Məhkəmə qərarları › İş №1(019)-21/2023

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-21/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-21/2023 18.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər-Balakən rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi4 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Ağdam rayonu Sarıhacılı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu 1-ci mədəndə yerləşən DSK-4 zavodunun yataqxanasında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx xxx 1975-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan,14 avqust 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxxxxx 1992-ci il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Balakən Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarınn 4-cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, Balakən Rayon Məhkəməsinin 14 avqust 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 234.1 və 234.2-ci madddələrilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n etdi: İ.Verilmiş ittihamın mahiyyəti İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, verilən ittihama görə o, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 6,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında 40 manat müqabilində alaraq əldə edib öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki şalvarın sağ yan cibində saxlamışdır. 13 avqust 2022-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 02:45 dəqiqədən saat 03:25 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 40 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Belə ki, verilən ittihama görə o, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanının qarşısında 30 manat müqabilində alaraq əldə edib öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki şalvarın sol yan cibində saxlamışdır. 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 RPŞ-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 04:05 dəqiqədən saat 04:35 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, 30 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq əldə edib, daşıyaraq üzərində saxladığı 01 ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,37 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1 və 234.2-ci maddələrilə ittiham irəli sürülmüşdür ona görə ki, o, qəsdən, qanunsuz olaraq, satış məqsədi və tamah niyyəti ilə narkotik vasitəni əldə edib daşıyaraq saxlama və satma, eləcədə qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, verilən ittihama görə Təqsirləndirilən şəxs1 20 iyul 2022-ci il tarixdə Balakən rayonu Gərəkli kəndinin Poştbinə yaşayış məntəqəsinin ərazisindən keçən Mazım çayının kənarında yabanı halda bitmiş 02 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin üzərindən yararlı hissələrini yığıb qurudaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 155,17 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq daşıyıb yaşadığı evdə gizlədərək saxlamış, daha sonra niyyətini dəyişərək 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, vahid satış məqsədi və tamah niyyəti ilə həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 6,37 qram olan hissəsini 01 ədəd kibrit qutusunda yaşadığı ünvan 5 ünvanında 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həmin narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 5,37 qram olan hissəsini 01 ədəd kibrit qutusunda yaşadığı həmin ünvanın qarşısında 30 manat müqabilində tanışı Təqsirləndirilən şəxs3 satmış, geriyə qalan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 143,43 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 118,68 qram və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,77, 3,81, 3,32, 4,56, 3,32, 3,13 və 2,84 qram, yəni ümumi çəkiləri 24,75 qram olmaqla qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün sərnişini olduğu Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, eləcə də istintaqa məlum olmayan tarixdə və mənbədən qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarında, yəni tərkibində 0,01 qram metadon maddəsi olan, çəkisi 0,112 qram olan narkotik vasitə Metadon həbinin 1/4 hisəsini öz şəxsi istifadəsi üçün əynindəki şalvarın sol yan cibində daşıyaraq üzərində saxlamışdır. 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, qanunsuz olaraq vahid satış məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 40 manat müqabilində satdığı 01 ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 13 avqust 2022-ci il tarixdə saat 02:45 dəqiqədən 03:25 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə günorta saatlarında qəsdən, qanunsuz olaraq vahid satış məqsədi və tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs3 30 manat müqabilində satdığı 01 ədəd kibrit qutusundakı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,37 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 13 avqust 2022-ci il tarixdə saat 04:05 dəqiqədən 04:35 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol yan cibindən, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və mənbədən qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan əldə edərək daşıyıb üzərində saxladığı şəxsi istehlak miqdarında, yəni tərkibində 0,01 qram metadon maddəsi olan, çəkisi 0,112 qram olan narkotik vasitə Metadon həbinin 1/4 hissəsi 13 avqust 2022-ci il tarixdə saat 05:15 dəqiqədən saat 05:45 dəqiqəyədək olan müddət ərzində aparılmış şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən, eləcə də onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, öz şəxsi istifadəsi üçün əldə edib sərnişini olduğu avtomobildə daşıyaraq axladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi çəkisi 143,43 qram olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 118,68 qram və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 3,77, 3,81, 3,32, 4,56, 3,32, 3,13 və 2,84 qram, yəni ümumi çəkiləri 24,75 qram olmaqla onun sərnişini olduğu Opel markalı **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13 avqust 2022-ci il tarixdə saat 06:15 dəqiqədən 07:20 dəqiqəyədək olan müddət ərzində baxış keçirilərkən avtomobildən aşkar edilərək götürülmüşdür. İİ. Tərəflərin arqumentləri A) Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə elan olunmuş ittiham üzrə ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun əmisi oğlunun əsgər yoldaşı olmuşdur. 12 avqust 2022-ci il tarixdə İsrafillə birlikdə Bakı şəhərindən Balakən rayonuna gəzməyə və istirahət etməyə gəlmişdir. Balakənə gələndə Təqsirləndirilən şəxs1 qonaq kimi onun qulluğunda yaxşı dumuşdur. Balakənə gəldikdən sonra İsrafillə birlikdə Təqsirləndirilən şəxs3gilə yeyib-içməyə getmişlər. O, Balakənə gələndə onun cibində heç bir narkotik vasitə olmamışdır. Tacəddingildə o, İsrafil, Tacəddin və başqa bir nəfər olmuş və onlar yeyib-içmişlər. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında İsrafil, o və X6 rayonu Püştətala kəndində olmuşlar. 12 avqust 2022-ci il tarixdə gecə saat 23 radələrində tanmadığı 3 nəfər mülki geyimdə olan şəxslər Təqsirləndirilən şəxs3 evinə gəlmiş və polis əməkdaşları olduğunu bildirərək, onları həbs etmişlər. Həmin şəxslər onun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və onlarla olan digər şəxsin üstündə axtarış aparmışlar. Həmçinin evdə baxış aparılmışdır. Şəxsi axtarış zamanı onların üstündə və paltarlarında, həmçinin Tacəddinin evində heç bir narkotik vasitə tapılmamışdır. Sonra onları polis şöbəsinə aparmışlar. Avtomaşınla olduqları Balakən rayonu Püştətala kəndindən Balakən RPŞ-yə təxminən 30 dəqiqəyə gəlmişlər. Burada onları ayrı-ayrı otaqlara aparmış və ona qarşı zor tətbiq etmişlər. Polis Şöbəsində tanımadığı polis əməkdaşları ona bildirdilər ki, narkotik vasitə olan qurudulmuş marixuananı götürsün və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 40 manata aldığını desin. O, bundan imtina etdikdə polis əməkdaşları onu külli miqdarda narkotik vasitə saxlaması ilə bağlı cinayət məsuliiyyətinə cəlb edəcəkləri ilə hədələmiş və ona fiziki və psixi təzyiq göstərmişlər. Sonra polis əməkdaşları narkotik vasitə qurudulmuş marixuananı onun cibinə qoymuş və videokamera altında onu Təqsirləndirilən şəxs1 40 manata almasını deməsini, əks təqdirdə onun başına oyun açacaqlarını bildirmişlər. O da bu təzyiqlərə və hədə-qorxulara davam gətirməyərək, Təqsirləndirilən şəxs1 40 manata narkotik vasitə olan qurudulmuş marixuana almasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə və ya başqa vaxt ünvan 6 ünvanda günorta saatlarında və ya başqa yerdə 01 ədəd kibrit qutusunda 40 manata ona narkotik vasitə qurudulmuş marixuana satmamış və o, İsrafildən 40 manata və ya başqa qiymətə narkotik vasitə almamışdır. Polislərin fiziki və psixi təzyiqləri nəticəsində ibtidai araşdırmada yalandan İsrafildən narkotik vasitə almasını göstərmişdir. İbtidai istintaqda onun adından yazılmış ifadəni oxumadan imza etmişdir. Belə ki, imza etmədiyi təqdirdə polis əməkdaşlarının onu yenidən döyəcəyindən qorxmuşdur. Eyni zamanda Natiqin avtomaşınında narkotik vasitə çıxmasından xəbəri olmamışdır. Müstəntiq birinci dəfə izahatanı alanda vəkili iştirak etmiş, lakin ikinci dəfə ifadəsini alanda vəkili iştirak etməmişdir. Videoçəkilişdən əvvəl onu kameradan çıxarıb bir kağız vermiş və həmin kağıza imza etməsini bildirmişlər. O da oxumadan həmin kağıza imza etmişdir. Müvəqqəti saxlama yerində onda olan xəsarətləri avtoqəza nəticəsində alınan xəsarətlər kimi qeyd etmişlər. O, polis tərəfindən döyülməsi və onda olan xəsarətlər barədə müdafiəçisinə heç bir məlumat verməmişdir. Onun ibtidai istintaqda verdiyi ifadələri düzgün deyildir və polisin təzyiqi altında verilmişdir. Onun məhkəmədə verdiyi ifadəsi isə düzgündür və həqiqəti əks etdirir. B) Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək qonağı olduğunu və həmin qonağını yeyib-içmək üçün onlara gətirəcəyini bildirmişdir. O da buna razılıq vermişdir. İsrafil və Elnur onlara gəlmiş və İsrafil, Elnur və o, evdə yeyib-içmişlər. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında İsrafil, o və Elnur onun Balakən rayonu Püştətala kəndində yerləşən evində olmuşlar. Həmin vaxt onlar İsrafilin evində olmamışlar. Sonra Püştəlala kəndində olan evindən çıxdıqları zaman 12 avqust 2022-ci il tarixdə saat təxminən 23 radələrində polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun evinə baxış keçirəcəklərini bildirmişlər. O da polisləri evə dəvət etmişdir. Polis əməkdaşları evini yoxlamış və evdə heç nə çıxmamışdır. Polis əməkdaşları həmçinin Təqsirləndirilən şəxs2, onun və Təqsirləndirilən şəxs1 üstündə şəxs axtarış aparmış, axtarış zamanı onların üstündə heç nə çıxmamışdır. Onu 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində yol polisi bölməsinin avtomaşını ilə Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Püştətala kəndində polis şöbəsinə təxminən 30 dəqiqəyə gəlmişlər. Polis şöbəsində ona bir kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuana vermiş və həmin marixuananı İsrafildən aldığını deməsini tapşırmışlar. Bundan əvvəl polis əməkdaşları ona qarşı fiziki zor tətbiq etmişlər. Polis əməkdaşları narkotik vasitəni Təqsirləndirilən şəxs1 almasını demədiyi təqdirdə onu külli miqdarda narkotik vasitə saxlaması ilə cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələmişlər. O da polis əməkdaşlarının təzyiqinə və hədə-qorxularına davam gətirməyərək, nəşəni İsrafildən 30 manata alması barədə yalan məlumat vermişdir. Əslində belə bir qey olmayıb. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanında, nə də başqa yerdə İsrafil ona narkotik vasitə satmamış, o da Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Özünü təmizə çıxarıb İsrafili zibilə salmışdır. Onun ibtidai araşdırmada verdiyi ifadəsi yalandır. Məhkəmədə verdiyi ifadəsi isə öz iradəsinin nəticəsi olduğu üçün doğrudur. V) Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəstilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir o, Bakıda olurdu, bir-iki günlük Balakənə gəlib, sonra geri qayıtmalıydı. Təqsirləndirilən şəxs2lə dost münasibətləri olmuşdur. Elnur ona Balakəni görmədiyini və Balakənə getmək istədiyini bildirdiyi üçün 12 avqust 2022-ci il tarixdə Elnurla Balakənə gəlmişlər. Tacəddinə zəng edib, onun razılığı ilə yeyib-içmək üçün Elnurla birlikdə Tacəddinin evinə getmişlər. 12 avqust 2022-ci il tarixdə günorta saatlarında Tacəddinin evində olmuşlar.Tacəddinin evindlə yeyib-içən zaman 12 avqust 2022-ci il tarixdə saat təxminən 23 radələrində polis əməkdaşları evə gəlmişlər. Polislər Tacəddinin evinə baxış keçirəcəklərini bildirmiş, Tacəddin də etiraz eməyərək, onları evə dəvət etmişdir. Polis əməkdaşları Tacəddinin evində baxış keçirən zaman evdə heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onun, Elnurun və Tacəddinin üstündə də şəxsi axtarış aparmışlar. Lakin onların üstündə heç nə tapılmamışdır. Bildirir ki, onun avtobazada köhnə avtomaşının kuza hissəsində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuana var idi. Natiqin avtomaşınına həmin narkotik vasitəni özü qoymuşdur. Natiqin avtomaşınında tapılan narkotik vasitə onun olmuşdur. Avtobazaya istifadə etmək üçün orada gizlətdiyi narkotikin bir hissəsini götürmək üçün getdiyi zaman orada iki nəfərin olduğunu görmüş, onların həmin narkotiki oğurlamasından qorxduğu üçün həmin narkotiki götürüb Natiqin avtomaşınına qoymuşdur. O, narkotikin maşında olmasından Natiqin heç bir xəbəri olmamışdır. O, 12 avqust 2022-ci il tarixdə günorta saatlarında, nə də başqa vaxt ünvan 5 ünvanda və ya başqa yerdə Təqsirləndirilən şəxs2 40 manata və Təqsirləndirilən şəxs3 30 manata, nə də başqa qiymətə heç vaxt narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Bunlar yalan məlumatlardır. Həmçinin o, satış məqsədilə narkotik vasitə əldə etməmiş, daşımamış və saxlamamışdır. Eyni zamanda onda çıxması göstərilən metadon həbi onda olmamış, polis əməkdaşları tərəfindən qoyulmuşdur. Eyni zamanda Natiqin avtomaşınında tapılan 07 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ona məxsus olmamış, polislər tərəfindən ora qoyulmuşdur. Ona CM-nin 234.2-ci maddəsilə bəraət verilməsini, CM-nin 234.1-ci maddəsilə barəsində qanuni qərarın çıxarılmasını xahiş edir. C) Məhkəmə iclasında şahid qismində dindilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək, Tacəddinin evinə su və ərzaq gətirməsini xahiş etmişdir. Tacəddinin evinə gələndə evdə süfrə açıldığını və orada olan şəxslərin yeyib-içməyə hazırlaşdığını görmüşdür. O da onlarla oturmuşdur. İsrafilin bildirdiyinə görə onlar 12 avqust 2022-ci il tarixdə günorta vaxtından Tacəddinin evində olmuşlar. Yeyib-içdikdən sonra telefonun cərəyanı söndüyü üçün adaptoru götürmək məqsədilə çölə çıxmış və polislərin gəldiyini görmüşdür. Polislər Tacəddinin evində axtarış aparmış, lakin evdə narkotik vasitə çıxmamışdır. Sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Tacəddin Kaltayeivn də üzərinə şəxsi axtarış aparılmış, lakin onlarda narkotik vasitə çıxmamışdır. Onun avtomaşınına baxış keçiriləndə avtomaşınında 1 torba narkotik vasitə olan qurudulmuş marixuana çıxmışdır. Bu zaman İsrafil polis əməkdaşlarına onun avtomaşınında çıxan 1 torba narkotik vasitəni onun qoymasını və İsrafilə məxsus olmasını bildirmişdir. Onu Balakən rayonu Püştətala kəndindən 12 avqust 2022-ci il tarixdə saat 23 raədələrində polis şöbəsinə aparıb, orada iki gün saxlamışlar. Püştətaladan polisə təxminən 30 dəqiqəyə gəlmişlər. Polis şöbəsində onu döymüş və ona işgəncə vermişlər. Bunun nəticəsi olaraq onun bir qulağı hələ də yaxşı işləmir. O, döyülməyi barədə heç yerə şikayət etməmişdir. İbtidai istintaqda yazılmış ifadəsini oxumamış imza etmişdir. Həm də ibtidai istintaqda yazılmış ifadəsi polisin ona təzyiqi nəticəsində alınmışdır və həqiqəti əks etdirmir. Onun məhkəmə iclasında verdiyi ifadəsi doğrudur, çünki həqiqəti göstərir.

2. İttiham tərəfinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilmiş ittihamla bağlı təqdim etdiyi sübutlaronlar üzərində şəxsi axtarışın keçirilməsinə dair 13 avqust 2022-ci il tarixli protokollar, həmin axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski, onlardan aşkar edilməsi göstərilən qurudulmuş marixuanadan ibarət maddi sübutlar, polis əməkdaşları- Şahid1 Ziyad oğlunun, Şahid2 oğlunun, Şahid3, Şahid4, Şahid5. Şahid6 Zeynalabid oğlunun və Şahid7 ifadələri, məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 17/654 nömrəli rəyi, Təqsirləndirilən şəxs2 barəsində məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyi, Təqsirləndirilən şəxs3 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1361 nömrəli rəyi və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı «tapılması» göstərilən maddi sübutlarla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir.

3. İttiham tərəfinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar- onun üzərində şəxsi axtarışın keçirilməsinə dair 13 avqust 2022-ci il tarixli protokol, avtomaşına baxışın keçirilməsi ilə bağlı 13 avqust 2022-ci il tarixli protokol, şəxsi axtarışın və avtomaşına baxışın videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski, ondan aşkar edilməsi göstərilən qurudulmuş marixuanadan və metadon həbindən ibarət maddi sübutlar, polis əməkdaşları- Şahid1 Ziyad oğlunun, Şahid2 oğlunun, Şahid3, Şahid4, Şahid5, Şahid6 Zeynalabid oğlunun və Şahid7 ifadələri, məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 17/654 nömrəli rəyi, məhkəmə fiziki-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 6/4409 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarış zamanı «tapılması» göstərilən maddi sübutlar, Təqsirləndirilən şəxs1 tapılması göstərilən narkotik vasitələrdən ibarət maddi sübutlarla bağlı istintaq hərəkətlərinin nəticələri təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Ziyad oğlu ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. Balakən RPŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-qeydiyyat işi açılmamış və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında heç bir qərar olmamışdır. 13 avqust 2022-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs3, Ağdam rayonu Sarıhacılı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması, həmçinin ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat onun tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə gecə saatlarında tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Balakən şəhər sakini Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri ərazisində gəzdikləri müəyyən edilmiş və sonuncular Balakən şəhəri H.Əliyev prospektində saxlanılaraq, Balakən RPŞ-yə gətirilmişlər. Onlar təxminən 10-15 dəqiqəyə polis şöbəsinə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs2 Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin siyahıdan seçdiyi Müdafiəçi1 polis şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya hər hansı əşya vardırsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 9,27 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitə marixuananı 30-40 manat pul qarşılığında Balakən şəhər sakini İsrafildən aldığını bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs3 də üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitə marixuananı İsrafildən aldığını bildirmişdir. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən Medaton adlı həbin 1/4 hissəsi aşkar edilmiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sərnişini olduğu, yəni Şahid8 idarə etdiyi Opel markalı avtomobildə narkotik vasitə marixuana saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxslərin, sürücü Şahid8, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürülmə keçirilmişdir. Baxış və götürülmə zamanı Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açıb sürücünün oturacağının altından 01 ədəd sarı rəngli sellofan torbanı çıxarmış, həmin torbanın özünə məxsus olduğunu və torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış və götürülmə zamanı avtomobildən əlavə hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torba açılan zaman içərisində əlavə ağ rəngli sellofan torba aşkar olunmuş, həmin ağ rəngli sellofan torba açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin 07 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin 07 ədəd kibrit qutuları açılan zaman hər birinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Daha sonra sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və 07 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanaya oxşar bitki kütlələri birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 173 qram təşkil etmişdir. Aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar bitki kütlələri baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlələrin özünə məxsus olduğunu, sürücü Şahid8 bu barədə məlumatı olmadığını bildirmişdir. Baxış və götürülmə Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış və götürülmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlara bu əməliyyat məlumatından başqa Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə hər hansı digər faktlar bəlli olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 da Şahid1 Ziyad oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi halları, o cümlədən Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etməsini, Təqsirləndirilən şəxs2 narkotik vasitəni 30-40 manata Təqsirləndirilən şəxs1 almasını göstərməsini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şəxsi axtarışında iştirak etməməsini və ifadəsində göstərdiyi digər xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğlu ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. Onda olan məlumata görə Balakən RPŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-qeydiyyat işi açılmamış, həmçinin onlar üzərində təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi və onun əməliyyat qrupuna daxil edilməsi barədə qərar olmamışdır. 13 avqust 2022-ci il tarixdə gecə saatlarında Balakən şəhər sakini Təqsirləndirilən şəxs3, Ağdam rayonu Sarıhacılı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması, həmçinin Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə gecə saatlarında tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Balakən şəhər sakini Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri ərazisində gəzdikləri müəyyən edilmiş və sonuncular Balakən şəhəri H.Əliyev prospektində saxlanılaraq, təqribən 10-15 dəqiqə ərzində Balakən RPŞ-yə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs2 RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutularaq,müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. O, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs3 Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs3 həmin siyahıdan seçdiyi Müdafiəçi2 polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs3 üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya hər hansı əşya vardırsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol yan cibində saxladığı 01 ədəd kibrit qutusundakı narkotik vasitə marixuanaya oxşar kütləni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 8,14 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd kibrit qutusu içərisindəki narkotik vasitə marixuanaya oxşar kütlə ilə birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. O, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 üzərindən Medaton adlı həbin 1/4 hissəsi aşkar edilmiş, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sərnişini olduğu, yəni Şahid8 idarə etdiyi Opel markalı avtomobildə narkotik vasitə marixuana saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxslərin, sürücü Şahid8, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürülmə keçirilmiş, baxış və götürülmə zamanı Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açıb sürücünün oturacağının altından 01 ədəd sarı rəngli sellofan torbanı çıxarmış, həmin torbanın özünə məxsus olduğunu və torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış və götürülmə zamanı avtomobildən əlavə hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torba açılan zaman içərisində əlavə ağ rəngli sellofan torba aşkar olunmuş, həmin ağ rəngli sellofan torba açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin 07 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin 07 ədəd kibrit qutuları açılan zaman hər birinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Daha sonra sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və 07 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanaya oxşar bitki kütlələri birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 173 qram təşkil etmişdir. Aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar bitki kütlələri baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış,zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlələrin özünə məxsus olduğunu, sürücü Şahid8 bu barədə məlumatı olmadığını bildirmişdir. Baxış və götürülmə Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış və götürülmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlarda bu əməliyyat məlumatından başqa Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşuğ olması barədə başqa fakt olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid6 da Şahid2 oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları, o cümlədən Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etmədiyini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 şəxsi axtarışında iştirak etdiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin MSY-nin növbətçi polis nəfəri vəzifəsində çalışır. Onda olan məlumata görə Balakən RPŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat- qeydiyyat işi açılmamış, həmçinin onlar üzərində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və onun əməliyyat qrupuna daxil edilməsi barədə qərar olmamış, belə qərarın olması barədə ona heç kim bildirməmişdir. 13 avqust 2022-ci il tarixdə gecə saatlarında RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olan Balakən şəhər sakini Təqsirləndirilən şəxs3 və Ağdam rayonu Sarıhacılı kənd sakini Təqsirləndirilən şəxs2, həmçinin üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda, daşımaqda və satmaqda şübhəli olan Balakən şəhər sakini Əliyev X14 şəhəri ərazisində Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəzərkən saxlanılaraq, təxminən 10-15 dəqiqəyə Balakən RPŞ-yə gətirilmişdir. Baş təhqiqatçı M.Mahmudov tərəfindən Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürülmə keçirilən zaman o, konvoy qismində iştirak etmişdir. Şübhəli şəxslərin, sürücü Şahid8, müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürülmə keçirilən zaman Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açıb sürücünün oturacağının altından 01 ədəd sarı rəngli sellofan torbanı çıxarmış, həmin torbanın özünə məxsus olduğunu və torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış və götürülmə zamanı avtomobildən əlavə hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torba açılan zaman içərisində əlavə ağ rəngli sellofan torba aşkar olunmuş, həmin ağ rəngli sellofan torba açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin 07 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin 07 ədəd kibrit qutuları açılan zaman hər birinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Daha sonra sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və 07 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanaya oxşar bitki kütlələri birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 173 qram təşkil etmişdir. Aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar bitki kütlələri baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlələrin özünə məxsus olduğunu, sürücü Şahid8 bu barədə məlumatının olmadığını bildirmişdir. Baxış və götürülmə Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış və götürülmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məlumatına görə Balakən RPŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində əməliyyat- qeydiyyat işi açılmamış, həmçinin onlar üzərində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və onun əməliyyat qrupuna daxil edilməsi barədə qərar olmamışdır. 13 avqust 2022-ci il tarixdə gecə saatlarında Balakən şəhər sakini Təqsirləndirilən şəxs3, Ağdam rayonu Sarıhacılı kənd sakini Təqsirləndirilən şəxs2 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və daşıması, həmçinin Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuş, daha sonra həmin məlumat RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və həmin tarixdə gecə saatlarında tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 taksi fəaliyyəti ilə məşğul olan Balakən şəhər sakini Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri ərazisində gəzdikləri müəyyən edilmiş və sonuncular Balakən şəhəri H.Əliyev prospektində saxlanılaraq, təxminən 10-15 dəqiqəyə Balakən RPŞyə gətirilmişlər. Polis şöbəsinə gəldikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs2 RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutularaq, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. O, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitə marixuananı İsrafildən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şübhəli şəxs qismində tutularaq müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. O, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman iştirak etməmiş, lakin sonradan ona məlum olmuşdur ki, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs3 üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu və həmin narkotik vasitə marixuananı İsrafildən aldığını bildirmişdir. Bundan sonra baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs1 Balakən rayon Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs1 həmin siyahıdan seçdiyi Müdafiəçi3 polis şöbəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya hər hansı əşya vardırsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol cibində saxladığı, polietilenə bükülmüş vəziyyətdə Metadon adlı həbin 1/4 hissəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi Metadon həbinin 1/4 hissəsi baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sərnişini olduğu Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfinə, sürücünün oturacağının altına narkotik vasitə marixuana qoyduğunu bildirmişdir. Şəxsi axtarış Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şübhəli şəxslərin, sürücü Şahid8, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürülmə keçirilmiş, baxış və götürülmə zamanı Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açıb sürücünün oturacağının altından 01 ədəd sarı rəngli sellofan torbanı çıxarmış, həmin torbanın özünə məxsus olduğunu və torbanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış və götürülmə zamanı avtomobildən əlavə hər hansı bir narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd sarı rəngli sellofan torba açılan zaman içərisində əlavə ağ rəngli sellofan torba aşkar olunmuş, həmin ağ rəngli sellofan torba açılan zaman içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin 07 ədəd kibrit qutusu aşkar olunmuşdur. Həmin 07 ədəd kibrit qutuları açılan zaman hər birinin içərisində tünd yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Daha sonra sellofan torbada olan narkotik vasitə marixuanaya oxşar bitki kütləsi və 07 ədəd kibrit qutularında olan narkotik vasitə marixuanaya oxşar bitki kütlələri birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkiləri 173 qram təşkil etmişdir. Aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar bitki kütlələri baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlələrin özünə məxsus olduğunu, sürücü Şahid8 bu barədə məlumatı olmadığını bildirmişdir. Baxış və götürülmə Balakən RPŞ-nin KTQ-nun baş ekspert-kriminalisti, polis mayoru Sadiq Vəzirov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq lentə alınmış, sonda baş təhqiqatçı Mikayıl Mahmudov tərəfindən baxış və götürülmə aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu məlumatdan başqa onlarda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə digər faktlar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin Kadrlar Qrupunun kiçik inspektoru, polis kiçik serjantı Şahid7 da Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 13 avqust 2022-ci il tarixdə saat 02.35-də tutulması göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda həmin tarixdə saat 02:45 dəqiqədən saat 03:25 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı ondan 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlənin çıxdığı, aşkar olunmuş kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkilməklə, kibrit qutusu ilə birlikdə çəkisinin 9,27 qram gəldiyi və Təqsirləndirilən şəxs2 həmin 01 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsini Balakən şəhər sakini İsrafildən aldığını, bunun müqabilində İsrafilə 3040 manat verəcəyini bildirdiyi göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 13 avqust 2022-ci il tarixdə saat 03.55-də tutulması göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞnin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda həmin tarixdə saat 04:05 dəqiqədən saat 04:35 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparıldığı, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sol qabaq cibindən 01 ədəd kibrit qutusu çıxararaq təqdim etdiyi, həmin kibrit qutusu açıldıqda içərisində tünd yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli marixuanaya oxşar kütlənin aşkar olunduğu, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkildiyi və çəkisinin 8,14 qram gəldiyi, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuananı 30 manata İsrafildən aldığını bildirdiyi göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli şübhəli şəxsi tutma qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 13 avqust 2022-ci il tarixdə saat 05.05-də tutulması göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə” protokolda həmin tarixdə saat 05:15 dəqiqədən saat 05:45 dəqiqəyədək olan müddət ərzində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparıldığı, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən Metadon adlı həbə oxşar həbin 1/4 hissəsini təqdim etdiyi və özü istifadə etdiyini bildirdiyi, Təqsirləndirilən şəxs1 həmçinin sərnişin qismində əyləşdiyi, Balakən şəhəri N.Nərimanov küçəsi ev 26 mənzil 6- da yaşayan Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət nömrə nişanlı avtomobilin salonunda içərisində narkotik tərkibli marixuana olan ona məxsus sellofan torba olmasını bildirdiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən başqa narkotik tərkibli kütlə və ya qanunla qadağan olunmuş əşya aşkar olunmadığı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs2 narkotik satmadığını bildirdiyi göstərilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixdə Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru Mikayıl Mahmudov tərəfindən tərtib olunmuş "baxış və götürülmə keçirilməsi barədə” protokolda göstərilir ki, həmin tarixdə saat 06:15 dəqiqədən saat 07:20 dəqiqəyədək olan müddət ərzində şübhəli şəxslərin, müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə Şahid8 idarə etdiyi Opel markalı 90-ZT- 184 nömrəli avtomobildə baxış və götürülmə keçirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 sol tərəf arxa qapını açaraq sürücünün əyləşdiyi oturacağın altındakı 01 ədəd sarı rəngli sellofan torba çıxararaq həmin torbanın ona məxsus olduğunu, torbanın içərisində narkotik tərkibli marixuana olduğunu bildirmişdir. Sarı rəngli sellofan torba baş təhqiqatçı M.Mahmudov tərəfindən götürülmüşdür. Avtomobildə qanunsuz olaraq hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 təqdim etdiyi və ona məxsus olduğunu bildirdiyi sarı rəngli sellofan torba açıldıqda ağ rəngli sellofan torba aşkar olunmuşdur. Həmin sellofan torbanı açdıqda tünd yaşıl rəngli, spesifik iyə malik narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Həmin bitki kütləsinin içərisində 07 ədəd kibrit qutusu da aşkar olunmuşdur. 07 ədəd kibrit qutuları açıldıqda qutuların içərisində tünd yaşıl rəngli, spesifik iyi olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi aşkar olunmuşdur. Sellofan torbada olan marixuanaya oxşar bitki kütləsi ilə 07 ədəd kibrit qutusunda olan narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi kibrit qutuları ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 173 qram gəlmişdir. Həmin 173 qram çəkidə narkotik tərkibli marixuanaya oxşar bitki kütləsi kağız zərfə qoyulub möhürlənərək maddi sübut əhəmiyyətinə malik olduğundan baş təhqiqatçı M.Mahmudov tərəfindən götürülmüşdür. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 içərisində narkotik tərkibli marixuana olan sellofan torbanı Şahid8 avtomobilinə qoyduğundan Şahid8 xəbəri olmadığını, həmin torbanın içərisində olan narkotik vasitə marixuananın ona məxsus olduğunu bildirmişdir. Lakin narkotik vasitə marixuana olan torbada olan 07 ədəd kibrit qutularında olan narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış, çəkiliş diski protokola əlavə edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılardan şikayət və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixdə saat 10:10 dəqiqədən saat 10:39 dəqiqəyədək olan müddət ərzində "diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə "Azercell Telekom” MMC-dən daxil olmuş və həmin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə, Təqsirləndirilən şəxs2 istifadəsində olan 050-952-5202 saylı mobil telefon nömrəsinə, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 iyul 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatları özündə əks etdirən 01 ədəd CD diskə "HP” markalı kompyuterdə nümayiş etdirməklə baxış keçirilmişdir. Baxış zamanı CD diskdə iş üçün əhəmiyyət kəsb edəcək hər hansı daxil olan və çıxan zəng, daxil olan və çıxan SMS mətni aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci tarixli 17/654 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 6,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddi sübut...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 məxsus Opel markalı avtomobildən aşkar olunmuş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində olan: -01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 118,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -07 (yeddi) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 3,77 qr., 3,81 qr., 3,32 qr., 4,56 qr., 3,32 qr., 3,13 qr., və 2,84 qr., ümumi çəkiləri 24,75 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; tədqiqata təqdim olunmuş ümumilikdə 09 (doqquz) ədəd kibrit qutusunda və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər; Məhkəmə Ekspertizası Mərkəzinin X21 müvafiq laboratoriya cihazı olmadığından, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddi sübut.” sözləri, adlar və imzalar yazılmış zəfin içərisindəki 01 (bir) ədəd polietilen bükümdə olan dörddə bir ədəd həbin tədqiqatını aparmaq mümkün olmamışdır; Qeyd: Marixuanaların ümumi təmiz çəkisi-155,17 qram, cəmi tədqiqata sərf edildi-0.50 qram (hər ob.0,05 qram). Qalıq- 154,67 qram. Ekspertiza tədqiqatının dəyəri 34,55 manat təşkil edir. İş materiallarında olan Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 13 avqust 2022-ci il tarixli aktdan görünür ki, 13 avqust 2022-ci il tarixli qərara əsasən tədqiqata təqdim edilən 09 ədəd kibrit qutusunda və 01 ədəd sellofan torbada bitki mənşəli kütlələrbir ədəd həb CAS/CAS-MWP300/ CAS-CUW 420H markalı tərəzidə çəkildi. Ümumi 155,17 qram/ml maddə (kütlə) qəbul olundu, tarix xx.xx.2022 saat 14.30; 0,50 qram/ml nümunə götürüldü, 154,67 qram/ml maddə (kütlə) geri qaytarıldı, tarix xx.xx.2022 saat 16.00. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 55/200 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir (xx.xx.2022-ci il tarixdə saat 15.20-də). İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 56/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir (xx.xx.2022-ci il tarixdə saat 15.50-də). İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(019)- 54/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022- ci il tarixli 5 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmayan şəxsdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022- ci il tarixli 5 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmayan şəxsdir. İş materiallarında olan tələbnamə üzrə Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022- ci il tarixli arayışından görünür ki, Əliyev X14 Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vəsatət rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 1(019)- 87/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 «8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 6/4409 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindn aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki çəkisi 0,112 qram dərman tableti qırıntısının tərkibində 0,01 qram metadon maddəsi müəyyən edilmişdir. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: Metadon qırıntısı-0,112 qram, tədqiqata sərf edildi- 0,056 qram, qalıq-0,056 qram. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1361 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından həmçinin görünür ki, 04 mart 2007-ci il tarixdə doğulmuş X25 olmaqla Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan uşaq vardır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərarından və iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 6,37 qram narkotik vasitə-qurudulmuş marixuana, Təqsirləndirilən şəxs3 üzərindən aşqkar edilmiş 5,37 qram narkotik vasitə- qurudulmuş marixuana, həmçinin sürücü Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** nömrəli avtomobildən aşkar edilmiş 118,68 qram narkotik vasitə- qurudulmuş marixuana, 07 ədəd kibrit qutularındakı ayrı-ayrılıqda təmiz çəkiləri 3,77 qram, 3,81 qram, 3,32 qram, 4,56 qram. 3,32 qram, 3,13 qram və 2,84 qram olmaqla ümumi çəkiləri 24,75 qram olan narkotik vasitə qurudulmuş mariuxananın cəm olaraq ekspertiza tədqiqatından sonra maddə qalığını təşkil edən ümumi 154,67 qram narkotik vasitə-qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 götürülmüş 0,112 qram metadon həbinin ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,056 qram metadon həbinin 1/4 hissəsi maddi sübut kimi tanınaraq Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış, Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** nömrədli avtomobilə baxış və götürülmə keçirilərkən videogörüntülər əks olunmuş cəmi 04 ədəd DVD diski, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən RPŞ-nin Balakən Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-66/2t0619/23 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə Təqsirləndirilən şəxs1 barəsində Balakən RPŞ-də əməliyyatqeydiyyat işi açılmamışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs hesab edilən Təqsirləndirilən şəxs2 haqqında axtarış elan olunmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və onun tutularaq Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 21.00 radələrində Bakı şəhəri Binəqədi rayonu ərazisində tutulmuş və Balakən RPŞ-yə gətirilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 19 sentyabr 2023-cü il tarixdən ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məhkəməyə ünvanladığı yazılı ərizəsində göstərilir ki, ittiham olunmuş maddələrlə özünü qismən təqsirli bilir, yəni CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilmir. Odur ki, barəsində verilmiş ittiham aktı əsassız və qərəzli olmasını təsdiqləyəcək hallar mövcuddur. İlk növbədə onun və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Balakən rayon polis bölməsində işgəncə və hədə-qorxuya məruz qalaraq təzyiq altında öz iradəsində olmayan ifadələrə imza atmalarıdır. Tibbi müayinədən keçərkən bədənində aşkarlanan xəsarətlərlə bağlı şikayətçi olmamağına səbəb ona polis əməkdaşlarının verdiyi xoş vədlər olmuşdur. Etibarından sui-istifadə edərək kobud şəkildə qanun pozuntularına yol vermişlər. Nəinki tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kibrit qutusunda narkotik vasitə satmağından, ümumiyyətlə əməliyyat-axtarış nəticəsində guya aşkar edilmiş sellofan torbadan çıxan kibrit qutularına qablaşdırılmış 7 ədəd narkotik vasitələrdən imtina etmişdir. Bu videoçəkilişdən açıq-aşkar görsənir. Qanunların aililyinə, məhkəmə orqanlarının ədalətinə inanaraq, heç bir qərəzli ittihama izn verilməyəcəyinə güvənərək, barəsində irəi sürülən cinayət işinin araşdırılmasını xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Baş Prokuroruna yazdığı ərizəsində göstərilir ki, ittiham olunduğu maddələrlə özünü qismən təqsirli bilir, yəni CM-nin 234.2-ci maddəsilə özünü təqsirli bilmir. Barəsində verilmiş ittiham aktı əsassız və qərəzlidir. Buna görə də xx.xx.2023-cü il tarixdən qida qəbul etmir. Ombudsmn və Baş prokurorluğun nümayəndəsi onu qəbul edənədək aclıq aksiyasını davam edəcəkdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, onu 2022-ci ilin 12 avqust tarixində Balakən rayonunda polis işçiləri şübhəli şəxs qismində saxlayıblar. O, istintaq zamanı təzyiq altında (amansızcasına döyərək) guya ki, Təqsirləndirilən şəxs1 marixuana aldığını boynuna qoymağa çalışıblar. Ədalətin bərpa olunmasına kömək göstərilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs3 məkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, avqust ayının 12-də onu şübhəli şəxs qismində polis şöbəsinə gətiriblər və etmədiyi cinayəti təzyil altında boynuna qoymağa çalışıblar. Yəni Təqsirləndirilən şəxs1 bir kibrit qutusu narkotik vasitə almışdır, lakin bu belə deyil. Ədalətin bərqərar olmasına kömək edilməsini xahiş edir. İİİ.İşin digər zəruri hallan halları Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Balakən RPŞ-nin rəisinə tarixi xx.xx.2022-ci il göstərilən raportla müraciət edərək, Balakən şəhəri M.Füzuli küçəsi ev 12də yaşayan Təqsirləndirilən şəxs3 və Ağdam rayonu Sarıhacılı kəndində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərlərində narkotik vasitə saxlaması və daşıması, Balakən şəhəri N.Nərimanov küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs1 isə üzərində narkotik vasitə saxlaması, daşıması və satması barədə məlumat daxil olmasını qeyd etmiş və yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edilən məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini ondan xahiş etmişdir. Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Balakən RPŞ-nin rəisinə tarixli xx.xx.2022-ci il göstərilən raportla müraciət edərək, xx.xx.2022-ci il tarixdə Balakən şəhəri N.Nərimanov küçəsi ev 26 mənzil 6-da yaşaya Şahid8 idarə etdiyi Opel markalı 90 ZT-184 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Balakən şəhəri M.Füzuli küçəsi ev 12-də yaşayan Təqsirləndirilən şəxs3 və Ağdam rayonu Sarıhacılı kəndində yaşayan Təqsirləndirilən şəxs2 və Balakən şəhəri N.Nərimanov küçəsi ev 41-də yaşayan Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilməsini bildirərək, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əsasən işin faktoloji halları olaraq həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində Balakən RPŞ-də əməliyyat-qeydiyyat işi açılmamış, buradan da onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, həmçinin Balakən RPŞ-də Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış heç bir qərar qəbul edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində polis əməkdaşı Şahid1 ehtimal etdiyi əməliyyat məlumatı ilə bağlı heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onların tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, ibtidai araşdırma orqanı tərəfindən də bu xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. İş materiallarında hər hansı əməliyyat-axtarış tədbirlərinə və bu barədə qəbul edilən hər hansı qərara məhkəmə və ya prokuror nəzarətinin həyata keçirilməsi, məhkəmə və ya prokuror tərəfindən həmin tədbirlərin və qərarın qanuni və ya qanunsuz hesab edilməsi barədə heç bir məlumat, fakt və sübut yoxdur və ittiham tərəfi də bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin 13 avqust 2022-ci il tarixli qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrilə cinayət işi başlanmışdır. İV.Müvafiq Daxili və Beynəlxalq Qanunvericilik və Təcrübə A) Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 28, İ, İİ və İİİ hissələr. Hər kəsin azadlıq hüququ vardır; azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər; qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Maddə 61, İİİ hissə. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Maddə 63, İİ və İV hissələr. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Maddə 66. Heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən olunur. Maddə 67, İ hissə. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir. Maddə 71, İ və İİ hissələr. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Maddə 127, İV hissə. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İşlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır. Maddə 148, İİ hissə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Maddə 151. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. B) İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci madddəsi (azadlıq hüququ): 1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz: (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra, şəxsi qanuni həbsə almaq; (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması; (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması; (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn qanuni həbsə alınması; (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların, səfillərin qanuni həbsə alınması; (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.

2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.

3. Bu maddənin İ bəndinin «c» alt bəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsilə şərtləndirilə bilər.

4. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılmaq hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

5. Bu maddənin müddəalarının pozulması ilə tutulmadan və ya həbsə almadan zərər çəkmiş hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var. Maddə 6 (ədalətli məhkəmə araşdırması hüququ):

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq; (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək; (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq; (e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Avropa Konvensiyasının 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. Avropa Konvensiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən hər bir razılığa gələn yüksək tərəf istənilən anda bildirə bilər ki, o, məhkəmənin bu Konvensiyanın şərhinə və tətbiqinə dair bütün məsələlər üzrə məcburi olan yurisdiksiyasını xüsusi saziş olmadan və ipso-facto tanıyır. «Beynəlxalq müqavilələrin bağlanması, dəyişdirilməsi və denonsasiyası haqqında» 1969-cu il Vyana Konvensiyasının 3-cü maddəsində deyilir ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə məcburi xarakter daşıyır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X15 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəalarının rəhbər tutulması və bu zaman İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməsi tövsiyyə olunmuşdur. C) X1 Azərbaycan Respublikasının Qanunu Maddə l.İİİ hissə. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri:1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması; törədilmiş cinayətlərin aşkar edilməsi və açılması; cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi; məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması; naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi. Maddə 4, İİ hissə. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini pozmaq qadağandır. Maddə 11, İİ hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər aşağıdakılardır: 1) fiziki şəxslərin ərizələri; 2) müəssisə, idarə, təşkilatların vəzifəli şəxslərinin müraciətləri; 3) mediada dərc olunmuş məlumatlar; 4) əməliyyat- axtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar; 5) əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin yazılı sorğuları; 6) Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarını və xüsusi obyektlərini mühafizə edən orqanlarının yazılı sorğuları; 7) cinayət işləri üzrə təhqiqatı və ya istintaqı aparan şəxslərin yazılı tapşırıqları; 8) xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və ya müvafiq beynəlxalq təşkilatlarının rəsmi sorğuları; 9) kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin yazılı sorğuları. Maddə 11, İİİ hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Maddə 11, İV hissə. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər: 1) başlanmış cinayət işi mövcud olduqda: 2) (Çıxarılıb); 3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; 4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; 5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 6) naməlum meyit aşkar edildikdə. Maddə 12, İ, İİ və İİ hissələr: Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər; əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır; bu Qanunun 10-cu maddəsinin İ hissəsinin 3 - 5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda bundan başqa aşağıdakılar mütləq öz əksini tapmalıdır: 1) müvafiq tədbir keçirmək təklifi verən əməkdaşın soyadı, adı, atasının adı və vəzifəsi; 2) haqqında tədbir keçirilməsi təklif edilən şəxsin soyadı, adı, atasının adı və ya obyektin təsviri; 3) müdaxilə xarakterli üsul və vasitələrin tətbiq olunması haqqında tələbi əsaslandıran faktlar; 4) adi təhqiqat üsulu vasitəsi ilə zəruri məlumatın alınmasının qeyri- mümkünlüyünün əsaslandırılması; 5) müdaxilə xarakterli üsul və vasitələrin tətbiqinin nəzərdə tutulan müddəti; 6) tədbir keçirməsi ilə əlaqədar əldə edilə bilən nəticə... Maddə 15, İ.Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır; İİ. Əməliyyat-axtarış fəaliyyətinin subyektində məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizlənilən, cəza çəkməkdən boyun qaçıran, cinayət törətməkdə şübhəli olan və ya itkin düşən şəxslər haqqında eyni hüquqazidd hərəkətlərə görə yalnız bir əməliyyat-qeydiyyat işi aparılmalıdır; İİİ. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir; İV. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır; V. Ədalət mühakiməsi naminə hallar istisna olunmaqla, cinayətin törədilməsində qanunla müəyyən olunmuş qaydada təqsiri sübuta yetirilməyən şəxs haqqında əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş materiallar bir il müddətində saxlanılır, sonra isə məhv edilir.

Maddə 16, İ.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər; İİ. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş məlumatlar bu tədbirlərin məqsədlərinə uyğun olmadıqda onların aşkar edilməsi və ya hüquqi və fiziki şəxslərin əleyhinə istifadə edilməsi qadağandır; İİİ. Şəxs haqqında xüsusi texnikanın köməyi ilə əldə edilmiş məlumat açıqlandıqda həmin şəxs bu məlumatın qanunsuz əldə edilməyinə və ya əməliyyat- axtarış tədbirinin həyata keçirilməsində xüsusi texnikanın tətbiqinə icazə alınmamasına əsaslanaraq ifadələrindən imtina və məhkəməyə şikayət edə bilər. Belə vəziyyətdə məhkəmə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qanuniliyini araşdırıb mübahisəli məlumatların qanuni yolla əldə edilməsini və ya hüquqi baxımdan qüvvəsiz hesab olunmasını elan edir; İV. Bu qanunun tələblərinə riayət olunmadan əldə edilmiş məlumatlar dərhal məhv edilməlidir; V. İnsanın şəxsi və ailə həyatına, şərəfinə və ya ləyaqətinə aid olan, lakin tərkibində qanunla qadağan edilməmiş hərəkətlərin törədilməsindən xəbər verən əməliyyat-axtarış tədbirlərinin nəticəsində əldə edilmiş məlumatlar saxlanıla bilməz və onlar məhv edilməlidir; Vİ. Açılmamış cinayətlər üzrə insanların təhlükəsizliyinə və ya istintaqa ziyan vura biləcək əməliyyat-axtarış tədbirlərin nəticəsində əldə edilmiş məlumatları yaymaq qadağandır; Vİİ. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Maddə 19-1. Əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada həyata keçirlir. V) Azərbaycan Respublikasının CPM Maddə 9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Maddə 10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Maddə 10.3. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Maddə 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Maddə 11.1 Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir. Maddə 12.1. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Maddə 14.1. Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Maddə 14.2. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. Maddə 14.4. Hər bir tutulmuş və həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquq yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir. Maddə 14.5. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməldir. Maddə 20.1. Heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Maddə 20.2. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Maddə 19.1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Maddə 19.4.1 və maddə 19.4.2. Cinayət prosesini həyata keçirən orqan tutulduğu, həbsə alındığı və ya müvafinq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməli; hüquqlarını izah etməlidir. Maddə 21.1 Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Maddə 21.1. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Maddə 21.3. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 32.1. Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Maddə 33.1 və maddə 33.2. Hakimlər və andlı iclasçılar cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir; cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin müddəlarının pozulması yolverilməzdir. Maddə 124.1. Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının... pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda... əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.

Maddə 137. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «X1» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Maddə 147.1. Cinayət prosesində tutulma yalnız aşağıdakı şəxslərə tətbiq oluna bilər: 147.1.1. cinayəti törətməkdə şübhəli olan şəxsə; 147.1.2. ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə; 147.1.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma. Maddə 147.2. Tutulma aşağıdakı hallarda tətbiq edilir: 147.2.1. şəxsin cinayət törətməsinə şübhə yarandıqda; 147.2.2. bu Məcəllənin 147.1.2-ci maddəsində nəzərdə tutulmuş şəxs haqqında cinayət təqibi orqanının müvafiq qərarı olduqda; 147.2.3. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həllinədək məhkumun tutulması barədə məhkəmənin qərarı olduqda. Maddə 147.3. Şəxsin qanunsuz tutulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Maddə 147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Maddə 147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir: 147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt; 147.5.2. protokolu tərtib edən və tutulmanı aparan şəxsin soyadı, adı, atasının adı və vəzifəsi; 147.5.3. tutulan şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən sənəd barədə məlumat; 147.5.4. tutulmanın aparıldığı yer, tarix və vaxt; 147.5.5. tutulmanın səbəbi, şübhənin və ya ittihamın mahiyyəti; 147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi haqqında qeyd. Maddə 147.6. Tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Maddə 148.1. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Maddə 148.2. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda.

Maddə 148.3. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda, o, təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror tərəfindən aşağıdakı hallarda tutula bilər: 148.3.1. hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə; 148.3.2. daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda; 148.3.3. şəxsiyyəti müəyyən edilmədikdə. Maddə 148.4. Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Maddə 148.5. Cinayət törətməkdə şübhəli olduğu üçün tutulmuş şəxsin müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Maddə 153.1. Cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Maddə 153.2. Tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları aşağıdakıları etməlidirlər: 153.2.1. tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək; 153.2.2. tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirmək, tutulma faktını qeydə almaq, protokollaşdırmaq və onu tutulma protokolu ilə tanış etmək; 153.2.3. hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermək (bu məlumat yazılı və tutulma anından sonra 12 saat müddətində verilir); 153.2.4. tutulmadan dərhal sonra şəxsin tutulması barədə xəbər vermək hüququnu təmin etmək (qocaların, yetkinlik yaşına çatmayanların və psixi vəziyyətinə görə imkanı olmayan tutulmuş şəxslərin ailə üzvlərinə müvəqqəti saxlama yerlərinin müdiriyyəti öz təşəbbüsü ilə xəbər verir); 153.2.5. şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaratmaq; 153.2.6. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq; 153.2.7. tutulmuş şəxsin maddi vəziyyəti öz hesabına vəkil tutmağa imkan vermədikdə, ona dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı yaratmaq; 153.2.8. tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur); 153.2.9. cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin tərcüməçinin xidmətindən pulsuz istifadə etmək hüququnu təmin etmək; 153.2.10. tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamaq, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlilliyi olan şəxslərə isə xüsusi diqqət yetirmək; 153.2.11. tutulmuş şəxsin barəsində həbs qətimkan tədbiri seçmək, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin həlli üçün bu Məcəllənin 148, 150-152-ci maddələrində nəzərdə tutulmuş müddətlərə riayət edilməsi məqsədi ilə tutulmuş şəxsi qabaqcadan məhkəməyə gətirmək;153.2.12. bu Məcəllənin 153.3-cü maddəsində nəzərdə tutulmuş hallarda tutulmuş şəxsi dərhal azad etmək. Maddə 204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. Maddə 204.2. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Belə məlumat məhkəmə baxışı zamanı verildikdə, həmçinin məhkəmə iclasında elan olunur. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir. Maddə 204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir. Maddə 204.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur. Maddə 204.5. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar. Maddə 204.6. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz. Maddə 207.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; Maddə 207.1.2. Zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Maddə 207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Maddə 207.5. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir: 207.5.1. cinayət işi başlamaq; 207.5.2. cinayət işinin başlanmasını rədd etmək; 207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək; 207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək. Maddə 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Maddə 236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır. Maddə 236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. Maddə 236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir.

Maddə 236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Maddə 236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir. Maddə 236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Maddə 236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Maddə 243.1. Axtarış və ya götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prposessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2- 177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Maddə 246.1. Müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Maddə 246.2. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: 246.2.1. şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; 246.2.2. təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; 246.2.3. axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Maddə 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Maddə 247.1. Axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; 247.1.9. axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub- olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. Maddə 247.2. Axtarış və ya götürmə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Maddə 247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Maddə 445.2. «X1» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qrarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyəli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyəli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Maddə 446.1.3. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaüya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. V.Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin iddia edilən pozuntusu

1. Tərəflərin gətirdiyi əsaslar A) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir qanuni əsas olmadan tutulmasını göstərməklə onlara qarşı Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14- cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin 1 -ci bəndinin pozuntusuna yol verildiyini göstərirlər. B) .İttiham tərəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanuni əsaslarla tutulduğunu göstərir və tutulmanın onların narkotiv vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həyata keçirilməsini qeyd edir.

2. Məhkəmənin qiymətləndirməsi İlk əvvəl işdəki sübutlara əsasən faktoloji hal olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Balakən RPŞ-də əməliyyatqeydiyyat işi açılmamış, buradan da onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı iddia edilən məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş, həmçinin Balakən RPŞ-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış heç bir qərar qəbul edilməmiş, hər hansı əməliyyat qrupu yaradılmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ehtimal etdiyi əməliyyat məlumatı ilə bağlı «X1» Azərbaycan Respublikası Qanununun 10cu maddəsində nəzərdə tutulmuş heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş və ya araşdırma aparılmamış, onların tutulması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmamış, istintaq orqanı tərəfindən də bu xüsusatlara heç bir hüquqi qiymət verilməmişdir. İş üzrə ehtimal edilən əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşuğ olması və bu xüsusda onların tutulması barədə hər hansı sübut (telefon danışıq məlumatları, müşahidə məlumatları, baxış keçirmə, videomüşahidə nəticəsində əldə edilmiş məlumatlar və sair) əldə edilməmişdir. Belə olan halda Balakən RPŞ-nin rəis müavinin məhkəmənin sorğusu əsasında təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda göstərilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulması məlumatı əsassızdır və həqiqətə uyğun deyildir. Digər tərəfdən o da qeyd olunmalıdır ki, «X1» Qanunda şəxsin tutulması əməliyyat-axtarış tədbiri kimi nəzərdə tutulmamışdır. Məhkəmə nəzərə çatdırır ki, şəxsin şübhəli şəxsin qismində tutulması Azərbaycan Respublikası CPM ilə tənzimlənir. Belə ki, şübhəli şəxsin tutulmasının və hüquqi əsasları və qaydası Azərbaycan Respublikası CPM-nin 147-148-ci maddələrində öz əksini tapmışdır. Qanun şübhəli şəxsin tutulmasının qanunvericilikdə dəqiq ifadə olunmuş əsaslar nəticəsində həyata keçirilməsini təsbit etmişdir. Ən əvvəl qanuna görə (CPM-nin 147.4-cü maddəsi) şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Qanunvericiliyə əsasən (CPM-nin 148-ci maddəsi) şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda, zərərçəkmiş şəxs, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə, həmçinin şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunquda ona qarşı tutulma tətbiq edilir. Eyni zamanda şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda o, hadisə yerindən qaçıb gizlənməyə, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərdikdə, daimi yaşayış yeri olmadıqda və ya başqa ərazidə yaşadıqda və şəxsiyyəti müəyyən edilmədikdə o, tutulmaya məruz qala bilər. Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində isə şəxsin tutulmasının (həbs olunmasının) tam əsasları göstərilmişdir və həmin əsaslardan kənar şəxsin həbsə məruz qalması Konvensiyasının 5-ci maddəsinin pozuntusu kimi qiymətləndirilir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin (c) yarımbəndində nəzərdə tutulmuş şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasını hüquq pozuntusunun törədilməsində əsaslı şübhə meyarı ilə əlaqələndirir. Belə ki, «Lukanov Bolqarıstana qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, hüquq pozuntusunun törədilməsində əsaslı olaraq şübhəli bilinən şəxsin tutulması və həbsi üçün 3 əsas mövcud olmalıdır: 1-si, həmin hüquq pozuntusu həbsin əsası kimi daxili hüquqda faktiki olaraq nəzərdə tutulmalıdır. 2-si, hüquq pozuntusunun törədlilməsində şübhəli bilinən şəxsin tutulması onun səlahiyyətli məhkəmə orqanı qarşısında durması məqsədilə həyata keçirilməlidir. 3-sü, hüquq pozuntusunun törədilməsi barədə şübhə əsaslı olmalıdır. «X13rşı» işdə Avropa Məhkəməsi xüsusi vurğulamışdır ki, şəxsin hüquq pozuntusu törətməsində şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhə şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulması və üstündə şəxsi axtarışın aparılması üçün polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması və üstündə şəxsi axtarışın aparılması qanunun tələblərinə uyğun olmadan qanun pozuntusu ilə həyata keçirildiyi üçün bu zaman onlardan həqiqətən də narkotik vasitənin «tapılması» da əsaslı şübhə yaradır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi ilə bağlı əsaslandırılmış məlumat olduğu təqdirdə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı əsasında onlar haqqında əməliyyat-qeydiyyat işi başlanmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalı idi. Həmçinin həmin əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat- qeydiyyat işində əks edilməli və sistemləşdirilməli idi («X1» Qanunun 15-ci maddəsinin İ və İİ hissələri). Eyni zamanda həmin əməliyyat məlumatı yoxlanmalı, bunun üçün əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmalı, bu fəaliyyət həmin orqanın rəhbərliyi tərəfindən sanksiyalaşdırılmalı,bu xüsusda əməliyyat qrupu yaradılmalı, bu məlumatla bağlı təxirəsalınmaz əməliyyat-tədbirləri həyata keçirilməli idi. Həmçinin həmin təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələri prokuror və məhkəmə nəzarətinin predmeti olmalı idi. «X1»Qanunun 11-ci maddəsində əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi əsasları olaraq 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları qeyd edilmişdir. Qanunvericiliyin tələbinə görə bu qərarlar, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı olmadan hər hansı əməliyyat-axtarış tədbirinin keçirilməsi qadağandır. İş materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində müvafiq qərar əsasında əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyataxtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onların qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat işinə daxil edilməmiş və onların barəsində əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat- qeydiyyat işində əks edilməmiş və sistemləşdirilməmişdir. Eyni zamanda onların barəsində səlahiyyətli əməliyyat-axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair heç bir qərarı olmamışdır. Bu xüsusda polis əməkdaşlarının əməliyyat- axtarış tədbirləri adı altında keçirilən hərəkətləri və onların nəticələri heç bir prokuror və məhkəmə nəzarətinin predmeti olmamışdır. Məhkəmənin əks nəticəyə gəlinməsi üçün ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində müvafiq əməliyyat-qeydiyyat işinin açılması və qeydiyyata alınması, əməliyyat məlumatı olmaqla həmin məlumatın əməliyyat-qeydiyyat işində əks olunması (qeydiyyata alınması) və həmin ehtimal olunan məlumatın yoxlanması üçün səlahiyyətli əməliyyat- axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın olmasını, bu qərarın və əməliyyat-axtarışın nəticələrinin prokuror və məhkəmə nəzarətinin predmeti olmasını və ümumiyyətlə bu məlumatın yoxlanmasını və yoxlama nəticəsində bu xüsusatla bağlı mötəbər sübutların əldə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da «X1» Qanunun 15-ci maddəsinin İ və İİ hissələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində ehtimal olunan məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün barələrində başlanmış cinayət işi olmamış, həmçinin onların narkotik vasitə əldə etməsi, daşıması və saxlaması, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi və ya törədən şəxs olmasında şübhəli olması barədə heç bir tutarlı əsas və faktlar mövcud olmamışdır. İşdəki sübutlara əsasən Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və saxlamasında şübhəli olması barədə raportunda verdiyi məlumat heç bir sübutla, etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə edilən məlumat olmaqla və ya digər əsaslı faktla əsaslandırılmamış və yalnız ehtimal xarakteri daşımışdır. Əməliyyat müvəkkilinin hansı cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən belə nəticəyə gəlməsi məlum deyildir. İşdə həmin məlumatın belə bir cinayət işinə, fakta, məlum, qərəzsiz və etimad doğuran mənbəyə istinadən verilməsi və əsaslı olması barədə heç bir mötəbər sübut yoxdur. İttiham orqanı tərəfindən də ehtimal edilən bu halla bağlı cinayət işinin, faktın, məlum, qərəzsiz və etimad doğuran mənbənin olması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-qeydiyyat işi olmadığından, səlahiyyətli əməliyyat-axtarış fəaliyyəti subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair sanksiyalaşdırılmış qərarı oldmadığından, iş üzrə hər hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət qanunu ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin təsdiqi ilə bağlı digər sübutlar (telefon danışıqlarına qulaq asılma, hərəkətlərinin müşahidəsi, baxış, müşahidə kamerasından götürülən videogörüntülər və sair) əldə olunmadığından, həmin təqsirləndirilən şəxslərin qanunsuz olaraq narkotik vasitələri satın almaqla əldə edib, daşıması və saxlaması ehtimalı bu xüsusda qanunda nəzərdə tutulmuş fakt və ya qərəzsiz və etimad doğuran mənbə hesab edilə bilməz. Göstərilənlər də «X1» Qanunun 11 -ci maddəsinin İV hissəsinin 1 və 3-cü bəndlərinə ziddir və onların pozuntusudur. Belə ki, qeyd olunduğu kimi, həmin qanun normalarında o cümlədən başlanmış cinayət işi olduqda və cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətili subyekti qərar qəbul edə bilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat heç bir sübuta və əsaslı fakta istinad olunmadığı və qanuni yolla əldə olunmuş sübutlarla (o cümlədən «X1» Qanunda nəzərdə tutulmuş və məhkəmə və prokuror nəzarəti qaydasında qanuniliyi təsdiq olunmuş sübutlarla) təsdiq olunmadığı halda onların tutulması və üstündə şəxsi axtarışın aparılması onların Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsində və Avropa Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun (aşağıda bu hal əsaslandırılacaqdır) və qanunda göstərilmiş sair hüquqlarının kobud pozuntusudur. Eynilə iş materiallarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması və üstündə şəxsi axtarışın aparılması üçün törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış və iş yerinin ünvanı, cinayətə münasibəti, məlumat aldığ mənbə və şəxsiyyətini təsdiq edən sənədi bəlli olan fiziki şəxsin yazılı və ya protokola daxil edilmiş və imzası ilə bilə-bilə yalandan xəbərçilik etmə məsuliyyəti barədə xəbərdarlıq edilməsi təsdiq olunan şifahi şəkildə verilən məlumatları, hüquqi şəxsin məlumatları, kütləvi informasiya vasitələrində dərc olunan məlumatlar olmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxsin imzaları olan protokol tərtib olunmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumat qeydə alınmamış, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlar verilməsi təqdirdə bu ərizəçinin izahatı alınmamış, əlavə sənədlər tələb edilməmiş və müvafiq prosessual hərəkətlər həyata keçirilməmişdir. Bu onu deməyə əsas verir ki, hazırki işdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aid törədilmiş və hazırlanan cinayət haqqında adı, soyadı, atasının adı, yaşayış yeri və sair məlumatları bilinən hər hansı fiziki və ya hüquqi şəxsdən məlumatlar alınmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması, polis şöbəsinə gətirilməsi və üstündə şəxsi axtarışın aparılması belə məlumatların yoxlanılmasının nəticəsi olaraq həyata keçirilməmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət-prosessual qanunvericiliyi qaydasında tutulması, polis bölməsinə gətirilməsi və üstündə şəxsi axtarışın aparılması üçün qanuni əsaslar mövcud olmamışdır. Yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 148.2ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin onlar tərəfindən törədilməsini birbaşa göstərməmiş, tutulmamışdan əvvəl onların bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunmamışdır. Eyni zamanda iş materiallarına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması üçün Azərbaycan Repsublikası CPM-nin 148.3-cü maddəsində göstərilən hallar da mövcud olmamış, onların cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar (əməliyyatqeydiyyat işində qeydə alınmış məlumatlar, hazırlanan və törədilmiş cinayətlər haqqında fiziki şəxsin şifahi və yazılı məlumatları, hüquqi şəxsin verdiyi məlumatlar, kütləvi informasiya vasitələrindən verilmiş məlumatlar, cinayət prosesini həyata keçirən orqanın bilavasitə aşkar etdiyi məlumatlar) qeydə alınmamış, onlar hər hansı hadisə yerindən qaçıb gizlənməmiş, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməmiş, daimi yaşayış yerinə malik olmuş və şəxsiyyətləri hüquq-mühafizə orqanlarına bəlli olmuşdur. X10 5-ci maddəsinin 1 -ci bəndinin (c) yarımbəndinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquq pozuntusunu törətməsində əsaslı şübhə olmamış, yəni onların güman edilən cinayətlə əlaqəsi olduğu obyektiv olaraq kənar müşahidəçini qane edəcək dərəcədə mövcud olan hər hansı faktlara və etibarlılığı şübhə doğurmayan informasiyaya əsaslanmamışdır. İşdəki sübutlardan aydın görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hələ şübhəli şəxs qismində prosessual statusu müəyyən olunmadan real olaraq CPM-də nəzərdə tutulmuş əsaslar olmadan tutulmuş, bu zaman onların tutulmasının səbəbi, şübhənin mahiyyəti, tutulmanın vaxtı və yeri göstərilməmiş və tutulma real olaraq sənədləşdirilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması, yəni fiziki azadlığının məhdudlaşdırılması və polis bölməsinə aparılması, tutulmanın sonradan polis şöbəsində müəyyən vaxt keçdikdən sonra qeydə alınması əslində onların tutulmasının vaxtı və yerinin, həmçinin şübhənin mahiyyətinin real olaraq düzgün qeydə alınmamasını göstərir. Bu da faktdır ki, onların tutulmasının səbəbi, şübhənin mahiyyəti, tutulma yeri və vaxtı göstərilməməklə faktiki tutulması sənədləşdirilməmiş və müvafiq qaydada qeydə alınmamış, bu zaman onların prosessual hüquqları izah edilməmiş və onların həyata keçirilməsinə şərait yaradılmamışdır. Bu xüsusda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 prosessual statusu müəyyən edilmədən bir müddət əsassız saxlanılmaqla, onların tutulmasını həyata keçirən orqana münasibətdə olduqca əlverişsiz vəziyyətə salınmışlar. Bu xüsusda qeyd edilməlidir ki, tutulma ilə həbs edilmə eyni mahiyyət daşıyır və şəxsin azadlığının məhdudlaşdırılmasını özündə ehtiva edir. Tutulmanın vaxtı ilə bağlı daxili hüquqla Avropa Konvensiyasının 5-ci maddəsi arasında müyyən ziddiyyət olmuş, lakin Azərbaycan Respublikasının 04 noyabr 2015-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası CPM-nə dəyişiklik edilməklə, bu hal müəyyən qədər aradan qalxmışdır. Belə ki, Avropa Məhkəməsinin Avropa Konvensiyasının 5-ci maddəsi ilə bağlı presedentləri tutulmanı, həbsə almanı o cümlədən şəxsin konkret olaraq polisin nəzarəti altına keçməsi, bu zaman onun hərəkət sərbəstliyinin məhdudlaşdırılması vaxtı ilə bağlayırsa, Azərbaycan Respublikası CPM-də əvvəl tutulmanın və həbsin vaxtı cinayət prosesini həyata keçirən orqanın-təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin onun barəsində müvafiq qanuni əsaslar olduqda tutulma və həbs barədə protokol tərtib edilməsi və ya prosessual qərarın çıxarılması ilə şərtləndirilirdi. Lakin 04 noyabr 2015-ci il tarixli Qanunla CPM-də müvafiq dəyişiklik edilmiş, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir. Məhkəmə nəzərə çatdırır ki, Avropa Konvensiyası tutulma, həbs və azadlıqdan məhrum etmə anlayışlarına eyni məna verirsə, milli qanunvericilikdə xarakteri və prosessual əsasları müxtəlif olmaqla, bu anlayışlar eyni məna daşımır. Bununla bağlı milli qanun normaları yuxarıda göstərilmişdir. Ancaq hər bir halda Avropa Konvensiyası Azərbaycan Respublikasının qoşulduğu dövlətlərarası müqavilə olduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 151 -ci maddəsinə əsasən o, Azərbaycan Respublikası CPM-dən daha üstün hüquqi qüvvəyə malikdir və onlar arasında ziddiyyət olduqda Avropa Konvensiyasının normaları tətbiq olunmalıdır. Avropa Məhkəməsi özünün qərarlarında dəfələrlə bildirmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyasının normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5- ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir. Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərk edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X3rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Avropa Konvensiyası tutulan şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsini tələb edir və əks halı Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin pozuntusu kimi qiymətləndirir. Hazırki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki tutulan zaman (polis əməkdaşlarının ifadələrinə görə 13 avqust 2022-ci il tarixdə saatı və dəqiqəsi bilinməyən vaxtda, təqsirləndirilən şəxslərin məhkəmədə bildirdiyinə görə 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində) hansı saatda, dəqiqədə və yerdə, hansı əsasa və şübhəyə görə və hansı məqsədlər üçün polis əməkdaşları tərəfindən tutulması sənədləşdirilməmişdir. Halbuki qanunun tələbinə görə tutulmanın dərhal sənədləşdirilməsi, bu zaman onun vaxtının, yerinin, hansı məqsədlər üçün və hansı şübhə və əsaslarla həyata keçirilməsinin qeyd edilməsi mütləq vacibdir. Bu, şəxsin onun tutulmasını aparan orqanın özbaşınalığından qorunma vasitəsi olmaqla, həm də tutulmuş şəxsin hüquqlarının həyata keçirilməsi üçün bir başlanğıc məqamdır. Qeyd edildiyi kimi, Avropa Konvensiyasının 5-ci maddəsinin 1 -ci bəndində şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququna təminat verilməklə, a)-f) yarımbəndlərində hər kəsin qanunla müəyyən olunmuş hallarda və qaydada azadlıqdan məhrum edilməsi (tutulması və ya həbsə alınması) üçün nəzərdə tutulan halların tam siyahısı göstərilmişdir. Konvensiyanın 5-ci maddəsinin 1 -ci bəndinin c) yarımbəndində şəxsin azadlıqdan məhrum edilməsi (o cümlədən həbs edilməsi) üçün hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin tutulması və ya həbsə alınması əsası qeyd edilmişdir. Avropa Konvensiyasının 2,3,4 və 5ci bəndlərində isə tutulmuş şəxsin hüquqları göstərilir ki, həmin hüquqlara da tam təminat verilməklə, bu təminatın məhkəmə nəzarəti təsbit edilir. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 9-cu maddəsində də birbaşa qeyd olunur ki, heç kim qanunsuz həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslara və prosedurlara uyğun olmayan qaydada azadlıqdan məhrum edilə bilməz. Bu hallardan kənara çıxmalar təbii ki, Avropa Konvensiyasının 5-ci maddəsinin pozuntusunu təşkil edir. Anqelova Bolqarıstana qarşı işdə Avropa Məhkəməsi ərizəçinin oğlunun faktiki həbs olunma vaxtı, yeri və əsasları sənədləşdirilmədiyi üçün, ona münasibətdə Avropa Konvesiyasının 5-ci maddəsinin 1 -ci bəndinin pozuntusunu qeyd etmişdir. Eyni hal Şimovolos Rusiya Federasiyasına qarşı və Navalnıy Rusiya Federasiyasına qarşı işlər üzrə qərarlarda da qeyd edilmişdir. Hazırki işin hallarına Avropa Konvensiyasının 5-ci maddəsi və Avropa Məhkəməsinin Anqelova Bolqarıstana qarşı, Şimovolos Rusiya Federasiyasına qarşı və Navalnıy Rusiya Federasiyasına qarşı işlər üzrə göstərilən presedentləri işığında qiymət verən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki tutulan zaman, yəni azadlıqlarının faktiki məhdudlaşdırıldığı vaxtdan həbsi dərhal sənədləşdirilmədiyindən, müvafiq qaydada onların tutulmasının vaxtı, yeri, məqsədləri, şübhənin mahiyyəti və əsasları qeyd edilmədiyindən, onlara münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsi və Avropa Kovensiyasının 5ci maddəsinin 1 -ci bəndi pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki qanunsuz həbsinin yeri, vaxtı və şübhənin mahiyyəti qeyd edilməməklə faktiki tutulduğu vaxtdan onların polis şöbəsində tutulması ilə bağlı protokollar tərtib olunduğu vaxtadək bir müddət ərzində hansı statusda tutulması (həbs olunması) və nəyə görə həbsdə saxlanması aydın olmamış, tutulan (həbs olunan) şəxs kimi onların hüquqları təmin olunmamış, onların azadlıq hüququna qanunsuz və əsassız müdaxilə baş vermişdir. Bu da şəxsin azadlıq hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14-cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin mənası və məqsədləri ilə bir araya sığmayan faktoloji haldır. Bu hal da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin, Azərbaycan Respublikası CPM-nin 14cü maddəsinin və Avropa Konvensiyasının 5-ci maddəsinin 1 -ci bəndinin pozuntusunun müəyyən edilməsinə tam əsas verir. Bu pozuntular eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusuna da şərait yaratmışdır. Vİ Avropa Konvensiyasının 6-cı maddəsinin iddia edilən pozuntusu

1. Tərəflərin gətirdiyi əsaslar Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların üstündə «tapılmış» narkotik maddələrin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişlər. Onlar eyni zamanda həbs edilən zaman onların üstündə dərhal axtarış və götürmənin aparıldığını, lakin bunun sənədləşdirilmədiyini, həmin axtarış aparılan zaman üstlərində heç bir narkotik vasitənin tapılmadığını, Balakən RPŞ-də bir neçə saat saxlandıqdan sonra polis şöbəsində formal axtarışa məruz qaldıqlarını, polis əməkdaşlarının ciblərinə qoyduğu narkotik vasitənin üstlərində «tapıldığını», polis əməkdaşlarının həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 almalarını bildirmələrini tələb etməsini, əks halda külli miqdarda narkotik maddələrin saxlanmasına görə cinayət məsuliyyətinə cəlb ediləcəkləri ilə hədələdiklərini və onlara təzyiq etdiklərini, polis əməkdaşlarının fiziki və psixi təzyiqləri nəticəsindlə ibtidai istintaqda düzgün ifadə vermədiklərini, əslində Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə almadıqlarını, üstlərində «tapılan» narkotik vasitələrin polis tərəfindən ciblərinə qoyulduğunu, üstlərində axtarış aparılacağı barədə onlara heç bir məlumatın verilmədiyini, onların hüquq və vəzifələrinin izah edilmədiyini və bir çox prosessual hüquqlarının pozulduğunu qeyd etmişlər. İttiham tərəfi təqsirləndirilən şəxslərin cibinə heç bir narkotik vasitə qoyulmadığını və onlara münasibətdə ibtidai araşdırmanın tam qanuni aparıldığını bildirmişdir. 2.Məhkəmənin bu xüsusatları Avropa Məhkəməsinin presedentlərinə istinad etməklə qiymətləndirməsi Məhkəmə qeyd edir ki, baxılan işdə təqsirləndirilən şəxslər tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ədalətli məhkəmə araşdırması hüququnun pozulması haqqında məsələ qaldırıldığından və bu, təqsirləndirilən şəxslərin üstündə tapılmış narkotik vasitənin polis əməkdaşları tərəfindən ciblərinə qoyulması, tutulandan dərhal sonra üstlərində axtarış aparılmasına baxmayaraq bunun qeydə alınmaması, prosessul hüquqlarının pozulması və onların CM-nin 234.1-ci maddəsilə ittihamı üçün sübutlar bazasının qanunsuz yolla yaradılması ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan, məhkəmə bu məsələnin həlli ilə bağlı Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı (22062/07 nömrəli iş üzrə 10 aprel 2014-cü il tarixli qərar) və Sakit Zayidov Azərbaycana qarşı (51164/07 nömrəli iş üzrə 12 noyabr 2015-ci il tarixli qərar) qərarlarına istinad etməyi zəruri hesab edir. Belə ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dar cinayt işi ilə Tacir Layıcov və Sakit Zayidovun işləri arasında olan bənzərlik həmin presedentlərin hazırki işə tətbiqini şərtləndirir. A) Tacir Layıcov Azərbaycana qarşı olan işdə Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Avropa Məhkəməsi həmin qərarında Tacir Layıcova qarşı Avropa Konvensiyasının 3cü maddəsinin (işgəncəyə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qalmamaq hüququ) və 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu müəyyən etmişdir. Həmin işin Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusunun müəyyən edilməsi hissəsində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 19-cu maddəsinə görə onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərinə götürdükləri öhdəliklərinə əmələ etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmuşdursa, Məhkəmənin funksiyası deyil (bax: Şenk İsveçrəyə qarşı iş). Buna görə prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verməli olan sual bütünlüklə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmamasıdır. Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, prosesin bütünlüklə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: «Xan» işi, 35 və 37-ci bəndlər). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha çox əhəmiyyət kəsb etmiş olur (bax «Allan» işi, Bıkov Rusiyaya qarşı iş). Qeyd olunan standartları hazırki işə tətbiq edən Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin əvvəldən təqsirləndirildiyi üç cinayətdən ikisi üzrə ittiham sonradan bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə əlaqədar yerli məhkəmələr tərəfindən rədd edilmiş və ərizəçi sonda qanunsuz narkotik saxlamağa görə məhkum edilmişdir. Onun barəsində ittiham hökmü yalnız maddi sübuta, yəni polis tərəfindən 2005ci il 17 martda həyata keçirilmiş axtarış nəticəsində onun üzərində və avtomobilində tapılmış narkotik maddəyə əsasən çıxarılmışdır. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır («Bıkov» işi və Lisica Xorvatiyaya qarşı iş). Həmin iş üzrə birinci məsələ ilə bağlı Avropa Məhkəməsi bir sıra çatışmazlıqlar üzə çıxarmışdır. Belə ki, Məhkəmə bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə bundan əlavə qeyd etmişdir ki, istintaq orqanları ölkədə keçirilmiş məhkəmə prosesləri zamanı ərizəçinin və onun avtomobilinin axtarışının videoçəkilişinin surətini təqdim etməmiş və Hökumətdən açıq şəkildə xahiş edilsə də, o, sözügedən videoçəkilişin surətini Məhkəməyə təqdim etməmişdir. Hər bir halda hazırki işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyildir. İkincisi, məhkəmə hazırki işdə ərizəçinin 2005-i il 17 martda polis tərəfindən həbs olunduğu və polisdə saxlandığı zaman, yəni polis tərəfindən üzərində axtarışın aparıldığı və ona qarşı sübut kimi çıxış etmiş narkotik maddənin tapıldığı vaxt pis rəftara məruz qaldığını artıq müəyyn etmişdir. Üçüncüsü, məhkəmə qeyd etmişdir ki, sonralar yerli məhkəmələr tərəfindən də müəyyən edildiyi kimi, ərizəçinin 2005-i il 17 martda həbsi sənədləşdirilməmiş və o, bir gün qanunsuz olaraq polis idarəsində saxlanmışdır. İkinci məsələyə gəlincə, Məhkəmə qeyd etmişdir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Məhkəmə bununla bağlı həmçinin qeyd etmişdir ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il 22 dekabr tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il 17 mart tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənini ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağa apellyasiya məhkəmələrindən xahiş etməsinə baxmayaraq, Apellyasiya Məhkəməsi 2006cı il 22 dekabr tarixli qərarında bu məsələyə toxunmamışdır. Bu işlə bağlı Avropa Məhkəməsi daha sonra bildirmişdir: «Hər bir halda ərizəçinin sübutun mötəbərliyi və ondan ölkə məhkəmələri tərəfindən istifadə edilməsi ilə bağlı şikayətlərinə ölkə məhkəmələri tərəfindən onun barəsində sözü gedən bu sübut əsasında ittiham hökmü çıxarılan zaman baxılmasının səbəblərinə ölkə məhkəmələri və ya Hökumət tərəfindən hər hansı izah verilməmişdir. Buna görə də Məhkəmə ərizəçiyə sübutun mötəbərliyini təkzib etməsi və ondan ölkə məhkəmələrində istifadəyə etiraz etməsi üçün imkan yaradılmadığı nəticəsinə gəlməyə gilməz. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, hesab edir, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir». B) Zakit Zayidov Azərbaycana qarşı iş üzrə Avropa Məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə Hazırki işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi nəticədə Cinayət Məcəllənin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsilə məhkum olunmuşdur. Ərizəçinin ittiham olunduğu əməldə təqsirli olması yalnız 23 iyun 2006-cı ildə keçirilən şəxsi axtarış zamanı onun üstündə tapılmış maddi sübuta (narkotik vasitə) əsasən müəyyən olunmuşdur. Hansı ki, həmin maddi sübut olmadığı halda, belə nəticəyə gəlmək qeyri-mümkün idi. Belə olan halda, Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmışdır. Araşdırılan birinci məsələ ilə bağlı Məhkəmə vurğulamışdır ki, tərəflər arasında mübahisə doğurmur ki, ərizəçinin şəxsi axtarışı onun 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulmasından dərhal sonra keçirilməmişdir. Həmin axtarış 23 iyun 2006-cı il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində 23 iyun 2006-cı il tarixdə, saat 19.20-də keçirilmişdir. Həbslə axtarış arasında təxminən 20 dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Daha sonra məhkəmə qeyd etmişdir ki, ərizəçi tərəfindən birbaşa vəsatət verilməsinə baxmayaraq, milli məhkəmələr axtarışın video çəkilişini tədqiq etməkdən imtina etmişlər. Bundan əlavə, Hökümət Məhkəmənin soruğusuna baxmayaraq, bu videoçəkilişin surətini təqdim etməmişdir. Məhkəmə o halı da nəzərdən qaçıra bilməz ki, polis əməkdaşları ərizəçinin tutulmasını dərhal sənədləşdirməmişlər. O cümlədən tərəflər ərizəçinin polis əməkdaşları tərəfindən 23 iyun 2006-cı il tarixdə, saat 19-da tutulması faktını mübahisələndirməsələr də, tutulma protokolu 23 iyun 2006-cı il tarixə, saat 22.50-ə qədər tərtib olunmamışdı. Bundan əlavə, deyəsən, tutulma və DİN BNMİ-də axtarış zamanı ərizəçi müdafiəçi ilə təmin olunmamışdır. Qeyd edilənlərə əsasən Avropa Məhkəməsi belə hesab etmişdir ki, ərizəçinin təqsirli bilinməsi üçün milli məhkəmələrin gəldiyi nəticənin əsasında duran maddi sübutun keyfiyyəti şübhəldir. Belə ki, onun əldə edilməsi üsulu onun mötəbərliliyini şübhə altında qoyur. İkinci məsələ ilə bağlı Məhkəmə qeyd etmişdir ki, ərizəçi maddi sübutun mötəbərliyini və onun istifadə edilməsini bütün milli məhkəmələrdə qaldırmışdır. Bununla bağlı Məhkəmə nəzərə çatdırmışdır ki, ərizəçinin konkret şikayətinin olmasına baxmayaraq, 23 iyun 2006-cı il tarixdə keçirilən axtarış zamanı əldə edilmiş sübutun istifadəsi məsələsi qulaqardına vurulmuşdur. Xüsusilə onlar, nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə həyata keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar. Milli məhkəmələr heç ərizəçinin yuxarıda göstərilən şikayətinə baxmamaqla, o qərara gəlməklə kifayətlənmişlər ki, onun cibinə narkotik vasitənin qoyulması barədə ərizəçinin bildirdikləri özünü müdafiə xarakteri daşıyır və məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlməyə bilməz ki, ərizəçiyə bu məsələnin qaldırılması üçün imkan yaradılmamışdır. Belə ki, onun bununla bağlı şikayətlərini ölkə məhkəmələri heç bir səbəb göstərmədən araşdırmamışlar. Məhkəmə daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. C) Avropa Məhkəməsinin Tacir Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə presedentlərinin hazırki işə tətbiqi. Məhkəmə tərəfindən bu xüsusda işin hallarının milli və beynəlxalq qanunvericiliyin və həmin presedentlərin tələbinə əsasən qiymətləndirilməsi. İlk əvvəl məhkəmə onu qeyd edir ki, Avropa Məhkəməsinin bəzi presedentlərinə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də (hazırki işdə ibtidai araşdırma mərhələsinə) tətbiq oluna bilər. Belə ki, Salduz Türkiyəyə qarşı işdə (27 noyabr 2008-ci il tarixli qərar) Avropa Məhkəməsi belə bir hüquq mövqe formalaşdırmışdır ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi «cinayət məsuliyyəti»ni müəyyən etmək üçün səlahiyyəti olan «məhkəmə» tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu həmin maddənin məhkəməyəqədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Avropa Məhkəməsi Tacir Layıcov və Sakit Zayidovun işləri üzrə qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsində göstərilən təminatları işin məhkəməyəqədərki mərhələsinə aid etmiş və bunun əsası kimi Salduz Türkiyəyə qarşı işə istinad etmişdir. Layıcov Azərbaycana qarşı və Sakit Zayidov Azərbaycana qarşı işlər üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən olunan standartları hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, bu işdə də iki məsələ:birincisi, sübutun, yəni 13 avqust 2022-ci il tarixli şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «tapılan» narkotik vasitə olan qurudulmuş marixuanalardan ibarət maddi sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edilmə şəraitinin onların mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığı, ikincisi, sübutlanı mötəbərliyini təkzib etmək və ölkədaxili proseslərdə onlardan istifadəyə etiraz etmək üçün təqsirləndirilən şəxslərə imkan verilib-verilmədiyi məsələsi araşdırılacaqdır. İşin hallarına hüquqi qiymət verən məhkəmə birinci məsələ ilə bağlı qeyd edir ki, bir sıra çatışmazlıqlar və qanun pozuntuları olmuş və bunlar həmin maddi sübutların mötəbərliyinə əsaslı kölgə salmışdır.

Belə ki, ittiham tərəfi ilə müdafiə tərəfi arasında mübahisə doğurmur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində videogörüntülər əsasında şəxsi axtarış onların tutulmasından (həbsindən), yəni polis əməkdaşlarının bildirdiyinə görə onların 13 avqust 2022-ci il tarixdə saatı bilinməyən vaxtda Balakən şəhəri H.Əliyev prospektində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid8 məhkəmədə verdikləri ifadələrə görə 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Püştətala kəndində tutulmasından dərhal sonra həyata keçirilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid8 məhkəmədə verdikləri ifadələrə görə 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Püştətala kəndində Təqsirləndirilən şəxs3 evində olan zaman polis əməkdaşları evə baxışı həyata keçirdikdən sonra o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparmış, lakin həmin şəxslərin üzərində heç bir narkotik vasitə aşkarlanmamışdır. Lakin polis əməkdaşları həmin şəxsi axtarışı rəsmiləşdirməmişlər. Eyni zamanda tərəflər arasında o da mübahisələndirilmir ki, polis əməkdaşlarına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduğu Balakən şəhəri H.Əliyev prospektindən Balakən RPŞ-yə təxminən 1015 dəqiqəlik məsafə, həmçinin təqsirləndirilən şəxslərin bildirdiyinə görə onların tutulduğu Balakən rayonu Püştətala kəndindən polis şöbəsinə təxminən 30 dəqiqəlik məsafə vardır. Onlar müvafiq olaraq təxminən bu müddət ərzində Püştətala kəndindən polis şöbəsinə aparılmış və orada bir neçə saat polis əməkdaşlarının otaqlarında saxlanılmışlar. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədəki ifadələrində onlar polis şöbəsinə gətirildikdən sonra bir neçə saat tanımadığı polis əməkdaşının ayrı-ayrı otaqlarında saxlandığı, orada onlara qarşı zor tətbiq olunduğu, ciblərinə narkotik vasitə qoyulduğu, həmin narkotik vasitələrin Təqsirləndirilən şəxs1 aldıqlarını demələrini, əks təqdirdə onların narkotik vasitələrin külli miqdarda saxlanması ilə cinayət məsuliyətinə cəlb olunacaqları ilə hədələndiyini və məcburiyyət qarşısında qalıb narkotik vasitələrin onlara məxsus olmasını və onları Təqsirləndirilən şəxs1 satın aldıqlarını boynuna götürdüklərini, sonra üstlərinə guya şəxsi axtarışın keçirildiyini göstərmişlər.Polis əməkdaşları isə məhkəmə iclasında verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 13 avqust 2022-ci il tarixdə saatı göstərilməyən vaxt Balakən şəhəri H.Əliyev prospektində tutularaq Balakən RPŞ-nin inzibati binasına təqribən 10-15 dəqiqə ərzində aparıldığını qeyd etmişlər. İşdə olan şübhəli şəxsi tutma protokollarında Təqsirləndirilən şəxs2 13 avqust 2022-ci il tarixdə saat 02.35-də, Təqsirləndirilən şəxs3 isə 13 avqust 2022-ci il tarixdə saat 03.55-də şübhəli şəxs qismində tutulduğu, işdə olan şəxsi axtarış protokollarında isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarışın 13 avqust 2022-ci il tarixdə saat 02.45-dən saat 03.25-dək müddətdə, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarışın isə 13 avqust 2022-ci il tarixdə saat 04.05dən saat 04.35-dək həyata keçirildiyi göstərilir. Buradan belə nəticə çıxır ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulması ilə üstündə həyata keçirilən şəxsi axtarış arasında müəyyən vaxt, təxminən bir neçə saat vaxt keçmişdir. İttiham tərəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 faktiki tutulmasından onların üstündə şəxsi axtarış aparılmasınadək dəqiq nə qədər vaxt keçdiyi barədə məhkəməyə hər hansı fakt və sübut təqdim etməmiş, eyni zamanda həmin tutulmanın hansı əsaslarla, harada və nə vaxt həyata keçirilməsi barədə videoçəkiliş aparılmamış və həmin videogörüntülər məhkəməyə təqdim edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 real həbsi ilə şəxsi axtarışları arasında olan bu vaxt boşluğu onlarda «tapılan» maddi sübutların təqsirləndirilən şəxslərin cibinə «qoyulması» və onların polis əməkdaşlarının təsiri nəticəsində iradə ifadələrinin əksinə olaraq həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 satın alması barədə düzgün olmayan məlumatlar və ifadələr verməsinin mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar yaradır. Belə ki, bu vaxt, yəni ittihama görə istər onların Balakən şəhəri H.Əliyev prospektində, istərsə də müdafiə tərəfinə görə Balakən rayonu Püştətala kəndində tutulub Balakən RPŞ-nin inzibati binasına gətirilməsindən sonra və polis şöbəsində saxlanması zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tamamilə polisin nəzarəti altında olmuşlar. Digər tərəfdən təqsirləndirilən şəxslərin və Şahid8 məhkəmdəki ifadələrinə onlar 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində faktiki polis əməkdaşları tərəfindən şəxsi axtarışa məruz qalmış, lakin üstlərində heç bir narkotik vasitə aşkarlanmamışdır. Bu narkotik vasitələrin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis şöbəsində olarkən onların üstündə «tapılması», həmin narkotik vasitələrin onların cibinə polis şöbəsində olarkən qoyulması mümkünlüyü barədə şübhələri daha da əsaslı edir və həmin maddi sübutların mötəbrliliyini və onlara əsaslanan digər sübutların mötəbərliyini heçə endirir. Bunda əlavə, işdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərində videogörüntü aparılmaqla şəxsi axtarışın onların azadlığının faktiki məhdudlaşdlırılmasından, yəni həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Heç şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, onların qaçması, bunun həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılmış maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar və s.) aiddir. Hər halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində əməliyyat hazırlayan polis əməkdaşları onların tutulmasını həyata keçirən zaman, onların üzərində şəxsi axtarışın həyata keçirilməsi üçün müvafiq hazırlıq işləri görməli, yəni axtarışın həmin ərazidə keçirildiyi yeri müəyyən etməli, videoçəkiliş təşkil etməli və yaxud videoçəkiliş olmadığı halında hal şahidlərini cəlb etməli, təqsirləndirilən şəxslərin prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsinə şərait yaratmalıydılar. Lakin bunlar həmin vaxt edilməmişdir. İttiham tərəfi də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Balakən şəhərində və ya Balakən rayonu Püştətala kəndində tutulan zaman onların üstündə axtarışın dərhal həyata keçirilməsini və ya təqsirləndirilən şəxslərin və Şahid8 məhkəmədəki ifadələrinə görə onların üzərində 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində aparılan şəxsi axtarışın rəsmiləşdirilməsini mümkünsüz edən halların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 real həbs olunma vaxtı və yeri, eyni zamanda şübhənin mahiyyəti və əsasları göstərilməməklə onların faktiki tutulması sənədləşdirməmiş və onların azadlıq hüququ pozulmuş, həmçinin bu hal da onların ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına və üstlərində qanunsuz axtarışın keçirilməsinə şərait yaratmışdır. Məhkəmə hazırki işlə bağlı yuxarıda göstərilən xüsusda onu da qeyd edir ki, Balakən şəhəri H.Əliyev prospektində (ittiham tərəfinin şahidlərinin bildirdiyinə görə)və yaxud Balakən rayonu Püştətala kəndində (təqsirləndirilən şəxslərin və Şahid8 məhkəmə verdiyi ifadələrə görə ) tutulan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin olunmamış, öz müdafiəsini hazırlamaq üçün onlara şərait yaradılmamış, onlara müdafiəçiləri ilə təklikdə görüşmək və müdafiə taktikası hazırlamaq imkanı verilməmişdir. Halbuki tutulduğu vaxtdan seçdiyi müdafiəçiyə malik olmaq, bu zaman keyfiyyətli hüquqi yardım almaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkana malik olmaq və müdafiə taktikasını hazırlamaq üçün görüşlərinin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçi ilə görüş imkanlarına, o, cümlədən konfidensial görüş imkanlarına malik olmaq onların hüququdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü yarımbəndində cinayət törətməkdə ittiham olunan hər kəsin şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək hüququ təsbit edilmişdir. Mayzit Rusiyaya qarşı işdə (20 yanvar 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3 «c» yarımbəndində təsbit olunmuş hüququn məqsədi müdafiə tərəfini adekvat təqdim etməkdən ibarətdir. Bulut Avstriyaya qarşı (22 fevral 1996-cı il tarixli iş üzrə qərar), həmçinin Popov Rusiyaya qarşı (13 sentyabr 2006-cı il tarixli iş üzrə qərar) işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki, çəkişmə prinsipi baxımından bu müddəanın məqsədi təqsirləndirilən şəxsə qarşı tərəflə müqayisədə onu əlverişsiz vəziyyətə qoymayan şərtlərlə öz müdafiəsini qura bilməsi üçün ağlabatan imkan verməkdir. Puatrimol Fransaya qarşı işdə (23 noyabr 1993-cü il tarixli qərar) Avropa Məhkəməsi öz hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edir. Avropa Məhkəməsi Pisalnikov Rusiyaya qarşı işdə (24 sentyabr 2009-cu il tarixli qərar) nəzərə çatdırmışdır ki, tələb olunan hüquqdan imtina təkcə könüllü deyil, eyni zamanda bilikli və şüurlu olmalıdır. Ədalətli məhkəmə araşdırılmasının anlayışını təşkil edən fundamental hüquqlardan biri olaraq və Konvensiyanın 6-cı maddəsinin təminatlarının səmərəliliyini təmin edən müdafiəçiyə malik olmaq hüququ bilikli və şüurlu imtina standartlarının xüsusi mühafizəsini tələb edən hüquqların vacib nümunəsidir. «Dayanan» Türkiyəyə qarşı iş üzrə Avropa Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilir ki, məhkəmənin qəbul etdiyi və özünün presedent hüququnun əsaslandığı hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının vurğuladığı kimi, təqsirləndirilən şəxs məruz qaldığı dindirmələrdən asılı olmadan, tutulduğu andan vəkilin yardımından istifadə edə bilməlidir. Həqiqətən prosesin ədalətliliyi tələb edir ki, təqsirləndirilən şəxs məsləhətə xas olan bütün geniş imkanlardan istifadə edə bilsin. Bununla bağlı işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirmələrin hazırlanması, narahatlıq içində olan təqsirləndirilən şəxsə dəstək olması və həbsin şərtlərinə nəzarət olunması vəkilin sərbəst keçirməli olduğu müdafiənin fundamental elementlərini təşkil edir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduğu andan vəkilin yardımından istifadə edə bilməmiş, işinin müzakirəsi, müdafiənin təşkili, onların xeyrinə sübutların toplanması, dindirmələrin hazırlanması, polisdə keçirilməsi göstərilən şəxsi axtarışda necə iştirak etmələri və onları gözləyən hüquqi risklərdən necə müdafiə olunmaları ilə bağlı müdafiəçilərin hüquqi məsləhətlərindən yararlana bilməmiş, narahatlıq içində olan şəxs kimi onlara çox vacib olan hüquqi və mənəvi dəstəyi almamışlar. Bu da onların müdafiə hüquqlarının pozulmasına şərait yaratmışdır.

Belə ki, iş materiallarında olan 13 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmasının videogörüntüləri əks olunmuş 02 ədəd DVD diskinə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özünə qarşı ifadə verməmək hüququ izah edilməmiş, bu zaman onlarda «aşkar olunmuş» narkotik vasitə ilə bağlı ifadə alınmış, faktiki olaraq bu xüsusda ittihamın irəli sürülməsi üçün bu ifadə məlumatından istifadə edilmiş, eyni zamanda onların üstündəki narkotik vasitəni təqdim etməsi tələb edilməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu tələbə riayət etməklə onların əl-barmaq izlərinin həmin narkotik vasitələr olan kibrit qutularında qalacağı və onlara qarşı istifadə olunacağına şərait yaradılmış, müdafiəçilər də bu hallar barədə təhqiqatçıya iradını bildirməmiş, şübhəli şəxslərin özünə qarşı ifadə verməmək hüququna malik olması və «cibində olan» narkotik vasitənin özləri tərəfindən ciblərindən çıxarılması vəzifəsi daşımaması, bunun polis əməkdaşları tərəfindən edilməsi üçün heç bir qanuni tədbir görməmişlər. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiə hüququ pozulmuşdlur. Həmçinin qeyd edilməlidir ki, ümumiyyətlə ibtidai araşdırmada iştirak edən müdafiəçilər tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 səlahiyyətli əməliyyat-axtarış subyektinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı və əməliyyat-qeydiyyat işi olmadan, eyni zamanda hər hansı adı və yaşayış yeri bəlli olan fiziki şəxsin, hüquqi şəxsin, kütləvi informasiya vasitəsinin araşdırılmış məlumatı olmadan və şübhəli şəxs kimi tutulması üçün heç bir qanuni əsas olmadan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz tutulmasına hər hansı münasibət bildirilməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onların cibinə narkotik vasitəni polis əməkdaşlarının qoyduğunu bildirdiyi halda həmin polis əməkdaşların əllərində sözügedən narkotik vasitənin izlərinin aşkar olunması məqsədilə onların əllərinin tibbi tamponla yuyulmasının həyata keçirilməsi və nəticədə həmin tamponun narkotik vasitə ilə birlikdə məhkəmə fiziki- kimyəvi ekspertizasına göndərilməsi, eyni zamanda narkotik vasitələrin olduğu ehtimal edilən kibrit qutularında bu polis əməkdaşlarının əl-barmaq izlərinin aşkar olunması üçün həmin kibrit qutularında olan əl-barmaq izləri ilə bağlı məhkəmədaktilaskopik ekspertizasının keçirilməsi, həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Balakən şəhərində və ya digər ərazidə tutulmasını təsdiqi üçün ərazidə olan kamera görüntülərinin vaxtında götürülməsi, müdafiə tərəfinin şahidlərinin dindirilməsi üçün heç bir vəsatət verilməmiş, prosessual tədbirlər görməmiş, ibtidai istintaqda bu halların hərtərəfli, tam və obyektiv araşdırılması üçün heç bir təşəbbüs göstərilməmiş, 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokollarına bu məsələlərlə bağlı heç bir qeyd və etirazlar edilməmiş, qanunsuz tutulan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dərhal həbsdən azad edilməsi tələb edilməmiş və bu barədə heç bir etiraz və qeydin protokola daxil edilməsi tələb olunmamışdır. Əslində qeyd olunanlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçiləri ilə konfidensial ünsiyyət saxlamasına və prosessual hərəkətlərdən əvvəl, o cümlədən şəxsi axtarışdan əvvəl müdafiəçiləri ilə müdafiə taktikasının hazırlanmasına və müdafiəçilərin hüquqi yardımından yararlanmasına böyük şübhələr yaradır.

Müəyyən olunmuş bu hallar da şübhəsiz ki, tutulan və polis bölməsində saxlanılan vaxt, üstündə şəxsi axtarış adı altında tədbirlər keçirilən zaman, həmçinin işin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiə hüquqlarının kobud pozuntusunu, onların keyfiyyətli hüquq yardım almamalarını birbaşa göstərir. İşin faktiki hallarına həmin məhkəmə presedentlərinin tələbləri işığında qiymət verən məhkəmə belə qənaətə gəlir ki, faktiki olaraq tutulduğu vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə təmin edilməməklə, onlar digər tərəfə münasibətdə işinin ədalətli, tam və obyektiv araşdırılması ilə bağlı olduqca əlverişsiz vəziyyətə salınmış, bu hal onlara qarşı ittihamın əsasını təşkil edən maddi sübutun məhz həmin vaxt, yəni polisin tam nəzarətində olduğu və müdafiəçi ilə təmin olunmadığı vaxt «qoyulması» nı mümkün edən əsaslı şübhələr və narahatlıqlar ortaya qoymuşdur. Şəxsi axtarışlar da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçiləri ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, həmçinin həmin vaxt öz müdafiəsini hazırlamaq üçün imkan yaradılmamışdır. İşin halları onu deməyə əsas verir ki, şəxsi axtarışlar zamanı dövlət hesabına təyin olunmuş müdafiəçilər sadəcə olaraq polisin hərəkətlərinin müşahidəçisi roluna salınmışlar. Həmçinin şəxsi axtarışın videogörüntü əsasında dərhal Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutulduğu yerdə nəyə görə aparılmadığını müəyyən etmədən və ya işin faktiki hallarına əsasən 12 avqust 2022-ci il tarixdə saat 23 raədələrində şəxsi axtarışlar faktiki aparıldığı halda bunu müvafiq qaydada sənədləşdirmədən, tutulma və şəxsi axtarışın cinayət-prosessual qanunvericiliyin normalarına uyğun aparılıbaparılmadığına düzgün hüquqi qiymət vermədən, cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında və əmələ hüquqi qiymətin verilməsi haqqında 11 oktyabr 2022-ci il qərarında ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündən narkotik vasitə «tapılması» qeyd olunan 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokollarını, həmin şəxsi axtarışların videogörüntüləri ilə bağlı 02 ədəd dVd diskini, həmçinin bu hərəkətlər nəticəsində yaranmış digər əsasları, yəni şahid ifadələrini, ekspertiza rəylərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündə «tapılmış» narktik vasitə qurudulmuş marixuanaları sübutlar kimi tanımışdır. Həmin sübutların mötəbərliyinə böyük şübhələr olduğu halda, əldə edilməsi üsuluna görə şübhəli olan və bu səbəbdən mötəbər sayılmayan sübutların həmin şəxslərin təqsirli bilinməsinə yol verilmədiyini tələb edən qanunun tələbinə əməl etməyən ibtidai araşdırma orqanı həmin sübutlardan istifadə etməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş, onlara həmin maddə ilə ittiham vermişdir. Bununla da ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-nin tələblərini də pozmuşdur. Belə ki, qanuna görə cinayət prosesini həyata keçirən orqan cinayət təqibi üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırılması və onlara düzgün hüquqi qiymət verilməsi vəzifəsini daşıyır. Azərbaycan Respublikası CPM-nin 8.0.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaqdan ibarətdir. Azərbaycan Respublikası CPM-nin 85.2.1, 86.2.1 və 207-209-cu maddələrinə əsasən müstəntiq və təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifəsini daşıyır. Bu vəzifələr həmçinin həmin mərhələdə şəxsin işinin ədalətli aradırılması hüququnun təmin edilməsi zərurətindən doğur ki, təhqiqatçı və müstəntiq də ibtidai araşdırma mərhələsində həmin hüququ təmin etməmişlər. Eyni zamanda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də CPM-nin 84, 289-cu maddələrinin və sair aidiyyəti maddələrin tələbləri pozularaq, bu hallara müvafiq hüquqi qiymət verilməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırma mərhələsində ədalətli məhkəmə araşdırması hüququ təmin edilməmiş, onlara münasibətdə kobud qanun pozuntularına hüquqi qiymət verilməmişdir.

Məhkəmə hazırki işlə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündə «tapılmış» maddi sübutların onlara verilmiş ittihamın yeganə sübutu kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizələr təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ibtidai araşdırmada istifadə olunmuş maddi sübutların əldə edilməsi üsulu və bu sübutun mötəbərliliyi ilə bağlı onların prosessual hüquqlarının təmin olunmaması və qanunun tələbləri zərurətinə istintaq orqanı tərəfindən baxılmaması onlara münastibətdə bu məhkəməyəqədərki proseslərin bütünlüklə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Məhkəmə gəldiyi bu nəticəni həm də onunla əsaslandırır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və onlara qarşı ittihamın əsasını təşkil edən sübutlar cinayət-prosessual qanunvericiliyinin normalarının pozulması ilə əldə edilmişdir. Ona görə də bu konteksdə ittihamın təqdim etdiyi həmin sübutlara ayrı- ayrılıqda hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə tərəfindən işin faktoloji halları olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Püştətala kəndində, ittihamın iddia etdiyinə görə isə 13 avqust 2022-ci il tarixdə saatı bilinməyən vaxtda Balakən şəhəri H.Əliyev prospektində polis əməkdaşları tərəfindən tutularkən, onların prosessual statusu, yəni hansı qisimdə- şübhəli və ya təqsirləndirilən şəxs qismində və ya digər statusda tutulması, tutulmanın əsasları və halları müəyyən olunmamış, onlara tutulmanın əsasları barədə hər hansı məlumat verilməmiş, onların həmin vaxt tutulması sənədləşdirilməmiş, yəni tutulma faktı qeydə alınmamış, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən özünə və yaxın qohumalarına qarşı ifadə verməmək, tutulduğu andan müdafiəçinin yardımından istifadə etmək, tutulmadan dərhal sonra tutulmasını o cümlədən yaxın qohumlarına xəbər vermək hüququ izah edilməmiş, onların tutulma faktının qeydə alınmaq, tutulma sənədləri ilə tanış edilmək, tutulma barədə ailə üzvlərinə xəbər vermək, tutulduğu andan öz vəkili və qanun nümayəndələri ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəkili olmadıqla, onlara müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını almaq və seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək, maddi vəziyyəti imkan vermədikdə dövlət hesabına müvəqqəti saxlama yeri üzrə ərazidə yerləşən vəkil qurumlarına daxil olan növbətçi vəkillə görüşmək imkanı əldə etmək və ya vəkildən imtina etmək hüquqları pozulmuşdur. Hətta təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 13 avqust 2022-ci il tarixdə müvafiq olaraq saat 02.35 və 03.55-də tutulması haqqında yazılan protokollarda da onların hansı əsaslarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan əməli törətməsində şübhəli bilinərək tutulması hallarının (CPMnin 148.2.1-148.2-3 və 148.3.1-148.3.3-cü maddələri) olması göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2011-ci il 4 mart tarixli, 2 №-li qərarının 28-ci bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1 -ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah eldilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə edilmiş sübutların mümkünlüyü məsələsini Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolları və həmin axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs statusu müəyyən olunmamaqla qanunsuz tutulmasının və bir sıra prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasının nəticəsi olaraq və prosessal pozuntularla həyata həyata keçirildiyi üçün Azərbaycan CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna bilməz. Bu xüsusda Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələri axtarış və ya götürmə, o cümlədən şəxsi axtarış və götürmənin prosessual əsaslarını: bu hərəkətlərin keçirilməsi halları, şərtləri, qaydaları, ardıcıllığı və bu hərəkətin kimin qərarı əsasında aparılmasını, həmçinin bu hərəkətlər zamanı hansı sənədlərin tərtib olunması və həmin prosessual sənədlərdə hansı halların göstərilməli olması, bu prosessul hərəkətlərdə iştirak edən şəxslərin müvafiq hüquq və vəzifələrinin izah olunaraq, həmin hüquqların təmin olunmasını təsbit etmişdir. Bununla da qanun cinayət prosesi tərəfləri üçün bərabər imkanlar yaratmaq, həmçinin müdafiə tərəfini cinayət prosesini həyata keçirən orqanın mümkün özbaşınalığından qorumaq üçün əsas yaratmışdır. Axtarış və götürmə, o cümlədən şəxsi axtarış zamanı bu prosessual hüquqların pozulması, müdafiə tərəfinə öz hüquqlarının həyata keçirilməsinə lazımi şəraitin yaradılmaması təbii ki, həmin prosessual hərətlərin nəticələrinə böyük kölgə salır və onların mötəbərliyinə ciddi şübhə yaradır. Əldə olunma üsulu və qaydası şübhəli olan, prosessual qanunvericiliyin tələblərinin pozulması ilə xarakterizə olunan şəxsi axtarış və götürmənin nəticələrini əks etidrən müvafiq protokollar da bu mənada şəxsin təqsirliylini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Hazırki işdə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə 13 avqust 2022-ci il tarixli şəxsi axtarış haqqında prosessual hərəkətlərə, o cümlədən onların protokollaşdırılmasına dair qanunda nəzərdə tutulmuş tələblər də pozulmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində 13 avqust 202-ci il tarixli şəxsi axtarış protokollarına görə həmin vaxt kim tərəfindən həmin hərəkətlərin prosessual əsasları və məqsədi barədə iştirakçılara elan olunmamış, Təqsirləndirilən şəxs2 və Müdafiəçi1, həmçinin Təqsirləndirilən şəxs3 və Müdafiəçi2 hansı prosesul statusda, yəni Təqsirləndirilən şəxs2 şübhəli şəxs, Müdafiəçi1 onun müdafiəçisi, Təqsirləndirilən şəxs3 şübhəli şəxs, Müdafiəçi2 isə onun müdafiəçisi qismində həmin hərəkətdə iştirakı onlara bildirilməmiş, onlar yalnız iştirakçılar kimi protokola daxil edilmiş, bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri və məsuliyyəti, o cümlədən özlərinə qarşı ifadə verməmək hüququ, eyni zamanda müdafiəçi güman olunan şəxslərin hüquq və vəzifələri izah olunmamış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özünə qarşı ifadə verməmək, axtarış və götürmələrin qanunun tələblərinə uyğun keçirilməsini tələb etmək, protokollarda yazılmalı olan qeydlər vermək, həmin hərəkətləri həyata keçirən şəxsə etiraz etmək, bunu həyata keçirən şəxsin hərəkətlərindən şikayət etmək hüquqları pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündə maddi sübutların «tapılmasına» və həmin sübutların əldə edilməsi mötəbərliyinə böyük şübhə yarandığı və həmin maddi sübutlar mötəbər sayılmadığı halda həmin sübutların təqsirləndirilən şəxslərdə «tapılmasını» ehtiva edən 13 avqust 2022-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokollar və həmin şəxsi axtarışların videogörüntüləri əks olunmuş 02 ədəd DVD diski də mötəbər sübut sayıla bilməz. Məhkəmə onu da nəzərə çatdırır ki, qanunda təxirə salına bilməyən hallarda axtarışın, həmçinin o cümlədən şübhəli şəxs tutulduqda və polis və digər hüquq-mühafizə orqanlarına gətirildikdə onun üstündə şəxsi axtarışın müstəntiq və təhqiqatçı tərəfindən aparılması nəzərdə tutulmuşdur. Axtarışın və ya götürmənin, o cümlədən şübhəli şəxsin üzərində şəxsi axtarışın və götürmənin aparılmasının təxirəsalınmazlığı məhz bu axtarış və götürməni təxirəsalınmaz edən halların aradan qaldırılmasını təmin etmək, başqa şəxslərin hüquq və azadlıqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri götürməkdən ibarətdir. Bu hərəkətlərin təxirəsalınmazlığı məhz onların dərhal həyata keçirilməsini labud və zəruri edir və qanun da bunu cinayət prosesini həyata keçirən orqandan tələb edir. Amma bu xüsusda məhkəmə üçün qətiyyən aydın və başadüşülən deyildir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan dərhal sonra onların üzərində şəxsi axtarış və götürmə dərhal aparılmamışdır. Belə ki, qanunun tələbinə və sadə məntiqə görə əgər onlar narkotik vasitələrin qanunsuz saxlanmasında şübhələnib, buna görə tutulmuşdursa, onda tutulma həyata keçirildikdən dərhal sonra onların üstündə bu narkotik vasitələrin və digər iş üçün əhəmiyyət kəsb edən əşya və sənədlərin olubolmamasının müəyyən edilməsi, müəyyən olunduqda isə götürülməsi üçün təxirəsalınmaz şəxsi axtarış və götürmə aparılmalı idi. Digər tərəfdən təqsirləndirilən şəxslərin və Şahid8 məhkəmədə verdiyi ifadələrə görə təqsirləndirilən şəxslərin üstündə 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində faktiki tutulan zaman şəxsi axtarış aparılmış və onlarda heç bir narkotik vasitə tapılmamışdır. Belə olan halda həmin şəxsi axtarışların videoçəkiliş vasitəsilə qeydə alınmaması və həmin şəxslər yalnız polis şöbəsinə gətirildikdən sonra üstlərində narkotik vasitələrin «tapılması» anlaşılan deyildir və həmin maddi sübutların mötəbər və qanuni yolla əldə edilməsinə haqlı olaraq əsaslı şübhələr yaradır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/654 nömrəli rəyi də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «tapılması» göstərilən, əslində isə həmin təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübutlara (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından mötəbər sayılı bilməz. Ona görə də məhkəmə məhkəmə- bioloji ekspertizasının xx.xx.2022-ci il traixli 17/654 nömrəli rəyini də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinmələrinə əsas verən mötəbər sübut saymır. İttiham tərəfi həmin ekspertiza rəyinin tək mötəbər sayılmayan maddi sübutlara istinad edilməklə verilməməsi və həmin maddi sübutlar olmadan da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələri əldə edib, daşıyıb, saxlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair ittiham tərəfinin digər sübutu şahid ifadələridir. İfadələri alınmış bu şahidlər də təqsirləndirilən şəxslərin və Şahid8 məhkəmədə verdiyi ifadələrinə görə təqsirləndirilən şəxslərin 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində, ittiham tərəfinin şahidlərinin ifadələrinə görə isə 13 avqust 2022-ci il tarixdə saatı bilinməyən vaxtda təqsirləndirilən şəxslərin tutulmasını həyata keçirən, onların şəxsi axtarışında iştirak edən və ya həmin şəxsi axtarışların nəticələri barədə kimdənsə məlumat almaları iddia edilən Balakən RPŞ-nin əməkdaşları Şahid1 Ziyad oğlu, Şahid2 Məhərrəm oğlu, Şahid3, Şahid4,Şahid5, Şahid6 və Şahid7dur. Azərbaycan Respublikası CPM-nin 95.1-ci maddəsinə əsasən iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağrılıb şahid qismində dindirilə bilər. İlk öncə məhkəmə qeyd edir ki, istənilən əməliyyat-axtarış tədbiri, o cümlədən cinayətkarlıqla mübarizə fəaliyyəti qanunsuz yolla, şəxsin qanuni hüquqlarının pozulması yolu ilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsasların «yaradılmasını» deyil, polisin müdaxiləsi olmadan hazırlanan və ya yaxud törədilmiş cinayətin ifşa edilməsini təmin etməli və məhz belə olduqda həmin əməliyyatın özü və həm də həmin əməliyyat nəticəsində əldə olunmuş sübutlar qanunilik tələbinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, beləliklə də, şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilən əsaslar kimi qəbul edilməlidir. Bunun əksinə olaraq, əgər şəxsin polisin müdaxiləsi olmadan da ona istinad edilən cinayəti törədəcəyini və yaxud törətməyə hazırlaşdığını göstərən əsaslar yoxdursa və törədilmiş əməl, həmçinin şəxsin təqsirliliyi barədə nəticənin əsaslandırılmasında istifadə olunmuş sübutlar polisin qanunsuz müdaxiləsinin nəticəsidirsə, şəxsin cinayət məsuliyyətinə cəlb edilib, cinayətdə təqsirli bilinməsi sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, ittiham tərəfinin bu şahidlərinin ifadələri məhz qanunilik tələbinə cavab verməyən, hüquq və azadlıqların kobud pozuntusu ilə əldə edilən, son nətitcədə şəxslərin ədalətli məhkəmə araşdırması hüququna cavab verməyən araşdırmanın nəticəsi kimi ortaya çıxan maddi sübutlar- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «üstündən çıxan» narkotik vasitələrlə bağlı olmuşdur. Həmin şahidlər məhkəmədə həmin maddi sübutlar olmadığı halda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulan cinayəti törətməsi barədə hər hansı fakta malik olduqlarını bildirməmişlər. İş materiallarında da əsas sübutlar olan maddi sübutlar olmadığı hada, bu şahidlərin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə məlumata malik olması haqqında heç bir sübut yoxdur və ittiham tərəfi də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, həmin şahid ifadələrində ittihamla bağlı olan ziddiyyətli məqamlar və bir sıra məlumatların mənbəyinin bəlli olmaması onların ifadələrinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilən ittihamın təsdiqi üçün mötəbərliliyini böyük şübhə altına alır. Belə ki, Şahid1 və Şahid5 ifadələrində Təqsirləndirilən şəxs2 şəxsi axtışlarında iştirak etdiklərini, o cümlədən Təqsirləndirilən şəxs3 şəxsi axtarışında iştirak etmədiklərini, Təqsirləndirilən şəxs2 onun üstündən çıxan narkotik vasitə qurudulmuş marixuananı 30-40 manata İsrafildən aldığını dediyini qeyd edirlər. Halbuki verilən ittihamda Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 30-40 manata deyil, 40 manata aldığı qeyd edilir. Digər tərəfdən həmin şahidlər Təqsirləndirilən şəxs3 şəxsi axtarışında iştirak etmədiklərini, lakin sonradan Təqsirləndirilən şəxs3 üstündən narkotik vasitə qurudulmuş marixuana tapıldığını və Tacəddinin həmin narkotik vasitəni İsrafildən aldığının onlara məlum olduğunu qeyd edir, lakin bu halın onlara məlum olduğu mənbənin adını çəkmir, eyni zamanda Tacəddinin həmin qurudulmuş marixuananı İsrafildən hansı qiymətə aldığını göstərmirlər. Eynilə şahidlər Şahid2 və Şahid6 ifadələrində Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etmədikləri halda, Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə qurudulmuş marixuanının çıxdığının və Elnurun onu İsrafildən aldığını dediyinin onlara məlum olduğunu bildirmiş, laikn onlara bu məlumatın haradan məlum olduğunu göstərməmişlər. Həmin şahidlər ifadələrində o cümlədən Təqsirləndirilən şəxs3 şəxsi axtarışında iştirak etdiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş narkotik vasitəni hansı qiymətə İsrafildən aldığını, ümumiyyətlə onu İsrafildən aldığını qeyd etməmişlər. Halbuki 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolunda Tacədin Kaltayevin üstündə aşkar olunan narkotik vasitəni 30 manata Təqsirləndirilən şəxs1 aldığı qeyd olunur. Belə olan halda polis əməkdaşları Şahid2 və Şahid6 Təqsirləndirilən şəxs3 üstündə polis şöbəsində keçirilməsi göstərilən şəxsi axtarışda iştirakı böyük şübhə doğurur. Həmçinin polis əməkdaşı Şahid3 ifadəsinə və ümumiyyətlə iş materiallarına əsasən Şahid3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şəxsi axtarışlarında iştirak etməmiş və onlardan hansı miqdarda narkotik vasitə çıxmasını və həmin narkotik vasitəni kimdən aldığını demələrini eşitməmiş, bunun şahidi olmamışdır. Şahid3 yalnız Şahid8 məxsus avtomaşında keçirilən baxış və götürmədə iştirak etmişdir. Bundan başqa polis əməkdaşları Şahid4 və Şahid7 də şahid ifadələrində o cümlədən Təqsirləndirilən şəxs3 şəxsi axtarışında iştirak etdiyini göstərmiş, lakin Təqsirləndirilən şəxs3 üstündən aşkar edilmiş narkotik vasitəni hansı qiymətə İsrafildən aldığını qeyd etməmişlər. Halbuki 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolunda Tacədin Kaltayevin üstündə «aşkar olunan» narkotik vasitənin 30 manata Təqsirləndirilən şəxs1 aldığı qeyd olunur. Belə olan halda da polis əməkdaşları Şahid2 və Şahid6 Təqsirləndirilən şəxs3 üstündə polis şöbəsində keçirilməsi göstərilən şəxsi axtarışda iştirakı böyük şübhə doğurur. Həmin polis əməkdaşları həmçinin Təqsirləndirilən şəxs2 şəxsi axtarışında iştirak etmədiklərini göstərməklə, Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitə qurudulmuş marixuanının çıxdığının və Elnurun onu İsrafildən aldığını dediyinin onlara məlum olduğunu bildirmiş, laikn onlara bu məlumatın haradan məlum olduğunu, hansı mənbəyə istinad etməklə bu məlumatları bildirdiklərini göstərməmişlər. Qanunvericiliyə əsasən də qeyd olunan şahidlərin verdikləri məlumatları hansı mənbəbən aldığını göstərməmələri onların ifadələrinin qeyri-mötəbər olmasına dəlalət edən haldır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatdlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Lakin qanunvericiliyin tələbinin əksinə olaraq şahidlər Şahid1 və Şahid5 Təqsirləndirilən şəxs3 Nurullha oğlu haqqında şəxsi axtarışın nəticələrinə dair məlumatları hansı mənbədən aldıqlarını, həmin şəxsin sağ olduğunu və ya vəfat etdiyini, Şahid2 və Şahid6 Təqsirləndirilən şəxs2 şəxsi axtarışının nəticələri ilə bağlı məlumatları hansı mənbədən aldıqlarını, həmin şəxsin sağ olduğunu və ya vəfat etdiyini, həmçinin Şahid4 və Şahid7 də Təqsirləndirilən şəxs2 şəxsi axtarışının nəticələrinə dair məlumatları hansı mənbədən aldıqlarını, həmin şəxsin sağ olduğunu və ya vəfat etdiyini göstərməmiş, bu məlumat mənbələri müəyyən olunmamışdır. Ona görə də qanunvericiliyn tələbinə əsasən həm də həmin şahidlərin məlum olmayan özgənin sözlərindən verdiyi bu məlumatlar sübut kimi qəbul olunmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündə aparılması göstərilən şəxsi axtarışlar qanunun tələblərinə zidd olaraq, onların konstitusion və prosessual hüquqlarının kobud pozuntusu ilə aparıldığı və onların həqiqiliyinə əsaslı təsir göstərdiyi, Balakən RPŞ-nin əməkdaşları Şahid1 Ziyad oğlu, Şahid2 Məhərrəm oğlu, Şahid3, Şahid4,Şahid5, Şahid6 və Şahid7, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üstündə narkotik vasitələrin aşkarlanması barədə ifadələri mənbə kimi 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolları və qanunsuz yolla əldə edilmiş maddi sübutlara əsaslandığı, qanunun tələblrinə zidd olaraq əldə edildiyi və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə bağlı həmin 13 avqust 2022-ci il tarixli şəxsi axtarış protokolları, həmin axtarışların videogörüntüləri əks olunmuş DVD diskləri və bu şəxsi axtarışlar əsasında «aşkar edilmiş» maddi sübutlar mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından şübhə doğurmaqla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul olunmur. Vanyan Rusiyaya qarşı işdə (15 dekabr 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işi qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Eynilə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyi və Təqsirləndirilən şəxs3 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1361 nömrəli rəyi də aşağıda göstərilənlərə əsasən onların CMnin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz əldə edilmiş və mötəbər sayılmayan maddi sübutlara söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkl edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan doğan Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyi və Təqsirləndirilən şəxs3 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022- ci il tarixli 1361 nömrəli rəyi və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Digər tərəfdən, həmin rəylər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitə əldə etməsi, daşınması və saxlamasını sübut etmir. Hətta Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyinə inanılaraq, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəlyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması qəbul edilsə belə, bu təqsirləndirilən şəxsin qanunsuz olaraq satın almaqla şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, daşıması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitə şəxsi istehlak miqdarında da əldə edilə, daşına və saxlanıla bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin Təqsirləndirilən şəxs3 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1361 nömrəli rəyində onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olmadığı qeyd olunur. Bundan başqa, həmin ambulator məhkəmə-narkoloji ekspertiza rəylərinin konkret olaraq, hansı tədqiqat metodlarına, anamnez məlumatlarına, qan və sidik analizi məlumatlarına əsaslanması rəylərdə göstərilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan qurudulmuş marixuananı satın almaqla əldə etmələri, daşımaları və üstündə saxlamaları ağlabatan və əsaslı deyildir. Göstərilənlər əsasında məhkəmə Təqsirləndirilən şəxs2 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 04 oktyabr 2022-ci il tarixli 1478 nömrəli rəyini və Təqsirləndirilən şəxs3 barəsində ambulator məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1361 nömrəli rəyini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinmələri üçün mötəbər sübut kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qsmində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, onların məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onların ibtidai araşdırmada şübhəli şəxs və təqsrləndirilən şəxs qismində verdiyi fadələri isə onların iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polisin tam nəzarətinə keçərək tutulması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, həmin vaxt üstündə dərhal axtarış aparılmamış və ya faktiki aparılmış axtarış sənədləşdirilməmiş, onlar müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onların bir sıra hüquqları kobub şəkildə pozulmuşdur. Onlara qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübutlar təşkil etmişdir. Eyni zamanda iş materiallarından da görünür ki, onlara tutulduqdan dərhal sonra müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Onların müəyyən zaman ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özləri üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəratdə verdiyi ifadələri iradə ifadələrinin nəticəsi kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmuyu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapmışdır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, onlara verilən ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və həmin ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara verilən ittiham üzrə öz təqsirini etiraf etməmiş və onların cinayət məsuliyətinə cəlb edilməsinin polisin onların cibinə narkotik vasitə qoyması və polis əməkdaşlarının hədə-qorxusu altında həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1 almasını demələri ilə əlaqələndirmişlər. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadələrində dediklərinin həqiqəti əks etdirdiyi, yəni onlara qarşı ittihamın əsasını təsdiq edən maddi sübutların qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə onlara verilən ittihamda öz təqsirini etiraf etməmiş və onların ibtidai istintaqda verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Təqsirləndirilən şəxslərin, həmçinin şahidlərin məhkəmə iclasında dindirilməsi və bu zaman onlardan alınmış ifadələrə üstünlük verilməsi sübutların bilavasitə məhkəmədə araşdırmasının qanunvericilikdəki təsbitindən də irəli gəlir ki, bu da Azərbaycan Respublikası CPM-nin 144, 145, 344-347 və sair maddələrində öz əksini tapmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentləri baxımından şahid ifadələri təkcə milli qanunvericilikdə şahid sayılan şəxslərin ifadələrini deyil, eyni zamanda şübhəli və təqsirləndirilən şəxsin, onların nümayəndələrinin, zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin (məsələn ekspertin və sair) ifadələrini də nəzərdə tutur. Bu xüsusda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də Avropa Konvensiyasının 6cı maddəsinin şərh və tətbiqi ilə bağlı bir sıra presedentlərində şübhəli və təqsirləndirilən şəxslərin və şahidlərin məhkəmədə dindirilməsinin və onların məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün tutulmasının vacibliyini vurğulamışdır. Belə ki, X8rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən baxılan işlər zamanı proses iştirakçılarının iştirakının təmin edilməsi və dindirilməsi vacibdir. Məhkəmə öz fəaliyyətini təkcə ibtidai araşdırma zamanı tərtib olunmuş protokollarda və ya hər hansı digər yazılı sənədlərdə əks olunmuş ifadələrin öyrənilməsi ilə məhdudlaşdıra bilməz. Belə bir yanaşma şəxsin ədalətli məhkəmə araşdırması hüququnu heçə endirir. X23rşı işdə Avropa Məhkəməsi göstərmişdir ki, cənab Günəş özünün və müdafiəçisinin iştirakı olmadan ibtidai istintaq tərəfindən bilavasitə və ya məhkəmə tapşırığı nəticəsində alınmış jandarm ifadələri əsasında məhkum edilmişdi. Ərizəçi həmin şəxslərin dindirilməsi hüququndan, həmçinin onların məhkəmə istintaqında dindirilməsi və onlara suallar verilməsi hüququndan məhrum edilmişdi. Cənab Günəşin vəsatətlərinə baxmayaraq həmin şəxslər məhkəməyə cəlb edilməmiş və onların məhkəmədə dindirilməsinə şərait yaradılmamışdı ki, bu da Konvensiyanın 6-cı maddəsinin pozulmasına şərait yaratmışdı.Ramsaxai Niderlanda qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, vacib şahidlərin məhkəmə iclasına çağrılıb dindirilməməsi və işin halları nöqteyi-nəzərindən onlara hərtərəfli, tam və obyektiv hüquqi qiymətin verilməməsi ictimaiyyətdə dövlətin qanunun aliliyi prinsipinə sədaqətliliyini şübhə altına alan bir nəsnəyə çevrilməklə şəxsin ədalətli məhkəmə araşdırmasını məhdudlaşdırır. Proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinin ibtidai araşdırmada verdiyi ifadələrindən daha üstün olması barədə Avropa Məhkəməsinin hüquqi mövqeyi son presedentlərdən biri ilə Erkapiç Xorvatiyaya qarşı iş üzrə qərarda da öz əksini tapmışdır. Erkapiç Xorvatiyaya qarşı işdə Avropa Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, müəyyən xüsusi əsaslar olmadığı halında ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, proses iştirakçılarının məhkəmədə verdiyi ifadələrinə onların ibtidai araşdırmada verdiyi ifadələrindən daha çox önəm verilsin. Belə ki, bu şəxslərin ibtidai araşdırmada verdiyi ifadələri əks olunmuş protokollar birinci növbədə ittiham tərəfinin öz mövqeyini müdafiə etmək üçün məlumatların toplanması prosesini əks etdirir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə işin hallarını ümumiləşdirib onlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilən ittihamla bağlı hazırki işin ibtidai araşdırma mərhələsində tərəflərin bərabərliyi prinsipinin real olaraq tətbiqi heçə enmişdir ki, bu hal da hazırki işin ibtidai araşdırmasının ədalətli və qanuni şəkildə həyata keçirilməsini tam şübhə altına alır. Halbuki yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 25, 61-ci maddəsinin 3-cü bəndi, 63-cü maddəsi, 67-ci maddəsinin 1 -ci bəndi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3cü bəndləri, Azərbaycan Respublikası CPM-nin 10.1, 10.2, 10.5, 11.1, 12.1. 14.2, 14.4, 19.1, 19.4.1, 19.4.2, 21.1, 21.2, 21.3, 32.1, 33.1 və 33.2-ci maddələrinə əsasən cinayət prosesinin ədalətli şəkildə və qanun əsasında həyata keçirilməsi, bu zaman cinayət prosesi tərəflərinə bərabər şəraitin yaradılması, onların hüquqlarının təmin edilməsi, şübhə altına alınan şəxsin və təqsirləndirilən şəxsin bütün hüquqlarının, o cümlədən müdafiə hüququnun təmin edilməsi istər mili qanunvericilikdə, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə imperativ qaydada qeyd edilmişdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bir sıra konstitutsion hüquqları pozulmaqla, kobud qanun pozuntularına yol verilməklə (yuxarıda istinad olunan Konstitusiyanın 25, 61-ci maddəsinin 3-cü hissəsi, 67-ci maddənin 1 -ci hissəsi, 127-ci maddəsi, Avropa Konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikası CPM-nin 19.1,19.4.1 və 19.4.2-ci maddələrinin pozuntusu və s), onlara qarşı sübutlar əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 9.2, 125,2.1, 125.2.3, 125.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsi, Avropa Konvensiyasının 6-cı madddəsi və həmin maddənin tətbiqi ilə bağlı yuxarıda göstərilən presedentlərin tələbinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də ittihamın təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı ittihamın təsdiqi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 almaqla qanunsuz əldə etməsi, daşınması və saxlaması ittihamı verilmişdir. Lakin işdə hər hansı mötəbər sübut olmadığı şəraitdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən qurudulmuş marixuanadan ibarət narkotik vasitələri qanunsuz yolla əldə etməsi, yəni satın alması, başqa əmlakla və əşya ilə dəyişdirməsi, borc və ya bəxşiş kimi alması, borc əvəzinə qəbul etməsi, hardansa tapması və tapılmış narkotik vasitəni mənimsəməsi, mühafizə olunmayan əkin sahələrindən yığması və ya onlara başqa üsullarla yiyələnməsi, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hər hansı qaydanı pozmaqla narkotik vasitələrə yiyələnməsində ifadə olunan hərəkətlər etməsi, onun daşımasını həyata keçirməsi, həmçinin ona faktiki malik olması, yəni onu öz ixtiyarında saxlaması sübut olunmur. Bu barədə də hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İttiham tərəfi də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respubllkası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da onlara qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin həmin təqsirləndirilən şəxslərin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin şübhələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, CPM-nin 21.2-ci maddəsi). D) Məhkəmənin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.1ci maddəsilə verilən ittihamla bağlı gəldiyi yekun nəticə İşdəki sübutlara istinad edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan qurudulmuş marixuananı o cümlədən satın alınmaqla qanunsuz əldə etməsi, daşıması və saxlaması və bununla da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Qeyd olunan hal isə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən onlar haqqında CM-nin 234.1-ci maddəsilə bəraət hökmünün çıxarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. E) Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri vəya psixtrop maddələri satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 234.2-ci maddəsində qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, satış məqsədilə bu maddələrin əldə edilməsi, saxlanması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi dispoztiv hərəkətlərinə daxil olmamaqla müstəqil dispozitiv hərəkət olaraq cinayət məsuliyyətinin predmeti kimi nəzərdə tutulmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.11 -ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasının definisiyası verilmişdir ki, aşağıda da ona istinad olunacaqdlır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ona aid ittiham aktının əvvəlində qəsdən qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə narkotik vasitələri əldə edib daşıyaraq saxlaması və satması, eləcədə qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarında narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətməsi göstərilir. Təqsirləndirilən şəxs1 aid ittiham aktının sonrakı abzasında onun ümumi təmiz çəkisi 155,17 qram olan qurudulumş marixunanı qəsdən, satış məqsədi olmadan daşıyıb gizlətməsi, sonra niyyətini dəyişməsi və satış məqsədi və tamah niyyəti ilə 12 avqust 2022-ci il tarixdə həmin 155,17 qram narkotikin 6,37 qram olan hissəsini Təqsirləndirilən şəxs2 40 manata, 5,37 qram olan hissəsini isə Təqsirləndirilən şəxs3 oğluna 30 manata satması, geriyə qalan ümumi çəkisi 143,43 qram olan qurudulmuş marixuananı isə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 118,68 qram və 7 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 3,77, 3,81, 3,32, 4,56, 3,32, 3,13 və 2,84 qram, yəni ümumi çəkiləri 24,75 qram olmaqla qəsdən qanunsuz olaraq satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlaması, həmçinin qəsdən qanunsuz olaraq satış məqsədi olmadan tərkibində metadon maddəsii olan çəkisi 0,112 qram olan narkotiik vasitə metadon həbinin 1/4 hissəsini şalvarının sol yan cibində saxlaması göstərilmişdir. Qeyd edildiyi kimi CM-nin 234.2-ci maddəsində yaxud sözü ilə ayrılmaqla qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satılması cinayət məsuliyyətinə səbəb ola biləcək müstəqil dispozitiv hərəkət kimi müəyyən edilmişdir və həmin maddədə olan qanunsuz olaraq satış məqsədilə narkotik vasitələr və psixotrop maddələrin o cümlədən əldə edilməsi, saxlanması və daşınması hərəkətlərinin tərkibinə daxil olan dispozitiv hərəkət kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən ittiham aktına görə Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananın cəmi çəkisi 155,17 qramdır, bundan 6,37 qramının Təqsirləndirilən şəxs2 və 5,37 qramının Təqsirləndirilən şəxs3 satılması, sellofan torbada saxlanıldığı 118,68 qram və 07 ədəd kibrit qutularında saxladığı qeyd olunan ümumi 24,75 qram olmaqla cəmi 143,43 qram narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün saxlanılması nəzərə alınmaqla, 6,37 qram və 5,37 qram satılması göstərilən qurudulmuş marixuanalar, həmçinin sellofan torbada saxlanılan 118,68 qram və 07 ədəd kibrit qutularında saxlanılan 24,75 qram (cəmi 143,43 qram) qurudulmuş marixuanaların cəmi çəkisi 155,17 qram, yəni Təqsirləndirilən şəxs1 onun cəmi əldə etdiyi göstərilən çəkidə narkotik vasitə qurudulmuş marixuana edir. Bunlardan əlavə Təqsirləndirilən şəxs1 hansı çəkidə qurudulmuş marixunanı satış məqsədi ilə əldə etməsi, daşıması və saxlaması ittiham aktında göstərilməmiş və məhz hansı çəkidə narkotik vasitənin onun tərəfindən satış məqsədilə əldə edilməsi, daşınması və saxlanması barədə ona ittiham irəli sürülməmişdir. İttiham orqanı tərəfindən də Təqsirləndirilən şəxs1 hansısa miqdarda satış məqsədi ilə narkotik vasitə əldə etməsi, daşıması və saxlamasını həyata keçirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs1 da məhkəmədə verdiyi ifadəsində satış məqsədi ilə hər hansı miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasını həyata keçirmədiyini bildirmişdir. Belə olan məhkəmə hesab edir ki, ittiham aktına və iş materiallaırna əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə narkotik vasitə olan qurudulmuş mariuxananı əldə etməsi, saxlaması və daşıması ilə ittihamın verilməsi müəyyən olunmur və belə bir hal təsdiq olunmur. Hətta belə bit ittihamın verilməsi hipotetik olaraq qəbul edilsə belə, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs1 satış məqsədi ilə hər hansı miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasını həyata keçirməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. İttiham tərəfinin təqdim etdiyi sübutlarda belə bir hal sübut olunmur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən X11 CM-nin 234.2-ci maddəsilə ittiham onun 155,17 qram narkotik vasitə qurudulmuş marixuananın 6,37 qram hissəsini 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 01 ədəd kibrit qutusunda ünvan 5 ünvanında 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 və 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 5,37 qram narkotik vasitə qurudulmuş marixuana hissəsini 01 ədəd kibrit qutusunda həmin ünvanın qarşısında 30 manat müqabilində Təqsirləndirilən şəxs3 satması ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.11 -ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmaəsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011 -ci il tarixli 2 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11 -ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin işdə X9 qanunsuz yolla əldə edib saxladığı 155,17 qram qurudulmuş marixuananın 6,37 qram hissəsini 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 01 ədəd kibrit qutusunda ünvan 5 ünvanında 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 və 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 5,37 qram narkotik vasitə qurudulmuş marixuana hissəsini 01 ədəd kibrit qutusunda həmin ünvanın qarşısında 30 manat müqabilində Təqsirləndirilən şəxs3 satması, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur və belə mötəbər sübutlar da məhkəməyə təqdim olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaqda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, həm də məhkəmədə verdiyi ifadəsində 12 avqust 2022ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanında, nə də başqa yerdə Təqsirləndirilən şəxs2 40 manata və ya başqa qiymətə 01 ədəd kibrit qutusunda 6,37 qram çəkidə narkortik vasitə olan qurudulmuş marixuana satmadığını, həmçinin Təqsirləndirilən şəxs3 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həmin ünvanda 30 manata 01 ədəd kibrit qutusunda 5,37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana satmadığını bildirmişdir. Eyni zamanda məhkəmə tərəfindən məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sübut kimi qəbul edilmiş digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə ünvan 5 ünvanda, nə də başqa yerdə narkotik vasitə olan qurudulmuş marixuana almadıqlarını təsdiq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində 12 avqust 2022-ci il tarixdə, nə də başqa vaxt Təqsirləndirilən şəxs1 ona 40 manat müqabilində 01 ədəd kibrit qutusunda 6,37 qram çəkidə qurudulmuş marixuana satmadığını, onun Təqsirləndirilən şəxs1 40 manata 01 ədəd kibrit qutusunda 6,37 qram narkotik vasitə olan qurudulmuş marixana almadığını, digər Təqsirləndirilən şəxs3 da məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 həmin ünvanda 12 avqust 2022-ci il tarixdə, nə də başqa vaxt 30 manat müqabilində 01 ədəd kibrit qutusunda 5,37 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana satmadığını, onun Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə 30 manat müqabilində 01 ədəd kibrit qutusunda 5,37 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana almadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda Təqsirləndirilən şəxs1 40 manata 01 ədəd kibrit qutusunda 40 manata qurudulmuş marixuana aldığını deməsini polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlmələri, üstündə «tapılması» göstərilən narkotik vasitə qurudulmuş marixuananın 40 manata Təqsirləndirilən şəxs1 aldığını demədiyi təqdirdə onu narkotik vasitələrin külli miqdarda saxlanması maddəsilə cinayət məsuliyyətinə cəlb edəcəkləri hədəsi və bu hədədən real olaraq qorxması ilə əsaslandırmış, həmçinin digər Təqsirləndirilən şəxs3 da ibtidai istintaqda Təqsirləndirilən şəxs1 30 manata 01 ədəd kibrit qutusunda 40 manat müqabilində qurudulmuş marixuana aldığını bildirməsini polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlmələri, üstündə «tapılması» göstərilən narkotik vasitə qurudulmuş marixuananın 30 manata Təqsirləndirilən şəxs1 aldığını demədiyi təqdirdə onu narkotik vasitələrin külli miqdarda saxlanması maddəsilə cinayət məsuliyyətinə cəlb edəcəkləri hədəsi və bu hədədən qorxması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən də ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə bir sıra konstitusion və prosessual hüquqlarının kobud pozulması, onlara qarşı ədalətli məhkəmə araşdırması hüquququn pozulması və sübutların qanunsuz yolla əldə edilməsi, onların ibtidai istintaqda verdiyi ifadələrinin təzyiq yolu ilə alınması və onların iradə ifadələrini əks etdirməməsi müəyyən olunmuş, bunun nəticəsində həmin təqsirləndirilən şəxslərə CM-nin 234.1-ci maddəsilə bəraət verilməsi nəticəsinə gəlinmişdir. İbtidai araşdırmada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınmış ifadələr Təqsirləndirilən şəxs1 ona verilmiş CM-nin 234.2-ci maddəsi ittihamı üzrə təqsirli bilinməsi üçün qanunsuz yolla və mötəbər olmayan maddi sübutlarla əsaslanmaqla yanaşı, həm də ona görə mötəbər sayıla bilməz ki, təqsirləndirilən şəxslərin mənafeləri arasında ziddiyyətə, yəni maraqların toqquşmasına söykənmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bildirdiyinə görə polis tərəfindən onların külli miqdarda narkotik vasitələrin saxlanması üzrə cinayət məsuliyətinə cəlb edilməsindən özlərini xilas etmək üçün onlar ibtidai araşdırmada üstlərində «tapılan» narkotik vasitələri Təqsirləndirilən şəxs1 aldıqları barədə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırmada və məhkəmə istintaqı zamanı verdiyi ifadələr ziddiyətli olduğu şəraitində Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi üçün bu ifadələrə istinad edilmədiyi halında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 12 avqust 2022-ci il tarixdə günorta saatlarında ittihamın qeyd etdiyi ünvanda müvaifq olaraq 40 manata və 30 manata narkotik vasitə qurudulmuş marixuana satması barədə mötəbər sübutlar əldə edilməli və məhkəməyə təqdim edilməli, bu sübutlar təqsirləndirilən şəxslər arasında mənafelərin ziddiyyətindən və maraqların toqquşmasından irəli gələn sübutların mötəbər olmaması halını aradan qaldırmalı idi. Lakin belə mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 12 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 40 manata 6,37 qram narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs3 30 manata 5,37 qram narkotik vasitə qurudulmuş marixuana satması, yəni həmin şəxslərin hesabına 40 manat və 30 manat olmaqla cəmi 70 manat məbləğində qazanc əldə etməsi qeyd edilsə də, Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı həmin 40 manat və 30 manat olmaqla cəmi 70 manat pul vəsaiti hansı əskinaslar formasında olmaqla götürülməmiş və maddi sübut kimi tanınmamışdır. Eyni zamanda ittiham orqanı tərəfindən həmin 40 manat və 30 manat olmaqla cəmi 70 manat iddia edilən qazanc vəsatinin Təqsirləndirilən şəxs1 tapılmadığı haldında həmin vəsaitin Təqsirləndirilən şəxs1 tərəfindən öz şəxsi ehtiyaclarına sərf olunması, bunun hansı formada və harada həyata keçirilməsi və ya başqa formada istifadə olunması barədə hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 və Şahid8 məhkəmədə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən 12 avqust 2022-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Püştətala kəndində Təqsirləndirilən şəxs3 evində onların üstündə şəxsi axtarış və evdə baxış aparıldığını, lakin onların heç birində, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində heç bir şeyin, o cümlədən narkotik vasitənin və pul vəsatinin çıxmadığını göstərmişlər. Təqsirləndirilən şəxs1 üzərində polis şöbəsində aparılması göstərilən şəxsi axtarışda da onun üstündə hər hansı pul vəsaiti, o cümlədən hansısa əskinaslarda sözügedən 40 manat və 30 manat olmaqla cəmi 70 manat məbləğində pul vəsaiti çıxmamış və şəxsi axtarış protokolunda qeyd edilməmişdir. Bundan əlavə işdə olan təqsirləndirilən şəxslərin telefon danışıqlarına dair "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında sözügedən narkotik vasitələrin hansı məbləğdə və hansı çəkidə satılmasına dair razılığın əldə edilməsi, sövdələşmənin olması və Təqsirləndirilən şəxs1 tərəfindən 6,37 qram narkotik vasitəni 40 manata Təqsirləndirilən şəxs2 satması və 5,36 qram narkotik vasitəni 30 manata Təqsirləndirilən şəxs3 satması ilə bağlı hər hansı məlumat müəyyən olunmamışdır. Halbuki narkotik vasitələrin satışı ilə bağlı razılıq və sövdələşmə olduğu halda bunun mobil telefon danışıqlarında və sms mətnlərində əks olunması real olardı. Lakin bu razılaşma barədə heç bir telefon danışığı, sms mətnləri və digər faktlar müəyyən edilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, ittihama əsasən Təqsirləndirilən şəxs1 istinad olunan narkotik vasitələrin satış yeri ünvan 5 ünvan göstərilmişdir. Lakin ittiham orqanı tərəfindən narkotik vasitələrin satılması iddia olunan 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həqiqətən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin anten dairəsində olması, yəni həmin ərazidə olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskində olan məlumatlarda 12 avqust 2022-ci il tarixdə günorta saatlarında həqiqətən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 5 ünvandakı anten dairəsində olması, yəni həmin ərazidə olmasını təsdiq edən məlumatlar müəyyən olunmur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 də məhkəmədə verdiyi ifadələrində 12 avqust 2022-ci il tarixdə o cümlədən günorta saatlarında Təqsirləndirilən şəxs3 yaşadığı Balakən rayonu Püştətala kəndində olduqlarını qeyd etmişlər. İttiham tərəfindən də bu məlumatın təkzibi ilə bağlı, yəni həmin 12 avqust 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında olması və həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda göstərilən məbləğdə və çəkidə narkotik vasitə qurudulmuş marixuana satmasını təsdiq edən fakt və sübutları məhkəməyə təqdim edə bilməmiş, bu əsaslır şübhələri aradan qaldıra bilməmişdir. Göstərilən hallar da 12 avqust 2022-ci il tarixdə günorta saatlarında İsraıfil Əliyevin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ünvan 5 ünvanında olması və həmin vaxt Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda göstərilən məbləğdə və çəkidə narkotik vasitə qurudulmuş marixuana satmasına əsaslı şübhələr yaradır ki, ittiham tərəfi də həmin əsaslı şübhələri mötəbər sübutlar təqdim etməklə aradan qaldıra bilmədiyi üçün həmin əsaslı şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə, Avropa Konvensiyasının 6-cı maddəsinə və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Balakən RPŞ-nin əməkdaşları Şahid1 Ziyad oğlu, Şahid2 Məhərrəm oğlu, Şahid3, Şahid4,Şahid5, Şahid6 və Şahid7 ifadələri də Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübutlar kimi qəbul oluna bilməz və qəbul edilmir. Belə ki, ən əvvəl həmin şahidlərin ifadələri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə maddi sübutların və onlara söykənə digər sübutların qanunsuz əldə edilməsi nəticəsinə söykəndiyi üçün həmin təqsirləndirilən şəxslərə aid hallar üzrə mötəbər sübut sayılmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istinad olunan xüsusatlar isə onların Təqsirləndirilən şəxs1 müvafiq olaraq 40 manata 6,37 qram və 30 manata 5,37 qram narkotik vasitə-qurudulmuş marixuana satın almaqla narkotik vasitələri qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda əldə etmə, daşıma və saxlama məlumatı ilə bağlı olmuşdur. Bu xüsusat üzrə həmin şahid ifadələri mötəbər sayılmadığı üçün bununla birbaşa bağlılıqda olan Təqsirləndirilən şəxs1 istinad olunmuş narkotik vasitələrin satışı ilə bağlı CM-nin 234.2-ci maddəsilə olan ittiham üzrə də həmin şahid ifadələri də eyni əsaslarla mötəbər sübut saylımamalıdır. Bundan başqa Şahid1 Ziyad oğlu, Şahid2 Məhərrəm oğlu, Şahid3, Şahid4,Şahid5, Şahid6 və Şahid7 X9 ümumi 155,17 qram qurudulmuş marixuananın 6,37 qram hissəsini 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 01 ədəd kibrit qutusunda ünvan 5 ünvanında 40 manat müqabilində tanışı Təqsirləndirilən şəxs2 və 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 5,37 qram narkotik vasitə qurudulmuş marixuana hissəsini 01 ədəd kibrit qutusunda həmin ünvanın qarşısında 30 manat müqabilində Təqsirləndirilən şəxs3 satmasını, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsini görməmişlər, həmçinin həmin şahid ifadələrində ittihamla bağlı olan ziddiyyətli məqamlar və bir sıra məlumatların mənbəyinin bəlli olmaması onların ifadələrinin İsrfil Əliyevin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmasına istinadl edilən ittihamın təsdiqi üçün mötəbərliliyini böyük şübhə altına alır. Yuxarıda da bununla bağlı həmin şahidlərin ifadələrinə mötəbər sübutlar sayılmaması baxımından müvafiq hüquqi qiymət verilmişdir. Bu xüsusda məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələbinin əksinə olaraq şahidlər Şahid1 və Şahid5 iştirak etmədikləri halda Təqsirləndirilən şəxs3 haqqında şəxsi axtarışının nəticələrinə dair məlumatları hansı mənbədən aldıqlarını, həmin mənbənin sağ olduğunu və ya vəfat etdiyini, Şahid2 və Şahid6 iştirak etmədikləri halda Təqsirləndirilən şəxs2 şəxsi axtarışının nəticələri ilə bağlı məlumatları hansı mənbədən aldıqlarını, həmin mənbənin sağ olduğunu və ya vəfat etdiyini, həmçinin Şahid4 və Şahid7 iştirak etmədikləri halda Təqsirləndirilən şəxs2 şəxsi axtarışının nəticələrinə dair məlumatları hansı mənbədən aldıqlarını, həmin mənbənin sağ olduğunu və ya vəfat etdiyini göstərməmiş, bu mənbələr müəyyən olunmamışdır. Ona görə də qanunvericiliyn tələbinə əsasən həm də həmin şahidlərin məlum odlmayan özgənin sözlərindən verdiyi bu məlumatlar sübut kimi qəbul olunmamalıdır (yuxarıda istinad olunan CPM-nin 126.3-cü maddəsi). Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/654 nömrəli rəyi də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 «tapılması»ı göstərilən, əslində isə həmin təqsirləndirilən şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə qanunuz yolla əldə edilməklə, mötəbər sayılmayan maddi sübutlara (narkotik vasitə olan qurudulmuş marixuanaya) əsaslandığından və bu xüsusda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışını təsdiq edən əsas sayılmadığından Təqsirləndirilən şəxs1 verilən CM-nin 234.2-ci maddəsi ittiham üzrə mötəbər sübut saylı bilməz. Eyni zamanda həmin ekspertiza rəyində göstərilən narkotik vasitə qurudulmuş marixuanaların tərkiblərinə görə eyni olması Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş mariuxana satması anlamının təsdiqi sayıla bilməz. Belə ki, birincisi, işdəki mötəbər sübutlarla bu məlumat, yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittihamda göstərilən tarixdə, vaxtda, ünvanda qiymətdə və çəkidə narkotik vasitə olan qurudulmuş marixuana satması təsdiq olunmur. Digər tərəfdən həmin narkotik vasitələrin tərkiblərinə görə eyni olması təsadüfi hal kimi də qəbul oluna bilər və işdəki mötəbər sübutlarla müqayisədə bu satışın həyata keçirilməsinin təsdiqi kimi qəbul oluna bilməz. Məhkəmə üçün anlaşılan deyildir ki, iş üzrə mötəbər sübutlar bunu təsdiq etmədiyi halda ittiham tərəfi hansı əsaslara görə həmin narkotik vasitələrin tərkiblərinə görə eyni olmasını bu satışın həyata keçirilməsini təsdiq edən əsas kimi qiymətləndirmişdir. Ona görə də məhkəmə məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il traixli 17/654 nömrəli rəyini də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinmələrinə əsas verən mötəbər sübut saymır. İttiham tərəfi həmin ekspertiza rəyinin tək mötəbər sayılmayan maddi sübutlara istinad edilməklə verilməməsi və həmin maddi sübutlar olmadan da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik satmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu xüsusda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəmənarkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyi də Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsilə təqsirli bilinməsi üçün əsas sayıla bilməz. Belə ki, həmin rəy Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 40 manat müqabilində 6,37 qram və Təqsirləndirilən şəxs3 12 avqust 2022-ci il tarixdə günorta saatlarında 30 manata 5,37 qram çəkidə nakotik vasitə qurudulmuş marixuana satlımasını nə birbaşa, də də dolayı yolla təsdiq etmir. Ona görə bu rəy də Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möhtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Barbera, Messege və Xabardo İspaniyaya qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Rinqvold Norveçə qarşı işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, onlara qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə bəraət verilməli, həmçinin ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməməsi əsası ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Repsublikası CM-nin 234.2-ci maddəsilə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 353.5.2-ci maddəsinə əsasən məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan imkan tədbiri seçildiyi halda onun dərhal ləğv edilməsi barəat hökmündə göstərilməlidir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 234.1-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və barəsində CM-nin 234.2-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. S) Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə verilən ittihamla bağlı onun şəxsi axtarışına dair 13 avqust 2022-ci il tarixli protokolu, 13 avqust 2022-ci il tarixli Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** nömrəli avtomaşına baxış və götürmə protokolunu, həmin prosessual hərəkətlərin videogörüntüləri əks olunmuş 02 əəd DVD diskini, bu xüsusda məhkəmə-bioloji ekspertizasının 13 avqust 2022-ci il tarixli 17/654 nömrəli rəyini, məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyini, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4409 nömrəli rəyini, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsilə verilən ittihamla bağlı maddi sübutları, şahid ifadələrini və sair sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə bu konteksdə Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində ona verilən ittiham üzrə ümumi çəkisi 24,75 qram olan 07 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuananın və metadon həbinin ona məxsus olmaması barədə bildirdiklərinə iş üzrə mötəbər sübutlarla müqayisəli şəkildə hüquqi qiymət verərək, hesab edir ki, həmin məlumatlar özünümdafiə kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində həmin 07 ədəd kibrit qutularında olan qurudulmuş mrixuananın və metadon həbinin ona məxsus olmasını bildirmişdir. Eyni zamanda o, bu 07 ədəd kibrit qutularında olan qurudulmuş marixuananın və metadon həbinin ona məxsus olmamasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İşdəki mötəbər sübutlarla isə həmin 07 ədəd kibrit qutularında olan ümumi çəkisi 24,75 qram olan qurudulmuş marixuananın və metadon həbinin ona məxsusluğu təsdiq olunur. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM- nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı CM-nin 234.1-ci maddəsilə olan ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə həmçinin nəzərə alır ki, bu etiraf könüllü şəkildə, nəyəsə məcbur edilmədən həyata keçirildiyi üçün ona istinad olunan CM- nin 234.1-ci maddəsinə münasibətdə sübut kimi qəbul edilməlidir. Bu zəmində məhkəmə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Avropa Konvensiyasının 6-cı maddəsi ilə əlaqədar X2rşı işi ilə bağlı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməldə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir, onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1 -ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarına və yuxarıda qeyd olunan qanun normasına istinad edib, Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə bu xüsusda qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona istinad olunan CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti etiraf edib əməlinə görə təəsüflənməklə səmimi peşman olduğunu bildirməsi, onun bu əməlinə tənqidi münasibətini ifadə etməklə həqiqətən də onu müsbət xarakterizə edən haldır. Bu konteksdə nəzərə çatdırılmalıdır ki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti, o cümlədən az ağır cinayəti törədən şəxs tərəfindən də yaşana və Cinayət Məcəlləsinin 72.1 -ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Bu konteksdə diqqətə alınmalıdır ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hal (AR CM-nin 72-ci maddəsi ilə eyni hallarda) səmimi peşmançılıq deyil, əməli peşmançılıq adlandırılmış, yəni səmimi peşmançılığın üstün- yalnız əməli hərəkətlərlə ifadə olunmuş forması olaraq qeyd edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi məhz onun istinad olunan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə təəssüflənməklə bu əmələ tənqidi münasibətini ifadə edir və bu xüsusda onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 83.1 -ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından görünür ki, Əliyev X14 Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə "Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzasının sonu ilə azad edilmişdir. Əliyev X14 Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması nəticəsində yaranmış məhkumluq müddəti ödənilmədən yenidən qəsdən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Bu da qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına və qanun normasının tələbinə əsasən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.1 -ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratdığından ona Azərbaycan Respublikası CM-nin 65.2-c maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs1 CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsinə dair cəzasını yüngülləşdirən hal vardır, həmçinin cinayətin residivinə yol verməsi kimi cəzasını ağırlaşdıran hal mövcuddur. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 qəsdən CM-nin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxarmamış və həmin cinayət üzrə məhkumluq müddəti ödənilmədən yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Bu da onun mənəvi deqradasiyaya məruz qalmasını və törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu göstərir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bu xüsusda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratdığı üçün ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin (CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş) xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət əməli (CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş) törətməsini etiraf edib bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi kimi cəzasını yüngülləşdirən halı və cinayətin residivi kimi cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası CPM- nin 158.6-cı maddəsinə əsasən onun 13 avqust 2022-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanma müddəti ona təyin edilən azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət...Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın çəkilməli olub- olmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə hesab edir ki, əməli cinayətin residivini yaratdığı və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilən həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 1290 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyinin, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinin, narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı olduğunun və narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünün müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Balakən rayon X18 Hüquqi Şəxsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Viddai oğluna və Təqsirləndirilən şəxs3 bəraət verilməsi nəticəsinə gəlindiyi üçün iş üzrə aparılmış xx.xx.2022-ci il tarixli 17/654 nömrəli məhkəmə-bioloji ekspertiza tədqiqatının 34.55 manat ümumi dəyərinin Təqsirləndirilən şəxs2 payına düşən 11,52 manatı və Təqsirləndirilən şəxs3 payına düşən 11,52 manatı Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə xx.xx.2022-ci il tarixli 17/654 nömrəli məhkəmə-bioloji ekspertizası tədqiqatının 34.55 manat dəyərinin onun payına düşən 11,52 manatı və xx.xx.2022-ci il tarixli 6/4409 nömrəli materialların məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 manat olmaqla cəmi 121,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən o cümlədən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası CPMnin 353.4.10-cu maddəsinə əsasən o cümlədən məhkəmə xərclərinin kimin və hansı məbləğdə ödəməsi məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 verilmiş ittihamla bağlı 6,37 qram çəkidə olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi və Təqsirləndirilən şəxs3 verilmiş ittihamla bağlı 5,37 qram çəkidə olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞnin maddi sübutların saxlanc anbarında saxlanılmalı, Təqsirləndirilən şəxs1 verilmiş ittihamla bağlı ümumi təmiz çəkisi 143,43 qram olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi və Təqsirləndirilən şəxs1 götürülmüş 0,112 qram çəkisi olan metadon həbinin tədqiqata sərf edilən 0,056 qramı nəzərə alınmaqla qalıq təmiz çəkisi 0,056 qram olan metadon həbinin 1/4 hissəsi məhv edilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski və Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** nömrəli avtomobilə baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski olmaqla cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); 132.1.3. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 132.1.7. dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 99- 1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir.

İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 Viddai oğlunun hüquqlarının müdafiəsinə 20 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 20 iş saatı və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 təqsirləndirilən şəxsin ərizəsinə əsasən müdafiəçi qismində iştirakına xitam verilən vaxta kimi məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 Viddai oğlunun hüquqlarının müdafiəsinə 10 iş saatı vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq, həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir.

Ona görə də məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi və cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilənə kimi təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X20 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşina Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə olunmasın. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 351-353, 356, 358 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin.

Ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə bəraət verilsin. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsilə bəraət hökmü çıxarılmış Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. İş üzrə aparılmış xx.xx.2022-ci il tarixli 17/654 nömrəli məhkəmə-bioloji ekspertizası tədqiqatının 34.55 manat ümumi dəyərinin Təqsirləndirilən şəxs2 payına düşən 11,52 manatı və Təqsirləndirilən şəxs3 payına düşən 11,52 manatı Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən onun 13 avqust 2022-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlandığı müddət təyin edilmiş bu azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 13 avqust 2022-ci il tarixdən heablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın; onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti yaşayış yeri üzrə Balakən rayon X18 Hüquqi Şəxsinə göndərilsin. İş üzrə xx.xx.2022-ci il tarixli 17/654 nömrəli məhkəmə-bioloji ekspertizası tədqiqatının 34.55 manat dəyərinin onun payına düşən 11,52 manat və xx.xx.2022-ci il tarixli 6/4409 nömrəli materialların məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 110 manat olmaqla cəmi 121,52 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X22 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs2 verilmiş ittihamla bağlı 6,37 qram çəkidə olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi və Təqsirləndirilən şəxs3 verilmiş ittihamla bağlı 5,37 qram çəkidə olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi mənbəyi (sahibi) müəyyən edilənə kimi Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarında saxlanılsın; Təqsirləndirilən şəxs1 verilmiş ittihamla bağlı ümumi təmiz çəkisi 143,43 qram olması göstərilən narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən hissəsi və Təqsirləndirilən şəxs1 götürülmüş 0,112 qram çəkisi olan metadon həbinin tədqiqata sərf edilən 0,056 qramı nəzərə alınmaqla qalıq təmiz çəkisi 0,056 qram olan metadon həbinin 1/4 hissəsi məhv edilsin; Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarışın videogörüntüləri əks olunmuş 03 ədəd DVD diski və Şahid8 idarə etdiyi Opel markalı **-ZT-*** nömrəli avtomobilə baxış və götürmənin videogörüntüləri əks olunmuş 01 ədəd DVD diski olmaqla cəmi 04 ədəd DVD diski və "xxxx" MMC-dən götürülmüş məlumatların əks edildiyi 01 ədəd CD diski hazırki cinayət işi üzrə icraat materiallarının saxlama müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 120 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi və cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilənə kimi təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat vəsaitin Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməsi üçün cəmi 300 manat Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X20 Rekvizitləri: VÖEN: **********, kod 201382, Müxbir hesab AZ37NABZ013501**********1944 hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar