Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-21/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-24 avqust 1984-cü il tarixdə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “DOST” mərkəzində texniki işçi vəzifəsində çalışan, əvvəllər məhkum olunmayan, Şuşa rayonu Allahqulular kəndində qeydiyyatda olan və hazırda ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2,177.2.3 və 177.2.4-cü maddələri ilə; TƏQSİRLƏNDİRİLƏN ŞƏXS -xx xxxxxx 1992-ci il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 22 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Balakən şəhəri Mircəlal küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin dəmir metaldan hazırlanmış giriş qapısının kilidini özü ilə apardığı linglə sındıraraq saxlanc yeri hesab edilən evə qanunsuz olaraq daxil olub birinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxlanılan 950 manat nağd pulu, həmin otaqdakı güzgülü dolabın birinci siyirməsində saxlanılan 07 qram çəkisi olan 01 ədəd 750 əyarlı 700 manat dəyərində brilliant qaşlı qızıl üzüyü, 07 qram çəkisi olan 01 ədəd 750 əyarlı 700 manat dəyərində setkalı qızıl üzüyü,15 qram çəkisi olan 01 ədəd 750 əyarlı 1500 manat dəyərində qızıl qolbağını və 3,7 qram çəkisi olan, üzərində qara və rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli mis metaldan hazırlanmış 06 manat dəyərində 01 cüt sırğanı saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 3856 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 sonuncu ilə birlikdə Balakən rayon mərkəzi xəstəxanasında həkim işləyən Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı evdə pul və qızıl zinət əşyalarının olmasını öyrənib, Zərərçəkmiş şəxs2 evindən oğurlayacağı pulu və qızıl zinət əşyalarını Təqsirləndirilən şəxs2 verəcəyini əvvəlcədən vəd edərək Zərərçəkmiş şəxs2 konkret olaraq 12 may 2021-ci il tarixdə onunla birlikdə xəstəxanada gecə növbəsində olması, səhəri günü işdən çıxıb birbaşa anası evinə gedəcəyi barədə Təqsirləndirilən şəxs2 məlumatlar alaraq, eləcə də həmin gecə Zərərçəkmiş şəxs2 hər hansı səbəbdən qəfildən yaxınlıqda yerləşən evə gələcəyi halda ona dərhal məlumat verməsi barədə sonuncu ilə razılaşaraq, 12 may 2021-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin sol tərəfində olan plastik pəncərəni özü ilə apardığı vintaçanla açaraq pəncərədən saxlanc yeri hesab edilən evə qanunsuz olaraq daxil olub ikinci mərtəbədə yerləşən yataq otağında olan paltar dolabının içərisindəki siyirmədə saxlanılan 01 ədəd kağız zərfdəki 7000 manat nağd pulu, həmin otaqdakı pəncərənin qarşısında olan qara rəngli qutunun içərisində saxlanılan 01 ədəd təxmini çəkisi 4,0 qram olan 750 əyarlı 400 manat dəyərində qızıl klonu, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl klonu, 01 ədəd təxmini çəkisi 5,0 qram olan 750 əyarlı 500 manat dəyərində qızıl boyunbağını, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl boyunbağını, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl qolbağı, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl qolbağı, təxmini çəkisi 18,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 90 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 20,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 100 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 32,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 160 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 22,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 110 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 26,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 130 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 6,0 qram olan 01 cüt 925 əyarlı 30 manat dəyərində qırmızı rəngli qaşlı gümüş sırğanı, təxmini çəkisi 5,0 qram olan 01 ədəd 925 əyarlı 25 manat dəyərində qırmızı rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 5,0 qram olan 01 ədəd 925 əyarlı 25 manat dəyərində mavi rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 4,0 qram olan 01 ədəd 925 əyarlı 20 manat dəyərində yaşıl rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində qırmızı rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 8,0 qram olan 01 ədəd 925 əyarlı 40 manat dəyərində üzərində qara rəngli çoxlu qaşlar olan gümüş üzüyü, təxmini çəkisi 10,0 qram olan 01 ədəd 925 əyarlı 50 manat dəyərində gümüş qolbağı, digər yataq otağındakı dolabın siyirməsində saxlanılan təxmini çəkisi 15,0 qram olan 01 ədəd üzərində rus dilində “Medina” sözü yazılmış 925 əyarlı 75 manat dəyərində gümüş boyunbağını, təxmini çəkisi 7,0 qram olan 01 ədəd 925 əyarlı 35 manat dəyərində gümüş qolbağı, təxmini çəkisi 4,0 qram olan 01 ədəd 925 əyarlı 20 manat dəyərində gümüş üzüyü, təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində gümüş üzüyü,təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində gümüş üzüyü, 01 ədəd çəkisi 12,72 qram olan, üzərində çəhrayı rəngli və rəngsiz, şəffaf qaşlar olan mis metaldan hazırlanmış 1,50 manat dəyərində üzüyü, 01 ədəd çəkisi 5,01 qram olan, üzərində qara rəngli hissə olan dəmir metaldan hazırlanmış 2,0 manat dəyərində sarı rəngli üzüyü, 01 ədəd çəkisi 26,88 qram olan halqa formalı, üzərində gümüşü rəngli hissələr olan, cuzi deformasiyaya uğramış qiymətsiz metaldan hazırlanmış 1,0 manat dəyərində sarı rəngli qolbağı və 03 ədəd ayrı-ayrı halqalardan və 01 ədəd bir-birinə bitişik 03 halqadan ibarət ümumilikdə 04 ədəd dəmir metaldan hazırlanmış çəkisi 15,55 qram olan 0,50 manat dəyərində sarı rəngli məmulat hissəsini saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 10660 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qəsdən, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə 22 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 4 ünvanında yerləşən evin sağ tərəfində olan plastik pəncərəni özü ilə apardığı vintaçanla açaraq pəncərədən saxlanc yeri hesab edilən evə qanunsuz olaraq daxil olub birinci mərtəbədə yerləşən yataq otağındakı dolabın içərisində asılqandan asılmış pencəyin iç cibində şəffaf rəngli sellofan torbada saxlanılan 6400 ABŞ dollarını, yəni Azərbaycan manatına nisbətdə 10880 manat nağd pulu saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 10880 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, onunla birlikdə Balakən rayon mərkəzi xəstəxanasında həkim işləyən Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı evdə pul və qızıl zinət əşyalarının olması barədə Təqsirləndirilən şəxs1 məlumat verərək, Cənnət Mustafyevanın evindən oğurlayacağı pulu və qızıl zinət əşyalarını ona verəcəyi barədə Təqsirləndirilən şəxs1 əvvəlcədən verdiyi vədini qəbul edib Zərərçəkmiş şəxs2 konkret olaraq 12 may 2021-ci il tarixdə onunla birlikdə xəstəxanada gecə növbəsində olması, səhəri günü işdən çıxıb birbaşa anası evinə gedəcəyi barədə Təqsirləndirilən şəxs1 məlumatlar verərək, eləcə də həmin gecə Zərərçəkmiş şəxs2 hər hansı səbəbdən qəfildən yaxınlıqda yerləşən evə gələcəyi halda Təqsirləndirilən şəxs1 dərhal məlumat verməsi barədə sonuncu ilə razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs1 12 may 2021-ci il tarixdə saat 06:00 radələrində Zərərçəkmiş şəxs2 kirayədə yaşadığı Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən və saxlanc yeri hesab edilən mənzilin sol tərəfində olan plastik pəncərəni özü ilə apardığı vintaçanla açaraq pəncərədən mənzilə daxil olub ikinci mərtəbədə yerləşən yataq otağında olan paltar dolabının içərisindəki siyirmədə saxlanılan 01 ədəd kağız zərfdəki 7000 manat nağd pulu, həmin otaqdakı pəncərənin qarşısında olan qara rəngli qutunun içərisində saxlanılan 01 ədəd təxmini çəkisi 4,0 qram olan 750 əyarlı 400 manat dəyərində qızıl klonu, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl klonu, 01 ədəd təxmini çəkisi 5,0 qram olan 750 əyarlı 500 manat dəyərində qızıl boyunbağını, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl boyunbağını, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 cüt təxmini çəkisi 2,0 qram olan 750 əyarlı 200 manat dəyərində qızıl sırğanı, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl qolbağı, 01 ədəd təxmini çəkisi 3,0 qram olan 750 əyarlı 300 manat dəyərində qızıl qolbağı, təxmini çəkisi 18,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 90 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 20,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 100 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 32,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 160 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 22,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 110 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 26,0 qram olan klon, üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət 01 ədəd 925 əyarlı 130 manat dəyərində gümüş dəsti, təxmini çəkisi 6,0 qram olan 01 cüt 925 əyarlı 30 manat dəyərində qırmızı rəngli qaşlı gümüş sırğanı, təxmini çəkisi 5,0 qram olan 01 ədəd 925 əyarlı 25 manat dəyərində qırmızı rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 5,0 qram olan 01 ədəd 925 əyarlı 25 manat dəyərində mavi rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 4,0 qram olan 01 ədəd 925 əyarlı 20 manat dəyərində yaşıl rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində qırmızı rəngli qaşlı gümüş üzüyü, təxmini çəkisi 8,0 qram olan 01 ədəd 925 əyarlı 40 manat dəyərində üzərində qara rəngli çoxlu qaşlar olan gümüş üzüyü, təxmini çəkisi 10,0 qram olan 01 ədəd 925 əyarlı 50 manat dəyərində gümüş qolbağı, digər yataq otağındakı dolabın siyirməsində saxlanılan təxmini çəkisi 15,0 qram olan 01 ədəd üzərində rus dilində “Medina” sözü yazılmış 925 əyarlı 75 manat dəyərində gümüş boyunbağını, təxmini çəkisi 7,0 qram olan 01 ədəd 925 əyarlı 35 manat dəyərində gümüş qolbağı, təxmini çəkisi 4,0 qram olan 01 ədəd 925 əyarlı 20 manat dəyərində gümüş üzüyü, təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində gümüş üzüyü, təxmini çəkisi 3,0 qram olan 01 ədəd 925 əyarlı 15 manat dəyərində gümüş üzüyü, 01 ədəd çəkisi 12,72 qram olan, üzərində çəhrayı rəngli və rəngsiz, şəffaf qaşlar olan mis metaldan hazırlanmış 1,50 manat dəyərində üzüyü, 01 ədəd çəkisi 5,01 qram olan, üzərində qara rəngli hissə olan dəmir metaldan hazırlanmış 2,0 manat dəyərində sarı rəngli üzüyü, 01 ədəd çəkisi 26,88 qram olan halqa formalı, üzərində gümüşü rəngli hissələr olan, cuzi deformasiyaya uğramış qiymətsiz metaldan hazırlanmış 1,0 manat dəyərində sarı rəngli qolbağı və 03 ədəd ayrı-ayrı halqalardan və 01 ədəd bir-birinə bitişik 03 halqadan ibarət ümumilikdə 04 ədəd dəmir metaldan hazırlanmış çəkisi 15,55 qram olan 0,50 manat dəyərində sarı rəngli məmulat hissəsini talamış, bununla da Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla gizli yolla ələ keçirib talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 10660 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlərin tədqiqi əsasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Şuşa rayonu Allahqulular kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi hazırda ünvan 1 ünvanında arvadı Könül İbrahimova, azyaşlı övladları Nihat İbrahimov, Nuray İbrahimova və Fatimə İbrahimova ilə birlikdə yaşayır. 2020-ci ilin may ayında Balakən “ASAN xidmət” mərkəzi inşa olunan zaman o, orada usta işləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 da orada xadimə işləmişdir. Həmin ərəfədə Leyla ilə aralarında münasibət yaranmışdır. “ASAN xidmət” mərkəzində işlər bitdikdən sonra Leyla Balakən rayon Xəstəxanasında öz işinə davam etməyə başlamışdır. Leyla həmin vaxt xəstəxanada xadimə işləmişdir. O isə “DOST” Mərkəzində texniki işçi kimi işə qəbul olunmuşdur.2021-ci ilin aprel ayında maddi durumu ağır olduğuna görə Balakən şəhəri Mircəlal küçəsində yaşayan və fərdi qaydada ticarətlə məşğul olan tanışı Zərərçəkmiş şəxs1 evindən oğurluq etmək qərarına gəlmiş, buna görə bir neçə dəfə Qüdrətin evdən çıxıb işə getməsini izləmiş, sonuncu dəfə 22 aprel 2021-ci il tarixdə təxminən saat 10:00 radələrində o, piyada Qüdrətin evinə tərəf gedəndə sonuncunun arvadı ilə birlikdə avtomobillə evdən çıxıb getdiyini görmüşdür. Buna görə Qüdrətin evində heç kimin olmadığına əmin olmuş və sonuncunun həyətinin arxa tərəfində olan taxta qapıdan həyətə daxil olmuşdur. Daha sonra mənzilin dəmir metaldan hazırlanmış giriş qapısının kilidini özü ilə apardığı kiçik ölçülü linglə sındıraraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra birinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırmış, orada 950 manat pul olduğunu görmüş və pulun hamısını götürüb cibinə qoymuşdur. Bundan sonra həmin otaqdakı güzgülü dolabın birinci siyirməsindən üzərində 03 ədəd qara rəngli qaşları olan, sarı rəngli metaldan hazırlanmış 01 cüt sırğanı, birinin üzərində tək qaş, digərinin üzərində bir neçə qaş olan, qızıl metaldan hazırlanmış 02 ədəd üzükləri və qızıl metaldan hazırlanmış 01 ədəd bəzəksiz qolbağını götürüb cibinə qoymuşdur. Daha sonra evin ikinci mərtəbəsinə qalxıb otaqları axtarmış, lakin başqa hər hansı dəyərli əşya olmadığı üçün evdən çıxmışdır. Bir qədər getdikdən sonra özü ilə apardığı lingi həmin küçədə olan bir kolluğun içərisinə atmışdır. Daha sonra oğurladığı əşyaları iş yerinin yanında bir yerə basdırıb gizlətmişdir. Oğurladığı 950 manat pulu isə cibində saxlayıb şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin hadisədən bir neçə gün sonra Leyla ilə görüşmüşlər. Görüşə gedən zaman oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi yerdən götürüb mağazadan aldığı qutunun içərisinə qoymuş və üzərində aparmışdır. Kirayələdiyi evdə görüşən zaman Leyla ayrılmaq istədiyini ona demiş və evdən çıxıb getmək istəmiş, həmin vaxt o, oğurladığı qızıl-zinət əşyalarını cibindən çıxarıb qutunun içərisində Leylaya vermiş və ondan ayrılmaması üçün yalvarmışdır. Leyla həmin qızıl-zinət əşyalarını haradan aldığını soruşmuş, o isə ucuz qiymətə satıldığına görə həmin qızıl-zinət əşyalarını Leyla üçün aldığını bildirmişdir. Bundan sonra Leyla həmin əşyaları ondan almış və əl çantasına qoyub yaşadığı evə aparmışdır. Həmin ərəfələrdə Leyla Balakən rayon Mərkəzi Xəstəxanasında həkim işləyən Cənnət adlı qadının Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evinə təmizlik işləri görmək üçün gedib-gəlmişdir. Leylanı da Cənnət xanımın evinə həmişə taksi ilə o aparıbgətirmişdir. Bir dəfə Leyladan Cənnət xanımın maddi durumu və sonuncunun evində pul olub-olmaması barədə soruşmuş, Leyla da Cənnət xanımın maddi durumunun yaxşı olduğunu, böyük ehtimalla evində pul olacağını ona demişdir. O da Leylaya tapşırmışdır ki, Cənnət xanım evdə olmadığı vaxtda ona məlumat versin, sonuncunun evindən oğurluq edib Leylanın da payını verəcəkdir. 11 may 2021-ci il tarixdə Leyla işlədiyi xəstəxanada Cənnət xanımla birlikdə gecə növbəsində qalmışdır. Həmin gün Cənnət xanımın gecə növbəsində qalacağını, uşaqlarının da anasının evində olduğunu, səhəri gün Cənnət xanımın özünün də işdən çıxıb anasının evinə gedəcəyini telefonda danışan zaman Leyla ona demişdir. Gecə saatlarında o, Leylaya zəng edərək Cənnət xanımın evində kiminsə olub-olmamasını soruşmuş, Leyla da hazırda Cənnət xanımın evində heç kimin olmadığını, evin boş olduğunu bildirmişdir. O da Leylaya tapşırmışdır ki, Cənnət xanımın evinə getmək fikri olsa dərhal ona məlumat versin. Leyla da onunla razılaşmış və danışığı bitirmişlər. O, 12 may 2021-ci il tarixdə saat 06:00 radələrində piyada Cənnət xanımın yaşadığı ünvana gedərək həyətin giriş qapısının üzərindən keçib həyətə daxil olmuş, daha sonra evin sol tərəfində olan plastik pəncərəni özü ilə apardığı vintaçanla açıb pəncərədən evə daxil olmuş, evin ikinci mərtəbəsinə qalxanda yataq otağındakı pəncərənin qarşısında olan qutunu görüb qapağını açmışdır. Həmin qutunun içərisində gümüş metaldan hazırlanmış xeyli sayda üzüklər, qolbağlar, boyunbağılar, sırğalar və qızıl metaldan hazırlanmış bir neçə dənə klonlar, qolbağlar, boyunbağılar və sırğalar olmuşdur. O, həmin gümüş və qızıl əşyaların hamısını götürüb evdən tapdığı sellofan paketin içərisinə yığaraq götürmüşdür. Həmin əşyaların qutusunu isə birinci mərtəbəyə atmışdır. Daha sonra həmin otaqdakı dolabın içərisində olan siyirməni açanda orada konvertin içərisində xeyli sayda 100 manatlıq və 02 ədəd 50 manatlıq pul əskinazlarından ibarət pullar olduğunu görmüş, həmin pulları da konvertlə birlikdə götürüb cibinə qoymuş və daxil olduğu kimi evdən çıxaraq oradan uzaqlaşmışdır. Geri qayıdan zaman özü ilə apardığı vintaçanı yadında qalmayan küçədə yerə atmışdır. Yolda gələrkən oğurladığı pulları saymış və cəmi 5000 manat pul olduğunu aşkar etmişdir. Həmin pulun 1000 manatını ayırıb cibinə qoyaraq özü üçün saxlamış, qalan 4000 manat pulu isə Leylaya vermək üçün konvertdə saxlamışdır. Daha sonra “ASAN xidmət” mərkəzinin qarşısına gedərək orada bir neçə saat vaxt keçirmişdir. Həmin tarixdə təxminən saat 09:00 radələrində Leylaya zəng edərək xəstəxananın yaxınlığında yerləşən tikinti materialları mağazasının yanına çağırmış, Leyla bir neçə dəqiqədən sonra həmin yerə getmiş, görüşən zaman o, konverti cibindən çıxarıb Leylaya vermiş, içərisində 4000 manat pul olduğunu və həmin pulları gecə Cənnət xanımın evindən oğurladığını bildirmişdir. Həmin vaxt Leyla Cənnət xanımın evində nə qədər pul olduğunu soruşmuş, o da cəmi 5000 manat pul, həmçinin xeyli sayda gümüş və qızıl-zinət əşyaları tapıb götürdüyünü bildirmişdir. Daha sonra Cənnət xanımın evindən oğurladığı qızıl-zinət və gümüş əşyalarını saxlaması üçün Leylaya vermiş, Leyla da 4000 manat pulu, qızıl-zinət və gümüş əşyalarını çantasına qoyub oradan getmişdir. O da özü üçün götürdüyü 1000 manat pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisədən bir neçə gün sonra o, Leyla ilə Zaqatala rayonuna getmiş, həmin vaxt Leyla üçün, sonuncunun qızı üçün geyim əşyaları almışdır. Daha sonra Leyla ilə birlikdə bir günlük Qəbələ rayonuna gəzməyə getmiş, həmin vaxtlarda bütün xərcləri o çəkmişdir. Leyla isə onun verdiyi 4000 manat pulu, qızıl-zinət və gümüş əşyaları evdə saxlamışdır. O, 11 iyul 2021-ci il tarixdə Leylaya zəng edərək sonuncuya verdiyi bütün qızıl-zinət və gümüş əşyalarını axşam işə gedəndə ona verməsini, Bakı şəhərində aparıb satacağını bildirmişdir. Leyla isə bunun təhlükəli olduğunu deyərək qızıl-zinət və gümüş əşyalarını ona vermək istəməmiş, o isə narahat olmamasını Leylaya demişdir. Həmin gün axşam saatlarında Leyla işə gedərkən onun verdiyi bütün qızıl-zinət və gümüş əşyalarını aparıb ona vermişdir. O da səhəri gün, yəni 12 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı- Balakən şəhərləri arası işləyən bir taksi ilə Bakı şəhərinə yollanmışdır. O, 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yaşayan qohumu Fəxrəddinə zəng edərək, bir neçə günə Bakı şəhərinə gedəcəyini və sonuncu ilə görüşmək istədiyini bildirmiş, Fəxrəddin də etiraz etmədən Bakı şəhərinə gedəndə əlaqə saxlamasını ona bildirmişdir. O, 12 iyul 2021-ci il tarixdə təxminən 11:00-12:00 radələrində Sahil qəsəbəsinə çatıb Fəxrəddinə zəng etmiş və bir qədər sonra Fəxrəddinlə həmin qəsəbədə görüşmüşlər. Həmin vaxt o, əlində olan ot biçən aləti Fəxrəddinə göstərib həmin aləti təmir etdirmək üçün Sədərək Ticarət mərkəzinə getməli olduğunu bildirmiş, daha sonra Bakı şəhərinə gedərkən bir tanışının satmaq üçün ona qızıl-zinət əşyaları verdiyini, ilk öncə həmin qızıl-zinət əşyalarını satmaq istədiyini, daha sonra Sədərək Ticarət mərkəzinə getmək istədiyini bildirmiş və Bakı şəhərini yaxşı tanımadığı üçün qızıl-zinət əşyalarını satmaq üçün ona köməklik göstərməsini Fəxrəddindən xahiş etmişdir. Lakin o, cibində sellofan paketin içərisində olan qızıl-zinət və gümüş əşyalarını Fəxrəddinə göstərməmişdir. Fəxrəddin də razılaşaraq onu Bakı şəhərində yerləşən Əcəmi metrostansiyasının yanına aparmışdır. Orada Fəxrəddin qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazalara girib qiymətlərlə maraqlanmağa başlamış, o isə küçədə dayanıb gözləmişdir. Bir qədər sonra Fəxrəddin onun yanına gedərək bir nəfərin əşyalara baxmaq istədiyini bildirmiş və onu qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan bir mağazaya aparmışdır. Həmin mağazada adı yadında qalmayan cavan bir oğlan işləyirmiş. Orada o, içərisində qızıl-zinət və gümüş əşyalar olan sellofan paketi cibindən çıxarıb masanın üzərinə qoymuş, daha sonra həmin sellofan paketin içərisindən müxtəlif çeşidli qızıl-zinət və gümüş əşyalarını çıxararaq həmin əşyaları satmaq istədiyini bildirmişdir. Həmin vaxt Fəxrəddin mağazadan bayıra çıxmışdır. Mağazada işləyən cavan oğlan ondan həmin qızıl-zinət və gümüş əşyalarının kimə məxsus olduğunu soruşmuş, o da həmin əşyaların özünə məxsus olduğunu və pula ehtiyacı olduğuna görə evindən götürüb satmaq istədiyini bildirmişdir. Daha sonra o, özünə məxsus şəxsiyyət vəsiqəsini həmin oğlana təqdim etmiş, sonuncu vəsiqənin surətini çıxarmış, ona da sənədin surətinin üzərinə imza etdirmişdir. Bundan sonra həmin oğlan həmin əşyaların qızıl və gümüş olubolmamasını yoxlamağa başlamışdır. Bu zaman Fəxrəddin mağazaya gəlmişdir. Həmin əşyaların içərisində cəmi 47 qram çəkidə qızıl metaldan hazırlanmış əşyalar, 200 qram çəkidə gümüş metaldan hazırlanmış əşyalar və adi dəmir metaldan hazırlanmış əşyalar olmuşdur. Həmin oğlan sadəcə qızıl və gümüş əşyaları alacağını bildirmiş, adi dəmir metaldan hazırlanmış əşyaları isə ona geri qaytarmışdır. Həmin oğlan 47 qram qızıla görə 2150 manat, 200 qram gümüşə görə 200 manat olmaqla ona ümumilikdə 2350 manat pul vermişdir. O, pulu aldıqdan sonra adi dəmir metaldan hazırlanmış əşyaları da götürüb sağollaşaraq mağazadan bayıra çıxmış, Fəxrəddin də həmin oğlanla sağollaşaraq onun ardınca mağazadan bayıra çıxmışdır. Bundan sonra o, Fəxrəddinlə birlikdə Sədərək Ticarət mərkəzinə getmiş, orada işlərini bitirdikdən sonra Fəxrəddinlə sağollaşaraq Balakən rayonuna qayıtmışdır. Həmin gün axşam saatlarında Balakən rayonuna çatmış, rayona çatandan sonra Leyla ilə Limana adlı qadının evində görüşmüşlər, orada Leylaya 1000 manat pul vermiş, həmin pulları satdığı qızıl-zinət əşyalarından əldə etdiyini demiş, həmçinin, sata bilmədiyi, yəni qızıl olmayan sarı rəngli adi metaldan hazırlanmış, üzərində 03 ədəd qara rəngli qaşları olan 01 cüt sırğanı, üzərində bənövşəyi və ağ rəngli qaşları olan 01 ədəd üzüyü, üzərində qara rəngli naxışı olan 01 ədəd üzüyü, üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan 01 ədəd qolbağı və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan bəzək əşyasının hissələrini Leylaya verərək həmin əşyaların qızıl olmadığını demiş və zibil qabına atmasını bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında qızılları və gümüşləri satıb əldə edərək Leylaya verdiyi 1000 manat pulu geri istəmiş, Leyla da etiraz etmədən 1000 manat pulu aparıb ona vermişdir. 25 iyul 2021-ci il tarixdə Leyla səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Bakı şəhərinə getmiş, buna görə o, Leyladan aldığı 1000 manat pulun 650 manatını, həmçinin sonuncunun əmək haqqı kartından nağdlaşdırdığı 800 manat pulu müalicə olunması üçün Leylaya göndərmişdir. Zərərçəkmiş şəxs3 təxminən 20 ildir tanıyır. Rəsul Balakən rayonu M.Maqomayev küçəsində yerləşən evini inşa etdirən zaman o, orada fəhlə işləmişdir. Rəsulun maddi durumunun yaxşı olduğunu bilmişdir. 22 avqust 2021-ci il tarixdə səhər saatlarında Rəsul onun yaşadığı evin qarşısında qəssaba xırdabuynuzlu heyvan kəsdirmişdir. Həmin vaxt o, Rəsulun söhbətlərindən sonuncunun yeyib-içməyə gedəcəyini, evdə olmayacağını anlamışdır. Rəsul oradan çıxıb gedəndən sonra o, təxminən saat 15:00 radələrində Rəsulun yaşadığı ünvana getmişdir. O, Rəsulun evinin sağ tərəfində yaşayan qonşusunun evdə olmadığını bilmişdir. Buna görə əvvəlcə Rəsulun qonşusunun həyətinə daxil olmuş, daha sonra Rəsulun evinin həmin həyətə düşən plastik pəncərəsini özü ilə apardığı vintaçanla açaraq həmin pəncərədən evə daxil olmuşdur. Daha sonra evin birinci mərtəbəsində yerləşən yataq otağındakı dolabı açıb içərisinə baxan zaman asılqandan asılmış bir pencəyin iç cibində şəffar rəngli sellofan torbaya bükülmüş halda xeyli ABŞ dollarları olduğunu görmüş, buna görə həmin pulları götürüb cibinə qoymuş və evə daxil olduğu qaydada geri qayıdaraq oradan uzaqlaşmışdır. Yolda gedərkən özü ilə apardığı vintaçanı zibilliyə atmışdır. İş yerinə çatanda oğurladığı pulları saymış və 5000 ABŞ dolları olduğunu aşkar etmişdir. Həmin tarixdə axşam saatlarında Leylaya zəng edərək sonuncuya 4000 ABŞ dolları pul vermək istədiyini bildirmiş, Leyla isə hazırda Bakı şəhərində olduğunu, hələlik 2000 ABŞ dolları pul göndərməsini ona demiş, lakin pulu yeznəsi Fizulinin götürəcəyini, sonuncunun onu görməməsi üçün pulu “ASAN xidmət” mərkəzi ilə üzbəüz yerləşən mağazaya qoymasını xahiş etmişdir. O da 2000 ABŞ dolları pulu əvvəlcə ağ kağıza bükmüş, üzərini yapışqan lentlə bağlamış, daha sonra 23 avqust 2021-ci il tarixdə səhər saatlarında həmin bağlamanı aparıb “ASAN xidmət” mərkəzi ilə üzbəüz yerləşən mağazada işləyən Azər adlı şəxsə vermiş və bir qədər sonra Fizuli adlı şəxsin gəlib bağlamanı götürəcəyini bildirmişdir. Azər adlı şəxs də etiraz etmədən içərisində 2000 ABŞ dolları pul olan bağlamanı ondan götürüb özündə saxlamış və o, oradan çıxıb getmişdir.Təxminən 15-20 dəqiqədən sonra Leyla ona zəng edərək pulu aldığını bildirmişdir.O, qalan 3000 ABŞ dolları pulu isə şəxsi ehtiyaclarına, gəzməyinə, geyim əşyalarına, yeyib-içməyinə xərcləmişdir. 15 sentyabr 2021-ci il tarixdə Leyla Balakən rayonuna qayıtmış, həmin vaxt o, Balakən rayon Mərkəzi Poçt filialının yanında ev kirayələmiş və onlar təxminən 10 günə yaxın Leyla ilə birlikdə həmin evdə yaşamışlar. Həmin vaxt Leylanın üzərində 01 ədəd 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd 585 əyarlı üzərində tək qaş olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük, 01 dəst 585 əyarlı oval formasında olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük və sırğa olmuşdur. Leyla onun verdiyi 2000 ABŞ dolları pulun 1350 dollarına həmin qızıl-zinət əşyalarını aldığını, qalan pulu isə şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. O, Leyladan sonuncuya verdiyi 4000 manat barəsində soruşanda isə, Leyla həmin pulları evdə saxladığını bildirmişdir. Onlar birlikdə 10 gün yaşadıqdan sonra Leyla yaşadığı evə getmiş və daha sonra onunla görüşməmişdir. O, Leyladan səbəbini soruşanda isə sonuncu valideynlərinin onunla görüşməyə qoymadıqlarını demişdir. Həmin vaxtdan sonra o, Leylanı görməmiş, lakin hər gün telefonla danışırmışlar. 01 oktyabr 2021-ci il tarixdən sonra isə Leyla ilə əlaqələri kəsilmişdir. Sonuncu dəfə 28 oktyabr 2021-ci il tarixdə Leyla ilə Azpetrol yanacaqdoldurma məntəqəsinin yanında kirayələdiyi evdə bir dəfə görüşmüşlər. O sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmiş və orada törətdiyi cinayət əməllərini etiraf etmişdir. Törətdiyi əməllərindən peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərlə barışmışlar,onlara dəymiş ziyanı tam ödəmişlər. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətləri və tələbləri yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, hazırda Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsində atası X16, anası X4 və 7 yaşlı qızı X7 ilə birlikdə yaşayır. 2012-ci il tarixdə rəsmi ailə qurub 2019-cu ilin iyun ayında boşanmışdır. Həmin evlilikdən bir qızı və bir oğlu dünyaya gəlmişdir. Qızı Nurlana onunla yaşasa da, oğlu Qurban Hudulov hazırda atası Fizuli ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. O, 2015-ci ilin sentyabr ayından 2021-ci ilin avqust ayınadək rəsmi olaraq Balakən rayon Mərkəzi xəstəxanasında xadimə işləmişdir. 2020-ci ilin may ayında Balakən “ASAN xidmət” mərkəzi inşa olunan zamanda o, paralel olaraq orada da xadimə işləmişdir. Təqsirləndirilən şəxs1 da həmin vaxt “ASAN xidmət” mərkəzində usta kimi işləmişdir. Həmin ərəfədə Elmanla onun arasında münasibət yaranmış və getdikcə onların münasibətləri sevgiyə çevrilmişdir. O, Elmanın evli olduğunu əvvəlcədən bilmişdir. Bir müddət sonra Elman ona birlikdə yaşamağı təklif etmiş, o, Elmanın təklifini qəbul etdikdən sonra bəzi vaxtlarda onlar günlük pulunu ödəməklə Balakən şəhərində yerləşən X5 yaxınlığında Limana adlı qadına məxsus mənzildə görüşməyə başlamışlar. “ASAN xidmət” mərkəzində işlər bitdikdən sonra o, xəstəxanada öz işinə davam etməyə başlamış, Elman isə “DOST xidmət” mərkəzində işə düzəlmişdir. Təxminən 2020-ci ilin sentyabr ayından başlayaraq bəzi vaxtlarda Balakən rayon Mərkəzi Xəstəxanasının yaxınlığında yerləşən və sahibini tanımadığı evdə Elmanla görüşməyə başlamışlar. O, xəstəxanada xadimə işlədiyi üçün orada həkim işləyən Zərərçəkmiş şəxs2 onu tanımış və onun maddi vəziyyətinin ağır olduğunu bilmişdir. Buna görə o, Cənnət xanımın təklifi ilə sonuncunun Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evinə gedərək təmizlik işləri görmüşdür.Əvvəllər Elmanla münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr baş verdiyinə və Elmanın evli olduğuna görə sonuncudan ayrılmaq istəmişdir. 2020-ci ilin noyabr ayında həmin evdə görüşən zaman Elmana ayrılmaq istədiyini bildirmiş, bu zaman Elman 30 manata aldığı 01 cüt gümüş sırğanı cibindən çıxarıb ona hədiyyə vermişdir. Həmin vaxt Elman hər şeyin yaxşı olacağını deyərək ona vədlər vermiş, ayrılmamaq üçün onu yola gətirmiş və onlar münasibətlərinə davam etməyə qərar vermişlər. Beləliklə, onlar yenə görüşməyə davam etmişlər və təxminən 05 ay münasibətləri normal davam etmişdir. 2021-ci ilin aprel ayında yenidən onların aralarında mübahisələr baş vermiş və o, Elmandan ayrılmaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının sonlarında o, Elmanla həmin evdə görüşən zaman sonuncuya ayrılmaq istədiyini bildirmiş və mənzildən çıxıb getmək istəmişdir. Həmin vaxt Elman onu tutub saxlamış, ondan ayrılmaq istəmədiyini deyərək içərisində sarı rəngli metaldan hazırlanmış, üzərində 03 ədəd qara rəngli qaşları olan 01 cüt sırğa, birinin üzərində tək qaş, digərinin üzərində bir neçə qaş olan 02 ədəd qızıl metaldan hazırlanmış üzüklər və 01 ədəd qızıl metaldan hazırlanmış bəzəksiz qolbağ olan qutunu cibindən çıxarıb ona vermişdir. Həmin vaxt o, Elmandan həmin qızıl-zinət əşyalarını haradan aldığını soruşmuş, sonuncu da ucuz qiymətə satıldığına görə həmin qızıl-zinət əşyalarını onun üçün aldığını bildirmişdir. O da etiraz etmədən həmin qızıl-zinət əşyalarını Elmandan alıb yaşadığı evə aparmış və öz otağında olan sandığın içərisində gizlədib saxlamışdır. Həmin ərəfələrdə o, Cənnət xanımın Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evinə təmizlik işləri görmək üçün gedib-gəlmişdir. Onu da Cənnət xanımın evinə həmişə Elman taksi ilə aparıb-gətirmişdir. Elman onu bir neçə dəfə Cənnət xanımın evinə aparıbgətirdikdən sonra Cənnət xanımın maddi durumu barədə, sonuncunun evində pul olubolmaması, həmçinin sonuncunun hansı vaxtlarda evdə olmaması barədə ona suallar vermiş, o da Cənnət xanımın maddi durumunun yaxşı olduğunu, böyük ehtimalla evində pul olduğunu, bəzi günlərdə xəstəxanada gecə növbəsində qaldığını və bəzi vaxtlarda evində heç kimin olmadığını Elmana bildirmişdir. Elman da Cənnət xanımın evində heç kim olmayanda məlumat verməsini ona tapşırmışdır. Elman demişdir ki, Cənnət xanımın evinə girib nə oğurlasa ona da pay verəcəkdir. O da torpaq alıb özünə ev tikdirmək istədiyi üçün Elmanın təklifini qəbul etmişdir. 11 may 2021-ci il tarixdə o, xəstəxanada Cənnət xanımla birlikdə gecə növbəsində qalmışdır. Gecə saatlarında Elman ona zəng edərək Cənnət xanımın növbədə olub-olmaması, sonuncunun evində kiminsə olub-olmaması barədə suallar vermiş, o da Cənnət xanımla birlikdə növbədə olduqlarını, sonuncunun evində hazırda heç kim olmadığını, həmçinin Cənnət xanımın səhər növbədən çıxıb anasının evinə qonaq gedəcəyini bildirmişdir. Elman da həmin vaxt ona tapşırmışdır ki, Cənnət xanım evinə getməli olsa dərhal ona məlumat versin. O da Elmanla razılaşmış və sağollaşıb danışığı bitirmişlər. 12 may 2021-ci il tarixdə səhər saatlarında o, növbədən çıxıb yaşadığı evə getməyə hazırlaşarkən Elman ona zəng edərək xəstəxananın yaxınlığında yerləşən tikinti materialları mağazasının yanına çağırmış, o da razılaşaraq Elmanın dediyi yerə getmişdir. Orada görüşən zaman Elman cibindən bir konvert çıxarıb ona vermiş, konvertin içərisində 4000 manat pul olduğunu və həmin pulları gecə Cənnət xanımın evindən oğurladığını bildirmişdir. Həmin vaxt o, Cənnət xanımın evində nə qədər pul olduğunu soruşmuş, Elman da cəmi 5000 manat pul, xeyli qızıl-zinət və gümüş əşyalar tapıb götürdüyünü bildirmişdir. Daha sonra Elman Cənnət xanımın evindən oğurladığı qızıl-zinət və gümüş əşyalarını saxlaması üçün ona vermişdir. O da 4000 manat pulu, qızıl-zinət və gümüş əşyalarını əl çantasına qoyub yaşadığı evə aparmış və yataq otağında olan sandığın içərisində gizlədib saxlamışdır. Hadisədən bir neçə gün sonra o, Elmanla birlikdə Zaqatala rayonuna gəzməyə getmiş, həmin vaxt Elman onun üçün, qızı üçün geyim əşyaları almışdır. Daha sonra Elmanla birlikdə bir günlük Qəbələ rayonuna gəzməyə getmişlər. Həmin vaxtlarda bütün xərcləri Elman çəkmişdir. Elmanın ona verdiyi 4000 manat pulu, qızıl-zinət və gümüş əşyalarını isə evdə gizlədib saxlamışdır. Həmin ərəfələrdə o, evdə saxladığı 4000 manatın 1000 manatını götürüb özünün və qızının şəxsi ehtiyacları, geyim əşyaları üçün xərcləmiş, evə ərzaq məhsulları və ehtiyacları olan ləvazimatları almışdır. Nəticədə onun evdə 3000 manat pulu qalmışdır. 11 iyul 2021-ci ilin tarixdə Elman ona zəng edərək ona verdiyi qızıl-zinət və gümüş əşyalarını axşam işə gedəndə özünə verməsini, Bakı şəhərində aparıb satacağını bildirmişdir. O, bunun təhlükəli olduğunu deyərək qızıl-zinət və gümüş əşyalarını Elmana vermək istəməmiş, sonuncu isə artıq müştəri tapdığını və narahat olmamasını ona demişdir. Həmin gün axşam saatlarında o, işə gedəndə evdə gizlədib saxladığı qızıl-zinət və gümüş əşyalarını aparıb Elmana vermiş, sonuncu da səhəri gün tezdən Bakı şəhərinə gedərək həmin qızılzinət və gümüş əşyalarını satıb geri qayıtmışdır. Həmin gün axşam saatlarında Elman Balakən rayonuna çatandan sonra yenə Limana adlı qadının evində görüşmüşlər, orada Elman ona 1000 manat pul vermiş və həmin pulları satdığı qızıl-zinət və gümüş əşyalarından əldə etdiyini demişdir. Həmçinin, sata bilmədiyi, yəni qızıl olmayan sarı rəngli metaldan hazırlanmış 01 cüt üzərində 03 ədəd qara rəngli qaşları olan sırğanı, 01 ədəd üzərində bənövşəyi və ağ rəngli qaşları olan üzüyü, 01 ədəd üzərində qara rəngli naxışı olan üzüyü, 01 ədəd üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan qolbağı və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan bəzək əşyasının hissələrini ona verərək həmin əşyaların qızıl olmadığını demiş və zibil qabına atmasını bildirmişdir. O isə həmin əşyaları atmamış və yaşadığı evə aparıb saxlamışdır. 2021-ci ilin iyul ayının ortalarında o, evdə saxladığı 3000 manat pulun üzərindən 400 manat pul götürüb kredit borcunu ödəməsi üçün atasına vermiş və onda 2600 manat pul qalmışdır. Atası pulu haradan aldığını soruşanda isə, karantin dövründə işlədiyinə görə artıq əmək haqqı aldığını atasına bildirmişdir. Həmin ərəfədə Elman ona verdiyi 1000 manat pulu geri istəmiş, o da 1000 manat pulu aparıb Elmana vermişdir. 25 iyul 2021-ci il tarixdə o, səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Bakı şəhərinə getmişdir. Buna görə Elman ondan aldığı 1000 manat pulun 650 manatını, həmçinin onun əmək haqqı kartından nağdlaşdırıb çıxardığı 800 manat pulu müalicə olunması üçün ona göndərmişdir. Həmçinin o, Bakı şəhərinə gedəndə evdə saxladığı puldan 1000 manat pul götürüb müalicəsi üçün aparmış və sandıqda cəmi 1600 manat pulu qalmışdır. O, Bakı şəhərində olanda 290 manat pul ödəyərək özünə mobil telefon almış və 20 avqust 2021-ci il tarixdə Balakən rayonuna qayıtmışdır. 22 avqust 2021-ci il tarixdə axşam saatlarında Elman ona zəng edərək, ona 4000 ABŞ dolları pul vermək istədiyini bildirmişdir. O isə evdən çıxa bilmədiyini, ona hələlik 2000 ABŞ dolları pul göndərməsini Elmana demiş, lakin pulu bacısının əri Fizuli Abdullayevin götürəcəyini, sonuncunun Elmanı görməməsi üçün pulu “ASAN xidmət” mərkəzi ilə üzbəüz yerləşən mağazaya qoymasını xahiş etmişdir. Elman da onun dediklərini yerinə yetirmiş, 2000 ABŞ dolları pulu ağ kağıza büküb üzərini yapışqan lentlə bağlayaraq 23 avqust 2021-ci il tarixdə səhər saatlarında “ASAN xidmət” mərkəzi ilə üzbəüz yerləşən mağazaya qoymuş və ona çatacağını bildirmişdir. O da bacısının əri Fizuli Abdullayevə iş yoldaşı olan bir qızın ona paltar verdiyini, paltarı paketə büküb “ASAN xidmət” mərkəzi ilə üzbəüz yerləşən mağazaya qoyduğunu demiş və gedib həmin paketi ona gətirməsini xahiş etmişdir. Bacısının əri Fizuli də gedib Elmanın mağazaya qoyduğu paketi götürüb ona aparmışdır. Bundan sonra o, Elmana zəng edərək pulu aldığını bildirmişdir. O, 24 avqust 2021-ci il tarixdə müalicəsini davam etdirmək üçün bacısıgillə birlikdə Bakı şəhərinə getmişdir. Həmin vaxt o, evdə saxladığı 1600 manat pula toxunmamış, lakin Elmanın verdiyi 2000 ABŞ dolları pulu özü ilə Bakı şəhərinə aparmışdır. Bakı şəhərinə getdikdən sonra həmin pulun 705 ABŞ dollarına özünə 01 ədəd 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış boyunbağı, 205 ABŞ dollarına 01 ədəd 585 əyarlı üzərində tək qaş olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük, 441 ABŞ dollarına 01 dəst 585 əyarlı oval formasında olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük və sırğa almışdır. Beləliklə, o, cəmi 1351 ABŞ dolları pul xərcləyərək qeyd olunan qızıl-zinət əşyalarını almışdır. Qalan 649 ABŞ dolları pulun bir hissəsinə özünə və qızına geyim əşyaları almış, bir hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. 01 sentyabr 2021-ci il tarixdə o, anasının ərizəsi ilə Balakən rayon Mərkəzi Xəstəxanasından işdən çıxarılmışdır. Sentyabr ayının 10-da Balakən şəhərində yerləşən MBulak BOKT MMC-dən atasının adına götürdüyü pul kreditinin ödəniş vaxtı olmuş, buna görə o, valideynlərinə yataq otağındakı sandığın içərisində pul olduğunu demiş və həmin puldan 100 manat götürüb krediti ödəmələrini bildirmişdir. Valideynləri həmin pulları haradan aldığını soruşanda o, karantin dövründə işlədiyinə görə artıq pul qazandığını bildirmişdir. Bundan sonra valideynləri həmin puldan 100 manat götürüb krediti ödəmişlər və yerdə 1500 manat pul qalmışdır. Sentyabr ayının 15-i o, Balakən rayonuna qayıtmış, həmin vaxt Elman Balakən rayon Mərkəzi Poçt filialının yanında ev kirayələmiş və onlar birlikdə yaşamağa başlamışlar. Həmin ərəfədə o, özündə olan puldan Balakən şəhərində yerləşən MBulak BOKT MMC-dən atasının adına götürdüyü kreditin 100 manatını ödəmiş, banka cəmi 1318 manat pul borcu qalmışdır. 26 sentyabr 2021-ci il tarixdə o, yenidən Bakı şəhərinə qayıtmışdır. 2021-ci ilin oktyabr ayında kredit ödənişi vaxtı çatanda o, yenidən valideynlərinə onun sandıqda olan pulundan götürüb krediti tam bağlamalarını bildirmişdir. Buna görə valideynləri həmin puldan 1318 manat götürüb kredit borcunu bağlamışlar. Nəticədə sandıqda cəmi 182 manat pulu qalmışdır. 29 oktyabr 2021-ci il tarixdə o, Balakən rayonuna qayıtmış, bundan sonra qalan 182 manat pulu da xərcləmişdir. 03 noyabr 2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gedərək oğurluq hadisələrində şübhəli olduğunu bildirmişlər və onu Balakən RPŞ-nə dəvət etmişlər. O da razılaşaraq polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə gəlmişdir və törətdiyi cinayət əməlini etiraf etmişdir. Törətdiyi əməllərindən peşmandır.Bir daha belə əməllərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərlə barışmışlar,onlara dəymiş ziyanı tam ödəmişlər. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlər və tələbləri yoxdur. Barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hazırda Balakən şəhəri Mircəlal küçəsində yerləşən özünə məxsus iki mərtəbəli evdə arvadı Şahid1 ilə birlikdə yaşayır. Balakən rayonu Qazbinə kəndi ərazisində yol kənarında ona məxsus kafe var və o, həmin kafeni arvadı Rəfiqə ilə birlikdə işlədir. Buna görə hər gün səhər saatlarında arvadı ilə birlikdə kafeyə gedirlər, axşam saat 23:30 radələrində kafeni bağlayıb evə qayıdırlar. Həmişə olduğu kimi 22 aprel 2021-ci il tarixdə təxminən saat 10:00 radələrində arvadı Rəfiqə ilə birlikdə evdən çıxıb ona məxsus Hyundai SantaFe markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə kafeyə getmişlər. Həmin tarixdə saat 23:30 radələrində işlərini bitirib həmin avtomobillə evə qayıtmışlar. Biz evə çatanda arvadı avtomobildən düşüb ondan öncə mənzilə doğru getmiş, o da avtomobili park edib arvadının ardınca evə doğru getmişdir. O, evin giriş qapısına çatanda arvadı evə oğru daxil olduğunu ona bildirmişdir. O, evin dəmir metaldan hazırlanmış giriş qapısına nəzər yetirəndə kilidin və kilid yerinin zədələndiyini, naməlum şəxsin kilidi sındırıb qapını açma yolu ilə evə daxil olduğunu anlamışdır. Bundan sonra onlar evə daxil olub baxış keçirəndə məlum olmuşdur ki, evə daxil olan şəxs birinci mərtəbədə yerləşən yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxladıqları 950 manat nağd pulu, həmin otaqdakı güzgülü dolabın birinci siyirməsində saxladıqları 07 qram çəkisi olan 750 əyarlı 01 ədəd 1300 manat dəyərində brilliant qaşlı qızıl üzüyü, 07 qram çəkisi olan 750 əyarlı 01 ədəd 600 manat dəyərində setkalı qızıl üzüyü, 15 qram çəkisi olan 750 əyarlı 01 ədəd 1500 manat dəyərində qızıl qolbağı və üzərində qara rəngli qaşları olan sarı rəngli adi dəmir metaldan hazırlanmış 01 cüt sırğanı oğurlamışdır. Daha sonra onlar evin ikinci mərtəbəsinə qalxıb baxış keçirmişlər və onlara məlum olmuşdur ki, naməlum şəxs ikinci mərtəbədə olan otaqları axtarsa da, yuxarıda qeyd etdiyi puldan, qızıl-zinət əşyalarından və adi dəmir metaldan hazırlanmış sırğadan başqa evdən heçnə oğurlamamışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir.Ona dəymiş zərər və ziyan tam ödənmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır.Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, qızı Madina Xanayeva, oğlu Murad Xanayev və anası Şahid3 ilə birlikdə 2020-ci ilin sentyabr ayından etibarən Balakən şəhəri Z.Bünyadov küçəsində kirayələdiyi evdə yaşayır. Balakən rayon Mərkəzi Xəstəxanasında terapevt-həkim vəzifəsində işləyir. 2021-ci ilin may ayının 11-də səhər saat 08:00 radələrində Balakən RMX-na işə getmiş, həmin gün evə gəlməmişdir. Oğlu, qızı və anası isə Balakən rayonu Qaysa kəndində olmuşlar.O, həmin gün axşam saat 21:00 radələrində RMX-da gecə növbəsini təhvil almış və gecə orada qalmışdır.12 may 2021-ci il tarixdə saat 17:00 radələrində kirayədə yaşadığı Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evinə getdiyi zaman, evə daxil olduqda paltar götürmək üçün evin ikinci mərtəbəsindəki yataq otağına qalxmış və evin ikinci mərtəbəsində yataq otaqlarının qapılarının açıq vəziyyətdə olmasını görmüşdür. Yataq otağına daxil olduqda oradakı paltar dolabının siyirməsinin içərisində 01 ədəd ağ rəngli kağız zərfin içərisində saxladığı 7000 manat pulun zərflə birlikdə, həmin otaqda pəncərə altlığının üzərində saxladığı 01 ədəd içərisində qızıl-zinət əşyaları və gümüş əşyaları olan qutunun həmin əşyalarla birlikdə oğurlandığını, daha sonra evin ikinci mərtəbəsindəki qızı Madinanın yataq otağına daxil olduqda orada olan güzgülü dolabın siyirməsindən gümüş əşyaların, həmçinin orada 01 ədəd qabda gümüş komplekt və 01 ədəd bənövşəyi rəngli qabda 01 ədəd gümüş qolbağın oğurlandığını görmüşdür. Evin digər üçüncü, yəni oğlu Muradın yataq otağına baxdıqda isə oradan heçnəyin oğurlanmadığını, lakin dolabların siyirmələrinin açıq vəziyyətdə olduğunu görmüşdür. Onun yataq otağından 01 ədəd qara rəngli qutunun içərisində hamısı 750 əyar olmaqla 02 ədəd qızıl klon, 02 ədəd qızıl boyunbağı, 03 cüt qızıl sırğa, 02 ədəd qızıl qolbağı, 05 komplekt gümüş əşyaları (klon, üzük, sırğa, boyunbağı, qolbağı), qırmızı qaşlı 01 cüt gümüş sırğa, qırmızı qaşlı 01 cüt gümüş üzük, mavi qaşlı 01 cüt gümüş üzük, yaşıl qaşlı 01 cüt gümüş üzük, üzərində qara rəngli çoxlu qaşları olan gümüş üzük və 01 ədəd gümüş qolbağı, digər yataq otağındakı dolabın siyirməsindən isə 01 ədəd üzərində rus dilində “Medina” yazılan gümüş boyunbağı, 01 ədəd gümüş qolbağı və 03 ədəd gümüş üzük oğurlanmışdır. Qızının otağından oğurlanmış qızıl-zinət və gümüş əşyalarını da o, öz vəsaiti hesabına almışdır. Evin birinci mərtəbəsinə düşən zaman orada giriş hissədən solda yerləşən plastik pəncərənin açıq olduğunu, pəncərə torunun çıxarılaraq evin arxa hissəsinə qoyulduğunu görmüşdür. Pəncərə sındırılmamış, dağıdılmamışdır. Evə daxil olan şəxs və ya şəxslər onun fikrincə evə pəncərəni açmaq yolu ilə daxil olmuşdur. Həmçinin evin digər otaqlarından və birinci mərtəbəsindən heçnə oğurlanmamışdır. Ona məxsus 7000 manat kağız pul və təxminən 5000 manat dəyərində qızıl-zinət və gümüş əşyaları oğurlanmış, ona ümumilikdə təxminən 12000 manat maddi ziyan dəymişdir.Ona dəymiş zərər və ziyan tam ödənmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır.Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu M.Maqomayev küçəsində nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır. 22 avqust 2021-ci il tarixdə qonaqları gələcəyi üçün o, həmin tarixdə səhər saatlarında yaşadığı ünvanın yaxınlığında fəaliyyət göstərən qəssaba bir xırda buynuzlu heyvan kəsdirmiş, soydurmuş, ətini doğradıb evinə aparmışdır. Təxminən saat 13:00 radələrində qonaqları gəlmiş və o, ailə üzvlərini də götürüb qonaqlara birlikdə yeyib-içmək üçün rayon ərazisində yerləşən restoranlardan birinə getmişdir. Həmin tarixdə axşam saat 22:00 radələrində məclis yekunlaşmış və evə qayıtmışlar. Onlar evə çatıb mənzilə daxil olanda arvadı Şahid2 evin ikinci yataq otağında olan paltar dolabının qapılarının açıq olduğunu, dolabın sağ tərəf hissəsində saxladığı özünə məxsus əl çantasının arxa hissəsinin zədələndiyini bildirmişdir. Bu zaman o, evə oğru daxil olmasından şübhələnərək dərhal evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağındakı paltar dolabının içərisində asılmış pencəyinin sağ iç cibində sellofan torbada saxladığı özünə məxsus 6400 ABŞ dolları pulun yerində olub-olmamasını yoxlamış, lakin həmin vaxt pulların yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, evə oğru daxil olduğunu və onun pullarını oğurladığını anlamışdır. Onlar evə baxış keçirən zaman məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs evdən və həyətdən digər hər hansı dəyərli əşya oğurlamamışdır. Həmçinin, onlara məlum olmuşdur ki, naməlum şəxs evə pəncərəni açma yolu ilə daxil olmuşdur. Bundan sonra o, hadisə ilə bağlı Balakən RPŞ-nə müraciət etmişdir. Ona dəymiş zərər və ziyan tam ödənmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır.Onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza verilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Balakən şəhəri Mircəlal küçəsində yerləşən evlərində əri Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. X21 rayonu Qazbinə kəndi ərazisində yol kənarında kafesi var və həmin kafeni birlikdə işlədirlər. Buna görə hər gün səhər saatlarında əri Qüdrətlə birlikdə kafeyə gedirlər və axşam saat 23:30 radələrində kafeni bağlayıb evə qayıdırlar. Həmişə olduğu kimi 22 aprel 2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Qüdrətlə birlikdə evdən çıxıb sonuncuya məxsus Hyundai markalı avtomobillə kafeyə getmişlər. Həmin tarixdə saat 23:30 radələrində kafeni bağlayıb həmin avtomobillə evə qayıtmışlar. Onlar evə çatanda o, Qüdrətdən əvvəl avtomobildən düşüb mənzilə doğru getmiş, mənzilin giriş qapısına çatanda qapının açıq olduğunu və qapının kilidinin zədələndiyini görmüşdür. Həmin vaxt Qüdrət avtomobili park edib onun yanına getmişdir. O da qapını açıq vəziyyətdə gördüyü üçün böyük ehtimalla evə oğru daxil olduğunu Qüdrətə bildirmişdir. Bundan sonra onlar evə daxil olub baxış keçirəndə məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs evin birinci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının üzərində olan döşəyin altında saxladıqları 950 manat nağd pulu, həmin otaqdakı güzgülü dolabın birinci siyirməsində saxladıqları ona məxsus 07 qram çəkisi olan 750 əyarlı 01 ədəd 1300 manat dəyərində brilliant qaşlı qızıl üzüyü, 07 qram çəkisi olan 750 əyarlı 01 ədəd 600 manat dəyərində setkalı qızıl üzüyü, 15 qram çəkisi olan 750 əyarlı 01 ədəd 1500 manat dəyərində qızıl qolbağı və üzərində qara rəngli qaşları olan sarı rəngli adi dəmir metaldan hazırlanmış 01 cüt sırğanı oğurlamışdır. Daha sonra onlar evin ikinci mərtəbəsinə qalxıb baxış keçirmişlər və onlara məlum olmuşdur ki, naməlum şəxs evin ikinci mərtəbəsində olan otaqları axtarsa da, yuxarıda qeyd etdiyi puldan, qızıl-zinət əşyalarından və adi dəmir metaldan hazırlanmış sırğadan başqa evdən heçnə oğurlamamışdır. Bundan sonra Qüdrət DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu M.Maqomayev küçəsində yerləşən özlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. 22 avqust 2021-ci il tarixdə qonaqları gəlməli imiş, buna görə əri Rəsul həmin tarixdə səhər saatlarında yaşadıqları evin yaxınlığında fəaliyyət göstərən qəssaba bir xırda buynuzlu heyvan kəsdirmiş, soydurmuş və ətini doğradıb evə aparmışdır. Təxminən saat 13:00 radələrində qonaqları gəlmiş, bundan sonra əri, oğlu və o, qonaqlara birlikdə yeyib-içmək üçün rayon ərazisində yerləşən restoranlardan birinə getmişlər. Həmin tarixdə axşam saat 22:00 radələrində məclis yekunlaşmış və onlar qonaqları yola salıb evə qayıtmışlar. Onlar evə çatıb mənzilə daxil olanda o, evin ikinci yataq otağında olan paltar dolabının qapılarının açıq olduğunu, dolabın içərisində sağ tərəf hissədə saxladığı özünə məxsus əl çantasının arxa hissəsinin zədələndiyini görmüş və bu barədə əri Rəsula bildirmişdir. Həmin vaxt Rəsul evə oğru daxil olmasından şübhələnərək dərhal evin giriş hissəsinin sağ tərəfində yerləşən yataq otağındakı paltar dolabının içərisində asılmış pencəyinin sağ iç cibində sellofan torbada saxladığı özünə məxsus 6400 ABŞ dolları pulun yerində olub-olmamasını yoxlamış, lakin həmin vaxt pulların yerində olmadığını aşkar etmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, naməlum şəxs pəncərəni açma yolu ilə yaşadıqları evə daxil olaraq evi axtarmış və əri Rəsula məxsus 6400 ABŞ dolları pulu saxlandığı yerdən taparaq oğurlamışdır. Buna görə də, əri Zərərçəkmiş şəxs3 hadisə ilə bağlı Balakən RPŞ-nə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evdə qızı Zərərçəkmiş şəxs2, həmçinin nəvələri, yəni Cənnətin uşaqları X9 və X14 ilə birlikdə yaşayır. Qızı Zərərçəkmiş şəxs2 hazırda Balakən rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyir. Covid-19 pandemiyası ilə əlaqədar Cənnət bəzi vaxtlarda işlədiyi xəstəxanada gecə növbəsində qalır . Həmişə olduğu kimi 11 may 2021-ci il tarixdə səhər saatlarında Cənnət xəstəxanaya işə getmişdir. Həmin gün Cənnət xəstəxanada gecə növbəsində qalmalı və səhəri gün, yəni 12 may 2021-ci il tarixdə nahardan sonra növbəni təhvil verib evə qayıtmalı olmuşdur. 13-14 may 2021-ci il tarixlərində Ramazan bayramı olduğuna görə, 11 may 2021-ci il tarixdə səhər saatlarında Cənnət xəstəxanaya işə gedəndən sonra nəvələri Madina və Muradla o, yaşadıqları evin qapı və pəncərələrini bağlayıb onun Balakən rayonu Qaysa kəndində yerləşən evinə getmişlər. Yaşadıqları Balakən şəhəri Z.Bünyadov küçəsində yerləşən evdə isə heç kim qalmamışdır. Həmin gün qızı Cənnət iş yerində, o isə nəvələri ilə birlikdə Qaysa kəndində yerləşən evində qalmışdır. Səhəri gün, yəni 12 may 2021-ci il tarixdə təxminən saat 17:00 radələrində Cənnət onlarla əlaqə saxlayaraq Z.Bünyadov küçəsində yerləşən yaşadıqları evdə oğurluq hadisəsi baş verdiyini, evdən özünün 7000 manat nağd pulunun, qızıl və gümüş əşyalarının, eləcə də, onun nəvəsi Madinaya məxsus gümüş əşyalarının oğurlandığını bildirmişdir. Buna görə onlar, yəni Madina, Murad və o, həmin tarixdə Z.Bünyadov küçəsində yerləşən yaşadıqları evə qayıtmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, onlar evdə olmayan zaman naməlum şəxs evin pəncərəsini açma yolu ilə yaşadıqları evə daxil olaraq evdən qızı Cənnətə məxsus 7000 manat nağd pulu, qızıl-zinət və gümüş əşyalarını, eləcə də, nəvəsi Madinaya məxsus gümüş əşyalarını oğurlamışdır. İşin 1-ci cild 7-15-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin X1 polis kapitanı Zaur Xəlilov tərəfindən tərtib edilmiş 23 aprel 2021-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 00:25-dən saat 01:10-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən yer iki mərtəbəli fərdi yaşayış evidir. Evin giriş hissəsində olan dəmir qapının kilid yeri sındırılmış vəziyyətdədir. Evə daxil olduqda görünür ki, birinci mərtəbədə olan zaldakı yataq dəstinin sağ künc hissəsi dağınıq vəziyyətdədir. Şahid1 həmin yerdən 950 manat pulun oğurlandığını bildirmişdir. Bundan başqa, Şahid1 həmin yataq dəstinin yanında olan güzgülü şkafın birinci siyirməsini göstərərək oradan ona məxsus olan 01 ədəd brilliant qaşlı üzüyün, 01 ədəd qızıl setkalı üzüyün və 01 ədəd qızıl brasletin oğurlandığını bildirmişdir. Bundan başqa, evin ikinci mərtəbəsinə baxış keçirilən zaman Şahid1 oradan olan otaqlardan heç bir əşyanın oğurlanmadığını bildirmişdir. Baxış zamanı ekspert-kriminalist tərəfindən giriş qapısının, evin birinci mərtəbəsində olan güzgülü şkafın, ikinci mərtəbəsində yataq otağında olan güzgülü şkafın və paltar şkafının üzərindən 21 ədəd əl-barmaq və 04 ədəd ovuc izləri götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. Baxış zamanı tərtib olunmuş protokol ucadan oxunmuş, əlavə hər hansı şikayət, vəsatət daxil olmamış və doğruluğu imzalarla təsdiq edilmişdir. İşin 1-ci cild 91-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin X1 polis kapitanı Natiq Muradov tərəfindən tərtib edilmiş 12 may 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:05dən saat 18:45-dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 yaşadığı evə baxış keçirilmişdir. Qeyd olunan yaşayış evi 05 otaqdan, 01 mətbəx və 01 sanitar qovşaqdan ibarət olmaqla iki mərtəbədən ibarətdir və 0,2 ha həyətyanı torpaq sahəsində yerləşir. Zərərçəkmiş şəxs2 evin giriş qapısından girdikdə sol tərəfdə yerləşən plastik pəncərəni göstərərək evə gəldiyi zaman pəncərənin açıq vəziyyətdə gördüyünü, pəncərə nəfəsliyinin isə çıxarılaraq evin arxasına aparıldığını bildirmişdir. Sonra Zərərçəkmiş şəxs2 evin ikinci mərtəbəsinin sol tərəfində yerləşən yataq otağını göstərərək otaqdakı paltar dolabının siyirməsində saxladığı 01 ədəd ağ rəngli kağız zərfdə olan 7000 manat pulun zərflə birlikdə oğurlandığını, daha sonra həmin yataq otağının pəncərə altlığını göstərərək orada olan 10 ədəd qara rəngli qutudakı 750 əyar olmaqla 02 ədəd qızıl klonun, 02 ədəd qızıl boyunbağının, 03 cüt qızıl sırğanın, 02 ədəd qızıl qolbağın, 05 komplekt gümüş əşyalarının, qırmızı qaşlı 01 cüt sırğanın, qırmızı qaşlı 01 ədəd gümüş üzüyün, mavi qaşlı 01 ədəd gümüş üzüyün, yaşıl qaşlı 01 ədəd gümüş üzüyün, üzərində qara rəngli çoxlu qaşları olan 01 ədəd gümüş üzüyün və 01 ədəd gümüş qolbağın, digər yataq otağındakı dolabın siyirməsindən isə 01 ədəd üzrərində rus dilində “Medina” yazılan gümüş boyunbağının, 01 ədəd gümüş qolbağın və 03 ədəd gümüş üzüyün, həmçinin pulun oğurlandığı yataq otağında pəncərənin üzərində olan bir qabda gümüş komplektin və 01 ədəd bənövşəyi rəngli qabda saxladığı 01 ədəd gümüş qolbağın oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs2 naməlum şəxsin evin digər otaqlarından heçnəyi oğurlamadığını, sadəcə dolabların siyirmələrini açıq vəziyyətdə qoyduğunu bildirmişdir. Baxışda iştirak edən Balakən RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti polis mayoru Sadiq Vəzirov Zərərçəkmiş şəxs2 yaşadığı evin yataq otağında olan paltar dolabının, həmin otaqdakı pəncərənin içəri tərəf pəncərə altlığının, Zərərçəkmiş şəxs2 qızı Madina Xanayevaya məxsus yataq otağında olan paltar dolabının və güzgülü dolabın, Zərərçəkmiş şəxs2 oğlu Murad Xanayevə məxsus yataq otağında olan güzgülü dolabın, evin birinci mərtəbəsindəki naməlum şəxsin daxil olduğu pəncərənin içəri və çöl tərəfindən, həmçinin evin həyətinə giriş qapısının yuxarı içəri tərəfindən ümumilikdə 32 ədəd əl-barmaq və 03 ədəd ovuc izləri götürmüşdür. Baxış zamanı evin hər hansı bir qapı və pəncərəsinə zor tətbiq olunaraq açılmadığı müəyyən olunmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 1-ci cild 152-162-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən RPŞ-nin X1 polis kapitanı Natiq Muradov tərəfindən tərtib edilmiş 23 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə saat 00:45-dən saat 01:55-dək olan müddət ərzində Zərərçəkmiş şəxs3 yaşadığı evə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs3 məxsus yaşayış evi iki mərtəbəli olmaqla 07 otaqdan ibarətdir, 0,05 ha torpaq sahəsində yerləşir. Evin giriş hissəsindən qarşıda solda 5x8 metr ölçüdə talvar vardır. Zərərçəkmiş şəxs3 evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağını göstərərək orada olan paltar dolabının içərisindən asılmış kostyumunun sağ iç cibindən özünə məxsus sellofan torbada saxladığı 6400 ABŞ dolları pulunun evinə daxil olan naməlum şəxs tərəfindən oğurlandığını, evinin birinci mərtəbəsində olan olan digər yataq otağının içərisindəki paltar dolabında saxlanılan, həyat yoldaşı Şahid2 məxsus olan əl çantasının arxa tərəfinin cırıldığını, həmin paltar dolabının qapılarını açıq vəziyyətdə aşkar etdiyini, lakin naməlum şəxsin həmin otaqdan oğurluq etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 22 avqust 2021-ci il tarixdə günorta saatlarından evdən getdikləri zaman evin birinci mərtəbəsindəki 02 ədəd yataq otağının plastik pəncərələrini açıq qoyduqlarını, həmçinin, evin birinci mərtəbəsindəki saxlanc yerinin 02 ədəd plastik nəfəsliyini açıq qoyduğunu, evə daxil olan naməlum şəxsin evin hər hansı bir qapı və pəncərələrini zorla açmadığını, evin ikinci yataq otağındakı açıq pəncərədən daxil olduğunu, həmin pəncərədə olan plastik çərçivədəki toru çıxararaq kənara söykədiyini, yaşadığı evdən yalnız 6400 ABŞ dolları pulunun oğurlandığını bildirmişdir. Baxış zamanı Balakən RPŞ-nə ezam olunmuş Zaqatala RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Məhəmməd Mehdiyev tərəfindən Zərərçəkmiş şəxs3 məxsus evin yataq otağının pəncərəsinin çöl tərəf orta dayağından, yataq otağının pəncərəsinin orta çərçivəsindən, yataq otağının pəncərəsinin çöl tərəfindən aşağıdan, yataq otağının pəncərəsinin orta dayağının çöl tərəfindən yuxarı hissəsindən, yataq otağının pəncərəsinin açılmayan hissəsinin şüşəsinin çöl tərəfindən, yataq otağının pəncərəsinin çöl tərəfdə olan torun çərçivəsindən əl-barmaq izləri götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin hər hansı bir qapı, pəncərəsinin zor tətbiq edilməklə açılması müşahidə edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər protokola əlavə olunmuşdur. Protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. İşin 1-ci cild 82-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixdə tərtib edilmiş əşyanın könüllü təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 ona verdiyi 01 cüt üzərində 03 ədəd qara rəngli qaşları olan sarı rəngli metaldan hazırlanmış sırğanın, 12 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlayıb ona verdiyi 01 ədəd üzərində bənövşəyi və ağ rəngli qaşları olan sarı metaldan hazırlanmış üzüyün, 01 ədəd üzərində qara rəngli naxışı olan sarı metaldan hazırlanmış üzüyün, 01 ədəd üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan sarı metaldan hazırlanmış qolbağının və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan sarı metaldan hazırlanmış bəzək əşyasının, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurlayıb ona verdiyi pullun 290 manatına özünə aldığı “Realme” markalı mobil telefonun, həmçinin, Təqsirləndirilən şəxs1 23 avqust 2021-ci il tarixdə ona verdiyi 2000 ABŞ dolları pulla Bakı şəhərindən aldığı 01 ədəd 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış boyunbağının, 01 ədəd 585 əyarlı üzərində tək qaş olan sarı rəngli qızıl metaldan hazırlanmış üzüyün, 01 dəst 585 əyarlı oval formasında olan sarı rəngli qızıl metaldan hazırlanmış üzüyün və sırğanın üzərində olduğunu və həmin qızılzinət əşyalarını könüllü surətdə İstintaqa təqdim etmək istədiyini bildirmişdir. Həmin əşyalar iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün tərəfimdən Təqsirləndirilən şəxs2 götürülmüş və ekspertizaya təqdim edilməsi üçün ayrı-ayrılıqda 03 ədəd zərfdə qablaşdırılmışdır. İşin 1-ci cild 224-cü vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə iş üzrə şahid qismində dindirilmiş X6 istintaqa təqdim etdiyi “Qızıl və Brilyantların alqı-satqı” kitabına baxış keçirilmişdir. “Qızıl və Brilyantların alqı-satqı” kitabına baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 12 iyul 2021ci il tarixdə AA ******* nömrəli şəxsiyyət vəsiqəsini təqdim etməklə X8 qızıl-zinət və gümüş əşyalarını satmış, səhifənin sonunda Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi qeyd olunmuş və səhifənin sonunda onlar hər ikisi alqı-satqıya dair imza etmişlər. İşin 2-ci cild 26-32-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 noyabr 2021-ci il tarixdə tərtib edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:10-dan saat 14:40dək olan müddət ərzində iş üzrə Zərərçəkmiş şəxs1 yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 2021-ci ilin aprel ayında maddi durumu ağır olduğuna görə Balakən şəhəri Mircəlal küçəsində yaşayan tanışı Zərərçəkmiş şəxs1 evindən oğurluq etmək qərarına gəlmiş, buna görə bir neçə dəfə Qüdrətin evdən çıxıb işə getməsini izləmiş, sonuncu dəfə 22 aprel 2021-ci il tarixdə təxminən saat 10:00 radələrində piyada Qüdrətin yaşadığı evə tərəf gedəndə sonuncunun arvadı ilə birlikdə evdən çıxıb avtomobillə getdiklərini görmüşdür. Buna görə Qüdrətin evində heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra Qüdrətin həyətinin arxa tərəfində olan qapıdan keçərək həyətə daxil olmuş, daha sonra mənzilin dəmir metaldan hazırlanmış giriş qapısının kilidini özü ilə apardığı linglə sındıraraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra evin birinci mərtəbəsində yerləşən yataq otağındakı çarpayının üzərində olan döşəyi qaldırmış, orada 950 manat pul olduğunu görmüş və pulun hamısını götürüb cibinə qoymuş, daha sonra həmin otaqdakı güzgülü dolabın birinci siyirməsindən üzərində üç ədəd qara rəngli qaşları olan, sarı rəngli metaldan hazırlanmış 01 cüt sırğanı, üzərində tək qaş olan 01 ədəd qızıl üzüyü, üzərində bir neçə qaş olan 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl qolbağı götürüb cibinə qoymu, bundan sonra evin ikinci mərtəbəsinə qalxaraq otaqları axtarmış, lakin başqa hər hansı dəyərli əşya tapa bilməmiş və evdən çıxıb oradan uzaqlaşmışdır. İşin 2-ci cild 33-41-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 noyabr 2021-ci il tarixdə tərəfimdən tərtib edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:04-dən saat 15:35-dək olan müddət ərzində iş üzrə Zərərçəkmiş şəxs2 yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 12 may 2021-ci il tarixdə gecə saatlarında Balakən şəhəri Z.Bünyadov küçəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evdə heç kimin olmadığını müəyyən etdikdən sonra həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə həmin tarixdə təxminən saat 06:00 radələrində piyada qeyd edilən ünvana gedərək həyətin giriş qapısının üzərindən keçib həyətə daxil olmuş, daha sonra evin sol tərəfində olan plastik pəncərəni özü ilə apardığı vintaçanla açaraq evə daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxanda yataq otağındakı pəncərənin qarşısında olan qutunu görüb qapağını açmış, həmin qutunun içərisində xeyli sayda gümüş metaldan hazırlanmış üzüklər, qolbağlar, sırğalar, boyunbağılar və qızıl metaldan hazırlanmış bir neçə ədəd klonlar, qolbağlar, sırğa və boyunbağılar olduğunu görmüş və hamısını götürüb cibinə qoymuşdur. Daha sonra həmin otaqdakı paltar dolabının içərisində olan siyirməni açanda orada konvertin içərisində xeyli sayda 100 manatlıq və 02 ədəd 50 manatlıq əskinazlardan ibarət pullar olduğunu görmüş və həmin pulları da götürüb cibinə qoymuşdur. Bundan sonra digər yataq otağına keçərək oradakı dolabın siyirməsində olan bir neçə ədəd gümüş metaldan hazırlanmış əşyaları da götürüb cibinə qoymuş və daxil olduğu qaydada evdən çıxaraq oradan uzaqlaşmışdır. Daha sonra oğurladığı pulları saymış və 5000 manat olduğunu aşkar etmişdir. İşin 2-ci cild 42-49-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 09 noyabr 2021-ci il tarixdə tərtib edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:52-dən saat 16:27dək olan müddət ərzində iş üzrə Zərərçəkmiş şəxs3 yaşadığı evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Balakən şəhəri M.Maqomayev küçəsində yaşayan Zərərçəkmiş şəxs3 təxminən 20 ildir tanıyır.Belə ki, Rəsul M.Maqomayev küçəsində yerləşən evini inşa etdirən zaman o, orada fəhlə işləmiş və Rəsulun maddi durumunun yaxşı olduğunu bilmişdir. 22 avqust 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında fəaliyyət göstərən qəssaba Rəsulun heyvan kəsdirdiyini görmüşdür. Həmin vaxt Rəsulun söhbətlərindən sonuncunun yeyibiçməyə gedəcəyini, qonağı gələcəyini, ailəvi restorana gedəcəklərini eşitmiş və Rəsulun yaşadığı evdə adam olmayacağını anlamışdır. Rəsul oradan çıxıb gedəndən sonra o, təxminən saat 15:00 radələrində Rəsulun yaşadığı ünvana getmişdir. Rəsulun evinin sağ tərəfində yaşayan qonşusunun evdə olmadığını əvvəlcədən bildiyinə görə, əvvəlcə qonşunun həyətinə daxil olmuş, daha sonra Zərərçəkmiş şəxs3 yaşadığı evin həmin həyətə tərəf olan plastik pəncərəsini özü ilə apardığı vintaçanla açaraq həmin pəncərədən Rəsulun evinə daxil olmuşdur. Daha sonra evin birinci mərtəbəsində yerləşən yataq otağındakı dolabı açıb içərisinə baxan zaman dolabın içərisində asılqandan asılmış bir pencəyin iç cibində şəffar rəngli sellofan torbaya bükülmüş vəziyyətdə xeyli ABŞ dollarları görmüş həmin pulların hamısını götürüb cibinə qoymuş və evə daxil olduğu qaydada geri qayıdaraq oradan uzaqlaşmışdır. Daha sonra oğurladığı pulları saymış və cəmi 5000 ABŞ dolları olduğunu aşkar etmişdir. İşin 2-ci cild 102-105-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixdə tərtib edilmiş “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi, üzərində bənövşəyi və ağ rəngli qaşları olan sarı metaldan hazırlanmış 01 ədəd üzük, üzərində qara rəngli naxışı olan sarı metaldan hazırlanmış 01 ədəd üzük, üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan sarı metaldan hazırlanmış 01 ədəd qolbağı və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan sarı metaldan hazırlanmış bəzək əşyası tanıması üçün iş üzrə Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu əli ilə özünə məxsus əşyaları seçib göstərərək həmin əşyaların ona məxsus olduğunu və həmin əşyaların 12 may 2021-ci il tarixdə onun yaşadığı evdən oğurlandığını bildirmişdir. İşin 2-ci cild 106-108-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixdə tərtib edilmiş “əşyanın tanınmaya təqdim edilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi, üzərində 03 ədəd qara rəngli qaşları olan sarı rəngli metaldan hazırlanmış 01 cüt sırğa tanıması üçün iş üzrə Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncu əli ilə həmin sırğanı seçib göstərərək həmin sırğanın 22 aprel 2021-ci il tarixdə onun yaşadığı evdən oğurlandığını bildirmişdir. İşin 2-ci cild 45-48-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 15 noyabr 2021-ci il tarixdə məhkəmə-daktiloskopik ekspertizasının 09 dekabr 2021-ci il tarixli 21/692R nömrəli rəyindən görünür ki, 23 aprel 2021-ci il tarixdə Balakən şəhəri Mircəlal küçəsində nömrəsiz ünvanda vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 09 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 07 ədəd əlbarmaq və 06 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs1 əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 07 ədədi xx.xx.1969-cu ildə Balakən rayonunda anadan olmuş Zərərçəkmiş şəxs1 sağ əlinin ovuc, şəhadət, orta, adsız, sol əlinin isə ovuc, adsız və çeçələ, digər 01 ədədi isə xx.xx.1973-cü ildə Balakən rayonunda anadan olmuş Şahid1 sağ əlinin adsız, digər 01 ədədi isə xx.xx.1984-cü ildə Şuşa rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin adsız barmağının əksləri ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd ovuc izi DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vətəndaş Təqsirləndirilən şəxs1 ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İşin 2-ci cild 130-133-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Kompleks məhkəmə-əmtəəşünaslıq və kimyəvi ekspertizasının 03 dekabr 2021-ci il tarixli 6/5297-9/8574 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatlar 583/585, 750 əyarlı qızıldan və qiymətsiz metal ərintisindən (mis, dəmir və s.) hazırlanmışdır. Məmulatların üzərlərində olan qaşlar qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) Cədvəl 2-də qeyd edilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş zərgərlik məmulatlarının və bijuteriyaların 2021-ci ilin aprel, may, avqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2516,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri Cədvəl 2-də qeyd edilmişdir. Ekspertiza təyini haqqında qərarda nəzəri qaydada qiymətləndirilməsi göstərilən malların 2021-ci ilin aprel və may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6555,0 manat, tədqiqata təqdim edilmiş 1 ədəd mobil telefonun 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti isə təxminən 150,0 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsinə əlavə edilmiş Cədvəl 1-də göstərilmişdir. İşin 2-ci cild 10-13-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 09 noyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi üçün şübhələnməyə əsas verən kifayət qədər dəlillər olduğundan sonuncu 09 noyabr 2021-ci tarixdə 11:55-də şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cild 75-78-ci vərəqələrində olan 10 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 Balakən Rayon PŞ-in MSY-dən azad edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon PŞ-in MSY-də saxlanılan şəxslərin uçot kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 10.11.2021-ci il tarixdə saat 18:00da Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 2-ci cild 235-238-ci vərəqələrində olan 17 dekabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində polisin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin 2-ci cild 93-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 94-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cild 81-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 2379 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanda yaşayır, himayəsində işləməyən arvadı, 09.05.2011-ci il təvəllüdlü oğlu Nihat, 11.02.2015-ci il təvəllüdlü qızı Fatimə və 18.07.2012-ci il təvəllüdlü qızı Nuray vardır. İşin 2-ci cild 83-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. İşin 2-ci cild 145-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Grəkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 1255 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 atası X10 evində yaşayır. İşin 2-ci cild 146-cı vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Gərəkli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 1254 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanında qeydiyatdadır.Himayəsində atası, anası, qardaşı, 2012-ci il təvəllüdlü oğlu Qurban və 2014-cü il təvəllüdlü qızı Nurlana vardır. İşin 2-ci cild 144-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Balakən rayonu Gərəkli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3,şahidlər-Şahid1, Şahid2 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllərdə öz təqsirlərini etiraf etmələrini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməllərini, Təqsirləndirilən şəxs2 qəsdən, qanunsuz olaraq, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olmaqla, xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamanın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində, təkrar törədilməsinə görə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakının gizli talanmasına görə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində, xeyli miqdarda ziyan vurmaqla törədilməyə görə Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi vardır, həmin əməllər təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətlərin törədilməsində təqsirlidirlər, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir.Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli,25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə,zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır.Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-in 61-ci maddəsində nəzərdə tutulan) yoxdur. Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki,onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Şuşa rayonundan məcburi köçkün düşmüş, ünvan 1 ünvanında yaşayır. Hazırda da Şuşa rayonu Allahqulular kəndində qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır,cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmuşdur. O qohumlarının köməkliyi ilə ibtidai istintaq zamanı vurulmuş ziyanı tam ödəmiş,zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslərin ondan şikayətləri və tələbləri yoxdur.O,ailəlidir,himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə yuxarıda qeyd edilənləri, xüsusən Təqsirləndirilən şəxs1 Şuşa rayonundan məcburi köçkün olmasını, Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin Azərbaycan Respublikasında ”Şuşa ili” elan edilməsini, Təqsirləndirilən şəxs1 İldırım oğlunun əvvəllər məhkum olunmamasını,cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, onun qohumlarının köməkliyi ilə ibtidai istintaq zamanı vurulmuş ziyanı könüllü olaraq tam ödəməsini,zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ondan şikayətləri və tələblərinin olmamasını,ailəli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür, onun barəsində daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Onun 09 noyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2(iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır,cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşimandır,yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunur.O, ibtidai istintaq zamanı vurulmuş ziyanı tam ödəmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərərçəkmiş şəxslərin ondan şikayətləri və tələbləri yoxdur.Onun himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmə yuxarıda qeyd edilənləri, Təqsirləndirilən şəxs2 qızının əvvəllər məhkum olunmamasını,cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,onun ibtidai istintaq zamanı vurulmuş ziyanı könüllü olaraq tam ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ondan şikayətləri və tələblərinin olmamasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkündür,onun barəsində daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsaslar yoxdur. Ona görə də ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qızının üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 qızının cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 qızının barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxslərə təyin edilmiş cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların cəzadan azad edilmələri, barələrində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin ediləcək cəzanı çəkməlidirlər. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Az. MEM; VÖEN**********; AZ34CTRE********************, X3, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə vurulmuş ziyanın tam həcmdə ödənməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan istintaq zamanı Təqsirləndirilən şəxs2 könüllü surətdə istintaqa təqdim etdiyi 01 cüt üzərində 03 ədəd qara rəngli qaşları olan sırğa, 01 ədəd üzərində bənövşəyi və ağ rəngli qaşları olan üzük, 01 ədəd üzərində qara rəngli naxışı olan üzük, 01 ədəd üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan qolbağ və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan bəzək əşyası, 01 ədəd “Realme” markalı mobil telefon, 01 ədəd 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd 585 əyarlı üzərində tək qaş olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük, 01 dəst 585 əyarlı oval formasında olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük və sırğa iş üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra 01 cüt üzərində 03 ədəd qara rəngli qaşları olan sırğa, 01 ədəd üzərində bənövşəyi və ağ rəngli qaşları olan üzük, 01 ədəd üzərində qara rəngli naxışı olan üzük, 01 ədəd üzərində növbəli şəkildə ağ və sarı rəngli naxışları olan qolbağ və üçü birlikdə, üçü ayrılmış şəkildə olmaqla 06 ədəd oval formasında olan bəzək əşyası saxlanılması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “Realme” markalı mobil telefon, 01 ədəd 750 əyarlı sarı rəngli qızıl metaldan hazırlanmış boyunbağı, 01 ədəd 585 əyarlı üzərində tək qaş olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük, 01 dəst 585 əyarlı oval formasında olan sarı rəngli qızıl metaldan hazırlanmış üzük Təqsirləndirilən şəxs2 geri qaytarılması nəzərə alınmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 hazırki cinayət işi üzrə məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 12 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-in 193.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 , 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 09 noyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixlərdə şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın.Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 İldırım oğlunun cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 İldırım oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən rayonunun və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz ) manat Təqsirləndirilən şəxs1 İldırım oğlundan və Təqsirləndirilən şəxs2 Zahid qızından müştərək qaydada tutulub Az.MEM;VÖEN:**********;AZ34CTRE********************,X3, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. Hökmün icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 72 manat tutulub Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X13 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-21/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-21/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver