Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 1(019)-23/2022 18.01.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, müdafiəçi: Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM) 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına «18» yanvar 2022-ci il tarixdə Balakən şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 31.12.2021-ci il tarixdə saat 23 radələrində Balakən rayonu Hənifə kəndində yerləşən yaşadıqları fərdi yaşayış evində onunla birlikdə yaşayan bacısı oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən bir dəfə təpiklə vuraraq, ona sol ayağında şişkinlikqançır, 1-ci barmağın proksimal falanqasının proksimal başında yerdəyişməyən qapalı sınığı xəsarətləri ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Zərərçəkmiş şəxs ilə ədavəti və düşmənçiliyi olmamışdır, Zərərçəkmiş şəxsla birlikdə bir evdə ayrı-ayrı otaqlarda yaşayırlar. 31.12.2021-ci il tarixdə saat 23 radələrində bayram ilə əlaqədr olaraq araq içdikdən sonra çarpayıda oturaraq, televizora baxmışdır. Televizorun səsi yüksək olduğundan bacısı oğlu Zərərçəkmiş şəxs ondan televizorun səsini azaltmasını xahiş etmişdir. Lakin o, televizorun səsini azaltmamışdır. Buna görə bacısı oğlu Araz ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Araza yumruq atmış, lakin Araz aşağı əyildiyindən yumruğu ona dəyməmişdir. Bunu görərək, qəsdən Zərərçəkmiş şəxs sol ayağına təpiklə vuraraq, ona xəsarət yetirmişdir. Cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq hissi keçirir. Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onu bağışlamışdır və Arazın ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq, ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdlir ki, dayısı Təqsirləndirilən şəxs ilə bir evdə ayrı otaqlarda yaşayırlar. 31.12.2021-ci il tarixdə saat 23 radələrində dayısı Həsrət yaşadığı otaqda olan televizorun səsini yüksəltdiyinə görə pəncərini döyərək, Həsrətdən televizorun səsini azaltmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs onun ünvanına söyüşlər söyərək, onunla mübahisə etmiş və ona yumruq atmış, lakin bu yumruq ona dəyməmişdir. Təqsirləndirilən şəxs onun sol ayağına təpiklə vurmuş və onun üstünə yıxılmışdır. Sol ayağının ağrısından gecə yata bilməmişdir. Həsrətin onu döyməsinə görə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı könüllü şəkildə tamamilə ona ödəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 05.01.2022-ci il tarixli, 01 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sol ayağında şişkinlikqançır-1-ci barmağın proksimal falanqasının proksimal başında yerdəyişməyən qapalı sınıq- bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 31.12.2021-ci ildə əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan Tələbnamə üzrə verilən Azərbaycan Respublikası DİN BƏSİİnin 07.01.2022-ci il tarixli, 7 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini qeyd edərək, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyi üçün ona qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə başlanmış cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad olunmasına razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 37.4-cü maddəsinə görə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun haqqında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, işin məhkəmədə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 11 №-li qərarına edilmiş dəyişikliyə uyğun olaraq, təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia,maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.1.2, 43.3, 321, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabından 30 manat Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №1(019)-23/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №1(019)-23/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver