Təqsirləndirilən şəxs 6 (altı) ay sınaq müddəti müəyyən olunmalı, bu sınaq müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı ərazi üzrə Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası CM-nin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası CM-nin 70.7-ci maddəsinə əsasən sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər. Məhkəmə qeyd etməyi lazım bilir ki, cəzanın şərti olaraq tətbiq edilməsi cinayət məsuliyyətinin reallaşmasının xüsusi formasıdır. Belə ki, dövlət adından ittiham hökmü çıxarılmaqla şəxs cinayət əməli törədilməsində təqsirli bilinir və ona cəza verilməklə, həmin cəza şərti hesab edilir. Cəzanın şərti olaraq tətbiq edilməsi məhkəməyə cinayət məsuliyyətinin fərdiliyinin təmin olunması üçün əlavə imkan verir, daha humanist formada şəxsə cəmiyyətdən təcrid olunmadan islah olunması, cəzanı icra etmədən onun məqsədlərinə nail olunması üçün şərait yaradır. Məhkəmə onu da vurğulayır ki, şərti məhkum etmənin tətbiq olunması işin bütün halları ilə əlaqələndirilməlidir. Bu zaman məhkumun cinayət əməli törətməmişdən qabaq davranışı, onun həyat tərzi, tərbiyəsi və cinayət əməli törətdikdən sonra onun davranışı nəzərə alınmalıdır. Eyni zamanda şərti məhkum etmənin tətbiq olunması üçün şəxsin psixikasında və həyat şəraitində olan dəyişiklik, onun qanunlara və digər sosial normalara münasibətinin dəyişib-dəyişilməməsi müəyyən olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, cəza talion prinsipinə, yəni qisas almaq məqsədinə deyil, məhkumun islah olunmasına, onun və digər şəxslərin cinayət əməllərindən çəkindirilməsinə və sosial ədalətin bərpasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasının şərti olaraq tətbiq edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırır ki, o, ilk dəfədir ki, cinayət əməli törədir, cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir, yaşadığı ərazidə müsbət xarakterizə olunur. Onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. O da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs, barəsində seçilən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri müddəti ərzində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməmiş, həmçinin qətimkan tədbiri qaydalarını pozmamış, işin ədalətli, tam və obyektiv araşdırılmasına heç bir maneçilik törətməmişdir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, bu hallar, Təqsirləndirilən şəxs cinayətə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad olması, ictimai-faydalı fəaliyyətə qayıtması və islah olunması, həmçinin normal cəmiyyətə qovuşması istəyinin göstəriciləridir. Azərbaycan Respublikası CM-nin 9-cu maddəsində təsbit olunmuş humanizm prinsipi həm də təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Yuxarıda göstərilən hallardan başqa qadın olması və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi Təqsirləndirilən şəxs bu mərhəmətin göstərilməsini şərtləndirən mühüm arqumentlər kimi qəbul olunmalıdır. Məhkəmə xüsusi qeyd edir ki, humanizm insanın şəxsiyyət kimi dəyərini müəyyən edən, onun ləyaqətinə hörmətlə yanaşmağı aşılayan, onun rifahını ictimai prosesin məqsədi kimi qəbul edən mənəvi mövqedir. Humanizm prinsipi insan şəxsiyyətini əsas prioritet sayan Azərbaycan Respublikasının konstitusion quruluşundan irəli gələn bir meyardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyinin tətbiqi belə vəzifənin həyata keçirilməsi üsullarından biridir. Cinayət qanunvericiliyində humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsində öz əksini tapır. Əks hal, yəni humanizm prinsipinin ancaq zərərçəkmiş şəxslərə tətbiq edilməsi qanunçuluq, ədalət və humanizm prinsiplərinin pozuntusu olardı. Dünya praktikasında cinayət əməli törədən şəxsə qarşı münasibət humanizm prinsipinin cinayət hüququnda həyata keçirilməsinin göstəricisidir. Cinayət əməli törətmiş şəxsə qarşı humanizm prinsipinin həyata keçirilməsi institutlarından biri də heç şübhəsiz şərti məhkum etmə institutudur. Şərti məhkum etmənin tətbiq edilməsi şəxsə qarşı humanizmin tətbiqinin göstəricisi olmaqla, onun islah olunmasına, qanunlara hörmətlə yanaşmasına, yeni cinayət əməlinin törədilməsinin qarşısının alınmasına böyük mənəvi və hüquqi stimul yaradan bir amil kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının qarantı olan Azərbaycan Respublikası Prezidentinin «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» 10 fevral 2017-ci il tarixli Sərəncamı da Azərbaycan Dövlətinin humanizm siyasətinin, o cümlədən cəza siyasətində humanizminin bariz nümunəsidir. Həmin Sərəncamda penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi barədə istiqamətlərin müəyyən olunması ilə yanaşı, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, cəza siyasətinin humanistləşdirilməsi barədə qanun layihələrinin hazırlanması, cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması barədə aidiyyəti orqanlara strateji tapşırıqlar verilmiş, o cümlədən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət edilməsinə xüsusi diqqət yetirilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə isə həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsinin mütəmadi ümumiləşdirilməsi və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi barədə tövsiyyələr verilmişdir. Bununla bağlı cəza siyasətinin humanistləşdirilməsi nöqteyi-nəzərindən də Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə xeyli dəyişikliklər edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası cəzanın hümanistləşdirilməsi üçün xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə edilməsini, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını strateji istiqamət kimi müəyyənləşdirmişdir. Cəza siyasətinə məhz bu mövqedən yanaşan Azərbaycan Respublikası da cəza təyin edilməsi zamanı mediasiya, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza və şərti məhkum etmə institutlarının geniş tətbiq olunmasını qanunvericilik qaydasında təsbit edir. Qanunla təqsirləndirilən şəxsin bağışlanması hüququnun sahibi olan o cümlədən dövlət böyük ictimai təhlükə törətməyən cinayətə görə təqsirləndirilən şəxsə humanizmlə yanaşılmasınıona mərhəmət göstərilməsini, onun bağışlanmasını tələb edirsə, Azərbaycan Respublikasının Prezidenti dövlətin strateji xətti kimi cəzanın humanistləşdirilməsini, xüsusilə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etməyə nisbətən digər alternativ cəzaların tətbiq edilməsini, şərti məhkum etmə institutunun daha geniş tətbiq edilməsini, mediasiya institutundan daha geniş istifadə olunmasını, cinayətlərin, xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılmasını müəyyən edirsə, təbii ki, bu tələblər hazırki iş üzrə də mütləq qaydada nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə çatdırır ki, şərti məhkum etmənin tətbiqi cinayət məsuliyyətinin xüsusi forması olmaqla, heç də şəxsi cəzadan azad etmir. Qanunda bu institutun tətbiqi zamanı bir sıra nəzarət mexanizmləri nəzərdə tutulmuşdur. Belə ki, şərti məhkum etmə təyin edilərkən, məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmçinin məhkumun üzərinə müəyyən vəzifələr qoyula bilər. Eyni zamanda bu şəxslər üzərində müvafiq orqanlar tərəfindən nəzarət həyata keçirilir (Azərbaycan Respublikası CM-nin 70.3, 70.5 və 70.6-cı maddələri). Cinayət Məcəlləsinin 71.2-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxara bilər. Göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq islah işləri cəzasının şərti olaraq tətbiq edilməsi, cəzasını yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların olmaması, ailəsinin həyat şəraitinə təsirinin və humanizm və ədalət prinsiplərinin nəzərə alınması konteksində ədalətli və qanuni olmaqla, onun islah olunmasına və cəzanın digər məqsədlərinə nail olunmasına şərait yaradacaqdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hadisə yerinə baxış keçirmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 20 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və aylıq qazancından dövlət nəfinə 10% pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 6 (altı) ay sınaq müddəti tətbiq edilməklə, həmin cəza şərti hesab edilsin; sınaq müddətinin əvvəli hazırki hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın; Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun; Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin; barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X5 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hadisə yerinə baxış keçirmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X4 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar