Azərbaycan Respublikası adından HÖKM Balakən Rayonu İş № 1(019)-22/2025 02.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, TƏQSİRLƏNDİRİLƏN ŞƏXS-14 avqust 1996-cı il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx , subay, orta təhsilli, məhkum olunmamış, orqanizmin funksiyasının 31-60 faizinin pozulmasına görə əlil, fərdi əməklə məşğul olan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 yanvar 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda-10,39 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşımış, Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2025-ci il tarixdə saat 17:21-də yaşadığı Balakən rayon Tülü kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılan zaman həmin tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana bir ədəd şəffaf sellofan bükümdə olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki,Balakən rayonu Tülü kəndində yaşayır. Əvvəllər məhkum edilməmişdir. Subaydır, fərdi əməklə məşğuldur. 02 yanvar 2025-ci tarixdə Balakən rayon Qullar kəndi ərazisində Humbul çayının kənarında piyada getdiyi zaman çayın kənarında 1 ədəd şəffaf sellofan büküm görmüşdür.Həmin sellofan büküm diqqətini cəlb etdiyindən bükümü yerdən götürüb içərisini açıb baxmış və sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür.Narkotik vasitə marixuanadan istifadə etdiyinə görə həmin sellofan bükümü içərisindəki narkotik vasitə qurudulmuş marixuana ilə birlikdə əynində olan cins şalvarının cibinə qoymuşdur.Tapdığı narkotik vasitə qurudulmuş marixuananı əynindəki şalvarın cibində saxlamışdır.Həmin narkotik vasitə marixuanadan bir dəfə istifadə etmişdir.08 yanvar 2025-ci il tarixdə saat 17 radələrində o, yaşadığı evdən çıxıb Balakən rayon Tülü kəndi ərazisində Aeroport adlanan əraziyə çatdıqda yolda üç nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirmişlər.Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar və varsa təqdim etməsini təklif etmişlər. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra onun üstü yoxlanılmışdır.Yoxlama zamanı əynində olan şalvarın sol yan cibindən 04 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları aşkar olunmuşdur. Sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuana sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 10,94 qram təşkil etmişdir. Bundan sonra onun təqdim etdiyi 01 ədəd sellofan bükümdəki narkotik vasitə marixuana polis əməkdaşı tərəfindən 01 ədəd ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş pul vəsaitləri ona geri qaytarılmışdır.Daha sonra polis şöbəsinə gəldikdən sonra onun hüquqlarının müdafiəsi üçün Balakən rayon vəkil bürosunun vəkillərinin adlı siyahısı ona təqdim edilmişdir.O,təqdim edilmiş Balakən rayon vəkil bürosunun vəkillərinin siyahısından Balakən rayon vəkil bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmişdir.Bir neçə dəqiqə sonra Müdafiəçi polis şöbəsinə dəvət edilmiş,müdafiəçi kimi ona təqdim edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdəki, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 10,39 qramdır.Balakən RPŞ-də ona qarşı hər hansı psixi və fiziki zor tətbiq edilməmişdir.Əməlindən çox peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, hazırda Balakən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 08 yanvar 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən 08 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:21 radələrində Balakən rayon Tülü kəndi ərazisində Aeroport yaxınlığında yolda saxlanılmış, ona özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi,narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir.Sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxsa üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini yaşadığı Balakən rayon ərazisindən çayın kənarından tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını, başqa yerdə narkotik vasitə saxlamadığını, narkotik vasitə marixuanaya oxşar bitki kütləsindən bir dəfə istifadə etdiyini, kiməsə satmaq və vermək niyyətində olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun üzərindən 04 ədəd 1 manatlıq və 01 ədəd 5 manatlıq əskinazlar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin pullar özünə qaytarılmışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 10,94 qram təşkil etmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür.Təqsirləndirilən şəxs üstünü yoxlama prosesi Balakən rayon Tülü kəndi ərazisində Aeroport yaxınlığında keçirilmiş və Panasonic markalı kamera ilə Balakən RPŞnin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq qeydə alınmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞnin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübutlar təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Zaur Xəlilov tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq,iş üzrə şahid-Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasına gəlməmişdir.Balakən Rayon Polis Şöbəsindən bildirilmişdir ki, o, Şəki şəhərində keçirilmiş təlimlərdə iştirak edir. 09 aprel 2025-ci il tarixədək həmin təlimlərdə iştirak edəcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid,ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır.Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli,tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər.Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahid tərəfindən məhkəməyədək icraat,davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə,video və kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə, həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. Məhkəmə, yuxarıda göstərilən qanun normalarına istinad edib, ittiham və müdafiə tərəflərinin razılığını nəzərə alaraq, hazırki iş üzrə Şahid1 ibtidai istintaqda şahid qismində verdiyi ifadəsinin elan olunmasını zəruri hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır.08 yanvar 2025-ci il tarixdə Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində saxlaması barədə Balakən RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur.Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması ilə bağlı Balakən rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin qanuni göstərişinə əsasən 08 yanvar 2025-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 17:21 radələrində Balakən rayon Tülü kəndi ərazisində Aeroport yaxınlığında yolda saxlanılmış, ona özlərini təqdim edərək üzərində narkotik vasitə əldə edib istifadə etməsi, narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğu bildirilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxsa üzərində narkotik vasitə, psixotrop maddə həmçinin qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin bitki kütləsini yaşadığı Balakən rayon ərazisindən çayın kənarından tapıb şəxsi istifadəsi üçün üzərində saxladığını, başqa yerdə narkotik vasitə saxlamadığını, narkotik vasitə marixuanaya oxşar bitki kütləsindən bir dəfə istifadə etdiyini, kiməsə satmaq və vermək niyyətində olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və onun üzərindən 04 ədəd 1 manatlıq və 01 ədəd 5 manatlıq əskinazlar aşkar edilmiş və iş üçün əhəmiyyət kəsb etmədiyindən həmin pullar özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş və sellofan büküm ilə birlikdə çəkisi 10,94 qram təşkil etmişdir. Bundan sonra həmin bitki kütləsi qablaşdırılmış, möhürlənmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üstünü yoxlama prosesi Balakən rayon Tülü kəndi ərazisində Aeroport yaxınlığında keçirilmiş və Panasonic markalı kamera ilə Balakən RPŞ-nin PPXB-nin polis nəfəri Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən fasiləsiz olaraq qeydə alınmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının video görüntüsünün əks olunduğu 01 ədəd disk əlavə olunmuşdur.Daha sonra həmin material və maddi sübutlar təhqiqatçıya təhvil verilmiş və təhqiqatçı Zaur Xəlilov tərəfindən maddi sübuta və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının əks olunduğu diskə baxış keçirilmişdir. İşin 10-12-ci vərəqələrində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş 08 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, protokol barəsində əməliyyat-axtarış tədbiri keçirilən və üstü yoxlanılan şəxs-xx.xx.1996-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmişdir ki,08 yanvar 2025-ci il tarixdə saat 17:21 radələrində Balakən Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi üzərində saxlamasında, daşımasında şübhəli bilinən Nəbiyev X3 rayonu Tülü kəndi ərazisində Aeroport yaxınlığında küçə ilə gedərkən saxlanılmış, sonuncuya hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Balakən rayonu Tülü kəndi ərazisində Aeroport yaxınlığında üzərinin yoxlanılmasına başlanılmışdır.Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd şəffaf rəngli selofan bükümü təqdim etmiş və bükümün içərisində nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuana olduğunu, özü istifadə etdiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 10.94 qram olduğu müəyyən olunmuşdur. Sonra həmin kütlə saxlanılan şəxs və iştirakçılar tərəfindən qablaşdırılmış, möhürlənmiş, imzalanmış və götürülmüşdür.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş, nəşə kimi tanıdığı narkotik tərkibli bitki olan marixuananı yaşadığı Balakən rayonu ərazisində yerləşən çayın kənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, üzərində əlavə olaraq narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində olan 4 ədəd 1 manatlıq və 1 ədəd 5 manatlıq əskinaz olmaqla 9 (doqquz) manat pulu təqdim etmiş və onlar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanması Balakən rayonu Tülü kəndi ərazisində Aeroport yaxınlığında keçirilmişdir. Üstünü yoxlama zamanı “Panasonic” markalı kamera ilə Balakən RPŞ-nin PPXB- nin polis nəfəri, polis serjantı Yüzbaşıyev Vasif Cavanşir oğlu tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Balakən RPŞ-nin inzibati binasında tərtib edilmişdir.Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı videogörüntünün qeydə alındığı diskə məhkəmə iclas zalında baxış keçirilmiş və protokolda qeyd edilənlərin düzgünlüyü müəyyən olunmuşdur. İşin 17-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 08 yanvar 2025-ci il tarixdə Balakən RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən tərtib olunmuş “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Balakən rayonu Tülü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və gəzdirməkdə şübhəli bilindiyi üçün, 08 yanvar 2025-ci il tarixdə saat 17:21 dəqiqədə Balakən rayonu Tülü kəndi ərazisində Aeroport yaxınlığında küçə ilə gedərkən saxlanılaraq üstü yoxlanılmış, bu zaman onun üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10,94 qram narkotik tərkibli bitkiyə bənzər kütlə” yazılı zərfdən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə, açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş,daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmişdir.DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi öz əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsi ilə Balakən RPŞ-nin KTQ-nin baş inspektoru polis mayoru X5 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol imzalarla təsdiq edilərək protokola 1 (bir) ədəd DVD əlavə olunmuşdur. İşin 39-42-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 09 yanvar 2025-ci il tarixli 17/12 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10,94 qram narkotik tərkibli bitkiyə bənzər kütlə yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-10,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşin 87-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 01 mart 2025-ci il tarixli 346 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xətəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 27-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş 08 yanvar 2025-ci il tarixli “şübhəli şəxsi tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci ildə saat 19:50-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır.Onun azadlığının faktiki olaraq 08 yanvar 2025-ci ildə saat 17:21-də məhdudlaşdırıldığı qeyd edilmişdir. İşin 68-69,70-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan və aktdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 yanvar 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və 10 yanvar 2025-ci il tarixdə saat 17:21-də Balakən RPŞ-nin MSY-dən azad edilmişdir. İşin 77-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 80-cı vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Nəbiyev X3 rayonu Tülü kəndində yaşayır. İşin 78-ci vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri nənəsi, dayısı, dayısı arvadı və dayısı uşaqlarıdır. İşin 79-cu vərəqəsində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Balakən rayon İH Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunur,barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin 02 aprel 2025-ci il tarixli sosial müavinət və təqaüd haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyasının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş,150 manat pensiya alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən: Maddə 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Maddə 124.1.2. Bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Maddə 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Maddə 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının… pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda… əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Maddə 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Maddə 137.Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilir. Maddə 144.Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Maddə 145.1.Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə şahidlər- Şahid1 və Şahid2 ifadələrini, ekspertiza rəylərini,məhkəmə və ibtidai istintaq hərəkətlərinin protokollarını və sair sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti,mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirib,həmin sübutları inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri,əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə,eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməldə öz təqsirini etiraf etməsini iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi üçün ona qarşı ittihamı təsdiq edən əsas kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma və saxlama cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Repsublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin töfsifi törədilən kokret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin töfsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Töfsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan inan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli örənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 05 qram müəyyən edilmişdir. Məhkəmə dövlət ittihamçısının çıxışını dinləyib, işdə olan hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir,həmin əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır,həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlidir,onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir,əməlin cinayət olmasını aradan qaldıran hallar,təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 v. 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, əlil olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunmasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını,cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olmasını, daha ciddi cəza növünün təyin edilməsi üçün əsasların olmamasını,hazırkı məhkəmə təcrübəsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə göstərilən hüquq normalarının tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, onun üzərinə Balakən rayonu Tülü kəndi ünvanındakı yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərinə əməl etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə narkoloji ekspertizasının 01 mart 2025-ci il tarixli 346 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu göstərilsə də məhkəmə hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs orqanizmin funksiyasının 31-60 faizinin pozulmasına görə əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə məcburi müalicə təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, onun qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 manat (otuz dörd manat əlli beş qəpik) Təqsirləndirilən şəxs tutulub Az. MEM; VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş, ümumilikdə təmiz çəkisi 10,39 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,29 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə uyğun olaraq məhkəmə müsadirə edilməli əmlakın olub-olmaması məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Məhkəmənin hökmü məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə əsaslı hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə olunmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin hər bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə Balakən rayonu Tülü kəndi ünvanındakı yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Balakən və qonşu Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlansın. 34.55 (otuz dörd manat əlli beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Az.MEM; VÖEN **********; AZ34CTRE********************,X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Balakən Rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş, ümumilikdə təmiz çəkisi 10,39 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,10 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 10,29 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №1(019)-22/2025
Balakən Rayon Məhkəməsi Hökm — İş №1(019)-22/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver