Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-2/2024 20.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşünas X3, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, Balakən Rayon Məhkəməsi tərəfindən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətmişdir. Belə ki, o, X27 ilə birlikdə xx.xx.2017 il tarixdə saat 07:00-dan 07:40-dək olan müddətdə Rusiya Federasiyası, Smolensk şəhəri, Kaşen küç., ev 8 “A” ünvanında yerləşən bazara getmiş, idarə etdiyi avtomobili bazarın girişində saxlayaraq Rəşad Musayevi gözləmiş, Rəşad Musayev bazarın girişində saxladığı “U 426 ET 67” Rusiya dövlət qeydiyyat nişanlı, VAZ 2111 markalı şəxsi avtomobilinin yanında duran X12 yaxınlaşaraq zor tətbiq etməklə tamah niyyəti ilə ona məxsus xeyli miqdarda pul vəsaitlərini talamağa çalışmış, bu məqsədlə ələ keçirdiyi, X13 məxsus pul qabını X20 müqavimət göstərdiyindən Rəşad Musayev əlindən yerə salmışdır. Həmin vaxt Rəşad Musayevlə X8 arasında münaqişə yarandığını görərək, avtomobildən düşüb qaçaraq hadisənin baş verdiyi yerə gəlmiş, bu vaxt Rəşad Musayevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında X8 pulunu açıq talamaq qərarına gəlmiş, bundan sonra Rəşad Musayevin göstərişinə və tələbinə əsasən yerə düşmüş, X12 məxsus olan, içərisində xeyli miqdarda pul vəsaiti olan pul qabını onun gözləri qarşısında, aşkar şəkildə, sonuncunun onun hərəkətinin cinayətkar xarakterini dərk etdiyini bilərək qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə yerdən götürərək avtomobilinə doğru qaçmış, X9 pulları ondan geri almaq məqsədi ilə arxasınca qaçmasına, ona mane olmağa cəhd etməsinə, oturduğu avtomobilin qapısını açmağa çalışmasına əhəmiyyət verməmiş, X14 avtomobildən kənara itələmiş, avtomobilin qapısını açmağına mane olmuş, Rəşad Musayevin də qaçaraq avtomobilin yanına gəlib X15 kənara itələyib avtomobilə minməsindən sonra dərhal avtomobili hərəkətə gətirib yüksək sürətlə hadisə yerindən uzaqlaşmış, bu hərəkətləri ilə də qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, X12 məxsus xeyli miqdarda, yəni 14282,14 (on dörd min iki yüz səksən iki manat on dörd qəpik) Azərbaycan manatına ekvivalent olan (xx.xx.2017-ci il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə görə) cəmi 482 505 (dörd yüz səksən iki min beş yüz beş) Rusiya Federasiyası rublunu açıq talamış, yəni zərərçəkmiş şəxs X12 xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi işdə olan mötəbər sübutların bilavasitə tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.1. 180.2.4 və 180.2.5-ci maddələrilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində hadisə vaxtı Rəşad Musayevin onu məlumatlandırmadığını, X31 Satuşev tutaşanda onlardan yaxın məsafədə olduğunu, X32 Satuşevi bıçaqla vurmasını görmədiyini, lakin sonradan İlya Satuşevin paltarında və əllərində qan izinin olduğunu, Rəşad Musayevin yerdə olan pul qabını götürməsini deyəndə həmin pul qabının Rəşada məxsus olduğunu düşündüyü üçün götürdüyünü və yaxında saxladıqları avtomaşına qaçdığını, İlya Satuşevin onun dalınca qaçdığını, avtomaşının qapısını açanda görünür qapının İlya Satuşevə dəydiyini və onun səndələyib arxaya getdiyini, sonra Rəşadın da avtomaşına oturduğunu və onların avtomaşında hadisə yerindən uzaqlaşdığını, DVD diskində göstərilən görüntülərdə görünən və pul qabını yerdən götürüb avtomaşına tərəfə qaçan şəxsin onun olduğunu, pul qabını götürdükdən sonra onu atmadığını və avtomaşında Rəşada verdiyini, həmin puldan onun heç nə götürmədiyini, sonra Minsk şəhərinə getdiklərini, Rəşadın onlara təyyarə bileti aldığını və onların Minskdən Tbilisiyə uçduqlarını, sonra isə Azərbaycan Respublikasına keçdiklərini, bu işdə onun heç bir günahının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, heç bir cinayət əməlini törətmədiyini qeyd edərək hazırki cinayət işi üzrə ibtidai istintaqa ifadə verməkdən imtina etmişdir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının istintaq orqanından daxil olmuş əməliyyat sorğusu əsasında Balakən RPŞ-yə verdiyi izahatında bildirmişdir ki, bu hadisə təxminən xx.xx.2017-ci il tarixində baş vermişdir. Bazardan bir qədər aralıda Rəşadla rastlaşmış və oradan Rəşadın satmaq üçün verdiyi spirtin pulunu verməli olan kişinin yanına getmişlər. İş yerinə çatanda onlardan təxmini 10 metr məsafəyə uzaqlaşmışdır ki, rahat danışsınlar. 5-7 dəqiqədən sonra dalaşmağa başlamışlar. Onları ayırmaq üçün onlar tərəfə qaçmışdır. Rəşad həmin şəxsdən pul istəsə də, həmin şəxs verməli olduğu pulu qaytarmaqdan imtina edirdi. Onlar dalaşarkən onları ayırmış, Rəşadın həmin şəxsi necə bıçaqladığını görməmişdir. Rəşadın həmin şəxsi bıçaqladığını onlar maşına minəndə bilmişdir. Bu zaman Rəşadın bıçaq tutduğu əlində qan görmüş, bıçaqda da qan olmuşdur. Zərərçəkmişin ölümünü isə Azərbaycana gələndə öyrənmişdir. Bu barədə ona atası danışmış, atasına isə Balakən Rayon Polis Şöbəsində məlumat vermişlər. xx.xx.2017-ci il tarixində Smolenskdən Belarus Respublikası Minsk şəhəri istiqamətində yola düşmüşdür. Minskdən təyyarə ilə Gürcüstan Respublikasının Batumi şəhərinə getmiş və oradan mikroavtobuslarla evə gəlmişdir. Smolensk şəhərinə bu hadisədən 2 ay əvvəl getmişdir. Ondan əvvəl Tver şəhərində yaşamışdır. Smolensk şəhərinə işləməyə, meyvə-tərəvəz ticarətinə getmişdir. Smolenskdə qalmaqda məqsədi yaxşı iş tapıb, həmin şəhərdə məskunlaşıb və orada yaşamaq olmuşdur. Zərərçəkmiş İ.N.Satuşevlə əvvəllər tanışlığı olub. Satuşevi Tver şəhərində yaşayanda tanıyırdı. Tver şəhərində bir mağazada mühafizəçi işləyirdi, onunla hadisədən 3 ay əvvəl tanış olmuşdur. İ.N.Satuşevi öldürməmişdir və onun ölümündə günahkar deyildir, çünki zərərçəkmişin işlədiyi yerə Rəşadın xahişi ilə getmişdir. Rəşad İ.N.Satuşevin ona borcu olduğunu, ona görə onun yanına getmək lazım olduğunu demişdir. Rəşad getməyini xahiş etmiş, o da imtina etməmişdir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Rusiya Federasiyasının istintaq orqanından daxil olmuş əməliyyat sorğusu əsasında Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman verdiyi, ərizə formasında yazdığı izahatında bildirmişdir ki, Rusiya Federasiyası Smolensk şəhər İstintaq İdarəsinin 2 nömrəli istintaq bölməsinin müstəntiqi tərəfindən ona RF Cinayət Məxcəlləsinin 162-ci maddəsinin 4-cü hissəsinin «v» bəndi ilə elan edilmiş ittihamla tanış olmuş, təqsirləndirilən şəxs qismində cəlb edilməyi barədə qərarın surətini almışdır. Ona elan edilmiş ittihamla bağlı özünü günahkar saymır. Ona verilmiş suallara cavab olaraq bildirir ki, 2017-ci ilin iyul ayında Rusiya Federasiyasının Smolensk şəhərində hazırda xatırlamadığı ünvanda yaşamışdır, lakin qeydiyyatı Tver şəhərində hazırda xatırlamadığı ünvanda olmuşdur. 2017-ci ilin oktyabrın 25-də Minsk şəhərinə yol avtomaşını ilə gəlmişdir, daha sonra təyyarə ilə Batumi şəhərinə uçmuşdur. Oradan Azərbaycana gəlmişdir. Smolensk şəhərində yaşadığı 4 ay ərzində tək yaşamışdır. X27 ilə Smolensk şəhərində tanış olmuşdur. Aralarında yerli kimi yaxşı münasibətləri olmuş, hərdə bir yerdə bazarda meyvə-tərəvəz alveri eləmişlər. Smolenskdə yaşadığı müddətdə onun VAZ-2108 markalı H891 EC 32 nömrəli avtomaşını olmuş, həmin avtomaşın ilə meyvə və tərəvəz daşımışdır. Satuşevə qarşı quldurluq cinayəti törətməmiş və bu barədə Rəşad Musayev ilə aralarında heç bir razılıq olmamışdır. 2017-ci ilin oktyabrn 24-də səhər saat 6 radələrində Azərbaycana gəlməyə hazırlaşmışdır. Yaşadığı evin yanındakı kafedə səhər yeməyi yeyən zaman Rəşad yanına gəlib onu Smolensk şəhər bazarına aparmasını istəmişdir. Bir yerli kimi etiraz etməmiş, Rəşadı öz maşını ilə bazara gətirmişdir. Bazarın yanında Rəşad ondan maşında qalıb 5-10 dəqiqə gözləməsini tapşırmış və harasa çıxıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Rəşad qayıdıb gəlmiş və onunla birlikdə Minskə getmək istədiyini bildirmişdir. Ertəsi günü oktyabrın 25-də Rəşadla birlikdə Minsk şəhərinə gəlmiş və birlikdə Batumi şəhərinə uçmuşlar. Rəşadın Satuşevə qarşı quldurluq etdiyini o, bilməmişdir, Rəşad özü bu barədə ona heç nə deməmişdir və o özü də heç nə görməmişdir. Rəşad ona heç bir pul verməmişdir. Batumi şəhərində Rəşad ondan ayrılmış və onun hara getdiyini bilməmişdir. X24 harada olduğunu bilmir. Bir daha bildirmişdir ki, onun Rusiya Federasiyasının CM-nin 162-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarla və ona elan edilmiş ittihamla razı deyildir, özünü günahkar hesab etmir, çünki həmin cinayəti törətməmişdir. Həmin cinayətdə iştirakı və məlumatı olmamışdır. Ərizəsini özü yazmışdır, əlavəsi yoxdur, ərizəsində göstəriləndləri imzası ilə təsdiq etmişdir. İş üzrə Rusiya Federasiyasının vətəndaşları olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçılar X33 və X4, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 Vladimiroviç, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə keçirilən məhkəmə iclaslarına gəlməmişlər. Balakən Rayon Məhkəməsinin müvafiq qərarı ilə Rusiya Federasiyasının vətəndaşları olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçılar X33 və X4, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 Vladimiroviç, Şahid4, Şahid5 və Şahid6 Rusiya Federasiyasının aidiyyəti məhkəmələri tərəfindən dindirilməsi və məhkəmə iclaslarının vaxtı və yeri haqqında bildirişlərin onlara təqdim edilməsi, bu prosessual hərəkətlərin müvafiq qaydada sənədləşdirilərək Balakən Rayon Məhkəməsinə təqdim olunması üçün Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il tarixli Minsk Konvensiyasının tələbləri qaydasında məhkəmə tapşırığı verilmiş və məhkəmə tapşırığı icra edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Rusiya Federasiyasının aidiyyəti orqanlarına göndərilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolenks şəhəri Promışlennıy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolundan görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X4 ifadəsində göstərimşdir ki, onun hüquq və vəzifələri ona aydındır. Müstəntiqin bildirdiyinə görə Xəlilov barəsində iş ayrıca icraata ayrılmış və Azərbaycan Respublikasının aidiyyəti orqanlarına göndərilmişdir. O, cinayətin şahidi olmamışdır. Amma cinayət işinin materialları ilə müəyyən olunur ki, atasına necə hücum edilib, atası necə öldürülüb və ondan nə talanıb. Həmçinin cinayət işinin materiallarından ona aydındır ki, Xəlilov atasının öldürülməsində iştirak etməyib, ancaq ona qarşı soyğunçuluqda iştirak edib və onun içində çoxlu pullar olan sumkasını götürüb. Onun atası valyuta mübadiləsi ilə məşğul olmuşdur. Onun özündə dollar, avro, belorus rubllarındən ibarət müxtəlif valyutalarda olan böyük pullar yerləşən sumkası olub. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadədə göstərilən hər hansı hallara dair əlavə məlumatı yoxdur, istintaq orqanına təqdim edilməyən və hazırda təqdim ediləsi heç bir sübutu yoxdur. Öz mülki iddiasını müdafiə edir və mülki iddia ilə bağlı hər hansı sübutu təqdim edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolensk şəhəri Zadneprovskiy Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli iclas protokolundan görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X33 ifadəsində göstərmişdir ki, onun hüquq və vəzifələri ona aydındır. xx.xx.2017-ci il tarixdə saat 09 radələrində özünü polis əməkdaşı kimi təqdim edən bir şəxs ona zəng etmiş və hadisə yeri olan Smolensk şəhəri Kaşen küçəsində yerləşən TS «Raduqa» (hazırda «Ev təmiri» adlanır) binasına gəlməsini bildirmişdir. Atası hadisə yerində olmamış, atasını Smolensk şəhəri Qospitalnıy küçəsində yerləşən xəstəxanaya aparmışlar. Hadisə yerində polis əməkdaşları olmuş, həmçinin atasının qan izi olan avtomobili durmuşdur. Polis əməkdaşları onu atası haqqında sorğusual etmiş, onun nə ilə məşğul olduğunu soruşmuşlar. O da bildirmişdir ki, atası hərbi təqaüdçüdür və valyuta dəyişməsi ilə məşğul olmuşdur. Ondan sonra ona videogörüntülər təqdim olunmuş, həmin görüntülərdən müəyyən olunmuşdur ki, Azərbaycan millətindən olan iki nəfər şəxs valyuta mübadiləsi zamanı atasına hücum etmiş, bu zaman dalaşma baş vermiş, atasından içində 500000 rus rublu olan pul qabını zorla almışlar, atası isə müqavimət göstərimşdir. Sonra isə bir şəxs iti predmetlə atasının ürək nahiyəsinə zərbə vurmuşdur. Sonra o, atasının aparıldığı xəstəxanaya getmişdir. O, xəstəxanaya gələndə atası artıq ölmüş və xəstəxananın meyitxanasında olmuşdur. Meyitxananın əməkdaşı atasının yarasını ona göstərmişdir. Zərbə bıçağa oxşayan predmetlə qabırğaarası vurulmuş, bu zaman ürək nahiyəsi zədələnmrşdir. Atası tibbi yardım vaxtında göstərilməməsi səbəbindən ölmüşdür. Belə ki, təcili tibbi yardım briqadası hadisədən 40 dəqiqə-1 saat sonra gəlmişdir. Hadisədən sonra atası ona deyil, onun anası olmayan şəxsə-atasının arvadına zəng etmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadədə göstərilən hər hansı hallara dair məlumatı yoxdur, istintaq orqanına təqdim edilməyən və hazırda təqdim ediləsi heç bir sübutu yoxdur. Öz mülki iddiasını müdafiə edir və mülki iddia ilə bağlı hər hansı sübutu təqdim edə bilmir. Təqsirləndirilən şəxs tərəfindən oan vurulan ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. İş materiallarına əlavə olunmuş həmin məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolensk şəhəri Promışlennıy Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli iclas protokolundan və 21 mart 2024-cü il tarixli iclas protokolundan görünür ki, iş üzrə Şahid4 tapmaq mümkün olmadığından ona məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin təqdim edilməsi və şahid qismində dindirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolensk şəhəri Promışlennıy Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli iclas protokolundan görünür ki, Şahid5 şahid qismində dindirilmiş, verdiyi ifadəsində vaxtı və müddətini xatırlamadığı Smolensk şəhərinin Kaşen küçəsi rayonunda valyuta mübadiləsi ilə məşğul olan şəxsə hücum olunduğunu, həmin vətəndaşın bıçaq yaraları aldığını, onun tibbi yardım göstərmək üçün ora gəldiyini, başqa işin halları ilə bağlı heç nə bildirə bilmədiyini, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini tam olaraq təsdiq etdiyini və əlavəsinin olmadığını göstərmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolensk şəhəri Zadneprovskiy Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli iclas protokolundan görünür ki,iş üzrə Şahid6 dindirilmişdir. O, şahid ifadəsində göstərmişdir ki, bu hadisə bir neçə il əvvəl olmuşdur. Ancaq çox vaxt keçdiyindən hadisənin vaxtını artıq xatırlamır. Bildirir ki, Smolensk şəhəri Vitebsk şossesi küçəsində 4 nömrəli evin həyətində qırmızı rəngli VAZ- 2108 dövlət nömrə nişanlı avtomobil görmüşdür. Avtomobil ona görə diqqətini cəlb etmişdir ki, o, ev sakinlərinin heç birinə məxsus olmamışdır. Həmin avtomobilin yanında avtomaşınını saxlayanda qabaq sərnişin qapısının açıq olmasını görmüşdür. Həmin avtomaşının kimə məxsus olması və kim tərəfindən idarə edilməsi ona aydın olmamışdır. Bu şübhəli avtomobil haqqında o, polisə xəbər vermişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Hər hansı sənədin əlavə edilməsi ilə bağlı hər hansı əlavəsi, ərizəsi və vəsatəti yoxdur. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Smolenks şəhəri Zadneprovskiy Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 18 mart 2024-cü il tarixli və 28 mart 2024cü il tarixliiclas protokollarından və digər sənədlərdən görünür ki, Şahid3 Vladimiroviçin olduğu yeri müəyyən etmək mümkün olmadığından onun şahid qismində dindirilməsini təmin etmək və bununla da məhkəmə tapşırığını icra etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə tapşırığının icrası ilə əlaqədar Balakən Rayon Məhkəməsinə daxil olmuş Rusiya Federasiyası Bryansk şəhəri Sovetskiy Rayon Məhkəməsinin 20 mart 2024-cü il tarixli, 10 aprel 2024-cü il tarixli iclas protokollarından və 10 aprel 2024-cü il tarixli qərardadından görünür ki, Şahid1 olduğu yeri müəyyən etmək mümkün olmadığından onun şahid qismində dindirilməsini təmin etmək və bununla da məhkəmə tapşırığını icra etmək mümkün olmamışdır. İş materiallarından həmçinin görünür ki, Şahid2 dindirilməsi həyata keçirilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə Rusiya Federasiyasının vətəndaşları olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçılar X33 və X4, həmçinin şahidlər Şahid1, Şahid2, Şahid3 Vladimiroviç, Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə keçirilən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə göstərilənləri və ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq həmin şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini elan etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında ibtidai istintaq zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı qismində verdiyi ifadəsi elan olunmuş X4 ifadəsində bildirmişdir ki, Rusiya Federasiyası Smolensk şəhəri, Çaplin küçəsi, ev 7/20, mənzil 20 ünvanında qeydiyyatdadır və faktiki olaraq əri A.S. Antonenko, həddi buluğa çatmamış qızı və xx.xx.1957 il təvəllüdlü anası X16 ilə birlikdə yaşayır. Qızlıq soyadı Satuşevadır. xx.xx.1957 il təvəllüdlü atası X20 Smolensk vilayəti, Smolensk r-nu, Daçnaya-1 kəndi, ev 83-B ünvanında arvadı T.A. Paşkeviçlə birlikdə yaşamışdır. Atası üç dəfə nikaha daxil olmuşdur, sonuncu arvadı T.A. Paşkeviç olub, birgə nikahdan övladları yoxdur. Atası İ.N. Satuşevin ikinci nikahından anadan olmuşdur, atasının birinci nikahından anadan olmuş qardaşı X33 adlı ögey qardaşı var, onunla normal münasibətdədirlər. Atası hərbi təqaüdçüdür, o, istefada olan polkovnik-leytenant olmuşdur. RF silahlı qüvvələrində hərbi xidməti atası Almaniya və Qazaxıstanda keçmişdir. Təxminən 15 il hadisədən əvvəl RF silahlı qüvvələrindən təqaüdə çıxdığına görə istefa vermişdir. Bundan sonra vətəni Smolensk şəhərinə qayıtmış, T.A. Paşkeviçlə tanış olmuş, sonradan onunla evlənmişdir. Atası İ.N. Satuşev Smolensk şəhərinin Kaşen küçəsində yerləşən “Raduqa” mağazasının arxasında valyuta mübadiləsi ilə məşğul olmuşdur. xx.xx.2017-ci ildə qohumlarından ona məlum olmuşdur ki, atası biçaqla vurulduğuna görə xəstəxanaya aparılıb və orada vəfat edib. Smolensk Vilayəti Məhkəməsi tərəfindən ittiham olunan R.Q. Musayev barəsindəki cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış, məhkəmə prosesində ifadə vermişdir. Hal-hazırda ona izah edilir ki, cinayətin ikinci iştirakçısı C.M. Xəlilova qarşı mülki iddia qaldırmaq hüququ var, öz hüququndan istifadə edərək mülki iddia qaldırmaq istəyir. C.M. Xəlilovun RF CM 161 mad. 2 his. “d” bəndi ilə təqsirləndirilməsinə dair **********3000028 №-li cinayət işinin Azərbaycan Respublikasına göndərilməsinə etiraz etmir. Dəqiqləşdirmək istəyir ki, atası İ.N. Satuşevin anası, nənəsi xx.xx.1937 il təvəllüdlü X10 xx.xx.2015-ci ildə vəfat etmişdir. Həmçinin ona məlumdur ki, X7 vəfat etmişdir, lakin dəqiq nə vaxt bilmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı qismində verdiyi ifadəsi elan olunmuş X33 ifadəsində bildirmişdir ki, dindirmə zamanı özünü yaxşı hiss edir, verilən suallara cavab vermək iqtidarındadır. Atası İ.N. Satuşev Smolensk vilayəti, Smolensk şəhəri, 1-ci Daçnaya kəndi, Lesnaya küçəsi, ev 83 ünvanında həyat yoldaşı T.A. Paşkeviç ilə birlikdə yaşamışdır. Atası üç dəfə evli olmuşdur, Paşkeviç onun üçüncü arvadı idi. Atası Satuşev ehtiyatda olan hərbi təqaüdçü podpolkovnik olmuşdur. Satuşev Qazaxıstan və Almaniyada xidmət etmişdir. Təxminən 15 il əvvəl təqaüdə çıxandan sonra Satuşev vətəni olan Smolensk şəhərinə geri qayıtmış, burada Paşkeviç ilə tanış olmuş və sonradan evlənmişlər. Atası ilə Paşkeviçin birgə övladları yoxdur. Atasının birinci nikahından olan oğludur. Həmçinin atasının ikinci nikahdan bir qızı var. Son illərdə atası ilə çox yaxşı münasibətləri olmuşdur. Atası pul vəsaitlərinin mübadiləsi ilə məşğul olmuşdur. Cari ildə atası ilə birlikdə Smolensk şəhərində bir aptek açmaq fikrinə gəlmişlər, çünki atası İ.N. Satuşev artıq yaşlanmışdı (xx.xx.2017-ci ildə onun 60 yaşı olmalı idi), bu səbəbdən də soyuğun qarşısında dayanıb pul mübadiləsi etmək istəmirdi. Onlar Smolensk şəhəri Vorobyov küçəsində aptek üçün yer almışlar. Qeyd olunan apteki yeni ilə qədər açmağı planlaşdırırdılar. Atası “Raduqa” mağazasının arxasında pul vəsaitlərinin mübadiləsini həyata keçirmişdir. xx.xx.2017 –ci il tarixində ona məlum olmuşdur ki, atası bıçaqla yaralanıb, xəstəxanaya aparılıb və xəstəxanada dünyasını dəyişib. Məhkəmə iclasında ibtidai istintaq zamanı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı qismində verdiyi əlavə ifadəsi elan olunmuş X33 əlavə ifadəsində bildirmişdir ki, atası İ.N. Satuşev Smolensk vilayəti, Smolensk şəhəri, 1-ci Daçnaya kəndi, Lesnaya küçəsi, ev 83 ünvanında həyat yoldaşı T.A. Paşkeviç ilə birlikdə yaşamışdır. Atası üç dəfə evli olmuşdur, Paşkeviç onun üçüncü arvadı idi. Atası Satuşev ehtiyatda olan hərbi təqaüdçü podpolkovnik olmuşdur. Satuşev Qazaxıstan və Almaniyada xidmət etmişdir. Təxminən 15 il əvvəl təqaüdə çıxandan sonra Satuşev vətəni olan Smolensk şəhərinə geri qayıtmış, burada Paşkeviç ilə tanış olmuş və sonradan evlənmişlər. Atası ilə Paşkeviçin birgə övladları yoxdur. Atasının birinci nikahından olan oğludur. Həmçinin atasının ikinci nikahdan bir qızı var. Son illərdə atası ilə çox yaxşı münasibətləri olmuşdur. Atası pul vəsaitlərinin mübadiləsi ilə məşğul olmuşdur. Cari ildə atası ilə birlikdə Smolensk şəhərində bir aptek açmaq fikrinə gəlmişlər, çünki atası İ.N. Satuşev artıq yaşlanmışdı (xx.xx.2017-ci ildə onun 60 yaşı olmalı idi), bu səbəbdən də soyuğun qarşısında dayanıb pul mübadiləsi etmək istəmirdi. Onlar Smolensk şəhəri Vorobyov küçəsində aptek üçün yer almışlar. Qeyd olunan apteki yeni ilə qədər açmağı planlaşdırırdılar. Atası “Raduqa” mağazasının arxasında pul vəsaitlərinin mübadiləsini həyata keçirmişdir. xx.xx.2017-ci il tarixində ona məlum olmuşdur ki, atası bıçaqla yaralanıb, xəstəxanaya aparılıb və xəstəxanada vəfat edib. Smolensk Vilayəti Məhkəməsi tərəfindən ittiham olunan R.Q. Musayev barəsindəki cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış, məhkəmə prosesində ifadə vermişdir. Ona izah edilmişdir ki, cinayətin ikinci iştirakçısı C.M. Xəlilova qarşı mülki iddia qaldırmaq hüququ var, öz hüququndan istifadə edərək mülki iddia qaldırmaq istəyir. C.M. Xəlilovun RF CM 161 mad. 2 his. “d” bəndi ilə təqsirləndirilməsinə dair **********3000028 №-li cinayət işinin Azərbaycan Respublikasına göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında ibtidai istintaq zamanı Rusiya Federasiyasında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunmuş X27 ifadəsində bildirmişdir ki, ona qarşı elan olunmuş cinayəti törətməkdə təqsirini tam şəkildə etiraf edir, lakin irəli sürülən ittihama görə cinayətlərin törədilməsində yalnız özü təqsirlidir. Çünki C.M. Xəlilov onun cinayətkar niyyətindən xəbərdar deyildi. Son bir neçə il ərzində, təxminən 2014-cü ildən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. Yay aylarında Tver şəhərinə gəlmiş və burada müxtəlif yollarla qazanc əldə etməyə çalışmış, bazarda işləmişdir. Bir neçə il əvvəl, təxminən 2016-cı ilin yayında Tver şəhərində C.M. Xəlilov ilə tanış olmuşdur. 2017-ci ilin mart ayında yenidən Tver şəhərinə gəlmiş, restoranda mühafizəçi işləmiş, qazanmış, restoranın adını xatırlamadığı üçün qeyd edə bilmir. 2017-ci ilin oktyabr ayında, dəqiq tarixi xatırlamır, C.M. Xəlilov ilə Tver şəhərində rastlaşmışdır. Görüşdükləri yeri də xatırlamır. Söhbət zamanı C.M. Xəlilov ona bildirmişdir ki, maşın almaq, sonra isə Smolensk şəhərinə gedib taksi kimi fəaliyyət göstərmək istəyir. Əvvəl 2017-ci ilin yay aylarında bir dəfə Smolensk şəhərində olmuşdur və orada da işə düzəlmək istəyirdi. Smolensk şəhərində təxminən 10 gün qalmışdı. Həmçinin Smolensk şəhərində bazarda olmuşdur və orada olan vətəndaşlarla işə düzəlmək barəsində söhbət etmişdir. Söhbət zamanı bu fikirlə maraqlanmışdır, çünki əvvəllər də azərbaycanlı tanışlarla söhbət zamanı dəfələrlə eşitmişdi ki, Smolensk şəhərində yaxşı qazanmaq mümkündür. Bununla əlaqədar düşünmüşdür ki, elə o da Xəlilovla birlikdə Smolensk şəhərinə getməlidir, çünki yaşamaq daha ucuz başa gəlsin deyə ikisi də bir mənzil kurayələyə bilərlər və o da işə düzələ bilər. Sonradan onlar bir müddət ərzində müxtəlif saytlar vasitəsilə internetdə Cavid üçün maşın axtarmağa başlamışlar. Sonra Bryansk şəhərində təxminən 30 000 rubl dəyərində “VAZ 2108” avtomobilini tapmışlar. Bundan sonra C.M. Xəlilov maşının satıcısına zəng etmiş və görüş haqqında razılaşmışlar. Bundan sonra onlar ikilikdə Bryansk şəhərinə getmiş, maşına baxmış, onu almış, xatırladığına görə 25 000 rubl ödəmişlər. Bundan sonra vaxt itirmədən avtomobil ilə Smolensk şəhərinə getmək qərarına gəlmişlər. Qırmızı rəngli “VAZ 2108” markalı avtomobil ilə Smolensk şəhərinə gələndən sonra (maşının dövlət nömrə nişanını xatırlamır) internet şəbəkəsi vasitəsilə müxtəlif saytlarda mənzil axtarmağa başlamışlar.Sonradan bir nömrə ilə əlaqə saxlayıb, görüş haqqında razılaşmış və tapdıqları mənzilin yerləşdiyi ünvana getmişlər. Ünvanı hazırda xatırlamır. Mənzilin sahibi ilə görüşüb kirayə barədə razılaşmış, mənzil Smolensk şəhərində olmuşdur, lakin dəqiq ünvanı xatırlamadığına görə qeyd edə bilmir. Bundan sonra istirahət etmək məqsədi ilə mənzildə qalmış, səhəri gün işə düzəlməyə getmək fikirləri olmuşdur. C.M. Xəlilov taksi sürücüsü fəaliyyətinə, o isə bazarda işə başlamaq istəmişdir. Bir neçə gün ərzində işə düzəlməyə çalışmışlar, bazarda gəzib insanlardan işə necə düzələ biləcəyini soruşmuşdur. Cavab olaraq ona bildirmişlər ki, əvvəl işə düzəlmək daha rahat idi, indi isə hər şey rəsmi olmalıdır. Sənədləri olmadığına görə işə düzələ bilmirdi. C.M. Xəlilov da işə düzələ bilmirdi, lakin ona taksidə işə düzələcəyinə söz vermişdilər. xx.xx.2017-ci ildə pul vəsaitləri olmadığına və işə düzələ bilmədiyinə görə Azərbaycanda isə pul borcunun olduğuna görə əvvəl tanıdığı bir kişini talamaq fikrinə gəlmiş, həmin kişi Kaşen küçəsində «Raduqa» mağazasının yanında pul vəsaitlərinin mübadiləsini həyata keçirməklə məşğul idi və araq satırdı. Bu adamın üstündə pul vəsaitlərini olduğunu bilirdi, lakin C.M. Xəlilova özünün cinayətkar niyyəti barədə heç nə deməmişdir, çünki onun cinayət törətməyə razı olmayacağını bilirdi. C.M. Xəlilov gənc yaşda olması səbəbindən çox ehtiyatlı və qanuna riayət edən oğlandır. Cinayəti törətmək məqsədi ilə 2017-ci ilin yay ayında pul vəsaitlərini dəyişdiyi həmin kişinin orada olubolmadığını yoxlamaq fikrinə gəlmişdir. Həmin yerə getmək üçün bir səbəb düşünmüş və C.M. Xəlilova demişdir ki, xx.xx.2017-ci il tarixdə Smolensk şəhəri, Kaşen küçəsində yerləşən “Raduqa” mağazasına getmək və oradan tanış kişidən araq almaq lazımdır. Səhəri gün xx.xx.2017-ci il tarixdə dəqiq saatı xatırlamadığı vaxtda onlar «Raduqa» mağazasının yanına getmişlər, orada “VAZ” markalı avtomobildə əvvəl üzdən tanıdığı, sonradan adını bildiyi İ.N. Satuşevi görmüşdür. Ona yaxınlaşmış, salamlaşmış, bir az söhbət etmiş, ondan 4 və ya 5 litrlik kanistrdə araq almışdır. Bundan sonra C.M. Xəlilovun onu gözlədiyi yerə maşına qayıtmışdır. Bundan sonra onlar həmin yerin yaxınlığında yerləşən bazara getmişlər, çünki o, C.M. Xəlilova iş üçün baxmaq istədiyini demişdir. Bazarda gəzdikləri zaman pavilyonlardan birinə girmiş və oradan bıçaq almışdır. Daha sonra ordan çıxmış və C.M. Xəlilov ilə birlikdə gəzməyə davam etmişlər. Bıçaq aldığından Təqsirləndirilən şəxs xəbəri olmamışdır. Bıçağı o məqsədlə almışdır ki, planlaşdırıdığı oğurluğu etdiyi zaman İ.N. Satuşevi qorxuzsun, çünki bilirdi ki, Satuşev üzərində olan pul vəsaitlərini rahatlıqla ona verməyəcək. Satuşevi öldürmək fikri olmamış, onu yalnız qorxuzaraq, pul vəsaitlərini oğurlamaq istəmişdir və bunun cinayət olduğunu anlayırdı. Sonradan bazarda gəzib, bir neçə yerdə işlə maraqlanandan sonra C.M. Xəlilova evə getməyi təklif etmişdir. Kirayə götürdükləri evə gələndən sonra İ.N. Satuşevdən aldığı spirtli içkini içməyə başlamışdır. Bir qədər içəndən sonra yatmağa uzanmışdır. Bu zaman cinayəti necə törədəcəyini düşünməyə başlamışdır. Səhər C.M. Xəlilovdan onu «Raduqa» mağazasının yanına aparmasını xahiş edəcəyini, orada İ.N. Satuşevin pul vəsaitlərini oğurlayacağını, sonra isə C.M. Xəlilovdan onu şəhərdən çıxarmasını xahiş edəcəyini düşünmüşdür. Səhəri gün saah 06:00 dəqiqədə yuxudan oyanmış, C.M. Xəlilovu da oyatmış, ondan güya iş axtarmaq məqsədilə onu yenidən «Raduqa» mağazasının yanına aparmasını xahiş etmişdir. Xəlilov razılaşmış və ondan başqa heç nə soruşmamışdır. Bundan sonra «Raduqa» mağasının yanına, talamaq niyyətində olduğu İ.N. Satuşevin valyuta mübadiləsi ilə məşğul olduğu yerə getmişlər. Təxminən saat 07:00 dəqiqədə «Raduqa» mağazasının yanına gəlmişlər, dəqiq saatı xatırlamadığı üçün qeyd edə bilmir, çünki üstündən uzun müddət keçmişdir. İ.N. Satuşevin artıq orada, öz maşınının yanında olduğunu görmüşdür. Maşından düşüb planını həyata keçirmək məqsədi ilə İ.N. Satuşevə yaxınlaşmış, C.M. Xəlilov bu zaman öz maşınında olmuş, onun cinayət törətmək niyyətindən qətiyyən xəbəri olmamışdır. İ.N. Satuşevin yanına gələndən sonra onunla salamlaşmış, araq istədiyini bildirmiş, Satuşev maşınından araq kanistrini çıxarıb ona vermiş, o isə Satuşevə pul vermişdir. Bundan sonra kanistri Xəlilovun yanında dayandığı avtomobilinə aparmışdır. Kanistri maşına qoyandan sonra yenidən İ.N. Satuşevin yanına getmiş, bu zaman C.M. Xəlilov “Hara gedirsən, gəl gedək” deyə ona səslənmişdir. “Səbrli ol, gəlirəm indi” deyə cavab vermişdir. O, İ.N. Satuşevə yaxınlaşmış, üzərində olan bıçağı çıxarıb ona göstərmiş və ona “pulları ver” deyə qışqırmışdır. Bu zaman İ.N. Satuşev hər iki əlini əynində olan gödəkcənin ciblərinə salmış, bundan qorxmuşdur və sağ əlində olan bıcaq ilə onun döş nahiyəsinə zərbə yetirmişdir. Bıçaq onun əlində olmuş, İ.N. Satuşev qışqırmağa başlamış və yerə oturduğu zaman onun ağzını bıçağı tutduğu sağ əli ilə sıxmağa başlamışdır ki, qışqıra bilməsin. Satuşev onun əlini dişləmiş, lakin onu daha vurmamışdır. Bu zaman C.M. Xəlilov onların yanına qaçmış, onları sakitləşdirməyə başlamışdır, çünki nə baş verdiyini bilmirdi, bundan sonra dizləri üstündə oturan İ.N. Satuşevdən kənara çəkilmiş, onun avtomobilinə getmiş və planını həyata keçirmək, Satuşevin pulunu oğurlamaq üçün avtomobili axtarmağa başlamışdır. Avtomobilin sol qabaq oturacağının altında içində pul olan paketi tapandan sonra onu götürmüş və öz maşınlarına tərəf getmişdir. Bu zaman İ.N. Satuşev ona yaxınlaşmış, onu tutmuş, Satuşevin əlindən qurtarmağa çalışmışdır. Bir neçə dəqiqə mübarizədən sonra onun əlindən çıxmış, lakin pulların bir hisəsini yerə salmışdır. Xəlilova pulları götür deyə qışqırmış, C.M. Xəlilov yerdən pulları götürmüş, ikisi də maşınlarına tərəf qaçmış və maşına minmişlər. Bundan sonra Xəlilova getmələrini bildirmişdir. Sonra sükan arxasında olan C.M. Xəlilov maşını idarə etmişdir. C.M. Xəlilov çox qorxmuşdur. Xəlilova “Körpüyə sür!” deyə qışqırmışdır. Bundan sonra körpüdə olduqları zaman ona “Sağa dön” demiş, sonra isə iki-üç mərtəbəli binaları görmüş və “Həyətə dön” deyə qışqırmışdır. Həyətdə maşını saxlayandan sonra düşmüşlər. C.M. Xəlilov soruşmağa başlamışdır: “Sən bunu niyə etdin?”. O isə cavab vermişdir ki: “Belə alındı!”. Bundan sonra onlar avtomobildən içində su olan butulkanı götürmüşlər və maşından kənara çəkilib əlini yumuşdur. Bundan sonra Qalib adlı tanışına zəng etmiş, ona “mənim yanıma tanışım gələcək, onu qarşılamaq lazımdır” demiş və Qalibdən onu aparmağını xahiş etmişdir. Qalibə olduğu yeri, yəni, körpünün altını izah etmiş, o da “anladım və bir azdan gəlirəm” deyə cavab vermişdir. Bir müddət sonra Qalib qara rəngli xarici istehsal olan avtomobil ilə onların yanına gəlmişdir (maşının markasını və modelini xatırlamır və buna görə də dəqiq qeyd edə bilmir). Onlar Qalibin maşınına minmişlər. Qalibdən güya tanışını qarşılamaq məqsədi ilə onları şəhərdən çıxarmağını xahiş etmişdir. Qalib razılıq vermiş və bundan sonra onları şəhərdən kənara Moskva- Minsk trasına çıxarmış, burada Qalibin yol xərcini ödəyib onunla sağollaşmış və maşından düşüb dostunu gözləyəcəklərini demişlər. Bundan sonra əvvəl onu taksi kimi aparmış və nömrəsini götürdüyü bir gənc oğlana zəng etmiş və onu Minsk şəhərinə aparmağını xahiş etmişdir. O, razılıq vermiş, olduqları yeri ona izah etmişdir. Bir müddət sonra həmin oğlan xarici istehsal olan avtomobil ilə onların yanına gəlmişdir (maşını markasını və modelini xatırlamır və buna görə də dəqiq qeyd edə bilmir). Onlar maşına oturandan sonra Minsk şəhərinə getməli olduğuqlarını bildirmiş, o, 7000 rubl qiymət demiş, razılaşmış və onlar Minsk şəhərinə getmişlər. Minsk şəhərinə çatandan sonra həmin oğlan onları düşürüb çıxıb getmişdir. Moskva-Minsk trasında yolda ayaqyoluna getmək üçün dayanmışlar, burada İ.N. Satuşevə bədən xəsarəti yetirdiyi bıcağı tullamışdır, dəqiq yeri və hansı yaşayış məntəqəsinin olduğunu qeyd edə bilmir, çünki xatırlamır. Minsk şəhərində olduğu zaman pul mübadilə məntəqəsinə getmiş, İ.N. Satuşevdən oğurladığı Belarusiya rubllarını dollara çevirmiş, pulu saymamış, mübadilə məntəqəsində ona 8 000 dollar vermişlər, həmçinin oğurladığı paketdə Rusiya rublu ilə də 23 000 rubl vəsait olmuş, onu dəyişməmişdir. Bundan sonra onlar taksi ilə hava limanına getmiş, burada bilet almışlar, axşam saatlarında isə təyyarə ilə Gürcüstana uçmuşlar. Sonradan xx.xx.2017-ci ildə piyada yol ilə Azərbaycana sərhəddi keçmişlər. Bundan sonra Təqsirləndirilən şəxs görməmişdir. Bütün bu vaxt ərzində C.M. Xəlilov onu İ.N. Satuşevə bıcaq yarası yetirdiyinə və onun pullarını taladığına görə təqsirləndirmişdir. Bundan sonra bir müddət Azərbaycanda olmuş, sonra isə Gürcüstana və Türkiyəyə getmişdir. Sonradan Azərbaycanda olan qohumları ilə telefon vasitəsilə əlaqə saxlamışdır, dəqiq kiminlə danışdığını xatırlamır, qohumları ona demişlər ki, sənədlər gəlib, o kimisə Rusiyada öldürdüyünə görə qohumları dindirilib, beləliklə də axtarışda olduğunu başa düşmüşdür. Sonradan 2018-ci ilin yay aylarında onu Ukrayna ərazisində beynəlxalq axtarışda olmağı səbəbi ilə saxlamışlar. xx.xx.2019-cu il tarixində Smolensk şəhərinə ekstradisiya olunmuşdur. Hazırda N. Satuşevə qarşı törətdiyi əmələ, ona bıcaq yarası vurduğuna və onun pul vəsaitlərini oğurladığına görə peşmandır, bildirmək istəyir ki, C.M. Xəlilov ilə cinayəti törətmək barədə heç bir razılıqları olmayıb, Xəlilovun onun cinayət törətmək niyyətindən qətiyyən xəbəri olmayıb, hətta onun yerə saldığı pul vəsaitlərini də onun göstərişi ilə götürmüşdür, hazırda C.M. Xəlilovun olduğu yer barədə məlumatı yoxdur, çünki Azərbaycan sərhəddini birlikdə keçəndən sonra onu bir daha görməmişdir. Fakt üzrə əlavə edəcəyi başqa məlumatı yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi əlavə ifadəsi elan olunmuş X27 xx.xx.2021-ci il tarixli əlavə ifadəsində bildirmişdir ki, Vadino qəsəbəsində yerləşən 2 №-li CM cəza çəkir. Cəzanı RF 105 madddəsinin 2-ci hissəsi, 162 madddəsinin 4 hissəsi ilə çəkir, hökm Smolensk Vilayəti Məhkəməsi tərəfindən xx.xx.2021 il tarixində çıxarılmışdır. Xəlilovla 2016 ildə RF tanış olmuşdur, dəqiq yeri hazırda xatırlamır. “H 891 EC 32” dövlət qeydiyyat nömrəli VAZ 2108 markalı avtomobil Xəlilova məxsusdur. Həmin avtomobili Xəlilov Bryansk şəhərində əldə etmişdir, dəqiq nə vaxt xatırlamır. Avtomobili taksi kimi istifadə etmək üçün almışdır. Onun sürücülük vəsiqəsi yoxdur, maşın sürmür. Xəlilov fikirləşmişdir ki, araq almağa gedirlər. Həmin yerə Xəlilov onu dostcasına aparmışdır, yolda söhbət etməmişlər. Həmçinin izah edə bilər ki, Xəlilovun məhz Satuşevin yanına getmələri haqqında xəbəri olmamışdır, onunla tanış deyildi. Satuşevi öldürmək fikri yox idi, biçağı qətiyyətli olmaq üçün götürmüşdür. Üzərində biçağın olması barədə Xəlilovun xəbəri olmamışdır. Hadisə yerinə gəldikdə Xəlilova harada durmalı və nə etməli olduğu barədə heç nə deməmişdir. Onlar birlikdə Satuşevin yanına gəlmiş, maşını başqa yerdə saxlamışlar. Həmçinin qeyd etmək istəyir ki, onun və Satuşevin arasında münaqişə baş verdiyini görürdü, lakin qarışmırdı. Satuşevə zərbə vurduğunu görən Xəlilov çox qorxmuşdur və heç bir hərəkət etmirdi. Satuşevin əlindən düşən çantanı o, özü götürmüşdür. Pul olan çantanı götürəndən sonra Xəlilova maşına getməyi əmr vermiş və özü onun ardınca gedərək sərnişin yerində oturmuşdur, Xəlilov isə sükanın arxasına oturmuşdur. Həmçinin qeyd etmək istəyir ki, Xəlilov polisə müraciət etməyi təklif etmiş, lakin bunu qadağan etmişdir. Satuşevin çantasında olan puldan Xəlilova heç nə verməmiş, çanta onun özündə olmuşdur. Talanan pulları öz mülahizəsinə görə istifadə etmiş, yəni həmin pula özünə və Xəlilova bilet, həmçinin yemək-içmək almışdır. Satuşevin yanına gəldikdə avtomobili maşında olan nasazlıq səbəbindən söndürməmişlər.Xəlilov ona kömək etmirdi, dəfələrlə ona polisə müraciət etməyi təklif etmişdir. Xəlilovun polisə getməməsi üçün o, vətənə - Azərbaycan Respublikasına bilet almağı söz vermişdi. Xəlilovun Satuşev barəsində törədilən cinayətdə heç bir iştirakı olmamışdır. Şahidi olan cinayətdən sonra bütün hərəkətləri onun göstərişi ilə yerinə yetirirdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, qeydiyyatda olduğu ünvanda Bryansk şəhəri, Lenin pr- ti, ev 4-v, mənzil 12 ünvanında həyat yoldaşı və iki kiçik qızı ilə birlikdə yaşayır. Valideynləri Bryansk şəhəri, Fokino küç., ev 88. mənzil 27 ünvanında yaşayırlar. Təxminən bir il əvvəl, daha dəqiq desə, xx.xx.2016-cı ildə atası vəfat etməzdən əvvəl ona özünün qırmızı rəngli VAZ 2108 markalı H 891 EC 32 region dövlət qeydiyyat nömrəli, 1988-ci buraxılış ili olan avtomobilini hədiyyə etmişdir. Avtomobili YHTDM-də alqı-satqı müqavilə əsasında öz adına qeydiyyata salmışdır. Maşın işlək vəziyyətdə olmuşdur. Maşının təmirinə təxmini olaraq 40 000 rubla qədər vəsait sərf etmişdir. Maşın davamlı şəkildə xərc tələb etdiyindən onu satmaq qərarına gəlmiş və 2017-ci ilin oktyabr ayının əvvəlində dostu və qohumu X6 xahişi ilə avtomobilin şəkillərini satmaq məqsədilə internet vasitəsilə “Avito” saytına yerləşdirmişdir. Qiyməti isə 27 000 rubl yazmışlar. xx.xx.2017-ci il tarixində mobil telefon vasitəsilə alıcılar dostu ilə əlaqə saxlamışlar (nömrə: 930 730 17 55). Eyni tarixdə təxminən saat 13:00 radələrində alıcı Quz ilə görüşmüşdür. Görüş Partizan meydanının ərazisində yerləşən “Juravli” adlı mağazanın mərkəzi girişinin yanında baş tutmuşdur. Quz “Sitroyen Krose” markalı H 994 MB region 32 dövlət qeydiyyat nömrəli avtomobil ilə gəlmişdi. Quz qeyd olunan kişi ilə Quzun avtomobili ilə Quza məxsus olan, QSK “Rodina”da yerləşən 56 nömrəli qaraja gəlmişlər. Qeyd olunan qaraja yaxınlaşmış və burada Quzu və qafqaz millətindən olan bir gənc oğlanı görmüşdür, oğlanın təxminən 25 yaşı olardı, arıq bədən quruluşuna malik idi, boyu 175 sm olardı. Əynində qəhvəyi rəngli qarışıq naxışlı gödəkcə, açıq rəngli cins şalvar, qəhvəyi krasovka olmuşdur. Saçlarının rəngi tünd, qısa saçlı, üzündə qara rəngli saqqal olmuşdur. Həmin kişi avtomobilə baxmış, onu bəyənmişdir. Ondan bu avtomobili nə üçün istədiyini soruşmuş, o bildirmişdir ki, mal daşıyacaq, o cümlədən Bryansk şəhərində yerləşən “Şukino” bazarından pomidor daşıyacaq. Qiymətdə razılaşmış, 22 000 rubla danışmışlar. Oğlan bildirmişdir ki, nahardan sonra pulları gətirəcək. Oğlan qarajın yanından piyada getmişdir. Onun davranışından və sözlərindən aydın olmuşdur ki, o, şəhəri yaxşı tanımır. Yenidən «Juravli» mağazasının mərkəzi girişinin qarşısında görüşməyə razılaşmışlar. Quz ilə Juravli mağazasının qarşısında Quzun avtomobilində oturmuşlar. Təxminən saat 15:30-16 radələrində həmin oğlan taksi ilə mağazanın yanına gəlmişdir. Onunda daha bir qafqaz görünüşlü kişi olmuşdur, kişinin 40-45 yaşı olardı, iri bədən quruluşuna malik idi, boyu 180-185 sm olardı. Əynində aşağı tərəfində rezini olan qəhvəyi rəngli dəri gödəkcə, tünd göy rəngli cins şalvar var idi. Həmin kişinin saçları bozumtul rəngdə, qısa kəsilmiş olmuş, üzü təmiz qırxılmış olmuşdur. Həmin vətəndaşlar Quzun avtomobilinə əyləşmişlər. Onlar birlikdə qaraja getmişlər. Quz ilə birlikdə alqı-satqı müqaviləsini tərtib etmişdir. Müqailəyə onun və maşını alan qafqaz görünüşlü oğlanın anket və pasport məlumatlarıını yazmışlar. Qeyd olunan müqavilə ondadır, onun surətini dindirmə protokoluna əlavə edir. Bu zaman o, avtomobili alan oğlanı xəbərdar etmişdir ki, əgər o, 10 gün ərzində avtomobili uçota salmazsa, yəni öz adına keçirməzsə, o, 10 gündən sonra özü avtomobili dövlət müfəttişliyində qeydiyyatdan çıxaracaq. Oğlan bildirmişdir ki, bu məsələni özü 2 -3 gün ərzində həll edəcəkdir. Bundan sonra bu kişiləri bir daha görməmişdir. Dindirmə zamanı şahid P.V. Tkaçenkoya D.V. Xəlilovun adına miqrasiya kartının surəti göstərilmiş, miqrasiya kartının yuxarı sağ küncündə kart sahibinin şəkli mövcuddur. Miqrasiya kartına baxdıqdan sonra şahid P.V. Tkaçenkoya sual verilmişdir.Tkaçenko suala cavab olaraq bildirmişdir ki, “Qeyd olunan kartın üzərində olan foto şəkildə xx.xx.2017-ci il tarixində qırmızı rəngli VAZ 2108 markalı H 891 EC 32 region dövlət qeydiyyat nömrəli, 1988-ci buraxılış ili olan avtomobilini alqı-satqı müqaviləsinə əsasən 22 000 rubla satdığı kişi əks olunmuşdur”. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, 2017-ci ilin payız aylarında o, Smolensk şəhəri Kaşen küçəsində yerləşən bazarda yük vuran fəhlə işləyirdi. 2017-ci ilin oktyabr ayının sonunda səhər saat təxminən 07:00 dəqiqədə işə gəlmişdir (dəqiq saatı xatırlamır). İşə gəldiyi zaman yolun hərəkət hissəsində dayanmış qırmızı rəngli VAZ 2108 markalı avtomobilə diqqət yetirmişdir. Saat 07:30 dəqiqədə qışqırıq səsləri eşitmiş, sonra bazarın işçilərinin bazarın çıxışına qaçdıqlarını görmüşdür. Bazarın çıxışında tanıdığı, “valyutçik” bazarında pul mübadiləsi ilə məşğul olan İlya adlı şəxsi görmüşdür (hazırda ona məlumdur ki, onun soyadı Satuşev olub). İlya özünə məxsus VAZ 2111 markalı avtomobilində sürücü oturacağında oturmuşdu. Onun gödəkcəsinin yaxası açıq olmuşdur, onun döş nahiyəsindən axan qanı görmüşdür. İlya hüşunu itirmişdi, heç nə deyə bilmirdi. Polis çağırmışdır. Sonradan polis əməkdaşları, təcili tibbi yardım maşını gəlmiş, İlyanı xəstəxanaya aparmışlar. Sonradan bilmişdir ki, İlya bıçaq yarasından xəstəxanada vəfat edib. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 Vladimiroviç ifadəsində bildirmişdir ki, əvvəl verdiyi izahatı xatırlayır və tam olaraq təsdiqləyir. Fərdi sahibkardır və Smolensk şəhəri, Kaşen küçəsi, ev 8-a ünvanında yerləşən bazarda işləyir. Qida məhsullarının, xüsusən də dondurulmuş balıq məhsullarının satışını həyata keçirən konteyneri var. İşə saat 07:00 dəqiqədə gəlir. 2017-ci ilin oktyabr ayının sonunda səhər saat təxminən 07:00 dəqiqədə işə gəlmişdir (dəqiq saatı xatırlamır), avtomobilin balıq məhsulları ilə yüklənməsini həyata keçirirdi, təxminən saat 07:30 dəqiqədə qışqırıq səsləri eşitmiş, sonra bazarın işçilərinin bazarın çıxışına qaçdıqlarını görmüşdür, onlarla onun arasında 150 metr məsafə olardı. Kişilərin xarici görünüşünü xatırlamır, bilir ki, onlar slavyan xarici görünüşlü olmamışlar, saçları tünd olmuşdur. Başqa heç nə xatırlamır. Məhsulları avtomobilə qoymuş və tez-tez mərkəzi girişə tərəf getmişdir. Girişdə əvvəllər Bazarın çıxışında tanıdığı, “valyutçik” bazarında pul mübadiləsi ilə məşğul olan İlya adlı şəxsi görmüşdür (hazırda ona məlumdur ki, onun soyadı Satuşev olub). İlya bir əli ilə döş nahiyəsini tutmuş və qışqırmışdır – «qırmızı rəngli maşın». Həmçinin qışqırmışdır ki, onu bıçaqlayıblar.Əlini aşağı saldığı zaman görmüşdür ki, onun sinəsindən qan axır. İnsanlar toplaşmış, təcili yardım çağırılmasını demişdir. Bir müddət sonra polis əməkdaşları və TTY maşını hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəl verdiyi izahatı xatırlayır və tam olaraq təsdiqləyir. "xxxx" MMC-də işləyir. İşə saat 07:00 dəqiqədə gəlir. 2017-ci ilin oktyabr ayının sonunda səhər saat təxminən 07:00 dəqiqədə işə gəlmişdir (dəqiq saatı xatırlamır). “Tül” mağazasının yanından keçdiyi zaman orada dayanmış qırmızı rəngli Rusiya istehsalı olan avtomobilə diqqət yetirmişdir (maşının markasını və dövlət qeydiyyat nömrəsini xatırlamır). İşdə öz vəzifələrini icra etmişdir. Təxminən saat 07:30 dəqiqədə topdan satış bazanın kiçik vaqonlarının yanında Smolensk şəhəri, Kaşen küçəsi, ev 8a ünvanında səs-küy eşitmiş və insanların toplaşdığını görmüşdür. Bazarın işçiləri çıxışa tərəf qaçmışlar. İnsanların toplaşdığı yerə gəlmiş, nə baş verdiyini söruşmuş, ona bildirmişlər ki, hansısa kişini bıçaqlayıblar. Sonradan ona məlum olmuşdur ki, bıçaqlanan kişi “valyutçik” bazarında pul mübadiləsi ilə məşğul olan İlya Satuşev adlı şəxsi olub. Yuxarıda qeyd etdiyi avtomobili bazarda 2 gün ardıcıl, yəni qətl hadisəsi günü və ondan əvvəlki gün görmüşdür. Avtomobil girişin yanında dayanmış, içində iki nəfər kişi oturmuşdur, lakin onların xarici görünüşlərini xatırlamır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində bildirmişdir ki, 2005-ci ildən VDBSM “TTYS”, feldşer işləyir. 2001-ci ildən tibb sahəsində işləyir. Təcili tibbi yardım göstərmək üçün vətəndaşların çağırdıqları ünvanlara TTY briqadası tərkibində gedir. xx.xx.2017-ci il tarixində saat 08: 00 dəqiqədən xx.xx.2017-ci il saat 08:00 qədər feldşer A.V. Puxov və O.V. Bondarenko ilə DBSM “TTYS”-da xidmətdə olmuş, bu zaman DBSM “TTYS” -nın dispetçerindən “Raduqa” mağazasının yerləşdiyi Smolensk şəhəri, Kaşen küçəsində yerləşən 6 nömrəli binanın yanında bıçaq yarası olan kişiyə yardımın göstərilməsi tələb olunmuşdur. Bundan sonra o, öz briqadası- A.V. Puxov və O.V. Bondarenko ilə birlikdə təcili qaydada xidməti avtomaşına əyləşmiş, çağırış yerinə getmişlər. Xatırladığına görə artıq saat 07-49 dəqiqədə onlar Smolensk şəhəri, Kaşen küçəsində, “Raduqa” mağazasının arxasında yerləşən bazarın yanına gəlmişlər, burada kişiyə tibbi yardım tələb olunmuşdur. Hadisə yerinə gəldikləri zaman onlar bir neçə maşın görmüşlər, maşınlardan biri polis avtomobili olmuş, ətrafda insanlar toplaşmışlar. Maşını saxlayıb, maşından düşmüş və toplaşan insanların olduğu yerə getmişlər. Polis əməkdaşlarına yaxınlaşanda onlar “Vaz 2111” markalı avtomobili göstərmiş və bildirmişlər ki, onun içində döş nahiyəsindən bıçaq yarası almış kişi vardır. Onlar təcili qaydada həmin avtomobilin yanına getmiş, ön sərnişin oturacağında yaralı kişini görmüşlər, kişi şüurlu vəziyyətdə olmuşdur, lakin aldığı yaranın ağırlığından kütləşmiş halda olmuşdur. O, kişini müayinə etməyə başlamış, xatırladığına görə kişi ona özü haqqında müəyyən məlumatları vermişdir. Sonradan o, nəyin baş verdiyini soruşmuş, o zaman soyadını bildiyi yaralı kişi Satuşev bildirmişdir ki: “Tanımadığı şəxs ona bıçaqla xəsarət yetirmiş, sənədlərin olduğu çantanı götürmüş və qaçıb getmişdir”. O, Satuşevdən vəziyyətini soruşmağa başlamış, cavab olaraq Satuşev “Nəfəs ala bilmirəm” demiş, başqa şikayət bildirməmişdir. Satuşevi müayinə edəndən sonra müəyyən etmişlər ki, onun döş qəfəsinin sol tərəfinə bir bıçaq xəsarəti yetirilmişdir. Sonra o, infuzion terapiya etmiş və ağrıkəsici iynə vurmuş, yaranı sarğı etmişdir. Bundan sonra A.V. Puxov, O.V. Bondarenko və ətrafda olan tanımadığı insanlar tərəfindən Satuşev xərəkdə xidməti avtomaşına qoyulmuş və təcili qaydada müalicə müəssisəsi DBSM “1 saylı Klinik Xəstəxanasına” aparılmışdır. Yol boyu onlar tərəfindən Satuşevə tibbi yardım göstərilmiş, lakin müsbət dinamika əldə olunmamışdır. Bir neçə dəqiqədən sonra Satuşevin kliniki ölümü baş vermişdir, bununla əlaqədar onlar tərəfindən ürək- damar reanimasiyası icra olunmuşdur. Bir neçə dəqiqədən sonra onlar DBSM “1 saylı Klinik Xəstəxanasına” çatmışlar, burada İ.N. Satuşev onlar tərəfindən kliniki ölüm halında DBSM “1 saylı Klinik Xəstəxanasına” təhvil verilmişdir. Burada xəstəyə ürək- damar reanimasiyası davam etdirilmişdir. Verilən sualların mahiyyətinə görə başqa əlavəsi yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid6 ifadəsində bildirmişdir ki, Smolensk şəhəri, Vitebskoye şosse küçəsi, ev 4, mən. 28 ünvanında qeydiyyatdadır və yaşayır. 2017-ci ilin oktyabr ayında həyətlərində VAZ 2108 markalı qırmızı rəngli avtomobilin dayandığına diqqət yetirmişdir. Dövlət qeydiyyat nömrəsini xatırlamır, yadınadır ki, 32 region qeydi olmuşdur. Maşın bir müddət ərzində eyni yerdə dayanmış, ona kimsə yaxınlaşmırdı, həmçinin sürücü qapısının pəncərəsi bir qədər açıq olmuşdur. Təxminən bir ay ərzində həmin maşın eyni yerdə dayanmışdır. Təxminən iki həftə sonra 2017-ci ilin noyabr ayının əvvəlində həyətdə polis əməkdaşlarının avtomobilini görmüşdür. Əməkdaşlar həmin qırmızı avtomobilə baxış keçirmişlər. Həmin gün bir müddət sonra onun yaşadığı mənzilin qapısı döyülmüş, qapını açanda polis əməkdaşını görmüşdür. Əməkdaş özünü məruzə etmiş, əməkdaşa avtomobil barəsində yuxarıda qeyd etdiyi halları bildirmişdir. Avtomobili həyətdə kimin və nə vaxt saxladığını bilmir, görməmişdir. Həmin gün VAZ 2108 markalı avtomobili evakuatora qaldıraraq aparılmışdır. Verilən sualların mahiyyətinə görə başqa əlavəsi yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə Smolensk vilayətinin Səhiyyə Departamenti Vilayət dövlət səhiyyə müəssisəsi “Smolensk vilayəti Məhkəmə - Tibb Ekspertizası Bürosu”nun xx.xx.2017-xci il tarixli 1103 nömrəli ekspert rəyinin «nəticə hissəsində qeyd edilmişdir: xx.xx.1957-ci il təvəllüdlü X8 cəsədinin müayinəsi, tibbi sənədlərin məlumatlarının araşdırılması və əlavə tədqiqatlrın nəticələri əsasında aşağıda şərh olunan nəticələrə gəlinmişdir: 1. X8 cəsədinin müayinəsi zaman aşağıda qeyd olunan xəsarətlər aşkar olundu: 1.1. Ürəyin, ürək kisəsinin, yumşaq döş toxumalarının zədələnməsi ilə sol plevral boşluğa və ürək kisəsinə nüfuz edən küt deşilmiş – kəsilmiş yaralanma; 1.2. Sol diz nahiyəsinin göyərməsi, sol baldırın göyərməsi; 1.3. Sol biləyin qansızması. Əl biləklərinin arxa səthlərində dörd ədəd nöqtəvari yara; 2. Nəticələri 1.1 bəndində qeyd olunan xəsarətlər şəxsin həyatda olduğu zaman, stasionara daxil olduğu vaxtdan çox əvvəl yaranmışdır; xəsarət tiyəsinin uzunluğu 15,5 sm az olmayan deşicikəsici xüsusiyyətlərə malik əşya ilə yuxarıdan aşağıya, soldan sağa, öndən arxaya yönəlmiş bir dəfə endirilən zərbə nəticəsində yaranmışdır. Bu xəsarət “İnsanın sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların” 6.1.9-cu bəndinə uyğun olaraq həyat üçün təhlükə əlamətinə görə insanın sağlamlığına ağır zərərvurma kimi təsnifatlandırılır; 3. İ.N. Satuşevin ölümünə səbəb daxili qanaxma, sol plevral boşluğa və ürək kisəsinin boşluğuna qansızmalarla, ürəyin hemotamponadası (ürək kisəsinin boşluğuna dolmuş qanın ürək cismini sıxması) ilə ağırlaşan ürəyin, ürək kisəsinin, yumşaq döş toxumalarının zədələnməsi ilə sol plevral boşluğa və ürək kisəsinə nüfuz edən küt deşilmiş-kəsilmiş yaralanma növündə bədən xəsarəti olmuşdur; 4. İ.N. Satuşev nəticələri 1.1 bəndində qeyd olunan xəsarətin yarandığı anda istənilən vəziyyətdə ola bilərdi (ayaq üstündə, oturaq vəziyyətdə və ya uzanmış), bu zaman onun üz tərəfi travmanı yetirən əşyaya tərəf idi ki, xəsarət də məhz döş qəfəsinin ön tərəfindən yetirilmişdir; 5. Hücum edən və zərərçəkmiş şəxslərin xəsarətin yetirildiyi anda bir-birinə qarşı yerləşməsi yara kanalının istiqamətini nəzərə almaqla, xəsarətin yetirilməsi üçün əlverişli istənilən mövqe ola bilərdi; 6. Nəticələri 1.2 bəndində qeyd olunan qansızma və iki göyərmə yeri stasionara daxil olmasından bir qədər əvvəl yaranmışdır, bunlar istər ayrıayrılıqda, istərsə də birlikdə küt əşyaların təsiri nəticəsində yarana bilərdi. Bu xəsarətlər “İnsanın sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsi üzrə tibbi meyarların” 9-cu bəndinə uyğun olaraq insan sağlamlığına zərər vurma kimi qiymətləndirilmir; 7. Həmçinin İ.N. Satuşevin cəsədinin müayinəsi zaman əl biləyinin arxa səthlərində 4 nöqtəvari yarası aşkar edilmişdir ki, bu yaralar ölümdən bir qədər əvvəl deşici xüsusiyyətlərə malik əşyaların təsiri nəticəsində yaranmışdır. Yuxarıda qeyd olunanlar çox güman ki, tibbi yardımın göstərilməsi zaman damardaxili inyeksiyaların nəticəsində yaranmışdır, buna görə də bu bədən xəsarətləri ağırlıq dərəcəsinə görə qiymətləndirilmir; 8. xx.xx.1957-ci il təvəllüdlü X8 cəsədindən götürülmüş qanın qazoxromatik metod vasitəsilə məhkəmə - kimyəvi müayinə zamanı etil spirti, eləcə də digər spirtlər və onların izomerləri aşkar olunmadı; 9. İ.N. Satuşevin ölümü xx.xx.2017-ci il tarixində saat 08:35 dəqiqədə döş qəfəsinin sol tərəfindən aldığı kəsilmiş-deşilmiş yaralanma nəticəsində Smolensk şəhəri, Frunze küçəsi, ev 40 ünvanında yerləşən VDBSM “1 saylı klinik xəstəxanasında” baş vermişdir ki, bu barədə də onun adına olan 3472 nömrəli tibbi kartda qeyd olunur. İş materiallarında olan iş üzrə xx.xx.2017-ci ildə təyin olunmuş molekulyar-məhkəmə genetik ekspertizası üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə İdarəsi Ekspert Kriminalistika Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1808 nömrəli ekspert rəyinin «nəticə» hissəsində qeyd edilmişdir: 1-17. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim edilmiş iki pambıq çöp üzərində olan yayılmış izlərdə (sürücü qapısının daxili örtüyünün üzərindən götürülmüş) İ.N. Satuşevə məxsus qan aşkar edilmişdir; üçüncü pambıq çöp üzərində olan yayılmış izlərdə (sərnişin qapısının daxili örtüyünün üzərindən götürülmüş) qan aşkar edilmiş, bu qanda DNT mövcud deyil, çox güman ki, kifin təsirindən; sərnişin oturacağının cibindən aşkar edilmiş siqaret kötüyünün, kitabın, “Ş” nişanın üzərində və gödəkcənin cibindən aşkar edilmiş vintaçanın üzərində epiteliy hüceyrələri aşkar edilmişdir, lakin onların həcminin az olması və /və ya DNT deqradasiyası səbəbindən cinsi mənsubiyyətini və genetik əlamətlərini aşkar etmək mümkün olmamışdır; cödəkcənin və papağın üzərlərində qan izləri aşkar edilmədi, tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində kişi genetik cinsinə məxsus bir naməlum şəxsin epiteliy hüceyrələri müəyyən edilmişdir (ekspert tərəfindən kişi № 1 adlandırılmışdır); ötürücü qutusunun linginin və trikotaj əlcəyin üzərində qan izləri aşkar edilmədi, tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində kişi genetik cinsinə məxsus bir naməlum şəxsin epiteliy hüceyrələri müəyyən edilmişdir (ekspert tərəfindən kişi № 2 adlandırılmışdır). Qeyd olunan epiteliy hüceyrələrinin İ.N. Satuşevə məxsus olması istisna edilmir; ön sağ sərnişin oturacağının və sürücü otiracağının çexol örtüklərinin üzərində, sürücü qapısının şüşəsinin açılması üçün nəzərdə tutulmuş tutacağın üzərində avtomaqnitola panelinin, içində maye olan kanistrin və sükan örtüyünün üzərində qan aşkar edilmədi, tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində kişi genetik cinsinə məxsus üç və daha çox naməlum şəxslərin epiteliy hüceyrələrinin qarışığı müəyyən edilmişdir, onların genetik profillərini müəyyən etmək mümkün olmamışdır. Səbəb hazırkı rəyin tədqiqat hissəsidə göstərilmişdir. İş materiallarında olan iş üzrə xx.xx.2017-ci ildə təyin olunmuş kompleks molekulyargenetik, trasoloji məhkəmə ekspertizası üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə İdarəsi Ekspert Kriminalistika Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1809, 992 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: 1, 2. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim olunmuş gödəkcənin üzərində İ.N. Satuşevə məxsus olan qan və epiteliy hüceyrələri aşkar olunmuşdur; 3. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim olunmuş gödəkcənin, jiletin, sviterin (müstəntiqin qərarında köynəyin) üzərində deşilmişkəsilmiş zədələnmələr mövcuddur ki, onlar kifayət qədər iti tiyəsi (kəsici haşiyəsi) və kütləşmiş əks tərəfi olan sərt əşya ilə bir dəfə təsir nətcəsində eyni məqamda yaranmışdır ki, bu predmet qismində bıcağın bir tiyəli hissəsi və ya ona oxşar predmetlər çıxış edə bilər. İş materiallarında olan xx.xx.2017-ci ildə təyin olunmuş molekulyar -məhkəmə genetik ekspertizası üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə İdarəsi Ekspert Kriminalistika Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 1807 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: 1-4. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim edilmiş papağın xarici səthinin üzərində İ.N. Satuşevə məxsus qan aşkar edilmişdir. Tədqiqata təqdim edilmiş papağın daxili səthinin üzərində epoteliy hüceyrələri aşkar edilmişdir ki, onların cinsi mənsubiyyətini və genetik əlamətlərini müəyyən etmək mümkün olmamışdır (həcmin az olması və / və ya DNT deqradasiyası səbəbindən); VAZ 2111 markalı avtomobilin sürücü oturacağının örtüyünün üzərində qan izləri aşkar edilmədi, tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində iki və daha çox şəxsin epiteliy hüceyrələrinin qarışığı müəyyən edilmişdir ki, bu şəxslərdən biri İ.N. Satuşevdir; VAZ 2111 markalı avtomobilin ön sağ sərnişin oturacağının örtüyünün üzərində qan izləri aşkar edilmədi, tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində üç və daha çox şəxsin epiteliy hüceyrələrinin qarışığı müəyyən edilmişdir ki, bu şəxslərin genetik profillərini rəyin tədqiqat hissəsində qeyd edilmiş səbəbdən müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan iş üzrə xx.xx.2019-cu ildə təyin olunmuş molekulyar- genetik məhkəmə ekspertizası üzrə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə İdarəsi Ekspert Kriminalistika Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 299 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: 1. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim edilmiş R.Q. Musayevin bukkal epiteliy nümunəsində genetik DNT profili müəyyən edilmişdir; ekspertiza rəyinin tərtibatı masaüstü kompüter (lisenziyalı proqram təminatı Windows 7, Microsoft Office - 2010) və standart rejimdə “KYOCERA ECOSYS P2135dn” lazer printeri vasitəsilə yerinə yetirilirdi; 2. xx.xx.2019- cu il tarixli 1807 nömrəli və xx.xx.2019- cu il tarixli 1808 nömrəli ekspertizaları zamanı sürücü oturacağının çexol örtüyünün, gödəkcənin, papağın, ötürücü qutusunun linginin üzərində aşkar edilmiş epiteliy hüceyrələrinin R.Q. Musayevə məxsus olması istisna edilir. İş materiallarında olan iş üzrə xx.xx.2019-cu ildə təyin olunmuş kompleks ambulator psixoloji- psixiatrik məhkəmə ekspertizası üzrə Rusiya Federasiyası Rusiya Federasiyası Səhiyyə Nazirliyi Vilayət dövlət Büdcə Səhiyyə İdarəsi «Smolensk vilayəti kliniki psixiatrik xəstəxana» tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 299 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: şərh olunanlara əsasən komissiya nəticəyə gəlir ki, xx.xx.1981-ci il təvəllüdlü X27 hər hansı psixiki pozğunluqdan, kəmağıllıqdan, psixikanın digər xəstəlik növündən əziyyət çəkmir, ittiham olunduğu cinayətlərin törədildiyi dövrdə də əziyyət çəkmirdi, buna da anamnez məlumatları dəlalət edir: keçmişdə kobud davranış hərəkətlərinin, psixotopik, affektiv pozuntuların olmasına dəlalət edən hər hansə qeydlərin olmaması. Psixiatr və narkoloq həkimlərinin qeydiyyatında olmayıb, 9 sinif bitirib, ailəsi var, dələduzluq üzrə başlanmış cinayət işi bağlanmışdır, inzibati məsuliyyətə cəlb olunmayıb. Eləcə də hazırkə psixoloji-psixiatrik müayinənin nəticələri ekspertizaya məruz qalan şəxsdə aşağı səviyyəli əqli inkişaf, təfəkkür ardıcıllığı, diqqət pozuntularının olmamasını, praktiki vəziyyətlərdə oriyentasiya bacarığını müəyyən edir. Öz maraqlarını müdafiə etmək, özünü qorumaq bacarıqlarının olmasını müəyyən edir. R.Q. Musayev tərəfindən 30 yaşından sonra onu kiminsə idarə etməsi barədə fikirlərinin bildirilməsi kliniki mənzərəyə aid deyil, yayılmış düşüncələrdir, şəxs tərəfindən özünü müdafiə etmək məqsədilə irəli sürülür (1 saylı suala cavab). R.Q. Musayev iş üzrə icraat zamanı özünün hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsini dərk etməyə maneçilik törədə bilən psixiki pozuntulardan əziyyət çəkmir. Hal hazırda R.Q. Musayev psixiki vəziyyətinə görə özünün hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək, iş üçün əhəmiyyət kəsb edən hadisələri düzgün qəbul etmək, onlar barəsində ifadə vermək iqtidarındadır, istintaq hərəkətlərində və məhkəmə iclaslarında iştirak edə bilər (2-ci suala cavab). R.Q. Musayevin məcburi tibbi xarakterli tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. İş materiallarında olan iş üzrə xx.xx.2019-cu ildə təyin olunmuş daktiloskopik məhkəmə ekspertizası üzrə Rusiya DİN Smolensk vilayəti üzrə İdarəsinin EKM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 065 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: 1. xx.xx.2017-ci il tarixində Smolensk şəhəri, Revvoyensovetov küç., ev 11 ünvanında HYB zamanı “VAZ 2108” markalı, H 891 EC 32 dövlət qeydiyyat nömrəli avtomobilinə hadisə yerinə əlavə baxışın keçirilməsi zaman götürülmüş arxa görüntü güzgüsünün üzərində korpusun əks tərəfində şarnir mexanizminin şərti şaquli mexanizmindən 31 sm məsafədə şəxsiyyətin identifikasiyası üçün yararlı olan 12 x 16 mm ölçüdə barmaq izi aşkar edilmişdir; aşkar edilən digər barmaq izləri identifikasiya üçün kifayət etmir; 2. 12 x 16 mm ölçüdə barmaq izi X18 deyil, digər məlum olmayan şəxsə məxsusdur. İş materiallarında olan iş üzrə xx.xx.2019-cu ildə təyin olunmuş daktiloskopik məhkəmə ekspertizası üzrə Rusiya DİN Smolensk vilayəti üzrə İdarəsinin EKM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 079 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: Ekspertizaya təqdim olunmuş, xx.xx.2017-ci il tarixində Smolensk şəhəri, Revvoyensovetov küç., ev 11 ünvanında HYB zamanı “VAZ 2108” markalı, H 891 EC 32 dövlət qeydiyyat nömrəli avtomobilinə hadisə yerinə əlavə baxışın keçirilməsi zaman götürülmüş arxa görüntü güzgüsünün üzərində, güzgünün korpusunun əks tərəfində aşağı səthin yanında şarnir mexanizminin şərti şaquli oxundan 31 mm məsafədə korpusun üzərindəki markalamadan 6 mm aşağıda şəxsiyyətin identifikasiyası üçün yararlı olan ən böyük ölçüləri 12 x 16 mm olan oval formalı bir barmaq izi X13 və X19 deyil, başqa şəxsə məxsusdur; 2. Ən böyük ölçüləri 12 x 16 mm olan əl izlərinin Təqsirləndirilən şəxs məxsus olub, olmaması məsələsini həll etmək mümkün deyil, çünki ekspertizaya qeyd olunan şəxsin daktiloskopik kartının surəti təqdim olunmuşdur; 3. Ekspertizaya təqdim olunmuş, ən böyük ölçüləri 48 x 95 mm, 48 x 90 mm, 48 x 50 mm olan üç ədəd “skotç” tipli lentin üzərində № 1-3 təqdim edilmiş ən böyük ölçüsü 19 x 71 mm, 16 x 23 mm və 14 x 14 mm, 13 x 21 mm və 13 x 20 mm olan əl izləri (VAZ 2111, Y426ET/67 d.q.n. avtomobildən Smolensk ş., Kaşen küç., ev 8a ünvanında götürülmüş) şəxsiyyətin identifikasiyası üçün yararlıdır; ən böyük ölçüsü 48 x 78 mm olan “skotç” tipli lentin üzərinə götürülmüş əl izi № 4 şəxsiyyətin identifikasiyası üçün yararlı deyil; 4, 5. Ən böyük ölçüsü 19 x 71 mm, 16 x 23 mm və 14 x 14 mm, 13 x 21 mm və 13 x 20 mm olan əl izləri X13 və X19 deyil, başqa şəxsə (şəxslərə) məxsusdur; 1. 19 x 71 mm, 16 x 23 mm və 14 x 14 mm, 13 x 21 mm və 13 x 20 mm olan əl izlərinin Təqsirləndirilən şəxs məxsus olub, olmaması məsələsini həll etmək mümkün deyildir, çünki ekspertizaya qeyd olunan şəxsin daktiloskopik kartının surəti təqdim olunmuşdur. İş materiallarında olan iş üzrə xx.xx.2019-cu ildə təyin olunmuş molekulyar-genetik məhkəmə ekspertizası üzrə Rusiya DİN Smolensk vilayəti üzrə İdarəsinin EKM tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 643 nömrəli rəyin nəticə hissəsində qeyd edilmişdir: 1 -3. **********2000109 nömrəli cinayət işinin materialları üzrə tədqiqata təqdim edilmiş avtomobilin kapotundan götürülmüş yayılmış izlərin birində və avtomobil yolundan götürülmüş izdə İ.N. Satuşevə məxsus qan aşkar edilmişdir; avtomobil kapotundan götürülmüş ikinci yayılmış izdə qan aşkar edilmişdir, lakin onun həcminin az olması və / və ya DNT deqradasiyası səbəbindən cinsi mənsubiyyətini və genetik əlamətlərini aşkar etmək mümkün olmamışdır. Görünən maddə ləkələri olmayan pambıq disklərin üzərində tətbiq olunan tədqiqat metodlarının həssaslıq çərçivəsində qan aşkar olunmadı. İş materiallarında olan ibtidai araşdırma zamanı baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2017-ci il tarixdə saat 07:50-dən 11:20-dək olan müddət ərzində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Smolensk şəhəri üzrə İdarəsinin 2 N-li polis şöbəsinin müstəntiqi, polis leytenantı A.D.Afanasyev tərəfindən keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Baxış obyekti Smolensk şəhəri, Kaşen küçəsi, ev 8 “a” yaxınlığında yerləşən ərazidir. Baxış keçirilən ərazi tərkibi qum səthi olan hərəkət hissəsidir. Hərəkət hissəsinin sol tərəfindən beton hasar çəkilmiş, həmin hasara metal darvaza quraşdırılmışdır, darvaza baxış zamanı bağlı vəziyyətdə olmuşdur. Səthə, hərəkət hissəsinə ətraflı baxış zamanı hər hansı bir iz aşkar edilməmişdir. Avtomobil yolunun Smolensk şəhəri, Kaşen küçəsi, ev 8 “a” ünvanının dəmir darvazalarının yanından keçən hissəsində boz rəngli ləkə aşkar edilmişdir. Aşkar edilmiş boz rəngli ləkə tənzif tamponla qazılaraq götürülmüş, ağ kağız zərfə yerləşdirilmiş, yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Girişin sağ, bazar ərazisinə tərəf aparan hissəsində, təxminən 5 metr məsafədə U 426 ET 67 dövlət nömrə nişanlı, boz rəngli “Lada” markalı avtomobil var. U 426 ET 67 dövlət nömrə nişanlı “Lada” markalı avtomobilə baxış keçirilən zaman onun ön sağ qapısı açıq vəziyyətdə olmuşdur. Avtomobilin ön sağ hissəsinə baxış keçirilən zaman boz rəngli ləkə aşkar edilmiş, tənzif tamponla qazılaraq götürülmüş, ağ kağız zərfə yerləşdirilmiş, yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonra sağ sərnişin qapısının xarici hissəsinin səthi qəhvəyi rəngli daktiloskopik tozla işlənmişdir. Qapının göstərilən səthi daktiloskopik tozla işləndikdən sonra, iki əl izi aşkar edilmiş, ölçüsü 48x50 mm olan “skotç” tipli yapışqan lentlə götürülmüş, ağ kağız zərfə yerləşdirilmiş, yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonta baxış keçirilən avtomobilin sağ arxa qapısının xarici hissəsinin səthi qəhvəyi rəngli daktiloskopik tozla işlənmişdir. Daktiloskopik tozla işləndikdən sonra, işlənilən səthin yuxarı hissəsində iki əl izi aşkar edilmiş, ölçüsü 48x90 mm olan “skotç” tipli yapışqan lentlə götürülmüş, ağ kağız zərfə yerləşdirilmiş, yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bundan sonta baxış keçirilən avtomobilin sağ arxa qapısının alın şüşəsinin səthi qəhvəyi rəngli daktiloskopik tozla işlənmişdir. Şüşənin səthi daktiloskopik tozla işləndikdən sonra, onun sağ hissəsində əl izləri aşkar edilmiş, ölçüsü 48x75 mm olan “skotç” tipli yapışqan lentlə götürülmüş, ağ kağız zərfə yerləşdirilmiş, yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hadisə yerinə növbəti baxış zamanı avtomobilin ön hissəsindən bir metr məsafədə mobil telefonun sim kartı aşkar edilmiş, sonradan götürülmüş və ağ rəngli polimer fayla qoyulmuş, faylın yuxarı hissəsi ağ iplə bağlanmış, sərbəst ucları ağ kağız zərfə yerləşdirilmiş, zərfin yuxarı hissəsi izahlı mətni olan ağ kağız birka ilə, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Daha sonra U 426 ET 67 dövlət nömrə nişanlı, boz rəngli “Lada” markalı avtomobilin daxili hissəsinə baxış keçirilmişdir. Avtomobilin daxili hissəsinə baxış keçirilən zaman, sərnişin oturacağının sağ ön hissəsində içərisində 102 əskinas – 50 rubl, 153 əskinas - 10 rubl dəyərində Belarus Respublikası Bankının pul vəsaitləri olan qara rəngli polimer paket aşkar edilmişdir. Sağ ön oturacağın səthində boz rəngli ləkələr aşkar edilmişdir. Maddi sübutların saxlanması məqsədilə ön sürücü və sərnişin çexolu çıxardılmış və yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin İstintaq İdarəsinin 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış qara rəngli polimer paketə yerləşdirilmişdir. Bundan sonra U 426 ET 67 dövlət nömrə nişanlı, boz rəngli “Lada” markalı avtomobilin arxa hissəsinə baxış keçirilmiş, oturacaqda içərisində naməlum maye olan müxtəlif həcmli butulkaların olduğu beş qutu, sağ ön oturacağın altında içərisində 20 Belarus Respublikası rublu dəyərində 249 əskinas; 5 Belarus Respublikası rublu dəyərində 13 əskinas; 1000 Rusiya Federasiyası rublu dəyərində 200 əskinas; 500 Rusiya Federasiyası rublu dəyərində 200 əskinas; 5000 Rusiya Federasiyası rublu dəyərində 258 əskinas; 5 ABŞ dolları dəyərində 7 əskinas; 2 ABŞ dolları dəyərində 5 əskinas; 1ABŞ dolları dəyərində 1 əskinas; 50 Avro dəyərində 1 sikkə; 10 Avro dəyərində 1 sikkənin olduğu qara çanta aşkar edilmişdir. Baxış keçirilmiş pul vəsaitləri yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin İstintaq İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış qara rəngli polimer paketə yerləşdirilmişdir. Həmçinin, avtomobilin arxa hissəsinə baxış zamanı ön oturacağın altında, içərisində müxtəlif sənədlər (sənədlər fotoaparatla qeydə alınmışdır) olan bir ədəd də qara çanta aşkar edilmişdir. Göstərilən çanta içərisindəkilərlə birlikdə götürülmüş, yuxarı hissəsi ağ iplə bağlanmış, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmçinin üzərində boz rəngli ləkə olan qara (oxunmur) aşkar edilmiş, sonradan götürülmüş, yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış qara rəngli polimer paketə yerləşdirilmişdir. Həmçinin ön sağ oturacağın altında, aşağı hissədə içərisində müxtəlif növ əşyalar olan polimer paket aşkar edilmiş, aşkar edilmiş əşyalar yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış çəhrayı rəngli polimer paketə yerləşdirilmişdir. Daha sonra, oturacaqların arasında, aşağı hissədə xarici hissəsində “Drugstore” izahlı mətni yazılmış, içərisində “Samsung” markalı planşet olan ağ polimer paket aşkar edilmiş, daha sonra götürülmüş, yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış ağ rəngli qara polimer paketə yerləşdirilmişdir.Həmçinin avtomobilin arxa hissəsinə baxış zamanı, onun aşağı hissəsində “Samsung” markalı ağ rəngli mobil telefon aşkar edilmişdir. Aşkar edildiyi zaman mobil telefon açıq vəziyyətdə olmuşdur. Aşkar edilən mobil telefon götürülmüş və yuxarı hissəsi ağ iplə bağlanan, sərbəst ucları izahlı mətni olan ağ kağız birka ilə yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin İstintaq 2 No-li şöbəsinin möhürü ilə möhürlənmiş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış ağ rəngli polimer paketə yerləşdirilmişdir. Avtomobilə baxış keçirildikdən sonra, kapota, qapılara izahlı mətni olan ağ kağız birka yapışdırılmış, Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 №-li şöbəsinin möhürü vurulmuş, müstəntiq və iştirak edən şəxslər tərəfindən imzalanmış, daha sonra, saxlanması üçün Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsinin 2 No-li polis şöbəsi nəzdində avtomobil dayanacağına evakuasiya edilmişdir. İstintaq hərəkətinin yerinə yetirilməsi zamanı göstərilən yerdə dayanmış U 426 ET 67 dövlət nömrə nişanlı, boz rəngli “Lada” markalı avtomobili; göstərilən şəkildə qablaşdırılmış pul vəsaitləri; iki qara çanta; Sansung planşeti; Samsung mobil telefonu; qara papaq; yuxarıda göstərilən şəkildə qablaşdırılmış, 48x50, 48x90, 48x75 ölçülərində əl izləri; maye izləri götürülmüşdür. İstintaq hərəkətinin icraatı zamanı aşkar edilmiş və götürülmüş bütün əşyalar hal şahidlərinə və istintaq hərəkətinin digər iştirakçılarına təqdim edilmişdir.Protokol tanış olmaları üçün istintaq hərəkətində iştirak edən bütün şəxslərə təqdim edilmişdir. Bu zaman göstərilən şəxslərə protokola əlavə edilməli olan düzəliş, əlavə və dəqiqləşdirmələr etmək hüquqları izah edilmişdir. İstintaq hərəkətlərinin iştirakçıları protokolu şəxsən oxuyaraq tanış olduqdan sonra ona əlavə və dəqiqləşdirmələr etmək üçün heç bir qeyd etməmişlər. Baxış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan araşdırma zamanı baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 10:30-dan 11:40-dək olan müddət ərzində Rusiya İstintaq Komitəsinin Smolensk vilayəti üzrə İstintaq İdarəsinin Smolensk şəhəri üzrə istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, A.V.Kudinov tərəfindənxx.xx.1957-ci il təvəllüdlü X8 Smolensk şəhəri 1 №-li Kliniki Xəsyəxanasının patologiya institutunda olan meyitinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Hadisə yeri Smolensk şəhəri, Frunze küçəsi, 40 ünvanında yerləşən Smolensk vilayəti X5 dövlət büdcə əsaslı səhiyyə müəssisəsidir. Xəstə daşıyan arabada İ.N.Satuşevin arxası üzərində uzanmış vəziyyətdə meyiti vardır. Kişi meyiti düzgün bədən quruluşlu, normal çəkilidir. Meyitin əynində qəhvəyi gödəkcə, boz sviter, qara idman şalvarı, qara corab, qara alt şalvarı, boz rəngli alt geyimi, qara rəngli jilet vardır. Gödəkcənin sol yuxarı xarici cibində ölçüsü təxminən 2 sm olan iti uclu nahamar kənarlı kəsik vardır. Jiletdə də ölçüsü 1,5 sm olan oxşar kəsik vardır, jiletin yaxalığından kəsiyə qədər təxminən 18 sm, manjetdən kəsiyə qədər təxminən 8 sm-dir. Sviterin də ön sol səthində ölçüsü təxminən 1,5 sm olan oxşar kəsik vardır. Geyimləri üst-üstə qoyduqda dəliklər də bir-sirinin üzərinə düşür. Ağzından təxminən 10 sm plastik boru (intubasiya borusu) çıxır. Dəri örtükləri təmizdir, toxunduqda soyuqdur, döş və qarının ön səthində, həmçinin, əllərin ovuc səthlərində boz qırmızı rəngdə maddə (qan) vardır. Gözləri yumuludur, göz almacıqları toxunduqda bərkdir, göz bəbəkləri dairəvi, eyni şəkildədir. Burun dəlikləri sərbəstdir. Üz skeletinin, kəllə tağlarının, döş qəfəsinin və ətrafların sümükləri toxunduqda bütövdür. Bənövşəyi rəngli meyit ləkələri bədənin arxa səthi boyu yerləşib, bel nahiyəsində üzərilərinə basdıqda itirlər və 6-7 saniyə sonra rəng bərpa olunur. Əzələ bərkiməsi bütün bədən əzələlərində zəif ifadə olunur (baş verməyib). Döş qəfəsinin sol hissəsində körpücük xəttinin ortasında sol döş giləsindən təxminən 6,5 sm məsafədə və orta döş xəttindən təxminən 10,5 sm məsafədə üfüqi şəkildə ölçüləri təxminən 2*0,5 sm olan milşəkilli yara yerləşmişdir, yaranın daxili ucu itidir, xarici ucu P-şəkillidir. Yaranın kənarları hamardır. Meyitə xarici baxış zamanı digər görünən bədən xəsarətləri aşkar edilmədi. Meyit ekspertiza-kriminastika şöbəsinin daktiloskopiya eksperti V.V.Biloded tərəfindən morqa müayinə üçün göndərilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. İstintaq hərəkətinin yerinə yetirilməsi zamanı heç nə götürülməmişdir.İstintaq hərəkətinin icraatı zamanı aşkar edilmiş və götürülmüş bütün əşyalar hal şahidlərinə və istintaq hərəkətinin digər iştirakçılarına təqdim edilmişdir. Protokol tanış olmaları üçün istintaq hərəkətində iştirak edən bütün şəxslərə təqdim edilmişdir. Bu zaman göstərilən şəxslərə protokola əlavə edilməli olan düzəliş, əlavə və dəqiqləşdirmələr etmək hüquqları izah edilmişdir. İstintaq hərəkətinin iştirakçıları protokolu şəxsən oxuyaraq tanış olduqdan sonra ona əlavə və dəqiqləşdirmələr etmək üçün heç bir qeyd etməmişlər. İş materiallarında olan araşdırma zamanı baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2017-ci il tarixdə saat 22:40-dan 23:30-dək olan müddət ərzində Rusiya İstintaq Komitəsinin Smolensk vilayəti üzrə İstintaq İdarəsinin Smolensk şəhəri üzrə istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, A.V.Kudinov tərəfindən Smolensk şəhəri, Vitebsk şossesindəki 4 No-li evin həyətində açıq sahədə duran H891EC bölgə 32 dövlət qeydiyyat nişanlı “VAZ 2108” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Hadisə yeri Smolensk şəhəri, Vitebsk şossesindəki 4 №-li evin həyətində olan açıq sahədir. Göstərilən baxılan ərazidə Smolensk şəhəri, Vitebsk şossesindəki 4 №-li evin 2-ci blokunun qarşısında (2-ci blokdan 10 m məsafədə) və Smolensk şəhəri, Frunze küçəsi, ev 5-dən 30 metr məsafədə qırmızı rəngli H891EC bölgə 32 dövlət qeydiyyat nişanlı “VAZ 2108” markalı avtomobil vardır. Gecə (günün qaranlıq vaxtı) olması ilə əlaqədar avtomobilə detallı şəkildə baxılmamışdır, ön qapıları və yük yeri ekspert və müstəntiqin imzaları ilə təsdiqlənən üzərində izahlı qeyd olan kağız fraqmentlər ilə möhürlənmişdir. Göstərilən avtomobil götürülmüş və evakuatorun köməyi ilə Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsi tərəfindən mühafizə olunan Smolensk şəhəri, Revvoyensovetov küçəsi, ev 11 ünvanında yerləşən əraziyə nəql edilmişdir. İstintaq hərəkətinin yerinə yetirilməsi zamanı H891EC bölgə 32 dövlət qeydiyyat nişanlı “VAZ 2108” markalı avtomobil götürülmüş, protokolun mətnində göstərilən şəkildə möhürlənmişdir. İstintaq hərəkətinin icraatı zamanı aşkar edilmiş və götürülmüş bütün əşyalar hal şahidlərinə və istintaq hərəkətinin digər iştirakçılarına təqdim edilmişdir. Protokol tanış olmaları üçün istintaq hərəkətində iştirak edən bütün şəxslərə təqdim edilmişdir. Bu zaman göstərilən şəxslərə protokola əlavə edilməli olan düzəliş, əlavə və dəqiqləşdirmələr etmək hüquqları izah edilmişdir. İstintaq həhərkətinin iştirakçıları protokolu şəxsən oxuyaraq tanış olduqdan sonra ona əlavə və dəqiqləşdirmələr etmək üçün heç bir qeyd etməmişlər. Protokola fotocədvəl əlavə edilmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı əlavə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2017-ci il tarixdə saat 15:30-dan 17:10-dək olan müddət ərzində Rusiya İstintaq Komitəsinin Smolensk vilayəti üzrə İstintaq İdarəsinin Smolensk şəhəri üzrə istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, A.V.Kudinov tərəfindən keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Hadisə yeri Rusiya DİN Smolensk şəhəri üzrə İdarəsi tərəfindən mühafizə olunan Smolensk şəhəri, Revvoyensovetov küçəsi, ev 11 ünvanında saxlanılan qırmızı rəngli H891EC bölgə 32 dövlət qeydiyyat nişanlı “VAZ 2108” markalı avtomobilidir. Baxış zamanı avtomobilin mexaniki zədələri yoxdur, qapıları açarla bağlanıb. Sağ sərnişin pəncərəsi bir qədər açılıb. Ekspert O.P.Mençenko əlini pəncərədəki dəlikdən keçirərək, qapının daxili dəstəyi ilə onu açdı. Ön qapılar və yük yeri izahlı qeydin (götürüldüyü yer, tarix) olduğu kağız fraqmenti ilə möhürlənmişdir. Avtomobilin salonuna baxış keçirilərkən aşağıdakılar aşkar edilərək götürülmüşdür: pəncərənin daxili tərəfindən və qapının örtüyündə (sürücü güzgüsünün yaxınlığında) qana bənzər boz rəngli maddə ləkəsi, nəm pambıq çubuqla götürülərək zərfə qablaşdırılmışdır, zərfin qapağı yapışdırılmış, əl xətti ilə dəqiqləşdirici qeyd edilmiş, müstəntiqin imzası ilə təsdiqlənmiş, “İŞ-nin paketləri üçün” möhürü ilə möhürlənmişdir; pəncərənin daxili tərəfindən və qapının örtüyündə (qıfılın yanında) qana bənzər boz rəngli maddə ləkəsi, nəm pambıq çubuqla götürülərək zərfə qablaşdırılmışdır, zərfin qapağı yapışdırılmış, əl xətti ilə dəqiqləşdirici qeyd edilmiş, müstəntiqin imzası ilə təsdiqlənmiş, “İŞ-nin paketləri üçün” möhürü ilə möhürlənmişdir; sərnişin qapısının daxili örtüyündə qana bənzər boz rəngli maddə ləkəsi, nəm pambıq çubuqla götürülərək protokolun mətində göstərilən qaydada zərfə qablaşdırılmışdır; sürücü yerinin altında kiçik xalıda ağ rəngli “Winston Life” siqaretinin kötüyü aşkar edilərək götürülmüş və protokolun mətində göstərilən qaydada zərfə qablaşdırılmışdır; sürücünün qapısının cibində inşaat əlcəyi aşkar edilərək götürülmüş və protokolun mətində göstərilən qaydada zərfə qablaşdırılmışdır; arxa oturacaqda qara rəngli papaq aşkar edilərək götürülmüş və protokolun mətində göstərilən qaydada zərfə qablaşdırılmışdır; arxa oturacaqda göy rəngli gödəkcə aşkar edilərək götürülmüş, kağız paketə qablaşdırılmış, paketin boynu izahlı qeydin olduğu kağız fraqmentlə skotç yapışqan lenti ilə yapışdırılmış, “İŞ-nin paketləri üçün” möhürü ilə möhürlənmiş, müstəntiqin imzası ilə təsdiqlənmişdir; sürücü oturacağının arxasındakı kiçik xalıda içərisində maye olan çən aşkar edilərək götürülmüş, kağız qutuya qablaşdırılmış, qutunun yuxarısı üzərində izahlı qeyd edilmiş kağız fraqmentlə skotç yapışqan lenti ilə yapışdırılmış, “İŞ-nin paketləri üçün” möhürü ilə möhürlənmiş, müstəntiqin imzası ilə təsdiqlənmişdir; sükanın çexolu protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; sürücü oturacağının çexolu (baş altısı, kürəyi) protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; sürücü oturacağının çexolu (oturacaq hissəsi) protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; ön sərnişin oturacağının çexolu (baş altısı, kürəyi) protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; ön sərnişin oturacağının çexolu (oturacaq hissəsi) protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; sürücü qapısının şüşəsini açan dəstək protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; ötürücü qutunun dəyişdirmə qolu protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır; “Pioneer” markalı maqnitolanın paneli protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır. Avtolobilin salonu daktiloskopik tozla işlənmişdir, şəxsiyyətin identifikasiyası üçün yararlı ola biləcək əl izləri aşkar edilməyib. Avtomobilin əlcək qutusunda şəffaf faylın içəriisinə qoyulmuş avtomobilin sənədləri, həmin sənədlər salonun arxa görüntü güzgüsü ilə birlikdə götürülərək kağız qutuya qablaşdırılmış, üzərində əl xətti ilə dəqiqləşdirici qeyd edilən kağız fraqmentlə skotç yapışqan lenti ilə möhürlənmiş, “İŞ-nin paketləri üçün” möhürü ilə möhürlənmiş, müstəntiqin imzası ilə təsdiqlənmişdir. Həmçinin göstərilən əlcək qutusunda xx.xx.2017-ci il tarixli 1974 No-li sürgünün haqqının ödənilməsi barədə qəbz, aşkar edilərək götürülmüş, protokolun mətnində göstərilən analoji üsulla kağız paketə qablaşdırılmışdır. İstintaq hərəkətlərinin gedişatı və nəticələri rəqəmsal fotoaparatda qeyd edilmişdir. Baxış keçirildikdən sonra avtomobilin qapıları bağlanmış, həmçinin yük yeri və əl xətti ilə yazılan dəqiqləşdirici qeydin olduğu kağız birkalarla möhürlənmiş, müstəntiqin imzası ilə təsdiq edilmişdir.İstintaq hərəkətinin yerinə yetirilməsi zamanı su ilə götürülmüş üç boz rəngli maddə ləkəsi; iki ön oturacaq çexolu; sükan çexolu; pəncərə açıcının dəstəyi; ötürücü qutunun paylayıcı qolu; maqnitola paneli; arxa görüntü güzgüsü; avtomobilin sənədləri; içərisində mayenin olduğu çən; siqaret kötüyü; ödəmə qəbzi; gödəkcə; papaq; əlcək götürülmüşdür. İstintaq hərəkətinin icraatı zamanı aşkar edilmiş və götürülmüş bütün əşyalar hal şahidlərinə və istintaq hərəkətinin digər iştirakçılarına təqdim edilmişdir. Protokol tanış olmaları üçün istintaq hərəkətində iştirak edən bütün şəxslərə təqdim edilmişdir. Bu zaman göstərilən şəxslərə protokola əlavə edilməli olan düzəliş, əlavə və dəqiqləşdirmələr etmək hüquqları izah edilmişdir. İstintaq hərəkətinin iştirakçıları protokolla müstəntiqin oxuması vasitəsilə tanış olduqdan sonra ona əlavə və dəqiqləşdirmələr etmək üçün heç bir qeyd etməmişlər. Protokola fotocədvəl əlavə edilmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı əşyalara baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış xx.xx.2019-cu il tarixdə saat 12:00-dan 17:00-dək olan müddət ərzində Rusiya İstintaq Komitəsinin Smolensk vilayəti üzrə İstintaq İdarəsinin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, ədliyyə kapitanı D.M.Ştukin tərəfindən keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: Kağız zərf, zərfin qapağı yapışdırılıb, üzərində əl xətti ilə yazılmış “BR aeroport” izahlı yazısı vardır. Baxış zamanı qablaşdırmada zədə olmayıb. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü:-Üzərində smartTrack yazısı olan bənövşəyi rəngli CD-R disk, diskin sol tərəfində 52x yazısı vardır, həmin diskin sağ tərəfində CD-R yazısı vardır. Göstərilən diskin içərisinə baxarkən, orada 4 faylın olduğu göründü: proqram təminatının AvigilonControlCenterPlayer-4.12.0.50 adlı yükləmə faylı, ABK 3-cü mərtəbə adlı 72,3 Mb (75 813 984 bayt), ölçüsü 2,87 Mb olan (3 014 547 bayt) Yaşıl koridor adlı, ölçüsü 61,8 Mb (67 874 901 bayt) olan Estakada adlı fayllar. Sonradan videofayllara baxmaq üçün AvigilonControlCenterPlayer-4.12.0.50 adlı faylın köməyi ilə proqram təminatının yüklənməsi həyata keçirilmişdir. Sonra AvigilonControlCenterPlayer proqramı başlanılmış, baxmaq üçün Estakada faylı seçilmişdir. Ölçüsü 61,8 Mb (67 874 901 bayt) olan Estakada adlı faylın oxunması zamanı müəyyən edilmişdir ki, videoqeydin əvvəlində xx.xx.2017-ci il, saat 16.51.00 göstərilmişdir. Saat 16.51 dəqiqə 00 saniyədə tünd rəngli maşın park edir. Sonra saat 16.52.08 saniyədə avtomaşının arxa sağ divarı aşılır və oradan Təqsirləndirilən şəxs çıxır. Onun ardınca avtomaşının sürücü qapısı açılır, oradan sürücü çıxır və avtomaşının yük yerinə yaxınlaşaraq, onun qapağını açır. Sonra Təqsirləndirilən şəxs avtomaşının yük yerindən çemodan götürür. Saat 16.52.20 saniyədə avtomaşının ön sərnişin qapısı açılır və oradan R.Q.Musayev çıxaraq, maşının yaxınlığında dayanan Təqsirləndirilən şəxs və sürücüyə yaxınlaşır. Saat 16.52.40 saniyədə avtomaşının sürücüsü sükan arxasına oturaraq, maşını sürüb gedir. Saat 16.52.55 saniyədə yaxınlıqda duran avtomaşının sürücüsünə yaxınlaşır və əlləri ilə jestikulyasiya edərək, onunla söhbət eləməyə başlayır. Saat 16.53.07 saniyədə onlara Təqsirləndirilən şəxs yaxınlaşaraq, söhbətə daxil olur. Saat 16.53.17 saniyədə Təqsirləndirilən şəxs çemodana yaxınlaşaraq onu götürür, sonra isə, saar 16.53.38-ci saniyədə Təqsirləndirilən şəxs videokameranın görüntü sahəsindən kənara çıxır. Musayev R.Q. bu zaman söhbətə davam edir. Saat 16.54.06 saniyədə Təqsirləndirilən şəxs yenə videokameranın görüntü zonasında görünür, bundan sonra o və R.Q.Musayev aeroportun binasına daxil olurlar, sonra videoqeyd bitir. AvigilonControlCenterPlayer proqramında baxmaq üçün ölçüsü 72,3 Mb (75 813 984 bayt) olan ABK 3-cü mərtəbə adlı fayl seçilmişdir. Ölçüsü 72,3 Mb (75 813 984 bayt) olan ABK 3-cü mərtəbə adlı faylı oxutduran zaman müəyyən edilir ki, videoqeydin əvvəlində xx.xx.2017-ci il, saat 21.53.35 saniyə göstərir. Saat 21.53.40 saniyədə R.Q.Musayev dəhlizlə gedir. Saat 21.54.05 saniyədə R.Q.Musayev yoxlama zalında növbəyə yaxınlaşır, bu zaman dəhlizlə Təqsirləndirilən şəxs gəlir. Saat 21.54.45 saniyədə Təqsirləndirilən şəxs R.Q.Musayevə yaxınlaşır və onun arxasında dayanır. Sonra R.Q.Musayev yoxlama zonasına daxil olur, bundan bir qədər sonra onun arxasınca Təqsirləndirilən şəxs gedir, sonra videoqeyd başa çatır. AvigilonControlCenterPlayer proqramında baxmaq üçün Yaşıl koridor faylı seçilmişdir. Ölçüsü 2,87 Mb olan (3 014 547 bayt) Yaşıl koridor adlı faylı oxudarkən müəyyən edilir ki, videoqeydin əvvəlində xx.xx.2017-ci il, saat 21.57.34 saniyə göstərir, bu zaman Təqsirləndirilən şəxs və R.Q.Musayev əllərində hansısa sənədləri tutaraq, Yaşıl dəhlizə daxil olurlar, keçirlər, sonra videoqeyd bitir. Baxış başa çatdıqdan sonra disk kağız zərfə yerləşdirilir, üzərindən zərfə qoyulan obyekt haqqında izahlı qeydi olan kağız birka ilə möhürlənir, üzərinə hal şahidlərinin, müstəntiqin təsdiqləyici imzaları edilir, həmçinin, Rusiya İK-nin Smolensk vilayəti üzrə İİnin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” möhürü vurulur. 2.Kağız zərf, zərfin qapağı yapışdırılıb, üzərində zərfə qoyulan obyekt haqqında izahlı qeyd “Smolensk şəhəri, Kaşen küçəsi, ev 8a ünvanındakı ticarət bazarı; xx.xx.2017-ci ildə İ.N.Satuşevin ölümü faktı ilə bağlı götürülmüşdür”. Baxış zamanı qablaşdırmanın heç bir zədəsi yoxdur. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü: - sarı rəngli DVD-R disk, üzərində əl xətti ilə “topdansatış bazarı” yazılmışdır, həmçinin, üzərində “Mirex DVD-R 16x/4,7 Gb/120 dəq” yazısı vardır. Göstərilən diskə fərdi kompyuterdə baxarkən, içərisində 15 fayl, videofayllara baxmaq üçün proqram təminatının olduğu 1 qovluq var. iFileplay proqramı açılır. İş materiallarından həmçinin görünür ki, iFileplay proqramında oxutmaq üçün 20171023_07000.irf faylı seçilir. Bu fayl açılanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.00 dəqiqə 00 saniyə göstərir. Saat 07.09.28 saniyədə İ.N.Satuşevin VAZ2111 markalı avtomaşını yaxınlaşaraq, hasarın arxasında park edir. Saat 07.09.59 saniyədə videoqeyd bitir. iFileplay proqramında oxutmaq üçün 20171023_07100.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.10 dəqiqə 00 saniyə göstərir. Bir neçə dəqiqə ərzində topdansatış bazarının ərazisində əməkdaşlar bir pavilyondan digərinə keçirlər. Saat 07.14.10 saniyədə bir kişi (çox güman ki, mühafizəçidir) pilləkənlə geyinmə otağına qalxır, həmçinin, darvazanın qarşısında bir kişi də görünməyə başlayır. Bundan sonra onların yolu ayrılır və bazarın ərazisinə yollanırlar. Saat 07.17.20 saniyədə kişilərdən biri qayıdır və hasarın arxa tərəfinə, VAZ2111 avtomobilinin parklandığı yerə gedir, bundan sonra yedə “Raduqa” mağazasına tərəf gedir. Sonra başqa bir kişi də gəlir və göy darvazadan içəri girir. Saat 07.19.59 saniyədə videoqeyd bitir. iFileplay proqramında oxutmaq üçün 20171023_07200.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.20 dəqiqə 00 saniyə göstərir. Saat 07.25.30 saniyədə İ.N.Satuşevin VAZ2111 avtomobilinə bir kişi yaxınlaşır. Saat 07.29.00 saniyədə həmin kişi gedir. Saat 07.29.59 saniyədə videoqeyd bitir. iFileplay proqramında oxutmaq üçün 20171023_07300.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.30 dəqiqə 00 saniyə göstərir. Saat 07.31.30 saniyədə topdansatış bazarının girişinə qırmızı rəngli VAZ2108 yaxınlaşır, o, dönür və hasarın arxasında sağ tərəfdə avtomobilini park edir. Saat 07.31.32 saniyədə avtomobilin sürücü qapısından Təqsirləndirilən şəxs çıxır, bazar ərazisinə daxil olur, sonra sərnişin qapısından R.Q.Musayev çıxır və Təqsirləndirilən şəxs yaxınlaşır. Bundan sonra R.Q.Musayev bazarın girişində qalmaqda davam edir. Təqsirləndirilən şəxs bazarın içərisinə gedir. Təqsirləndirilən şəxs bazar ərazisində bir qədər gəzdikdən sonra R.Q.Musayevin yanına qayıdır, onlar nə barədəsə danışırlar. Saat 07.34.20 saniyədə Təqsirləndirilən şəxs avtomaşının sükanının arxasına əyləşir, R.Q.Musayev isə sərnişin tərəfdə avtomaşının yanında qalmaqda davam edir. Saat 07.39.59 saniyədə video bitir. iFileplay proqramında oxutmaq üçün 20171023_07400.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.40 dəqiqə 00 saniyə göstərir. Saat 07.40.00 saniyədə R.Q.Musayev VAZ 2108 markalı avtomobilin yanında qalmaqda davam edir. Saat 07.41.25 saniyədə R.Q.Musayev İ.N.Satuşevin VAZ 2111 markalı avtomobilinin park edildiyi yerə yaxınlaşır. Saat 07.42 dəqiqədə İ.N.Satuşev R.Q.Musayevlə söhbət edir, bu zaman onlar biri-birilərinə nə isə verirlər. Sonra onlara VAZ markalı avtomaşın yaxınlaşır, bir müddət sonra R.Q.Musayev öz avtomaşınına doğru gedir və bu zaman əlində nə isə aparır və VAZ2108 markalı avtomaşına yaxınlaşır. Saat 07.49.59 saniyədə videoqeyd bitir. iFileplay proqramında oxutmaq üçün 20171023_07500.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.50 dəqiqə 00 saniyə göstərir. Saat 07.50.20 saniyədə Təqsirləndirilən şəxs avtomaşından çıxaraq bazar ərazisinə gedir, bir qədər gəzdikdən sonra qayıdaraq avtomaşının sükanının arxasına keçir. Saat 07.52.17 saniyədə Təqsirləndirilən şəxs və R.Q.Musayevin içərisində olduqları avtomaşın gedir. Videoqeyddə bundan sonra istintaqı maraqlandıran informasiya görünmür. iFileplay proqramında oxutmaq üçün 20171023_07800.irf faylı seçilir, lakin o açılsa da, oxunmur. iFileplay proqramında oxutmaq üçün 20171024_07000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.00 dəqiqə 00 saniyə göstərir. Saat 07.02.45 saniyədə VAZ2111 markalı avtomobil gələrək bazarı əhatə edən hasarın arxasında park edir. Saat 07.05.22 saniyədə avtomaşın avtosiqnalizasiyaya bağlanır, bir dəfə dönmə işıqları yanıb sönür, sonra İ.N.Satuşev bazar ərazisinə daxil olur. İ.N.Satuşev bazar ərazisindən keçərək, öz avtomaşınına qayıdır, onunla birlikdə bir maşın da həmir əraziyə yaxınlaşır. Həmin avtomaşın bir neçə dəqiqə dayandıqdan sonra sürücüsü İ.V.Satuşevlə danışır, avtomaşını geriyə, bazar ərazisinə sürür. Saat 07.09.59 saniyədə video bitir. iFileplay proqramında oxutmaq üçün 20171024_071000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.10 dəqiqə 00 saniyə göstərir. Saat 07.10.10 saniyədə bazara VAZ2108 markalı avtomaşın yaxınlaşır, dayanır, maşının sərnişin oturacağından R.Q.Musayev çıxır, sonra avtomaşın bazar ərazisinə daxil olur, dönür və bazardan çıxaraq, bazarı əhatə edən hasarın sağ tərəfində maşını park edir. Sonra R.Q.Musayev İ.N.Satuşevin avtomaşınına yaxınlaşır, bundan sonra onlara maşınla bazar ərazisinə daxil olan başqa bir kişi yaxınlaşır. Saat 07.13.30 saniyədə R.Q.Musayev VAZ 2108 markalı avtomaşının yaxınlığında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşır. Saat 07.19.59 saniyədə video bitir. iFileplay proqramında oxutmaq üçün 20171024_072000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.20 dəqiqə 00 saniyə göstərir. Bütün video boyunca insanlar hərəkət edir, İ.N.Satuşevə dəfələrlə insanlar yaxınlaşır. Saat 07.29.59 saniyədə video bitir. iFileplay proqramında oxutmaq üçün 20171024_073000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.30 dəqiqə 00 saniyə göstərir. Saat 07.34.14 saniyədə pilləkənlə bir kişi qalxaraq, küçə işıqlandırılmasını yandırır. Təqsirləndirilən şəxs bazara girişin qarşısında gəzişir, eyni zamanda, vaxtaşırı telefonla danışır. Saat 07.37.35 saniyədə Təqsirləndirilən şəxs İ.N.Satuşevlə R.Q.Musayevin olduğu yerə qaçır. Avtomaşınına qaçaraq, maşının qapısını sərnişin tərəfdən açır. Bu zaman İ.N.Satuşevin avtomaşının arxasında R.Q.Musayevlə İ.N.Satuşev arasında mübarizə gedir, daha detallı görüntü yoxdur. Sonra Təqsirləndirilən şəxs VAZ2108 markalı avtomaşın istiqamətində qaçmağa başlayır, bu zaman o nəyisə əlindən salır və yerdən götürür. R.Q.Musayev onun arxasınca qaçır, İ.N.Satuşev qaçaraq onlara çatmağa və onları saxlamağa çalışır. Bu zaman R.Q.Musayev dayanır, yerdən nə isə götürür. Təqsirləndirilən şəxs avtomaşına sükanın arxasına keçir, İ.N.Satuşev ona çataraq, saxlamağa çalışır. Sonra R.Q.Musayev qaçaraq gəlib çatır və İ.N.Satuşevi kənara itələyir. Saat 07.38.00 saniyədə içərisində Təqsirləndirilən şəxs və R.Q.Musayevin olduğu avtomaşın “Raduqa” mağazasına tərəf getməyə başlayır. Bu zaman İ.N.Satuşev öz avtomaşınına yaxınlaşır, qapını bağlayır, yerdən nə isə götürür, bundan sonra başına papaq qoyur. Sonra İ.N.Satuşev əlini sol döş qəfəsi nahiyəsində tutaraq, tələsik addımlarla bazar ərazisinə daxil olur. Bundan sonra ona insanlar yaxınlaşmağa başlayır. Sonra İ.N.Satuşev öz avtomaşınına gedir, cavan oğlanlardan biri VAZ2108 avtomaşının getdiyi “Raduqa” mağazası istiqamətində qaçır. İ.N.Satuşev bazarın girişində gəzişməyə davam edir, onun yanında olan insanlardan bəziləri mobil telefonlarla zənglər edirlər. Saat 07.39.59 saniyədə videoqeyd başa çatır. iFileplay proqramında oxutmaq üçün 20171024_074000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.40 dəqiqə 00 saniyə göstərir. Bu videoqeyddə insanlar İ.N.Satuşevin avtomaşının park olduğu yerə tərəf gedirlər, dəfələrlə bazar ərazisindən müxtəlif vətəndaşlar yaxınlaşır. Saat 07.49.59 saniyədə videoqeyd başa çatır. iFileplay proqramında oxutmaq üçün 20171024_075000.irf faylı seçilir. Bu fayl açılmağa başlayanda iki videomüşahidə kamerasından aparılan videoqeyd görünür, tarix xx.xx.2017-ci il, vaxt saat 07.50 dəqiqə 00 saniyə göstərir. Saat 07.51.44 saniyədə hadisə yerinə polis əməkdaşlarının birinci maşını gəlir, sonra daha iki polis əməkdaşı avtomaşını yaxınlaşır, onlardan biri, polis əməkdaşlarını düşürərək, gedir. Saat 07.59.59 saniyədə videoqeyd bitir. iFileplay proqramında oxutmaq üçün 20171024_080000.irf faylı seçilir, lakin o açılsa da, oxunmur. Baxış başa çatdıqdan sonra disk kağız zərfə qablaşdırılır, zərfin içərisinə qoyulan obyekt barədə izahlı qeydin olduğu, hal şahidlərinin, müstəntiqin öz imzası ilə təsdiqlədiyi, həmçinin Rusiya İK-nin Smolensk vilayəti üzrə İİ-nin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” möhürü vurulmuş kağız birka üzərinə yapışdırılır. 1.Kağız zərf, zərfin qapağı yapışdırılıb, üzərində zərfə qoyulan obyekt haqqında izahlı qeyd “Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanındakı “Raduqa” Ticarət Mərkəzi, İ.N.Satuşevin xx.xx.2017-ci il tarixində öldürülməsi faktı ilə bağlı götürülmüşdür. Baxış zamanı qablaşdırmanın heç bir zədəsi yoxdur. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü: -Sarı rəngli DVD-R diski, üzərində əl xətti ilə “Raduqa Ticarət Mərkəzi”, həmçinin, “Mirex DVD-R 16x/4,7 Gb/120 min” yazısı vardır. Fərdi kompyuterdə göstərilən diskin içərisinə baxarkən, orada “VİDEO Raduqa” adlandırılmış bir qovluq, qovluqda isə 10 fayl vardır. VLC proqramında oxunması üçün CAM03_**********0000_14769468 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 00 dəqiqə 00 saniyə ilə başlayır. Bu zaman Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə VAZ2108 markalı avtomaşın park edilmişdir. Saat 06.18 dəqiqə 06 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********1806_14919375 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 18 dəqiqə 06 saniyə ilə başlayır. Bu zaman Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə VAZ2108 markalı avtomaşın park edilmişdir. Saat 06.49 dəqiqə 50 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********4950_15174843 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 49 dəqiqə 50 saniyə ilə başlayır. Bu zaman Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə VAZ2108 markalı avtomaşın park edilmişdir. Saat 07.17.49 saniyədə VAZ 2108 markalı avtomaşın bazar istiqamətinə yönələrək, gedir. Saat 07.21.33 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********2123_15432390 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 07 21 dəqiqə 33 saniyə ilə başlayır. Bu zaman bazardan VAZ2108 markalı avtomaşın gələrək Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə park edilir, orada qalmaqda davam edir. Saat 07.43.14 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********5314_15690812 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 07 53 dəqiqə 16 saniyə ilə başlayır. Bu zaman VAZ2108 markalı avtomaşın Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə park edilərək, orada qalmaqda davam edir. Saat 08.00.00 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********0000_13706343 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 00 dəqiqə 00 saniyə ilə başlayır. Bu zaman VAZ2108 markalı avtomaşın Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə park edilmişdir. Saat 06.05.02 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********0502_13748500 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 05 dəqiqə 02 saniyə ilə başlayır. Bu zaman VAZ2108 markalı avtomaşın Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə park edilmişdir. Saat 06 31 dəqiqə 09 saniyədə VAZ2108 markalı avtomaşın dönür və elə həmin yerdə üzü bazar istiqamətində park edilir. Saat 06.36.44 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********3644_140077109 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 06 36 dəqiqə 44 saniyə ilə başlayır. Bu zaman VAZ2108 markalı avtomaşın Smolensk şəhəri, Kaşen küçəsi, ev 6 ünvanında yerləşən “Raduqa” mağazasının küncündə park edilmişdir. Saat 06 57 dəqiqə 19 saniyədə VAZ2108 avtomaşını bazar istiqamətində hərəkətə başlayır və gedir. Saat 07.08.27 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********0827_14264234 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 07 08 dəqiqə 27 saniyə ilə başlayır. Saat 07 26 dəqiqə 24 saniyədə sürətlə bazardan çıxır və videokameranın görüntü zonasına düşür, bundan sonra avtomobil yoluna çıxır hərəkətinə “Pyatnitski puteprovod” istiqamətində davam edir. Saat 07 39 dəqiqə 11 saniyədə “Raduqa” mağazası istiqamətində Yol patrul xidməti avtomaşını dönür və bazara tərəf hərəkət etməkdə davam edir. Saat 07 40 dəqiqə 08 saniyədə videoqeyd bitir. VLC proqramında oxunması üçün CAM03_**********4008_14521343 adlı fayı seçilmişdir. Həmin videoda xx.xx.2017-ci il tarixi göstərilir və video saat 07 40 dəqiqə 08 saniyə ilə başlayır. Videoqeyddə bir neçə polis avtomaşını hadisə yerinə gəlir, hər hansı bir əhəmiyyətli informasiya yoxdur. Saat 08 00 dəqiqə 08 saniyədə videoqeyd bitir. Baxış başa çatdıqdan sonra disk kağız zərfə qablaşdırılır, zərfin içərisinə qoyulan obyekt barədə izahlı qeydin olduğu, hal şahidlərinin, müstəntiqin öz imzası ilə təsdiqlədiyi, həmçinin, Rusiya İK-nin Smolensk vilayəti üzrə İİ-nin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” möhürü vurulmuş kağız birka üzərinə yapışdırılır. 1.Kağız zərf, qapağı yapışdırılmayıb, üzərində zərfə qoyulan obyekt haqqında izahlı qeyd “Smolensk şəhəri, Jelyabov küçəsi, ev 1 ünvanındakı Baykal TM, xx.xx.2017-ci ildə İ.N.Satuşevin ölümü faktı ilə bağlı götürülmüşdür”. Baxış zamanı qablaşdırmanın heç bir zədəsi yoxdur. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü: -iki ədəd sarı rəngli DVD-R diski, üzərində “Mirex DVD-R 16x/4,7 Gb/120 min” yazısı vardır, disklərin birində əl xətti ilə “Baykal Ticarət Mərkəzi 1”, digərində isə “Baykal Ticarət Mərkəzi 2” yazılmışdır. Göstərilən diskin içərisinə baxarkən, orada istintaq üçün əhəmiyyəti olan informasiya alınmadı. Baxış başa çatdıqdan sonra disk kağız zərfə qablaşdırılır, zərfin içərisinə qoyulan obyekt barədə izahlı qeydin olduğu, hal şahidlərinin, müstəntiqin öz imzası ilə təsdiqlədiyi, həmçinin, Rusiya İK-nin Smolensk vilayəti üzrə İİ-nin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” göy rəngli möhürü vurulmuş kağız birka üzərinə yapışdırılır. 1.Kağız zərf, qapağı yapışdırılmayıb, üzərində zərfə qoyulan obyekt haqqında izahlı qeyd “Smolensk şəhəri, İdarniki küçəsi, ev 1 ünvanındakı KDM MMC, xx.xx.2017-ci ildə İ.N.Satuşevin ölümü faktı ilə bağlı götürülmüşdür”. Baxış zamanı qablaşdırmanın heç bir zədəsi yoxdur. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü: -sarı rəngli DVD-R diski, üzərində “Mirex DVD-R 16x/4,7 Gb/120 min” yazısı vardır, həmçinin, əl xətti ilə “Zavod KDM” yazısı vardır. Göstərilən diskin içərisinə baxarkən, orada istintaq üçün əhəmiyyəti olan informasiya alınmadı. Baxış başa çatdıqdan sonra disk kağız zərfə qablaşdırılır, zərfin içərisinə qoyulan obyekt barədə izahlı qeydin olduğu, hal şahidlərinin, müstəntiqin öz imzası ilə təsdiqlədiyi, həmçinin, Rusiya İK-nin Smolensk vilayəti üzrə İİ-nin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” göy rəngli möhürü vurulmuş kağız birka üzərinə yapışdırılır. 1.Kağız zərf, qapağı yapışdırılmayıb, üzərində zərfə qoyulan obyekt haqqında izahlı qeyd “Smolensk şəhəri, Serebryanka qəsəbəsi, 10 No-li yanacaq doldurma məntəqəsi ünvanındakı Soled Smolensk MMC, xx.xx.2017-ci ildə İ.N.Satuşevin ölümü faktı ilə bağlı götürülmüşdür”. Baxış zamanı qablaşdırmanın heç bir zədəsi yoxdur. Zərf açıldıqda içərisindən aşağıdakı götürüldü: -sarı rəngli DVD-R diski, üzərində “Mirex DVD-R 16x/4,7 Gb/120 min” yazısı vardır, əl xətti ilə “Serebryanka AZS” yazılmışdır. Göstərilən diskin içərisinə baxarkən, orada istintaq üçün əhəmiyyəti olan informasiya alınmadı. Baxış başa çatdıqdan sonra disk kağız zərfə qablaşdırılır, zərfin içərisinə qoyulan obyekt barədə izahlı qeydin olduğu, hal şahidlərinin, müstəntiqin öz imzası ilə təsdiqlədiyi, həmçinin, Rusiya İK-nin Smolensk vilayəti üzrə İİ-nin Smolensk şəhəri Zadneprovski rayonlararası istintaq şöbəsinin “Paketlər üçün” göy rəngli möhürü vurulmuş kağız birka üzərinə yapışdırılır. Baxış zamanı fotoçəkiliş aparılmamışdır. Protokol tanış olmaları üçün istintaq hərəkətində iştirak edən bütün şəxslərə təqdim edilmişdir. Bu zaman göstərilən şəxslərə protokola əlavə edilməli olan düzəliş, əlavə və dəqiqləşdirmələr etmək hüquqları izah edilmişdir. İstintaq hərəkətinin iştirakçıları protokolu şəxsən oxuyaraq tanış olduqdan sonra ona əlavə və dəqiqləşdirmələr etmək üçün heç bir qeyd etməmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə Rusiya rublunun məzənnəsi aşagıdakı kimi olmuşdur: "xxxx" ASC-də alış -0,0272, satış -0,0296, Mərkəzi Bankda 0,0296. İş materiallarında olan RF Smolensk Vilayət Məhkəməsinin 5 avqust 2021-ci il tarixli 2- 3/2021 nömrəli hökmündən görünür ki, X27 RF CM-nin 162-ci maddəsinin 4-cü hissəsinin «v» bəndi, 105-ci maddəsinin 2-ci hissəsinin «z» bəndində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və RF CM-nin 162-ci maddəsinin 4-cü hissəsinin «v» bəndi ilə cəriməsiz 10 il azadlıqdan məhrum etmə cəzasına, RF CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin «z» bəndi ilə 12 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, RF CMnin 69-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 3-6/2-3532/2024 nömrəli məktubundan görünür ki, X27 barəsində olan cinayət işi Bakı Apellyasiya Məhkəməsinin icraatında aşkar edilməmişdir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X4 və X33 mülki iddiaçı kimi tanınmış, onların Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi hər biri ayrılıqda 29600 manat omlaqla cəmi 59200 manat qiymətləndirilmiş, RF Smolensk şəhər bazarında quraşdırılmış müşahidə kameraları tərəfindən hadisənin baş verdiyi vaxt-xx.xx.2017-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski protokola əlavə kimi cinayət işində saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tələbnamə üzrə verilmiş xx.xx.2022-ci il tarixli 5 saylı arayışdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli axtarışa elan olunmuş şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə saat 11.20-də tutulmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, onun həbs müddətinin əvvəli tutulduğu 12 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(019)- 35/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hazırki qərarın çıxarıldığı 28 fevral 2023-cü il tarixdən ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməklə o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində və ibtidai istintaqda özünü Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməməsi, məhkəmə iclasında verdiyi ifadəsində sadəcə Rəşad Musayevin göstərişini yerinə yetirməsi, ölmüş zərərçəkmiş şəxs İlya Satuşevə məxsus pul qabını götürməməsi, həmin pul qabının Rəşad Qarayevə məxsus olduğunu düşündüyü üçün Rəşada verməyə görə götürməsi, İlya Satuşevi soyçunçuluqla talamaq niyyətinin olmaması, İlya Satuşevə zor tətbiq etməməsi və Rəşad Musayevin niyyətinin ona aid olmaması, Satuşevdən götürülmüş puldan özünə heç nə götürməməsi barədə bildirdiklərini mötəbər məlumat kimi qəbul etmir və özünümüdafiə kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs özünümüdafiə üçün qeyd etdiyi bu məlumatlar iş üzrə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçıların ifadələri, şahid ifadələri, X11 ifadələri, Təqsirləndirilən şəxs ilkin izahatları, hadisə yerinə baxış keçirilməsi barədə protokollar, ekspertiza rəyləri, hadisə yerində quraşırılımış müşahidə kameraları tərəfindən qeydə alınmış hadisə anının videogörüntüləri və digər mötəbər sübutlarla tam təkzib olunur. İşdə olant mötəbər sübutlardan, o cümlədən Rusiya Federasiyası Smolensk şəhər bazarında quraşdırılmış müşahidə kameraları tərəfindən hadisənin baş verdiyi vaxt-xx.xx.2017-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış zamanı da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs X32 Satuşevi bıçaqla vurmasını, ölmüş zərərçəkmiş şəxsin paltarında və əllərində qan izləri olmasını görmüş, X32 Satuşevdən içində pullar olan pul qabını zorla almasını müşahidə etmiş və Rəşad Musayev tərəfindən yerə salınan həmin pul qabını yerdən götürməklə avtomaşına qaçmış, İlya Satuşevin onun dalınca qaçmasını görmüş, tez hadisə yerindən qaçmaq üçün avtomaşının qapısını açanda həmin qapını İlya Satuşevə vurmaqla ona xəsarət yetirmiş, sonra isə onlar Rəşad Musayevlə birlikdə avtomaşınla hadisə yerindən qaçmışlar. Baxmayaraq ki, Təqsirləndirilən şəxs İlya Saituşevə məxsus həmin pul qabını yerdən götürməmək, həmçinin onu avtomaşına aparmamaq və ya həmin pul qabını onun dalınca qaçan İlya Satuşevə vermək, həmçinin təqsirkar olmadığı halında hadisə yerindən qaçmamaq, polisə bu barədə məlumat vermək, İlya Satuşevə təcili tibbi yardım çağırmaq barədə hərəkət etmək sərbəstliyi olmuş, lakin o, bu variantlardan heç birini etməmişdir. Bundan sonrakı hərəkətləri də Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlinin törədilməsində təqsirli olmasına əsaslı qənaətlər yaradır. Belə ki, Təqsirləndirilən şəxs Rəşad Musayevlə birlikdə evdən əşyalarını, o cümlədən paltarlarını götürməklə Smolensk şəhərindən Minsk şəhərinə getmiş, orada İlya Satuşevdən cinayət əməli ilə əldə edilmiş pul vəsaiti hesabına yeyib-içmiş və təyyarə biletləri almış, bundan sonra Gürcüstana gəlməklə oradan Azərbaycan Respublikasına keçmişlər. İlya Satuşevdən cinayət yolu ilə əldə edilmiş pullar hesabına Təqsirləndirilən şəxsla yeyib-içdiklərini və hər ikisinə təyyarə biletləri aldıqlarını X27 RF-da həyata keçirilən ibtidai istintaqda verdiyi ifadələrində birbaşa göstərmişdir. Qeyd olunanlar və işin həqiqi faktiki halları Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi barədə əsaslı şübhədən uzaq nəticəyə gəlməyə tam əsas yaradır. Məhkəmə bu xüsusda X29 X26 məxsus pulları talamada iştirak etməməsinə dair Rusiya Federasiyasında ibtidai istintaq zamanı iverdiyi fadələrində göstərdiyi məlumatları Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmağa və müdafiə etməyə yönəlimiş cəhd kimi qiymətləndir və mötəbər hesab etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməməsi barədə xüsusat Azərbaycan Respublikası Konstitusiyasının 63, Avropa Konvensiyasının 6 və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququ konteksində nəzərə alınmalıdır. Belə ki, özünü müdafiə etmək və bu xüsusda özünü ifşa edən ifadələr verməmək həmin hüququn mahiyyətindən irəli gəlir. Təqsirsizlik prezumpsiyası hüququna görə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Minelli İsveçrəyə qarşı işdə qeyd etmişdir ki, cinayət əməli törətməkdə təqsirləndirilən şəxs öz əleyhinə ifadə verməyə məcbur edilməməlidir. Cinayət araşdırmasının gedişində sübutetmə yükü təqsirləndirilən şəxsin üzərinə qoyula bilməz. Həmçinin təqsirləndirilən şəxs özünü ifşa edən ifadələr verməmək, öz maraqları əleyhinə şahidlik etməkdən imtina etmək hüququna malikdir ki, cinayət araşdırmasının istənilən mərhələsində bu hüquqlara hörmət edilməlidir. Funke Fransaya qarşı məhkəmə işində Avropa Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, təqsirləndirilən şəxsin susmaq hüququ və cinayət törətməkdə ifşa edilməsinə yardım göstərməmək hüququ vardır. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrilə təqsirli bilməməsi və həmin qanun normalarında nəzərdə tutulmuş əməli törətməməsi barədə ifadəsində göstərdiyi halları nə cinayət əməlinin törədilməsinin sübut olunması, nə də cəza verilməsində onun əleyhinə istifadə oluna bilməz. Əks hal təqsirləndirilən şəxsin təqsirsizlik prezumpsiyası hüququnun kobud pozuntusu olacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçıların ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolları, R.Musayevin təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin yerində yoxlanılması protokolu, hadisə yerinin müşahidə kameraları tərpəfindən qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 (bir) ədəd DVD diski və digər sənədlərlə təsdiq edilərək sübuta yetirilir. Məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayət əməlini törətmişdir. Soyğunçuluğun, yəni özgənin əmlakını açıq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməllərdə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cü maddəsində cəzanı yüngülləşdirən hallar, CMnin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materiallarına əsasən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən bir daha qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Cəza təyinatı zamanı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Bu xüsusda məhkəmə qeyd edir ki, CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 il, yuxarı həddi isə 7 il müəyyən edilmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İstinad olunan qanun normalarının mənasından görünür ki, əslində qanunverici CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını həmin cinayətin xarakterinə və ictimal təhküləlik dərəcəsinə, yəni cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına və qəsdən törədilməsinə, həmçinin onun törədilmə hallarına və təqsirli şəxsin şəxsiyyətinə uyğun olaraq müəyyən etmişdir. Qanunverici maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəzanın təyin edilməsini CM-nin 62-ci maddəsinin tətbiqi şərtləri ilə bağlayır. Həmçinin qanuna əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən və xüsusiilə təhlükəli residivə görə dörddə üçündən az ola bilməz (CM-nin 65.2-ci maddəsi). Belə olan halda cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmadığı, o cümlədən cinayətlərin residivinin olmadığı nəzərə alınmaqla təqsirləndirilən şəxsə CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrilə qanuni tələblər və şərtlər daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə tam uyğundur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar, o cümlədən cinayətin residivi yoxdur. Qeyd olunduğu kimi qanunvericilik mütləq qaydada maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəza növünün son həddinin yarısı, üçdə iki və dörddə üç hissə həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını müvafiq olaraq residiv, təhlükəli residiv və xüsusilə təhlükəli residiv halı ilə bağlayır. Qalan hallarda şəxsə mütləq olaraq daha ciddi cəzanın son həddinin yarısı, üçdə ikisi və dörddə üçünün təyin olunmasını imperativ şərt kimi qoymur. Nəzərə çatdırıldığı kimi, əgər qanunverici maddənin sanksiyasında cəzanın hədlərini qeyd edirsə, onda residiv halları və cəzanı ağırlaşdıran digər hallar olmadığı şəraitdə təqsirləndirilən şəxsə yüksək həddə cəzanın təyin edilməsi ədalətli sayıla bilməz. Bu halın cinayətlər üzrə vahid cəza müddətlərinin müəyyən olunmasına xidmət etməsini qəbul etmək də gülüncdür. Belə ki, ədalət prinsipi, eyni zamanda cinayət məsuliyyətinin fərdiləşdirilməsi meyarı cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə yanaşı, hər bir cinayətə onun törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından xüsusi fərdi yanaşmasını tələb edir. Belə olan halda hər hansı cinayətlərə, hazırki halda CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulmuş, törədilməsi halları və onu törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar müxtəlif olan cinayətlərə görə eyni cəza həddlərinin müəyyən olunması ədalət prinsipinə və CM-nin 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipinə zidd olardı. Cinayət işləri üzrə vahid cəza müddətlərinin tətbiqi, bu xüsusda cəzanın məqsədlərinə nail olmaq adı altında təqsirləndirilən şəxsə yuxarı hədddə cəzanın təyin edilməsi subyektivliyə əsaslanan yanaşmadır, cəzanın məqsədlərinə çatmağa xidmət etməməklə bir növ təqsirləndirilən şəxsdən qisas almağa yönəlmiş bir mövqedir. Bu da qanunla qadağandır. Belə ki, Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və məqsəd daşıya bilməz, yəni cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədini ehtiva edə bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni təqsirləndirilən şəxsdən əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Bir də qeyd etmək lazımdır ki, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın əsas məqsədi sosial ədaləti bərpa etmək, yəni insanın ictimai münasibətlərə vurduğu zərər həcmində onun üçün qanunda nəzərdə tutulmuş məhrumiyyətlər yaratmaq və bununla da həmin zərər görmüş ictimai münasibətləri bərpa etməkdir. Bu xüsusda təqsirləndirilən şəxsə tətbiq edilən cəza onun əməlinə adekvat olmalıdır. Cəzanın ədalətliliyinin əsas meyarı da bundan ibarətdir. Qanunda nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmadığı şəraitdə təqsirləndirilən şəxsə ona istinad olunan maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi əmələ adekvat olmamaqla qanuni və ədalətli cəza sayıla bilməz. Məhz göstərilənləri, cəzasını yüngülləşdirən halların və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əmələ adekvat olmaqla, cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğun, qanuni və ədalətli sayır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin və 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirldi bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun 12 noyabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 28 fevral 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı 20 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlandığı müddəti olaraq ona təyin olunan bu cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməli, barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət… Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır… Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinin tələbinə görə qəsdən törədlmiş o cümlədən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Rusiya Federasiyası Smolensk şəhər bazarında quraşdırılmış müşahidə kameraları tərəfindən hadisənin baş verdiyi vaxt-xx.xx.2017-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:…132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş materiallarından görünür ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X28 Təqsirləndirilən şəxs qarşı Rusiya rublunun Azərbaycan manatına nisbətdə məzənnəsi əsasında hesablanmış 29600 manat pul tələbinə dair mülki iddiası və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 Təqsirləndirilən şəxs qarşı Rusiya rublunun Azərbaycan manatına nisbətdə məzənnəsi əsasında hesablanmış 29600 manat pul tələbinə dair iddiası vardır və ibtidai istintaqda həmin şəxslər mülki iddiaçı qismində tanınmışlar. Ölmüş xərərçəkmiş şəxslər-mülki iddiaçılar X28 və X1 Təqsirləndirilən şəxs qarşı mülki iddialarının cəmi məbləği 59200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ölmüş xərərçəkmiş şəxslər-mülki iddiaçılar X28 və X1 Təqsirləndirilən şəxs qarşı ziyan tələbinə dair mülki iddiaları baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 180.1-ci maddəsinə əsasən eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası CPM-nin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdığı hallar, həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməli, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:…150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd… «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddianın qiyməti 10.000-dan 100.000-dək olduqda 120 manat+10.000 manatdan yuxarı olan iddianın qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin hazırki mülki iddia ərizələrindən və iş materiallarından görünür ki, həmin iddia ərizələrində iddiaçıların şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN), mülki iddiaçıların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməmiş, həmçinin mülki iddiaçılar X33 və X4 tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizələrinə əlavə edilməmiş, mülki iddiaçılar tərəfindən müəyyən edilmiş müddətdə, yəni iş üzrə yekun məhkəmə qərarı çıxarılan müddətədək işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırılmamışdır. Qeyd olunanlar da hazırki iddia ərizələrinin baxılmamış saxlanması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X28 Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanmalı, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçılar X30 və X2 Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:…354.1.3. iddianın baxılmamış saxlanması. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri qaydasında iş materiallarına istinad edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Eyni zamanda iş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 240 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll etdiyindən Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun 12 noyabr 2022-ci il tarixdən 28 fevral 2023-cü il tarixədək tutulub həbsdə saxlandığı və 28 fevral 2023-cü il tarixdən hazırki hökmün çıxarıldığı 20 sentyabr 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlandığı müddət kimi təyin edilən həmin cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Rusiya Federasiyası Smolensk şəhər bazarında quraşdırılmış müşahidə kameraları tərəfindən hadisənin baş verdiyi vaxtxx.xx.2017-ci il tarixdə qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X28 Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlansın. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X1 Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlansın. Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisləri-mülki iddiaçılar X30 və X2 Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 240 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-2/2024
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-2/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver