Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-22/2022 19.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə TƏQSİRLƏNDİRİLƏN ŞƏXS- xx.xx.1961-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə “COVİD -19” infeksiyasına yoluxması faktı təsdiq olunduqdan sonra 14 gün ərzində, yəni 25 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda və bu barədə xüsusi qaydada məlumatlandırılmaqla ona xəbərdarlıq edilməsinə baxmayaraq 28 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında “COVİD-19” xəstəliyindən müalicə almalı olduğu yaşadığı evi qəsdən, karantin rejimini pozmaqla, əsaslı səbəb olmadan icazəsiz tərk edib insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayon mərkəzi bazarının yaxınlığında işlətdiyi satış nöqtəsində vətəndaşlara tərəvəz satmaqla məşğul olmaqla qəsdən, karantin rejimini pozmaqla digər şəxslərin “COVİD-19” virusuna yoluxması üçün real təhlükə yaratmış, 28 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində insanların sıx olduğu və intensiv hərəkət etdiyi, ictimai yer olan Balakən rayonu mərkəzi bazarının yaxınlığında alver etdiyi müəyyən edilərək cəmiyyətdən təcrid olunması üçün Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında yerləşən evinə qaytarılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında qardaşı Nadirlə birlikdə yaşayır. Balakən rayonu mərkəzi bazarının qarşısına düşən yerdə bazarın yaxınlığında stol qoyub göy-göyərti, yumurta satmaqla məşğul olur. Arada xiyar və pomidor da satır. 22 noyabr 2021-ci il tarixdə səhhətində olan narahatçılıqla bağlı Balakən MRX-ya müraciət etmişdir. Həmin gün Balakən MRX-da həkim Mina Keyserovskaya onu laboratoriyaya “Covid-19” analizini verməyə göndərmişdir. Analiz verdiyi gündən evdən çıxmamışdır. 28 noyabr 2021-ci il tarixdə dərman almaq üçün aptekə getmək məqsədi ilə evdən çıxmışdır. Adamlar çox olduğuna görə aptekdən dərmanları almamışdır. Aptekin qarşısındakı özünə məxsus olan satış nöqtəsindən evə yeməyə göy-göyərti, yumurta və pomidor götürməyi, sonra dərmanları almağı fikirləşmişdir. Analiz verdikdən sonra ilk dəfə 28 noyabr 2021-ci il tarixdə dərmanlar almaq üçün evdən çıxmışdır. Həmin vaxta qədər evdən çıxmamışdır. Balakən rayon GEM-dən ona zəng olunaraq xəbərdarlıq edilməmişdir. İstifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsinə analiz verdiyi vaxtdan təxminən 6- 7 gün sonra TƏBİB-dən tarixsiz xəbərdarlıq sms-i daxil olmuşdur. 04.12.2021-ci il tarixdə evdə olduğu zaman TƏBİB-dən daxil olmuş həmin tarixsiz xəbərdarlıq sms-nin qarşısında sms-in 26.11.2021-ci il tarixdə göndərildiyi qeyd olunmuşdur. Əvvəldən həmin sms-də tarix olmamışdır. 28 noyabr 2021-ci il tarixdə bazardakı satış nöqtəsindən özünə lazım olan pomidoru və yumurtanı götürdüyü zaman bazarda olan polis əməkdaşı ona yaxınlaşıb onu telefonun kamerasına çəkməyə başlamışdır. Polisə etirazını bildirib hansı səbəbdən onu çəkdiyini soruşmuşdur. Həmin vaxtı polis əməkdaşı ona “Covid-19” xəstəsi olduğunu bildirmişdir. Cavabında polis əməkdaşına analiz verdiyini, lakin ona sms daxil olmadığını bildirmişdir. Polisə göyərti götürdüyünü dedikdə icazə verməmiş, polis ona göyərti satdığı stolun üstünü örtməyini tapşırmışdır. Polisə dərman almaq istədiyini demiş, lakin ona dərman almağa da icazə verməmişlər.Həmin yerdən yeriyərək yaxınlıqda yerləşən evinə getmişdir. Açarla qapını açdığı zaman polis əməkdaşları ona qapını açmağa icazə verməmişlər. Həmin yerə Balakən MRX-dan Təcili Tibbi Xidmətinin tibb işçiləri və başqa polis əməkdaşları gələrək baxış keçirmişlər. Polis əməkdaşları və tibb işçiləri ona karantin nəzarətinə alındığını bildirmişlər və 09.12.2021-ci il tarixədək evdən çıxmadan müalicə olunmalı olduğunu demişlər. Baxış polis əməkdaşları tərəfindən videokamera vasitəsi ilə qeydə alınmışdır.10 dekabr 2021-ci il tarixdə istifadəsində olan 051 *** ** ** mobil telefon nömrəsinə özünütəcrid müddətinin bitməsi ilə bağlı xəbərdarlıq sms-i gəlmişdir. O, həmin gün bazarda göyərti satışı ilə məşğul olmamış,ona xəstə olması barədə məlumat verilməmişdir. Onun heç bir təqsiri yoxdur. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də onun həmin cinayət əməlini törətməsi məhkəmə iclasında şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır. 28 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Balakən mərkəzi bazarının qarşısında RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4lə birlikdə xidmət apardığı zaman 25.11.2021-ci il tarixdən Covid-19 xəstəsi kimi qeydiyyatda olan və ev şəraitində müalicə almalı olan Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Balakən rayonu mərkəzi bazarının qarşısında vətəndaşların sıx toplaşdığı yerdə göyərti satdığını müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq xəstə olduğuna baxmayaraq bazara niyə gəldiyini soruşduqda ondan üzr istəmiş və dərman almağa gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs faktiki olaraq bazarda satış etdiyini bildirdikdə satış etmədiyini, kiminsə qoyduğu sumkanı götürüb gedəcəyini bildirmişdir. Covid-19 xəstəsi olduğuna görə evdən çıxmaq hüququnun olmamasına baxmayaraq hansı səbəbdən evdən çıxdığını soruşduqda artıq satış nöqtəsini bağladığını bildirərək masanın üstünü polietilen örtüklə örtmüşdür. Həmin hadisə onun tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə videogörüntüyə alınmışdır.Baş vermiş hadisə barədə Balakən RPŞ-yə məlumat verərək Təqsirləndirilən şəxs Balakən MRX-dan tibb işçiləri və Balakən RPŞ-dən əməkdaşlar gələnə qədər olduğu yerdə dayanmağını bildirsələr də onların sözünə məhəl qoymayaraq satış nöqtəsindən içərisində yumurta olan plastik vedrəni və pomidor olan torbanı götürüb piyada olaraq yaxınlıqda -M.İbrahimov küçəsi ev-25 ünvanında yerləşən yaşadığı evinə tərəf getmişdir. Təqsirləndirilən şəxs yaşadığı M.İbrahimov küçəsi ev-25 ünvanına çatdıqda Balakən RPŞ-dən gəlmiş digər əməkdaşların və Balakən MRX-nin X5 Stansiyasının həkiminin iştirakı ilə hadisə yerinə baxış keçirilməyə başlamışdır. Baxış başladıqda Şahid4lə birlikdə həmin yerdən ayrılaraq xidmətə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Hazırda ölkə ərazisində geniş yayılmış “Covid-19” virusunun qarşısının alınması məqsədi ilə həmin virusa yoluxan və özünü təcrid qaydalarına riayət etməklə yaşadığı evi tərk etmədən müalicə almalı olan şəxslərin siyahısı mütəmadi olaraq polis əməkdaşlarına verilir. Bununla bağlı da rayon ərazisində “Covid-19” virusuna yoluxmuş şəxslərin yaşadığı evi tərk edib-etməmələri daim nəzarətdə saxlanılır. 28 noyabr 2021-ci il tarixdə saat 12 radələrində 25.11.2021-ci il tarixdən Covid- 19 xəstəsi kimi qeydiyyatda olan və ev şəraitində müalicə almalı olan Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Balakən rayonu mərkəzi bazarının qarşısında vətəndaşların sıx toplaşdığı yerdə tərəvəz satışı ilə məşğul olmasının müəyyən edilməsi barədə RPŞ-yə daxil olmuş məlumat əsasında həmin vaxtı Təqsirləndirilən şəxs olduğu Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanının qarşısında baxış keçirilməsində iştirak etmişdir. Baxışda ondan başqa Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və Balakən MRX-nin X5 Stansiyasının həkimi də iştirak etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin dəmir darvazalarının qarşısında yerə içərisində yumurtalar olan bir ədəd qırmızı rəngli plastik vedrə və onun yanında pomidorlar olan torba qoyulmuşdu. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən ona verilmiş suallara cavab olaraq xəstə kimi dünəndən qeydiyyata alındığını, bununla bağlı telefonuna zəng olunduğunu, zəng olunduqda ona xəstə olduğunu bildirdiklərini, lakin evi tərk etməyə icazə olmaması ilə bağlı xəbərdarlığın olunmadığını demişdir. Həmçinin Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq hazırda dərman almağa getdiyini, yolüstü də bazarın qabağındakı özünə məxsus olan satış nöqtəsindən qapının qarşısında yerə qoyulmuş əşyaları götürdüyünü, dərman aldığını, lakin hansı aptekdən aldığını bilmədiyini demişdir. Baxışda iştirak edən həkim tərəfindən Təqsirləndirilən şəxs karantin muüddəti bitənə qədər evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu izah edilmişdir. Baxış PPXB-nin polis nəfəri Şahid3 tərəfindən videogörüntüyə alınmışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İşin 5-7-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 28 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Baxış 28 noyabr 2021-ci il tarixdə saat 12:25-dən 12:30-dək olan müddət ərzində müstəntiq Mətanət Həşimova tərəfindən Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanının qarşısında keçirilmişdir. 28 noyabr 2021-ci il tarixdə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 28.11.2021ci il tarixdə özünün və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 25.11.2021-ci il tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyatda olub ev şəraitində müalicə almalı olan, Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Balakən rayon bazarında meyvə-tərəvəz satdığını müəyyən etmələri, bundan sonra vət. Təqsirləndirilən şəxs bazarı tərk edib evi istiqamətinə getdikdə Təqsirləndirilən şəxs onların tərəfindən yaşadığı evin yanında küçədə saxlanılması barədə ünvan 5 ünvanının qarşısında 28 noyabr 2021-ci il tarixdə aktiv “Covid19” xəstəsi olan Təqsirləndirilən şəxs saxlanıldığı əraziyə Balakən RPŞ-nin əməkdaşlarının, Balakən MRX-nın X5 Stansiyasının həkiminin və xəstə Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs 14 gün ərzində, yəni 25 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək evdən çıxmadan ev şəraitində müalicə almalı olduğu halda yaşadığı ünvanı özbaşına tərk edib Balakən mərkəzi bazarının yaxınlığında özünə məxsus olan satış nöqtəsində tərəvəz satmış və həmin yerdən yaxınlıqda yerləşən yaşadığı M.İbrahimov küçəsi-25 ünvanına piyada gələrkən yaşadığı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı M.İbrahimov küçəsi-25 ünvanında yerləşən evin dəmir darvazalarının qarşısında yerdə içində yumurtalar olan bir ədəd qırmızı plastik vedrə və həmin vedrənin yanında şəffaf sellofan torbanın içində pomidorlar vardır. Baxış zamanı aktiv “Covid-19” xəstəsi olan Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq dünəndən (yəni 27.11.2021-ci il tarixdən) xəstə kimi qeydiyyata alındığını, bununla bağlı telefonuna zəng gəldiyini, zəng olunaraq ona xəstə olduğu barədə məlumat verildiyini, lakin evi tərk etməyə icazəsinin olmadığı barədə xəbərdar olunmadığını, hazırda dərman almağa getdiyini, bazarın qabağındakı özünə məxsus olan satış nöqtəsindən də yolüstü 2 dənə də şey (darvazanın qarşısında yerə qoyulmuş içərisində yumurta olan vedrəni və şəffaf sellofan torbanın içindəki pomidorları nəzərdə tutur) götürdüyünü, aptekdən dərman aldığını, lakin hansı aptekdən aldığını, kimin aptekindən aldığını bilmədiyini demişdir. Baxışda iştirak edən Balakən MRX-nın X5 Stansiyasının həkimi Natəvan Quliyeva tərəfindən aktiv “Covid-19” xəstəsi Təqsirləndirilən şəxs karantin qaydalarına riayət etməklə evi tərk etmədən müalicə olunmalı olduğu izah edilmişdir. Baxış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Baxış zamanı ərizə, şikayət və vəsatət daxil olmamışdır. Protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasında DVD diskinə baxış keçirilmiş və protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. İşin 9-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, diskə baxış keçirilməsi haqqında 29 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, HK-1-922 nömrəli araşdırma materialı üzrə əldə edilmiş 28 noyabr 2021-ci il tarixdə Balakən RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 RPŞ rəisinə raportla məruzə edərək 28.11.2021-ci il tarixdə özünün və RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 25.11.2021-ci il tarixdən “Covid-19” xəstəsi kimi qeydiyyatda olub ev şəraitində müalicə almalı olan, Balakən şəhəri M.İbrahimov küçəsi ev-25 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evi tərk edib Balakən rayon bazarında meyvətərəvəz satdığını müəyyən etdiklərini, bundan sonra vət. Təqsirləndirilən şəxs bazarı tərk edib ev istiqamətinə getdikdə Təqsirləndirilən şəxs onların tərəfindən yaşadığı evin yanında küçədə saxlanıldığını və həmin halların telefon vasitəsi ilə videogörüntüyə alınmaqla köçürüldüyü bir ədəd DVD diskə Balakən RPŞ-nin İstintaq Bölməsində xidməti iş otağındakı «hp» markalı kompüterin prossesoruna tərəfindən yerləşdirilərək baxış keçirildi. DVD-disk açıldıqda həmin diskdə 01 ədəd faylın olduğu aşkarlandı. Fayl açıldıqda Balakən mərkəzi bazarının qarşısında qoyulmuş satış nöqtəsi kimi işlədilən masa görünür.Həmin masanın üzərində turp, keşniş, şüyüd, göy soğan və sair göyərti məhsulları düzülmüşdür.Həmin stolun üzərində içərisində yumurta olan bir ədəd yaşıl qulplu qırmızı rəngdə plastik vedrə, vedrənin yanında şəffaf polietilen torbanın içərisində pomidorun olduğu görünür. Ətrafda nəqliyyat vasitələri və digər satış yerləri görünür. Satış nöqtəsinin qarşısında dayanmış Təqsirləndirilən şəxs «arvadın şeyləridir, aparıb verərsən. yaxşı, eşitdim» deyərək kiməsə müraciət edir. Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1la Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda dialoq baş verir: Şahid1: “Ay xala, xəstəsən, niyə gəlmisən?” Təqsirləndirilən şəxs: “Üzr istəyirəm, dərman almağa gəlmişəm, ay qaqa” Şahid1: “Bağışla ilə olmur axı” Təqsirləndirilən şəxs: “Qurban olum, başına dönüm” Şahid1: “Sən burda fakt satış edirsən axı” Təqsirləndirilən şəxs: “eləmirəm,eləmirəm” Şahid1: “Niyə eləyirsən?” Təqsirləndirilən şəxs: “ O sumkanı qoymuşdu o gəlin. Onu aparıb gedirəm. Odu bax” Şahid1: “Siz karona xəstəsisiniz. Niyə gəlmisiniz bura? Sizin evdən çıxmaq hüququnuz yoxdur axı” Təqsirləndirilən şəxs: “Bağladım buranı”. Təqsirləndirilən şəxs masanın üzərini göy polietilen örtüklə örtür. Fayldakı videogörüntü 29 saniyədən ibarətdir. Baxış zamanı videogörüntülər DVD disk formasında götürülərək bu barədə protokol tərtib edilməklə istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında DVD diskinə baxış keçirilmiş və protokolda qeyd edilənlər öz təsdiqini tapmışdır. İşin 12-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Balakən Rayon Mərkəzi X3 şəxsindən daxil olmuş 29.11. 2021-ci il tarixli 324 nömrəli məktubdan görünür ki,Balakən rayon sakini Təqsirləndirilən şəxs 22.11.2021-ci il tarixdə “Covid-19” virusuna görə analiz vermişdir. 25.11.2021-ci il tarixdə analizin cavabı pozitiv (+) olmuşdur. 26.11.2021-ci il tarixdən xəstə ev nəzarətinə alınmışdır. 09.12.2021-ci il tarixdə nəzarət bitəcəkdir. Analizin cavabı məktuba əlavə olunur. Məktuba əlavə edilmiş arayışda göstərilmişdir ki, 25.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs icra olunan PZR müayinəsinin nəticəsi Covid-19 pozitiv (+) kimi qiymətləndirilmişdir. İşin 21-28-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 35 -ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs qızı yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İşin 34-cü vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli 2625 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid4 və Şahid3 ifadələrini, ekspertiza rəylərini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Təqsirləndirilən şəxs “Covid-19” xəstəsi olması barədə ona gec məlumat verilməsi, ona evdən çıxmalı olmaması barədə xəbərdarlıq edilməməsi, dərman almaq üçün evdən çıxması, bazarda satış etməməsi barədə məhkəmə baxışında verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığı, eləcə də mötəbər, biri-digərini tamamlayan sübutlarla, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunduğu üçün məhkəmə onun bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmağa hesablanmış ifadə hesab edərək sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq məhkəmə tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sənədləri bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran hallar (Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan) yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qadın olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını,əvvəllər məhkum olunmamasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini,ona törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddinin təyin edilməsi üçün əsasların olmamasını, eyni zamanda hazırkı vaxtda “Covid-19” pandemiyası ilə bağlı mübarizənin daha ciddi aparılmasının zəruriliyini,Təqsirləndirilən şəxs xəstə olduğu halda insanların daha sıx olduqları yerdə- Balakən rayon Mərkəzi bazarının yaxınlığında tərəvəz məhsullarının satışı ilə məşğul olmaqla çox sayda şəxslərin “COVİD-19” virusuna yoluxması üçün real təhlükə yaratmasını nəzərə alaraq Təqsirləndirilən şəxs qızına təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs qızının üzərinə yaşayış yerini gecə saat 22:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq,işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi , məhkəmə icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlansın. Hökmün icrası Balakən rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 60 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X4 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-22/2022
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-22/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver