Məhkəmə qərarları › İş №1(019)-20/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-20/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-20/2023 14.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər – Balakən Rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-xx.xx.2001-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı,natamam orta təhsilli,subay, işləməyən,Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməsi üçün qəti olaraq 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmiş, 9 ay 28 gün müddətə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası olan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3, 234.1 və 237.1-ci maddələri ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1996-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş,həbs olunanadək Balakən rayonu Hənifə kəndində yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs qismində birləşərək 30 may 2022-ci il tarixdə günorta vaxtı Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən, saxlanc yeri olan anbara qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 01 ədəd qaynaq aparatını gizli yolla ələ keçirib talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 04 iyun 2022-ci il tarixdə günorta radələrində Balakən rayonu Şambul kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən, saxlanc yeri olan fındıq sexinə qanunsuz daxil olaraq oradan 01 (bir) ədəd Türkiyənin “Caspian Yıldız” şirkətinin istehsalı olan 50 (əlli) manat dəyərində iri ölçülü yanğınsöndürən balonu, 01 (bir) ədəd 1990-cı ildə Rusiyanın Krasnodar şəhərində istehsal edilmiş 500 (beş yüz) kq-lıq tərəzinin 25 (iyirmi beş) kiloqram çəkidə olan 40 (qırx) manat dəyərində olan üst dəmirini, 01 (bir) ədəd kustar üsulla hazırlanmış 100 (yüz) manat dəyərində çuqun materiallı su radiatorunu, 02 (iki) ədəd hər biri 5 (beş) manat olmaqla cəmi 10 (manat) manat dəyərində aliminium pərdə karnizlərini, 01 (bir) ədəd elevatoru yuxarı fırlatmaq üçün nəzərdə tutulmuş 2 (iki) metr uzunluğunda 60 (altmış) manat dəyərində çarx zəncirini gizli yolla ələ keçirib talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 260 (iki yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 2020-ci ilin yayında Balakən rayonu Hənifə kəndinin çöllük ərazisindən tapdığı yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini toplayıb qurudaraq qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 12,47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı şəxsi istehlakı məqsədi ilə əldə edib bir ədəd sellofan torbaya doldurub daşımaqla yaşadığı evin yaxınlığından axan Balakən çayının kənarında gizlədərək saxlamış, 2022-ci ilin iyun ayının əvvəllərində isə həmin yerdən götürüb əynindəki cinc şalvarın sağ yan cibinə qoyaraq şəxsi istehlakı üçün üzərində daşıyaraq saxlamışdır. Bundan başqa o, 2020-ci ilin yayında Balakən rayonu Hənifə kəndinin çöllük ərazisindən tapdığı yabanı halda bitmiş həmin bir ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən toxumlarını toplayıb saxlamış, yaşadığı evdə gizlədib saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin həmin toxumlarını 2022-ci ilin aprel ayının əvvəllərində Balakən rayonu Hənifə kəndinin qurtaracağında meşə sahəsinə gedən yolun kənarındakı kolluqda 03 (üç) ədəd dibçəklərdə əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 04 (dörd) ədəd hündürlükləri 62 sm-dən 110 sm-dək, ümumi təmiz çəkiləri 21,69 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qəsdən, qanunsuz olaraq kultivasiya etmişdir. 04 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Balakən RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub üzərində saat 20:10-dan 20:40-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəxsi istehlakı məqsədi ilə əldə edib daşıyaraq saxladığı 01 ədəd sellofan torbada təmiz çəkisi 12,47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə-qurudulmuş marixuana əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən, keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin gün Balakən rayonu Hənifə kəndinin qurtaracağında meşə sahəsinə gedən yolun kənarındakı kolluğa saat 21:30-dan 22:05-dək olan müddət ərzində baxış keçirilən zaman həmin ərazidən onun qəsdən, qanunsuz olaraq 03 (üç) ədəd dibçəklərdə əkib yetişdirməklə kultivasiya etdiyi həmin 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qəsdən,qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizi yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək 30 may 2022-ci il tarixdə günorta vaxtı Balakən rayonu Qazma kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən saxlanc yeri olan anbara qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 01 ədəd qaynaq aparatını gizlli yolla ələ keçirib talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 200 (iki yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 07 avqust 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Hənifə kəndinin ərazisindən keçən “Balakən” çayının kənarından tapıb qəsdən, qanunsuz olaraq, əldə etdiyi 01 ədəd sintetik kisənin içərisindəki 1 ədəd silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı, istifadəyə yararlı, yivli-odlu avtomatı, 30 ədəd 5,45 mm kalibrli, həmin kalibrə malik (AK-74, AKS-74, AKS-74U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı patronları və “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 1 ədəd sandıqçanı üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı Balakən rayonu Hənifə kəndinin ərazisində kolluğun içərisində gizlədərək saxlamış, daha sonra isə 11 avqust 2022-ci il tarixdə təxminən saat 13 radələrində həmin gizlətdiyi yerdən götürərək üzərində daşıyıb saxlamaqla gəzdirmişdir. 11 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Polis Şöbəsinə dəvət edilib şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə saat 14:30-dan saat 15:05 –dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, qanunsuz olaraq, əldə edib üzərində daşıyaraq əvvəlcə aparıb yaşadığı Balakən rayonu Hənifə kəndinin ərazisində kolluğun içərisində gizlədərək saxladığı, daha sonra isə 11 avqust 2022-ci il tarixdə saat 13 radələrində gizlətdiyi yerdən götürərək üzərində daşıyıb saxlamaqla gəzdirdiyi 01 ədəd sintetik kisənin içərisindəki 1 ədəd silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı, istifadəyə yararlı, yivli-odlu avtomat, 30 ədəd 5,45 mm kalibrli, həmin kalibrə malik (AK-74, AKS-74, AKS-74U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış, döyüş sursatı hesab edilən, istifadəyə (atəşə) yararlı patronlar və “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı 1 ədəd sandıqça Təqsirləndirilən şəxs2 əlindəki sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qismən, Təqsirləndirilən şəxs2 tam etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3,234.1 və 237.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən- Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində anası və əlil qardaşı ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Köhnə dəmir məmulatlarını əhalidən ucuz qiymətə alaraq satmaqla məşğul olur. 23 dekabr 2021ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtarmamışdır. 30 may 2022-ci il tarixdə günorta vaxtı dostu, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə Elxana məxsus olan və Elxanın idarə etdiyi at arabası ilə Balakən şəhəri 28 May küçəsindən yaşadıqları Balakən rayonu Hənifə kəndi istiqamətində hərəkətdə olmuşlar. Balakən şəhəri 28 May küçəsinə çatdıqda Elxan at arabasını saxlamış və ona yolun sağında yerləşən, kənarları daş hasarlı anbar əraziyə daxil olaraq oradan dəmir materialları oğurlamağı təklif etmişdir. Elxanın təklifi ilə razılaşmış və hər ikisi həmin sahibini tanımadıqları bağlı əraziyə daş hasardan aşaraq daxil olmuşlar. Həmin ərazinin kənar hissəsində yerləşən talvarın altında dəmir materialların olub-olmamasını yoxladıqda orada bir ədəd qaynaq aparatının olmasını görmüşlər. Elxanla birlikdə həmin aparatı qaldırıb əvvəl hasardan küçəyə atmışlar, sonra isə özləri hasarı aşıb oğurladıqları 01 ədəd qaynaq aparatını Elxana məxsus olan at arabasına yükləmişlər və yaşadıqları Hənifə kəndinə getmişlər. Yaşadığı evin qarşısında Elxanın at arabasından düşmüşdür. Ertəsi günü Elxan oğurladıqları qaynaq aparatını həmkəndliləri Müslümə 40 manata satmışdır. Həmin puldan da ona cəmi 20 manat pul vermişdir. Qaynaq aparatını Müslümə satdığını Elxan özü ona demişdir. xx.xx.2022-ci il tarixdə özünə məxsus olan at arabası ilə Balakən şəhəri ərazisində şəhər sakinlərindən köhnə dəmir məmulatları almaqla məşğul olmuşdur. Həmin vaxtı tək olmuşdur. Balakən şəhəri 28 May küçəsində yerləşən sahibini tanımadığı, kənarları hasarla bağlanmış, qapıları olan fındıq sexinin həyətinə at arabasını sürmüş, məqsədi həmin sexin binasına daxil olaraq oradan dəmir materialları oğurlamaq olmuşdur. Həmin sexin həyətinə at arabası ilə daxil oluqdan sonra orada olan binanın arxa qapısının açıq olmasını görmüşdür. Həmin qapıdan binanın içərisinə daxil olmuş, giriş hissədən solda yerləşən yerdən 1 ədəd köhnə iri ölçülü yanğınsöndürən balonu, 1 ədəd böyük ölçülü tərəzinin üst hissəsindəki dəmiri, həmin yerdə olan bir ədəd çarx zəncirini, binanın giriş hissəsindən sağda yerləşən yerdən isə aliminiumdan olan 2 ədəd pərdə asan karnizləri oğurlayaraq həyətdə saxladığı at arabasına yükləmişdir. Sonra isə at arabası ilə fındıq sexinin həyətinə daxil olduğu yerdən çıxıb yaşadığı Hənifə kəndinə getmişdir. Həmin gün günorta radələrində fındıq sexindən oğurladığı dəmir və aliminium əşyaları Balakən rayonu Hənifə kənd sakini dəmir almaqla məşğul olan Aydının qohumu Yalçına cəmi 60 manata satmışdır. Özü oradan aralananda Aydın da gəlib çıxmışdır. Fındıq sexindən qeyd etdiyi dəmir və aliminium əşyalardan başqa çuqun su radiatoru oğurlamamışdır. Oğurluq etdiyi zaman da tək olmuşdur. Özü bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan az-az istifadə edir. Lakin o, narkotik vasitə əkib becərməmiş,onda narkotik vasitə olmamışdır. Narkotik vasitəni əkib becərməsini, üzərində saxlamasını polis əməkdaşlarının təzyiqi ilə yazmışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslərdən götürdükləri əşyalar barədə polis əməkdaşlarına məlumat vermişlər, polis əməkdaşları da əşyaları geri almışlar.Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbi yoxdur.Bundan sonra bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Balakən rayonu Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Köhnə dəmir məmulatlarını əhalidən ucuz qiymətə alaraq satmaqla məşğul olur. 30 may 2022-ci il tarixdə saat 16 radələrində dostu, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə özünə məxsus olan idarə etdiyi at arabası ilə Balakən şəhəri 28 May küçəsindən yaşadıqları Balakən rayonu Hənifə kəndinə doğru gedərkən . Balakən şəhəri 28 May küçəsinə çatdıqda at arabasını saxlamışdır və Həsənə yolun sağında yerləşən, kənarları daş hasarlı anbar əraziyə daxil olaraq oradan dəmir materialları oğurlamağı təklif etmişdir. Həsən onun təklifi ilə razılaşmışdır və hər ikisi həmin sahibini tanımadıqları bağlı əraziyə daş hasardan aşaraq daxil olmuşlar. Həmin ərazinin kənar hissəsində yerləşən talvarın altında dəmir materialların olub-olmamasını yoxladıqda orada bir ədəd qaynaq aparatının olmasını görmüşlər. Həsənlə birlikdə həmin aparatı qaldırıb əvvəl hasardan küçəyə atmışlar, sonra isə özləri hasarı aşıb oğurladıqları 01 ədəd qaynaq aparatını ona məxsus olan at arabasına yükləmişlər və yaşadıqları Hənifə kəndinə getmişlər. Həsən yaşadığı evin qarşısında at arabasından düşmüşdür. Ertəsi günü oğurladıqları qaynaq aparatını həmkəndliləri Müslümə 40 manata satmışdır. Qaynaq aparatının oğurluq olmasından Müslümün xəbəri olmamışdır. Bu barədə ona deməmişdir. Həmin puldan da Həsənə cəmi 20 manat pul vermişdir. Qaynaq aparatını Müslümə satdığını da Həsənə demişdir. Başqa heç bir şey oğurlamamışdır. 07 avqust 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Hənifə kəndinin ərazisindən keçən “Balakən” çayının kənarında köhnə əşyaların atıldığı yerdən dəmir yığan zaman orada yerdə 01 ədəd sintetik kisə olduğunu görmüşdür və kisənin içərisində nəsə əşya olduğunu anlamışdır. Buna görə kisəni yerdən götürüb içərisinə baxanda içərisində 01 ədəd avtomat silahı və içərisində 30 ədəd patronlar olan 01 ədəd avtomat darağı olduğunu görmüşdür. Həmin sintetik kisəni içərisindəki 01 avtomat və içərisində 30 ədəd patronlar olan 01 ədəd daraqla birlikdə götürüb yaşadığı Hənifə kəndinə aparmışdır və kisəni aşkar etdiyi qaydada, yəni içərisində 01 avtomat, 30 ədəd patronlar və 01 ədəd daraq olmaqla kənd ərazisində kolluğun içərisində gizlətmişdir. 11 avqust 2022-ci il tarixdə həmin avtomatın, 30 ədəd patronların və avtomat darağının kiminsə əlinə keçəcəyini, nəticədə polis əməkdaşlarının onu tutacaqlarını fikirləşmişdir və kisəni gizlətdiyi yerdən götürüb başqa bir ərazidə torpağa basdıraraq gizlətmək qərarına gəlmişdir. Buna görə 11 avqust 2022-ci il tarixdə təxminən saat 13 radələrində kisəni gizlətdiyi kolluq əraziyə getmiş, kisəni gizlətdiyi yerdən qoyduğu şəkildə götürmüşdür və oradan piyada uzaqlaşmağa başlamışdır. Həmin vaxt Balakən rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini əldə etməkdə, saxlamaqda, daşımaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu üzərində şəxsi axtarış keçirilməsi üçün Balakən rayon Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişdir. Polis Şöbəsində onun hüquqlarının müdafiə edilməsi üçün Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir. Təqdim edilmiş siyahıdan Müdafiəçi2 tərəfindən hüquqlarının dövlət hesabına müdafiə etməsini istəmişdir. Bundan sonra vəkil Müdafiəçi2 Polis Şöbəsinə dəvət olunmuşdur və Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Müdafiəçi2 və polis əməkdaşlarının iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində odlu silah və onun komplekt hissələri və ya başqa qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması barədə sual verilmişdir. Həmin vaxt üzərində olan sintetik kisəni içərisindəki 01 ədəd avtomat silahı və içərisində 30 ədəd patronlar olan 01 ədəd avtomat darağı ilə birlikdə polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi sintetik kisə polis əməkdaşları tərəfindən açılaraq içərisinə baxılmışdır və kisənin içərisindəki 01 ədəd avtomat silahı və içərisində 30 ədəd patronlar olan 01 ədəd avtomat darağı aşkar edilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd avtomat və içərisində 30 ədəd patronlar olan 01 ədəd daraq polis əməkdaşları tərəfindən 01 ədəd kisədə qablaşdırılmışdır, üzəri möhürlənmişdir və imzalanaraq maddi sübut kimi götürülmüşdür. Məhkəmə-ballistik ekspertizasının 11 avqust 2022-ci il tarixli 17/641 nömrəli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş 01 ədəd sintetik kisənin içərisindəki 1 ədəd silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı, istifadəyə yararlı, yivli-odlu avtomatdır. 30 ədəd patron 5,45 mm kalibrli olub, həmin kalibrə malik (AK-74, AKS-74, AKS-74U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırılar. 1 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. 1 ədəd sandıq həmin odlu silah hesab edilən avtomatın funksional əhəmiyyət daşımayan komplekt hissəsidir.Təqdim edilmiş 30 ədəd patron 5,45 mm kalibrli olub, həmin odlu silah hesab edilən avtomatda və həmin kalibrə malik (AK-74, AKS-74, AKS-74U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır. Üzərindən aşkar edilmiş avtomat silahın, avtomat darağının və onun patronlarının saxlanılmasının və gəzdirilməsinin qanunsuz olduğunu bilmişdir. Əməlindən peşmandar. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Balakən rayonu Gərəkli kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri 28 May küçəsində ona məxsus olan kənarları daş hasarla hasarlanmış taxıl saxlanılması üçün nəzərdə tutulan anbar yerləşir. xx.xx.2022-ci il tarixdə həmin taxıl anbarına getdiyi zaman anbarın həyətində saxladığı 01 ədəd təxminən 400 manat dəyərində olduğunu hesab etdiyi, 1985 və ya 1986-cı ildə Rusiyanın Krasnodar vilayətində yerləşən “Krasnolit” zavodu tərəfindən istehsal olunmuş, işlək vəziyyətdə olan və çəkisi 100 kiloqram olan qaynaq aparatının naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə özü axtarış aparmış, lakin tapmadıqda xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi nəticəsində ona təxminən 400 manat dəyərində ziyan dəydiyini hesab edir. Ona məxsus olan taxıl anbarından başqa heç nə oğurlanmamışdır.Təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Onlara yüngül cəza təyin edilməsini xahiş edir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdarlıq olunmasına, məhkəmə iclasına məcburi gətirilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. O,məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini,təqsirləndirilən şəxslərdən heç bir şikayətinin olmamasını göstərmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Şambul kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən şəhəri 28 May küçəsində kənarları hasarlanmış ona məxsus olan fındıq sexi yerləşir. xx.xx.2022-ci il tarixdə ona məxsus olan həmin fındıq sexinə getdiyi zaman həmin sexdən 01 ədəd təxminən 100 manat dəyərində olduğunu hesab etdiyi iri ölçülü, 2007-ci ildə Türkiyənin «Caspian Yıldız» şirkəti tərəfindən istehsal olunmuş, 15 il onun tərəfindən istismar edilmiş, son 5-6 ildə içərisindəki mayenin xarab olduğu yanğınsöndürən balonun, 1990-cı ildə Rusiyanın Krasnodar şəhərində istehsal olunmuş 500 kq-lıq tərəzinin 25 kiloqram çəkidə, təxminən 50 manat dəyərində olan üst dəmirinin,20 il əvvəl kustar üsulla hazırlanmış, 2 metr 20 sm. uzunluğunda olan, 70-80 kiloqram çəkidə, təxminən 100 manat dəyərində çuqun materialdan su radiatorunun, 2 ədəd hər biri təxminən 10 manat dəyərində olan istehsal tarixini və markasını bilmədiyi aliminium pərdə karnizlərinin və 01 ədəd təxminən 70 manat dəyərində olan 2 metr uzunluqda olan elevatoru yuxarı dartmaq üçün nəzərdə tutulmuş ehtiyat hissəsi olan çarx zəncirinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkarlamışdır. Oğurluq hadisəsi nəticəsində ona təxminən 330 manat ziyan dəymişdir. Ona məxsus olan fındıq sexindən başqa heç bir şey oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir.xx.xx.2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 04 iyun 2022-ci il tarixdə axşam radələrində Balakən rayonu Hənifə kəndinin ərazisində saxlanılaraq Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü RPŞ rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 04 iyun 2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində həmin gün saat 20-21 radələrində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş kütlə, vasitə saxlanılıb -saxlanılmadığı soruşulduqda Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən sellofan torbanı çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin sellofan torbada nə olduğu soruşulduqda torbada narkotik vasitə-“nəşə” olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz əşya aşkarlanmamışdır. Aşkarlanmış narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 13,56 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni 2020-ci ilin yay aylarında Balakən rayonu Hənifə kəndində çöllük ərazidən tapdığı yabanı halda bitmiş narkotik ağacının üzərindən yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitəni yığdığı ağacı özünün əkib-əkmədiyi soruşulduqda həmin ağacı tapdığını, lakin həmin ağacın üzərindən toxumlarını yığıb özündə saxladığını və həmin toxumları təxminən iki ay əvvəl yaşadığı Hənifə kəndində çöllük ərazidə əkdiyini və həmin əkərək becərdiyi ağacları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi Balakən rayonu Hənifə kəndində yerləşən çöllük əraziyə 04 iyun 2022-ci il tarixdə saat 21 radələrində baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2, mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid5, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin MSY-nin polis nəfəri Şahid3 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 içərisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirdiyi 03 ədəd dibçəkləri təqdim etmişdir. Həmin dibçəklərin içərisində 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olması müəyyən olunmuşdur. Mütəxəssis-aqronom həmin bitkilərə baxış keçirərək onlara qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bitkilər kökündən çıxarılaraq sayılıb ölçüldükdə onların hündürlükləri 62 sm.-dən 110 sm.-dək olan 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Həmin 04 ədəd çətənə bitkilərinə oxşar bitkilər bir ədəd sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə çəkisi 35 qram olmuşdur. Qeyd edilən bitkilər bir ədəd zərfə qablaşdırılaraq möhürlənmişdir.Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 Polis Şöbəsində heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Narkotik vasitə onun özünə məxsus olmuş və o özü narkotik vasitəni əkib becərdiyini bildirmişdir. O, həmçini göstərdi ki, xx.xx.2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində silah və onun komlekt hissələrini saxlamaqda, daşımaqda və gəzdirməkdə şübhəli olması barədə ona məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 11 avqust 2022-ci il tarixdə günorta radələrində Balakən rayonu Hənifə kəndinin ərazisində əlində içərisində əşya olduğu hiss olunan bir ədəd sintetik kisə ilə saxlanılaraq Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü RPŞ rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 11 avqust 2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində həmin gün saat 15 radələrində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, vəkil Müdafiəçi2, RPŞ-nin CAB-nin PPXB-nin manqa komandiri Şahid4 və RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev də iştirak etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 onun üzərində odlu silahın və onun komplekt hissələrinin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs2 saxlanıldığı zaman əlində olan şəxsi axtarış başlamazdan əvvəl otaqdakı masanın üzərinə qoyduğu bir ədəd sintetik kisəni təqdim edərək həmin kisənin içərisində avtomat silahının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sintetik kisəyə baxdıqda kisənin içərisində üzərində “AK-L, 47-74” və “FAB Defence İsrael” yazısı olan avtomat silah, bundan başqa kisənin içərisində üzərində «55» rəqəmləri yazılmış avtomat sandığı və həmin sandığın içərisində 30 ədəd patronlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd kisə içərisindəki bir ədəd avtomat silahı, bir ədəd avtomat sandığı və 30 ədəd patronlar həmin kisədə qablaşdırılmış, kisənin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həmin silahı 5 gün əvvəl çayın qırağında tapdığını,kolluqda gizlədib saxladığını, silahdan istifadə etmədiyini və gələcəkdə də istifadə etmək fikrinin olmadığını, polisin həmin silahı aşkar etməməsi üçün gizlətdiyi yerdən çıxardıb çayın kənarına basdırmaq üçün əlində apardığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı qanunla qadağan edilən predmet və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs2 ona qarşı Balakən rayon Polis Şöbəsində hər hansı fiziki təsir göstərilib-göstərilmədiyi soruşulduqda Təqsirləndirilən şəxs2 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olması barədə Balakən rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs1 04 iyun 2022-ci il tarixdə axşam radələrində Balakən rayonu Hənifə kəndinin ərazisində saxlanılaraq Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü əməliyyat müvəkkili Şahid1 RPŞ-in rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 04 iyun 2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində həmin gün saat 20-21 radələrində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş kütlə, vasitə saxlanılıb -saxlanılmadığı soruşulduqda Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən sellofan torbanı çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 həmin sellofan torbada nə olduğu soruşulduqda torbada narkotik vasitə – “nəşə” olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz əşya aşkarlanmamışdır. Aşkarlanmış narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə çəkisi 13,56 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni 2020-ci ilin yay aylarında Balakən rayonu Hənifə kəndində çöllük ərazidən tapdığı yabanı halda bitmiş narkotik ağacının üzərindən yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən narkotik vasitəni yığdığı ağacı özünün əkib-əkmədiyi soruşulduqda həmin ağacı tapdığını, lakin həmin ağacın üzərindən toxumlarını yığıb özündə saxladığını və həmin toxumları təxminən iki ay əvvəl yaşadığı Hənifə kəndində çöllük ərazidə əkdiyini və həmin əkərək becərdiyi ağacları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyi Balakən rayonu Hənifə kəndində yerləşən çöllük əraziyə 04 iyun 2022-ci il tarixdə saat 21 radələrində baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2, mütəxəssis kimi dəvət edilmiş aqronom Şahid5, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin MSY-nin polis nəfəri Şahid3 və RPŞ-nin KTQ-nun baş inspektoru Sadiq Vəzirov da iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 içərisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirdiyi 03 ədəd dibçəkləri təqdim etmişdir. Həmin dibçəklərin içərisində 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olması müəyyən olunmuşdur. Mütəxəssis-aqronom həmin bitkilərə baxış keçirərək onlara qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bitkilər kökündən çıxarılaraq sayılıb ölçüldükdə onların hündürlükləri 62 sm.-dən 110 sm.-dək olan 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Həmin 04 ədəd çətənə bitkilərinə oxşar bitkilər bir ədəd sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə çəkisi 35 qram oldu. Qeyd edilən bitkilər bir ədəd zərfə qablaşdırılaraq möhürləndi. Baxış barədə protokol tərtib edildi və iştirakçılar tərəfindən imzalandı. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alındı. Təqsirləndirilən şəxs1 Polis Şöbəsində heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Narkotik vasitə onun özünə məxsus olmuş və o özü narkotik vasitəni əkib becərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, CAB-nin PPXB-nin manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində silah və onun komlekt hissələrini saxlamaqda, daşımaqda və gəzdirməkdə şübhəli olması barədə Polis Şöbəsinə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 11 avqust 2022-ci il tarixdə günorta radələrində Balakən rayonu Hənifə kəndinin ərazisində əlində içərisində əşya olduğu hiss olunan bir ədəd sintetik kisə ilə saxlanılaraq Balakən RPŞ-yə dəvət edilərək gətirilmişdir. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsindən ötrü əməliyyat müvəkkili Şahid1 RPŞ-nin rəisinə həmin tarixdə raportla məruzə etmişdir. 11 avqust 2022-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində həmin gün saat 15 radələrində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2, vəkil Müdafiəçi2, əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin PPXB-nin polis nəfəri Arif Ağcayev də iştirak etmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 onun üzərində odlu silahın və onun komplekt hissələrinin olub-olmadığı soruşulduqda Təqsirləndirilən şəxs2 saxlanıldığı zaman əlində olan şəxsi axtarış başlamazdan əvvəl otaqdakı masanın üzərinə qoyduğu bir ədəd sintetik kisəni təqdim edərək həmin kisənin içərisində avtomat silahının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sintetik kisəyə baxdıqda kisənin içərisində üzərində “AK-L, 47-74” və “FAB Defence İsrael” yazısı olan avtomat silah,bundan başqa kisənin içərisində üzərində «55» rəqəmləri yazılmış avtomat sandığı və həmin sandığın içərisində 30 ədəd patronlar aşkar edilmişdir.Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd kisə içərisindəki bir ədəd avtomat silahı,bir ədəd avtomat sandığı və 30 ədəd patronlar həmin kisədə qablaşdırılmış, kisənin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həmin silahı 5 gün əvvəl çayın qırağında tapdığını,kolluqda gizlədib saxladığını, silahdan istifadə etmədiyini və gələcəkdə də istifadə etmək fikrinin olmadığını, polisin həmin silahı aşkar etməməsi üçün gizlətdiyi yerdən çıxardıb çayın kənarına basdırmaq üçün əlində apardığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı qanunla qadağan edilən predmet və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona qarşı Balakən rayon Polis Şöbəsində hər hansı fiziki təsir göstərilib-göstərilmədiyi soruşulduqda Təqsirləndirilən şəxs2 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4la eyni məzmunlu ifadə verərək onun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Balakən rayon X16 Mərkəzində bitkiçilik şöbəsinin müdiri vəzifəsində işləyir. İxtisasca ali təhsilli alim-aqranomdur. 04 iyun 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları mütəxəssis qismində dəvət etmə barədə qərarı ona təqdim edərək Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan Balakən RPŞ-yə gətirildiyini, şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparıldığı zaman Təqsirləndirilən şəxs1ıin yaşadığı Hənifə kəndinin çöllük ərazisində narkotik tərkibli çətənə kollarını əkdiyini bildirməsi barədə məlumat verərək bununla bağlı olaraq qeyd edilən əraziyə baxış keçirilməli olduğunu deyərək baxışda iştirak etmək üçün mütəxəssis qismində dəvət olunduğunu bildirmişlər. Mütəxəssis kimi hüquq və vəzifələri ona izah olunmuş, məsuliyyət barədə xəbərdar olunmuşdur, mütəxəssis kimi dəvət olunmağı barədə qərar və hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş ona təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Balakən rayonu Hənifə kəndinin çöllük ərazisinə baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa təhqiqatçı Vasif Əliyev, şübhəli şəxs Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2 və polis əməkdaşları iştirak etmişlər. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 içərisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini bildirdiyi 03 ədəd dibçəkləri təqdim etmişdir. Həmin dibçəklərin içərisində 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilərin olması müəyyən olunmuşdur. Narkotik tərkibli çətənə bitkisinə oxşar həmin bitkilərə baxış keçirilən zaman onlara aqrotexniki qaydada qulluq edildiyini, diblərinin alaq otlarından təmizləndiyini və suvarıldıqlarını müəyyən etmişdir və bu barədə baxış iştirakçılarına bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bitkilər kökündən çıxarılaraq sayılıb ölçüldükdə onların hündürlükləri 62 sm.-dən 110 sm.-dək olan 04 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər olduğu müəyyən edilmişdir. Həmin 04 ədəd çətənə bitkilərinə oxşar bitkilər bir ədəd sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə çəkisi 35 qram olmuşdur.Qeyd edilən bitkilər bir ədəd zərfə qablaşdırılaraq möhürlənmişdir.Baxış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış fasiləsiz olaraq videokamera vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Balakən rayonunun Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Yararsız metal məmulatların alqısatqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə təxminən günorta radələrində bir nəfər tanımadığı şəxs at arabası ilə gələrək arabanın içində sökülmüş vəziyyətdə qoyulmuş özünə məxsus olan bir ədəd qaynaq aparatını satdığını bildirmişdir. Həmin qaynaq aparatını tərəziyə qoyub çəkib aparatı gətirən şəxsə 40 manat pul verib almışdır. Qaynaq aparatının çəkisinin nə qədər olduğunu xatırlamır. Həmin şəxs ondan 40 manat pulu aldıqdan sonra çıxıb getmişdir. Aldığı qaynaq aparatının Balakən şəhəri 28 May küçəsində yerləşən anbarın həyətindən oğurlandığını sonradan eşitmişdir. Həmin aparatı satmış şəxs onu yararsız vəziyyətdə, yəni üzərindəki bağlamaları və naqilləri sökülmüş vəziyyətdə satmışdır və aldığı həmin qaynaq aparatının oğurluq olduğunu bilməmişdir. Qaynaq aparatını satmış şəxsin Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 olduğu ona sonradan məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Balakən rayonunun Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Müxtəlif metal məmulatlarının alqısatqısı ilə məşğul olur. Şahid8 dayısının oğludur. Bəzən metal məmulatların alınmasında ona kömək edir. xx.xx.2022-ci il tarixdə günorta radələrində Yalçın onun metal məmulatları aldığı ərazidə olmuşdur. Həmin vaxtı işi olduğuna görə həmin ərazidən 20 metr aralıda yerləşən evinin həyətində olmuşdur. Həmkəndliləri Təqsirləndirilən şəxs1 həmin vaxtı at arabası ilə Yalçına yaxınlaşıb özünə məxsus olduğunu bildirdiyi 01 ədəd iri ölçülü yanğınsöndürən balonu, 01 ədəd tərəzinin üst dəmirini, 01 ədəd çarx zəncirini və 02 ədəd aliminium pərdə karnizlərini Yalçına 60 manata satmışdır. Həsən artıq pulu götürüb arabaya mindikdə Yalçının yanına gələn Həsəni kənardan görmüşdür. Təqsirləndirilən şəxs1 01 ədəd iri ölçülü yanğınsöndürən balonu, 01 ədəd tərəzinin üst dəmirini, 01 ədəd çarx zəncirini və 02 ədəd aliminium pərdə karnizlərini 60 manata aldığını Yalçın ona bildirmişdir. Qeyd edilən əşyalardan başqa Həsəndən nə Yalçın, nə də o özü başqa heç nə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Balakən rayonunun Hənifə kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Şahid7 bibisinin oğludur. Aydın dəmir və digər metal məmulatlarının alqı-satqısı ilə məşğul olur. Aydının başqa işi olduqda və ya harasa getdikdə dəmir və başqa metal məmulatları almaqda ona kömək edir. xx.xx.2022-ci il tarixdə təxminən günorta radələrində Aydının metal məmulatları aldığı ərazidə olmuşdur. Həmin vaxtı həmkəndlisi Təqsirləndirilən şəxs1 at arabası ilə yaxınlaşaraq özünə məxsus olan köhnə dəmir və aliminium materialdan olan məmulatları satdığını bildirərək onları almağı təklif etmişdir. Bu zaman Aydın dəmir məmulatların alınıb yığıldığı ərazidən təxminən 20 metr aralıda yerləşən özünə məxsus həyətində olmuşdur. Həsənlə sövdələşmiş və Təqsirləndirilən şəxs1 01 ədəd iri ölçülü yanğınsöndürən balonu, 01 ədəd tərəzinin üst dəmirini, 01 ədəd çarx zəncirini və iki ədəd aliminium pərdə karnizlərini 60 manata almışdır. Artıq Həsənə 60 manat pulu verdikdən sonra və Həsən çıxıb getmək üzrə olanda Aydın da gəlib çıxmışdır və Həsəni görmüşdür. Aydına yuxarıda qeyd etdiyi əşyaları Həsəndən 60 manata aldığını bildirmişdir. İşin 1-ci cild 97-100-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən şəhəri ərazisində xx.xx.2022-ci il tarixdə saat 19:50-dən 20:30-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Balakən rayonu Qullar kənd sakini Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək 30 may 2022-ci il tarixdə ona məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən anbardan 400 manat dəyərində olan qaynaq aparatının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Qeyd edilən müraciətlə bağlı Zərərçəkmiş şəxs1 məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən taxıl saxlanılması üçün nəzərdə tutulan anbarın həyətinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 ona məxsus olan anbarın kənarlarının hasarla əhatələndiyini, giriş hissəsində qapının olduğunu, naməlum şəxsin həmin anbarın həyətinə daxil olaraq giriş hissəsindən solda yerləşən talvarın altında saxladığı bir ədəd 400 manat dəyərində qaynaq aparatını oğurladığını bildirmişdir. Baxış “Panaconic” markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 1-ci cild 101-104-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən şəhəri ərazisində xx.xx.2022-ci il tarixdə saat 21:20-dən 22:05-dək olan müddət ərzində keçirilmişdir.Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2022ci il tarixdə Balakən rayonu Şambul kənd sakini Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Balakən RPŞ-yə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən fındıq sexinin içərisindəki bir ədəd iri ölçülü yanğınsöndürən balonun, bir ədəd 500 kq-lıq tərəzinin üst hissəsindəki dəmirin,1 (bir) ədəd çuqun materialdan olan su radiatorunun, 2 ədəd pərdə asmaq üçün nəzərdə tutulan karnizlərin və bir ədəd çarx zəncirinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Qeyd olunan müraciətlə bağlı Zərərçəkmiş şəxs2 məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən fındıq sexinə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 özünə məxsus olan sexin kənarlarının hasarlı olduğunu, həmçinin sexin həyətindəki binanın qapılarının və pəncərələrinin bağlı olduğunu, ola bilər ki, sexə pəncərədən daxil olunduğunu, lakin daxil olduqdan sonra həmin şəxsin sexin arxa qapılarından çıxaraq oğurladığı dəmir əşyalarla getdiyini bildirmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs2 sexin girəcəyindən sağda yerləşən otağı göstərərək otağın girişində sağda olan 1 ədəd dəmir yanğınsöndürən balonun, həmin otaqda olan 1 ədəd 500 kq-lıq tərəzinin üst dəmirinin 1 ədəd çarx zəncirinin, həmçinin sexin giriş hissəsindən solda yerləşən otaqdan 2 ədəd aliminium materialdan olan pərdə karnizlərinin, həmin otaqdan sonrakı otaqda olan 1 ədəd çuqun materiallı su radiatorunun naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını bildirmişdir. Baxış «Panaconic» markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 1-ci cild 111-114-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən rayonu Hənifə kəndinin ərazisində xx.xx.2022-ci il tarixdə saat 00:30-dan 01:00-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2022-ci il tarixdə Balakən rayonu Şambul kənd sakini Bazarov X5 RPŞyə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən fındıq sexinin içərisindəki 1 ədəd iri ölçülü yanğınsöndürən balonun, 1 ədəd 500 kq-lıq tərəzinin üst dəmirinin, 1 ədəd çuqun materiallı su radiatorunun, 2 ədəd pərdə asmaq üçün olan karnizlərin və 1 ədəd çarx zəncirinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Qeyd edilən müraciətlə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilmiş oğurluq hadisəsini törətmiş şəxsin Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. İzahatı alınmış Təqsirləndirilən şəxs1 04 iyun 2022-ci il tarixdə oğurladığı 01 ədəd yanğınsöndürən balonu 1 ədəd tərəzinin üst dəmirini, 2 ədəd pərdə karnizlərini və bir ədəd çarx zəncirini oğurladıqdan sonra at arabası ilə apararaq Balakən rayonu Hənifə kənd sakini Şahid7 60 manata satdığını bildirmişdir. Bununla bağlı Balakən rayonu Hənifə kənd sakini Şahid7 həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Şahid7 Təqsirləndirilən şəxs1 tanıdığını, onun 04 iyun 2022-ci il tarixdə at arabası ilə tək gələrək 1 ədəd yanğınsöndürən balonu, 1 ədəd tərəzinin üst dəmirini, 2 ədəd aliminium materiallı karnizləri və 1 ədəd çarx zəncirini satdığını, ona bunun qarşılığında 60 manat pul verildiyini, Təqsirləndirilən şəxs1 əlavə 1 ədəd çuqun materiallı su radiatorunu almadığını bildirmişdir və evinin həyətində saxladığı yuxarıda qeyd edilən dəmir və aliminium materialları göstərərək təqdim etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 həmin dəmir və aliminium materialları Şahid7 evdə olmadığı zaman onun qohumuna Aydına verilməsi üçün 60 manata satdığını, həmin əşyaları oğurladığını Aydına və qohumuna demədiyini, həmçinin Zərərçəkmiş şəxs2 məxsus olan sexdən bir ədəd çuqun materiallı su radiatorunu oğurlamadığını bildirmişdir. Baxış zamanı Şahid7 yaşadığı evin həyətindən aşkar edilmiş bir ədəd iriölçülü yanğınsöndürən balon, 1 ədəd tərəzinin dəmir üst hissəsi, 1 ədəd çarxın dəmir zənciri və 2 ədəd aliminium materiallı pərdə karnizləri iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış “Panaconic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 1-ci cild 117-120-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən rayonu Qazma kəndinin ərazisində xx.xx.2022-ci il tarixdə saat 01:50-dən 02:20-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur: xx.xx.2022-ci il tarixdə Balakən rayonu Qazma kənd sakini Muradlı X12 RPŞyə ərizə ilə müraciət edərək 30 may 2022-ci il tarixdə ona məxsus olan Balakən şəhəri 28 May küçəsində yerləşən anbardakı 400 manat dəyərində olan qaynaq aparatının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Qeyd edilən müraciətlə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilmiş oğurluq hadisəsini törətmiş şəxslərin Balakən rayonu Hənifə kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Balakən RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuya məxsus olan at arabası ilə birlikdə Balakən şəhəri 28 May küçəsində yerləşən anbarın qarşısında dayandıqlarını, Təqsirləndirilən şəxs2lə birlikdə anbar binasının həyətinə daş hasardan daxil olaraq oradan talvarın altında olan 1 ədəd qaynaq aparatını oğurladıqlarını və daş hasarın üzərindən küçəyə çıxaraq at arabasına yüklədiklərini, onun at arabasından yaşadığı evin qarşısında düşdüyünü,lakin Təqsirləndirilən şəxs2 oğurladıqları 1 ədəd qaynaq aparatını Balakən rayonu Qazma kənd sakini Şahid6 40 manata satdığını, həmin puldan ona 10 manat verildiyini bildirmişdir. Bununla bağlı Balakən rayonu Qazma kənd sakini Şahid6 məxsus olan evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Şahid6 bir nəfər əvvəllər tanımadığı şəxsin at arabası ilə xx.xx.2022-ci il tarixdə onun evinə gələrək üzəri sökülmüş vəziyyətdə olan bir ədəd qaynaq aparatını ona 40 manata satdığını, həmin aparatın oğurluq olmasını ona bildirmədiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 bir ədəd qaynaq aparatını Müslümə Təqsirləndirilən şəxs2 satdığını, bir ədəd qaynaq aparatını oğurladıqları zaman həmin alətin sökülmüş, yararsız vəziyyətdə olduğunu bildirmişdir. Baxış zamanı Şahid6 məxsus evin həyətindəki üzərindəki naqilləri, bağlamaları sökülmüş vəziyyətdə olan bir ədəd dəmir materiallı qaynaq aparatı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış «Panaconic» markalı videokamera vasitəsilə qeydə alınmışdır. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir İşin 1-ci cild 22-25-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 11 avqust 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 14:30-dan 15:05-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur:Şəxsi axtarış qanunsuz olaraq üzərində odlu silah və onun komplekt hissələrinin saxlanmasında, daşınmasında və gəzdirməkdə şübhəli olduğundan dəvət edilərək Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs2 üzərində aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 onun Balakən rayon Vəkillər Bürosunun adlı siyahısından seçdiyi Müdafiəçi2 və digər iştirakçıların iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 onun üzərində odlu silahın və onun komplekt hissələrinin olubolmadıbğı soruşulduqda Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanıldıqda əlində olan bir ədəd sintetik kisəni təqdim etmişdir və həmin kisənin içərisində avtomat silahının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sintetik kisəyə baxdıqda kisənin içərisində üzərində “AK-L, 47-74” və “FAB Defence İsrael” yazısı olan avtomata oxşar predmet, bundan başqa kisənin içərisində üzərində “55” rəqəmləri yazılmış odlu silah olan avtomat sandığına oxşar predmet və həmin sandığın içərisində 30 ədəd patrona oxşar predmetlərin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd kisə içərisində aşkar edilmiş predmetlərlə birgə həmin kisədə qablaşdırılmış, kisənin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən başqa hər hansı qanunla qadağan edilən predmet, vasitə, kütlə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 ona qarşı Balakən rayon Polis Şöbəsində hər hansı fiziki təsir göstərilib-göstərilmədiyi soruşulduqda Təqsirləndirilən şəxs2 belə bir halın olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Keçirilmiş şəxsi axtarış Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 tərəfindən “Panaconic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuşdur, əlavə hər hansı şikayət və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 2-ci cild 30-33-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 iyun 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış Balakən RPŞ-nin inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 20:10-dan 20:40-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış zamanı aşağıdakılar müəyyən olunmuşdur: Şəxsi axtarış qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan dəvət edilərək Balakən RPŞ-yə gətirilmiş Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 üzərində aparılmışdır. Təqsirləndirilən şəxs1 Balakən rayonu Vəkillər Bürosunun adlı siyahısından seçdiyi Müdafiəçi2 və digər iştirakçıların iştirakı ilə Təqsirləndirilən şəxs1 onun hüquq və vəzifələri elan olunmuşdur və ona şübhəli şəxs qismində tutulduğu bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 onun üzərində narkotik vasitənin və ya qanunla qadağan edilmiş kütlənin, vasitənin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan sellofan torbanı təqdim etmişdir.Təqsirləndirilən şəxs1 onun təqdim etdiyi sellofan torbada olan kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 həmin kütlənin “nəşə" adlı narkotik vasitə olduğunu bildirmişdir.Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa hər hansı vasitə, kütlə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan torbada olan qurudulmuş marixuanaya oxşar kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 13,56 qram təşkil etmişdir.Təqsirləndirilən şəxs1 onun üzərində aşkar edilmiş qurudulmuş marixuanaya oxşar kütləni haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs1 2020-ci ilin yay aylarında yaşadığı Balakən rayonu Hənifə kəndində çöllük ərazidə özü bitən narkotik ağacını tapdığını, həmin kütləni tapdığı ağacdan yığdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 tapdığı dediyi ağacı onun əkib-əkmədiyini soruşduqda Təqsirləndirilən şəxs1 qeyd etdiyi ağacı tapdığını, lakin tapdığı ağacdan toxumlar yığaraq özündə saxladığını və həmin toxumları təxminən 2 ay əvvəl yaşadığı Balakən rayonu Hənifə kəndində çöllük ərazidə əkdiyini və həmin əkərək becərdiyi ağacları təqdim edə biləcəyini bildirmişdir. Keçirilmiş şəxsi axtarış Balakən RPŞnin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru X15 tərəfindən “Panaconic” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır.Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq və möhürlənərək imzalanmışdır və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 2-ci cild 38-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış Balakən rayonu Hənifə kəndinin ərazisində xx.xx.2022-ci il tarixdə saat 21:30-dan 22:05dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən olunmuşdur:Baxış qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət edilərək gətirilmiş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldığı zaman Təqsirləndirilən şəxs1 Balakən rayonu Hənifə kəndində çöllük ərazidə narkotik tərkibli bitkilər əkməsini bildirməsi əsasında Balakən rayonu Hənifə kəndində çöllük ərazidə aparılmışdır. Baxışda Təqsirləndirilən şəxs1 vəkili Müdafiəçi2, aqronom-mütəxəssis Şahid5 və digər iştirakçılar iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs1 özünün əkərək becərdiyini bildirdiyi 3 ədəd dibçəkləri təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi dibçəklərə baxdıqda həmin dibçəklərin içərisində narkotik tərkibli çətənə kollarına oxşar bitkilərin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bitkilər barədə mütəxəssis aqronomdan soruşduqda o, həmin bitkilərə qulluq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik tərkibli çətənə kollarına oxşar bitkilər köklərindən çıxarılaraq sayıldıqda həmin bitkilərin 4 ədəd olması məlum olmuşdur. Həmin 4 ədəd çətənə kollarına oxşar bitkilər ölçüldükdə uzunluqlarının 62 sm.-dən 110 sm.-dək olmaları məlum olmuşdur. Həmin 4 ədəd çətənə kollarına oxşar bitkilər bir ədəd sellofan torbaya qoyularaq elektron tərəzi ilə çəkildikdə ümumi çəkiləri 35 qram təşkil etmişdir. 4 ədəd çətənə kollarına oxşar bitkilər bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır, zərfin üzəri möhürlənmişdir və üzəri Təqsirləndirilən şəxs1, vəkili Müdafiəçi2, aqronom-mütəxəssis Şahid5 və digər iştirakçılar tərəfindən imzalanmışdır və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış Balakən RPŞnin KTQ-nun baş inspektor-kriminalisti, polis mayoru X15 tərəfindən “Panaconic” markalı videokamera vasitəsilə qeydə alınmışdır. Baxış zamanı tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət və vəsatət daxil olmamışdır, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün əks olunduğu DVD markalı diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən, protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən edilmişdir. İşin 2-ci cild 52-53-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının Azərbaycvn Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə X7 Regional Bölməsinin 05 iyun 2022-ci il tarixli 17/457 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: - Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş kütlə.” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 12,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi çətənə kollarına oxşar bitkilər.” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada, ümumi çəkiləri 21,69 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid5 04 iyun 2022-ci il tarixli rəyinə əsasən 04 (dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin 1-ci cild 140-141-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 08 iyul 2022-ci il tarixli 9/4445 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq ayrı-ayrılıqda orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Zərərçəkmiş şəxs2 məxsus malların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti – 255,00 manat

2. Zərərçəkmiş şəxs1 məxsus malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti – 200,00 manat. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin 1-ci cild 32-34-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş AR Ədliyyə Nazirliyinin Məhkəmə X7 Regional Bölməsinin 11 avqust 2022-ci il tarixli 17/641 nömrəli ekspert rəyinin “Tədqiqatın nəticəsi” hissəsində göstərilmişdir: - Tədqiqata təqdim edilmiş silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı yivli-odlu avtomatdır, istifadəyə yararlıdır. - Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patron 5,45 mm. kalibrli olub, həmin kalibrə malik (AK-74, AKS-74. AKS-74 U, RPK-74) silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatları hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İşin 1-ci cild 73-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən Balakən RPŞ-yə daxil olmuş xx.xx.2022-ci il tarixli 011-9527-1222 nömrəli məktubda göstərilmişdir ki, Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli 109-20252-1222 nömrəli məktubuna əsasən təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli №-si silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. 01 ədəd 5,45 mm kalibrli nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat, 01 ədəd daraq və 27 ədəd 5,45x39 mm kalibrli patronlar möhürlənmiş polimer bükümdə Balakən Rayon Polis Şöbəsinə qaytarılmışdır. İşin 2-ci cild 113-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin Məhkəmə-Narkoloji ekspert komissiyasının 19 iyul 2022-ci il tarixli 1024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 1-ci cild 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 avqust 2022-ci il tarixdə verilmiş 587 nömrəli arayışdan görünür ki, Qarayev X1, himayəsində işləməyən atası,anası, baçıları və qardaşı vardır. İşin 1-ci cild 76-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, onun haqqında inzibati ərazi dairəsinə yazılı və şifahi şikayət daxil olmamışdır. İşin 2-ci cild 42-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Balakən rayonu Hənifə kənd sakini Təqsirləndirilən şəxs1 yaşadığı çöllük sahəsində Təqsirləndirilən şəxs1 təqdim etdiyi 4 ədəd hündürlükləri 62 sm-dən 110-sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İşin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 04 iyun 2022-ci il tarixli şübhəli şəxsi tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 04 iyun 2022-ci tarixdə saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 85-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 06 iyun 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilməklə, barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 11 avqust 2022-ci il tarixli şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 11 avqust 2022-ci tarixdə saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cild 66-69-cu vərəqələrində olan Balakən Rayon Məhkəməsininin 13 avqust 2022-ci il tarixli 4(019)-53/2022 nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətə həbs qətiimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 11 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşin 2-ci cild 89-90-cı vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 2-ci cild 100—112-ci vərəqələrində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)- 304/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün həbsdə olduğu müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmış, üzərində 1 (bir) il 08 (səkkiz) ay 02 (iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. İşin 1-ci cild 157-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci 92-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon İHB Hənifə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 446 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayonu Hənifə kəndində yaşayır, himayəsində işləməyən anası və qardaşı vardır. İşin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Hənifə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 13 fevral 2023-cü il tarixli 157/4 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-304/2021 nömrəli,xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkum kimi xx.xx.2022-ci il tarixdə şöbənin qeydiyyatına götürülmüşdür.Məhkum Təqsirləndirilən şəxs1 hökm üzrə cəzasının hal-hazırkı tarixə çəkilməmiş hissəsi 09 ay 28 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(019)-72/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində (digər cinayət əməllərinə görə) 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəlinin 13 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Fındıq sexindən çuqun materialdan su radiatorunu oğurlamaması, 4 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib becərməməsi,üzərində narkotik vasitə olmaması barədə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış,özünü müdafiə məqsədi ilə verilmiş ifadə hesab edərək sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində göstərmişdir ki,bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan az-az istifadə edir. 2020-ci ilin yay aylarında (dəqiq tarixi xatırlamır) Balakən rayonu Hənifə kəndinin çöllük ərazisindən yabanı halda bitmiş bir ədəd narkotik tərkibli çətənə bitkisini tapmışdır. Həmin bitkinin üzərindən şəxsi istifadəsi üçün az miqdarda hissələrini yığıb sellofan torbaya qoymuşdur. Çətənə bitkisinin üzərindən 4-5 ədəd toxumlarını da yığmışdır. Tapdığı çətənə bitksinin üzərindən yığdığı hissələrini yaşadığı evin yanından axan Balakən çayının kənarında gizlətmişdir. Həmin bitki hissələri elə torbanın içində qurumuşlar. Çətənə bitkisinin toxumlarını isə yaşadığı evdə gizlətmişdir. Narkotik tərkibli bitki hissələrini və toxumlarını yığıb gizlətməyi barədə heç kimə bildirməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində (dəqiq tarixini xatırlamır) 03 ədəd dibçək düzəldərək həmin dibçəkləri Balakən rayonu Hənifə kəndinin qurtaracağında meşə sahəsinə gedən yolun kənarındakı kolluğa aparıb gizlədib içərisinə 04 ədəd çətənə bitkisinin toxumlarını əkmişdir. Arada gedib həmin toxumlardan cücərmiş bitkiləri suvarmışdır, diblərini alaq otlarından təmizləmişdir və yaxşı inkişaf etmələri üçün onlara qulluq etmişdir. Həmin bitkiləri əkməkdə məqsədi gələcəkdə yığıb qurudub özü üçün istifadə etmək olmuşdur.Balakən çayının kənarında sellofan torbanın içində gizlətdiyi narkotik vasitəni də 2022-ci ilin iyun ayının əvvəllərində gizlətdiyi yerdən götürüb əynindəki şalvarın sağ yan cibinə qoyub şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən istifadə etməmişdi. xx.xx.2022-ci il tarixdə Balakən rayonu Hənifə kəndi ərazisində olduğu zaman Balakən RPŞ-nin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşaraq üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğundan onu Balakən RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onu şübhəli şəxs kimi tutmuşlar, ona təqdim olunmuş vəkillər siyahısından hüquqlarını müdafiə etmək üçün seçmiş olduğu vəkil Müdafiəçi2 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan torbada olan narkotik vasitə- qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd sellofan torbada olan narkotik vasitə - qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, üzərindəki sellofan torba ilə birlikdə ümumi çəkisi 13,56 qram təşkil etmişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənərək götürülmüşdür.Üzərindən aşkarlanmış narkotik vasitəni haradan əldə etdiyi barədə ona sual verildikdə həmin narkotik vasitəni 2020-ci ildə tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin üzərindən yığıb əldə etdiyini və həmin bitkinin üzərindən topladığı toxumları Hənifə kəndindəki çöllük ərazidə əkdiyini bildirmişdir. Şəxsi axtarış fasiləsiz olaraq videokamera vasitəsi ilə polis əməkdaşları tərəfindən qeydə alınmışdır. Üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmişdir və iştirakçılar tərəfindən imzalanmışdır. Vəkil Müdafiəçi2, mütəxəssis qismində dəvət edilmiş aqranomun və polis əməkdaşlarının iştirakları ilə Hənifə kəndinin qurtaracağında meşə sahəsinə gedən yolun kənarındakı kolluqda 03 ədəd dibçəkdə narkotik bitkilərini əkib-becərdiyi əraziyə baxış keçirilmişdir. Polis əməkdaşlarına 03 ədəd dibçəkdə əkdiyi 04 ədəd çətənə bitkilərini təqdim etmişdir. Baxışda iştirak edən aqranom həmin bitkilərə qulluq edildiyini bildirmişdir. 04 ədəd çətənə bitkisi dibçəklərdən kökündən çıxarılaraq ölçüldükdə hündürlükləri 62 sm.-dən 112 sm.-dək olmuşdur. Həmin bitkilər sellofan torbaya qoyulub elektron tərəzidə çəkildikdə çəkisi 35 qram təşkil etmişdir. Sonra həmin bitkilər sellofan torba ilə birlikdə bir ədəd kağız zərfə qablaşdırılaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Baxış fasiləsiz olaraq polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur və iştirakçılar tərəfindən imzalanmışdır. Hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2 iştirakı ilə ekspert rəyi ilə tanış olduqdan sonra bilmişdir ki, onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada olan narkotik vasitə - qurudulmuş marixuananın təmiz çəkisi 12,47 qramdır. 03 ədəd dibçəkdə əkib-becərdiyi 04 ədəd bitkilərin isə əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin olması ona məlum olmuşdur. Ekspert rəyi ona mahiyyəti üzrə izah edilmişdir, ekspert rəyi ilə razıdır. Üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin ekspert rəyində göstərildiyi kimi olduğunu hesab edir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın üzərindən götürüb istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini sübut kimi qəbul edir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və qəsdən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməllərini ,Təqsirləndirilən şəxs2 isə qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və qəsdən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə cinayət əməllərini törətmişlər. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində döyüş sursatını qanunsuz əldə etmə, saxlama, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİqanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3,234.1 və 237.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə 177.2.1 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 177.2.3, 234.1 və 237.1ci maddələrinin, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.1-ci maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidir, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3, 234.1 və 237.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, əməllərin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki,istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərlə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin vurulmuş ziyanla bağlı zərər çəkmiş şəxslərə heç bir ödəniş etməmələrini, oğurlanmış əşyaların polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülməsini, Azərbaycan Respublikası CM-in 59.1.13 və 59.1.14-cü maddələrində cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasının; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsinin yüngülləşdirici hal kimi nəzərdə tutulmasına əsaslanaraq məhkəmə hesab edir ki, oğurlanmış əşyaların qaytarılması yüngülləşdirici hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.12.21-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə hissəsinin 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə hesablanmaqla- 4(dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası CM-nin 67.1ci maddəsinə əsasən qismən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilməklə cəza təyin edilməli, onun 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 14 fevral 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 11 avqust 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxslərə təyin edilmiş cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o narkomaniyadan məcburi müalicə olunmalıdır. O, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 115,15 (bir yüz on beş manat on beş qəpik ) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan, Balakən RPŞ-nin saxlanc anbarında Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 12,42 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, baxış zamanı aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 əkibbecərdiyi, ekspert rəyindən sonra ümumi çəkiləri 21,49 qram olan, əkilib-becərilməsi qadağan olunmuş 04 (dörd) ədəd narkotik tərikibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı yivli-odlu avtomat, 5,45 mm kalibrli zavod üsulu ilə hazırlanmış 30 ədəd patronun 3 ədədi Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən istifadə edildikdən sonra qalan 27 ədəd patron, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd sandıq sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməli, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yerindən oğurladıqları 01 ədəd qaynaq aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus olan saxlanc yerindən oğurladığı 01 (bir) ədəd Türkiyənin “Caspian Yıldız” şirkətinin istehsalı olan iri ölçülü yanğınsöndürən balon, 01 (bir) ədəd 1990-cı ildə Rusiyanın Krasnodar şəhərində istehsal edilmiş 500 (beş yüz) kq-lıq tərəzinin üst dəmiri, 02 (iki) ədəd aliminium pərdə karnizləri, 01 (bir) ədəd elevatoru yuxarı fırlatmaq üçün nəzərdə tutulmuş 2 (iki) metr uzunluğunda çarx zənciri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut olan 07 ədəd DVD diskləri iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayətləri törətdikləri zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Vurulmuş zərərin tam ödənməsi nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Vəkil Bürosunun vəkili- Müdafiəçi1 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 10 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 07 iş saatı, Balakən Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 05 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin , CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına 237.1-ci maddəsi ilə 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23.12.21-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə hissəsinin hər 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə hesablanmaqla- 4(dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumeetmə cəzası qismən- 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə birləşdirilsin, ona qəti olaraq 4(dörd) il 3(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Onun 11 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın müddətinə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X10 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin ,CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3(üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan, Balakən RPŞ-nin saxlanc anbarında Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanaraq götürülmüş ekspert rəyindən sonra təmiz çəkisi 12,42 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, baxış zamanı aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 əkibbecərdiyi, ekspert rəyindən sonra ümumi çəkiləri 21,49 qram olan, əkilib-becərilməsi qadağan olunmuş 04 (dörd) ədəd narkotik tərikibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanaraq götürülmüş silah nömrəsi silinmiş, İsraildə zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, AK-74 markalı döyüş təyinatlı yivli-odlu avtomat, 5,45 mm kalibrli zavod üsulu ilə hazırlanmış 30 ədəd patronun 3 ədədi Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən istifadə edildikdən sonra qalan 27 ədəd patron, “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan 01 ədəd sandıq sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək Zərərçəkmiş şəxs1 məxsus olan saxlanc yerindən oğurladıqları 01 ədəd qaynaq aparatı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 məxsus olan saxlanc yerindən oğurladığı 01 (bir) ədəd Türkiyənin “Caspian Yıldız” şirkətinin istehsalı olan iri ölçülü yanğınsöndürən balon, 01 (bir) ədəd 1990-cı ildə Rusiyanın Krasnodar şəhərində istehsal edilmiş 500 (beş yüz) kq-lıq tərəzinin üst dəmiri, 02 (iki) ədəd aliminium pərdə karnizləri, 01 (bir) ədəd elevatoru yuxarı fırlatmaq üçün nəzərdə tutulmuş 2 (iki) metr uzunluğunda çarx zənciri hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 115,15 (bir yüz on beş manat on beş qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Vurulmuş zərərin tam ödənməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 , Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 42 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 30 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X11 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar