Məhkəmə qərarları › İş №1(019)-2/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-2/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-2/2025 27.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx xxxxxx 1964-cü ildə Masallı rayonunun Xıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 63, mənzil 79-da qeydiyyatda olan və yaşayan, barəsində 30 aprel 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəcində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankı-nın müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin ondan və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2015-ci il tarixli, 2(103)-5143/2015 saylı qanuni güvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Balakən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 08 dekabr 2022-ci və 22 dekabr 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə zərər çəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2013-cü ildən isə "xxxx" MMC-nin direktoru kimi tanıdığı Şahid4 ilə birlikdə sement istehsalı ilə məşğul olmuşlar. Belə ki, o, İran İslam Respublikasından sement istehsalı üçün tələb olunan xüsusi xammal-klinkeri idxal etmiş, Şahid4 isə özünə məxsus "xxxx" MMC-də sement istehsal edərək satmışlar. Həmin ərəfələrdə 1995-ci ildən tanıdığı və aralarında dostluq münasibətləri olan Zərərçəkmiş şəxs söhbət əsnasında onun klinker idxalı ilə məşğul olduğunu bilmişdir. Zərərçəkmiş şəxs ona bu işlə məşğul olmaq istədiyini bildirmişdir. Buna görə də o, Zərərçəkmiş şəxs Şahid4la tanış etmişdir. Daha sonra Zərərçəkmiş şəxs Şahid4 ilə iki milyon dollarının sərmayə şəklində işə qoyulması barədə razılığa gəlmişlər. Zərərçəkmiş şəxs hüquqşünası Şahid3 onun ofisinə gələrək hissə-hissə olmaqla iki milyon ABŞ dolları pulu ona təhvil vermişdir. O, da həmin məbləğin hamısını Şahid4 vermişdir. Daha sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq aralarındakı məsələni rəsmiləşdirmək istədiyini bildirmişdir. Bu məqsəd ilə bir tərəfdə Zərərçəkmiş şəxs və onun hüquqşünası Şahid3 İsgəndər oğlu, digər tərəfdə isə özü və "xxxx" MMC-nin direktoru Şahid4 olmaqla 02 sentyabr 2013-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlamışlar. Razılaşmadan sonra təxminən altı dəfə ölkəyə klinker gətirmişdir ki, hər dəfə də əldə etdikləri gəlirdən yüz iyirmi min ABŞ dolları olmaqla cəmi beş yüz qırx min ABŞ dolları məbləğində pulu gəlir kimi Şahid3 vermişlər.Sonradan ölkəyə klinker gətirilməsində problemlər yaranmışdır. Belə ki, idxal etmək istədikləri xammal gömrükdən ölkəyə buraxılmamış və həmin mal məhv olduğu üçün ziyan etmişlər. Bundan sonra Zərərçəkmiş şəxsla aralarında narazılıqlar yaranmış və daha sonra Zərərçəkmiş şəxs və Şahid3 ona və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2015-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Zərərçəkmiş şəxs və Şahid3 həmin qətnamədən apellyasiya şikayəti vermişlər.Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edərək ondan və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin ondan və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməsinə dair 04 avqust 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamədən kassasiya şikayəti versələr də, şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş və icraata başlanılmışdır. İcra müddətində Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsi və Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən qətnamənin icrası dəfələrlə ondan tələb olunmuşdur. O, Zərərçəkmiş şəxs ödənilməli olan borcun qarşılığında tələbkar Zərərçəkmiş şəxs istək və razılığı əsasında "xxxx" MMC-də malik olduğu 50% payının yarısını, ümumi təsis payının 25%-ni ona vermiş və bunu alqısatqı yolu ilə tələbkarın adına rəsmiləşdirməsini təmin etmişdir. Həmin payın dəyəri ödəməli olduqları puldan çox olmuşdur. Zərərçəkmiş şəxs narazı olduğundan özünə məxsus 450.000 manat məbləğində dəyərləndirilən Sumqayıt şəhəri, Bulvar ərazisində "xxxx" MTK-ya məxsus və onun sifarişi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış bina kompleksinin A l blokunun 5-ci mərtəbəsində yerləşən, sahələri 119,6 kv.m. və 97,1 kv.m. olan 2 ədəd 3 otaqlı mənzili tələbkara vermiş və sonuncunun istəyinə uyğun MTK ilə müqavilə bacısı oğlunun adına rəsmiləşdirilmişdir. Lakin icra məmurları tərəfindən həmin ödənişlər nəzərə alınmamış, əlavə olaraq ******* ABŞ dollarının ödənməsi tələb olunmuşdur. Qətnaməni icra etməməsi əsası ilə Balakən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra ona yeni icra müddəti təyin edilmiş və qətnamənin icrası ondan tələb olunmuşdur. Həmçinin qətnaməni icra etməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona xəbərdarlıqlar verilmişdir. O, isə əlavə ödəniş edə bilməmişdir. Bundan sonra onun barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Müstəntiq də işi düzgün aparmamış, onun ödənişləri ilə bağlı araşdırma etməmiş, onun ödədiklərini nəzərə almamışdır. Onun təqsiri yoxdur. barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 1995-ci ildən tanıyır və onunla dostluq münasibətləri olub. 2013-cü ildə Təqsirləndirilən şəxs söhbət əsnasında sement istehsalı ilə məşğul olan "xxxx" MMC-nin şəriklərindən biri olduğunu, İran İslam Respublikasından sement istehsalı üçün tələb olunan xüsusi xammal-klinkeri idxal etdiyini, həmin xammaldan "xxxx" MMC-də sement istehsal etdiklərinini və gəlirli bir sahə olduğunu bildirərək ona Cəmiyyətin fəaliyyətinə pul qoymaqla gəlir götürməyi təklif etmişdir. O,da biznes fəaliyyətində hüquqşünas kimi ona xidmət edən Şahid3la məsləhətləşmiş və sonuncu ilə birlikdə bir neçə dəfə "xxxx" MMC-yə gedərək fəaliyyəti ilə tanış olaraq aralarında apardıqları müzakirələrdən sonra Təqsirləndirilən şəxs təklifini qəbul etmişdir. Bununla da xammalın alınması üçün onun iki milyon ABŞ dolları sərmayə qoymağı, qarşı tərəfin isə xammalı gətirməklə istehsaldan əldə edilən gəlirdən hər ay ona yüz səksən min ABŞ dolları məbləğində pul verilməsi barədə aralarında şifahi razılığa gəlmişlər. Razılaşdıqları məbləği hissə-hissə Şahid3 vermiş, sonuncuda həmin məbləği Təqsirləndirilən şəxs verərək bu barədə imzalı qəbz almışdır. Aralarında razılaşdıqları məbləği verdikdən sonra, qarşı tərəfə razılaşmanı rəsmiləşdirilməsini təklif etmişlər. Müqaviləni tərtib edərkən Şahid3 ona müqaviləyə nəzarət etmək üçün onun da adını tərəf kimi müqaviləyə salınmasını təklif etmiş, o, da sonuncuya olan inamına görə təklifi ilə razılaşmış və "xxxx" MMC-nin direktoru Şahid4 və Təqsirləndirilən şəxs ilə 02 sentyabr 2013-cü il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlamışlar. Razılaşmadan sonra cəmi üç yüz altmış min ABŞ dolları məbləğində ona pul gəlir kimi verilmişdir. Bundan sonra qarşı tərəf razılaşmaya əməl etməmiş və müxtəlif bəhanələrlə ödənişdən yayınmışlar. Buna görə dəfələrlə Təqsirləndirilən şəxsla görüşüb müqaviləyə əməl etmələrini tələb etsə də, Adil hər dəfə məsuliyyəti "xxxx" MMC-nin direktorunun üzərinə atmış, məsələni həll etməmişdir. Məcburiyyət qarşısında qalaraq Hacıbala İskəndərovla birlikdə Təqsirləndirilən şəxs və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbləri təmin edilməmişdir. Odur ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxaraq Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ona, həmçinin Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməsinə dair 04 avqust 2015-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti versə də, şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə üzrə 29 fevral 2016-cı il tarixdə icraata başlanılsa da, ötən doqquz ildə Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə məhəl qoymamış, borc məbləğindən heç bir ödəniş etməmişdir. Ötən müddətdə dəfələrlə Təqsirləndirilən şəxsla görüşərək borc məbləğinin ödənilməsini təmin etməyini ondan xahiş etmişdir. Adil hər dəfə borcu ödəyəcəyi ilə bağlı müxtəlif vədlər versə də, sonradan vədlərinə əməl etməmiş, əksinə borc məbləğini ödəmədiyi halda icra sənədi üzrə icraata xitam verilməsinə nail olmağa çalışmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2015-ci il tarixli xüsusi qərardadına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı aparılan müddətdə Təqsirləndirilən şəxs onunla görüşüb borc müqabilində özünün "xxxx" MMC-dəki payının 25 faizini ona vermək istədiyini bildirərək onu inandırmışdır ki, bununla o, "xxxx" MMC-nin şəriki, həmçinin əmlakının 25 faizinə sahib olmaqla eyni zamanda MMC-nin fəaliyyətindən gəlir əldə edəcəkdir. O, da Təqsirləndirilən şəxs təklifini qəbul edib bu barədə 28 dekabr 2018-ci il tarixli müqvilə bağlamışlar. Daha sonra Təqsirləndirilən şəxs Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı ona təqdim edərək "xxxx" MMC-nin nizamnamə kapitalının 25 faizinin artıq onun adına qeydiyyata götürüldüyünü bildirmişdir. O, da qeyd edilən MMCnin şəriki olmaqla həmin MMC-yə məxsus əmlakının 25 faizinin sahibi olduğunu düşünərək Təqsirləndirilən şəxs heç bir tələbinin və şikayətinin olmadığına dair notarial ərizə yazaraq Təqsirləndirilən şəxs vermişdir. Bir müddət sonra "xxxx" MMC-nin əmlakının nədən ibarət olduğunu öyrəndikdə ona məlum olmuşdur ki, həmin Cəmiyyətin əmlakı "xxxx" ASC-yə olan kredit borcuna görə həmin bankın mülkiyyətinə keçmiş və MMC-nin mülkiyyətində hər hansı əmlakı mövcud deyildir. Artıq aldadıldığını bildiyinə görə notariusa müraciət edərək Təqsirləndirilən şəxs verdiyi ərizəsini ləğv etdirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus 450.000 manat məbləğində dəyərləndirilən Sumqayıt şəhəri, Bulvar ərazisində "xxxx" MTK-ya məxsus və onun sifarişi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış bina kompleksinin A l blokunun 5-ci mərtəbəsində yerləşən, sahələri 119,6 kv.m. və 97,1 kv.m. olan 2 ədəd 3 otaqlı mənzili ona verməsi də yalandır. Həmin evləri bacısı oğlu özü almışdır. Təqsirləndirilən şəxs qətnaməni icra etməyə kifayət qədər maddi imkanı vardır. Lakin o, qəsdən əmlakını gizlətməklə icradan yayındırır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir və qətnamə üzrə ona ödənilməli olan iki milyon doqquz yüz min ABŞ dolları məbləğində pul Təqsirləndirilən şəxs alınaraq ona verilməlidir. Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməlidir. Həmin icra sənədi 29 fevral 2016-cı il tarixdə şöbəyə daxil olmuş və eyni tarixli qərarla icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Təqsirləndirilən şəxs tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borcluların əmlak vəziyyəti öyrənilmiş və nəticədə borclu Təqsirləndirilən şəxs adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 23 C saylı evin və Bakı şəhəri, D.Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin, digər borclu "xxxx" MMC-nin adına isə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası və həmin ünvanda yerləşən 238,7 kv.m olan əmlakların olduğu müəyyən edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli qərardadına əsasən həmin əmlakların üzərinə həbs qoyulmuşdur. Təqsirləndirilən şəxs adına qeydiyyata alındığı müəyyən edilərək üzərinə həbs qoyulmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 23 C saylı ev üç yüz min manat dəyərində qiymətləndirilmiş və tələbkara təklif olunmuşdur. Tələbkar Zərərçəkmiş şəxs həmin təklifi qəbul edərək həmin əmlakı borc müqabilində qəbul etmişdir. Lakin həmin əmlak üzərindəki həbs Bakı Apellyasiya Məhkəməsinin 23 avqust 2016-cı il tarixli qərardadına əsasən ləğv edilmişdir. Digər əmlaklar üzərindəki həbs isə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli qərardadına əsasən ləğv edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs adına VAZ-21214 markalı, **-KU-*** dövlət nömrə nişanlı və “Daimler Chrysler” markalı, **-EH-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Həmin avtomobillərin saxlanılaraq icra şöbəsinə təhvil verilməsi üçün DİNnin BDYPİ-nə göndərilsə də nəticəsi olmamışdır. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs qətnaməni icra etməmiş və 13 may 2022-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olduğunu əsas gətirərək icra sənədinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Odur ki, 08 iyun 2022-ci il tarixli qərarla qeyd edilən icra sənədi tərəflərindən ərazi aidiyyəti üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutu- laraq Şahid3 ödənilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə Bakı Şəhəri Nəsimi Rayon İcra qrumunda 29 fevral 2016-cı il tarixdə icraata başlanılması haqqında qərar qəbul edilmiş və zəruri icra tədbirləri görülmüşdür. Təqsirləndirilən şəxs həmin müddətdə qətnaməni icra etməmiş və 13 may 2022-ci il tarixli ərizə ilə Bakı Şəhəri Nəsimi Rayon İcra qrumuna müraciət edərək Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olduğunu əsas gətirərək icra sənədinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə icra sənədi ərazi aidiyyəti üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi 13 iyun 2022-ci il tarixli qərarla icraata qəbul edilərək zəruri icra tədbirləri görülmüşdür.Görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 21 iyun 2022-ci il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 17 noyabr 2022-ci il tarixdə şöbəyə təhvil verilmişdir. İcra şöbəsində icra sənədinin mahiyyəti borclu Təqsirləndirilən şəxs izah edilmiş və borc məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Lakin borclu heç bir ödəniş etməmiş və qətnamənin icrasından yayınmışdır. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Balakən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 3(019)-405/ 2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra üçün yeni müddət təyin edilərək, qətnamənin icrası borcludan tələb olunmuşdur.Borclu Təqsirləndirilən şəxs heç bir ödəniş etməmiş və ərizə ilə müraciət edərək tələbin onun "xxxx" MMC-dəki payına yönəldilməsini xahiş etmişdir. Qeyd edilənlərlə bağlı görülmüş icra tədbirləri nəticəsində "xxxx" MMC-yə məxsus əmlaklar kredit borcuna görə "xxxx" ASC tərəfin- dən açıq hərracda əldə edildiyi və "xxxx" MMC-yə məxsus başqa əmlakın olmadığı məlum olmuşdur. Həmçinin borclu Təqsirləndirilən şəxs həmin MMC-dəki payının nədən ibarət olduğunu təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. Bundan sonra da borcludan qətnamənin icrası tələb edilmiş, qətnaməni qərəzli olaraq icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında 08 dekabr 2022-ci il və 22 dekabr 2022-ci il tarixlərdə xəbərdarlıqlar edilmişdir. Həmçinin icra sənədinin icrası ilə bağlı borclu ilə proflaktiki söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin borclu qətnamənin icrasına etinasız münasibət bəsləmiş, ötən müddətdə qətnamənin icrasına səy göstərməmiş, əksinə müxtəlif formada qətnamənin icrasını yubatmağa çalışmışdır. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs vəkili ərizə ilə şöbəyə müraciət edərək icra sənədi üzrə digər tələbkar Şahid3 qətnamə üzrə tələbini Zərərçəkmiş şəxs güzəşt etdiyini, bu barədə tərəflər arasında notariat qaydasında imzalanmış müqaviləni təqdim edərək tələbkar Şahid3 digər tələbkar Zərərçəkmiş şəxsla əvəz edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq 03 oktyabr 2022-ci il tarixli qərarla icra sənədi üzrə tələbkar Şahid3 digər tə- ləbkar Zərərçəkmiş şəxsla əvəz edilmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya Şöbəsinə müraciət edərək qətnamənin icrasız qalmasından narazılığını bildirərək Təqsirləndirilən şəxs qətnamədə göstərilən borc məbləğinin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasından ötrü Ədliyyə Nazirliyinin İstintaq darəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs hüquqşünası olmuşdur. 2013-cü ildə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs adında tanışının sement istehsalı ilə məşğul olan "xxxx" MMC-nin şəriklərindən biri olduğunu, İran İslam Respublikasından sement istehsalı üçün tələb olunan xüsusi xammal-klinkeri idxal etdiyini, həmin xammaldan "xxxx" MMC-də sement istehsal etdiklərini və gəlirli bir sahə olduğunu bildirərək onun da həmin Cəmiyyətin fəaliyyətinə pul qoymaqla gəlir götürməyi təklif etdiyini bildirmişdir. Buna görə də, Zərərçəkmiş şəxsla birlikdə bir neçə dəfə "xxxx" MMC-yə gedib fəaliyyəti ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışlar. Bununla da xammalın alınması üçün onların iki milyon ABŞ dolları sərmayə qoymağı, qarşı tərəfin isə xammalı gətirməklə istehsaldan əldə edilən gəlirdən hər ay onlara yüz iyirmi min ABŞ dolları məbləğində pul verilməsi barədə şifahi razılığa gəlmişlər. Razılaşdıqları məbləği Zərərçəkmiş şəxs hissə-hissə ona, o, isə həmin məbləği öz növbəsində Təqsirləndirilən şəxs verərək bu barədə imzalı qəbzi alıb Zərərçəkmiş şəxs təhvil vermişdir. Razılaşdıqları məbləği verdikdən sonra, qarşı tərəfə razılaşmanı rəsmiləşdirilməsini təklif etmişlər və 02 sentyabr 2013-cü il tarixdə "xxxx" MMC-nin direktoru Şahid4 və Təqsirləndirilən şəxs ilə birgə fəaliyyət haqqında müqavilə bağlamışlar. Bundan sonra qarşı tərəf razılaşmaya əməl etməmiş və müxtəlif bəhanələrlə ödənişdən yayınmışlar. Məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs və "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2015-ci il tarixli qətnaməsinə əsasən iddia tələbləri təmin edilməmişdir. Odur ki, qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxaraq Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ona ödənilməsinə dair 04 avqust 2015-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin qətnamədən qarşı tərəf kassasiya şikayəti versə də şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır. Qətnamə üzrə 29 fevral 2016-cı il tarixdə icraata başlamışdır. Məhkəmə qətnaməni qəbul edərkən eyni zamanda xüsusi qərar çıxararaq "xxxx" MMC-nin səlahiyyətli şəxslərinin əməlində dələduzluq cinayətinin tərkib əlamətlərinin olubolmamasına qiymət verilməsi üçün aidiyyatı üzrə göndərmiş, həmin xüsusi qərar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılmış, istintaq dövründə Təqsirləndirilən şəxs "xxxx" MMC-də özünə məxsus olan 50 faiz pay hissəsinin 25 faizini alqı-satqı yolu ilə borcunun qarşılığında Zərərçəkmiş şəxs satmışdır.Odur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olan borcunun ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1997ci ildə "xxxx" MMC-nin təsis etmiş və 2013-cü ilə qədər MMC-nin direktoru olmuşdur. Həqiqətən də Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs, həmçinin Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada bir milyon dörd yüz əlli min ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi üzrə Cəmiyyət tərəfindən hər hansı ödəniş edilməmişdir. Qətnamənin icra edilməməsinin səbəbi "xxxx" MMC-nin 2015-ci ildən fəaliyyətini dayandırması və balansında olan əmlakın "xxxx" ASC-yə olan kredit borcuna görə həmin bankın mülkiyyətinə keçməsi olmuşdur.Lakin "xxxx" MMC ləğv olunmamışdır. Onun əmlakları qaytarılmışdır. MMC fəaliyyətini davam etdirəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluğu, Zərərçəkmiş şəxs ilə yoldaşlığı var. O, bina tikintisi ilə məşğul olur. Sumqayıt şəhəri, Bulvar ərazisində "xxxx" MTK-ya məxsus və onun sifarişi əsasında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış bina kompleksi onun tərəfindən inşa olunmuşdur. Adil həmin vaxt onun işinə sərmayə qoymuşdu. Zərərçəkmiş şəxs Adil sayəsində tanımışdır. Onların öz aralarında problemləri olmuşdur, sonradan barışmışlar. Loğman, o və Zərərçəkmiş şəxs danışaraq, tikdiyi bina kompleksinin A l blokunun 5-ci mərtəbəsində yerləşən, sahələri 119,6 kv.m. və 97,1 kv.m. olan 2 ədəd 3 otaqlı mənzilləri Adilin borcunun qarşılığında Zərərçəkmiş şəxs vermişlər. Təqsirləndirilən şəxs ona sənədləşməni notariusda rəsmiləşdirməsini demişdir. O,Zərərçəkmiş şəxs inanmış, rəsmiləşdirməmişdir. Zərərçəkmiş şəxs ona müqaviləni bacısı oğlu Raminin adına yazmağını demişdir. Loğmanın mağazasında müqaviləni Zərərçəkmiş şəxs bacısı oğlunun adına imzalatdırmışlar. Oğlan bir müddət sonra gəlib evləri satmaq istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs xəbər etmiş,o da satmaq istəyir, satsın demişdir. Sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs yenə şikayət edibdir. Mənzilin Zərərçəkmiş şəxs verilməsi ilə bağlı rəsmi sənəd yoxdur. Mənzillər MTK-nın tərkibində idi, onun vasitəsilə alqı-satqını aparmışlar. Mənzillərin dəyəri 450000 manat təşkil edirdi. Həmin mənzillərə görə Zərərçəkmiş şəxs bacısı oğlu Ramin heç bir pul ödəməmişdir. Onlar Təqsirləndirilən şəxs payını onun əvəzinə mənzillərin dəyərinə hesablamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, hadisələrin böyük bir hissəsində iştirak etməmişdir. Sumqayıtda 2 dənə 3 otaqlı evin Zərərçəkmiş şəxs verilməsi ilə bağlı məsələdə iştirak etmişdir. Bu söhbət Əfqanla Qurban müəllim arasında olmuşdur. Onun yanında şifahi müqavilə bağlanmışdır. Qurban müəllim iki evi Təqsirləndirilən şəxs görə Zərərçəkmiş şəxs vermişdir. Həmin söhbət onun ofisində olub. Onun ofisinə bir dəfə gəlmişlər. O, Qurban müəllim, Zərərçəkmiş şəxs və Əfqanın bacısı oğlu olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs xaricdə olmuşdur. Bu hadisə təxminən 4-5 il əvvəl olubdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dayısıdır. Qurban müəllim və Loğman müəllimi də tanıyır. Qurban müəllim Sumqayıtda tikdiyi çoxmərtəbəli binadan ev satırdı.Ucuz olduğu üçün 1-i 2 otaqlı, 1-i 3 otaqlı olmaqla iki ev almışdır. Evi müqavilə ilə almışdır. Evləri aldıqdan 1 il, 1 il yarım sonra satmışdır. Loğman müəllim və Qurban müəllim ona yaxın adamlar idi. Evi kimə satdığı dəqiq yadında deyil, amma evləri satmışdır. Evi öz puluna almışdır. Sonrada satıb, ordan gələn pulu da özünə götürmüşdür. Qurban müəllimi Loğman müəllim vasitəsilə tanıyır. Loğman müəllimi isə dayısı vasitəsilə tanımışdır.Evi Qurban müəllim satırdı. Pulu Qurban müəllimin iştirakı ilə vermişdir. Evlərin dayısı ilə heç bir əlaqəsi yoxdur. Onun dayısı ilə Təqsirləndirilən şəxs arasındakı borc pul məsələsindən xəbəri olmamışdır. İşin 1-ci cild 11-21-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Zərərçəkmiş şəxs və Şahid3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsininin 18 may 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları ( ödəniş işin icra edildiyi gün Azərbaycan Respuüblikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs ödənilməsi,cavabbehlər Təqsirləndirilən şəxs və "xxxx" MMCdən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri 20 manat 30 qəpik (iyirmi manati otuz qəpik) Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada dövlət büdcəsinə tutulması qət edilmişdir. İşin 1-ci cild 22-23-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli icra vərəqəsindən görünür ki, həmin icra vərəqəsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs ödənilməli,cavabbehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməli, məhkəmə xərcləri 20 manat 30 qəpik (iyirmi manati otuz qəpik) Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada dövlət büdcəsinə tutulmalıdır. . İşin 1-ci cild 24-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Ramin Muradovun xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, həmin qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclular Təqsirləndirilən şəxs və "xxxx" MMC-yə icra sənədində göstərilən tələbi 10 gün müddətinə könüllü təmin etmələri təklif edilmişdir. İşin 1-ci cild 28-29-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli qərardadından görünür ki,həmin qarardadla təqdimatın təmin edilməsi, borclu Təqsirləndirilən şəxs adına olan Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən evin, Bakı şəhəri D.Əliyeva küçəsi,253 saylı evin, 117 saylı mənzilin, habelə "xxxx" MMC-nin adına olan Bakı şəhər,. Qaradağ rayonu,Qobustan qəsəbəbi, Salyan yolu, 55-ci km, 3-cü massiv ünvanında yerləşən qeyri- yaşayış binası və həmin ünvanda yerləşən 1001,7 kv.m olan əmlak kompleksinin üzərinə həbs qoyulması qərara alınmışdır. İşin 1-ci cild 30-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli 322907 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-430/2016 nömrəli ,01 aprel 2016-cı il tarixli qərardadı tərəflərindən xx.xx.2016-cı il tarixdə icra olunaraq Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi , 253 saylı evin mənzil 117, X3 məxsus Bakı şəhəri, Sabunsu rayonu ,Bilgəh qəsəbəsi 23 c saylı fərdi yaşayış evi, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu , ünvan 6 ünvanında yerləşən əmlak kompleksi və Bakı şəhəri, Qaradağ rayonu ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə həbs qolulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi,23 c saylı fərdi yaşayış evi Təqsirləndirilən şəxs tərəfindən bağışlanılmış və halhazırda mülkiyyət hüququ ilə X3 məxsusdur. Yaranmış zərurətlə əlaqədar bağışlanmış fərdi yaşayış evi ilə bağlı məsələyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən münasibət bildirilməsi zəruridir. İşin 1-ci cild 31-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatdan görünür ki, X3 məxsus olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin bugunkü günə qiyməti 300 000 (üç yüz min) manat təşkil edir. İşin 1-ci cild 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli məhkəmə iclasının qərardadının surətindən görünür ki, təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış VAZ-21214 markalı, **-KU-*** dövlət nömrə nişanlı və “Diamler Shrusler” markalı ** EH *** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İşin 1-ci cild 38-39-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 8(006)- 430/2016 nömrəli qərardadının surətindən görünür ki, ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli, 8(006)-430/2016 saylı qərarı ilə "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu Salyan yolu küçəsi 3 A ünvanında yerləşən qeyri-yaşayış binasının və Bakı şəhəri Qaradağ rayonu, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İşin 1-ci cild 40-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan “VAZ-21214” markalı,**-KU-*** nömrəli və “Diamler Chrusler” markalı **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobillər barəsində axtarış elan edilmiş və həmin avtomobillər Bakı şəhəri, BDYPİ-nin xüsusi mühafizə olunan duracağına yerlişdirilməsi qərara alınmışdır. İşin 1-ci cild 45-49-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(006)-242/2021 nömrəli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-5143/2015 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüquqnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin böyük icra məmuru 1-dərəcəli ədliyyə qulluqçusu Şahid1 rərəfindən verilmiş təqdimatın təmin edilməsi, ünvan 10 ünvanında qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüdlü X4 ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. İşin 1-ci cild 52-53-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhər Nəsimi rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli 131804/2016-5-1-009 nömrəli və xx.xx.2021-ci il tarixli 131804/2016- 5-1-009 nömrəli xəbərdarlıq məktublarından görünür ki, Təqsirləndirilən şəxs tələbin təmin edilməsi ilə bağlı xəbərdar edilmişdir. İşin 1-ci cild 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş borcdlunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki,həmin qərarla ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. İşin 1-ci cild 57-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhər Nəsimi rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli 131804/2016-5-1-009 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin təmin edilməsi ilə bağlı xəbərdar edilmişdir. İşin 1-ci cild 59-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş borclunun məcburi gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla ünvan 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə gətirilməsi qərara alınmışdır. İşin 1-ci cild 63-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki,Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 nömrəli, xx.xx.2015-ci il tarixli sənədi borclu Təqsirləndirilən şəxs aid hissədə icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İşin 1-ci cild 65-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 nömrəli, xx.xx.2015-ci il tarixli sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İşin 1-ci cild, 79-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 13 iyun 2022-ci il tarixli icraata qəbul etmə haqqında qərarından görünür ki, aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 nömrəli ,xx.xx.2015-ci il tarixli icra sənədinin icraata qəbul edilməsi qərara alınmışdır. İşin 1-ci cild, 81-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 13 iyun 2022-ci il tarixli 131804/2016-46-5-026 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Təqsirləndirilən şəxs tələbin təmin edilməsi ilə bağlı xəbərdar edilmişdir. İşin 1-ci cild, 86-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 21 iyun 2022-ci il tarixli borcunun axtarışı haqqıqnda qərarından görünür ki, borclu-xx xxxxxx 1964-cü il təvəllüdlü ünvan 15i ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşin 1-ci cild, 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayorn Polis Şöbəsi tərəfindən Balakən rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-16110-1222 nömrəli məktubundan görünür ki, ünvan 15ində qeydiyyatda olan Təqsirləndirilən şəxs tutularaq təqdim olunması məqsədi ilə barəsində 320137 nömrəli axtarış işi açılmışdır. İşin 1-ci cild, 98-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Mahamalar bələdiyyəsi tərəfindən Balakən rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adında Mahamalar bələdiyyəsi ərazisində torpaq sahəsi və əmlakı yoxdur. İşin 1-ci cild, 99-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Mahamalar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən Balakən rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 468 nömrəli arayışdan görünür ki, Nəsirov X10 rayonu Mahamalar kəndi üzrə pasport qeydiyyatındadır. Vətəndaş Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Salban yaşayış məntəqəsində yerləşən X5 məxsus fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixində ASAN xidmətdə qeydiyyata alınmışdır. Vətəndaş Mahamalar kəndi üzrə daimi qeydiyyatda olsa da kənd ərazisində yaşamır. Qeydiyyatda ona məxsus təsərrüfat və ya əmlak yoxdur. İşin 1-ci cild, 104-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş borclu Təqsirləndirilən şəxs Balakən rayon icra şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, ondan və "xxxx" MMC-dən müştərək qaydada tutulmalı olan və hazırda 900 000 ABŞ dolları məbləğin ona məxsus "xxxx" MMC-də mövcud 25 % payına yönəldilməsinə etiraz etmədiyini göstərmişdir. İşin 1-ci cild, 118-119-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 27 yanvar 2016-cı il tarixli tələbin güzəşti müqaviləsindən görünür ki, Şahid3 İsgəndər oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli qətnaməsi ilə cavabbehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ona verilməli olan pul məbləğini mövcud olan vəziyyətdə və şərtlərlə Zərərçəkmiş şəxs xeyrinə güzəşt etmişdir. İşin 1-ci cild, 122-129-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Emil Kərimovun “cinayət təqibinə xitam verilməsi haqqında” 10 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilmişdir. İşin 1-ci cild, 138-142-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 3(019)-405/2022 nömrəli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. İşin 1-ci cild, 155-ci və 163-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 22 dekabr 2022 və 16 yanvar 2023-cü il tarixli 34/4 nömrəli xəbərdarlıqlardan görünür ki, Balakən Rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdar edilmişdir. İşin 1-ci cild, 181-182-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 28 dekabr 2018-ci il tarixli "xxxx" MMC-nin pay alqı-satqısı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Təqsirləndirilən şəxs "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 50 faiz təşkil edən payının 25% hissəsini 50 (əlli) manata Zərərçəkmiş şəxs satmışdır. İşin 1-ci cild, 61-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan görünür ki, "xxxx" MMCnin təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı əvvəl 50 faiz Şahid4, 50 faiz Təqsirləndirilən şəxs olmuş, xx.xx.2019-cu il tarixə 50 faiz Şahid4, 25 faiz Zərərçəkmiş şəxs və 25 faiz Təqsirləndirilən şəxsdur. İşin 1-ci cild, 185-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş prokurorunun müavini Baş prokuror yanında Korrupsiyayaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyeva ünvanladığı xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona "xxxx" MMC-yə olan 25 % payını ona verərək 2.000.000.0 (iki milyon) ABŞ dolları vurulumuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.. İşin 1-ci cild, 187-191-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(006)- 119/2021 nömrəli qərardadının surətindən görünür ki, həmin qərardadla borclu Təqsirləndirilən şəxs “icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. İşin 1-ci cild, 192-194-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsininin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 8(103)-306/2021 nömrəli qərardadının surətindən gönürür ki,həmin qərardadla borclu Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 05 aprel 2021-ci il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin 1-ci cild, 195-200-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli 2(103)-5143/2015-ci il tarixli qərardadından görünür ki, həmin qərardadla tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətinin təmin edilməsi, hazırkı iş üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsininin böyük icra məmuru Şahid1 icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5143/2015 saylı,xx.xx.2015-ci il tarixli borclular Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları ( ödənişin icra edildiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pul vəasitinin tütülaraq tələbkar Zərərçəkmiş şəxs və 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə üzrə manatla pul vəsaitinin tutularaq tələbkar Şahid3 verilməsi barədə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. İşin 1-ci cild 221-222-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2022-ci il tarixli tərəfin əvəz edilməsi haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-5143/2016 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədli üzrə tələbkar Şahid3 digər tələbkar Zərərçəkmiş şəxs ilə əvəz edilmişdir. İşin 1-ci cild 224-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cild, 227-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak məsələləlri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 21 ünvanında yerləşən fərdi yaşayış evi Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 276 nömrəli reyestr kitabının 25733 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin 1-ci cild 235-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu ünvan 22 ünvanında yerləşən 0.1075 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1001.,4 kv.m, olan qeyriyaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3213 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin 1-ci cild 238-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 23 ünvanında 0.1075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1001.7 kv.m olan qeyri-yaşayış binası "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 34 nömrəli reyestr kitabının 3213 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin 1-ci cild 248-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu ünvan 24 ünvanında yerləşən 0.02807 ha torpaq sahəsində yerləşən, ümumi sahçəsi 238.7 kv.m, olan əmlak kompleksi kimi müəssisə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 711 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin 251-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,Bakı şəhəri, Qaradağ rayonu, ünvan 25 ünvanında 0.02807 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 238.7 kv.m olan qeyri-yaşayış binası "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 3711 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin 274-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 nömrəli , xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraat dayandarılmışdır. İşin 322-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 262-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Sumqayıt-Hüquq Mənzil-Tikinti Kooperativi tərəfindən “Kredo”Vəkil Bürosuna (vəkil Müdafiəçi3) ünvanlanmış 19 avqust 2024-cü il tarixdə verilmiş 13/2024 nömrəli məktubda göstərilmişdir ki, Şahid5 ilə “Sumqayıt –Hüquq” MİK arasında 08 may 2019-cu il tarixində Sumqayıt şəhəri,Bulvar ərazisində inşa edilmiş yaşayış binasının A1 balkonunun 5-ci mərtəbəsində yerləşən 3 otaqlı (119,9 kv.m),15 nömrəli və həmin mərtəbədə yerləşən 3 otaqlı (97,1 kv.m),18 nömrəli mənzillərin alqı-satqısı barədə Paylı müqaviləsi bağlanmışdır.Şahid5 və onun həyat yoldaşı X6 18 avqust və 24 noyabr 2020-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizə ilə”Sumqayıt-Hüquq” MTK-ya müraciət edərək qeyd olunan müqavilələr üzrə pay hüququndan imtia etmişdir. X7 müraciəti "xxxx" MTKnın sifarişi əsasında Sumqayıt şəhərinin bulvar ərazisində yaşayış binasının tikintisini həyata keçirən "xxxx" MMC ilə birgə investor qismində çıxış edlən Təqsirləndirilən şəxs məxsus olmuşdur. Həmin mənzillər Təqsirləndirilən şəxs müraciətinə əsasən Şahid5 adına rəsmiləşdirilmişdir.Hazırda Təqsirləndirilən şəxs Zəlil oğlunun "xxxx" MTK-də hər hansı bir payı qalmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respubdlikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2025-ci il tarixli 9/1778 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan müəssisənin apardığı əməliyyatlar ilə bağlı Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanına təqdim edilməsi üçün tərtib etdiyi 2018- 2019-cu ilin mənfəət vergisi bəyənnamələrinin göstəriciləri üzrə "xxxx" MMC-nin aktivlərinin xx.xx.2018-ci il tarixə olan dəyəri 34 030.312.00 manat məbləğində və həmin həmin aktivlərin məbləğinə nisbətdə 25% təsis payının dəyəri isə 8507578,00(34.030.312,00x25%) manat müəyyən olunur. 2024-cü ilin mənfəət vergisi Bəyənnaməsininin göstəriciləri üzrə ekspertiza təyini haqqında qərarın çıxarıldığı xx.xx.2025-ci il tarixə (sualda hal-hazırkı dövrə soruşulduğundan) müəssisənin aktivlərinin dəyəri 34.719.817,00 manat məbləğində və həmin aktivlərin məbləğinə nisbətdə 25% təsis payının dəyəri isə 8679954,25 (34.719.817.00x25%) manat müəyyən olunur. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC-nin möhürü ilə möhürlənmiş və rəhbəri tərəfindən imzalanmış girovun xitamından sonra 04.04. 2024-cü il tarixə "xxxx" MMC-nin balansının əsas vəsaitlər olan avadanlıqların inventarizasiya siyahısı cədvəli nəzərə alındıqda 04.04.204-cü il tarixdə müəssisənin balınsında əsas vəsaitlər olan aktivlərin dəyəri 34.719.817.00 manat məbləğində və həmin aktivlərin məblətində nisbətdə 25 % təsis payının dəyəri isə 8679954,25 (34.719.817,00x25 %) manat müəyyən olunur. Göstərilənlərdən əlavə olaraq qeyd edilir ki, girovun xitamından sonra xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin balansında əsas vəsaitlər olan avandanlıqların inventarizasiyası siyahısı cədvəlində olan əsas vəsaitlərin dəyəri ilə qanunvericiliyə uyğun olaraq dövlət qurumuna təqdim edilməsi üçün nəzərdə tutulan müəssisənin 2024-cü ilin mənfəət vergisi bəyənnaməsində hesabat dövrünün sonuna göstərilən aktivlərinin dəyəri eynilik təşkil edir. Eyni zamanda qeyd edilir ki,tədqiq hissədə göstərildiyi kimi, müəssisənin 01 noyabr 2023-cü il tarixə əsas vəsaitlərinin qalıq dəyərinin 30.094.231.00 manat olması nəzərə alınmaqla həmin hesablama aparıldıqda isə həmin tarixə 25% təsis payının məbləğinin 7523557,75 (30.094.231.00x25%) manat olması müəyyən olunur. İşin materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 25 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri bulvar ərazisində inşa edilmiş yaşayış binasının A1 blokunun 5-ci mərtəbəsində yerləşən 15 nömrəli,3 otaqlı ,119,6 kv/m sahəsi olan və həmin mərtəbədə yerləşən 18 nömrəli ,3 otaqlı,97.1 kv.m sahəsi olan mənzillərin faktiki vəziyyətini nəzərə alaraq bazar qiyməti 1 ( bir)(kv.metr üçün 1950,0( min doqquz yüz əli) manat olamaqla 15 nömrəli /,3 otaqlı , 119,6 kv. sahəsi olan mənzilin bazar qiyməti 233220, (iki yüz otuz üç min iki yüz iyirmi) manat,18 nömrəli,3 otaqlı ,97,1 kv.m sahəsi olan mənzilin qiyməti 189345,0 (yüz səksən doqquz min üç yüz qırx beş) manat olmaqla 15 nömrəli. 3 otaqlı ,119,6 kv.m sahəsi olan və həmin mərtəbədə yerləşən 18 nömrəli ,3 otaqlı 97,1 kv.m sahəsi olan mənzillərin cəmi bazar qiyməti 422565,0(dörd yüz iyirmi iki min beş yüz altmış beş) manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli rəydən görünür ki, fiziki şəxs Təqsirləndirilən şəxs sifarişi ilə "xxxx" Məhdud Məsluiyyətli Cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi,5-ci yaşayış massivi 3 və 3 A ünvanında yerləşən, əmlak kompleksində təyinatları üzrə istifadəyə yararlı olan maşın və avadanlıqların, qurğuların dəyəri 2018-ci il üçün 34330338,0 ( otuz dörd milyon üç yüz otuz min üç yüz otuz səkkiz) manat,2025-ci il üçün 34833004,0 (otuz dörd milyon səkkiz yüz otuz üç min dörd) manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Mərkəzi Bankının 27 avqust 2025-ci il tarixə rəsmi valyuta məzənnələrinə dair məlumatından görünür ki, 27 avqust 2025-ci il tarixə rəsmi valyuta məzənnələrinə əsasən 1 ABŞ dolları 1,7000 manat təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları ( ödənişin icra edildiyi gün Azərbaycan Respuüblikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Zərərçəkmiş şəxs ödənilməli,cavabbehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq Şahid3 ödənilməli, məhkəmə xərcləri 20 manat 30 qəpik (iyirmi manati otuz qəpik) Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada dövlət büdcəsinə tutulmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru Ramin Muradovun xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, borclular Təqsirləndirilən şəxs və "xxxx" MMC-yə icra sənədində göstərilən tələbi 10 gün müddətinə könüllü təmin etmələri təklif edilmişdir. Könüllü icra haqqında göstərilən müddətdə icra sənədi icra olunmadığından məcburi icra tədbirləri həyata keçirilmişdir. 27 yanvar 2016-cı il tarixli tələbin güzəşti müqaviləsi əsasında tələbkar Şahid3 İsgəndər oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli qətnaməsi ilə cavabbehlər Təqsirləndirilən şəxs və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 (bir milyon dörd yüz əlli min) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq ona verilməli olan pul məbləğini mövcud olan vəziyyətdə və şərtlərlə Zərərçəkmiş şəxs xeyrinə güzəşt etmişdir. 28 dekabr 2018-ci il tarixli "xxxx" MMC-nin pay alqı-satqısı müqaviləsi əsasında Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs razılığı ilə icra sənədi üzrə ona ödəməli olduğu ******* ABŞ dolları borcun ******* ABŞ dollarına aid hissəsinə qarşılıq olaraq "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 50 faiz təşkil edən təsisçi payının 25% hissəsini Zərərçəkmiş şəxs satmışdır. xx.xx.2019-cu il tarixdə Kommersiya qurumunun Dövlət reyestrindən həmin 25 faiz Zərərçəkmiş şəxs adına qeydə alınmış, bu barədə tərəflərə Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarış verilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Baş prokurorunun müavini Baş prokuror yanında Korrupsiyayaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə ünvanladığı xx.xx.2018-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsində Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan 25 % payını ona verərək 2.000.000.0 (iki milyon) ABŞ dolları vurulumuş ziyanı tam olaraq ödədiyini, hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Sonradan Zərərçəkmiş şəxs "xxxx" MMC-in əmlakının "xxxx" ASC-nin ASC-də girovda olduğuna əsaslanaraq borcun ödənmədiyini bildirmiş və ******* ABŞ dolları borcun tamamilə ödənməsini tələb etməyə başlamışdır. O, borcun tam ödənməsini tələb etməyə başlasa da özünün razılığı ilə ******* ABŞ dollarınıln qarşılığında Təqsirləndirilən şəxs ona satdığı 25% payı geri qaytarmamışdır.Hal-hazırda da sözügedən pay onun mülkiyyətindədir. Təqsirləndirilən şəxs icra sənədini tam icra etmədiyindən o, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli 3(019)-405/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. O, yenə də icra sənədini tam icra etmədiyindən 29 mart 2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanmış, 26 may 2024-cü ildə cinayət işi tamamlanaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-də olan 25 % təsisçi payını Zərərçəkmiş şəxs ilə aralarında olan razılığa görə sonuncuya ******* ABŞ dolları qarşılığında verməsini, həmin vaxt "xxxx" MMC-in əmlakı girovda olduğundan satılan 25 faiz payın real dəyərini müəyyən etməyin mümkün olmamasını, belə olan halda Təqsirləndirilən şəxs tərəfindən icra sənədinin tam icra edilməməsini, onun həmin icra sənədini qərəzli olaraq icra etməməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 306.1-ci maddəsinin tərkibi olmuşdur və o, qanuni və əsaslı olaraq məhkəmə məsuliyyətinə verilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. X1 Məhkəməsinin Plenumu tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin,şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və Azərbaycan Respubdlikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2025-ci il tarixli 9/1778 nömrəli ekspert rəyindən müəyyən edilir ki, girovun xitamından sonra 04.04. 2024-cü il tarixə "xxxx" MMC-nin balansının əsas vəsaitlər olan avadanlıqların inventarizasiya siyahısı cədvəli nəzərə alındıqda 04.04.204-cü il tarixdə müəssisənin balınsında əsas vəsaitlər olan aktivlərin dəyəri 34.719.817.00 manat məbləğində və həmin aktivlərin məblətində nisbətdə 25 % təsis payının dəyəri isə 8679954,25 (34.719.817,00x25 %) manat müəyyən olunur. Girovun xitamından sonra xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin balansında əsas vəsaitlər olan avandanlıqların inventarizasiyası siyahısı cədvəlində olan əsas vəsaitlərin dəyəri ilə qanunvericiliyə uyğun olaraq dövlət qurumuna təqdim edilməsi üçün nəzərdə tutulan müəssisənin 2024-cü ilin mənfəət vergisi bəyənnaməsində hesabat dövrünün sonuna göstərilən aktivlərinin dəyəri eynilik təşkil edir. Zərərçəkmiş şəxsin nümayəndəsi ekspert rəyinin əsassız olduğunu bildirsə də,rəyin əsassızlığına dair heç bir mötəbər sübutu məhkməyə təqdim edə bilmədi. Azərbaycan Respubdlikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2025-ci il tarixli 9/1778 nömrəli ekspert rəyi işdə olan digər sübutlarla təkzib olunmadığından məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Mərkəzi Bankının 27 avqust 2025-ci il tarixə rəsmi valyuta məzənnələrinə əsasən 1 ABŞ dollarının 1,7000 manat olması nəzərə alınarsa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borc qarşılığında verdiyi "xxxx" MMC-dəki 25 faiz təsisçi payının dəyəri 5105855,4 ABŞ dolları təşkil edir. Bu halda isə borc tam ödənmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsinə görə bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə işin hallarını, Təqsirləndirilən şəxs tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2015-ci il tarixli 2(103)-5143/2015 nömrəli qətnaməsinin tam icra edilməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 ( üç yüz manat ) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə məhkəmə icraatı zamanı 45 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 11 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 320 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306-cı maddənin “Qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 ( üç yüz manat ) manat Təqsirləndirilən şəxs alınıb Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 320 manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Qərardan elan olunduğu andan 20(iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar