Məhkəmə qərarları › İş №1(019)-22/2024

Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-22/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-22/2024 14.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi XN katibliyi, tərcüməçi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər- X8 Respublikasının vətəndaşları Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhalın,onların müdafiəçiləri- Balakən Rayon vəkil Bürosunun vəkilləri Müdafiəçi1, MüdafiəçiN və Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs- xx.xx.1993-cü il ildə Əlcəzair Xalq Demokratik Respublikasının Cheria şəhərində anadan olmuş, X8 Respublikasının vətəndaşı,orta təhsilli,əvvəllər məhkum olunmamış, subay, işsiz, X8 Respublikasının Cheria şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN; Təqsirləndirilən şəxs- xx.xx.N00N-ci il ildə X8 Respublikasının Cheria şəhərində anadan olmuş, X8 Respublikasının vətəndaşı,orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, X8 Respublikasının Cheria şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3; Təqsirləndirilən şəxs-xx.xx.N005-ci il ildə X8 Respublikasının Tebessa şəhəridə anadan olmuş, X8 Respublikasının vətəndaşı,orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, X8 Respublikasının Tebessa şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Djeffaflıa Nidhalın Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxsN Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə X8 Respublikası vətəndaşları Djeffaflıa Nidhal və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr N0N3-cü il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 5 metr aralıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs3 Gürcüstana qanunsuz olaraq getmək məqsədi ilə X8 Respublikası vətəndaşları Djeffaflıa Nidhal və Təqsirləndirilən şəxsN ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr N0N3-cü il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmət Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 8~ci sərhəd zastavasının 6-cı sahəsindən Azərbaycan Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 5 metr aralıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs X1suz olaraq getmək məqsədilə X8 Respublikası vətəndaşları Təqsirləndirilən şəxs3 və Mokdadı Karım ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr N0N3-cü il tarixdə saat 17 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni X10 Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Balakən rayonu Şərif kəndi ərazisində yerləşən 8-ci sərhəd zastavasınm 6-cı sahəsindən Azərbaycan- Respublikasından Gürcüstana keçməyə cəhd göstərərkən dövlət sərhəd xəttindən 5 metr aralıda saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Djeffaflıa Nidhalın sözügedən cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin etirafedici ifadələri, şahidlərin ifadələri və tədqiq olunan digər sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxsN ona Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.N0N3-cü tarixdə dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə X8 Respublikasından Türkiyə Respublikasından tranzit keçməklə təyyarə ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra 3 gün burada yerləşən hostellərin birində qalmışlar. xx.xx.N0N3-cü il tarixdə həmyerlisi Djeffaflıa Nidhal da X8 Respublikasından Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan- Respublikasına gəlmişdir. 30 oktyabr N0N3-cü il tarixdə qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə Təqsirləndirilən şəxs3 və Djeffaflıa Nidhal ilə birlikdə avtobusla Balakən rayonuna gəlmişlər. Balakən rayonunda 1 gün adını xatırlamadığı oteldə qaldıqdan- sonra, xx.xx.N0N3-cü il tarixdə Google maps proqramı ilə Gürcüstana ən yaxın kənd tapmış və taksi sifariş verərək, taksi sürücüsünə mobil telefonda qeyd olunan Gürcüstana ən yaxın kəndi göstərərək, onları həmin yerə aparmağını bildirmişdir. xx.xx.N0N3-cü il tarixdə saat 16:30 radələrində həmin yerə çatmışlar və taksidən düşərək sıx məşəlik əraziyə hərəkət etməyə başlamışlar, təxminən N0-30 dəqiqə Gürcüstan istiqamətinə hərəkət etdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılaraq məntəqəyə aparılmışlar. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.N0N3-cü il tarixdə dostu Mokdadi Karim ilə birlikdə X8 Respublikasından Türkiyə Respublikasından tranzit keçməklə təyyarə ilə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra 3 gün burada yerləşən hotellərin birində qalmışlar. xx.xx.N0N3-cü il tarixdə həmyerlisi Djeffaflıa Nidhal da X8 Respublikasından Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan Respublikasına gəlmişdir. 30 oktyabr N0N3-cü il tarixdə qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə Mokdadi Karim və Djeffaflıa Nidhal ilə birlikdə avtobusla Balakən rayonuna gəlmişlər. Balakən rayonunda 1 gün adını xatırlamadığı oteldə qaldıqdan sonra, xx.xx.N0N3-cü il tarixdə Təqsirləndirilən şəxsN Google maps proqramı ilə Gürcüstana ən yaxın kəndi tapmış və taksi sifariş verərək, taksi sürücüsünə mobil telefonda qeyd olunan Gürcüstana ən yaxın kəndini göstərərək, onları həmin yerə aparmağını bildirmişdir. xx.xx.N0N3-cü il tarixdə saat 16:30 radələrində həmin yerə çatmışlar və taksidən düşərək sıx meşəlik əraziyə hərəkət etməyə başlamışlar. Təxminən N0-30 dəqiqə Gürcüstan istiqamətinə hərəkət etdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılaraq məntəqəyə aparılmışlar.Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Djeffaflıa Nidhal ona Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki xx.xx.N0N3-cü il tarixdə X8 Respublikasından Türkiyə Respublikasından tranzit keçməklə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir.Bakı şəhərinə gəldikdən sonra 1 gün burada yerləşən hostellərin birində həmyerliləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsN ilə qalmışdır. 30 oktyabr N0N3-cü il tarixdə qanunsuz yolla Gürcüstana getmək məqsədi ilə Mokdadi Karim və Təqsirləndirilən şəxs3 ilə birlikdə avtobusla Balakən rayonuna gəlmişlər. Balakən rayonunda 1 gün adını xatırlamadığı oteldə qaldıqdan sonra, xx.xx.N0N3-cü il tarixdə Təqsirləndirilən şəxsN Google maps proqramı ilə Gürcüstana ən yaxın kəndi tapmış və taksi sifariş verərək, taksi sürücüsünə mobil telefonda qeyd olunan Gürcüstana ən yaxın kəndi göstərərək, ,onları həmin yerə aparmağını bildirmişdir. xx.xx.N0N3-cü il tarixdə saat 16:30 radələrində həmin yerə çatmışlar və taksidən düşərək sıx meşəlik əraziyə hərəkət etməyə başlamışlar. Təxminən N0-N1 dəqiqə Gürcüstan istiqamətinə hərəkət etdikdən sonra DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılaraq məntəqəyə aparılmışlar. Əməlindən çox peşmandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. İlk dəfə cinayət törətdiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının rəisi, baş-leytenant Şahid1 ifadəsində göstərdi ki, xx.xx.N0N3-cü il tarixdə saat 15:30-dan 18:00-dək əsgər Şahid3 və əsgər ŞahidN ilə birlikdə 8-ci sərhəd zastavasının sağ cinahı 6-cı sahəsinə “pusqu” sərhəd naryadı xidmətinə təyin olunmuşlar. Sərhəd naryadlarının üzvülərinə müvafiq əmr və təlimat verdikdən sonra xidməti sahəyə doğru hərəkər etmişdir. Xidməti sahəyə çatdıqda əlverişli mövqe seçərək xidməti təşkil etmişlər. xx.xx.N0N3-cü il tarixdə saat 17:05-də üç nəfər şəxsin Azərbaycan Respublikası istiqamətindən Gürcüstan ərazisinə doğru hərəkət etdiklərini müşahidə etmiş, dərhal bu barədə rabitə vasitəsi ilə sərhəd zastavasına məlumat vermiş və həmin şəxsləri müşahidədə saxlamışlar. Həmin şəxslər bilavasitə dövlət sərhəd xəttinə doğru hərəkət etmişlər və dövlət sərhəd xəttinə 5 metr qaldıqda uca səslə onlara “Dayan" çağrışı verərək həmin şəxsləri saxlamışlar. Saxlanılan şəxslərin X8 Respublikası vətəndaşları olduqları və Gürcüstana qeyri qanuni yolla keçmək istədikləri məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının hərbi qulluqçusu əsgər Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, iş üzrə şahid- ŞahidN məhkəmə iclasına gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N yanvar N0N4-cü il tarixli,09 nömrəli əmrindən görünür ki, ŞahidN xidmətdən tərxis olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin NN6.1-NN6.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 3N9.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə, video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 3N7.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə ŞahidN ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş ŞahidN ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşin 30-31-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 31 oktyabr N0N3-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış yeri Balakən rayonu Şərif kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissənin 8-ci sərhəd zastavasının sağ cinahının 6-cı sahəsidir. Qeyd olunan ərazidə müqabil ölkənin Gürcüstanın, Laqodexi rayonu,Kalinivka kəndi yerləşir. X8 Respublikası vətəndaşları Təqsirləndirilən şəxsN, Djeffaflıa Nidhal və Təqsirləndirilən şəxs3 saxlanıldıqları ərazini göstərdilər, onların saxlanıldıqları yerdən dövlət sərhəd xəttinə qədər olan məsafə 5 metr təşkil edir. 8-ci sərhəd zastavasının 6-cı sahənin ərazisi əkin sahələrindən ibarətdir. Baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir maddi sübüt və ya əşya götürülmədi. İşin N07-N10,N1N-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olan məktubdan görünür ki, X8 Respublikası vətəndaşları Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) xx.xx.N0N3-cü il tarixdə, Djeffaflıa Nidhal isə xx.xx.N0N3-cü il tarixdə Türkiyə Respublikasından dövlət sərhədindən rəsmi qaydada keçərək Azərbaycan Respublikasına gəlmələri qeydə alınmışdır. İşin N03-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. İşin N4-cü vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 31 oktyabr N0N3-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsN 31 oktyabr N0N3-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İşin 105-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 0N noyabr N0N3-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsN 0N noyabr N0N3-cü il tarixdə saat 16:10-da Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddələrində nəzərdə tutulmuş əməli törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 14N-145-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr N0N3cü il tarixli 4(009)-77N/N0N3 nömrəli qərarından görünür ki, Mokdadi Karim barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 0N noyabr N0N3-cü il tarixdən hesablanmışdır. İşin N04-cü vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin N8-ci vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 31 oktyabr N0N3-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 31 oktyabr N0N3-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 0N noyabr N0N3-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 0N noyabr N0N3-cü il tarixdə saat 15:05-də Azərbaycan Respublikası CM-nin N9, 318.N-ci maddələrində nəzərdə tutulmuş əməlin törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 167-170-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr N0N3cü il tarixli 4(009)-769/N0N3 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 0N noyabr N0N3-cü il tarixdən hesablanmışdır. İşin N0N-ci vərəqəsində olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Djeffaflia Nidhal əvvəllər məhkum olunmamışdır. İşin N6-cı vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında 31 oktyabr N0N3-cü il tarixli protokoldan görünür ki, Djeffaflia Nidhal 31 oktyabr N0N3-cü il tarixdə saat 18:45-də inzibati qaydada tutulmuşdur. İşin 55-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 0N noyabr N0N3-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Djeffaflia Nidhal 0N noyabr N0N3-cü il tarixdə saat 14:00-da Azərbaycan Respublikası CM-nin N9, 318.N-ci maddələrində nəzərdə tutulmuş əməlin törətməsində şübhəli şəxs kimi tutulmuşdur. İşin 19N-195-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 noyabr N0N3cü il tarixli 4(009)-771/N0N3 nömrəli qərardan görünür ki, Djeffaflia Nidhal barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 0N noyabr N0N3-cü il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə şahidlər- Şahid1, Şahid3 və ŞahidN ifadələrini, məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib, həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhalın ittiham olunduğu əməldə öz təqsirlərini etiraf etmələri iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün onlara qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, təqsirləndirilən şəxslər-X8 Respublikasının vətəndaşları Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhal qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini, dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Gürcüstana keçərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmaqla bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində, bu əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədilməsinə görə isə Cinayət Məcəlləsinin 318.N-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin N9-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 318.N-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9, 318.N-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxslər tərəfindən törədilmişdir, təqsirləndirilən şəxslər həmin cinayətin törədilməsində təqsirlidirlər.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN ,Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhalın əməli Azərbaycan Respublikası CM-nin N9,318.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur, təqsirləndirilən şəxslər törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun N004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N5 yanvar N005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, N5 iyun N003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın N-ci bəndində göstərilmişdir ki,cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxsN əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxsN cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, CM-in 6N-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, ona görə də Təqsirləndirilən şəxsN barəsində təqsirli bilindiyi CM-in N9, 318.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.1N-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxsN təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli, bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 31 oktyabr N0N3-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Mokdadi Karimin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 da cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir,onun barəsində dətəqsirli bilindiyi CM-in N9, 318.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.1N-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli, bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 31 oktyabr N0N3-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Djeffaflia Nidhala cəza təyin edərkən ona hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Djeffaflia Nidhala da cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyildir, onun barəsində də təqsirli bilindiyi CM-in N9, 318.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.1N-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs Djeffaflia Nidhala təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə uyğun olaraq o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli,bu cinayət əməlinə görə azadlığının faktiki məhdudlaşdırıldığı 31 oktyabr N0N3-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Djeffaflia Nidhala barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxslərin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Mokdadi Karimdə, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhalda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Təqsirləndirilən şəxslər Mokdadi Karim, Təqsirləndirilən şəxs3 və X6 Xalq Demokratik Respublikasının vətəndaşları olduqlarından məhkəmə hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N.1-ci maddəsinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə Mokdadi Karimdə, Təqsirləndirilən şəxs3 və X5 Xalq Demokratik Respublikasının vətəndaşı olmalarını,Cinayət Məcəlləsinin 5N.N-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Mokdadi Karim, Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhal barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluqları ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş materiallarından həmçinin görünür ki,Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxsN hüquqlarının müdafiəsinə 07 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə 07 iş saatı, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmə icraatı zamanı Djeffaflia Nidhalın hüquqlarının müdafiəsinə 07 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may N018-ci il tarixli, N0N №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil MüdafiəçiN ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə, təqsirləndirilən şəxs Djeffaflia Nidhala məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil Müdafiəçi3 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə "xxxx" ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod N0138N, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,318.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,318.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs Djeffaflia Nidhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9,318.N-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, 1(bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr N0N3-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Djeffaflia Nidhal barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN , Təqsirləndirilən şəxs3 və Djeffaflia Nidhal əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsınlar, məhkumluqları ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüquqları məhdudlaşdırılsın. Təqsirləndirilən şəxsN məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil Müdafiəçi1 ödənilməsi üçün, Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil MüdafiəçiN ödənilməsi üçün və təqsirləndirilən şəxs Djeffaflia Nidhala məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 4N manat tutulub vəkil Müdafiəçi3 ödənilməsi üçün Balakən Rayon Vəkil Bürosunun nəfinə "xxxx"ASC-in X7 Rekvizitləri: VÖEN **********, kod N0138N, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) N0 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar